1.İxtiyari diqqət Qeyri-ixtiyari diqqət İxtiyaridən sonraki diqqət İxtiyari diqqət



Yüklə 310,74 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix13.11.2022
ölçüsü310,74 Kb.
#68940
1   2   3   4   5   6   7   8   9   10   11
30-44

35.Təfəkkürün əsas formaları 
1.Məfhum 2.Hökm 3.Əqli nəticə 
1.Məfhum- həmişə sözlərlə ifadə olunur. Bəşəriyyətin inkişaf 
prosesində əldə etmiş olduğu biliklərin əsasını təşkil edir. Məfhumlar 
müxtəlifdir: ümumi, fərdi, konkret, mücərrəd məfhumlar olmaqla 4 yerə 
bölünür. 
2.Hökm- dil materialları əsasında ifadə olunur. Onun əsas ifadə vasitəsi 
qrammatik cümlədir. Hökmlər iqrari və inkari olur. 
3.Əqli nəticə- 3 növü var: induksiyadeduksiya və təşbeh. İnduksiya ayri 
ayri faktlardan hallardan müşahidələr əsasında nəticə çıxartmaqdan 
ibarətdir. Deduksiya məlum olan xüsusi hallardan nəticə çıxartmaqdan 
ibarət olan əqli nəticədir. Təşbeh zamanı isə hadisələr arasındakı 
qismən oxşarlıq əsasında nəticə çıxarılır. Bunun nəticəsi bəzən yanlış 
olur. 
36.Təfəkkürün növləri 
1.Əyani-əməli 2.Əyani-obrazlı 3.Mücərrəd 4.Məntiqi 5.Nəzəri 
6.Praktik 7.Texniki 8.Bədii 9.Dialektik 10.Yaradıcı 
1.Əyani-əməli təfəkkür- bilavasitə təsir edən cisim və hadisələrin dərk 
edilməsi ilə əlaqədardır. Yəni əşyalar üzərində praktik fəaliyyətlə bağlı 
təfəkkür növüdür. Təfəkkürün bu növü 3 yaşına qədər uşaqlarda üstün 
mövqe tutur. Əyani-əməli təfəkkür daha çox hərəkətlərin köməyi ilə 
həyata keçirilir. Məsələn, kiçik uşaqdan soruşanda “Bu körpünü necə 
qurmusan?” “Bax belə”-deyə quraşdırdığı körpünü uçurub, yenidən 
qurmağa başlayır. 
2.Əyani-obrazlı təfəkkür- qavrayış və təsəvvür materiallarına istinad 
edir. Yəni qavrayış və təsəvvür surətləri təhlil edilir, müqayisədən 


keçirilir. Əyani-obrazlı təfəkkür əsasən 4-7 yaşlı uşaqlarda müşahidə 
olunur. 
3.Mücərrəd təfəkkür- ümumi və mücərrəd məfhumlara istinad edir. 
Məhz mücərrəd təfəkkür sayəsində təbiətin, cəmiyyətin, insanın 
özünün inkişaf qanunauyğunluqlarını müəyyənləşdirmək mümkündür. 
Məsələn, xoşbəxtlik, kəmiyyət, keyfiyyət, ədalət və s. 

Yüklə 310,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin