13. BƏZƏK (estetiK) materiallar plan



Yüklə 38.5 Kb.
tarix29.05.2017
ölçüsü38.5 Kb.


13. BƏZƏK (ESTETİK) MATERİALLAR

PLAN
1. Bəzək materiallarının təyinatı.

2. Bəzək üçün hazlrlanacaq səthlərə materiallar.

3. Şəffaf bəzək işləri üçün lak və politurlar.

4. Qeyri-şəffaf bəzək işləri üçün boyaq və emallar.

5. Oliflər.

Ə D Ə B İ Y Y A T
1. Материаловедение: конспект лекций / Алексив В.С. – М.: Эксмо, 2008.

– 160c. – (Экзамен в кармане).

Bəzək materiallarının təyinatı binaların, müxtəlif qurğuların və mebellərin xaraici mühitin təsirindən yaxud xarici görünüşünün yaxşılaşdırılması üçün, həmçinin istismar müddətinin artırılmasını saxlamaqdır. İnşaat sektorunda bina və qurğuların (eksteryeri) xarici bəzəyi üçün suvaq, mərmərlə, qranitlə, keramika ilə, dekorativ kərpiclə, lepka ilə və dekorativ heykəltaraşlıqlabəzədilməsi tətbiq olunur. Daxili bəzədilmədə (interyerdə) eynilə həmin materiallar, hansı ki, eksteryerdə tətbiq edilir, eyni zamanda oboy (divar kağızı), linolium, dülgər məmulatıarı, sintetik materillar (plastik kütlələr) da istifadə olunur.

Mebel istehsalatında mühafizə -dekorasiya örtüyü üçün ən fərqli çeşiddə bəzək materialları, əsas qrup üzrə təyinatın görə bölünür: lak- boyaq örtüyünün çəkilməsi üçün oduncağın hazırlanması; lak-boyaq qatının yaradılması; köməkçi.

Oruntovkor – bu tərkibə, piqınent, doldurucu və əlaqələndirici (birləşdiricilər) daxildir. Qruntovkanın təyinatı- səthin- bərabərliyini və eyni məsaməliliyini təmin etməkdir.

İnşaatda aşağıdakı marka qruntovkalar tətbiq edilir: qliftal- ГФ -032, ГФ – 020 və s.; perxlorvinil –XB -050, XB- 785, polivinilasetat- BЛ- 02, BЛ- 02A, BЛ- 023A. Mebel istehsalatında: HK, БHK, ПЭ- 0155 və s.



Şpatleyovka –qatı yapışqan qarışıq olub paspa şəklindədir, piqment və dol-durucular- birləşdirici maddələrdən ibarətdir.

İnşaatda aşağıdakı şpatleyovkalar: MC-006alkid-stirol; XB-004 –perxlorvinil; XB-005; polivinil asetat, epoksid ЭП- 0010 və s. Mebel istehsalatında: poliefirli –П7- 0025, П7-0059; epoksid- ЭП- 0010; perxlorvinilli –XB-004,XB-005; yağ və alkid lomları əsasında laklı şpaklyovkalar- №175, ЛШ-1, ЛШ-2; tətbiq olunduğu yerdə hazırlanan yapışqan şpaklyovkalar.

Mebel istehsalatında və inşaatda müxtəlif lak və politurlar geniş tətbiq edilir. Laklar təbii yaxud sintetik plyonka əmələ gətirən maddələrin üzvi həll edicidə yaxud sudanı məhlulu təsəvvüründədir, çəkildiyi səth quruduqdan sonra bəzən vurulan materialda şəffaf bərk bircinsli plyonka əmələ gətirir. Laklar bölünür: spirt əsaslı; nitrosellnloz əsaslı, poliefir əsaslı, sidik formaldehid əsaslı, həmçinin plyonka əmələ gətirən (həlledici və kimyəvi reaksiyanın birgə buxarlanma prosesi hesabına); yağlı laklar (məhdud tətbiq edilən) –gec quruyan.

Yağlı laklar- kanifol, kopal, qliftal qətranlarının kətan, kanaplya və tunq yağlarında və onların həlledicilərinin –skipidar, ksilol, nayt- spirit və s. məhluludur. Aşağıdakı lakları qeyd etmək olar: sidikalkid əsaslı MЧ -52, MЧ- 270, MЛ- 2111 –mebel, xizək, musiqi alətlərinin bəzədilməsində; MЛ- 2111 ПM –örtük metallarının bəzədilməsində.

Nitrosellirlozlu laklardan alman istehsalı olan (Herberts): D- 1009, D- 1013 sellonit; HЦ- 218, HЦ- 221, HЦ- 222, HЦ- 224 (şəffaf –parlaq örtük yaradır). Kontrasid D- 3010 polad səthlərin, parket döşəmələrin, vanna otaqlarının, mətbəx və ofis mebellərinin bəzək işlərində istifadə olunur.

Mebel istehsalında politurlar da geniş yayılmışdır, əsas tipləri: spirtli və nitro-politur əsaslı;

Spirtli politurlar –sellak qətranının stilspirtindəki məhluludur, ən geniş yayıl-mışı şellak politru olub 10...20%-li spirtli şellak məhluludur. (13, 14, 15 və 16 N-1srlə istehsal olunur).

Nitropoliturlar –nitrolak örtüklərini düzləndirmə və cilalamadan sonra polirov-kasında istifadə olunur (HЦ- 314).

İnşaatda müxtəlif səthlərin qeyri-şəffaf bəzədilməsində, mebel istehsalatında və praktiki olaraq bütün təsərrüfat sahələrində ümumilikdə müxtəlif boyaq və emallar geniş tətbiq edilir.

Boyaqlar – tərif xırdalanmış piqment və qat (plyonka) əmələ gətirici məhlul və doldurucuların qarışığı şəkilində hazırlanır. Təyinatından, qat-əmələgətirici maddənin tipindən, piqment və doldurucudan asılı olaraq istifadə üçün hazır olan boyaqlar-yağlı, alkid əsaslı, silikat əsaslı, üzvisilkat əsaslı, suemulsiyalı, perxlorvinilli, sement-li və digər boyaqlar müxtəlif rənglərdə buraxılır.

Boyaqlar təyinatından asılı olaraq iki qrupa- xarici və daxili təyinatlı olur.

Xarici işlərdə istifadə olunan suemulsiya əsaslı boyaqlardan: Э- AK-111, Э-BA-17, Э-B-C- 114, Э-KЧ-112; Fin istehsalı “TIKKURILA” Alman JOBI, KIMEG; İngiltərə- HAMMERITE və s.

Yağlı boyaqlardan MA-15 (bütün rənglərdə), suemulsiyası BDAK-2180, fasad üçün –XB -161, BDAK- 1180, KO- 815, KO- 868, AK- 124, avtomobil yolları üçün – AK- 591; həmçinin ПФ-115, BDBA- 201, HЦ- 132, MЛ- 12, BDKЧ- 224, BD-205, BA-17- daxili və xarici işlərdə tətbiq edilir.

Emallar –piqmentin laklara plastifikator və sikkatirlərin əlavəsindən ibarət suspenziya olub boyaqlar kimi daxili və xarici işlərdə metal, oduncaq və şkatul-kalarda bəzək məqsədi ilə istifadə olunur. Emalların aşağıdakı markaları: ГФ- 1426, ГФ – 230 – yağlı, pentaftallı – ПФ – 223, ПФ – 115, ПФ – 266 və s.; mitroselliloz tipli – НЦ – 132, НЦ – 25, НЦ – 11A, НЦ – 257, НЦ – 251, НЦ – 273 və s., poliefir emallarından – ПЭ – 225, ПЭ – 276, B – ПЭ – П79 və s.

Perxlorvinilli –kimyəvi reaktivlərin və atmosfer dəyişikliklərinə dayanıqlı olan – XB –124 və pentaftal emalları geniş yayılmışdır.

Oliflər –yağlı maye təsəvvüründə olub, hər hansı bir səthə çəkildikdə, səth quruduqdan sonra elastiki sukeçirməyən davamlı qat əmələ gətirir.

Olifləri bitgi yağlarından (quruyan və qurumayan), piylərdən və üzvi məhsul-lardan, lak qətranları olmayan maddədir. Oliflər dörd şəkildə olur: natural, sıxlaşdırıl-mış; kombinəedilmiş, sintetik.

Natural oliflər – bitgi yağlarını +200...300oC temperaturda bitgi yağlarından, sinkativ və s. əlavələrdən hazırlanır;

Kombinəedilmiş oliflər – quruyan və qurumayan bitgi yağlarından alınır;

Sintetik oliflər – sintetik qətran yaxud müxtəlif yağların termiki və kimyəvi emalı yolu ilə hazırlanır;

Natural kətan və konoplya olifləri qeyd olunan bitgilərin yağlarına qurumanı sürətləndirən – Mn, Pb və Co sikkativləri əlavə edilməklə hazırlanır;

Yarımnatural oksol olifləri –oksidləşən bitgi yağı və nayt –spirittdəki sik-kativlərdən alınır.



Polimerləşdirilmiş oliflər –natural olifi əvəz edir; qızdırılmış kətan yağının həlledici və sikkativlərin əlavə edilərək sıxlaşdırılması yolu ilə alınır.


Каталог: files -> 292871
292871 -> Qaydalari. Plan Mexaniki zədələnmələrdə ilk yardım. Sümük sınması zamanı ilk yardım. Donma zamanı ilk yardım
292871 -> Standartların kateqoriya və növləri Plan Standartların kateqoriyaları. Standartlara olan tələblər
292871 -> Mühazirə 10 Laboratoriyalarda və tədris kabinetlərində məşğələ zamanı əmək təhlükəsizliyi Plan
292871 -> Ütf və texnologiya kafedrasi fəNN: ƏMƏk mühafiZƏSİ VƏ TƏHLÜKƏSİZLİYİ
292871 -> MÜhaziRƏ 11 ŞÜalanmalardan mühafiZƏ MƏSƏLƏLƏRİ p L a n
292871 -> MÜhaziRƏ 12 elektrik təHLÜKƏSİZLİYİ MƏSƏLƏLƏRİ Plan
292871 -> MÜhaziRƏ 5 İstehsalat zədələnmələri və peşə xəstəlikləri plan
292871 -> Mühazirə 6 İstehsalat sanitariyası. İşçi sahədə mikroiqlim şəraiti Plan
292871 -> MÜhaziRƏ 14 yanma və maddəLƏRİn yanğin təHLÜKƏLİ xassəLƏRİ
292871 -> MÜhazirə 2 Əmək mühafizəsinin nəzəri əsasları. İnsanın psixoloji vəziyyəti, əməyin təhlükəsizliyinə təsir edən amillər Plan


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə