Maliyyə nəzarəti butun iqtisadi prosesləri əhatə edir və bir sıra xususiyyətlərə
malikdir. Buna gorə də bu proseslər sahəsində maliyyə nəzarətinin
fəaliyyətini butov şəkildə oyrənmək cox cətindir və maliyyə
nəzarətinin mahiyyətini daha dəqiq anlamaq ucun onun muxtəlif əlamətlərə
və formalara gorə aşağıdakı tərzdə təsnifatı aparılır.
- Mulkiyyət formalarına gorə maliyyə nəzarəti 3 novdə həyata kecirilir:
dovlət nəzarəti, ozəl nəzarət və ictimai nəzarət.
Maliyyə nəzarətinin əsas forması olan dovlət nəzarətini başlıca olaraq
dovlət orqanları və onların yerli bolmələri həyata kecirir. Bu işlə
əsasən dovlət orqanlarının nəzarət-təftiş qurumları, parlamentlərin hesablama
palataları məşğul olur. Onların diqqət obyekti muəssisələrin,
dovlət tabeliyində olan təşkilatların, butun muəssisələrin vergiqoyma
xidmətləri, maliyyə bazarı, dovlət budcəsi, butun maliyyə vasitəciləri və
b.-dır.
İctimai maliyyə nəzarətini konulluluk və qərəzsizlik prinsipləri əsasında
ayrı-ayrı fiziki şəxs qrupları həyata kecirir. Nəzarəti gercəkləşdirən
mutəxəssislərin qarşısında qoyulan konkret vəzifələrdən asılı
olaraq bu cur nəzarətin obyektləri muxtəlif ola bilər.
Maliyyə nəzarətində ən muhum və bazar iqtisadiyyatında ən işlək
forma ixtisaslaşdırılmış firmaların və xidmət sahələrinin həyata kecirdikləri
ozəl, yaxud mustəqil nəzarətdir. Sadalanan formalardan başqa elmi
ədəbiyyatda korporasiyaların, şirkətlərin və muxtəlif mulkiyyətli təşkilatların
gercəkləşdirdikləri təsərrufatdaxili maliyyə nəzarətindən də
sohbət açılır. Bu nəzarət formasının obyekti korporasiyalar, şirkətlər,
muəssisələr, eləcə də onların struktur bolmələridir.
Reallaşdırılma vaxtına gorə maliyyə nəzarəti 3 novə bolunur:
1) ilkin nəzarət;
2) cari nəzarət;
3) sonraki nəzarət.
Muəssisələrin və dovlətin maliyyə fəaliyyətinin planlaşdırılmasında
ilkin nəzarət muhum rol oynayır, maliyyə planlarının tərtibi, muzakirəsi,
təsdiqi, gəlir-xərc, budcə layihələrinin, saziş sənədlərinin hazırlanması
zamanı və başqa mərhələlərdə həyata kecirilir. Belə hallarda ilkin
nəzarət material, əmək və maliyyə ehtiyatlarından səmərəsiz istifadənin
qarşısını alır, eləcə də təsərrufat orqanları fəaliyyətinin neqativ nəticələrini
aradan qaldırmağa yardımçı olur. Bundan başqa, gəlirlərin və xərclərin
smetaları tutularkən ilkin nəzarətin koməyi ilə muəssisələrin əlavə
ehtiyatları uzə çıxarıla bilər ki, bu da onların maliyyə ehtiyatlarının və
məsuliyyətlərinin yuksəlməsində xususən onəmlidir. Maliyyə nəzarətinin
bu forması qanunların və normativ sənədlərin pozulacağını əvvəlcədən
gorməyə və onların qarşısını almağa imkan verir. 3. Maliyyə nəzarətinin aparılma istiqamətləri.
Maliyyə nəzarəti formalarının əsasında yoxlamaların həyata keçirilməsi vaxtı (dövrü) durur. Bu nöqteyi-nəzərdən maliyyə nəzarətinin üç forması var:
a) ilkin nəzarət;
b) cari nəzarət;
c) sonrakı nəzarət.
İlkin nəzarət pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlamazdan əvvəl həyata keçirilən nəzarətdir. Maliyyə intizamının pozulmasının qarşısının alınmasında bu mərhələnin çox böyük əhəmiyyəti vardır. Bu nəzarət fəaliyyət üçün əsas olan lisenziya və sənədlərin - büdcə layihələrinin, maliyyə planları və smetaları, kassa sənədlərinin olub-olmamasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Vergi məcəlləsinin 33-cü maddəsinin 1-ci bəndində qeyd olunur ki, vergi ödəyiciləri vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə müvafiq olaraq vergi ödəyicisi olan şəxsin, onun filial və nümayəndəliklərinin olduğu yer üzrə, həbelə sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən vergi ödəyicisi olan fiziki şəxsin yaşadığı yer üzrə vergi orqanlarında üçota alınır. Azərbaycan Respublikası Vergi məcəlləsinin 24-cü maddəsinin göstərişlərinə əsasən isə, vergi orqanları, yuxarıdakı maddədə göstərilən halda, vergi ödəyicilərinə vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə kütləvi informasiya vasitələri il əvə ya fərdi qaydada əvəzsiz olaraq məlumat verməyə, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar verməyə, onların hüquq və vəzifələrini izah etməyə borcludur.
Beləliklə, ilkin maliyyə nəzarətinin məqsədi maliyyə-hüquq münasibətlərinin iştirakçılarına lazımi metodiki köməklik göstərməkdən ibarətdir.
Cari nəzarət - pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarətidir.
Belə nəzarət maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi, dövlət qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsi, cari xərclər və s. həyata keçirilməsi gedişində maliyyə orqanları tərəfindən aparılır. Bu növ nəzarətin aprılmasında məqsəd maliyyə fəaliyyəti zamanı yol verilən nöqsanları aşkara çıxarmaq və xəbərdar etməkdən ibarətdir.
Cari maliyyə nəzarəti səlahiyyətli dövlət orqanlarından əvvəl əslində müəssisə və idarələrin özlərinin xidməti strukturları tərəfindən gündəlik həyata keçirilməsi vacib olan nəzarətdir. Belə olan halda, onlar müəyyən səbəbdən yol verilmiş nöqsanları vaxtında aşkar edə bilir və onları aradan qaldırır. Cari maliyyə nəzarətinin obyekti əldə olunmuş gəlirlərdən dövlət qarşısında öhdəliklərin icra olunması ilə və ya təqdim edilmiş pul vəsaitlərinin xərclənməsi ilə bağlı sənədləşdirmələrdir.