1. Sosiologiyanın yaranması «Sosiologiya»


Azərbaycanqda sosial fikir tarixi



Yüklə 18,71 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü18,71 Kb.
#39035
1   2   3   4   5
Sosiologiya 2 mövzu

3. Azərbaycanqda sosial fikir tarixi

Cəmiyyətin sosial strukturu, sosial proseslər, şəxsiyyət, insanların qarşılıqlı münasibətləri haqqında fikirlərə Azərbaycanda da qədim zamanlardan, ilk yazılı abidə olan «Avestadan» tutmuş bu günə qədər rast gəlinir. «Avesta əxlaqi, sosial, siyasi, dini və s. biliklərin ensklopediyasıdır. Bütünlükdə götürüldükdə Avestanın əsas ideyası dualizmdir (işıqla qaranlıq, həyatla ölüm, xeyirlə şər, ədalətlə haqsızlıq arasında mübarizə). Burada mənəviyyat 3 ifadədə yekunlaşır: xeyirxah fikir, xeyirxah söz, xeyirxah iş.



Nizami Gəncəvi (1141-1209) insan və cəmiyyətə ümumi mövcudat kimi baxmış və onlar arasında münasibətləri daim izləmişdir. Mütəfəkkir təbiət və cəmiyyətdə baş verən hadisələri insan mənafeyi baxımından qiymətləndirmişdir. İnsan yer üzünün ən kamil xilqətidir deyən Gəncəvi insanı iləhiləşdirir və mövcud şeylərdən hamısının onun qarşısında baş əyməsini söyləyir. Onun əsərlərində insan surəti peyğəmbər, ədalətli şah, zəhmət adamı və ümumiyyətlə, xilqətin üstünlük verdiyi İnsan simasında nümayiş etdirilir

Nəsrəddin Tusi (1201-1274) ölkəni idarə etmək haqqında mühakimələrində insan və cəmiyyətə dair maraqlı fikirlər söyləmişdir. İctimai varlıq kimi səciyyələndirdiyi insanın cəmiyyətdən kənarda mövcudluğunu qeyri-mümkün saymış və belə fikir söyləmişdir ki, insan növü öz təbiəti etibarilə ictimai birliyə möhtacdır. İnsanlar arasında birinci ictimai birlik ailə, sonra məhəllə, şəhər, ölkə və nəhayət bütün dünyadır. Tusi ədalətli dövləti təşkil edən 4 sinfi: qələm əhli (ziyalılar) qılınc əhli (hərbçilər) müamilə əhli (tacirlər, sənətkarlar) ziraət əhli (əkinçilər,maldarlar, bağbanlar) göstərmiş və söyləmişdir ki, bu 4 dəstə bilrgə fəaliyyət göstərsə səadət sistemi əmələ gələr.

Sonra İmadədin Nəsimi, Məhəmməd Fizuli və başqalarının da haqqında danşmaq olar. Amma mən bir az da 19-cu əsrin mütəfəkkirlərindən bəhs etmək istəyirəm. Belə ki 19-cu əsrin əvvəllərindən başlayaraq Azərbaycan xanlıqlarından bəziləri Rusiyanın himayəsi altına keçmiş və bu da onun müstəmləkə altına



salınması demək idi. Müstəmləkəçilik siyasəti yürüdən çarizm Azərbaycan dilinin və mədəniyyətinin inkişafına əngəl törətmişdir. Bütün bunlara baxmayaraq bu dövrdə klassik ənənələri və yeni ictimai-siyasi ideyaları özündə birləşdirən çox görkəmli mütəfəkkirlərlə zəngindinr (Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov və s.)


Yüklə 18,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin