2. Xüsusi laboratoriyanın yaradılmasının əhəmiyyəti. Coğrafiya meydançasının əhəmiyyəti



Yüklə 0,58 Mb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#36640
1   2   3   4
2. Coğrafiya kabineti və meydançasında aparılan işlərin tarixi

Fənn kabinet-istiqaməti üzrə lazım olan avadanlıqlarla təchiz olunmuş sinif otağı fənn kabineti adlanır. Kabinet fənnin adı ilə adlanır. Məsələn?-Coğrafiya kabineti, riyaziyyat kabineti, tarix kabineti və s.

Coğrafiya kabineti tədris üçün lazım olan digər vasitələrlə təmin olunmuş bir məkana çevrilir və coğrafi biliklərin mənimsənilməsini asanlaşdırır. Tədris prosesi şagirdlər üçün maraqlı və əyləncəli olur. Təlimin keyfiyyətinin yüksəlməsinə şərait yaradır. Coğrafiya kabinetində bütün coğrafi kurslar üzrə tədris prosesini əyaniləşdirməyə xidmət edən vəsaitləri, elmi ədəbiyyatları, müxtəlif avadanlıqları və s. yerləşdirmək, növbəti dərs ilinə saxlamaq, tədris olunan mövzular üçün vəsaitləri nümayiş etdirmək mümkündür. Kaninet şagirdlərin birbaşa əhval-ruhiyyəsini coğrafi ruha kökləməyə şərait yaradacaq mühitə çevrilir. Coğrafiya kabinetində şagirdlər özlərini yeni bir məkanda hiss edir, əvvəlki dərsin ab-havasını dəyişir, şagirdləri yeni ruhda kökləyir, onların diqqətini, hafizəsini və məntiqi şüurunu coğrafi biliklərin mənimsənilməsi istiqamətinə yönəldir. Şagirdlər yeni mövzuya aid tapşırıqları yerinə yetirmək üçün kabinetin vəsaitlərindən istifadə etmək imkanına malik olurlar. Dərslikdən əlavə tədris xəritələrindən, elmi ədəbiyyatlardan, İKT resurslarından, mövzuya uyğun əyani vasitələrdən istifadə etmək şansı əldə edirlər. Öz tədqiqat işlərini nümayiş etdirirlər, hesabatlarını təqdim edirlər, coğrafi sahədə yaratdıqları qruplarla burada görüşüb fikir mübadiləsi aparırlar, Coğrafiya kabineti şagird-coğrafiyaşünasların bir növ “ofis”inə çevrilir. Kabinet coğrafiya müəllimlərinin də tədris işini asanlaşdırır. Bir tədris ili boyunca coğrafi biliklərin mənimsənilməsinə şərait yaradacaq vəsaitlər kabinetdə toplanır və gələcək tədris illərində müəllimin bütün mövzulara aid lazım olan hər bir vəsaiti əlinin altında olur. İstənilən anda bu vəsaitləri istifadəyə cəlb edir. Fənn müəllimi kabinetdə toplanmış vəsaitləri daima yeniləşdirir, müasirləşdirir, mükəmməlləşdirir. Onlardan istifadənin daha mükəmməl üsullarını düşünüb müəyyənləşdirir. Şagirdlərin köməyindən istifadə edir. Özü üçün təlimin keyfiyyətini yüksəltməyə şərait yaratmış olur.

Coğrafiya kabinetinin xüsusi laboratoriyasının olması cox vacibdir. Belə ki, mövzular üzrə sistemləşdirilmiş şəkildə avadanlıqlar, cihazlar, əyani vasitələr, modellər və maketlər, foto-şəkillər, kolleksiyaklar bu laboratoriyada bir növ sanki şagirdlərdən “gizlədilmiş” olur. Tədris zamanı yeni bir əyani vasitənin üzərində aparılan işlər şagirdin diqqətini daha çox cəlb edir. Amma hər gün gözünün qabağında olan vəsait onun üçün bir o qədər maraq kəsb etmir. Eyni zamanda laboratoriyada avadanlıqların qorunmasını daha yaxşı həyata keçirmək mümkündür. Hər gün şagirdlərin əlinin altında olan avadanlıqlar tez sıradan çıxır. Laboratoriyası olmayan kabinetdə vəsaitlərin, avadanlığın çoxluğu darıxdırıcı bir mühit yaradır. Şagirdlərin işgüzar əhval-ruhiyyəsinə mənfi təsir edir. Şagirdlər üçün kabinet darıxdırıcı olmaqla yanaşı, həm də darısqal olur ki, bu da şagirdlərin işgüzarlğına ləngidici təsir edir. Şagirdlərin sinifdə sərbəst hərəkətinə mane olur, uşaqlar sanki kabinetin avadanlıqlarının çoxluğundan bezirlər. Kabinetdə lazım olmayan bütün avadanlıqlar, vəsaitlər laboratoriyada yerləşdirildikdə, şagirdlərin iş meydanı sadə, geniş və manevr etmək üçün əlverişli olur. Şagirdlər yalnız mövzuya aid olan vəsaitlərin yerləşdiyi bir iş otağında sərbəst çalışırlar, bu da təlimin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir edir. Bu səbəbdən də coğrafiya kabinetinin xüsusi laboratoriyasının olması olduqca zəruridir.


Coğrafiya kabineti


Şagirdlərin tədqiqatçıya çevrilməsində coğrafiya meydançasının rolu əvəzolunmazdır. Müasir dərsə verilən tələblərdən biri də şagirdləri təlim zamanı tədqiqatçıya çevirməkdir. Şagirdlər tədqiqatçıya çevriləndə yeni mövzunu müstəqil mənimsəməyə çalışırlar və belə mənimsəmə uzunmüddətli olur. Şagirdlər təlim zamanı bacarıqlar qazanırlar və müntəzəm olaraq tədqiqat xarakterli işləri yerinə yetirdikdə bu bacarıqları vərdişə çevrilir. Təfəkkür vərdişi əldə edən şagirdlər şəxsiyyətyönümlü tərbiyələnmiş olurlar.

Meydançada müşahidə


Coğrafiya meydançaları məktəbin tədris-təcrübə sahəsində yaradılır. Meydança lazım olan avadanlıqlarla, cihazlarla təchiz olunur. Coğrafiya müəllimi ilk növbədə bu avadanlıqlarla, cihazlarla işləmək bacarığına malik olmalıdır. Meydançada tədris olunacaq mövzuları müəyyənləşdirməyi bacarmalıdır. Şagirdləri müşahidəçiyə, tədqiqatçıya çevirməyin üsullarını bilməlidir. Tapşırıqlar sistemi hazırlamağı, şagirdlərin işinə nəzarət etməyi, tədqiqatların və müşahidələrin gedişinə birbaşa nəzarət etməyi, işlərin yekunlaşdırılmasına, hesabatların hazırlanmasına və statistik şəklə salınmasına rəhbərlik olduqca məsuliyyətli və asan olmayan bir işdir. Bu çətin işin öhdəsindən gəlməsi üçün coğrafiya müəllimi bacarıqlı, işgüzar və yaradıcı olmalıdır. Meydançada aparılan işləri şagirdlər olduqca maraqla icra edirlər, müşahidələr, tədqiqatlar onlar üçün çox cəlbedici olur. Şagirdlər özlərini əsil alim kimi hiss edirlər. Təlimin keyfiyyəti yüksəlir, fənnə maraq artır, təlim prosesi şagirdlər üçün əyləncəli sahəyə çevrilir.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin