1.İqtisadiyyat Anlayışı. cəmiyyətin həyatinda rolu



Yüklə 106,97 Kb.
səhifə28/30
tarix04.11.2022
ölçüsü106,97 Kb.
#67435
1   ...   22   23   24   25   26   27   28   29   30
iqtisadiyyat son

Mülkiyyət — münasibətlər sistemi, bütün iqtisadi sistemlərin əsası. Mülkiyyət əşya, predmetlərlə bağlı olsa da əşya, şey deyildir. O, insanlar arasında sosial-iqtisadi münasibətdir
İqtisadiyyat elmi mülkiyyətə çox mühüm bir kateqoriya, münasibət kimi baxır. Mülkiyyət – istehsal vasitələri və istehsalın nəticəsi olan məhsullar (nemətlər) və xidmətlərin müəyyən ictimai formada mənimsənilməsidir. Mülkiyyət real məzmuna malik olan iqtisadi kateqoriyadır. O, real olan şeylərin insanlar tərəfindən mənimsənilməsi üzrə yaranan sosial-iqtisadi münasibətləri ifadə edir. Mülkiyyət hər bir iqtisadi sistemdə aparıcı mövqeyə malikdir
Mülkiyyət həm də hüquqi kateqoriyadır. Bu müəyyənlikdə mülkiyyət sahib olmaq, sərəncam vermək və istifadə etmək kimi hüquqi anlayışlarda ifadə olunur. Müasir iqtisadi nəzəriyyədə "mülkiyyət hüququ iqtisadi nəzəriyyəsi"ndən geniş istifadə olunur
Mülkiyyətin bir neçə forması vardır.

    1. Fərdi mülkiyyət forması

    2. Xüsusi mülkiyyət forması 

    3. Dövlət mülkiyyəti forması

    4. Şəxsi mülkiyyət

    5. Bələdiyyə mülkiyyət forması

Mülkiyyəti reaallaşdırmaq dedikdə mülkiyyətdən məsələn torpaqdan maşından hər hansısa obyektən və s bu kimi mülkiyyət formalarından pul əldə etmək başa düşülür sual yaranır ki mülkiyyətdən necə pul qaza bilərik məsələn icarəyə verməklə bizim mülkiyyətimizdə olan torpaqdan və yaxud başqa nəysədən pul götürmək olar ki bu reallaşdırma deməkdir.

62.Nə üçün dövlət daha çox kiçik və orta sahibkarlığı müdafiə edir?


Müasir şəraitdə xırda biznesin fəaliyyətinə təkan verən amillər- ılən biri də kreditləşmədir. Kreditlər girovlar və ya təminat məktubla- n vasitəsilə verilir. Kiçik müəssisələr isə əksər hallarda bu məktubları təqdim edə bilmirlər. Kiçik müəssisələrin ittifaqlarının yaradılması üçün xüsusi fondlar təsis edilir. Bu fondlardan da müəssisələr kreditlər götürərkən heç bir girov və təminata ehtiyac qalmır. Hazırda bilavasitə xırda biznesə xidmət edən xüsusi banklar istisnalıq təşkil edir. Bu baxımdan xüsusiləşmiş kiçik müəssisələr daha çətin vəziyyətdədirlər. Kreditlər əldə etmək üçün müvafiq imkanların məhdudluğu isə digər müəssisələrlə rəqabət aparmaq imkanlarını aşağı salır. Bundan əlavə, kiçik müəssisələrin mənafeyini müdafiə edən müxtəlif təşkilati yardım formları da mövcuddur. Bu məqsədlə kiçik müəssisələrin assosiasiyaları, kiçik sahibkarlığın inkişafına yardım fondları, kiçik və orta müəssisələrin ümumdünya assosiasiyası, xırda biznesin inkişafına müxtəlif yardım fondları yaradılır. Eyni zamanda kiçik sahibkarlığın inkişafı üçün çoxsaylı yardım fondları da fəaliyyət göstərir. ()nlar özlərinin xüsusi problemləri ilə məşğul olduğundan kiçik müəssisələrə real köməklik göstərə bilmirlər. Bundan əlavə kiçik müəssisələr informasiya xidmətinə, kadrların hazırlanmasına, güzəştli bank kreditlərinə və digər köməkliklərə də kəskin ehtiyac hiss edirlər.. Sahibkarlığın əsaslan Dövlət tərəfindən kiçik biznesə birbaşa və təminatlı öhdəliklər yolu ilə maliyyə-kredit yardımına da xüsusi diqqət yetirilməlidir. Kiçik müəssisələrə birbaşa borclar müəyyən müddətə, aşağı faiz dərəcələri ilə verilir. Birbaşa borclann verilməsi zamanı kreditə görə faiz dərəcələri ssuda kapitalı bazarındakı mövcud dərəcədən aşağı olur. Təminatlı borclar kreditorlara borc kapitalının 90%-nə dövlət təminatı müəyyən edilməklə verilir. Beləliklə, məhz bu vasitələrlə dövlət xüsusi bankları, ticarət və sənaye korporasiyalarını, sığorta şirkətlərini, pensiya fondlarını xırda firmalara kredit verilməsinə həvəsləndirməyə cəhd göstərir. İqtisadi praktikada kiçik biznesə dövlət yardımının digər formaları da mövcuddur: kiçik müəssisələrin dövlət sifarişi ilə təmin edilməsi (əgər belə zərurət yaranarsa), sənayenin zəif inkişaf etdiyi sahələrdə müəssisələrə güzəştlər verilməsi. Hazırda kiçik sahibkarlıq formalarının inkişafı əsas etibarı ilə vasitəçilik sferasında və əhəmiyyətli kapital qoyuluşu tələb olunmayan ticarət, ictimai iaşə, fərdi obyektinseçilməsi, texnikanın xırda təmiri və kənd təsərrüfatı sahəsində xüsusi ilə nəzərə çarpır. Bunlarla yanaşı güclü bazarlardan fərqli olaraq bu sahədə elmi-texniki yeniliklərə və informasiyaya ciddi ehtiyac duyulmur. Bütün bunlar bir tərəfdən konkret problemə dövlət idarəetmə strukturları tərəfindən kifayət qədər diqqət yetirilməməsi, xırda elmi-texniki biznesin inkişafını təmin edən hüquqi aktların olmaması, digər tərəfdən isə elmi-tədqiqat institutlan- nın dövlət inhisarında olması və elmi sferanın kifayət qədər maliyyə- ləşdirilməməsi ilə şərtlənir. Bu isə nəticədə elm sahəsində dövlət inhisarına və bu sahənin maddi sferada kifayət qədər tətbiq strukturuna malik olmamasına gətirib çıxarır
63.İqtisadi nəzəriyyədə proqnozlaşdırıcı funksiyanın əhəmiyyəti.
Proqnozlaşdırıcı funksiya – gələcək illər üçün olacaq hadisələri əvvəlcədən görə bilməyin elmi əsasının işlənib hazırlanmasıdır. İqtisadi inkişaf planları və proqnozları məhz iqtisadi nəzəriyyəyə əsaslanmalıdır. Yalnız belə düzgün planlaşdırılması və proqnozlaşdırılmasına nail olmaq mümkündür. Biz buna misal olaraq dollarin qalxmasini gostərə bilərik əgər iqtisadiyyatnan maraglansag təxmin eləsəəki dollarin qiyməti yuksələcək əlimizdə olan pulu dollar ilə dəyissək daha cox pul qazana bilərik basqa bir misal olaraq bos bir yerdə bir obyekt acirsan gələcəkdə oranin insanlar ilə dolacagini proqnozlasdirirsan və ona yatirim edirsən əgər duz poqnoz edirsənsə sən buradan qalib cixirsan
64.Bank sistemi deyiləndə nə nəzərdə tutulur?
Bank sistemi özünəməxsus xüsusiyyətlərə malikdir və bu xüsusiyyətlərinə görə digər
sistemlərdən fərqlənir. Bu xüsusiyyətlər
1. İlk növbədə qeyd olunmalıdır ki, bank sistemi onun elementlərinin təsadüfi məcmusundan ibarət deyil və təsadüfi olmayan çoxşaxəli xüsusiyyətlərə malikdir. Bu sistemə nəinki bütövlükdə ölkənin iqtisadi məkanında, hətta malıyyə bazarında fəaliyyət göstərən digər məqsədlərə xidmət edən mexaniki olaraq daxil etmək olmaz. Ölkə iqtisadiyyatında fəaliyyət göstərən və müxtəlif məqsədlərə xidmət edən rabitə, nəqliyyat, ticarət, sənaye, kənd təsərrüfatı sistemləri, icraedici və qanunverici, həmçinir hüquq-mühafizə orqanları mövcuddur. Onlar bir - biri ilə əlaqədə olsalar da müxtəlif vəzifələri icra edirlər. Məhz fəaliyyət dairəsinin xüsusi təyinatına malik olduqlarına görə bu sahələrin heç birinin subyektlərini bank sisteminə daxil etmək olmaz.
2. Bank sisteminin özünəməxsusluğu onun tərkibinə daxil olan elementlərin və onların qarşılıqlı münasibəti ilə müəyyənləşdirilir. Qeyd olunmalıdır ki, bank sisteminin mahiyyəti orun elementlərinin məcmusu mahiyyətindən irəli gəlir. Həmçinin bank sisteminin mahiyyəti təkcə onun tərkib elementlərinin deyil, onların qarşılıqlı əlaqə və vəhdətinin mahiyyəti ilə də xarakterizə olunmalıdır. Buradan belə nəticəyə gəlmək olar ki, bank sisteminin mahiyyəti həm ayrı- ayrılıqda elementlərin mahiyyətinə, həm də onların məcmusu, tərkibi mahiyyətinə də təsir edir. Təcrübədən bizə malik olduqları xüsusiyyətlərinə görə bank sisteminin aşağıdakı tipləri məlumdur.
a) inzibati mərkəzləşdirilmiş bank;
b) bazar iqtisadiyyatı bank sistemi;
c) keçid mərhələsi bank sistemi; İnzibati mərkəzləşdirilmiş hank sistemi şəraitində birpilləli sistem fəaliyyət göstərir və dövlət banklarm yeganə mülkiyyətçisi olur. Bankları dövlət özü yaradır, onun təşkilati və idarəetmə strukturlarını müəyyən edir, zərurət olduqda isə onu ləğv edir. Dövlət tərəfindən vahid bank siyasəti həyata keçirilir və mərkəzləşdirilmiş şaquli idarəetmə üsulu tətbiq edilir. Buna görə də dövlət bankların öhdəliyinə görə cavabdehlik daşıyır. Bu sistem şəraitində banklar dövlətə tabe olduqlarından onun rəhbər işçiləri yerli mərkəzi hakimiyyət orqanlarının razılığı ilə yuxarı idarəetmə orqanı tərəfmdən təyin edilir. Bankların apardığı əməliyyatların tərkibi, siyahısı dövlət tərəfındən müəyyən edilir. Kreditləşmə və emissiya əməliyyatları bank tərəflndən icra olunur. Bazar iqtisadiyyatlı bank sistemində dövlət inhisarçılığı yoxdur. Bazar şəraitində hər bir təsərrüfat subyekti, yəni hüquqi şəxslər və hətta ayrı-ayrı fiziki şəxslər dövlət mülkiyyətli bank istisna olmaqla müxtəlif mülkiyyət formalı banklar yarada bilərlər. Bunun nəticəsində bazar şəraitində çoxsaylı banklar fəaliyyət göstərirlər. Bu zaman ikipilləli sistem fəaliyyət göstərir və banklar üzərində müxtəlif mülkiyyət formaları (dövlət, səhmdar, kooperativ, şəxsi, qarışıq və s.) mövcud olur. Bankların yaranmasında dövlət inhisarı yoxdur, istənilənən hüquqi və fiziki şəxslər qanun çərçivəsində bank yarada bilərlər. Bankların təşkilati vəidarəetmə strukturları bank şuralan tərəfindən müəyyənləşdirilir, eyni zamanda bank şuranın qərarı ilə də ləğv edilə bilər. Bu sistem şəraitində çoxsaylı banklar siyasəti həyata keçirilir və qeyri- mərkəzləşdirilmiş yerli idarəetmə sxemi mövcud olur. Banklarm apardığı əməliyyatın tərkibi, siyahısı bank şuraları, təsisçilər tərəfindən müəyyənləşdirilir. Bu sistem şəraitində emissiya əməliyyatlarını yalnız Mərkəzi Bank, müəssisələrin və fiziki şəxslərin kı- editiəşməsini isə müxtəiif kommersiya bankları icra edirlər. 3. Bank sistemini bir məqsədə xidmət edən müxtəlif hissələrin, elementlərin vəhdəti kimi təsəvvür etmək lazımdır. Bu zərurət olduqda sistemin elementlərinin bir-birini əvəz edə bilməsi deməkdir. Əgər hər hansı səbəbdən banklardan biri bağlanarsa və ya ləğv edilərsə sistem öz fəaliyyət qabiliyyətini itirmir. Onun funksiyalarını digər banklar yerinə yetirir, zərurət olduqda isə təzəsi yaranır. Beləliklə, sistemin bütövlüyü pozulmur. Nəzəri olaraq təsəvvür etmək olar ki, hətta çoxpilləli bank sistemlərində birinci pillə yox olarsa, ləğv edilərsə, bu halda da bütöv sistem dağıla bilməz. Müvəqqəti olaraq belə hallarda banklar dövriyyəyə buraxılmış pul vəsaitləri həcmində hesablaşmaları apara bilər, kreditləşməni və digər bank və qeyri-bank əməliyyatlarını həyata keçirə bilərlər. Bank sistemləri tarixi göstərir ki, bəzi ölkələrdə emissiya əməliyyatları təkcə mərkəzi banklara deyil, eyni zamanda kommersiya banklarma da həvalə edilir.
4.Bank sisteminin özünəməxsus cəhətlərindən biri də ondan ibarətdir ki, o həmişə dinamik vəziyyətdədir
5. Bank qapalı sistemdir. O öz fəaliyyətinin bir çox cəhətləri barəsində sirləri qoruyub saxlayır və qanunvericiliklə nəzərdə tutulan hallardan başqa heç cür onların yayılmasına imkan vermir. Lakin bank sisteminin açıq tipli sistemlərə bir oxşarlığı vardır ki, bu da onun ətraf aləmlə, digər sistemlərlə əlaqəsindən və bu sistemə onun xüsusiyyətlərini daşıyan elementlərin daxil olmasma hüquqi şərait yaratmasından ibarətdir.
6. Bank sistemi- özünü təşkil edən və özünütənzimləyən bir sistemdir. Belə ki, ölkənin iqtisadiyyatında və iqtisadi siyasətində, eləcə də siyasi aləmdə baş verən dəyişikliklər bank siyasətinin dəyişilməsinə gətirib çıxara bilər. Əgər ölkədə qeyri- stabillik yaranarsa, iqtisadi böhran baş verərsə banklar istehsala uzunmüddətli investisiyaları məhdudlaşdırır, kreditləşmənin müddəti qısalır, bəzən də tam dayandırılır, qeyri-ənənəvi yollarla mənfəət əldə etməyə başlayır. İqtisadi stabillik yaranan kimi banklar yenidən risklərin azalmasını hiss edərək öz ənənəvi fəaliyyətini bərpa edir, topladığı faizlər hesabına mənfəət əldə edir. Hadisələrin belə dəyişməsi anında düzgün qərar qəbul edən banklar öz fəaliyyətlərini davam etdirir, düzgün qərar qəbul edə bilməyənlər isə güclü maliyyə itkilərinə yol verərək iflasa uğrayırlar.
7. Bank sistemı idarə olunan sistemdir. Azərbaycan Mərkəzi Bankı Milli Məclis tərəfindən qəbul olunan pul-kredit siyasətini həyata keçirir, öz fəaliyyətinin nəticəiərinə görə «Azərbaycan Respublikasının Milli Bankı haqqında» Azərbaycan
bank sisteminin aşağıdakı özünəməxsus əlamətləri vardır: bank sistemi eyni məqsədə xidmət edən elementlər məcmusudur; bank sistemi özünəməxsus xüsusiyyətlərə malikdir; bank sistemi elementlərin qarşılıqlı dəyişdırilməsi iqtidarındadır; bank sistemi dinamik sistemdir; bank sistemi qapaiı tipli sistemdir; bank sistemi özünütənzimləyən sistemdir; bank sistemi idarə edilən sistemdir.
65.Bazar iqtisadiyyatının əsas cəhətləri.
Bazar iqtisadiyyatının mahiyyətini başa düşmək üçün aşağıdakı cəhətlər əsas götürülməlidir. Bu sistemdə:
1. Xüsusi mülkiyyətin üstünlüyü şəraitində müxtəlif mülkiyyət formaları mövcud olub reallaşır;
2. İqtisadi əlahiddələşmə və xüsusi sahibkarlıq fəaliyyəti;
3. İqtisadi azadlıq, sərbəst təsərrüfat fəaliyyəti, iqtisadiyyatın demokratikləşdirilməsi;
4. Qiymətlərin sərbəst müəyyən edilməsi və bazar qiymətlərinin əsas informasiya vasitəsi olması;
5. İqtisadi mənafelərin və
rəqabətin təkanverici «mühərrik» rolunu oynaması;
6. Bazar münasibətləri, istehsalçı və istehlakçı əlaqələrinin sabit xarakterdə olması;
7. Bazarda əmtəə və xidmət bolluğunun olması və keyfiyyətə tələbatın artması;
8. Tələb və təklif mexanizminin daim fəaliyyətdə olması;
9. Pul münasibətlərinin həlledici rola malik olması;
10. İqtisadiyyatın «açıq» xarakterdə olması və iqtisadi əlaqələrin geniş beynəlmiləl miqyas alması;
11. İstehsalın əsas məqsədinin yüksək mənfəət əldə etmək olmasıdır.

Yüklə 106,97 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin