1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar



Yüklə 217,73 Kb.
səhifə15/203
tarix02.02.2022
ölçüsü217,73 Kb.
#52011
1   ...   11   12   13   14   15   16   17   18   ...   203
Qafar kimya

CuCl2 = Cu2+ + 2Cl-

Katodda: Cu2+ + 2e = Cu0 ; anodda: 2Cl- - 2e = Cl2

Elektroliz qanunları.

Elektroliz zamanı ayrılan maddənin kütləsilə elektrolitdən keçən cərəyanın miqdarı arasındakı asılılığı öyrənərək ingilis fiziki M.Faradey elektrolizin iki qanununu kəşf etmişdir.



Birinci qanun. Elektroliz zamanı elektrod üzərində ayrılan maddənin kütləsi elektrolitdən keçən elektrik yükünün miqdarı ilə düz mütənasibdir.

m = k · Q

Burada, m–elektroliz zamanı alınan maddənin kütləsi, k – mütənasiblik əmsalı, Q – məhluldan keçən elektrik yükünün kulonlarla miqdarıdır. Q=1 Kl olduqda m=k.



İkinci qanun. Müxtəlif elektrolitlərdən eyni miqdarda elektrik yükü keçdikdə elektrodlarda ekvivalent miqdarda maddə ayrılır.Elektrodlarda ayrılan hər bir maddənin miqdarı bir ekvivalentə bərabər olduğundan, Faradeyin ikinci qanunu xüsusi hal üçün belə ifadə olunur: Müxtəlif elektrlit məhlulundan 96500 Kl elektrik yükü keçdikdə elektrodlarda bir ekvivalent maddə ayrılır. 96500 Kl Faradey ədədi adlanır və F-lə işarə edilir. Faradey ədədi, Avoqadro ədədilə (N) elektronun yükü hasilinə bərabərdir.


Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin