1.İqtisadiyyat Anlayışı. cəmiyyətin həyatinda rolu


Qloballaşmanın əsas xüsusiyyətləri



Yüklə 106,97 Kb.
səhifə23/30
tarix04.11.2022
ölçüsü106,97 Kb.
#67435
1   ...   19   20   21   22   23   24   25   26   ...   30
iqtisadiyyat son

47.Qloballaşmanın əsas xüsusiyyətləri.
Qloballaşma olduqca yeni bir termindir, siyasət, iş dünyası və mediyada çox istifadə olunur. Qlobalalşma iqtisadi bir reallıq olaraq bilinir. Bu fakt böyük şirkətlərin, sərmayə fondlarının, dünya ticarətinin oynadığı rolda özünü göstərir. İqtiasdi güclər qloballaşmanın ayrılmaz bir parçası olsa da, onların qloballaşmanı təkbaşına formalaşdırdığını deyə bilmərik. Çünki bu siyasi, mədəni və iqtisadi faktorların bir araya gəlməsi ilə yaranmışdır.[3] Sosiolaqlar P. Nettl və Roland Robertson modernləşmənin dünyanın hər yerində eyni formada inkişaf edən sistem olmadığını irəli sürmüşdür. İmmanuel Vallersten isə dünyanın iqtisadi və siyasi prizmadan hakim, sənayeləşmiş, kapitalist və üçüncü dövlət ölkələri şəklidə təsnif edilməsini dünya iqtisadiyyatındakı dəyişikliklərin bir nəticəsi kimi dəyərləndirir. Vallersten bu inkişafın hakim bir dünya mədəniyyəti yaratdığına inanmaqdadır.
Din sosiologiyasında qloballaşma qaydaları, əsasən qlobal dəyişmənin dini tərəfini araşdırmağa başlayan Roland Robertson ilə əlaqələndirilir. Robertson dünya sisteminin iqtisadi güclər tərəfindən meydana gətirildiyini və iqtisadi quruluşdan ibarət olan sistem olduğunu ifadə edən ənənəvi görüşü tədqiq etmişdir. Robertsona görə “Beynəlxalq cəmiyyət” diqqətə alınarsa dörd əsas istinad nöqtəsi vardır: toplumlar, fərdlər, beybəlxalq əlaqələr və insan növü. Qloballaşma cəmiyyətlərin və fərdlərin şəxsiyyətlərini mübahisəli etdiyi və fərqli sivilizasiyaları bir ictimai sahədə topladığı üçün dini ənənələr, dünya nizamının yeni obrazları üçün güclü qaynaqlar halına gələ bilir.[4]
Qloballaşma insanlar arasındakı modern qarşılıqlı təsirin bir nəticəsi olaraq ortaya çıxmışdır. Rabitə, informasiya və nəqliyyat kimi şəbəkələrin yaratdığı məkan genişlənməsi ənənəvi sərhədlərin əhəmiyyətini azaltmışdır. Məna və dəyər itkisinə məruz qalmış bu sərhədlər həm mənəvi, həm də maddi ölçüdə gerçəkləşmişdir. Belə ki, bu vəziyyət qloballaşma içində yaşadığımız dünyanın sərhəd tanımaz fərdi və ictimai fərqliləşmələri, qarşılıqlı asılılıqları, mədəni gediş-gəlişləri, yeni ixtiraları, keçmişdə rastlaşmadığımız yeni bir dünya qavrayışını ifadə edir.
Qloballaşma qaydası qlobus sözünündən istifadə edərək dünyanın qloballaşdığını ifadə edən bir sosial termindir. Beləliklə, termin qlobal səviyyədə reallaşdırılan və dünyanı ortaq bir məkan olaraq kodlaşdıran, buna görə də siyasi, iqtisadi və mədəni asılılıqları mühasirəyə almaq arzusunda olan hegemon bir termini ifadə edir.[5]
Bu anlayışın içində dünyaya, yer kürrəsinə açılış vardır. Bu mənada məhəlli olmağın antonimidir.
İqtisadi anlayış və tətbiqlərdə qlobal əlaqələr daha diqqətə çarpacaq şəkildə meydana çıxır. Müxtəlif milli şirkətlərin birləşərək beynəlxalq güc halına gəlmələri qlobal iqtisadi məntiqin nəticəsidir. Qlobal iqtisadiyyatda ənənəvi istehsal faktorkarı olan torpaq və əmək getdikcə orta səviyyəyə düşməkdədir. Rəhbərlik istehsalın təyinedici faktoru olma xüsusiyyəti qazanmışdır.
Fərdin qloballaşması müasir bilik və bacarığa sahib olması öz xaricindəki insanlarla rəqabət edəbiləcək səviyyəyə gəlməsidir. Bunun üçün də onun dövrə uyğun təhsil görməsi, peşə sahibi olması, ana dilindən əlavə xarici dil bilməsi və s. üstünlüklərə ehtiyacı vardır.
Belə ki, qloballaşma fərdiləşmə və ictimailəşmə poseslərinin üzərində inkişaf edir. Yəni insanların qloballaşmaya uğurla qoşulması onların ancaq sağlam ictimailəşmə və fərdiləşmə prosesləri keçirmələri ilə mümkün ola bilər.[6] Qloballaşma fenomeni əslində dörd mərhələli tarixi bir prosesdən keçib: sənətkarlıq, manufaktura, mexanikləşmə və avtomatlaşdırma[2].

Yüklə 106,97 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin