1. Pedaqoji fəaliyyətin psixoloji səciyyəsi Pedaqoji fəaliyyətin funksiyaları. Pedaqoji fəaliyyətin strukturu



Yüklə 58,76 Kb.
səhifə5/8
tarix11.04.2022
ölçüsü58,76 Kb.
#55186
növüMühazirə
1   2   3   4   5   6   7   8
Psixo. 10

5.Pedaqoji fəaliyyətin motivləri. A.K.Baymetov pedaqoji fəaliyyətin motivlərini öyrənərək onları üç qrupda ümumiləşdir­miş­dir:

1) icbarilik motivləri;

2) öyrədilən fənnə maraqlılıq və həvəslilik motivləri;

3) uşaqlarla ünsiyyətə bağlılıq (“uşaqlara sevgi”) motivi.

Bu motivlərin üstünlük təkil etməsinə əsasən müəllif müəllimləri 4 qrupa ayırır: icbariliyin üstünlük təşkil etdiyi (43%), inti­zamın üstünlük təşkil etdiyi (39%), uşaqlaqla ünsiyyə­tə olan tələbatın üstünlük təşkil etdiyi (11%) və hər hansı motivin üstünlük təşkil emədiyi müəllimlər (7%).

Psixoloji tədqiqatlar göstərir ki, məhz axırıncılar ən çox ixtisaslaşmış və avtoritet sahibi olurlar.

E.P.İlin qeyd edir ki, motivasiya tipi müəllimin iştirak­çıla­ra qarşı pedaqoji tələblərinin istiqamətini və xarakterini müəyyən­ləş­di­rir. Bunları aşağıdakı kimi göstərmək olar:


  • müəllimin çoxcəhətli motivasiyası onların təlim materialını mənimsəmələri və davranış­larına verdikləri tələblərin sayının azlığı və ahəngdarlığı ilə səciyyələnir;

  • müəllimdə icbarilik (məcburilik) motivinin dominantlığı yalnız iştirakçılara təlim materialını mə­nimsəmələri ilə bağlı deyil, habelə intizam xarakterli tələblərin verilməsi ilə səciyyələnir;

  • fənnə həvəslilik motivinin üstünlük təşkil etdiyi müəllim daha çox təlim materialını mə­nim­sə­məklə bağlı tələblər ortaya qoyur;

  • uşaqlarla ünsiyyətə istiqamətlənən motivin üstünlük təşkil etdiyi müəllim az saylı tələblərin fo­nunda iştirakçıların şəxsiyyətinə daha çox tələblər verir.

A.K.Baymetov da qeyd edir ki, məcburilik motivi üstün olan müəllimlər avtoritarizmə me­yil­li, ünsiyyət motivi üstün olan müəllimlər isə liberallığa meyilli olurlar. Ümumiyyətlə, bu və ya di­gər motivin üstün olmamasına idarəçiliyin demokratik tərzinə üstünlük verən müəllimlərə də rast gəlinir.


Yüklə 58,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin