26 avqust 2016-cı il, cümə 3



Yüklə 67.12 Kb.
Pdf просмотр
tarix23.12.2016
ölçüsü67.12 Kb.

26 avqust 2016-cı il, cümə

3

 

ˆ

Azərbaycan qadını tarixən azad düşüncəli, təmiz 



qəlbli, nikbin ruhlu olmuş, mənsub olduğu ailənin, elin-

obanın yükünü kişilərlə bərabər paylaşmaqla  cəmiyyətin 

inkişafına önəmli töhfələr vermişdir.Türklərin qadına 

nəcib münasibətini aydın şəkildə ortaya qoyan "Kitabi-

Dədə Qorqud" dastanında da qadının cəmiyyətdə tutduğu 

üstün mövqe özünün real əksini tapmışdır. Burla xatun, 

Banu Çiçək, Selcan xatun kimi qəhrəman qadın obrazları, 

onların mübariz həyat tərzi, cəsur və mərdanə davranışları  

cəmiyyətdə qadınların hələ yüz illər bundan öncə kişilərlə 

bərabər hüquqlara, hətta daha mötəbər statusa malik 

olduqlarının əyani təzahürüdür. 

Bu faktlara sadəcə folklor yara-

dıcılığımızdan deyil, real həyatdan da 

kifayət qədər misallar gətirmək olar. 

Atabəylərin Möminə xatunu və Meh-

rican xatunu, XII əsr Şərq intibahının 

Azərbaycan ulduzu Məhsəti Gəncəvi, 

XV əsr Ağqoyunluların Sara xatunu, 

Qarabağ xanlığının sonuncu vərəsəsi – 

Xan qızı Natəvan, XX əsr Azərbaycan 

qadınının əldə etdiyi ən yüksək 

məziyyətləri özündə əks etdirən Zərifə 

xanım Əliyeva, yeni dövr Azərbaycan 

elmində önəmli iz buraxmış Aida 

İmanquliyeva kimi mötəbər xanım-

lar tariximizin müxtəlif dövrlərində 

cəmiyyətin və dövlətçiliyin 

təkamülündə aparıcı qüvvə kimi 

çıxış etmiş və özlərindən sonrakı 

nəsillər üçün Azərbaycan qadınının 

mükəmməl örnəyinə çevrilmişlər. 

Tariximizin həssas məqamlarında 

Azərbaycan xanımlarının göstərdiyi 

sarsılmaz iradə, əvəzsiz fədakarlıq, 

sonsuz vətənpərvərlik bugünkü dövlət 

quruculuğumuzda, cəmiyyətimizin si-

yasi-iqtisadi, mənəvi-sosial inkişafında 

yorulmadan çalışan  Azərbaycan qadı-

nı üçün ilham və enerji mənbəyidir. Bu 

yaradıcı enerjini  xalq və dövlət üçün, 

bugünkü və gələcək nəsillərın rifahı 

üçün hərtərəfli real fəaliyyət proq-

ramına çevirmək missiyasını böyük 

əzmkarlıqla öz üzərinə götürmüş XXI 

əsrın ən görkəmli Azərbaycan xanımı 

isə Mehriban Əliyevadır.    

Mehriban xanım Əliyeva özü-

nün peşəkar fəaliyyəti, zəngin 

təcrübəsi,  böyük humanizmi və 

hadisələrə genişmiqyaslı baxış 

bucağı ilə Azərbaycan tarixində 

qadın hərəkatının yeni bir səhifəsini 

başlamışdır. Mehriban xanım Əliyeva 

bu hərəkat tarixində ilk şəxsiyyətdir ki, 

onun fəaliyyəti təhsildən səhiyyəyə, 

idmandan mədəniyyətimizin 

təbliğinə, xeyriyyəçilikdən ətraf 

mühitin qorunmasına qədər geniş bir 

fəaliyyət arealını əhatə edir. Onun 

çoxistiqamətli fəaliyyətinin əsasında 

xalq sevgisi, vətənpərvərlik, bəşəri 

ideallara sadiqlik, zərif humanizm 

dayanır. Mehriban Əliyevanın 

təşəbbüsü ilə həyata keçirilən tədbirlər 

təkcə Azərbaycanla məhdudlaşmır, 

eyni zamanda, beynəlxalq sülh və 

sabitliyin təmin edilməsində önəmli 

rol oynayan sivilizasiyalararası dialoq 

mühitinin formalaşdırılması, dünya 

mədəni irsinin qorunması üzrə aktual 

sahələri də əhatə edir. Mehriban xanım 

Əliyevanın malik olduğu üstün mənəvi 

məziyyətlərin nəcib ailə köklərinə 

dərin bağlılıqdan qaynaqlanması, onun 

Vətənimizə, dövlətçiliyimizə və xalqı-

mıza  sadiqlik əzmini şərtləndirən əsas 

amildir. Mehriban Əliyeva ölkənin 

birinci xanımı olmaqla bərabər, həm 

də nümunəvi anadır, məsuliyyətli 

vətəndaşdır, dünyəvi və dini 

dəyərlərimizə sadiq olan Azərbaycan 

qadınının yeni simasıdır,  ictimai-siya-

si xadimdir.

Mehriban Əliyeva qadının ailədə 

rolu haqqında belə deyir: "Hər bir 

qadın üçün onun ailəsi, onun uşaq-

ları həyatının ən vacib, ən mühüm 

hissəsidir. Mən özüm üç uşaq anası 

olaraq, analıq missiyasını həyatımın ən 

vacib missiyası kimi dəyərləndirirəm". 

Bu yanaşma ilə, o Azərbaycan xalqının 

milli-mənəvi dəyərlər sistemində ailə 

amilinin nə qədər önəmli olduğunu 

diqqətə çatdırır.

Mehriban xanım Əliyevanın 

fəaliyyət  dairəsi çox genişdir. O, 

Azərbaycan Respublikası Milli 

Məclisinin deputatı, Heydər Əliyev 

Fondunun prezidenti, Azərbaycan 

Mədəniyyətinin Dostları Fondunun 

prezidenti, UNESCO-nun və ISESCO-

nun xoşməramlı səfiri kimi sistemli  

fəaliyyət göstərir. Hələ 1995-ci ildə 

Azərbaycan Mədəniyyəti Fondunu 

təsis edən Mehriban Əliyeva   milli-

mənəvi dəyərlərimizin qorunma-

sını, incəsənətimizin inkişafı və 

təbliğini, Azərbaycan mədəniyyətinin 

ümumbəşəri mədəni dəyərlər sisteminə 

inteqrasiyasını fəaliyyətinin başlıca 

prinsipləri kimi müəyyənləşdirmişdi. 

Fondun fəaliyyətinin əsas məqsədi 

Azərbaycan mədəniyyətini təbliğ 

etmək, onu bütün dünyaya tanıtdırmaq 

idi. Ölkəmizin müstəqilliyini yenicə 

bərpa etdiyi zamanlarda Mehriban 

xanım Əliyevanın belə bir müqəddəs 

missiyanı üzərinə götürməsi onun 

zəngin mənəvi irsimizə sadiqliyinin 

bariz göstəricisi idi. Bu təşəbbüs xal-

qımıza azərbaycançılıq məfkurəsinin 

aşılanması, onun zəngin mədəniyyət 

tariximizlə mənəvi bağlarının 

möhkəmləndirilməsi yolu ilə Sovet 

hakimiyyətinin süqutundan sonra 

yaranmış ideoloji boşluğun aradan 

qaldırılması baxımından xüsusi önəm 

kəsb edirdi.

Azərbaycan Mədəniyyətinin 

Dostları Fondunun dəstəyi ilə  

"Azərbaycan-İrs" jurnalı işıq üzü gör-

müş, milli musiqimizin korifeylərinin 

albomları hazırlanmış, həm ölkə 

daxilində, həm də beynəlxalq are-

nada Azərbaycan mədəniyyətini və 

tarixini təbliğ edən çoxsaylı  təqdimat 

mərasimləri, sərgilər, festivallar, 

mədəniyyət günləri təşkil edilmişdir. 

Bakı Muğam Mərkəzinin yaradılma-

sı, "Qarabağ xanəndələri" musiqili 

albomunun buraxılışı, "Bakı payızı", 

Beynəlxalq Bakı Caz festivalları-

nın təşkili kimi ölkəmizin incəsənət 

tarixində xüsusi yer tutan mədəniyyət 

hadisələri Azərbaycan Mədəniyyətinin 

Dostları Fondunun təşəbbüsü ilə reallı-

ğa çevrilmişdir.  

Azərbaycanın "Eurovision" mahnı 

müsabiqəsində iştirakının təşəbbüskarı 

kimi çıxış etmiş Mehriban xanım 

Əliyeva bu musiqi yarışması vasitəsilə 

Azərbaycanın və onun musiqisinin 

dünyada tanıdılmasına xüsusi səy 

göstərmişdir.  Azərbaycan Respublika-

sının Prezidenti  cənab İlham Əliyevin  

2012-ci il "Eurovision" mahnı 

müsabiqəsinin təşkili və keçirilməsi 

haqqında müvafiq sərəncamı  ilə yara-

dılmış Təşkilat Komitəsinə rəhbərlik 

edən Mehriban xanım Əliyeva bu 

musiqi yarışmasının Azərbaycanda 

ən yüksək səviyyədə keçirilməsinə 

nail olmuş və Azərbaycanın müxtəlif 

məzmunlu beynəlxalq  tədbirlərin 

təşkilində qabaqcıl dövlətlərdən birinə 

çevrildiyini ortaya qoymuşdur.

Azərbaycanın birinci xanımı 

Mehriban Əliyevanın Milli Məclisin 

deputatı kimi də fəaliyyəti peşəkarlıq 

və səmərəlilik baxımından xüsusilə 

diqqətəlayiqdir.  2005, 2010 və 2015-

ci illərdə Azərbaycan Respublikasının 

Milli Məclisinə keçirilən seçkilərdə 

namizədliyi Yeni Azərbaycan Partiyası 

tərəfindən irəli sürülmüş Mehriban 

Əliyeva seçicilərin böyük səs çoxluğu 

ilə deputat seçilmişdir. Bu, həm də  

Mehriban xanım Əliyevanın 

fəaliyyətinə verilmiş layiqli vətəndaş 

qiymətinin bariz nümunəsidir. 

Azərbaycan seçicisi bu seçimlə 

dövlətçiliyimizin möhkəmləndirilməsi 

və xalqın rifahının yüksəldilməsi   

işində həm dövlət başçısı cənab 

İlham Əliyevin, həm də  bütün 

təşəbbüslərində ona öz dəstəyini 

əsirgəməyən birinci xanım Mehriban 

Əliyevanın yanında olduğunu bir daha 

sübut etmişdir. 2004-cü ildən Yeni 

Azərbaycan Partiyası Siyasi Şurasının 

üzvü, 2013-cü ildən isə partiyanın 

sədr müavini olan Mehriban Əliyeva 

Azərbaycanın siyasi elitasının aparıcı 

qüvvələrindən birinə çevrilmişdir.

Milli Məclisdəki fəaliyyəti 

dövründə Mehriban xanım Əliyeva 

humanizm prinsiplərinə sadiqliyi-

ni dəfələrlə sübut etmişdir. Onun 

təşəbbüsü ilə hazırlanmış Amnistiya  

aktları 2007, 2009, 2013 və 2016-cı 

illərdə Milli Məclis tərəfindən qəbul 

olunmuş, nəticədə, ümumilikdə 30 

mindən çox məhkum müxtəlif növ 

cəzalardan azad edilmişdir. Cəmiyyətə 

layiqli vətəndaş qazandırmağın onu 

cəzalandırmaqla deyil, bağışlamaqla, 

sosial həyata inteqrasiyasına lazı-

mi şərait yaratmaqla mümkünlüyü 

düşüncəsində olan Mehriban Əliyeva 

hər zaman məsuliyyətli qərarlar 

vermək bacarığını nümayiş etdirmiş-

dir. Azərbaycan Parlamentində "28 

May – Respublika Günü münasibətilə 

amnistiya elan edilməsi haqqında" 

sonuncu Qanun layihəsinin müzakirəsi 

zamanı söylədiyi fikirlərlə Mehriban 

xanım Əliyeva cəmiyyətdə humanizm 

prinsiplərinin rəhbər tutulmasının nə 

qədər önəmli olduğunu ifadə etmiş-

dir: "Hər bir cəmiyyətdə mərhəmət, 

insanpərvərlik, qayğı kimi hisslər 

əsas yer tutmalıdır. O cəmiyyətdə ki, 

həm dövlət qurumları, həm vətəndaş 

cəmiyyəti məhz bu prinsiplər əsasında, 

həm öz həyatını, həm öz fəaliyyətini 

qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu 

cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə 

düşən insanlara yardım əlini uzat-

maq deyil. Mərhəmət bəzən çətin və 

məsuliyyətli qərar qəbul etməyi tələb 

edir". 

Mehriban  Əliyevanın simasında 



Azərbaycan qadını ilk dəfə olaraq 

humanist dəyərləri mənəvi kamilliyin 

əsas meyarı kimi önə çıxarır, ədalətli 

cəmiyyətin bərqərar edilməsinin zəruri 

şərtlərini müəyyən edir. Beləliklə, 

Azərbaycanın qadın hərəkatında güclü 

dövlət, ədalətli cəmiyyət və azad qadın 

anlayışı bir-birinə möhkəm tellərlə 

bağlanaraq, sosial-mədəni inkişafımı-

zın mütəhərrik qüvvəsinə çevrilir.

2004-cü ildə Mehriban xanım 

Əliyevanın prezidenti olduğu Heydər 

Əliyev Fondunun təsis edilməsi 

müasir Azərbaycan tarixinin əlamətdar 

hadisələrindən biridir. Heydər Əliyev 

Fondu Azərbaycanın dövlətçilik 

tarixini zənginləşdirmiş ümummilli 

liderimizin xatirəsinə Azərbaycan xal-

qının ehtiramını ifadə etmək məramı 

ilə, ulu öndərin zəngin mənəvi-siyasi 

irsinin öyrənilməsi, milli dövlətçilik 

ideyalarının nəsildən-nəsilə ötürülməsi 

zərurətindən yaranmışdır. 

Heydər Əliyev Fondu ölkəmizin 

və müasir dünyanın yeni və qabaqcıl 

ideyalarla hərəkət edən ən innovativ 

təsisatlarından biri olaraq  təhsil, 

mədəniyyət, səhiyyə, idman, elm 

və texnologiya, ekologiya və sosial 

sahələrdə cəmiyyət və dövlətimiz 

üçün aktual olan layihələrin həyata 

keçirilməsində təşəbbüskar və 

təşkilatçı qurum kimi çıxış edir. 

Xüsusi qayğıya ehtiyacı olan insan-

lara yardım göstərilməsi, Azərbaycan 

vətəndaşlarının yaradıcı potensia-

lının üzə çıxarılmasına və inkişaf 

etdirilməsinə, mənəvi dəyərlərimizin 

qorunmasına dəstək verilməsi, 

azərbaycançılıq ideologiyasının 

təbliği Heydər Əliyev Fondunun əsas 

fəaliyyət istiqamətləridir. Azərbaycan 

həqiqətlərinin dünyaya çatdırılma-

sına, Azərbaycan Respublikasının 

beynəlxalq nüfuzunun artırılma-

sına yönəlmiş tədbirlərinin həyata 

keçirilməsi fondun fəaliyyət dairəsinə 

daxil olan prioritet sahələrdir. 

Heydər Əliyev Fondunun dəstəyi 

ilə  Müqəddəs Marçellinio və Pietro 

katakombalarının, Luvr muzeyinin bir 

hissəsinin bərpası Azərbaycanın nadir 

bir tolerantlıq məkanı kimi dünya 

miqyasında mədəniyyətlər və  

dinlərarası dialoqda oynadığı tarixi 

rolun təzahürüdür.  

Mehriban xanım Əliyevanın 

çoxşaxəli fəaliyyətində ölkə 

səhiyyəsinin inkişafı və təhsil sis-

teminin qabaqcıl dünya standartları 

əsasında təkmilləşdirilməsi də xü-

susi yer tutur. 2005-ci ildən etibarən 

Heydər Əliyev Fondunun dəstəyi 

ilə ölkəmizin müxtəlif bölgələrində 

təhsil və səhiyyə ocaqlarının bərpası 

və yeniləri ilə əvəzlənməsi müasir 

Azərbaycanın inkişaf tarixində parlaq 

bir səhifədir. "Yeniləşən Azərbaycana 

yeni məktəb", Uşaq evləri və 

internat məktəblərinin inkişafına 

dəstək layihələrinin gerçəkləşməsi, 

Daun Sindromlu Şəxslərin Reabi-

litasiyası Mərkəzinin, Talassemiya 

Mərkəzinin tikilməsi, 50 mindən çox 

insana sağlamlığına qovuşması üçün 

zəruri dəstəyin göstərilməsi kimi 

vacib tədbirlər Mehriban Əliyevanın 

ölkəmizdə fiziki və əqli cəhətdən 

sağlam nəslin yetişməsinə verdiyi 

əhəmiyyətin parlaq təzahürüdür.

Ölkəmizin birinci xanımı 

 Mehriban Əliyevanın ictimai-

siyasi-mədəni sahələrdə çoxsay-

lı  təşəbbüslərin müəllifi kimi önə 

çıxması Azərbaycan qadınının 

inkişafı üçün yeni üfüqlər açmışdır. 

Bu ənənənin davamı olaraq, Heydər 

Əliyev Fondunun vitse-prezidenti və 

Rusiya Nümayəndəliyinin rəhbəri, 

İslam Əməkdaşlıq Təşkilatı Gənclər 

Forumunun Mədəniyyətlərarası Dialoq 

üzrə baş əlaqələndiricisi, Rusiya 

Azərbaycanlı Gənclər Təşkilatının 

sədri, Ətraf Mühitin Mühafizəsi üzrə 

Beynəlxalq Dialoq təşəbbüsünün  

(IDEA) təsisçisi Leyla Əliyevanın 

təşəbbüsü ilə həyata keçirilən tədbirlər 

artıq gənc Azərbaycan xanımının 

cəmiyyət üçün aktual olan məsələlərin 

həllində söz sahibinə çevrildiyini 

göstərir.

İdmana qayğı, ölkəmizdə sağlam 

nəslin yetişməsinə dəstək də Mehri-

ban xanım Əliyevanın fəaliyyətində 

prioritet sahələrdəndir. O, 2002-ci ildə 

Azərbaycan Gimnastika Federasiyasının 

prezidenti, 2004-cü ildə Milli Olimpiya 

Komitəsinin İcraiyyə Komitəsinin üzvü 

seçilmişdir. Müvafiq olaraq, 2005, 2007, 

2009 və 2014-cü illərdə gimnastika 

üzrə dünya və Avropa çempionatlarının 

Azərbaycanda keçirilməsi ölkəmizdə 

bu idman növünə marağın artmasında 

və Azərbaycanın idman ölkəsi kimi 

dünyada tanıdılmasında mühüm rol 

oynamışdır.

 2013-cü ilin yanvarında dövlət 

başçısı cənab İlham Əliyevin birinci 

Avropa Oyunlarının yüksək səviyyədə 

keçirilməsini təmin etmək məqsədilə 

imzaladığı sərəncama müvafiq olaraq 

Təşkilat Komitəsi yaradılmış və 

Mehriban Əliyeva həmin komitənin 

sədri təyin edilmişdir. Dünyanın 

aparıcı şəhərlərində I Avropa Oyun-

larına dair təqdimatların keçirilməsi 

Azərbaycanın dünyada tanıdılması 

üçün tarixi fürsət olmuşdur. Birinci 

Avropa Oyunlarına hazırlıq işlərinin 

mükəmməl şəkildə tamamlanması və 

bu mötəbər yarışın Olimpiya Oyunları 

səviyyəsində təşkili Mehriban xanım 

Əliyevanın rəhbərlik etdiyi Təşkilat 

Komitəsinin gərgin əməyi sayəsində 

mümkün olmuşdur. 

Azərbaycan Respublikasının Prezi-

denti İlham Əliyevin 2015-ci il 29 iyun 

tarixli sərəncamı ilə ölkəmizin birinci 

xanımı Mehriban Əliyeva Azərbaycan 

Respublikasında mədəniyyətin, təhsilin, 

səhiyyənin və idmanın inkişafında 

səmərəli fəaliyyətinə, Azərbaycan 

xalqının mədəni irsinin beynəlxalq 

miqyasda geniş təbliğinə və birinci 

Avropa Oyunlarının təşkilində böyük 

xidmətlərinə görə "Heydər Əliyev" orde-

ni ilə təltif edilmişdir.  Mehriban xanım 

Əliyevanın ölkəmizin ali mükafatı olan 

"Heydər Əliyev" ordeni ilə təltif olun-

ması Azərbaycanın birinci xanımının 

fəaliyyətinə verilmiş ən yüksək dəyərdir. 

Bu mükafatla dövlət başçısı Mehriban 

xanım Əliyevanın təşəbbüsü ilə həyata 

keçirilən tədbirlərin Azərbaycan xalqı 

və dövləti üçün nə qədər əhəmiyyətli 

olduğunu  göstərmişdir.

Prezident İlham Əliyev birinci 

Avropa Oyunları ilə əlaqədar keçirilən 

mükafatlandırma mərasimindəki 

çıxışında Mehriban xanım Əliyevanın 

fəaliyyətinə səmimiyyətlə dəyər 

verir: "Təşkilat Komitəsinə rəhbərlik 

etmiş Mehriban Əliyevanın bö-

yük fəaliyyətini xüsusilə yüksək 

qiymətləndirirəm. O, bu Oyunların 

keçirilməsinə çox böyük töhfə ver-

mişdir. Deyə bilərəm ki, bu Oyunların 

bu səviyyədə keçirilməsinə öz canını 

qoymuşdur".  

Mehriban xanım Əliyevanın 

təşəbbüsü ilə idman, mədəniyyət, 

təhsil sahəsində və ümumiyyətlə, 

dünyada Azərbaycanın müsbət imici-

nin formalaşdırılması istiqamətində 

həyata keçirilən tədbirlər ölkə 

ictimaiyyəti tərəfindən də yüksək 

qiymətləndirilir. İdmandan təhsilə 

qədər, mədəniyyətdən səhiyyəyə 

qədər, xeyriyyəçilikdən multikul-

turalizm təşəbbüskarlığına qədər 

əhatəli fəaliyyət potensialına malik 

olan  Mehriban Əliyevanın ölkəmizin 

bütün ictimai, siyasi, mədəni dairələri 

tərəfindən işgüzar və görkəmli 

Azərbaycan qadını kimi tanınması  

cəmiyyətimizdə  Azərbaycan qadınına 

verilən yüksək dəyərin ifadəsidir.

Mehriban xanımın ölkə və 

qlobal səviyyədə gördüyü işlər 

beynəlxalq aləmdə də yüksək 

qiymətləndirilməkdədir. 2016-cı ildə 

Mehriban xanım Əliyeva Avropada 

idmanın inkişafına göstərdiyi xüsusi 

xidmətlərə görə Avropa Olimpiya 

Komitəsinin ən yüksək mükafatı 

olan Ali Ordenlə təltif edilmişdir. 

Azərbaycanın birinci xanımı Mehriban 

Əliyeva Fransanın "Şərəf Legionu" 

ordeninə və bir çox dövlətlərin orden 

və medallarına, çoxsaylı mükafatlarına 

layiq görülmüşdür.

Azərbaycan xanımına xas 

olan bütün nəcib xüsusiyyətləri 

özündə əks etdirən Mehriban xanım 

Əliyevanın səyləri nəticəsində bu 

gün Azərbaycanda qadın hərəkatı 

keyfiyyətcə yeni səviyyəyə yüksəlmiş, 

ölkəmizin siyasi sistemində güclü "Bi-

rinci xanım" institutu formalaşmışdır. 

Mehriban xanım Əliyevanın maddi 

və qeyri-maddi irsimizin qorunması, 

Azərbaycan gerçəkliklərinin, Dağ-

lıq Qarabağ münaqişəsi haqqında 

həqiqətlərin dünya ictimaiyyətinə 

çatdırılması, xeyriyyəçilik və huma-

nitar təşəbbüslərin irəli sürülməsi 

kimi çoxşaxəli fəaliyyət dairəsi 

Azərbaycan xanımının tükənməz 

gücünü nümayiş etdirir. Bütün bunlar 

müasir Azərbaycan xanımının öz tarixi 

missiyasını ləyaqətlə davam etdirdiyini, 

milli-mənəvi dəyərlərimizin keşiyində 

cəsarətlə durduğunu göstərir.  

Xalqımız  Mehriban Əliyevanın 

fəaliyyətinə layiqli qiymət verərək 

onun bütün təşəbbüslərini dəstəkləyir 

və onun şəxsində  Azərbaycan xanı-

mına ən yüksək hörmət və ehtiramını 

ifadə edir. Xüsusilə bu gün, Mehriban 

xanım Əliyevanın doğum günündə  

milyonlarla insanın ürəyində sevinc 

və minnətdarlıq hissi yaşanır. Bu 

ürəklərdə səslənən ən xoş arzular xalq 

üçün, Vətənimiz üçün yorulmadan, 

usanmadan çalışan fədakar insana 

– Mehriban Əliyevaya ünvanlanır. 

Sonsuz xalq sevgisinə sahib olan 

Mehriban Əliyevaya milli maraqları-

mızın müdafiəsinə, dövlətçiliyimizin 

möhkəmləndirilməsinə və xüsusən, 

Azərbaycan qadınının mənəvi 

yüksəlişinə xidmət edən yorulmaz 

fəaliyyətində davamlı uğurlar arzu 

edirik.


Cavanşir FEYZİYEV, 

Milli Məclisin deputatı, 

fəlsəfə doktoru

Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, 

 qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki, 

həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu 

prinsiplər əsasında, həm öz həyatını, həm öz fəaliyyətini 

qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. 

Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini 

uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli 

qərar qəbul etməyi tələb edir.                                                                                            

Mehriban ƏLİYEVA, 

Heydər Əliyev Fondunun prezidenti,  

Milli Məclisin deputatı

Müasir Azərbaycan qadınının real obrazı: 

MEHRİBAN  ƏLİYEVA



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə