təsbit etməsi kimi mövzular sadəcə topoloji ilə açıqlamaq mümkün deyil.
Fərqli topolojiləri istifadə edən fərqli şəbəkə sistemləri vardır. Bu texnologiyalar Ethernet, Token
Ring və ya FDDI kimi adlara sahibdir.
Hər şəbəkə texnologiyası istifadə etdiyi topoloji ilə bərabər, istifadə olunacaq kabel tipi, onun
maksimum uzunluğu kimi mövzulara da aydınlıq gətirir. Hələ ki bu texnologiyalar haqqında
öyrənməli olduğumuz məsələlər onların hansı topolojidən istifadə etdiyidir. Sonra bu
texnologiyaları ayrı-ayrılıqda geniş şəkildə öyrənəcəyik.
2.2.2 Topoloji tipləri və inkişafı
Bus topoloji Fiziki bus bütün kompüterlərin eyni kabelə bağlı olduqları sistemdir. Kabelin hər iki ucuna sonlandırıcı və ya sonluq adı verilən başlıq taxılır. Bu topoloji həm məntiqi, həm də fiziki olaraq mövcuddur. Quraşdırılması asandır. Ən böyük çatışmazlığı kabelin bir nöqtəsində yaranan qopuqluğun bütün sistemi çökdürməsidir. Məntiqi bus isə, göndərilən bir məlumatın bütün