1. İqtisadi vəziyyətin proqnozlaşdırılması, iqtisadi siyasətin işlənməsi və monitorinqi üçün statistikadan istifadə etməklə iqtisadi modellərin hazırlanması və təkmilləşdirilməsi Giriş



Yüklə 2,59 Mb.
səhifə2/23
tarix05.05.2017
ölçüsü2,59 Mb.
#16751
1   2   3   4   5   6   7   8   9   ...   23

Si + NKTi = Gİi


i = İi + NFİi

NFİi = NAFAi - NİLi



Si + NKTi + NİLi = İi + NAFAi

Burada, Si - i - ci sektorun yığımı

NKTi - i -ci sektor tərəfindən alınmış xalis kapital transferlər

i - i -ci sektora investisiya

İi - i -ci sektor tərəfindən aktivlərin alınması üçün qoyulmuş

investisiya

NFİi - i-ci sektora xalis maliyyə investisiyası

NAFAi - i-ci sektor tərəfindən alınmış xalis maliyyə aktivləri

NİLi - i - ci sektorun maliyyə öhdəliklərinin xalis artımı

Bir sektorun maliyyə aktivinin artımı digər sektorun maliyyə öhdəliklərinin artmasına bərabər olduğu üçün iqtisadiyyatın daxilində NFİi = ∑NFİi ödəmə balansının maliyyə əməliyyatlarının qalığına (saldosuna) bərabərdir (NFFİ)

NFİi = NFFİ

Valyuta bazarında makroiqtisadi tarazlığı müəyyənləşdirən əsas model aşağıdakı kimi ifadə edilir.

CAB + NKA + RT = 0

Burada, NKA – ödəmə balansının xalis kapital və maliyyə əməliyyatı

(kapital transferləri üzrə qalıq – NKTF və maliyyə

əməliyyatları üzrə qalıq-NFFİ)

RT – ödəmə balansı üzrə valyuta ehtiyatının dəyişməsi

(ehtiyatların artması (-), azalması (+) işarəsi ilə qeyd

olunur)

Deməli verilmiş makroiqtisadi şəraitdə valyutanın mübadilə məzənnəsi, idxal mallarına tələb, məhsulun dünya qiyməti, faiz dərəcəsi və s. artarsa və ya azalarsa onda tədiyyə balansının cari əməliyyatlar hesabının tarazlığı pozula bilər. Bütün bunlar öz növbəsində valyuta ehtiyatlarının, nominal və real mübadilə məzənnəsinin dəyişməsinə səbəb olur.



Iqtisadiyyatin sektorlarının investisiya aktivliyini tədiyyə balansının cari əməliyyatlarının maliyyə və kapital hesabları əks etdirir. Əgər gizli kapital axınını nəzərə alsaq onda xarici tarazlıq halı (valyutaya tələb və təklif) aşağıdakı modellə ifadə olunur.

CAB + NKA + RT + KF = 0

Burada, KF – kapital və maliyyənin (valyutanın) gizli axınını göstərir

Milli hesablar sistemində daxili iqtisadiyyatı iqtisadi fəaliyyət növlərinin aqreqasiyası səviyyəsindən asılı olaraq alt sektorlara bölmək olar. Real sektorun alt sektorlara bölgüsü şərtidir. Respublika iqtisadiyyatı üçün əmtəəlik (ticari) məhsul istehsal edən sektorlar – neft hasilatı və neft emalı (ekoloji məhsul), qeyri-neft sənayesi, kənd təsərrüfatıdır. Yuxarıdakı düsturlardan göründüyü kimi hər bir sektorun iqtisadi inkişafı onun investisiya qabiliyyətindən, investisiya qabiliyyəti isə həmin sektorun yığımından və xarici iqtisadiyyatdan əldə etdiyi valyuta vəsaitindən, eyni zamanda valyutanın məzənnəsindən asılıdır. Yuxarıda göstərildiyi kimi sektorun sərəncamında qalan gəlir iki əsas istiqamətdə istifadə edilir. Birincisi, əhalinin fərdi istehlakına, ikinci isə yığım və investisiya üçün. Deməli istər sektor daxili və istərsə də region daxili istehlakın və investisiyanın həcminin (aralıq və fərdi) modelləşdirilməsi və proqnozlaşdırılması metodu milli hesablar sisteminin Sosial hesablar Matrisindən(SAM) istifadə edilir.


1.3. Əsas makroiqtisadi modellərdə ekoloji amillərin

nəzərə alınması
Ekoloji hesabların ölkə (makro), ərazi (mezo, iqtisadi rayon) səviyyəsində tərtibi və makro iqtisadi hesablarda nəzərə alınması inkişafın hərtərəfli təhlili, proqnozlaşdırılması, optimal və obyektiv qərarların qəbulu üçün dolğun informasiya mənbəyidir. Ekoloji hesablar Avropa birliyi ölkələrində ətraf mühit (environment), “yaşıl” hesablar, Türkiyədə “çevrə mühasibatlığı”, milli hesablar sistemi isə “milli mühasibatlıq” adlanır. “Yaşıl” hesabların tərtibi üçün kosmik tədqiqatlardan əldə olunan məlumatlardan geniş istifadə edilir. Bu hesabların məlumatları əsasında layihələrin səmərəliliyi qiymətləndirilir, ekoloji vəziyyətə mənfi təsir göstərən layihələrin həyata keçirilməsinə yol verilmir. Ekoloji hesabların tərtibi üçün mühasibat uçotu da beynəlxalq standartlara uyğunlaşdırılmalıdır.

İnkişaf etmiş ölkələrdə ətraf mühitin vəziyyəti ölkənin inkişaf barometri hesab edilir. Yəni ətraf mühiti tələb olunan normalara cavab verməyən ölkələrin iqtisadi və sosial inkişafı davamlı olmur. Ətraf mühitin vəziyyəti davamlı inkişafı şərtləndirən mühüm amil hesab edilir. Aşağıdakı sxemdə ətraf mühit ilə iqtisadi sistemin əlaqəsi göstərilmişdir.

Firma (istehsal)

İQTİSADİYYAT

İstehsal ehtiyyatları

Mal və xidmətlər

Ev təsərrüfatı (istehlak)

Xammal


Hava

Təbiət abidələri

Su

Enerji


İstilik tullantıları


Suyun çirklənməsi


Havanın çirklənməsi

Bərk tullantılar

İqtisad
Sxemdən göründüyü kimi iqtisadi sistem ətraf mühitdən asılı alt sistemdir və deməli ətraf mühitin komponentləri davamlı inkişafı sərtləndirir.

Ərazinin davamlı inkişafı aşağıdakı model ilə xarakterizə olunur:

Ft (E,K,L,İ) <= Ft+1 (E,K,L,I)

Burada, E - ekoloji (təbii ehtiyatlar) kapitalın qalığı (ekoloji hesab),

K - iqtisadi kapitalın qalığı (iqtisadi və maliyyə hesabları),

L - insan kapitalı (sağlam, təhsilli, bilikli və təcrübəli insan, insan

inkişafı indeksi ilə təyin edilir),

I - institusional faktordur (struktur islahatları, sahibkarlıq,

informasiya menecment sistemi, adət - ənənə və s.).

Modeldən göründüyü kimi təbii ehtiyatlar, iqtisadi və insan kapitalı davamlı inkişafın əsas amilləridir. Ona görə təbii ehtiyatların səmərəli istifadə olunması, bərpası və gələcək nəsil üçün qorunub saxlanması strateji xarakter daşıyır.

Mövcud metodoloji materiallarda ətraf mühitin komponentlərinin (torpaq, su, hava və s.) aşınması əsas kapitalın istehlakı və aralıq istehlak xərclərində tam nəzərə alınmır, fəaliyyətin iqtisadi səmərəliliyi göstəricisi düzgün hesablanmır, hətta ekoloji kapitalın tükənməsi hesabına əmələ gələn əlavə gəlir sərbəst vəsait şəklində ekoloji kapitalın bərpasına deyil, başqa məqsədlərə yönəldilir. Ekoloji kapital bərpa edilmədiyinə görə ekoloji böhran davam edir, öz mənfi təsirini iqtisadi, sosial inkişafa, genefonda göstərir. Ona görə makro iqtisadi hesabların tərtibi zamanı ekoloji hesabların məlumatlarının nəzərə alınmasına ehtiyac yaranır.

Məlumdur ki, insanların təsərrüfat-məişət fəaliyyəti zamanı (texnoloji proseslərin nəticəsində) yararlı məhsul (mal və xidmət) və yararsız tullantı əmələ gəlir. Təsərrüfat (institusional) vahidi istifadə üçün yararlı məhsulun miqdar və məbləğ uçotunun təşkilinə marağı olsa da, tullantıların uçotunun təşkilinə maraqlı olmur. Nəticədə ətraf mühit (torpaq, su, hava və s.) davamlı olaraq fiziki, kimyəvi və bioloji təsirlərə məruz qalaraq aşınır (kəmiyyət və keyfiyyətini dəyişir). Ətraf mühitə dəymiş zərərin düzgün müəyyən edilməsi müəssisənin imkanlarından kənara çıxdığı üçün bu sahənin müvafiq orqanlar tərəfindən tənzimlənməsinə ehtiyac yaranır. Eyni zamanda qeyd edilməlidir ki, müəssisə ətraf mühitin mühafizəsi üçün xərclər ayırsa və bu xərcləri məhsul istehsalına çəkilən xərclərdə əks etdirsə, onda satışdan əmələ gələn mənfəəti azalır. Belə halda qiymətlərin tənzimlənməsinə və normativ mənfəətin təmin edilməsinə ehtiyac yaranır. Bu qaydalar bazar prinsiplərinə ziddir. Cünki bazarda müəyyən olunan qiymətlər tələb və təklif qanunauyğunluğuna əsasən müəyyən edilir, ekoloji vəziyyət və zaman amili nəzərə alınmır.

Son zamanlar tədris və metodoloji materiallarda “çirkləndirici ödəməlidir” prinsipinə uyğun olaraq istehsal xərclərinə ətraf mühitin mühafizə xərclərinin daxil edilməsi tövsiyə edilir. Hətta məhsul istehsalı və bölüşdürülməsi üzrə sahələrarası balans modelinin sxemi aşağıdakı kimi tövsiyə edilir.




Xərclər
















1-ci sektor (kənd təsərrüfatı)

2-ci sektor (sənaye)

3-cü sektor (ətraf mühitin mühafizəsi xərcləri




Son tələb


İstehsalın həcmi

M

ə

h



s

u

l



1-ci sektor (kənd təsərrüfatı)

25

20

0




55

100


2-ci sektor

(sənaye)

14

6

0




30

50








3-sektor (ətraf mühitin mühafizəsi üçün məhsullar)

50

10

0




0

60

Sxemdən göründüyü kimi məhsulun tam dəyəri (full cost) daxili və xarici (internal, external) xərclərdən formalaşır. Daxili xərclər məhsul istehsalına çəkilmiş xərcləri, xarıci xərclər ətraf mühitə atılmış tullantıların zərərsizləşdirilməsi (cari və gələcəkdə) üçün xərcləri göstərir. İstehsal olunmuş məhsulda ətraf mühitin mühafizə xərcləri nəzərə alınmazsa, gələcək dövrün xərcləri artar, ölkədə inflyasiya gözlənilən səviyyədən yüksək ola bilər.

Avropa ölkələri bu məsələlərin həllinə keçən əsrin sonlarından başlamışlar, bu ölkələrdə “təbii ehtiyatlar və onlardan istifadə” cədvəlləri tərtib edilir, təbii ehtiyatlardan zamana görə normal istifadə qaydalarına ciddi riayət edilir.

Ekoloji hesablarla iqtisadi hesabların inteqrasiyası üçün aşağıdakı bərabərlikdən istifadə edilir:

O + M = (İC + EC) + C+ (CF-EC) + X

Burada, O - istehsal olunmuş məhsul (mal və xidmətlər)

M - idxal olunmuş məhsul

İC - aralıq istehlak

C - son istehlak

CF - kapital yığımı

X – ixrac

EC – ekoloji xərclərdir. Cari ekoloji xərclər aralıq istehlak xərclərinə əlavə olunur. Ekoloji əsas katitalın isteklakı kapital yığımından (CF) çıxılır.

i-ci sahə üzrə ekoloji kapitalın (carı və əsaslı) istehlakını nəzərə almaqla əlavə dəyər aşağıdakı formula ilə tapılır.

EVAi = Oi – İCi – CCi – ECi = VAi - ECi

Burada, EVAi - i - ci sahə tərəfindən yeni yaradılmış əlavə dəyər,

Oi - i - ci sahədə məhsul buraxılışı,

İCi - i - ci sahədə aralıq istehlak,

CCi - i - ci sahədə əsas kapitalın istehlakı,

ECi - i - ci sahədə ekoloji kapitalın istehlakı (tükənməsi, aşınması, xarab olması). Bu göstərici ərtaf mühitin komponentlərinin (torpaq, hava, su və s.) tükənməsi, aşınması, xarab olması səviyyəsini ifadə edir.

Ekoloji kapitalın istehlakını nəzərə alaraq ümumi daxili məhsul (EDP) aşağıdakı formula ilə hesablanır.

EDP = ∑EVAi - ∑ECh = NDP - EC = C + (CF-CC-EC) + (X-M)

Burada, EDP – ekoloji dəyişikləri nəzərə alaraq korrektə olunmuş ümumi

daxili məhsul,

EVAi - i - ci sahənin əlavə dəyəri (ekoloji dəyişikliyi nəzərə almaqla),

ECh - ev təsərrüfatında istehsal olunan məhsula çəkilən xərclər,

NDP - ümumi milli məhsul,

C - son istehlak,

ECF - Ekoloji dəyişiklik nəzərə alınmaqla xalis kapital yığımı (CF – CC – EC) göstəricisi iqtisadiyyatın inkişafının davamlılığını (uzun ömürlülüyünü) xarakterizə edir.

Lakin ekoloji dəyişiklikləri müəyyənləşdirmək üçün ilk növbədə ətraf mühitin amillərinin (torpaq, su, hava və s.) iqtisadi qiymətləndirilməsi problemi həll edilməlidir. Bunun üçün isə hüquqi-normativ sənədlər, metodoloji tövsiyələr, təlimatlar hazırlanmalı, tətbiq edilməlidir. Bu hal bütün keçmiş sosialist dövlətləri üçün xarakterik olduğu üçün Birləşmiş millətlər təşkilatının 35-ci sessiyasında 1993-cü ildə təsdiq olunmuş Milli hesablar sisteminə (MHS) yenidən baxılması məsələsi qoyulmuşdur. Ölkədə MHS makro və mezo səviyyələrdə tətbiq edilməli və mühasibat uçotunda məhsul (xidmət) istehsalına çəkilən xərclərin elementlər və kalkulyasiya maddələrinə görə müəyyən edilməsi metodolojiyası MHS–nə uyğunlaşdırılmalıdır. Həmin məsələ ilə əlaqədar işçi qrupu yaradılmış və MHS-də ekoloji və insan kapitalının nəzərə alınmasının zəruriliyi bir daha tövsiyə edilmişdir. Hətta 2008-ci ildə əsas makroiqtisadi göstəricilərə (ödəmə balansı, maliyyə, pul-kredit) yenidən baxılması nəzərdə tutulmuşdur.

2. Statistikanın müxtəlif sahələrində müayinələrin

keçirilməsinin bütün mərhələlərində keyfiyyətə

nəzarət sisteminin hazırlanması
İdarəetmə qərarlarının qəbul olunmasında statistik məlumatlar mühüm rol oynadığına görə, onun keyfiyyətinə tələbat gündən-günə artır və müşahidələrin aparılmasına nəzərət problemi yaranır. Bu problemin həlli üçün yeni metodoloji materiallar hazırlanır, statistik müşahidələr proqramlarında keyfiyyətə nəzarət prosesi nəzərdə tutulur.

Təcrübə göstərir ki, müasir informasiya texnologiyalarının və metodologiyanın tətbiqi statistik məlumatların işlənməsində köklü dəyişikliyə səbəb olmuşdur. Belə ki, köhnə üsullarla informasiyanın işlənməsi alınmış nəticənin keyfiyyətinin lazımi səviyyədə olmasını təmin etmir.

Bu metodoloji material əsasən üç bölmədən ibarətdir:

- statistik məlumatların keyfiyyət göstəriciləri;

- statistik məlumatların istehsalı prosesində əmələ gələn tipik səhvlər;

- statistik müayinələrdə səhvlərin hesablanması metodu.

Statistik məlumatların faydalılığı, dəqiqliyi, reprezentativliyi, müqayisəliliyi, əldə edilmə mümkünlüyü, şəffaflığı, əlaqəliliyi, əhatə dairəsi keyfiyyət göstəriciləri bölməsində araşdırılmışdır.

Statistik müşahidə prosesində əmələ gələn səhvlər müxtəlif mərhələləri (seçmə, sorğu və məlumatların işlənməsi) əhatə edir. Yaranan səhvlərin təsnifatı ikinci bölmədə göstərilmişdir.

Üçüncü bölmədə səhvlərin hesablanma alqoritmi araşdırılır. Əmələ gələn səhvlərin səviyyəsi seçmə əlaməti üzrə variasiya əmsalından, müayinənin əhatə dairəsindən, sorğuya cavab vermə dərəcəsindən, klasterləşmədən və s. amillərdən asılı olduğu üçün, müşahidə prosesinin müvafiq mərhələlərində nəzarət zəruridir. Ona görə də müşahidə proqramında keyfiyyətə nəzarət sistemi texnoloji prosesin bütün mərhələlərini əhatə etməlidir.

Qeyd edilməlidir ki, bu mövzunun hazırlanmasında statistika üzrə beynəlxalq təşkilatların təlimatlarına, müşahidələrin aparılmasına dair dərsliklərə və mövcud təcrübələrə istinad edilmişdir.


2.1. Statistik məlumatların keyfiyyət göstəriciləri
Statistik tədqiqatların (başdan-başa və seçmə müşahidələr qaydasında) aparılması üsullarından və məlumatların işlənmə metodlarından asılı olaraq, yaranan səhvlər də müxtəlif olur. Bu səhvlərin azaldılması üçün statistik proqramlar tərtib edilir və statistik səhvlərin hesablanması, ölçülməsi və qiymətləndirilməsi məsələləri həmin proqramların mühüm hissəsi hesab edilir. Ümumiyyətlə, statistik səhvlərin aşkar edilməsi, qiymətləndirilməsi, onların diaqnostikası və profilaktikası aşağıdakı mərhələləri əhatə edir:

  1. Seçmə mərhələsi

    1. Baş məcmunun seçmə əlaməti üzrə hazırlanması

    2. Nümunələrin (vahidlərin) seçilməsi (seçmə şəbəkəsinin yaradılması)

    3. Seçmə prosesinin keyfiyyətinə nəzarət

  2. Müşahidə mərhələsi

    1. Sorğu vərəqəsinin hazırlanması

    2. Sayıcıların seçilməsi

    3. Sayıcıların hazırlanması

ç. Məlumatların toplanması

d. Müşahidə mərhələsinin keyfiyyətinə nəzarət



  1. Məlumatların hazırlanması mərhələsi

    1. Məlumatların daxil edilməsi

    2. Məlumatların redaktə edilməsi və bərpası

    3. Məlumatların hazırlanması prosesinin keyfiyyətinə nəzarət

  2. Məlumatların qiymətləndirilməsi

    1. Faktorların (çəkilərin) müəyyən edilməsi prosesi

    2. Yekunların hesablanması prosesi

    3. Qiymətləndirmə prosesinin keyfiyyətinə nəzarət

5. Təhlil, nəticənin nəşri və prezentasiyası

İqtisadiyyatın informasiya xidməti sektorunda sürətli inkişaf məlumatların istifadəçiləri tərəfindən keyfiyyətə (göstəricilərə) tələbatı dəyişmişdir. Məlumatların beynəlxalq standartlara uyğun keyfiyyətdə hazırlanması üçün 2001-ci ildə İsveçin Stokholm və 2004-cü ildə Almaniyanın Mayns şəhərlərində Avropa statistiklərinin konfransı keçirilmişdir. Konfransda əsasən aşağıdakı məsələlər müzakirə edilmişdir:

- müayinə və siyahıyaalma layihələri;

- müayinələrin təkmilləşdirilməsi;

- məlumatların işlənməsi;

- sorğu anketlərinin layihələndirilməsi;

- sorğuya cavab verməyən respondentlərin müəyyənləşdirilməsi;

- seçmədən kənar xətalar;

- inzibati məlumatlar;

- kompüterlərin köməyi ilə aparılan müayinələr;

- variasiya qiymətləndirilməsi;

- kiçik ərazilərin qiymətləndirilməsi;

- çəkilərin təyin edilməsi;

- meta məlumatlar (göstəricilərin formalaşma metodologiyası);

- statistik məxfilik;

- statistik məlumatların təqdimatı (prezentasiyası);

- keyfiyyət göstəriciləri;

- keyfiyyət hesabatları;

- keyfiyyət komponentləri;

- obyektin kompleks müayinəsi;

- milli hesabların keyfiyyəti;

- təkmilləşdirmə prosesi.

Demokratikləşmə statistik məlumatlara tələbatın ayrı-ayrı istifadəçilər (istehlakçılar) tərəfindən artmasına, eyni zamanda onun keyfiyyətinə də tələbatın dəyişməsinə səbəb olmuşdur. Statistik məlumat istifadəçiləri müxtəlif kateqoriyadan olduğu üçün, onun istehlak dəyəri də müxtəlif olur. Bazar iqtisadiyyatının tələb və təklif prinsiplərinə müvafiq olaraq, məlumatların metodoloji və keyfiyyət baxımından istifadəçilərin tələbatına uyğun formatda hazırlanması əsas məsələlərdən biri hesab edilir. Statistik məlumatların keyfiyyətinin yüksəlməsi üçün standartların hazırlanması və standartların statistika xidmətləri tərəfindən tətbiqi günün vacib problemidir.

Statistik məlumatların keyfiyyətini xarakterizə edən aşağıdakı standart göstəricilər müəyyənləşdirilmişdir.

- məlumatın faydalılığı;

- məlumatın dəqiqliyi;

- seçmənin reprezentativliyi;

- məlumatın zamana görə müqayisəliliyi;

- məlumatın əldə edilmə mümkünlüyü;

- məlumatın şəffaflığı;

- məlumatın əlaqəliliyi;

- məlumatın obyekti, hadisə və prosesi tam ifadə etməsi.

Məlumatların keyfiyyətinə həm istehsalçısı, həm də istehlakçısı nöqteyi nəzərindən yanaşılır. Ona görə də, məlumatların keyfiyyətinin qiymətləndirilməsi və onlara nəzarət iki funksiya vasitəsi ilə yerinə yetirilir. Birinci funksiyaya diaqnostika, monitorinq tədqiqatları, məlumat mənbələrinin qiymətləndirilməsi, səhvlərin aradan qaldırılması üçün tədbirlərin yerinə yetirilməsi daxildir. İkinci funksiya profilaktik - səhvlərin kəmiyyətini (ölçülərini) minimumlaşdırmaq tədbirlərindən ibarətdir. Səhvlərin profilaktikası onların diaqnostikasından daha səmərəli hesab edilir. Ona görə də, keyfiyyətli statistik məlumatların istehsalı üçün profilaktik tədbirlərin yerinə yetirilməsinə üstünlük verilir.

Diaqnostik işlər vasitəsi ilə əldə olunun məlumatlar informasiyanın işlənməsi sistemində əks əlaqə (rabitə) xarakteri daşıyır və tədqiqatın təşkilat planının (layihələrinin) hazırlanması zamanı daha optimal, reprezentativ seçmə şəbəkəsi yaradılması üçün istifadə edilir. Tədqiqatın keyfiyyətinin müəyyən edilməsi, səhvlərin hesablanması, onlar arasında qarşılıqlı əlaqələrin identifikasiyası keyfiyyətə nəzarət prosesinin əsas əməliyyatları hesab edilir. Tədqiqat zamanı əmələ gələn səhvlərin mənbələri keyfiyyətə dair hesabatlarda öz əksini tapır və burada ayrı-ayrı səhvlərin ölçüsü, yekun xətanın miqdarı göstərilir. Səhvlərin hesablanması və təhlili aparılmış tədqiqatın (müşahidənin) yararlılığı haqqında fikir irəli sürməyə imkan verir.


2.2. Statistik məlumatların istehsalı prosesində əmələ gələn tipik səhvlər
Statistik tədqiqatlarda səhvlər aşağıdakı kimi təsnifləşdirilir:

Səhvlərin ümumi modeli. Təcrübə göstərir ki, siyahıyaalma, seçmə müşahidə, inzibati qeydlər, yaxud statistik hesablamalar vasitəsi ilə əldə edilmiş məlumatlar səhvlərdən azad deyildir. Yəni insan fəaliyyətinin istənilən sahəsində olduğu kimi, məlumatların toplanması, işlənməsi və təhlili sahəsində də səhvlər mövcuddur. Bəzi səhvlər seçmə zamanı (seçmə xətası hesab edilir) əmələ gəlir və istifadə edilmiş seçmə metodundan asılıdır. Məlumatların keyfiyyətinə nəzarət və onların istehsalı zamanı buraxılan səhvlərin ölçülməsi üçün müxtəlif üsullardan istifadə edilir. Ümumiyyətlə, yekun səhvin hesablanması üçün aşağıdakı örta kvadratik xəta (MSE) modelindən istifadə edilir.

Mse = Vs+ Vr+Vcr+(Bs+Br)2

Burada, Vs – seçmə dispersiyası. Belə səhv siyahıyaalma və inzibati

məlumatlarda mövcud deyildir;

Vr – sadə sorğu dispersiyası. Bu səhvi sorğuların dəyişkənliyi

yaradır. Onu müəyyən etmək üçün eyni sualın təkrar

sorğusundan istifadə edilir;

Vcr– sorğu dispersiyasının korrelyasiyası. Bu səhv sorğuçu tərəfindən

məlumatların yeniləşdirilməsi zamanı mövcud olur;

Bs – seçmə kənarlaşması. Bu səhv seçmə reprezentativ olmadıqda

və yaxud seçmə şəbəkəsinin xüsusiyyətləri tələb olunan

meyarlara uyğun olmadıqda yaranır. Bu səhv siyahıyaalma

və seçmə müşahidələrə tətbiq edilə bilər;

Br – sorğudan imtina. Bu səhv sistematik olaraq artıq və ya az sayda

respondentlərdən sorğu aparılarkən, yəni seçmə planından

kənarlaşarkən əmələ gəlir.

Müşahidələrin keyfiyyətli yerinə yetirilməsi bir çox amillərdən asılıdır. Bu amillər üç qrupa bölünür:

1-ci qrup: (a) seçmənin ölçüsü, (b) stratifikasiya, (c) klasterləşdirmə, (ç) seçmə vahidlərinin ərazi üzrə yerləşməsi, (d) seçmə metodu

2-ci qrup: (a) seçmə şəbəkəsi, (b) sorğu metodu, (c) sorğu aparanların seçilməsi, öyrədilməsi və onların işinə nəzarət, (ç) sorğu anketinin həcmi və sözlərin (soz birləşmələrinin) aydınlığı, (d) sualın dəqiqliyi, (e) müşahidə aparılacaq ərazinin növü, (ə) sorğunun həyata keçirilməsi reallığı, (f) çapın keyfiyyəti

3-cü qrup: (a) redaksiya və imputasiya, (b) işin keyfiyyətinin qiymətləndirilməsi, (c) dispersiyanın qiymətləndirilməsi

Birinci qrup faktorlar seçmə layihəsindən, 2-ci qrup faktorlar məlumatların toplanmasından, 3-cü qrup faktorlar isə məlumatların işlənməsi və qiymətləndirilməsindən asılıdır. Seçmə layihəsi hər bir faktorun təsirini nəzərə almalı, məlumatların keyfiyyətli işlənməsini və orta kvadratik xətanın azaldılmasını təmin etməlidir. Məsələn, seçmə əlamətinin dispersiyası (Vs) və seçmə kənarlaşması (Bs) 1-ci qrup bütün faktorlara, eyni zamanda qiymətləndirmə prosesinə və cavab verməyən respondentlərin sayına təsir edir.

Orta kvradratik xətanın (Mse) seçmə ilə əlaqəli olmayan komponentləri (VR, VCR, BR) 2-ci qrupun bütün amillərinə və 2-ci qrup amilləri isə cavab verməyən respondentlərin sayına təsir edir. Məsələn, cavab verməyən respondentlərin sayı müşahidə aparılan ərazinin növündən və sayından asılı ola bilər. Sorğu vərəqəsindəki sualların sayı, dəqiqliyi də cavab verməyən respondentlərin sayına təsir edir.

Çox hallarda orta kvadratik xətanın (Mse) ayrı-ayrı komponentlərinin qiymətləndirilməsi mümkün olmur. Bu zaman məlumatların keyfiyyətinin müəyyən edilməsi problemi yaranır. Odur ki, xətaların mənbələri yuxarıdakı 3 qrup üzrə müəyyən edilir və onlar arasında səbəb və nəticə əlaqəsi təhlil edilir. Məsələn, pilot seçmə apararaq xətaları hesablamaq mümkündür. Bu pilot müşahidənin nəticələrindən böyük müşahidənin səhvlərinin azaldılması üçün vacib profilaktik tədbirlər kimi istifadə etmək olar. Digər tərəfdən pilot müayinə zamanı buraxılan səhv böyük müşahidəyə nisbətən fərqli ola bilər. Səhvlərin müşahidəyə hazırlıq mərhələsi və ya tədqiqatın aparılması zamanı buraxıldığı dəqiqləşdirilməli, səhvlərin mənbələri identifikasiya olunmalı, onların aradan qaldırılması üçün tədbirlər nəzərdə tutulmalıdır.

Səhvlər, qiymətləndirmə və nəzarət

1-ci qrup amillərə aid səhvlər.

S1: Seçmə əlamətinin dispersiyası. Təsadüfi (ehtimallı) seçmələrə əsaslanan müşahidələrdə dispersiya hesablanır və təhlil edilir. Seçmə əlamətinin dispersiyası ancaq seçmə vahidinin funksiyası hesab edilmir, stratifikasiyanın, seçmə şəbəkəsinin müqayisəlilyini əhatə edir və təhlilin səmərəliliyini də nəzərə alır. Kənarlaşma variasiya əmsalı ilə ifadə edilir, təhlilin nəticəsinin interpretasiya edilməsində istifadə edilir. Seçmə planını tərtib edərkən variasiya əmsalı hesablanmalı və seçmənin doğruluğu əsaslandırılmalıdır.

S2: Stratifikasiya zamanı yaranan səhvlər. Stratifikasiya seçmə əlaməti üzrə göstəricilərin qruplaşdırılmasını təmin edən prosesdir. Məsələn, kənd təsərrüfatı üzrə aparılan müayinələrdə seçmə əlamətinin dispersiyasını (variasiyanı) davamlı olaraq azaltmaq üçün stratifikasiya aparılır. Stratifikasiya prosesindən əkin sahələrinin strukturunun dəyişməsini öyrənmək üçün istifadə edilir. Stratifikasiya olunmuş tədqiqatların orta göstəricilərinin müqayisə edilməsi daha doğru nəticələrin əldə edilməsini təmin edir. Stratifikasiyadan istər yerli, istərsə də qlobal seçmə şəbəkəsinin yaradılması üçün istifadə edilir. Bazar münasibətləri iqtisadi vahidlərin vəziyyətinə dinamik təsir etdiyi üçün onların tez-tez stratifikasiyasına ehtiyac yaranır.

S3: Seçmə vahidlərinin klasterləşdirilməsi zamanı əmələ gələn xətalar. Baş məcmunun klasterlərə bölünməsi klasterlər daxili variasiya böyük olduqda mümkündür. Qeyd edilməlidir ki, klasterləşdirmənin müxtəlif formalarının tətbiqi eyni zamanda məlumatların toplanması üçün vəsaitin azaldılmasına səbəb olur. Məlumatların toplanması üçün lazım olan xərclərin təhlili klasterlər daxili korelyasiya əmsalının təhlili (qiymətləndirilməsi) ilə birbaşa əlaqəlidir. Belə təhlillərdən siyahıyaalma və ya seçmə müşahidələrin nəticələrinin qiymətləndirilməsində istifadə edilir.

S4: Seçmə vahidlərinin ərazi üzrə paylanmasından asılı olaraq, seçmə dispersiyası. Seçmə vahidlərinin ərazi üzrə paylanması müxtəlif ərazilərdən məlumatların toplanması xərclərinin fərqli olmasına səbəb olur. Xərclərin azaldılması seçmə üsulundan və baş məcmuda seçmə əlamətlərinin statistik xarakteristikasından asılıdır. S4 və S3 səhvləri bir-biri ilə üzvi olaraq əlaqəlidir.

S5: Seçilmiş vahidlərin sorğu zamanı aşkar edilməməsi səhvi. Bu səhv S6 səhvi ilə əlaqəlidir. Bu halda sorğu aparılan vahid seçmə şəbəkəsindən kənarda yerləşir.

Seçmə vahidlərinin sayının müəyyənləşdirilməsi və seçmə prosesinə nəzarət (monitorinq) qiymətləndirilir. Daimi nəzarət seçmə şəbəkəsinin keyfiyyətli olmasına səbəb olur.

2-ci qrup amillərə aid səhvlər:

S6: Seçmə şəbəkəsi ilə əlaqəli səhvlər. Bu səhvlər sorğu prosesinə aid olmayıb seçmə şəbəkəsinin yaradılması prosesində meydana çıxır. Belə səhvlərin qiymətləndirilməsi üçün siyahıyaalma materialları əsas götürülür. Siyahıyaalma başdan-başa müşahidə olduğu üçün seçmə prosesində əmələ gələn səhvlər burada əmələ gəlmir.

S7: Sorğu zamanı meydana gələn səhvlər. Sorğuçu, seçmə şəbəkəsinə uyğun olaraq respondentlərdən məlumat toplayır. Sorğu vərəqəsində sualların qoyuluşu, bir sorğucuya düşən seçmə vahidlərinin sayı, seçmə vahidlərinin ərazilər üzrə paylanması və digər belə səhvlərin əmələ gəlməsinə səbəb olur.

S8: Sorğu vaxtına görə dispersiya. Eyni tədqiqat ənənəvi sorğu, elektron formada (e-mail), telefonla və internet vasitəsi ilə aparıla bilər. Lakin bu məlumatların toplanması üçün lazım olan vaxt müxtəlif ola bilər. Bu müxtəlifliyin müqayisəli təhlili üçün dispersiya hasablamaq lazımdır.

S9: Sorğudan imtina edildiyi üçün yaranan səhv. Sorğudan imtina halları olduqda seçmə məcmusunun statistik xarakteristikası baş məcmunun statistik xarakteristikasından fərqlənir, yəni seçmə əlamətinin orta qiymətləri fərqlənir, yaxud nəzərdə tutulan həddi aşır. Onda tədqiqatın səhvi artır, sorğu aparılan seçmə vahidlərinin sayı azalır. Sadə təsadüfi seçmədə seçmə dispersiyası seçmə vahidlərinin sayının tərs qiymətindən asılıdır.

S10: Sorğu səhvi. Sorğu dispersiyası və sorğu kənarlaşması. Sorğu səhvi bir çox amillərdən asılıdır. Sorğu vərəqəsinin tərtibi, təlimati müşavirənin keçirilməsi və sorğu aparanların ekspertizadan keçirilməsi, sorğuçuların seçilməsi qaydası və məlumatların toplanması metodologiyası bu amillərə aiddir.



Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin