1. Liderliklə menecment arasında fərq və liderliyin əsas xüsusiyyətləri


Yaxşı liderin səciyyəvi xüsusiyyətləri



Yüklə 192,5 Kb.
səhifə2/3
tarix04.04.2023
ölçüsü192,5 Kb.
#93076
1   2   3
Liderlik və menecment vəzifələri cox vaxt eyni mənada islədilir

Yaxşı liderin səciyyəvi xüsusiyyətləri: Yaxşı lider necə olur? Aşağıda onların bəzi çox vacib səciyyəvi xüsusiyyətləri göstərilmişdir:
Özünü tanıma. Siz daxili emosional vəziyyətiniz barədə gizli biliyə maliksiniz. Siz güclü və zəif tərəflərinizi bilirsiniz. Siz nə zaman axarında işlədiyinizi və nə zaman işlə həddən artıq yükləndiyinizi bilirsiniz. Maksimum potensiala çatmağınıza təkan verəcək imkanlarınız və çatışmazlıqlarınız da daxil olaraq özünüzü tanıyırsınız.
Özünü idarəetmə.  Siz güclü və effektiv yolla özünüzü idarə edə bilərsiniz. Siz məqsədə necə nail olmaq, tapşırıqları necə formalaşdırmaq və ləngimələri necə aradan götürmək lazım olduğunu bilirsiniz. Siz layihələr üçün necə enerji yaratmaq və qəzəbləndiyiniz zaman özünüzü necə sakitləşdirməyi bilirsiniz. Siz lazım olduğunda tez qərar verə, lakin masa arxasında bütün seçimləri tələsmədən müzakirə edə bilirsiniz.
Görmə. Siz özünüzdən daha böyük olan hədəfə doğru çalışırsınız. Bu komandanın uğuru kimi kiçik, lakin dünya sülhünə nail olmaq kimi böyük görmə ola bilər. Gələcəyə istiqamətlənərək çalışmaq şəxsi maraqlar uğrunda çalışmaqdan daha ruhlandırıcıdır.
Motivasiya etmək bacarığı. Liderlər insanlara nəyi etməli olduqlarını deyərək rəhbərlik etməməlidirlər. Əvəzində liderlər insanların onlara kömək etməyi istəmələrinə səbəb olmalıdırlar. Bunun əsas hissəsi başqalarına yardım etmək üçün şəxsi istəklərinizi təkmilləşdirməkdir. Başqaları sizin onlara kömək etmək istədiyinizi düşündükdə onlar da öz növbəsində sizə yardım edəcəklər.
2. Liderlik vəzifə və tapşırıqları. Liderliyin növləri.
Lider daha çox vəziyyətin dəyişdirilməsi ilə məşğul olur. Gələcək dəyişikliklərə nail olmaq istəyən liderlər dörd əsas strategiyadan istifadə edirlər.
 Qabaqcadan görmə (uzaqgörənlik)- istiqamətlərin müəyyən olunması
 Strategiya – perspektivlərin görünməsi üçün planlaşdırma
 Insanların yönəldilməsi –perspektivlərlə strategiyaların marketinqi və satışı
 Həvəsləndirmə - uğurlu nəticə üçün enerji və məsuliyyət hissinin səfərbər olunması
Məktəb üçün nəyin daha çox vacib olması haqqında aydın təsəvvürlərin olması, onun gələcək uğurlarını təmin etmək üçün ən sadə, lakin dəyərli töhfədir, ona görə ki, inkişaf istiqamətləri və məqsədlərin müəyyən olunmasıbu təsəvvürlərlə mümkün olur. Məktəbin gələcəyi haqqında dəbdəbəli və ya qeyri-adi fantaziyalar qurmağa ehtiyac yoxdur. Əslində bu fantaziyalar məktəb üçün arzu etdiyiniz reallıqları əks etdirməlidir. Bu fantaziya məktəbin uğurlu fəaliyyətinə xidmət etməli, onun icrası isə xəyali deyil reallığa əsaslanmalıdır ki, bu da məktəbin həm işçi heyəti, həm də rəhbər tərəfdən əvvəllər görülən işlərə nisbətən daha çox təşəbbüskarlığın cəlb edilməsini tələb edir.
Məktəbin gələcəyi haqqında fantaziyalar öz-özlüyündə meydana gəlməməlidir: onlar məktəb haqqında əldə olan məlumatlara və məktəbin xidmət etdiyi insanların istək və arzularına əsaslanmalıdır. Buna görə də bəzi yeni məktəb direktorlarına təyin olunduqları yeni məktəbin gələcəyi haqqında təsəvvürləri formalaşdırmaq çətin olur və onlar məktəbdə bir neçə ay işlədikdən sonra sosial və fiziki mühitlə tanış ola bilir və perspektivləri müəyyənləşdirir. Lakin məktəbin arzuolunan gələcəyi barədə sadəcə təsəvvürlərin olması kifayət deyil. Məktəbin gələcəyi barədə təsəvvürlər praktiki tədbirləri əks etdirən və işçi heyətin istifadə edə biləcəyi fəaliyyət planı ilə tamamlanmalıdır. Bu plan və onun icra qrafiki Sizin formalaşdırdığınız ideyanın reallaşması üçün strategiyanın əsasını təşkil edir. Gələcək inkişaf barədə ideyanın formalaşdırılması ilə əlaqədar strateji məsələlər işlənib hazırlandıqdan sonra, həmin ideyanın bütün məktəb icması tərəfindən başa düşülməsi və onlar üçün kəsb etdiyi əhəmiyyətin izah olunması təmin edilməlidir.
İnsanların yönəldilməsi ideya və planların onlarla müzakirə olunması, onlar üçün hiss etdiyiniz həyəcan və narahatlıqların onlara çatdırılması ilə həyata keçir. Ən vacib məqam odur ki, siz öz ideyanızı, onun dəyərini və ona nail olmaq üçün strategiyanı işçilərinizə elə təqdim etməlisiniz ki, həm onlar, həm də idarə heyəti və valideynlər onu qəbul etsinlər. Əgər onları ideyanın və strategiyanın formalaşmasının iştirakçısına çevirə bilsəniz onlar özlərini daha məsuliyyətli hiss edəcək və sizə dəstək olacaqlar. Bu zaman sizin liderlik bacarığınızı nümayiş etdirmək vaxtı gəlib çatmış olur. Siz seçdiyiniz yeni yolla həyəcan və məsuliyyət hissi ilə irəliləyərək nümunəvi olmalı, həm sözdə, həm də əməldə dürüstlük nümayiş etdirməlisiniz. Bu cür yeni layihələrin pozulmasına gətirib çıxaran ən böyük səbəb sözü ilə əməli üst-üstə düşməyən rəhbərlərin olmasıdır. Liderlər yeni ideyanın perspektivləri və məktəbin uğurlu inkişafı üçün kəsb etdiyi əhəmiyyəti öz əməkdaşlarına və aidiyyatı tərəflərə izah etməklə onların fəallaşmasını stimullaşdıra bilər. İnsanların istək və ehtiyaclarını bilmədən onları ruhlandırmaq və həvəsləndirmək qeyri-mümkündür. Bəzi insanlar dəyişikliklərin edilməsini sevir və yeniliklərin yaranmasına xidmət edən layihələrin dərhal iştirakçısına çevrilirlər. Bəzi insanlar isə əksinə, dəyişikliklərə ehtiyatla yanaşır və onlara ehtiyac olmadığına ətrafdakıları inandırmağa çalışırlar. Bu cür skeptiklərin məğlub edilməsi liderlər qarşısında duran əsas məsələlərdən biridir.
Liderlik və hakimiyyət
• Hakimiyyət – təsir göstərmək bacarığı və ya potensialıdır
İki növ hakimiyyət var
• Vəzifə
Şəxsi
Liderlik və məcburetmə
• Dəyişiklik yaratmaq üçün güc tətbiq etmək
• İş mühitində mükafat və cəza manipulyasiyaları vasitəsilə bir işi yerinə yetirmək üçün başqalarına təsir göstərmək
Hədə-qorxu, cəzalar və mənfi mükafatlandırma Xüsusi keyfiyyətlərə malik olan rəhbərlər barədə nəzəriyyə ("Böyük Adam" nəzəriyyəsi)
• Rəhbər olmayan şəxslərdən fərqli olaraq, bəzi adamlar xüsusi təbii və ya anadangəlmə xüsusiyyətlərə yaxud keyfiyyətlərə malikdir.
--Yalnız bəzi adamlar liderlik xüsusiyyətləri ilə dünyaya gəlir
--Yalnız bəzi adamlar effektiv lider ola bilər
--Xüsusiyyətlər bunları özündə birləşdirir: boy(hündürlük), gender, intellekt, qətiyyət və s.
• Diqqətini yalnız liderdə cəmləşdirir
• Liderdə axtarmaq lazım olan xüsusiyyətləri müəyyən edir
• Tənqidlər: xüsusiyyətlərin sonsuz siyahısı; vəziyyət/mühiti nəzərə almır; liderlərlə davamçıların arasında qarşılıqlı münasibəti nəzərə almır.
Liderliyin 3 əsas növü var:

  1. Avtoritar lider

  2. Məsləhətçi lider

  3. İmkan yara




Avtoritar

İmkan yaradan

Məsləhətçi

- Qərarı özü qəbul edir;
- Qərarı özü bəyan edir;
- Məsləhətə ehtiyac duymur;
- Suallara dialoq şəkilində cavab verir;

- Qərarı dəyişilə biləcək şəkildə təqdim edir;
- Qərarı bəyan edir;
Suallara açıq cavaba hazırdır;
- Qərarı ümumi rəyə əsasən dəyişməyə hazırdır;

- Adamları düzgün qərar verməyə sövq edir;
- Vəziyyəti araşdırmağa çağırır;
- Təfsilatı ilə izahat verir;
- Köməkçi rolunu qoruyub saxlayır;

Lider icmanın əsas atributudur. Icmanın inkişafı liderin bacarığından, nüfuzundan, informasiya, əlaqələndirmə və s. qabiliyyətindən çox asılıdır.



Yüklə 192,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin