2 ŞƏrq ruhu ruh hələ o dərəcədə mücərrədləşməmiş



Yüklə 58,5 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü58,5 Kb.
#2052
növüMücərrəd
1   2
Mən Şərqəm,

Mən Allahın ilk yaratdığının təməl daşıyam….
misralarını misal gətirən A.İmanquliyeva bu baxışı «Şərqin keçmiş əzəməti barədə düşüncələr» adlandırır.1 Maraqlıdır ki, qoca Şərqi bir tərəfdən gənc və güclü Qərblə görüşdürən ər-Reyhani, digər tərəfdən onu müasir Şərqlə müqayisə edir. A.İmanquliyeva bu cəhəti xüsusi vurqulamaqla diqqəti çağdaş Şərqin həqiqi Şərq mahiyyətin­dən uzaqlaşdığına yönəldir: «Bu böyük həcmli şerin sonraki hissəsi xurafat və mövhumat zülmətinə qərq olan, dinin bütün zahiri ayinlərinə fanatik şəkildə sitayiş edən müasir Şərqin tənqidinə həsr olunmuşdur. Cəhalət və mövhumat Şərqi Qərb sivilizasiyasının bütün nailiyyətlərindən çəkindirir.»2

Bu məqamın vurğulanması, bizim fikrimizcə, Aida İmanqu­liyevanın Şərq-Qərb problematikasına gətirdiyi böyük yenilikdir. Belə ki, Şərqlə Qərbin müqayisəli tədqiqində üzə çıxan bir çox ziddiyyətli cəhətlər məhz Şərqin zaman axınında ikiləşməsini nəzərdən qaçırmağın, çağdaş Şərqlə qoca Şərqi eyniləşdirməyin nəticəsidir. Halbuki, Şərqin əzəməti, böyüklüyü, ruhani mahiyyəti məhz qoca Şərqin timsalında təzahür edir. O, hətta, Qərbi də düçar olduğu böhrandan xilas etmək əzmindədir. Ər-Reyhaninin poetik dili ilə «mən öz ruhumla sənin qəlbini sivilizasiya xəstəlik­lərindən sağaldacağam», – deyən ruhani Şərq həqiqi dini hissdən ayrı düşən, mövhumata uyan, əcnəbilərdən, onların texnoloji nailiyyətlərindən çəkinən, mürtəce məzmun kəsb edən cılızlaşmış Şərqdən çox fərqlidir. Əslində ikinci birincinin adına sığınır. Amma bu Şərq daha o Şərqdən deyil.

Əlbəttə, «Şərq» fenomeninə diferensial münasibət ideyası bədii obrazlarla, poetik şəkildə ər-Reyhani tərəfindən irəli sürül­müşdür. Lakin bu poetik tərənnümün mahiyyəti elmi-məntiqi müstəvidə məhz A.İmanquliyeva tərəfindən açılır və Şərqlə Qərbin vəhdətinə çağırış da bu yeni baxış bucağından yeni mahiyyət kəsb edir. Vəhdət üçün əvvəlcə Şərqin özünə qayıtması, öz ilkin ruhani məğzini yenidən kəsb etməsi tələb olunur.

Qərb mühitində səslənən Şərq poetik ruhunu ər-Reyhani timsalında tədqiq edən, «iki sivilizasiyanın əldə etdiyi ən yaxşı nailiy­yət­lərin birləşdirilməsi imkanlarını»1 araşdıran A.İmanqu­li­ye­­vanın ideyaları bu gün də Şərq-Qərb probleminin ədəbi-tənqi­di və fəlsəfi tədqiqi sahəsində istiqamətləndirici rol oynayır.



Bəli, dünya bu gun bir sıra qlobal problemlərlə üzləşmişdir. Qərb bu problemləri təkbaşına həll etmək iqtidarında deyil. Onun Şərq ruhuna ehtiyacı vardır. Lakin bu ruh çağdaş Şərqin görünən qatlarında görünməz olmuşdur. Şərqin dərin genetik qatlarında uyuyan böyük ruhani gücün qayıdışına nail olmaq çağdaş Şərqin imkanı xaricindədir. Buna nail olmaq üçün Qərbin köməkliyinə ehtiyac vardır. Qərb özünün gələcəyi naminə, bütün bəşəriyyətin gələcəyi naminə səylərini onsuz da cırlaşmış çağdaş Şərqi daha da sıxışdırmağa yox, onun özünə, öz ruhani başlanğıcına qayıtmasına yö­nəltməlidir.



1 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh.166.

2 Yenə orada, səh 167.

1 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh.167.



Yüklə 58,5 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin