1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə17/65
tarix24.04.2017
ölçüsü4,6 Mb.
#15630
1   ...   13   14   15   16   17   18   19   20   ...   65

Yeni Təhdidlər 

 

Qrinvud və Huizman fəlakətli terrorçuluğun törətdiyi yeni təhdidləri aşağıdakı 

formada cəmləşdirmişdir: 

 

1.   Daxil və xarici təhlükəsizlik arasında artan bağlılıq vardır və bu o 



deməkdir ki, onlar arasındakı fərqlər örtüşür. Bunun nəticəsi olaraq (a) hü-

quq mühavizə  və  kəşfiyyat idarələri arasında və (b) ordu arasında  əmək-

daşlıq artmışdır. Bu hal,məsələlərin örtüşməsi ilə bağlı qayğılar da yaradır 

və Daxili İşlər və Müdafiə Nazirlikləri arasında daha çox səlahiyyət qazan-

                                                            

124


 COM (2000) 358 and Bulletin 6-2000, point 1.7.10. 

 


 

143


maq davasına gətirir. Daha sonra, terrorizmin transnasional və qeyri dövlət 

təbiətdə olması  təhlükəsizlik sektoru təşkilatlarının fərziyyələrini də sual 

altına qoyur. Terrorizm bu cür institutlaşmış və hüquqi ikiyə bölünməni sı-

nağa çəkir, çünki o həm daxili, həm də xarici təhlükələrin özəlliklərini əha-

tə edir və həmçinin o bu iki sürüşkən birləşmənin arasında hərəkət edir. 

2.  Hüquq mühavizə strukturlarının özlərinin boynuna düşən,xidmət 

sərhədlərini tutqunlaşdıran getdikcə artan örtüşən tapşırıqlar mövcuddur. 

Eyni şeyi hüquq mühavizə orqanları və kəşfiyyat xidmətləri arasındakı mü-

nasibətlər haqqında da demək olar. Getdikcə daha çox kəşfiyyat idarələri 

polis xidməti aparmaq üçün işlərini genişləndirirlər(məsələn, mütəşəkkil 

cinayət üzrə).  Çoxlu polis qüvvələri kəşfiyyat əməliyyatları aparırlar( mə-

sələn, telefon dinləmələri). İdarələr-arası yaxın koordinasiya və əməkdaşlıq 

olmalıdır,lakin bu çox vaxt baş vermir. Həmçinin,bu işlər daha çox milli 

parlamentlərin fəal cəlb olunması və onların nəzarəti altında baş vermir. 

3.  Hökümət idarələri var ki, onların fəaliyyəti hüquq mühavizə xarak-

teri daşıyır-məsələn, çirkli pulların dövriyyəsini təhqiqat edən təsisatlar, 

gömrük və immiqrasiya idarələri –lakin  onların bu cür fəaliyyətlər üçün 

cavabdehlikləri aydın müəyyən edilməyib. Digər tərəfdən, siyasətçilər ye-

nə də uyğun parlament nəzarəti üçün maddə olmadan bu cür idarələrin sə-

lahiyyətlərini günişləndirmək əzmindədirlər. 

4.  Eyni arqumentlər hüquq mühavizə və kəşfiyyat xidmətlərinin mü-

şahidə  səlahiyyətlərini artırmağa da aiddir və burada da parlamentarlar 

ümumilikdə sakitcə razılaşmaqla kifayətlənirlər. 

5.  Özəl təhlqkəsizlik təşkilatları geniş yayılır, polis qüvvələrini ta-

mamlayır və  bir çox yerlərdə hətta adi polis qüvvələrini sıxışdırıb çıxardır-

lar. Lakin onlar “əsil” polis kimi cavabdehlik daşımırlar. 

6.  Beynəlmiləlləşmə  və “Avropalaşma” hüquq mühavizə orqanları  və 

kəşfiyyat idarələri arasında ölkələr-arası yaxın  əməkdaşlığa aparır və bu cür 

əməkdaşlıq məsələn, ərazidən kənar əməliyyatlar olduğu halda şəffaflığın, ca-

vabdehliyin və səlahiyyət prosedurlarının real və potensial zərərinə olur. 

 

Burada son nəticə ondan ibarətdir ki, cavabdehlik çərçivələri tələblərə cavab 



vermir. Uzun zamandan bəri təsis olmuş  təsisatlar və hüquq mühavizə,kəşfiyyat 

toplamaları  və  əks-kəşfiyyat praktikaları üçün “nəzarət” çatışmazlıqları vardır. 

Özəl təhlükəsizlik qüvvələrini və hökümət idarələrini əlavə hüquq mühavizə səla-

hiyyətləri ilə müşahidə,sifir və ya sıfıra yaxındır. Hüquq mühavizə və ya kəşfiyyat 

idarələri arasında beynəlxalq  əməkdaşlığa kifayət qədər diqqət yetirilmir. Bu cür 

diqqətsizlik artan fəaliyyət sahələrini nəzarətdən kənar qoyur və bu fəaliyyətləri 

aparan xidmətlərin legitimliyinə təsir edir və nəticədə zaman keçdikcə bu təsisatla-

ra xalqın inamını azaldır. 



 

144


Problemi çətinləşdirən odur ki, polis cavabdehliyi çox vaxt yerli və ya bölgə ha-

kimiyyətinin boynuna düşür. Birləşmiş Krallıq, son mərkəzləşdirmə  əlamətlərinə 

baxmayaraq, az Avropa ölkələrindən biridir ki,onun mərkəzi polisi yoxdur. Ümu-

milikdə, polis xidməti cəmiyyətin asayişini qorumaq fəaliyyəti kimi, artıq sadəcə 

hökümət tərəfindən aparılmır. Özəl təhlükəsizlik  şirkətləri, aeroportdan başlamış 

gecə xidmətinə qədər hər yerdə vardır. Bu halın özü də yoxlama və hesabatlılıq su-

allarını ortaya qoyur. İdeal olaraq, transnasional cinayət və təhlükəsizlik ilə məşğul 

olmaq məsuliyyəti mərkəzi səviyyəyə və eyni zamanda ictimai qarışıqlıq və kiçik 

cinayətlərlə  məşğul olmaq səlahiyyətləri isə yerli səviyyəyə ötürülməlidir. Lakin, 

hər iki səviyyə arasında tələblərə cavab verən əlaqələr işləməlidir, daha kiçik cina-

yətlərə isə beynəlxalq narkotik ticarəti və ya mütəşəkkil cinayətin digər formaları 

aid edilir. 

Polis özü- özünə beynəlxalq informasiya şəbəkələri yaratmışdır. Şenqen İnfor-

masiya Sistemi özünün ikinci mərhələsində daha çox informasiya saxlama imkanı 

əldə etmişdir.  İnterpolun qlobal polis kommunikasiya sistemi mövcuddur  və bu 

ona real vaxt ərzində kodlaşdırılmış formada yoxlama aparmağa imkan verir. AB-i 

sığınacaq almaq istəyənlərin barmaq izləri üçün  Eurodac qurmuşdur.Beynəlxalq 

Polis Rəisləri Assosiasiyası ilə  və informasiya axınını idarə etmək üçün yüzlərlə 

polis zabitlərinn əlaqə zabiti kimi dünyanın müxtəlif yerlərinə göndərilməsi ilə qlo-

bal “polis birliyi” böyüyür. Peşəkar polislər idarəçiliyin qeyri –rəsmi səviyyələri 

boyunca qurulan şəbəkələrə üstünlük verirlər,lakin mərkəzi hökümətlər onları ni-

zamlamaq və nəzarət etmək baxımından çətinlik çəkirlər

125



Avropa Şurası 2001-ci ildə Polis Etikası haqqında Avropa Kodeksi qəbul etmiş-



dir

126


. Onun preamblua paraqrafında qanun aliliyini rəhbər tutan demokratik cəmiy-

yətlərdə təhlükəsizliyi və fərdi hüquqları qorumaq  üçün polisin hərtərəfli məqsəd-

ləri, işi,hesabatlılığı üçün ümumi Avropa siyasəti və prinsipləri təsis edilməsi ehti-

yacı ifadə edilmişdir. Kodeks 66 paraqraf və geniş İzahedici Memorandumdan iba-

rətdir. Etik normalar üçün əsas yaradaraq polisin təşkilat kimi hansı dəyərlər əsa-

sında xidmət etdiyini və onların uyğun tətbiq edildiyi haqda suallar irəli sürülür. 

Polis daxilində sadiqlik,razılıq,tərəfsizlik,müstəqil hərəkət və peşəkarlıq kimi əsas 

konsepsiyaların hamısı ümumi səlahiyyətlər dairəsindən bəhrələnəcəkdir və  şəxsi 

davranış standardlarını aydın surətdə formalaşdıracaqdır.Kodeks çoxtərəfli məq-

sədlərə xidmət edir. O xalqa polisin ədəbli davranışı ilə bağlı zəruri təminat verir 

                                                            

125


 Prof. Dr. Monica den Boer, ‘Out of the Blue: Police Perspectives on Europe, Governance and 

Accountability’. Inaugural address at the Free University of Amsterdam, 24 November 2004. 

126

 

Tövsiyə (2001) 10 AŞ Nazirlər Komitəsi tərəfindən 19 Sentyabr 2001 –ci ildə qəbul edilmişdir. 



AŞ bu mövzuya  1979 cu ildə “Polis haqqında bəyannamə”qəbul edəndən sonra daimi diqqət 

yetirmişdir. ( PA  690 nömrəli Qətnaməsi). Bu Kodeks BMT-nin Hüquq Mühavizə Orqanları üçün 

qəbul etdiyi Davranış Kodeksinin prinsiplərini əhatə etmişdir. 


 

145


və onun hesabına inam qurur. O, həmçinin,polis təşkilatının daxilində ( o cümlə-

dən,mülki işçilər)keyfiyyət nəzarəti üçün tənzimləyici alət kimi istifadə edilir,ida-

rəetmə və nəzarətə kömək edir,yüksək səviyyəli zabitlərin daha da hesabatli olma-

larını  məcbur edir və  çətin daxili mübahisələrin baxılması üçün normalar təmin 

edir. Çox ölkələrdə,bu kodeks,polis təlimləri üçün təməl daşı rolunu oynayır və 

sonra  şəxsi dürüstlüyü çətin vəziyyətə qoyan nümunələr müzakirə edir. Bu polis 

xidməti üzərində ictimai inamı  bərpa etmək üçün əhəmiyyətli töhvə ola bilər, o 

xidmət ki, o normal şərtlərdə legitim məcburiyyət üçün ölkə daxilində tam mono-

poliyaya malikdir. 

Artan “outsorsing” fəaliyyətləri-əvvəllər müdafiə strukturlarının bir hissəsi idi- 

demokratik nəzarət üçün başqa bir problem yaradır. Müasir biznes modellərinə 

əsaslanaraq, müdafiə nazirlikləri özlərinin  əsas funksyaları üzərində  cəmləşir və 

xidmətlər üçün özəl sektorla müqavilələr bağlayır və onlar da eyni uğurla öz öhdə-

liklərini yerinə yetirirlər. Avadanlığın xidməti məsələləri,avadanlığı istehsal edən 

zavodlara tapşırılır və orduya tibbi xidməti mülki xəstəxanalara tapşırırlar. Bu fəa-

liyyətlər nisbətən düzxətlidir və ancaq müharibə  və ya fövqaladə hallar meydana 

gəldikdə etibarlılığı sual doğura bilər. Nəzarət problemi, sülhü dəstəkləyən əməliy-

yatlara və ya müharibəyə məxsus bir çox işlərin özəl sektor şirkətlərinə tapşırıldığı 

zaman parlaq surətdə ortaya çıxır. İraqda bu cür qüvvələr gözətçi xidmətində və ya 

logistik dəstək işlərində istifadə olunurdu

127



Lazımdır ki, bu cür əməliyyatların başlanğıcından özəl təhlükəsizlik şirkətlərini 



outsorsinq edən ölkələr bu şirkətlərin və onların  şəxsi heyətinin davranışına görə 

tam məsuliyyəti öz üzərinə götürsünlər. Bu davranış  əsas etibarı ilə ictimaiyyət-

lə,dustaqlarla davranış və insan hüquqlarına hörmət edilməsi ilə əlaqəlidir. Bu cür 

məsuliyyət BMT-nin sülhü dəstəkləyən əməliyyatlarının mandatına salınmalıdır. 

 

Xarici və Daxili Təhlükəsizliyin Qovuşması 

 

Xaricdə sülhü dəstəkləyən missiyalardakı hərbçilərin rolu, ölkə daxilində poli-

sin funksiyalarına bənzəyir. Onlar sülhü,qanunu və qaydanı qorumaq üçün ordadır-

lar; onlar öz varlıqları ilə çəkindirici rol oynayırlar; onlar  missiyanın tələblərini ye-

rinə yetirmək üçün zora əl atmağa hazırlıqlıdırlar və əzmlidirlər. Bu o demək deyil-

dir ki, bu missiya polisin ixtiyarına verilməlidir. Bir çox polis birlikləri yenidən-

qurma mərhələsində yerli polis qüvvələri formalaşana və təlim keçənə qədər lazım-

lı olur. Eynilə, jandarmeriya tipli birliklər iğtişaşlar olduğu zaman və ya hərbi cina-

yətgarları həbs etmək kimi gözlənilməz hallar olanda kömək edirlər. Lakin başqa-

larının öz funksiyalarını yerinə yetirməsi üçün təhlükəsizlik çətiri təmin edən ordu-

                                                            

127


 Fred Schreier and Marina Caparini, ‘Privatising Security: Law, Practice and Governance 

of Private Military and Security Companies’, DCAF Occasional Paper, No. 6, March 2005. 



 

146


ya ehtiyac davam edəcəkdir. Bu baxımdan qüvvədə olan köhnə prinsipə görə sülhü 

saxlama təkcə əsgərlərin işi deyil, lakin bu işi sadəcə əsgərlər görə bilər. Bu o vaxt 

olur ki, onlar yeni təhlükəsizlik mühitinin tələb etdiyi təcrübəyə uyğun təlim keçir-

lər. Və əgər missiya əsil sülhü təmin etməyi tələb edirsə, o zaman ordu, şübhəsiz, 

əvəzedilməzdir. 

Dünya Ticarət Mərkəzinə və Pentaqona yönəlmiş 9/11 hücumları xaricdən təh-

rik edilmiş, lakin daxildəki düzənlə həyata keçirilmişdir. Amerka Birləşmiş Ştatları  

cavab olaraq Əfqanıstandakı Taliban yönətimini vurdu və hakimiyyətdən devirdi, 

lakin “terrora qarşı müharibə”-də istifadə olunan çoxlu sayda  ölçülər ölkə səviyyə-

sində idi. Kəşfiyyat xidmətləri gücləndirildi və strateji obyektlərin qorunması üçün 

ehtiyat tədbirlər görüldü. İmmiqrasiya daha da ciddi nəzarətə götürüldü və daha 

yaxşı kadrlar seçildi. Bir neçə olkələrdə, qanuni proses olmadan həbslər üçün qa-

nunverici aktlar qəbul edildi. Təhlükəsizlik naminə,şəxsi azadlıqlar azaldıldı. 

Terrorizmə qarşı mübarizə çox çətindir, çünki terrorist təhlükəsi aydın müəyyən 

edilməmişdir. Terrorizm məqsədə çatmaq üçün metoddur. Əgər terrorizm Al-Qaidə 

kimi geniş, faktiki olaraq gözə çarpmayan şəbəkə tərəfindən törədilirsə, ona qarşı 

hərəkətə keçmək çətin olur.Əgər onların məqsədləri çox ümumi olub Qərb həyat 

tərzini dağıtmaqdırsa onlarla danışıqlar aparmaq mümkün deyil və təyyarə qaçıran 

və girov götürənlərlə ənənəvi tədbirlər –əsasən vaxt qazanmaq-təftiş edilməlidir. 

Yeni  əks-tədbirlər daha çox mülki sahəyə aiddir: şübhəli təşkilatların qadağan 

edilməsi, maliyyənin kəsilməsi və çirkli pul dövriyyəsini mümkünsüz edilməsi,po-

lis və kəşfiyyat xidmətlıəri arasında beynəlxalq əməkdaşlıq, kadrların və səyahətçi-

lərin yoxlanilması, əsas infrastruktur və ictimai obyektlərin qorunması və s.  Ordu-

nun ölkədaxili rolu çox məhduddur. Ən yaxşı halda, hava və dəniz məkanının ge-

nişlənən müşahidəsindən əlavə ehtiyat polis qüvvələri də gətirilə bilər. 

Bu hal, ordunun indiki zamanda çox da ehtimal olunmayan ərazi müdafiəsindən 

başqa ölkə daxilində hər hansı rol oynaması haqqında sual yaradır. Medalyonun hər 

iki tərəfində arqumentlər fərqlidir.Ordunun daxilində, “missiyanın sürünməsi”-nə 

qarşı böyük müqavimət vardır, çünki bu hal onların yaxşı əsgər olmasını əngəllə-

yir. Mülki tərəf ordunun ölkə daxilindəki roluna uyğunsuz baxır,  çünki əsgərlər 

mühasirə  və ya müharibə  vəziyyəti istisna olmaqla daxili səhnədə rol oynamaq 

üçün təlim keçməmişlər. Onlar daxildə qanun və qaydanı qorumağı təmin edən ha-

kimiyyət tarazlığı sistemini pozmaq riskinə girə bilərlər. Əksinə, çoxlu ölkələrdə, 

xalq orduya korrupsiyaya və  hədsiz təzyiqə daha çox yönələn polisdən və başqa 

təhlükəsizlik xidmətlərindən daha çox inanır. 

Ölkə daxilində terrorizmlə mübarizə aparmaq güc işlətmək deməkdir, bu da öz 

növbəsində güc işlətməyə kim icazə verir və kim bunu yerinə yetirir sualını ortaya 

qoyur. Hökümətlər “güllə atmaq hüququ”-nun necə tətbiq ediləcəyini, yəni Ədliyyə 

Nazirliyi tərəfindən müsbət ifadə olunmuş səlahiyyət tələb olunur ya yox və hansı 


 

147


hallarda fövqaladə hallar üçün öncədən səlahiyyətə izn veriləcək, aydınlaşdırmalı-

dırlar. İcra,yeni imkanlar və yeni metodlar tələb edir. Polis,jandarma və silahlı qüv-

vələr təhlükəli adamları həbs etmək və neytrallaşdırmaq üçün xüsusi dəstələr for-

malaşdırlr. Buraya dəqiq atııcılar və yaxından döyüş apara bilən qruplar daxil-

dir.Aydındır ki, komanda xətləri aydın və məhsuldardır. Vaxt çox önəmli amildir

lakin hökümətin bütün səviyyələrindən qatılan idarələrin sayı böyükdür. ABŞ-da 

koordinasiyanı təkmilləşdirmək üçün xüsusi Daxili Təhlükəsizlik Nazirliyi forma-

laşdırmaq üçün qərar verilmişdir. Başqa ölkələr də ənənəvi ədliyyə və daxili işlər 

nazirliklərindən əlavə olaraq təhlükəsizlik nazirliyinin yaradılmasını nəzərdən keçi-

ririlər. Həlledici amil o olmalıdır ki, normal şərtlər daxilində mövcud olan xəbər-

ləşmə və səlahiyyət xətləri fövqaladə hallar üçün də istifadə oluna bilər ya yox. Ye-

ni koordinasiya qatı həmişə təkrarlama və gecikmə riski daşıyır. Ona görə də, bu 

problem ”kim nə edir,nə vaxt və necə” məsələsinə gəlib çıxır və hər kəsin bu çərçi-

vədə öz yerini bildiyini müəyyən edir. Parlamentarlar öz hökümətlərinin açıq ko-

manda xəttlərini müəyyən etməkdə öz boyunlarına mühüm rol götürməlidirlər, 

çünki o,böhran baş verdiyi zaman yüksək səviyyəli dəstək və güc işlədilməsi tələb 

olunanda bütün potensial oyunçuların iştirakını tələb edir. 

 

 Insan Təhlükəsizliyi 



 

“Terrorizm əsrındə” təhlükəsizlik səciyyəvi insan amili formasını alır

128

. Fərdi 


vətəndaşın qorunması demokratik dövlətin təməl prinsipidir. Terror təhlükəsinin tə-

siri böyüdükcə və qorxu və qeyri-müəyyənlik mühiti yaratdıqca, o, daha mürəkkəb 

və çətin olur. İnsan təhlükəsizliyinin konsepsiyası 2001 terror hücumlarından öncə 

inkişaf etdirilirdi. Onun əsas aparıcılarından biri Kanadanın 1995-2000 illərində 

xarici işlər naziri və sonralar BMT Baş katibinin Efiopiya və Eritreyada xüsusi nü-

mayəndəsi olan Lloyd Aksvörz(Lloyd Axworthy) olmuşdur. O  fərdə yönəlmiş təh-

lükənin dövlətə yönəlmiş təhlükədən daha mühüm olduğunu bəyan edirdi. 2003-cü 

ilin yazında  İnsan Təhlükəsizliyi üzrə Komissiya təhlükəsizliyin  ənənəvi,daha 

məhdud anlayışından uzağa gedən bir neçə  geniş miqyaslı nəticə ortaya qoymuş-

dur. Bir çoxları üçün onların miqyası çox geniş gəlmişdir,çünki irəli sürülən tövsi-

yələr yerinə yetirilsə,indiki dünyada yanlış və ya ədalətsiz olan çox şeyi yüngülləş-

dirər. Buna baxmayaraq, ordu və mülkilərin keçmişdən fərqli olaraq tamamilə fər-

qli formatda işləmələrini göstərmək üçün  onları  təkrar etməyə  dəyər. Bu siyahı 

Aksvörzin dərin duyğularını göstərir: 

                                                            

128


 Bax Dr Theodor H. Winkler and Sergei Orzhonikidzhe, ‘State and Human Security in 

the “Age of Terrorism”: The Role of Security Sector Reform’, Geneva: UNOG and 

DCAF, 26 January 2004. Further information available at: 

       http://www.dcaf.ch/news/past_2004/ev_geneva_040126.cfm 



 

148


1.  Zorakı münaqişələrdə insanları qorumalı. Cenevrə Konvensiyasın-

da öz əksini tapmış  əsas prinsiplərin yayılması üçün daha çox çalışmaq 

üçün bu müraciət Beynəlxalq Humanitar Hüququn Fundamental normasını 

bizə xatırladır. 

2.  Silah və sursatların yayılmasından insanları qorumalı. Bu istər 

strateji olsun, istərsə də taktiki, təkcə kütləvi qırğın silahlarını yox, həm də 

atıcı və yüngül silahların,o cümlədən minaların yayılmasını nəzərdə tutur.  

3.  Hərəkətdə olan insanların təhlükəsizliyini dəstəkləməli. Bu miq-

rant  əhali sahəsində beynəlxalq hüquqi alətlərin zəifliyi ilə bağlı mühüm 

məsələdir. 

4.  Münaqişədən sonrakı hallar üçün insan təhlükəsizliyi keçid fondla-

rı təsis etməli. Burada sülhü möhkəmləndirməkdən ötrü müharibədən əldən 

düşmüş cəmiyyətlərin yenidən qurulmasının mühümlüyü barəsində, İnsan 

Təhlükəsizliyi Komissiyası, Brahimi Paneli və Beynəlxalq Müdaxilə  və 

Dövlət Suverenliyi Komissiyası ilə birləşir. Sülh sazişinin imzalanması ki-

fayət deyil- barış, bağışlama və ədalət dinamikası vasitəsilə sülh insanların 

ürəyində və ruhunda olmalıdır. Maliyyə vasitələrinin olması siyasi və fiziki 

yenidənqurmanın vacib alətidir. 

5.  Hədsiz kasıb ölkələrin yararlanması üçün ədalətli ticarət və bazar-

ların  yaradılması Dünya Ticarət Təşkilatının müzakirə etdiyi məsələlərdir. 

Beynəlxalq ticarət sisteminin burada müzakirə etdiyi çoxlu əhəmiyyətli 

məsələlər 5-ci Dünya Ticarət Təşkilatının Nazirlər səviyyəsindəki 2003-cü 

ildə Cancunda keçirilən Konfransında gündəmdə olmuşdur. 

6.   Dünyanın hər yerində minimum həyat standardı təmin etməyə ça-

lişmalı. Bu çox vacib sahədir:geniş yayılmış hədsiz yoxsulluğa qarşı müba-

rizə. Burada işlər, dürüst dialoqla,geniş iştirakla çoxtərəfli həllə aparan qlo-

bal danışıqlar  üzərində qurulmalıdır. Dünya dövlətləri özlərinin verə bilə-

cəyi xərcləri qəbul etməli və sistemli olaraq bu yükün paylaşmasına cəlb 

olunmalıdırlar. 

7.  Başlıca səhiyyə xidmətinə hər kəsin çıxışının olmasına yüksək diq-

qət ayirmalı. Yoluxucu xəstəliklərin yayılmasına fikir verilməsi çox mü-

hümdür, Tuberkulyoz və poliomielit kimi xəstəliklərin qarşısının alındığı 

düşünülür. HİV/AİDS kimi xəstəliklər ən yüksək prioritet kimi əlavə olun-

malıdır. SARS kimi infeksion xəstəliyin birdən peyda olması haqda bilgi 

olmalıdır. Təbii, bu məsələ çoxlu sayda incə beynəlxalq danışıq mövzuları-

na toxunduğu kimi intellektual mulkiyyət hüququ uğrunda mübarizəni də 

əhatə edir. Burada, hökümətlərə yönələn müraciətə ölkələr daxilində nazir-

liklər arasında  ən yaxşı daxili koordinasiya, həmçinin,dünyanın müxtəlif 

hissələrində əhalinin zəif təbəqələrinə fayda vermək üçün, aydın və çevik 


 

149


siyasi xətt daxil edilməlidir. 

8.  Patent hüquqları üçün məhsuldar və tərəfsiz qlobal sistem qurmalı. 

Burada vurğu tərəfsiz sözünün üstünə qoyulmalıdır. 

9.  Bütün xalqları savadla təmin etməli. Fundamental insan hüquqları 

o qədər aydındır ki, onun şərhə ehtiyacı yoxdur, təkcə sadəcə xatırlamaq 

lazımdır ki, keçmişin səhvləri haqda xəbərdar olmaq üçün tarixi öyrənmək 

nə qədər mühümdür. İki min il bundan öncə Cicero tarixin mühümlüyünü 

bu sözlərlə ifadə etmişdir: “Keçmiş zamanlarda nə baş verdiyi haqqında 

bilməmək həmişə üşaq kimi qalmaqdır.Keşmiş əsrlərin əməyindən istifadə 

olunmazsa, dünya həmişə biliyin erkən mərhələsində qalacaq” 

10.  Fərdlərin rəngarəng kimlik və birlik azadlıqlarına hörmət edə-

rək,qlobal insan kimliyi üçün zərurətin aydınlaşdırılması. 

 

Heç kim Aksvörzin fikirlərini sual altına qoymasa da, onun yanaşması, genişli-



yinə görə  tənqid edilmişdir,çünki o təhlükəsizlyi faktiki olaraq hər  şeylə bağla-

mışdlr


129

. Nəticədə, iki yanaşma xətti inkişaf etdirilmişdir: biri minaları, uşaq  əs-

gərləri, humanitar qanunlar,atıcı  və yüngül silahları  əhatə edən praktiki gündəmə 

yönələn qorxudan  qaçınmaq cəhəti; digəri Yapon İnsan Təhlükəsizliyi Trust Fon-

du tərəfindən sponsorluq edilən daha geniş yanaşma arxasınca getmişdir və fermer-

lər və ya balıqçılar üçün ərzaq təhlükəsizliyi, səhiyyə təhlükəsizliyi və məktəb tikil-

məsi kimi rəngarəng layihələri dəstəkləmişdir. 

“İnsan Təhlükəsizliyi” termininin müəyyən çağırışı var,çünki o aydınlaşdırır ki, 

hər hansı  vətəndaşın təhlükəsizliyi onunla nə baş verirsə odur və bu, dövlətin  ən 

əsas qayğısı olmalıdır. Bu baxımdan, “təhlükəsizlik sektoru islahatı” sözləri çox so-

yuq səsləndiyindən ixtiyari dəstək almır. Amma məqsəd eynidir,çünki ancaq de-

mokratik yaxşı idarəçilik bu işi görə bilər. Krause yazdığı kimi, legitim və iştirakçı 

siyasi təsisatlar yaratmaq mübarizəsi əsrlər uzunu davam edən zor işlətmək və zo-

rakılıq qorxusunu gündəlik insan həyatından çıxartmaq səyləri ilə bağlıdır. Bu fikir 

daha yaxşı 2001-ci ildə Beynəlxalq Müdaxilə və Dövlət Suverenliyi Komissiyası-

nın “Qorumaq Məsuliyyəti” hesabatı ilə ifadə edilmişdir və 2004 –cü il Yüksək Sə-

viyyəli Panel vasitəsilə BMT Baş katibi Kofi Annanın, 2005- ci ilin Sentyabrında 

keçirilən BMT sammitinin hazırlıq dönəmində,  ”Genişlənmiş Azadlıqda:Hamı 

üçün  İnkişafa,Təhlükəsizliyə  və  İnsan Hüquqlarına doğru” geniş tövsiyələrində 

özünə yer almışdır. Buna baxmayaraq, onun təklif edilən islahatları o qədər geniş 

                                                            

129


 Keith Krause, ‘Human Security: An Idea Whose Time Has Come?’, S+F Security and Peace, 23

rd

 



year, 2005, No. 1. O  Daniel H. Devbney-in 1999-cu ildə etdiyi ekoloji siyasət üzrə şərhlərinə isnad 

edir. ‘ Əgər  İnsanların rifahını azaldan hər  şey təhlükəsizlik üçün təhlükə sayılırsa onda bu termin 

özünün istənilən analitik faydasını itirir və “pis” üçün uzun bir sinonimə çevrilir. 


 

150


olmuşdur ki, tam da Təhlükısizlik Şurasının genişlənməsi ilə bağlı mürəkkəb məsə-

lə kimi, onların da ümumiləşmiş icrası müşgül işə çevrilmişdir. İnsan təhlükəsizliyi 

baxımından, Annan həm ümumi, həm də spesifik olmuş, zərurətdən doğan azadlığı 

qorxudan qaçınmaq azadlığı ilə birləşdirmiş və ləyaqətlə yaşamaq azadlığını əlavə 

etmişdir. Dövlət və hökümət başçıları üçün səkkiz səhifəli qərarı bir dəfəyə götür-

qoy etmək çox böyük iş ola bilərdi, lakin az mübahisəli və praktiki tövsiyələri qə-

bul etmək üçün müəyyən ümid yaradır. İstənilən halda onun gündəliyi stol üstündə 

qalacaqdır. Onun əhəmiyyəti ondan ibarətdir ki, təhlükəsizlik gündəliyi münaqişə-

lərin qarşısını almaq və həll etmək kimi ənənəvi metodlardan uzağa gedir. Hələ də, 

zaman göstərəcəkdir ki, inkişaf etməkdə olan ölkələr suverenlik və legitimliyin öz 

vətəndaşları ilə necə davranmalarından asılı olan anlayış olduğu haqda şübhələrini 

dağitmaq iqtidarında olacaqlarmı və onların daxili işlərinə yeni müdaxilə formaları 

bu davranışdan asılı olacaqdır. Bölgəsəl təşkilatlara daha çox səlahiyyət vermək 

bəlkə də ən lazımlıdır. 

 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin