2 Əmtəələrin keyfiyyətində və istehlak faydalılığında olan fərqlər qiymətlərin səviyyəsində ciddi uçota alınmalıdır



Yüklə 129 Kb.
səhifə2/4
tarix29.12.2021
ölçüsü129 Kb.
#48368
növüQaydalar
1   2   3   4
qiymət 2

Minimum

Mümkün qiymət

Maksimum

Əgər qiymət həddən artıq aşağı olsa, mənfəət əldə etmək qeyri-mümkündür.

Məhsulun maya dəyəri

Rəqiblərin qiyməti və əvəz edilə bilən əmtəənin qiyməti

Əmtəənin nadir üstünlükləri

Əgər, qiymət çox yüksək olsa, tələbin bu qiymətdə formalaşması qeyri-mümkündür.
Minimum qiymət məhsulun maya dəyərinə görə, maksimum qiymət əmtəənin hansısa nadir xüsusiyyətləri olduqca müəyyən olunur, rəqabətdə olan əmtəələrin qiyməti və əvəz edilə bilən əmtəələrin qiyməti orta səviyyəni verir.


Son (əsas) qiymətin təyin edilməsi

Əlavə mülahizələrin uçotu

Rəqiblərin qiymət və əmtəələrinin təhlili

İstehsal

xərclərinin qiymətləndirilməsi


Geniş şəkildə qiymətlərin hesablanmasını aşağıdakı kimi göstərə bilərik:

Qiymətin əmələ gəlməsi məsələsinin qoyuluşu


Tələbin müəyyən edilməsi

Qiymətin əmələ gəlməsi metodunun seçilməsi

İlkin qiymətin hesablanması


2.4. Qiymətlərin əmələ gəlməsinin alternativ metodları.

Qiymətlərin müəyyən olunmasının alternativ metodları özündə aşağıdakıları birləşdirir:

1. Qiymətlərin istehsal xərclərinə görə müəyyən olunması;

2. Qiymətlərin tələbə meyllilik əsasında müəyyən olunması;

3. Qiymətlərin rəqabətə meylilik əsasında müəyyən olunması ( və ya hərəkətdə olan qiymət səviyyələrinə görə);

4. Qiymətlərin istehsal xərcləri ilə bazardakı vəziyyət arasındakı tapılmış tarazlığa ( tələbə, rəqabətə) görə müəyyən olunması.

Qiymətlərin istehsal xərclərinə görə müəyyən edilməsi. Bu metodun mahiyyəti ondan ibarətdir ki, istehsalçı firma əmtəənin qiymətini maya dəyəri və mənfəət (orta maya dəyəri və orta mənfəət) baxımından müəyyən edir.

Topdansatış və pərakəndə satışa gəldikdə isə, onların hər biri əldə etdikləri əmtəələrə qiymət təyin etdikdə, bu əmtəələrin alınmasına ödənilmiş xərclər maya dəyəri kimi çıxış edir. Mənfəət isə maya dəyərinə və yaxud satış qiymətinə qoyulmuş qiymət əlavələri formasında çıxış edir.

Bu metod qiymət səviyyəsini ölçməyə imkan verir. Qiymət bu səviyyədən aşağı müstəsna hallarda və müəyyən vaxtda (məsələn, firmanın bazara daxil olma strategiyası həyata keçirildikdə, bazar payının böyük hissəsini əldə saxladıqda) düşə bilər. Qiymətlərin xərclərə görə müəyyən edilməsi bazar iqtisadiyyatı şəraitində ikili aparılır: tam istehsal xərcləri əsasında və son istehsal xərcləri əsasında. Qiymətləri tam istehsal xərcləri əsasında müəyyən etdikdə həm birbaşa dəyişən xərclər, həm də daimi xərclər nəzərə alınır. Qiymətləri son xərclərə görə müəyyən etdikdə ancaq bilavasitə əmtəə istehsalına yönəldilən son birbaşa xərclər nəzərə alınır.

Qiymətlərin ancaq dəyişən birbaşa xərclərə görə müəyyən edilməsi firmaya güclü rəqabət şəraitində verilmiş əmtəəyə daha aşağı qiymət səviyyəsi təyin etməyə, bunun hesabına satışı genişləndirməyə və mənfəət əldə etməyə imkan yaradır.

Yadda saxlamaq lazımdır ki, qiymətlərin ancaq son xərclər bazasına görə əsaslandırılmasını eyni zamanda firma tərəfindən buraxılan bütün məhsullar (əmtəələr) üçün istifadə etmək olmaz, ona görə ki, əsas xərclər firmanın ümumi mədaxilində yerləşdirilmişdir.

Belə yanaşma qiymətlərin müəyyən edilməsində “orta qiymət” strategiyasının əsasını təşkil edir.

Bu metodun tətbiq edilməsinin əsas şərti zaman məfhumu baxımından sabitliyidir yaxud onun çox kiçik dəyişməsidir. Göstərdiyimiz metod sadəlik baxımından fərqlənir. O, çox geniş tətbiq olunur, bu da bir çox səbəblərdən irəli gəlir. Birincisi, istehsal xərcləri haqqında məlumat tələbə görə daha müəyyən və dəqiqdir. İkincisi, qiymətin təyin edilməsinin bu metoduna bütün firmalar müraciət edirlərsə, qiymətlər oxşar olacaqdır və bu halda qiymət rəqabəti minimuma enəcəkdir. Üçüncüsü, çoxları qiymət hesablanmasının “orta istehsal xərcləri + mənfəət” metodunu həm alıcılar, həm də satıcılar üçün daha ədalətli sayırlar.

Yüksək tələb şəraitində satıcılar alıcıların hesabına varlanmırlar, bununla yanaşı ədalətli mənfəət normasını götürmək üçün imkanlarını itirmirlər. İstehsal xərclərinə görə qiymətin əmələ gəlməsi metoduna qiymətin zərərsizlik təhlili əsasında hesablanması və məqsədli mənfəətin təmin olunması aid edilir. Firma həmişə öz əmtəəsinə elə qiymət qoymağa çalışırlar ki, istənilən həcmli mənfəət əldə edə bilsin.

Qiymətin istehsal xərclərinə görə müəyyən edilməsi bu çatışmamazlıqlara malikdir:

1. Qiymət alıcıların əmtəəyə vermək istədiklərindən yuxarı və aşağı ola bilər, çünki əmtəəyə tələb amili nəzərə alınmır.

2. İstehsalçılar onu qəbul etmək istəmirlər ki, qiymət bazarı təmin etmək məqsədilə dəyişib, istehsal xərclərindən düz asılı olmaya bilər.

3. İstehsalçılar çox vaxt qiymətləri son istehsal xərclərinə görə yox, tam istehsal xərcləri əsasında, gözlənilən xərclərə görə yox, hazırkı dövrdəki xərclər əsasında qururlar.

4. İstehsalçılar bazar seqmentləşdirilməsini və alıcıların qiymətə münasibətləri sualını nəzərə almırlar.

5. İstehsal xərclərinə görə qiymətlərin əmələ gəlməsində istehsalçılar yeni növ məhsul istehsal etməyə o qədər də maraq göstərmirlər, bunu elmi axtarış işlərinə və əmtəənin ilkin mərhələdə bazara çıxarılmasına çəkiləcək xərclərin qeyri vacibliyi ilə izah edirlər.

6. İstehsalçılar qiymətdən faydalı kommersiya vasitəsi kimi istifadə etmirlər və bununla öz fəaliyyət azadlıqlarını məhdudlaşdırırlar.

Bir çox iqtisadçılar tərəfindən bu metod köhnəlmiş və qeyri-effektiv sayılır, amma buna baxmayaraq təcrübədə çox vaxt tətbiq olunur.




Yüklə 129 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin