77 IX-XII əsrlərdə Azərbaycanda yaranan feodal dövlətləri


)Azərbaycanda Hürufilik təriqətinin yayılması. 65)Şirvanşahlar Dərbəndilər sülaləsinin dövründə



Yüklə 37,48 Kb.
səhifə10/12
tarix09.10.2023
ölçüsü37,48 Kb.
#153410
1   ...   4   5   6   7   8   9   10   11   12
78-61

66)Azərbaycanda Hürufilik təriqətinin yayılması. 65)Şirvanşahlar Dərbəndilər sülaləsinin dövründə.
61)Əmir Teymurun Azərdaycana hərbi yürüşü.
Orta Asiyada Teymur imperiyasının yaranması və onun qonşu ölkələrə hücumları,eləcə də Qızıl Orda xanı Toxtamışın Azərbaycanı tutmaq niyyətilə göstədiyi cəhdlər ölkənin vəziyyətini daha da gərginləşdirdi.Cəlairi Sultan Əhməd bir neçə dəfə Azərbaycanda hakimiyyətini bərpa etməyə çalışsa da buna nail ola bilmədi. Şirvanda kəsranilərin son nümayəndəsi Hüşəngin siyasətindən narazı olan xalq onun hakimiyyətinə qarşı ciddi mübarizəyə başlamış bu da üsyanla nəticələndi. 1382 – ci ildə üsyançılar onu hakimiyyətdən kənar etdilər və özünü öldürdülər. Beləliklə, kəsranilər sülaləsinə son qoydular. Hakimiyyətə dərbəndlilərdən olan I Ibrahim (1382 – 1417) gətirildi. Şirvan şahlığında yeni sülalənin dərbəndlilər sülaləsinin hakimiyyəti başlandı. Şirvanşah I İbrahim ağıllı, müdrik, uzaqgörən dövlət xadimi olub. Şirvan camaatı arasında böyük hörmətə malik idi.Şimaldan Qızıl Orda xanın Toxtamışın işğalçılq siyasəti Azərbaycanda mühüm yer tuturdu.Azərbaycan torpaqlarının digər qəsbkarı-Teymurləng idi.1385-cı ildə Qızıl Orda xanı Toxtamış 90 minlik qoşunla Azərbaycana hücum etdi.Şirvan ərazisindəki kəndləri və cənub torpaqlarını işğal etdi və Təbrizə yaxınlaşdı. Təbrizlilər 8 gün işğalçıların zülmünə məruz qaldılar.Sonra qoşun Marağaya bir dəstə isə Mərənd və Naxçıvan tərəfə yollandı.Böyük qarətlərdən sonra qoşun hissələri qayıdıb Qarabağda birləşdilər.1386-cı ildə böyük Fateh Teymurun gəlməsini eşidərək şəhər və kəndləri talayaraq geri çəkildi.Teymurləng qoşunları Təbrizi işğal etdi. (üçillik yürüş). 1387-ci ildə Teymurun bütün ətraf əraziləri ələ keçirilməsini şahidi olan I İbrahim Teymurla ittifaqa girmək üçün bir çox hədiyyələrlə onun görüşünə gəldi.Bundan xoşlanan Teymur demişdi:Əgər mənim ətrafında beş-on nəfər belə ağılda adam olsaydı mən bütün dünyanı tutardım.Bundan istifadə edən İbrahim Dərbəndin və Qəbələnin idarə edilməsi hüququnu aldı. Teymur Ermənistanı və Gürcüstanıda ələ keçirdi.Şəki uğrunda gedən döyüşdə Miranşah məğlub oldu.Lakin bu döyüşdə Şəki hakimi Seyid Əli öldürüldü. Tarixçi Teymurun qarətlərinindən başlayaraq yazırdı ”Teymurun ayağı dəyən yerdə nə banlayaraq bir xoruz və nədə yumurtlayan bir toyuq qalır” Ölkənin Teymur tərəfindən ələ keçirilməsindən sonra Azərbaycanın idarəsi Miranşaha tapşırıldı.O,şəhər və kəndləri amаnsızcasına talayır əhalini var yoxdan çıxarırdı.Təsadüfü deyildi ki, xalq arsında ona”İlanşah” adı verilmişdi.Azərbaycan əhalisi Teymurun zülmündən xilas olmaq üçün mübarizə edirdi. Bu baxımdan Azərbaycanda İslam dini ehkamlarına və Teymurilərin hökümranlağina qarşı dini-siyasi bir hərəkat “Hürufiliyin” yayıldı.Hürufilik təliminin banisi yazıçı Mütəffənnür Fəzullah Nəimi idi.Onun “Cavidannamə” əsərində bu müddəalаr feodallara,ədalətsiz padşahlara,hakimlərə qarşı yönəlmişdişdir. Hürufilik allahı insanla eyniləşdirilir.Belə hesab edirlər ki, allahın insanlarda,əşyalarda,təbiətdə təcəssümü əsasdır.Hürufilər zülmə,ədalətsizliyə,zülmkar hakimlərə qarşı mübarizə aparmışdır.Feodal zülmünə zidd olan Hürüfulik bərabarlik ədalətli,insan azadlığını,tərənnüm etmişdi.Bir müəllif Teymurun qoşunlarının Azərbaycandakı hərkətlərindən bəhs edərək yazırdı:Teymur qoşunu gedəndən sonra ölkədə dəhşətli aclıq hər yeri bürüdü itləri və pişikləri yedilər,doymayanda bir-birini öldürürdülər, yeyirdilər, sonra da özləri də ölürdülər.Gözlərimizlə gördüyümüz,qulaqlarımızla eşitdiyimizin hamısını,insan nəslinin necə qırıldığını deməyə qürurumuz çatmır.1405-ci ildə Teymurun ölümündən sonra onun varisləri dövründə Şirvanşah I İbrahimin əl qolu açıldı və nifuzu dahada artdı.Hər yerdə Teymurilərə qarşı üsyan başladı.Bundan istifadə edən İbrahim Təbrizi ələ keçirdi lakin orada çox qala bilmədi.

Yüklə 37,48 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin