1. Say sistemlərinin yaranması və inkişafı



Yüklə 76,81 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü76,81 Kb.
#35826
  1   2   3   4   5
Riyaziyyat mühazirə-4


Mövzu4

Say sistemləri

Plan:


1.Say sistemlərinin yaranması və inkişafı.

2.Mövqesiz və mövqeli say sistemləri.

3. İkilik, səkkizlik və onluq say sistemləri.

4.İxtiyari say sistemindən onluq say sisteminə və onluq say sistemindən ixtiyari say sisteminə keçid.



1. Say sistemlərinin yaranması və inkişafı.

Riyaziyyat - ən qədim elmlərdən biridir. O, bəşəriyyət ta­ri­xin­də həyatın tələbindən irəli gəlmişdir. Sahələrin ölçülməsi, tikinti işləri, dənizçilik, ticarət hesabı, dövlətin ida­rə olunması və s. hesab əməllərinin aparılmasını, həndəsi an­layışların mənim­sə­nil­məsini tələb edirdi.

İnsanlar həyatda – məişətdə, əmək fəaliyyətində həmişə say­ma, hesablama, ölçmə işləri ilə rastlaşırlar. Sayma, he­sab­­lama və ölçmənin nəticəsi ədədlə ifadə olunur. İlk vaxt­lar insanlar ədəd haqqında təsəvvürə malik deyildilər. Onlar sayma vasitəsi olaraq əl barmaqlarından istifadə edir­di­lər. Mücərrəd ədədlərin alınmasında əllərdəki barmaqlar böyük rol oyna­mış­dır. Hazırda bəzi Afrika xalq­la­rı əl bar­maq­la­rı­na uyğun olaraq yenə də beşlik say siste­mindən isti­fa­də edir­lər.

Qədim babillilər (indiki İraq) elmin, mədəniyyətin in­ki­şafına çox böyük töhvələr vermişlər. Hesabın inkişafın­da isə onlara müəyyən dərəcədə hindlilərin təsiri olmuşdur. Su­riya – Ərəb xalqları yunanların təsiri altında, hərflərlə işa­rə edilmiş nömrələmə sistemini yaratmasına baxmayaraq onlar da ədəd­lərin hind nömrələnməsindən bəhrələnmiş­di­lər.

Hind rəqəmləri ərəblərə bizim eranın 700- cü illərində məlum olmuşdur.

773- cü ildə Hind riyaziyyatçısı Bramahuntanın astro­no­mik traktatı “Sind - Hind” adı ilə ərəb dilinə tərcümə olun­muşdur.

Ərəbləri Hind riyaziyyatı və Hind nömrələməsi ilə tanış edən isə orta Asiya riyaziyyatçıları olmuşdur.

IX əsrdə yaşamış Özbək riyaziyyatçısı Məhəmməd ibn Musa Xarəzminin “Hind nömrələməsində hesab” adlı kitabı XII əsrdə latın dilinə tərcümə olunmuş və bununla da Avropa xalqları Hind nömrələməsi ilə tanış olmuşlar.

Dilçilikdə belə nəticəyə gəlmişlər ki, ədədin sözlə ifadəsi – onun aid olduğu şeylərlə bağlıdır. Məsələn: “iki” - hindlilərdə “göz”, “beş” - əl mənasında, ruslarda “пйат” baş və son barmaq­lar arasında məsafə mənasında işlədilir.

Hindlilər hesabın pərəstişkarı və onun yaradıcısı ol­muşlar. Qədim yunan riyaziyyatçıları əsasən həndəsə ilə çox məşğul olmuş, hesabı isə hindlilərdən götürmüşlər. Təkcə yunan alimi Arximed bu sahədə hindliləri ötüb keçmişdir. Arximed hələ o dövrdə hesablamışdır ki, mərkəzi günəşdə , radiusu isə günəşdən yerə qədər olan kürə xırda qum dənəciklərindən ibarət olsa bu dənəciklərin sayı 1064 olar.

İnsan cəmiyyəti inkişafının müəyyən mərhələsində hərf­lə­rin ixtira edilməsi, mədəniyyətin və elmin inkişafı üçün böyük rol oynadı. İlk zamanlar hər bir ədədi tələffüzdə səsləndiyi kimi yazırdılar. Daha sonra həmin sözlərin baş hərflərindən istifadə etdilər. Bu da çətinliklərlə üzləşdi. Belə ki, rəqəmlər çox, hərflər isə az idi.

Qədim insanların tətbiq etdikləri say sistemləri və onların inkişafını öyrənməkdən ötrü iki mənbədən istifadə edirlər.



  1. Dilçilik.

  2. Etnoqrafiya – qədim xalqların mədəniyyəti haqqında elmdir.

Göründüyü kimi ədədlərin adlandırılması, işarə edilməsi və yazılması üçün illərin bəhrəsi olmuş, təkmilləşdirilərək bu günümüzə gəlib çatmışdır.


Yüklə 76,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin