7 aprel 2014-cü il tarixli



Yüklə 64,11 Kb.
Pdf görüntüsü
tarix26.02.2017
ölçüsü64,11 Kb.
#9882

 

 



7  aprel 2014-cü il tarixli 

 

 

 

 

 

 

 

AZƏRBAYCANDA SƏMTİ MÜƏYYƏN ETMƏ 

İDMANI ÜZRƏ BEYNƏLXALQ YARIŞIN – 

AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ 

HEYDƏR ƏLİYEV ADINA KUBOK YARIŞININ  

KEÇİRİLMƏSİ HAQQINDA  

 

BÜLLETEN №1 

 

 

 

 

 

 

 

 



AZƏRBAYCAN 30, 31 MAY – 01 İYUN 2014-CÜ İL 

Azərbaycan  Respublikası  Səmti  Müəyyən  Etmə  İdman 

Federasiyası Sizi 30, 31may – 01  iyun 2014-cü il  tarixində  Nabran 

yaşayış  məntəqisinin  Yalama qəsəbəsində  (Bakıdan 180 km şimala 

tərəf)  keçiriləcək  Azərbaycan  xalqının  Ümummilli  Lideri  Heydər 

Əliyev  adına  səmti  müəyyən  etmə  idman  növü  üzrə  Beynəlxalq 

Kubok Yarışında iştirak etməyə dəvət edir.  

 

1.YARIŞIN TƏŞKİLATÇILARI, HAKİMLƏR KOLLEGİYASI 



(ƏLAQƏ MƏLUMATLARI) 

 

Yarış  Azərbaycan  Respublikası  Səmti  Müəyyən 

Etmə  İdman  Federasiyası  və  Azərbaycan  Respublikası 

Gənclər  və İdman Nazirliyi  tərəfindən, Vergilər Nazirliyi, 

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası 

Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərdət  Xidməti, 

Azərbaycan 

Respublikası 

Xaçmaz 

rayon 


İcra 

Hakimiyyətinin dəstəyi ilə keçirilir 



Yarışın  Baş  hakimi  -  Xəyyam  Məmmədov  (tel.:  (+99450)  3012060;e-mail: 

azeorienteering@mail.ru);  



Baş  hakimin  elektron  qeydolunma  sistemin  tətbiqi  və  kompüter  təminatı  üzrə 

müavinləri  –  Tatyana  Bakulina(e- mail:  t.baculina@gmail.com)  (Moldova),  Zaur  Seyidov 

(tel.:(+99455) 6657520; e- mail: seyidov_zaur@mail.ru);  



Baş hakimin  logistika, yarış  mərkəzinin  həyat fəaliyyəti və iştirakçıların yerşəlməsi 

məsələləri üzrə müavini– Tərlan Ramazanov(tel.:(+99450) 6230436);  

Yarışın  Baş  katibi  –  Ülkər  Həmdullayeva  (tel.:  (+99450)  5598439,  e-mail: 

translator_89@mail.ru)  



Məsafə  xidmətiplanlaşdırma,  quraşdırma  və  nəzarət  məsələləri)  –  Mixail  Puqaç 

(Ukrayna); Aleksandr Trempoltsev (Rusiya); Etibar Məmmədov (Azərbaycan).  

 

AR Səmti Müəyyən Etmə İdman Federasiyasının mətbuat katibi – Yana Maşkova 

(tel.:(+99450) 2500393, e-mail: hanaviatu@gmail.com)  



Yarışda iştirak məsələləri üzrə əlaqə məlumatları:  

Xəyyam Məmmədov(tel.: (+99450) 3012060; e-mail: 

azeorienteering@mail.ru

 ) 


Zaur Seyidov(tel.:(+99455) 6657520; e- mail:

seyidov_zaur@mail.ru

 );  

Ülkər Həmdullayeva(tel.: (+99450) 5598439   e- mail:



translator_89@mail.ru

).  


AR SMEİF-in saytı və e-mail: 

www.smef.az

azeorienteering@mail.ru



 

 

 



2.YARIŞIN PROQRAMI 

30 may (cümə) 2014-cüil 

10.00 - 21.00 – iştirakçıların  yarış  mərkəzinə  gəlişi,  yerləşdirilməsi 

və qeydiyyatı; 

19.00  -  Mandat  komissiyasının  iclası,  komanda  nümayəndələrinə 

idmançıların nömrələrinin, çiplərinin verilməsi.  

 

31 may (şənbə) 2014-cü il 

10.00 – yarışın açılışı (Səlimoba kəndinin şimal-şərq bölgəsi); 

11.00 - uzun məsafə üzrə yarış iştirakçılarının startı;  

18.30 - komanda nümayəndələrinin iclası;   

19.00 - yarış mərkəzində istirahət saatı (diskoteka). 

 

1 iyun (bazar günü) 2014-cü il 

10.30 - orta məsafə üzrə yarış iştirakçılarının startı (Səlimoba kəndinin şimal-şərq bölgəsi);  

14.30 - qaliblərin mükafatlandırma mərasimi. Yarışın təntənəli bağlanışı.   

 

3.YARIŞIN KEÇİRİLMƏ YERİ  

Xaçmaz 

rayonu, 


Yalama 

k. 


Yalama 


qəsəbəsindən  Xəzər  dənizinin  kənarında  yerləşən, 

"Xəzər”  turist  bazası  istiqaməti  üzrə  hərəkət  zolağından 

sağda yerləşən meşə massivi.  

Cari  il  30  may  tarixində  yarış  iştirakçılarının 

gəldiyi  gün  Türkiyə,  Moldova,  Ukrayna  və  Rusiyadan 

təşrif  buyurmuş  mütəxəssislər  tərəfindən  səmti  müəyyən 

etmə  üzrə  nəzəri 

və 


praktik 

seminar  məşğələlər  təşkil  olunacaqdır.  Bu  məşğələlərin 

dəqiq  keçirilmə  vaxtı  və  yeri  barədə  məlumatı  almaq 

üçün yarışın Baş hakiminə müraciət etmək olar.  

 

 


 

 



4.YARIŞIN İŞTIRAKÇILARI VƏ KEÇİRİLMƏ ŞƏRTLƏRİ 

 

Yarış  Açıq  yarışdır.  Nəticələrin  yekunlaşdırılması 

komanda və fərdi hesablar üzrə həyata keçirilir.  

 

Yarışda  Azərbaycanın  Nazirlik,  idarə,  təşkilat,  güc 



strukturları,  klub  və  Federasiyaların,  şirkətlərin  idman 

cəmiyyətlərinin,  ali  təhsil  müəssisələrinin,  eləcə  də  AR 

akkreditasiya  olunmuş  diplomatik  korpusların  komanda  və 

nümayəndələri iştirak edə bilər. Komanda 8 (səkkiz) nəfərdən: 6 (altı) idmançı (4 (dörd) kişi və 



2 (iki) qadın); 1 (bir) komanda nümayəndəsi, 1 (bir) məşqçidən ibarət olmalıdır.  

Qaçış  iştirakçılarının  startı  1-2  dəqiqə  ara  verərək  (əlavə  olaraq  müəyyən  ediləcəkdir) 

ayrı-ayrı həyata keçirilir.  

Yarış  səmti  müəyyən  etmə  idmanı  üzrə  verilmiş  istiqamətdə  keçirilir.  Komanda  hesabı 

komanda  üzvlərinin:  3  kişi  və  1  qadının  göstərdiyi  ən  yaxşı  nəticələrin  yekunu  üzrə  müəyyən 

edilir.Fərdi  hesabda  istirakçıların  tutduğu  yer  verilmiş  ardıcıllıqla  məsafənin  bütün  nəzarət 

məntəqələrini keçmək üçün sərf edilmiş ən qısa vaxt üzrə müəyyən edilir.  

Nəzarət məntəqələrində qeyd olunma elektron sistem üzrə həyata keçiriləcəkdir. Elektron 

çip  nömrə  ilə  birgə  startdan  öncə  idmançılara  təqdim  ediləcəkdir.  Üzərində  məsafələr  qeyd 

olunmuş  xəritə  yalnız  startdan  sonra  təqdim  ediləcəkdir.  Bütün  iştirakçılar  hər  nəzarət 

məntəqəsində dəqiqliklə, xəritədə qeyd olunmuş ardıcıllıqla öz çipini qeyd etməlidir.  

 

Məsafədə səpələnmə: 

 

Məsafənin müəyyən nəzarət məntəqələrində yarış iştirakçısı tərəfindən NM şəxsən olaraq 



keçdiyiniyoxlamaq üçün hakim- nəzarətçilərin olması nəzərdə tutulmuşdur. 

Məsafəni  keçərkən  iştirakçılara  nömrəni  çıxarmaq,  digər  şəxslərə  onu  ötürmək  və  ya 

nömrəni  gözdən  yayındırmaq qadağandır. İştirakçının  nömrəsi  məsafəni keçdiyi  müddət ərzində 

aydın  görsənməlidir. Yarışda  iştirak etməyən şəxslərin, eləcə də üzərində qaçış  iştirakçısının döş 

nömrəsi olmayan şəxslərin məsafədə olması yolverilməzdir. Beləliklə, hakimlərin olduğu nəzarət 

məntəqəsində  iştirakçı onun üzərində olan  nömrənin  hakim  tərəfindən  yoxlanılması üçün  imkan 

yaratmalıdırlar.  

Yarış iştirakçılarına qadağandır:  

-

 



Cari  il  30  aprel  tarixindən  sonra  yarışın  planşdırıldığı  ərazi  və  məsafə  ilə  öncədən  tanış 

olmaq; 


-

 

Yarış  zamanı  hakimlər  kollegiyası  tərəfindən  təqdim  olunmuş  xəritədən  başqa  digər 



xəritə materialı, eləcə də kompasdan başqa digər naviqasiya avadanlığından yararlanmaq;   

-

 



Mobil  rabitə  vasitələri  və  (və  ya)  digər  radioqəbuledici  və  ötürücü  avadanlıqlarla 

məsafəyə çıxmaq; 



 

 



-

 

Məsafəyə mobil telefonla çıxış və onların yerləşdiyi yeri itirdikdə təcili hallarda istifadəsi 



yalnız  yarışın  “OPEN” (yeni başlayan) və  “JUNİOR” (uşaqlar) qrupunda çıxış edən  idmançılara 

icazə verilir; 

-

 

Məsafənin yerləşdiyi əraziyə start vaxtından tez çıxmaq; 



-

 

Hər-hansı texniki daşınma vasitəsindən yararlanmaq; 



-

 

Yarışın digər iştirakçıları əvəzinə elektron qeydolunma çip və vərəqələri qeyd etmək; 



-

 

NM qurğusu və avadanlığını dəyişmək; 



-

 

Yarış zamanı hər-hansı siqnallarla (zədə və iştirakçının azdığı zaman verilən siqnallardan 



başqa) özünə diqqəti cəlb etmək:  

-

 



Hakimlər kollegiyasının işinə müdaxilə etmək; 

-

 



Tibbi yardımdan başqa (zərurət yarandıqda) digər yardım istifadə etmək. 

Qeyri- idman  davarnışları  müşahidə  olunarsa  və  yuxarıda  qeyd  olunan  qaydaların 

pozulduğu zaman yarışın Baş hakiminin qərarı ilə idmançının nəticələri ləğv edilə bilər, idmançı 

xəbərdarlıq ala və ya yarışdan kənarlaşdırıla bilər.  

İstisna hallarda Hakimlər kollegiyasının qərarı ilə iştirakçı və rəsmi şəxslərin qeyri-idman 

davranışına görə bütün komanda yarışdan kənarlaşdırıla bilər.  

Bir  qrup  şəxslərin  (müəyəyn  nazirlik,  ATM,  idarələri,  şirkət,  klub  və  sairlərini  təmsil 

edən  idmançıların,  məşqçilərin, köməkçilərin) öz komandasının  və  (və  ya) onun ayrı üzvlərinin 

nəricələrinin  haqsız  şəkildə  yaxşılaşdırılmasına  istiqamətləndirilmiş  vahid  hərəkətlər  sisteminin 

təşkili  faktları  müəyyən  edilərsə,  həmin  komanda  yarışdan  kənarlaşdırılır  və  onun  bütün 

iştirakçılarının göstərdiyi nəticələri ləğv edilir.  

Bu  cür  qeyri- idman  davranışı  faktı  haqqında  yarışın  təşkilatçısı  -  AR  SMEİF  həmin 

komandanın  təmsil  etdiyi  təşkilatın  rəhbərliyini,  eləcə  də  Azərbaycan  Respublikası  Gənclər  və 

İdman Nazirliyini yazılı şəkildə məlumatlandırır. Həmin məlumat AR SMEF-in saytında da dərc 

ediləcəkdir.  

 

5. YARIŞDA  İŞTİRAK ETMƏK ÜÇÜN KOMANDA VƏ  



FƏRDİ İDMANÇILAR TƏRƏFİNDƏN SİFARİŞLƏRİNTƏQDİM ETMƏ QAYDALARI  

 

Yarışda  iştirak  etmək  üçün  icazə  sifariş 



əsasında həyata keçirilir. 

Heydər  Əliyev  adına  Kubok  Yarışının 

keçirilməsi  haqqında  Əsasnamədə  qeyd  olunduğu 

kimi,  yarışda  iştirak  etmək  üçün  sifariş,  həkim 

icazəsi  ilə  birgə,  göndərən  təşkilatın  möhürü  ilə 

təsdiq  edilərək  23  may  2014-cü  il  tarixindən  gec 



olmayaraq  AR  SMEİF-ə  (yarışın  Baş  hakiminə) 

təqdim edilməlidir.  



 

 



Yarış  iştirakçılarının qeydiyyatı  zamanı, komanda  nümayəndəsi tərəfindən AR SMEİF-ə 

aşağıdakı sənədlər təqdim edilir:  

-

 

Komanda üzvlərinin  yarışa çatdırılmasına  görə, eləcə də komandanın  yarışda  iştirakı  ilə 



bağlı  bütün  məsələlərin  həllinə  görə  cavabdeh  olan  komanda  nümayəndəsinin  təyin  olunması 

haqqında, müəssisənin möhürü ilə təsdiq edilmiş əmrin surəti

-

 

İştirak üçün sifariş (Əlavə № 1); 



-

 

Fərdi  hesabda  iştirak  edən  idmançılar  yarışda  iştirakı  barədə  məlumatı  AR  SMEİF-ə 



(hakimlər kollegiyasına) müstəqil şəkildə (elektron poçtla, SMS-lə və s.) təqdim edir.  

6. MÜKAFATLANDIRMA 

Ümumi  komanda  hesabında  1-ci  yeri  tutmuş  komanda 

üzvləri  Azərbaycan  xalqının  Ümummilli  Lideri  Heydər  Əliyev 

adına  Kubokla,  Gənclər  və  İdman  Nazirliyinin  Birinci  dərəcəli 

medal və diplomu ilə, həmçinin qiymətli hədiyyələrlə təltif edilir.  

Ümumi  komanda  hesabında  2-3  yerləri  tutmuş  komandalar 

Gənclər  və  İdman  Nazirliyinin  müvafiq  olaraq  İkinci  və  Üçuncü 

dərəcəli medal və diplomları ilə təltif edilir. 

Hər  qrup  üzrə  fərdi  yarışda  1-3  yerləri  tutmuş  iştirakçılar 

(kişilər/qadınlar)  Gənclər  və  İdman  Nazirliyinin  müvafiq  medal  və 

diplomları  ilə  təltif  olunur.  Yarış  qalibləri  həmçinin  qiymətli 

hədiyyələrlə mükafatlanır.  

OPEN  məsafəsində  qaçış  qalibləri  (yeni  başlayan  kişi  və  qadınlar)  federasiyanın  xatirə 

diplomları və qiymətli hədiyyələrlə təltif olunur.  

Yarışın ən kiçik və ən yaşlı iştirakçısı üçün də ayrı hədiyyələr nəzərdə tutulmuşdur.  

7. MƏSAFƏNİN ÖLÇÜSÜ VƏ DƏRƏCƏSİ 

31 may 2014-cü il, yarışın 1-ci günü – uzun məsafə:  

K-21 qrupu (kişilər)  -  10 - 11 km – 18-24NM 

Q-21 qrupu (qadınlar)  -   6.5 - 7.5km – 14-18 NM 

OPEN (yeni başlayan) qrupu, kişilər  -  4,5km qədər – 8-10 NM 

OPEN (yeni başlayan) qrupu,qadınlar  -   3,5km qədər – 8-10 NM 

«JUNIOR » (uşaqlar) qrupu  -  1.5 - 2 km qədər – 6 NM 



Bütün qaçış iştirakçıları üçün nəzarət vaxtı 3,5 saatdır. 

1 iyun 2014-cü il, yarışın 2-ci günü – orta məsafə:  

K-21 qrupu (kişilər)  -   6.5 km qədər –15 NM  

Q-21 qrupu (qadınlar)  -  4,5 km qədər –12 NM 

OPEN (yeni başlayan) qrupu, kişilər  -  2,5 km –8 NM 

OPEN (yeni başlayan) qrupu, qadınlar- 2 km qədər– 6-8 NM 

JUNIOR » (uşaqlar) qrupu - 1 km qədər  -  3-4 NM 



Bütün qaçış iştirakçıları üçün nəzarət vaxtı 2 saatdır. 

 

 



Qaçışın nəzarət vaxtından kənara çıxmış iştirakçılar məsafə üzrə hərəkəti dayandırmalı və 

start  yerinə  geri  dönməlidir.  Geri  döndükdə  bu  barədə  hakimlər  kollegiyası  və  öz  komanda 

nümayəndəsini məlumatlandırmalıdır.  

Azərbaycanın İdman ustalığına namizəd adlı məsafələrin dərəcəsi: 

Səmti  müəyyən etmə üzrə İU, İUN və digər  idman dərəcələrinə dair normativlərin  yerinə 

yetirilməsi yarışın hər gün üzrə, ayrıca K-21 və Q-21 qruplarında iştirakçıların tərkibi və konkret 

idmançı tərəfindən məsafəni keçərkən göstərilmiş vaxt nəticəsindən asılı olacaqdır.  



 

8.YARIŞIN XƏRİTƏLƏRİ 

Yarışın birinci günündə məsafə iki xəritə üzərindən keçəcəkdir:  

 

 

«Səlimoba»  Miqyas  (m) = 1:10 000 (1 sm = 



100 metr), h (bölmə boyu) = 2,5  metr. Xəritə 2014-

cü  ilin  fevral  ayında  Mixayil  Puqaç  (Ukrayna) 

tərəfindən çəkilmişdir.  

«Xəzər»  Turist  bazası.Miqyas  (m)  =  1:10 

000 (1 sm = 100  metr),  h (bölmə boyu) = 2,5  metr. 

Xəritə  2011-ci  ilin  oktyabr  ayında  Mixayil  Puqaç 

(Ukrayna)  tərəfindən  çəkilmişdir.  2014-cü  ilin 

fevral  ayında  M.Puqaç  (Ukrayna)  tərəfindən 

korrektə edilmişdir.  

Xəritədə 

qeyd 

olunan 


ərazi  məhdudiyyətli, 

mikrorelyefli düzənlik xüsusiyyətinə malikdir:  

-

 

Şimal-şərqdə - “XƏZƏR” turist bazası və onun arxasında Xəzər dənizi sahili; 



-

 

Şimal-qərbdə - məhdudiyyət yoxdur; 



-

 

Cənub-şərqdə - Yalama k. Dəniz sahilinə qədər asfalt yol.  



-

 

İki xəritənin poliqonunu meşədən keçən aydın torpaq yolu ayırır.  



İkinci günün məsafəsi: 

“Səlimoba” xəritəsi üzrə keçiriləcəkdir.  

Miqyas  (m)  =  1:10  000;  (1  sm  =  100  metr),  h 

(bölmə boyu) = 2,5 metr. 

Xəritə 2014-ci  ilin  fevral  ayında  Mixail Puqaç (Ukrayna) 

tərəfindən çəkilmişdir.  

Ümumiyyətlə,  meşə  yaşıl  ağaclardan,  bəzi  yerləri 

çətin  keçilən,  xırda  sahələri  ilə  dolu,  bağlı  ərazilərindən 

ibarətdir.Kiçik çuxurlar, təpələr, quru  xəndəklər  və böyük 


 

 



olmayan  vadilərdən  ibarət relyefi,  meşə yolları  və cığırları  yüksək  inkişaf etmiş, bir sıraəmmalar 

və kötüklərə də rast gəlinir. 

Ərazi  bəzi  yerlərdə  eninə  görə  keçilməz  olan  şaxələnmiş  çaylar  sistemi  ilə  xarakterizə 

olunur.  Lakin  çaylar  üzərində  əlaltı  materiallardan  hazırlanmış  keçid  yerləri  vardır  (əsasən 

yıxılmış ağaclar, bəzən düzəldilmiş körpücüklərə rast gəlinir).  

İştirakçılar  üçün  məsləhət  görülən  geyim  -  qapalı  (  böyürtkən  kolları  və  digər  tikanlı 

kolluqları nəzərə alaraq, hansılardan ki, qorunmaq lazımdır) . Şipli ayaqqabıya icazə verilir. 

 

9.YERLƏŞDİRMƏ 

Yarışın  mərkəzi  “Xəzər”  turist 

bazasında  yerləşir.  Yarış  iştirakçılarının 

yerləşdirilməsi  də  həmin  ərazidə  nəzərdə 

tutulmuşdur (Əlaqə:  Yaşar  müəllim, telefon: 

(+99455) 5510711).  



Yerləşdirmə  üzrə  təklif  olunan  digər 

variantlar: 

 “Ulduz”  turist bazası (Əlaqə:  Atakişi 

müəllim, telefon: (+99455) 6698395);  

Yarışın  keçirildiyi  yer  üzrə  yerləşən 

difər  turist  baza  və  otellərdə  yerləşmək  üçün  “Improtex”  şirkətinə  müraciətlər  edilə  bilər  (Baş 

direktor Aleksandr Quliyev (+99412) 5981598).  

“Atlant”  oteli  (tel.:  (+99412)  4415848;  (+99412)  5632404;  mob.:  (+99450)  3764747; 

(+99450) 7506624), icraçı direktor Azər müəllim).   

Qidalanma  yarış  iştirakçıları  tərəfindən  müstəqil  olaraq  və  ya  turbazalar  tərəfindən 

sifarişlə hazırlanır. 



 

Səmti Müəyyən Etmə İdman Federasiyası səmti müəyyən etmə idmanı üzrə Beynəlxalq 

yarışda iştirak etmək istəyən hər kəsi bu yarış qatılmağa dəvət edir.  

Səmti müəyyən etmə - sağlam millətin idmanıdır! 

 

AR Səmti Müəyyən Etmə  



Federasiya Şurası 

Document Outline

  • h.458rzlwlzppi
  • h.56bmcbw3lcg
  • h.3nhon11q4ub6

Yüklə 64,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin