1. Layihə menecmenti öyrənilməsinin əhəmiyyəti və layihənin təriflərini xarakterizə edin


Layihənin məhdudiyyətçilik və təşkilat əlamətlərini xarakterizə edin



Yüklə 112,31 Kb.
səhifə36/41
tarix07.06.2023
ölçüsü112,31 Kb.
#126579
1   ...   33   34   35   36   37   38   39   40   41
Layihe menecmenti son

48. Layihənin məhdudiyyətçilik və təşkilat əlamətlərini xarakterizə edin.
Təşkilat əlaməti. Təriflərdən göründüyü kimi layihə kiçik bir müəssisədir. Нəг bir müəssisənin təşkilati strukturu olduğu kimi layihələrin də yerinə yetirilməsi üçün təəkilati strukturlar tələb olunur. Böyük layihələrdə tələb olunan əsas parametrlardan biri «təşkilati strukturların yaradılması»dır. Bu struktur kiçik layihələrdə özünü doğrultmadığı üçün onlar tələb olunmur.
Məhdudiyyətçilik əlaməti. Layihə digər obyektlər kimi ətraf mühitlə sıx bağlıdır. Layihədə görülən işlərin hər birinin dəqiq həddi olmalıdır. Ümumiyyətlə, layihələr hər hansı çərçivə daxilində yerinə yetirilir. Layihə yerinə yetirildiyi mühitdə özünü qabarıq şəkildə göstərməlidir. Layihə özünəməxsus xüsusiyyətləri ilə digər işlərdən fərqlənməlidir. Layihələr ətraf mühitlə sıx bağlı və əlaqəli olduqları üçün onlara müəyyən xüsusiyyətə malik olan tam sistem kimi baxmaq olar.
49. Layihınin büdcə və təkrarolunmazlıq əlamətlərini xarakterizə edin.
Büdcə əlaməti. Hər bir layihə üçün büdcə müəyyənləşdirilir. Bu büdcəyə müəyyən metodlar vasitəsilə nəzarət edilir. Bəzi layihələr büdcə əsasında və çərçivəsində yaradılır. Buna görə də büdcə əlamətinə görə iki növ layihə mövcuddur;

  1. Layihənin məqsədi formalaşandan sonra onun büdcəsi müəyyənləşdirilir;

  2. Büdcə məlum olduqdan sonra ayrılmış vəsaitə uyğun layihəlaər həyata keçirilir.

Нər iki halda layihənin bütün elementlərinin yerinə yetirilməsində büdcə əlaməti görünür və xüsusi yer tutur.
Təkrarolunmazlıq əlaməti. Elə iki layihə yoxdnr ki, onlar tam eyni olsunlar. Hətta bir-birinə çox yaxın olan və oxşayan layihələrdə belə fərqlər mövcuddur. Layihə işlər çoxluğudur. Нər bir işi yerinə yetirmək üçün müəyyən vaxt, büdcə ayrılır və müxtəlif ehtiyatlar mənimsənilir. Bu müxtəliflik hər bir işə nadirlik xüsusiyyəti və ya təkrarolunmazlıq əlaməti verir. Layihələrdə hər hansı bir işin müxtəlif vasitəllərlə və ya müxtəlif vaxtlarda yerinə yetirilməsi onun təkrarolunmazlıq əlaməti sayılır.

Yüklə 112,31 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin