1. Öldürücü (sinir-iflicedici, dəri-deşici, ümumi zəhərləyici, boğucu təsirli).
2. Ziyanverici (psixotrop maddələr və irritantlar).
10.SLAYD
Ümumiyyətlə, kimyəvi silahları aşağıdakı məqsədlərlə tətbiq edirlər:
- canlı qüvvənin tam məhv edilməsi və ya müvəqqəti olaraq sıradan çıxarılması (əsasən, sinir-iflicedici ZM);
- canlı qüvvənin müəyyən müddət ərzində mühafizə tədbirləri yerinə yetirməsinə görə manevr etməsini çətinləşdirmək, atəşin sürətini və dəqiqliyini azaltmaq üçün (sinir-iflicedici və dəri-deşici təsirli ZM);
- düşmənin döyüş zamanı uzun müddətə mübarizəsini çətinləşdirmək və şəxsi heyətin itkisini artırmaq məqsədilə davamlı ZM tətbiq edilir;
- ərazini zəhərləməklə rəqib qüvvələri döyüş pozisiyasını tərk etməyə vadar etmək məqsədilə.
11.SLAYD
Təsir sürətinə
1. teztəsirli (sinir-iflicedici, ümumi zəhərləyici, qıcıqlandırıcı və bəzi psixotrop maddələr);
2. gectəsirli (dəri-deşici, boğucu təsirli və bir neçə növ psixotrop maddə) təsir edən maddələrə ayrılır.
Təsir sürətinə görə ZM – zədələyici təsiri ölümcül, müvəqqəti və qısamüddətli sıradan çıxaran (qıcıqlandırıcı) növləri ayırd olunur. Ölümcül təsirli ZM tətbiq olunan zaman canlı qüvvənin ağır itkisinə səbəb olur. Bu qrupa sinir-iflicedici, dərizədələyici, ümumi zəhərləyici və boğucu təsirli və botulizm toksini aiddir. Müvəqqəti olaraq sıradan çıxaran ZM qrupuna psixokimyəvi təsirli maddələr və stafilokokk toksini aiddir. Bu qrup şəxsi heyətin döyüş qabiliyyətinin bir neçə saatdan bir neçə günə qədər itirilməsinə səbəb olur. Qısa müddətə sıradan çıxaran ZM-in (qıcıqlandırıcı təsirli) təsiri onunla təmasda olan zaman başlayır və zəhərli atmosferdən çıxdıqdan sonra bir neçə saat davam edir.
12.SLAYD
Təsir müddətinə
1. Uçucu və ya dayanıqsız maddələr (təsiri dəqiqələrlə hesablanır);
2. Dayanıqlı maddələr (təsiri bir neçə saatdan bir neçə həftəyə qədər).
13.SLAYD
ZM-in ərazidə davamlılığı onun tətbiq edildiyi andan, şəxsi heyətin zədələnmiş sahəni tərk etməsinə qədər və ya orada mühafizə vasitələrsiz qala biləcəyi müddətdir. Kimyəvi silahların tətbiqi zamanı zədələnmiş ərazi, silahılı qüvvələr, hərbi texnika və digər obyektlər insanların zəhərlənmə mənbəyi olur. Belə şəraitdə şəxsi heyət ZM-in davamlılığından asılı olaraq uzun müddət fərdi mühafizə vasitələrində qalmağa məcbur olur, bu da ordunun döyüş qabiliyyətini aşağı salır.
Kimyəvi silah binalara, tikililərə və sənaye müəssisələrinin avadanlıqlarına bilavasitə təsir etmir, lakin ondan istifadə müəssisələrin istehsal fəaliyyətində özünü büruzə verir.
ZM və zəhərli kimyəvi birləşmələr, insanları və heyvanları zədələyir, ərazini, su mənbələrini, ərzağı və yemi zəhərləyir, bitki örtüyünün, kənd təsərrüfatı bitkilərinin məhvinə səbəb olur.