1. Şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri: qabiliyyətlər



Yüklə 134,17 Kb.
səhifə30/37
tarix29.10.2022
ölçüsü134,17 Kb.
#66745
1   ...   26   27   28   29   30   31   32   33   ...   37
1. xsiyy tin f rdi-psixoloji x susiyy tl ri qabiliyy tl r

«İdeal mən»ə gəldikdə burada insanın özündə görmək istədiyi keyfiyyətlərə malik obrazı nəzərdə tutulur.
«Sosial mən» digər mən – obrazlardan fərqlənir. Burada insan həmişə özünə başqalarının gözü ilə baxır.


25. Özünüqiymətləndirmə və şəxsiyyətin iddia səviyyəsi.
Özünüqiymətləndirmə şəxsiyyətin özünü, öz imkanlarını, keyfiyyətlərini, qabiliyyətlərini, özünün başqa adamlarla münasibət sistemindəki yerini qiymətləndirməsindən ibarətdir. insanın mənlik şüurunun formalaşmasında özünüqiymətləndirmə xüsusi yer tutur.
Özünüqiymətləndirmə zamanı adətən qiymətin əxlaqi, estetik, intellektual, emosional və s. növlərindən istifadə olunur. bütün hallarda onların içərisində emosional qiymətlər əsas yer tutur. Özünüqiymətləndirmə səviyyəsində qiymətverən və qiymətləndirilən eyni adam olduğuna görə burada özünüsevmə, özünəhörmət, ləyaqət hissi özünə geniş yer edir. Ona görə də burada subyektiv amillərin təsiri qaçılmaz olur.
özünüqiymətləndirmənin üç səviyyəsi: 1) Adekvat özünüqiymətləndirmə. Bu cür özünüqiymətləndirmə zamanı insan özünün bütün keyfiyyətlərini olduğu kimi, imkanlarına uyğun qeyd etməklə özünü düzgün qiymətləndirir. 2) Qeyri – real yüksək özünüqiymətləndirmə. Bu cür özünüqiymətləndirmə zamanı insan özünü onda olan keyfiyyətlərdən, imkanlardan yüksək. 3) Qeyrireal aşağı özünüqiymətləndirmə. Bu cür özünüqiymətləndirmə zamanı insan özünün keyfiyyətlərini, imkanlarını layiq olduğundan aşağı qiymətləndirir.
Özünüqiymətləndirmədə şəxsiyyətin iddia səviyyəsi ilə də sıx bağlıdır. İddia səviyyəsi dedikdə bu və ya digər fəaliyyət zamanı şəxsiyyətin seçdiyi və qarşısına qoyduğu məqsəd və vəzifələrin çətinlik dərəcəsi ilə müəyyən olunan xarakteristikası nəzərdə tutulur. İnsan sonra yerinə yetirəcəyi işin çətinlik dərəcəsini sərbəst şəkildə seçərkən özünüqiymətləndirməyə cəhd göstərməsi iki cür konfliktin yaranmasına səbəb olur: bir tərəfdən maksimum müvəffəqiyyət əldə etmək üçün iddianı artırmaq cəhdi, digər tərəfdən uğursuzluqdan yaxa qurtarmaq üçün iddia səviyyəsini aşağı salmaq. Müvəffəqiyyət əldə edildikdə adətən iddia səviyyəsi artır, insan daha çətin məsələni həll etməyə hazır olduğunu təzahür etdirir, uğursuzluq zamanı isə iddia səviyyəsini müvafiq şəkildə aşağı salır.



Yüklə 134,17 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin