20 yanvar faciəsi düşünülmüş və xüsusi hazırlıq prosesindən keçmiş, bir plan idi. Belə ki, 1988-ci ildən başlanan xalq hərəkatını dağıtmaq və demokratik hərəkatı boğmaq üçün müvafiq vaxt yetişirdi. Keçmiş ssri-nin



Yüklə 9,72 Mb.
Pdf görüntüsü
səhifə4/38
tarix02.01.2022
ölçüsü9,72 Mb.
#2533
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   38
QƏZETİ

MİZİN O

XUCULAR

INA

Baş redaktordan

XALQIN QAN YADDAŞI- 20 YANVAR


http://www.amu.edu.az

15 yanvar 2013-ъц ил

2

Diasporla  İş  üzrə  Dövlət  Komitəsindən  AzərTAc-a 

bildirilmişdir ki, Amerika Birləşmiş Ştatları, Kanada, La-

tın Amerikası ölkələri, Avstraliya və Yeni Zelandiya da 

daxil olmaqla dünyanın bir çox ölkələrində 20 Yanvar 

faciəsinin qurbanları yad ediləcəkdir.

Yanvarın  19-dan  başlayaraq  Vaşinqton,  Hyuston, 

Nyu-York,  San-Fransisko  və  azərbaycanlıların  kom-

pakt yaşadıqları digər şəhərlərdə anım mərasimlərinin, 

“dəyirmi masalar”ın keçirilməsi, faciəni əks etdirən vi-

deoçarxların və sənədli filmlərin nümayişi nəzərdə tu-

tulur.


Almaniyada  da  20  Yanvar  faciəsi  ilə  bağlı  müxtəlif 

formatlı tədbirlər təşkil olunacaqdır. Maqdeburq, Berlin 

və digər şəhərlərdə silsilə mərasimlər keçiriləcəkdir.

Yanvarın  18-23-də  Niderlandın  Haaqa,  Amsterdam 

və  Rotterdam  şəhərlərində  digər  ölkələrin  diaspor 

təşkilatlarının  nümayəndələrinin  iştirakı  ilə  20  Yan-

var  faciəsi  qurbanlarının  xatirəsinə  həsr  olunan  anım 

tədbirlərinin  keçirilməsi,  həmçinin  Niderlandın,  Belçi-

kanın  və  Lüksemburqun  siyasi  partiyalarına  faciə  ilə 

bağlı bəyannamələrin göndərilməsi planlaşdırılır.

Yanvarın  19-da  Türkiyənin  Kocaeli  şəhərində  “41” 

televiziya  kanalında  Türkiyə-Azərbaycan  Dərnəkləri 

Federasiyasının  sədri  Bilal  Dündarın  iştirakı  ilə  bri-

finq keçiriləcəkdir. Brifinqdə ölkəsinin azadlığı və ərazi 

bütövlüyü  uğrunda  mübarizəyə  qalxmış  dinc  əhaliyə 

qarşı  Sovet  rejiminin  törətdiyi  kütləvi  terror  haqqında 

ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Yanvarın  20-də  isə  tarixçi-yazıçı  Abdulla  Köktü-

rün  iştirakı  ilə  konfrans,  Mədəniyyət  Evində  fəaliyyət 

göstərən  Azərbaycan  Muzeyində  fotosərgi,  Adana 

şəhərində  isə  “Azərbaycan  tarixinin  qanlı  səhifəsi” 

mövzusunda elmi-praktik konfrans keçiriləcəkdir.

Yanvarın  19-da  Birləşmiş  Ərəb  Əmirliklərində 

qanlı  faciədən  bəhs  edən  sənədli  filmlərin  nüma-

yiş  etdirilməsi,  yerli  qəzetlərdə  isə  bu  barədə  ətraflı 

məlumatların dərc olunması nəzərdə tutulmuşdur.

Həmçinin  yanvarın  19-20-də  Gürcüstanın  Qarda-

bani,  Marneuli,  Tbilisi,  Rustavi  şəhərlərində  də  faciə 

ilə  bağlı  anım  mərasimləri,  konfrans,  “dəyirmi  masa”, 

şəhidlərin xatirəsinə həsr olunmuş fotosərgi təşkil olu-

nacaqdır.

Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kiyev, Xar-

kov və Dnepropetrovsk, Minsk, Kişinyov şəhərlərində 

də anım mərasimləri keçiriləcəkdir.

Silsilə tədbirlərin davamı olaraq yanvarın 20-də Mi-

sirin Qahirə şəhərində 20 Yanvar faciəsi qurbanlarının 

xatirəsinə  həsr  olunan  anım  mərasimi  keçiriləcək  və 

“Şəhidlərimiz”  mövzusunda  fotosərgi  nümayiş  oluna-

caqdır.

Eyni  zamanda,  Qırğızıstanın  Bişkek  şəhərində  “20 

Yanvar  faciəsinin  Azərbaycan  xalqının  milli  azad-

lıq  hərəkatında  yeri  və  rolu”  mövzusunda  konfrans 

keçiriləcək,  fotosərgi  və  sənədli  filmlərin  nümayişi 

təşkil  olunacaq,  “20  Yanvar  qəhrəmanlıq  tariximizin 

səhifəsi” mövzusunda “dəyirmi masa” keçiriləcəkdir.

Qazaxıstanın  Astana  şəhərində  “Azərbaycan  xalqı-

nın azadlıq uğrunda qəhrəmanlıq mübarizəsi” mövzu-

sunda elmi-praktiki konfrans, Almatı şəhərində isə “20 

Yanvar faciəsi Azərbaycan xalqına və insanlığa qarşı 

törədilmiş  dəhşətli  cinayət”  mövzusunda  konfrans  və 

fotosərgi təşkil ediləcəkdir.

Digər ölkələrdə də 20 Yanvar faciəsinin 24-cü ildönü-

mü ilə bağlı tədbirlərin keçirilməsi planlaşdırılır.


Yüklə 9,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin