5. Qədim Hind və Çin fəlsəfəsi



Yüklə 36,16 Kb.
səhifə4/7
tarix08.09.2022
ölçüsü36,16 Kb.
#63485
1   2   3   4   5   6   7
1.7. Qədim Hind və Çin fəlsəfəsi

Konfutsi təlimidir. Təlimin banisi Kun– Fu– tszı (b.er.əv. 551– 479– cu illər, ona çox vaxt Konfutsi deyirlər)– görkəmli mütəfəkkir, siyasi xadim olmuşdur. O, qədim kitabları qaydaya salmış və «Dəyişikliklər kitabı»na («İtszin») şərhləri tərtib etmişdir. O, müşavir olduğu Lu dövlətinin salnaməsini tərtib etmişdir. Konfutsinin baxışları başlıca olaraq «Söhbətlər və mühakimələr» («Lun Yuy») kitabında toplanmışdır. Bu kitab onun ardıcılları və şagirdləri tərəfindən tərtib olunmuşdur. Konfutsi təlimində biz başqa bir ənənəni müşahidə edirik. Burada əyanlara hörmət, cəmiyyət içərisində subordinasiyanın ciddi şəkildə qorunması və digər etik normalara riayət edilməsi tələblərinə rast gəlmək mümkündür.
«Syao»– «valideynlərə hörmət», «di»– «böyük qardaşa hörmət», «çjun»– «öz ağasına, hökmdara sədaqət» kimi kateqoriyalar konfutsi təlimində mühüm yer tutur.Konfutsi təhsilə və tərbiyəyə böyük yer verirdi. Bununla yanaşı o, belə hesab edi rdi ki, əyanların ümayəndələri anadangəlmə hikmətə əsaslanan, ali bilik hesab olunan müdrikliyə nail olmalıdırlar. «Səma hökmdarı» nı və ruhların mövcudluğunu qəbul edən konfutsi taleyə inanır, daoistlərdən fərqli olaraq ənənəvi dini baxışları müdafiə edirdi. Bizim eradan əvvəl II əsrdə imperator Udinin zamanında konfutsiçilik qanuni qüvvəyə mindirilib, rəsmi Çin ideologiyası elan edilmişdir. Konfutsi özü isə ilahiləşdirilmişdi. «Lunyuy»kitabında aşağıdakı anlayışlar verilir: Jen (hərfən: «insansevərlik»)– konfutsiçi etik kateqoriyasıdır. Jen prinsipi bildirir. «Özünə rəva görmədiyini, başqasına da rəva görmə.»Li (hərfən: «seremonial», «ritual», «hörmət»)– konfutsiçi etikanın kateqoriyası olub, geniş qaydalar məcmusunu əhatə edərək hakimlər və təəbələr, bütün ictimai qruplar– təbəqə, nəsil, ailə və s. arasında, eləcə də ayrı– ayrı adamlar arasında münasibətləri nizamlamağı əks etdirmişdir.
Hindistanda vedizm hansı rolu oynayırdısa, Çin üçün də konfutsiçilik həmin əhəmiyyətə malik olmuşdur. O, mühüm ortodoksal (öz məsləkində ardıcıl və sabit olan) məktəb olmuşdur. Doğrudur Hindistanda çoxlu məktəb olsa da onlardan heç biri rəsmən prioritet məktəb hesab olunmamışdır. Çində isə əksinə, konfutsiçilik (b.er. əv. II əsrdə) rəsmi dövlət ideologiyası statusu əldə etmiş və onu yeni dövrə qədər saxlaya bilmişdir.

Yüklə 36,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin