4 dekabr 2016-cı il, bazar 11 Xətai rayonu



Yüklə 76.68 Kb.
Pdf просмотр
tarix05.05.2017
ölçüsü76.68 Kb.

4 dekabr 2016-cı il, bazar

11

Xətai rayonu 

BMT Baş Məclisinin 

1992-ci ildə 3 dekabrın  

“Əlilliyi olan insanların 

Beynəlxalq Günü” kimi qeyd 

olunması haqqında qəbul etdiyi 

bəyannamədən keçən 24 ildə 

Beynəlxalq Əlillər Günü adı 

alan bu tarix Azərbaycanın 

bütün regionlarında xü-

susi qeyd olunur. Məramı 

dövləti və cəmiyyəti  əlillik 

problemlərinin həllinə cəlb 

etmək, əlilliyi olan bütün in-

sanların hüquqlarını qorumaq 

olan bu günün əsl bayram kimi 

qeyd olunması paytaxtın Xətai 

rayonunda da artıq bir ənənəyə 

çevrilib.

Elə bu məramla da  de-

kabrın 3-də Xətai Rayon İcra 

Hakimiyyəti yüz əlliyə yaxın 

əlilliyi olan rayon sakinini 

“Mübarək” şadlıq sarayında bir 

ailə kimi süfrə başına toplamış-

dı. Diqqətçəkən məqamlardan 

biri  giriş qapısındaca icra apara-

tı əməkdaşlarının əlil insanların 

hər birini uzun  illərin tanışları 

kimi səmimi qarşılaması idi. 

Toplantının rəsmi hissəsində 

çıxış edən icra hakimiyyəti  baş-

çısının müavini Jalə Abdıyeva 

qonaqları salamlayaraq, “bu-

günün sahiblərini” icra başçısı 

Razim Məmmədovun adından 

səmimi təbrik etdi.

J.Abdıyeva diqqətə çatdırdı 

ki, bu gün Azərbaycan dövləti 

əlillərin də digər insanlar kimi  

vətəndaş hüquqlarına tam riayət 

edilməsinə və onların cəmiyyətin 

həyatında fəal iştirakının təmin 

olunmasına çalışır. Bununla 

belə, Azərbaycan rəhbərliyi he-

sab edir ki, əlillər əhalinin başqa 

təbəqələri ilə müqayisədə daha 

çox sosial müdafiəyə, mənəvi 

dəstəyə, humanist münasibətə 

möhtacdırlar. Bu insanlar hətta 

maddi cəhətdən təmin olunsalar 

belə, onlara cəmiyyət tərəfindən 

isti münasibət göstərilməli, 

doğmaları ilə bərabər yadlar 

da onlara qayğı, mərhəmət və 

diqqət göstərməlidirlər. Bu 

vətəndaşların insanlıq borcu-

dur və hamı bu borcunu dərk 

etməlidir.

J.Abdıyeva son illər 

Azərbaycan Prezidenti İlham 

Əliyevin əlillərin hüquqlarının 

qorunması və sosial vəziyyətinin 

yaxşılaşdırılması istiqamətində 

gördüyü tədbirləri, qanun-

vericilik bazasında münasib 

dəyişiliklər edilməsini, onların 

pensiyalarının artırılmasını 

diqqətə çatdıraraq qeyd etdi ki, 

bu, ümummilli lider Heydər 

Əliyevin sosial siyasətinin 

qətiyyətlə davam etdirildiyi-

ni göstərən faktlardan biridir. 

Ölkəmizdə əlillərin sosial 

müdafiəsinin gücləndirilməsi 

istiqamətində tədbirlərin davamlı 

olmasını bu gün həyata keçirilən 

sosial-iqtisadi islahatlardan və 

dövlət əhəmiyyətli proqramlar-

dan da aydın görmək olar. Məhz 

bu islahatların nəticəsində əlillər 

mənzil, maşın, əlil arabaları ilə 

təmin olunur, müxtəlif ölkələrdə 

dövlət vəsaiti hesabına müalicə 

və bərpa kursları keçirlər.

Çıxışının sonunda dövlətin 

əlil insanlarla bağlı siyasətinin 

Xətai rayonunda da uğurla 

həyata keçirilidiyini və icra 

hakimiyyətində əlillərin sosial-

məişət problemlərinə son dərəcə 

diqqət və qayğı ilə yanaşıldığını 

qeyd edən J.Abdıyeva onların 

problemlərinin həllinin daim 

diqqətdə saxlandığını nəzərə 

çatdırdı. 

Tədbirdə çıxış edən əlillər 

dövlətin, xüsusilə Prezident 

İlham Əliyevin onlara göstərdiyi 

diqqət və qayğıdan razılıqla-

rını bildirərək qeyd etdilər ki, 

özümüzü çəmiyyətdən ayrı hiss 

etməməyimiz bizim üçün çox 

dəyərli bir məqamdır. Bunu 

tədbirin gedişindən, əlil insanla-

rın salondakı çal-çağıra qoşulub 

rəqs etmələrindən də aydın  

görmək olurdu. 



Suraxanı rayonu

3 dekabr – Beynəlxalq 

Əlillər Günü münasibətilə Su-

raxanı Rayon İcra Hakimiyyəti 

və Dövlət Sosial Müdafiə 

Fondu rayon şöbəsinin 

birgə təşkilatçılığı ilə əmək, 

müharibə əlilləri,  Çernobıl 

qəzasının iştirakçıları və 

müxtəlif səbəblərdən əlil olan 

150 nəfər  rayon sakininin işti-

rakı ilə mərasim keçirilib.

Tədbirdə rayon icra 

hakimiyyəti başçısının müavini 

Afət Həsənova çıxış edərək 

ölkəmizdə xüsusi qayğıya 

ehtiyacı olan insanlara göstərilən 

diqqət və qayğıdan danışıb. 

Bildirib ki, xüsusi qayğıya 

ehtiyacı olan insanların təhsilə, 

əmək fəaliyyətinə cəlb olunması 

istiqamətində çox mühüm işlər 

görülür, müharibə əlillərinə, 

şəhid ailələrinə yüksək dövlət 

qayğısı göstərilir. Ulu öndər 

Heydər Əliyevin hakimiyyətə 

yenidən gəlişi zamanı imza-

lanan ilk fərmanlarında biri 

“Azərbaycan Respublikasını 

erməni təcavüzündən müdafiə 

edərkən əlil olmuş şəxslərin 

sosial müdafiəsinin yaxşılaşdı-

rılması haqqında” sənəd olub. 

Bununla da   müharibə iştirakçı-

larının, əlillərin sosial müdafiəsi 

istiqamətində tədbirlərin həyata 

keçirilməsinə başlanılıb.  

Hazırda rayonda 10994 

nəfər əlil yaşayır. Onlardan 

2550  nəfəri sosial əlil, 8444 

nəfəri müharibə, əmək, silahlı 

qüvvələrdə xidmət, Çernobıl 

qəzası və digər əlil kateqo-

riyasına daxildir. 18 yaşına 

çatmayan əlillərin sayı isə 830 

nəfərdir. Onların hamısına 

dövlət tərəfindən pensiya və 

müavinət verilir. Bu qəbildən 

olan insanların sosial rifahı-

nın yüksəldilməsi, müalicəsi, 

reabilitasiyası, sosial təminatı 

istiqamətində mühüm addımlar 

atılır.  

Afət Həsənova sonda vurğu-

layıb ki, Azərbaycan Prezidentı  

cənab İlham Əliyev bu kateqo-

riyadan olan insanların həyat 

şəraitinin yaxşılaşdırılması, 

özlərini cəmiyyətin tamhüquqlu 

üzvü kimi hiss etmələri üçün 

bütün zəruri tədbirləri həyata 

kecirir. “Hər bir vətəndaş bizim 

üçün qiymətlidir, dəyərlidir. 

Fiziki cəhətdən qüsurlu insanlar 

isə xüsusi qayğıya layiqdirlər 

və biz çalışırıq ki, bunu edək”, 

– deyən dövlət başçısının bu 

sözləri əlilliyi olan şəxslərin 

sosial müdafiəsinin daim 

gücləndirilməsində öz əməli 

təsdiqini tapır.

Heydər Əliyev Fondunun 

prezidenti, UNESCO-nun və 

İSESCO-nun xoşməramlı səfiri, 

Milli Məclisin deputatı Mehri-

ban xanım Əliyevanın rəhbərliyi 

ilə adıçəkilən fond tərəfindən 

son illər həyata keçirilən sosial 

layihələr sayəsində əlillərin 

sosial müdafiəsi ilə bağlı mühüm 

irəliləyişlər əldə edilib. Fon-

dun əlilliyi olan şəxslərlə bağlı 

fəaliyyətinin əsas istiqamətləri 

onların müalicəsi və təhsil 

hüquqlarının reallaşdırılmasıdır. 

Mehriban xanım Əliyevanın 

təşəbbüsü, diqqət və qayğısı 

sayəsində bir çox əlil evləri 

əsaslı təmir olunub, müasir stan-

dartlara tam uyğun yeni bərpa 

mərkəzləri yaradılıb. Suraxanı 

rayonu da bu qayğıdan kənarda 

qalmayıb. Heydər Əliyev Fondu 

tərəfindən rayonda xüsusi 

qayğıya ehtiyacı olan uşaqlar 

üçün reabilitasiya mərkəzi inşa 

edilərək ən müasir avadanlıqlar-

la təchiz olunub. 

Tədbirdə çıxış edən Dövlət 

Sosial Müdafiə Fondu rayon 

şöbəsinin müdiri Şahalı Cəbiyev 

əlillərin dövlətimizin hərtərəfli 

qayğısı ilə əhatə olunduğunu, 

onların sosial həyatının daha 

təminatlı olması üçün müxtəlif 

tədbirlər həyata keçirildiyini 

diqqətə çatdırıb.  

Mərasimdə digər çıxış 

edənlər bildiriblər ki, ümummil-

li lider Heydər Əliyev əlillərə 

həmişə qayğı ilə yanaşıb, onların 

sosial problemlərinin həllini 

daim diqqət mərkəzində sax-

layıb. Hazırda Prezident İlham 

Əliyev tərəfindən də bu kateqo-

riyadan olan insanlara yüksək 

diqqət və qayğı göstərilir.

Sonda rayonun Səttar 

Bəhlulzadə adına mədəniyyət 

sarayının musiqi kollektivinin 

üzvləri rəngarəng proqramla 

çıxış ediblər.  



Qazax rayonu 

Qazax rayonunda 

Beynəlxalq Əlillər Günü 

münasibətilə tədbir ke-

çirilmişdir. Rayon icra 

hakmiyyətinin təşkilatçılığı 

ilə keçirilən tədbirə Böyük 

Vətən müharibəsi əlilləri, 

Qarabağ müharibəsi qaziləri,  

rayonda fəaliyyət göstərən əlil 

cəmiyyətlərinin üzvləri dəvət 

olunmuşdur.  

Tədbiri rayon icra 

hakimiyyətinin başçısı  Rəcəb Ba-

başov açaraq əlilləri salamlamış, 

onlara uzun ömür və cansağlığı 

arzulamışdır. Rayon rəhbəri 

bildirmişdir ki, Birləşmiş Millətlər 

Təşkilatının təşəbbüsü ilə dünya 

miqyasında keçirilən Beynəlxalq 

Əlillər Günü ümummilli lider 

Heydər Əliyevin sərəncamı 

ilə 1994-cü ildən etibarən 

Azərbaycanda da geniş şəkildə 

qeyd olunur.

Azərbaycan BMT Baş 

Məclisi tərəfindən qəbul 

edilmiş “Əlillərin hüquqla-

rı haqqında” Konvensiyaya 

qoşulub. Ölkəmizdə əlillərin 

sosial müdafiəsi ilə bağlı 

həyata keçirilən genişmiqyaslı 

tədbirlərin əsası ulu öndər Heydər 

Əliyev tərəfindən qoyulub. İnsan 

amilini xüsusi diqqətdə saxla-

yan görkəmli dövlət xadiminin 

Azərbaycana rəhbərliyi dövründə 

əlillərin sosial müdafiəsi, onların 

cəmiyyətə inteqrasiyası ildən-ilə 

gücləndirilib. Ölkədə əlillərin 

sosial müdafiəsi ilə bağlı dövlət 

proqramı hazırlanıb. Həmin 

proqramda əlilliyin qarşısının 

alınması, əlillərin reabilitasiyası 

və sosial müdafiəsi haqqında 

qanunun bütün müddəaları öz 

əksini tapıb. 

Ümummilli lider Heydər 

Əliyevin “Biz əlillər üçün, onların 

yaşaması üçün, əmək fəaliyyətinə 

cəlb olunması, öz daxili im-

kanlarından, istedadlarından  

istifadə etmələri üçün daha da 

geniş şərait yaradacağıq” fikri 

dövlətimizin sosial siyasətinin 

mühüm prioritetlərindən biri kimi 

müəyyən olunub. Prezident İlham 

Əliyevin uğurlu sosial siyasəti, 

digər sahələrdə olduğu kimi, bu 

tədbirlərin də getdikcə  daha  geniş 

vüsətlə davam etdirilməsinə imkan 

yaradıb.


Əlillərin, şəhid ailələrinin və 

müharibə veteranlarının sosial 

müdafiəsi ölkə Prezidentinin 

daim diqqət mərkəzindədir. 

Dövlət başçısının əhalinin sosial 

problemlərinin həllinə xüsusi 

qayğısı əlillərin həyat şəraitinin 

yaxşılaşmasına, onların ictimai 

hüquqlarının bərpasına şərait 

yaradıb. Əlilliyi olan şəxslərin 

maddi təminatının gücləndirilməsi 

dövlət siyasətinin əsas 

istiqamətlərindəndir. Bu sahədə 

qanunvericilik təkmilləşdirilib. 

Dövlət əlil vətəndaşların çoxsaylı 

sosial proqramlara, o cümlədən 

sağlamlıq, reabilitasiya, pul-

suz istirahət, texniki bərpa və 

nəqliyyat vasitələri ilə təminat 

proqramlarına cəlb olunması-

nı həyata keçirir. Paytaxtda və 

bölgələrdə yeni reabilitasiya 

mərkəzləri istifadəyə verilib. 

Əlillərin ölkədə, eləcə də xaricdə 

müalicəsi də xüsusi diqqətdə 

saxlanılır.

Dövlət başçısının tapşırığı-

na əsasən, əlillərin evlə təmin 

olunması istiqamətində də böyük 

işlər görülüb və görülməkdədir. 

Bu insanlar üçün hər il orta 

hesabla 700-dən çox mənzil tikilir. 

Əlillərin minik avtomobili ilə 

təminatı proqramı da həyata keçi-

rilir. Minik avtomobili  ilə təmin 

olunan əlillərin sayı da ildən-ilə 

artır.

Əlillərə ödənilən pensiya və 



müavinətlərin  məbləği də hər il 

artırılır. Beynəlxalq Pensiya və 

Sosial Fondlar Assosiasiyasının 

məlumatına əsasən, Azərbaycan 

hazırda əmək pensiyasının baza 

hissəsinin məbləğinə görə MDB 

ölkələri arasında ilk yerlərdən 

birini tutur. 

Rayonda 440 nəfər tənha 

yaşayan əlil və ahıl vətəndaşlara 

evlərdə xidmət göstərilir. Əlillik 

statusu olan vətəndaşlardan 43 

nəfəri sanatoriyaya, 8 nəfəri 

“Sağlamlıq imkanları məhdud 

gənclərin peşə reabilitasiya 

mərkəzi”nə, 2 nəfəri “Sağlam-

lıq imkanı məhdud şəxslərin 

evi”nə, 1 nəfəri isə qocalar evinə 

göndərilmişdir.

Əmək və Əhalinin Sosial 

Müdafiəsi Nazirliyi tərəfindən 

Qarabağ əlilləri və şəhid ailələri 

üçün rayonumuzda  2016-cı il 

ərzində 8 mənzil tikilib istifadəyə 

verilmiş, bu il daha 8 mənzilin 

tikilməsinə başlanılmışdır. 

Məlumat üçün bildiririk ki, 

nazirlik tərəfindən əhalinin sosial 

müdafiəsinin möhkəmləndirilməsi 

üçün yeni pilot layihələri 

üzərində işlənilir.

 Rayon rəhbərliyi  tərəfindən 

Dəmirçilər, Ürkməzli və Quş-

çu Ayrım kəndlərində Qarabağ 

müharibəsi əlillərinin mənzil 

şəraitinin yaxşılaşdırılıması 

istiqamətində əsaslı işlər görül-

müşdür.


2014-2016-cı illərdə I, II 

və III qrup Qarabağ əlillərindən 

12 nəfərinə avtomobil verilmiş-

dir. Növbədə olan 26 nəfərə isə 

qarşıdakı illər ərzində avtomobilin 

verilməsi nəzərdə tutulub.

Rəcəb Babaşov demiş-

dir ki, əlillər ölkə və rayon 

rəhbərliyi tərəfindən daim diqqət 

mərkəzindədir və onlara qayğı 

daim olacaqdır.  

Rayon icra hakimiyyəti baş-

çısının müavini Gulaya Həsənova, 

Böyük Vətən müharibəsi əlili 

Xanqulu Süleymanov, Qarabağ 

Müharibəsi Veteranları, Əlilləri və 

Şəhid Ailələri İctimai Birliyinin 

rayon şöbəsinin sədri  Xasay Bala-

yev, Silahlı Qüvvələrin “Ehtiyatda 

olan zabitlər” Konfederasiyası 

rayon şöbəsinin sədri, I qrup Qara-

bağ müharibəsi əlili Baxış Hüsey-

nov, ehtiyatda  olan baş leytenant,  

Qarabağ qazisi Kamil Müsəvi, 

Azərbaycan Yazıçılar Birliyi 

Qazax filialının sədri, Əməkdar 

incəsənət xadimi, şair Barat Vüsal  

və başqaları çıxış edərək ölkə 

Prezidenti İlham Əliyevin əlillərə 

göstərdiyi diqqət və qayğıdan 

danışmış, bu istiqamətdə Qazax 

rayonunda görülmüş işlər və 

həyata keçirilmiş tədbirlər barədə 

məlumat vermişlər. 

Bayram tədbiri əyləncəli mu-

siqi proqramları ilə nahar süfrəsi 

ətrafında davam etdirilmişdir. Əlil 

qadınlara bayramla əlaqədar gül 

dəstələri təqdim olunmuşdur.

İlqar RÜSTƏMOV,

  

Vaqif BAYRAMOV, 

Hamlet  QASIMOV,  

 “Xalq qəzeti”

Azərbaycan Neft və Kimya İnstitutunun məzunu 

Eduardu duş Santuş Anqola prezidentliyindən gedir

 

ˆ

1979-cu ildən Anqolaya 



rəhbərlik edən Joze Eduardu duş 

Santuş 2017-ci ildə keçiriləcək 

prezident seçkilərində iştirak 

etməyəcək.

APA-nın "Reuters" agentliyinə istinadən 

verdiyi məlumata görə, Anqolanın hakim 

partiyası olan Anqolanın Azadlığı Uğrun-

da Xalq Hərəkatının (MPLA) açıqladığı 

sənəddə prezidentliyə namizədlərin siyahı-

sında hazırkı dövlət başçısının adı yoxdur.

MPLA rəhbərliyi partiyanın 

prezidentliyə əsas namizədinin müdafiə 

naziri Joau Lourenko olduğunu bəyan edib.

Qeyd edək ki, 74 yaşlı Joze Eduardu 

duş Santuş Azərbaycan Neft və Kimya İns-

titutunun məzunudur (1963-1969). O, tələbə 

vaxtı institutda Anqolanın azadlığı uğrunda 

dərnəyə rəhbərlik edib. Neft mühəndisi 

olan prezident heç vaxt öz ixtisası üzrə 

işləməyib.

ABŞ Şimali Koreyaya qarşı  

əlavə sanksiyalar tətbiq edib

 

ˆ

ABŞ Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edib. APA-



nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ maliyyə 

nazirliyinin məlumatında bildirilir.

Sanksiyalara məruz qalan hüquqi və 

fiziki şəxslər Şimali Koreya hökuməti 

və ölkənin atom proqramı ilə əlaqəsi  

olanlardır. Onların arasında müəssisə 

rəhbərləri, ticarət korporasiyası və atom 

sənayesi nazirliyinin nümayəndələri də 

var.


Sanksiya siyahısına, həmçinin 

sənaye və inşaat korporasiyaları, “Air 

Koryo” aviaşirkəti, “Koryo Bank” 

daxil olmaqla bir neçə maliyyə və sığorta 

şirkətləri salınıb.

Qeyd edək ki, dekabrın 1-də BMT 

Təhlükəsizlik Şurası Şimali Koreyaya 

qarşı yeni sanksiyalar tətbiq edib. Sanksi-

yalar Şimali Koreyanın sentyabrda həyata 

keçirdiyi sayca beşinci nüvə sınağı ilə 

əlaqədar tətbiq edilib.

ABŞ Konqresi Rusiya əleyhinə 

 4,3 milyard dollar ayırıb

 

ˆ

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın təsir dairəsinin 



zəiflədilməsi məqsədilə  4,3 milyard dolların ayrılmasını dəstəkləyib.

APA-nın “Reuters” agentliyinə 

istinadən verdiyi xəbərə görə, Palata-

nın bu gün qəbul etdiyi qərar müdafiə 

üzrə qanun layihəsinə daxil edilib.

Adıçəkilən təşəbbüslə fev-

ral ayında Prezident Obama çıxış 

edib.  Xərclər siyasi, iqtisadi, ictimai 

diplomatiyaya və hərbi dəstəyə, o 

cümlədən NATO-ya üzv ölkələr, eləcə 

də  Avropa, Avrasiya və Mərkəzi Asiyada 

ABŞ-a tərəfdaş ölkələrə qarşı Rusiyanın 

mümkün təcavüzünün qarşısını almağa 

yönəlib.


Qanun layihəsi Konqresin hər iki 

Palatasında razılaşdırıldıqdan sonra 

imzalanmaq üçün Prezident Obamaya 

göndəriləcək. 

Bundan başqa, ABŞ Nümayəndələr 

Palatası Rusiya ilə əməkdaşlığı 

məhdudlaşdıran müdafiə büdcəsini qəbul 

edib.


 

ˆ

Azərbaycan Respublikası Əmək və Əhalinin 



Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək 

Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən vətəndaş 

müraciətlərinin obyektiv şəkildə araşdırılması və 

nəticələrinə əsasən qanunauyğun tədbirlər görülməsi 

istiqamətində işlər davam etdirilir.

Vətəndaşların 

müraciətlərinə əsasən, cari 

ilin yanvar-oktyabr aylarında 

görülən tədbirlər nəticəsində 

Dövlət Əmək Müfəttişliyi 

Xidməti 787,3 min manat 

məbləğində gecikdirilmiş 

sosial xarakterli ödənişlərin 

işəgötürənlər tərəfindən 

işçilərə ödənilməsini təmin 

etmişdir. Həmin məbləğin 94,6 

faizi gecikdirilmiş əmək haqla-

rından, 3,2 faizi işəgötürənlər 

tərəfindən ödənilməli olan 

sosial müavinət və kompen-

sasiyalardan, qalan hissəsi isə 

zərərə görə ödənclərdən ibarət 

olmuşdur. 

Eyni zamanda, Dövlət 

Əmək Müfəttişliyi Xidmətində 

qeyri-qanuni olaraq işdən azad 

edilənlərin də müraciətlərinə 

baxılmışdır. Yanvar ayından 

ötən müddətdə, oktyabr ayı da 

daxil olmaqla, qanunvericili-

yin tələbləri pozulmaqla işdən 

azad edilmiş 20 nəfər vətəndaş 

DMX tərəfindən yenidən öz 

əvvəlki işlərinə bərpa olun-

muşdur. 

Nazirliyin ictimaiyyətlə 

əlaqələr şöbəsindən 

bildirmişlər ki, xidmətin 

əməkdaşları vətəndaşların 

əmək hüquqlarının təmin 

olunması, o cümlədən so-

sial xarakterli ödənişlərin 

işçilərə ödənilməsi, əmək 

müqaviləsinə xitam 

verilməsinin əsasları və 

qaydaları ilə bağlı aidiyyəti 

işəgötürənlərə hüquqi izahatlar 

vermişlər.



Zərifə BƏŞİRQIZI, 

 “Xalq qəzeti”

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin məlumatı

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat-

axtarış tədbirləri nəticəsində 1978-cı il təvəllüdlü, Azərbaycan 

Respublikasının vətəndaşı, 2007-ci ildə zərərsizləşdirilmiş “Əbu 

Cəfər” ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın 

tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunmuş Cami 

Emin Əzizağa oğlunun cari ilin əvvəlində azadlığa çıxdıqdan sonra 

yenidən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə 

iştirak edən qanunsuz silahlı birləşmələrin və beynəlxalq terrorçu 

təşkilatların nümayəndələrinin tabeçiliyini qəbul edərək əlaqəli 

fəaliyyət göstərməsinə, habelə Azərbaycan Respublikasının 

ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə 

terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr 

müəyyən edilib.

Bununla əlaqədar, 2016-cı il dekabrın 3-də Emin Caminin 

saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu 

müqavimət göstərərək üzərində olan “şəhid kəməri”ni partlatmağa 

cəhd edib, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən 

məhv edilib. 

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Ermənistan silahlı qüvvələrinin 

bölmələri atəşkəs rejimini 60 dəfə pozub

 

ˆ

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 



qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka 

ərzində atəşkəs rejimini ümumilikdə 60 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 

AZƏRTAC-a bildiriblər ki, Ermənistan 

Respublikasının Noyemberyan rayonunun 

Şavarşavan kəndində yerləşən mövqelərdən 

Qazax rayonunun Fərəhli kəndində, Berd 

rayonunun Mosesqex, Çinari kəndlərində və 

adsız yüksəkliklərdə yerləşən mövqelərdən 

Tovuz rayonunun Ağdam, Ağbulaq, Koxanəbi 

və Muncuqlu kəndlərində yerləşən 

mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun 

 Göyarx, Ağdam rayonunun Şıxlar, Baş 

Qərvənd, Cəvahirli, Şuraabad, Mərzili, Füzuli 

rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, 

Aşağı Veysəlli, Xocavənd rayonunun Ku-

ropatkino kəndləri yaxınlığında, həmçinin 

Goranboy, Tərtər, Füzuli, Xocavənd və 

Cəbrayıl rayonları ərazisindəki adsız 

yüksəkliklərdə yerləşən mövqelərdən də Silah-



lı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Əlillərə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Gecikdirilmiş ödənişlər işəgötürənlər 

tərəfindən ödənilmişdir



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə