1. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti. Dövlətin anlayışı



Yüklə 3,16 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix07.06.2020
ölçüsü3,16 Mb.
#31822
1   ...   5   6   7   8   9   10   11   12   ...   27
KY0000391


KitabYurdu.az 
57
 

prezident bu halda eyni bir adamı yox, 3 müxtəlif şəxsin namizədliyini irəli sürür. 
Amma  bunu  da  nəzərə  almaq  lazımdır  ki,  əvəzində  hakimiyyətlərin  bölgüsü 
mexanizmində mühüm rol oynaya biləcək bir səlahiyyətin əhəmiyyəti azaldılır. 12-
ci  bənddə  prezidentin  impiçment  qaydasında  vəzifədən  kənarlaşdırılmasından 
söhbət  gedir.
 
Amma  məhkəmə  hakimiyyətinin  bölgü  sistemindəki  yerindən  bəhs 
edəndə  görəcəyik  ki,  bu  səlahiyyət  heç  də  Milli  Məclisin  təkbaşına  həyata 
keçirdiyi  səlahiyyət  deyil  və  yalnız  ona  məxsus  olan  səlahiyyət  kimi  qəbul  edilə 
bilməz.  Milli  Məclisin  icra  hakimiyyətinə  sanballı  təsir  etməsinə  imkan  verən 
səlahiyyətlərdən  biri  də  AR  Nazirlər  Kabinetinə  etimad  məsələsinin  həll 
edilməsidir  (95-ci  maddənin  14-cü  bəndi).  Bu,  əslində  prezidentli  respublikalar 
üçün  xas  olmayan  bir  əlamətdir  və  onun  konstitusiya  ilə  əlaqədə  nəzəri  əsası 
yoxdur. Ancaq bu səlahiyyət özüylə birgə uzun bir proseduranın da olmasını tələb 
edir ki, o da Konstitusiyada əksini tapmayıb və nəticədə bu səlahiyyətdən istifadə 
etmək imkanı çox azdır. Başqa sözlə bu səlahiyyət sona qədər işlənməyib. Burada 
etimadın  kim  tərəfindən  qoyulması,  hansı  müddətdə  baxılması  və  nəticələri  və  s. 
bu  kimi  məsələlər  üzrə  suallar  ortaya  çıxır.  Məsələn,  Rusiya  Federasiyasının 
Konstitusiyasının  111,  117-ci  maddələrində  nazirlər  kabinetinə  etimadsızlıq 
votumundan söhbət gedir və tam olmasa da bu məsələ müəyyən qədər nizamlanır.  
Hüquqi  nöqteyi-nəzərdən  maraq  doğuran  məsələlərdən  biri  də 
Konstitusiyada  Milli  Məclisin  hakimiyyət  bölgüsü  ilə  səlahiyyətlərinin  formulə 
olunmasıdır. Belə ki, Milli Məclis icra hakimiyyətinin bəzi təyinatlarını təsdiq edir 
(məsələn,  hakimlərin  təyini),  bəzi  təyinatları  ilə  bağlı  razılıq  verir  (məsələn,  Baş 
nazirin  təsdiqi).  Bəzi  səlahiyyətlərlə  əlaqədar  isə,  ümumiyyətlə,  nə  təsdiq,  nə  də 
razılıq sözü işlədilmir. 
 
İcra  hakimiyyətinin  Milli  Məclisin  fəaliyyətinə  müdaxilə  etməsinə  imkan 
verən əsas səlahiyyət promulqasiya - qanunları imzalamaq və dərc etmək, habelə 
veto  qoymaq  hüququdur.  Prezidentin  veto  hüququ  Konstitusiyada  birbaşa 
göstərilməsə də 110-cu maddənin I hissəsində deyilir ki, qanun prezidentin etirazını 
doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə Milli Məclisə qaytara bilər. Bu 
maddənin II hissəsində isə nəzərdə tutulur ki, Milli Məclis 83 səs çoxluğu ilə qəbul 
olunan qanunları 95 səs çoxluğu, 63 səs çoxluğu ilə qəbul olunan qanunları isə 83 
səs  çoxluğu  ilə  qəbul  edərsə,  belə  qanunlar  təkrar  səsvermədən  sonra  qüvvəyə 
minir.  Bu  normanı  bir  növ  118-ci  maddənin  III  hissəsində  nə-zərdə  tutulan 
müddəaya müvafiq olaraq (3-cü dəfə təsdiq edilmədikdə Baş nazirin Milli Məclisin 
razılığı  olmadan  təyin  edilməsi)  hakimiyyətin  bölgüsü  sistemində  tarazlığın 
pozulmaması  üçün  müəyyən  edildiyini  qeyd  etmək  olar.  Bu  bir  növ  həm  icra 
hakimiyyəti başçısı, həm də qanunverici orqanın öz səlahiyyətlərindən sui-istifadə 
etməməsi üçün nəzərdə tutulmuş «əlavə gediş vasitəsi», ehtiyat üsulu, texniki üsul, 
vasitə  kimi  qiymətləndirilə  bilər.  Amma  bu  səlahiyyətlərin  həyata  keçirilməsi 
arasında kəskin fərqlər vardır ki, bu da məqsədyönlü deyildir. Belə ki, prezident 3-
cü dəfədən sonra heç bir maneəsiz Baş naziri təyin edə bildiyi halda, Milli Məclisə 
öz səlahiyyətlərindən istifadə etmək üçün, öz fəaliyyətinin nəticəsi olan qanunların 
hüquqi  qüvvə  alması  üçün  təsnif  olunmuş  səs  çoxluğu  gərəkdir.  Başqa  sözlə, 
Konstitusiyada nəzərdə tutulmuş yüksək kvorum, səs çoxluğu toplanmazsa, qanun 
qəbul  olunmur.  Bu  isə  o  deməkdir  ki,  ya  qanunverici  orqan  qanunu  icra 
KitabYurdu.az 
58
 

hakimiyyətinin  tələb  etdiyi  formaya  salmalıdır  (maddələr  dəyişdirilməli,  fəsillər 
çıxarılmalı və ya tamam yeni layihə qəbul olunmalı...), ya da qanun, ümumiyyətlə, 
qəbul  olunmamalıdır.  Nəzərə  alsaq  ki,  heç  bir  qeyd-şərt  qoyulmadan  Baş  naziri 
təyin  etmək  böyük  əksəriyyətin  səsini  toplamaqla  qanun  qəbul  etməkdən  (125 
deputatdan müvafiq olaraq 83 və 95 deputat səs verməlidir) dəfələrlə asandır, onda 
artıq  konkret  bu  iki  vasitə  ilə  (Baş  nazirin  razılıqsız  vəzifəyə  təyin  edilməsi  və 
qanunun prezident imzalamadan qüvvəyə minməsi) hakimiyyət budaqları arasında 
tarazlaşdırmanın  zəif  olması  aydın  olar.  Qanunverici  orqanın  belə  bir  imkanının 
olması  bu  nəticəyə  əsas  verir  ki,  prezident  formal  olaraq  nisbi  veto  hüququna 
malikdir. Əslində isə bu, nisbi veto hüququ ilə mütləq veto hüququ arasında keçid 
mövqedə duran bir hüquqdur. Bu cür mürəkkəblik isə ancaq veto hüququna etiraz 
olunması  prosesinin  çətinliyindən  doğur.  Bu  səlahiyyətlərin  tətbiqolunma  imkanı 
kifayət  qədər  fərqlidir.  Vəzifəli  şəxslər  qanunların  qəbul  olunduğu  intensivliklə 
təyin  olunmur.  Fövqəladə  və  hərbi  vəziyyət  yalnız  zəruri  hallarda  tətbiq  olunur, 
əsas nəzarət vasitəsi olan büdcənin təsdiqi isə ildə, ancaq bir dəfə həyata keçirilir. 
Qanunlar isə Milli Məclisin hər sessiyası zamanı qəbul olunur və hər biri də mütləq 
prezident  tərəfindən  imzalanmalıdır.  Bu  isə  icra  hakimiyyətinə  böyük  imkanlar 
verir.  Bundan  başqa  icra  hakimiyyətinin  bölgü  sistemində  əsas  səlahiyyəti  olan 
qanunların  imzalanması  və  veto  birbaşa  qanunverici  orqanın  fəaliyyətinə,  onun 
nəticələrinə  -  qanunlara  yönəlib.  Əksinə,  Milli  Məclis  icra  hakimiyyətinin 
fəaliyyətinə  əsasən,  investitura  fəaliyyətinə  müdaxilə  etməklə  nəzarət  edir. 
Prezidentin  bilavasitə  özünün  fəaliyyətinə,  öz  hərəkətlərinə  təsir  isə  onun  qeyd 
etdiyimiz  fərmanlarının  təsdiq  edilməsi  yolu  ilə  gerçəkləşdirilir.  Müəyyən 
şəxslərin  vəzifəyə  təyin  edilməsinə  razılıq  verilməsi  qanunların  imzalanması  ilə 
müqayisədə o qədər də təsirli deyil. Çünki qanun imzalanarkən, o analiz edilir ki, 
onun  tətbiqindən  ortaya  çıxacaq  nəticələr,  qanunun  icra  hakimiyyətinə  toxunması 
və  s.  faktorlar  nəzərə  alınsın.  Şəxsləri  vəzifəyə  təsdiq  edərkən  isə  onların  bütün 
şəxsi keyfiyyətləri analiz edilə, gələcək davranışları tam müəyyənləşdirilə bilməz. 
Heç  kim  onların  nə  vaxtsa  bürokrata  çevrilməyəcəyinə  təminat  vermir.  İcra 
hakimiyyətinin roluna təsir edən mühüm faktorlardan biri də 109-cu maddənin 32-
ci  bəndidir.  Bu  bənddə  müəyyənləşdirilir  ki,  Konstitusiya  ilə  Milli  Məclisin  və 
məhkəmə  orqanlarının  səlahiyyətlərinə  aid  edilməyən  digər  məsələləri  prezident 
icra qaydasında həll edir. Bu bəndin nəzərdə tutulmasına belə haqq qazandırılır ki, 
icra  hakimiyyəti  ilə  bağlı  mümkün  səlahiyyətlər  dairəsi  çox  genişdir,  onları, 
tamamilə,  nəzərə  almaq  obyektiv  cəhətdən  mümkün  deyil  və  belə  normalar, 
əslində, sonradan onların da nəzərə alınması üçün müəyyən edilir. 
 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  hakimiyyətin  digər  qolu  - 
məhkəmə hakimiyyəti ilə də qarşılıqlı əlaqəsi vardır.
 
Məhkəmə  hakimiyyətinin  fəaliyyəti  müəyyən  mənada  qanunverici 
hakimiyyətdən  asılıdır.  Məhz  qanunverici  hakimiyyət  məhkəmə  quruluşu, 
hakimlərin  statusu,  məhkəmə  icraatı  və  s.  ilə  bağlı  məsələləri  nizama  salır.  Belə 
hüquqi tənzimlənmənin əsasını isə Konstitusiya təşkil edir. Məhz konstitusiyalarda 
məhkəmə hakimiyyətinin Konstitusiya əsasları yığcam şəkildə təsbit olunur.
 
Qanunverici  hakimiyyətin  məhkəmə  hakimiyyətinə  təsiri  eyni  zamanda 
hakimlərin təyinində və amnistiya aktlarının tətbiqində özünü göstərir.
 
KitabYurdu.az 
59
 

Lakin  qanunverici  hakimiyyətin  məhkəmə  hakimiyyətinə  təsiri  birtərəfli 
deyildir.  Məhkəmə  hakimiyyəti  də  qanunverici  orqanın  qəbul  etdiyi  aktların 
Konstitusiyaya  zidd  olduğu  barədə  qərar  qəbul  etməklə  qanunverici  hakimiyyətə 
qarşılıqlı  təsir  göstərir.  Bu  təsir  eyni  zamanda  Milli  Məclis  deputatlarının 
seçkilərinin  nəticələrinin  yoxlanılması  və  təsdiqində  də  özünü  göstərir. 
Konstitusiyanın  86-cı  və  2003-cü  il  27  may  tarixli  «Azərbaycan  Respublikasının 
Seçkilər Məcəlləsi»nin 171-ci maddəsinə görə Milli Məclis deputatları seçkilərinin 
nəticələrini  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  yoxlayır  və  təsdiq 
edir.
 
 3. Azərbaycan  Respublikası  Milli  Məclisinin  fəaliyyətinin  əsasları 
 
Azərbaycan  Respublikası  Konstitusiyasının  7  və  81-ci  maddələrinə  görə 
Azərbaycan 
Respublikasında 
qanunvericilik 
hakimiyyəti 
Azərbaycan 
Respublikasının  Milli  Məclisi  tərəfindən  həyata  keçirilir.  Milli  Məclis  125 
deputatdan  ibarət  tərkibdə  fəaliyyət  göstərir.  Milli  Məclisin  deputatları  majoritar 
seçki sistemi, ümumi, bərabər  və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və 
gizli səsvermə yolu ilə seçilirlər.
 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  hər  çağırışının  səlahiyyət 
müddəti 5 ildir. Daxili nizamnaməyə görə Milli Məclis öz fəaliyyətində aşağıdakı 
prinsipləri üstün tutur:
 
-     aşkarlıq;
 
-  siyasi plüralizm, çoxpartiyalılıq; 
-  məsələlərin sərbəst müzakirə və müstəqil həll olunması.  
Milli  Məclisin iclaslarının məcmusu Milli Məclisin sessiyaları adlanır. 
Milli Məclis hər il iki növbəti sessiyaya yığılır:
 
1)  yaz sessiyası - martın 1-dən mayın 31-dək davam edir; 
2) payız sessiyası - sentyabrın 30-dan dekabrın 30-dək davam edir. 
Növbədənkənar sessiyaları isə Milli Məclisin sədri Azərbaycan Respublikası 
Prezidentinin  və  ya  Milli  Məclisin  42  deputatının  tələbi  əsasında  çağırır.  Əgər  bu 
sessiyalar  deputatların  tətil  dövründə  cağırılarsa,  bu  zaman  tətil  dayandırılır  və 
deputatlar  məzuniyyətdən  geri  çağırılır.  Növbəti  və  növbədənkənar  sessiyalar 
dövründə  Milli  Məclis  iclaslar  keçirir.  Növbəti  çağırışın  I  iclasını  ən  qocaman 
deputat  açır,  seçilmiş  deputatların  siyahısını  oxuyur.  O,  sədr  seçilənədək  I  iclası 
aparır. I iclasda hesablayıcı komissiya, sonra isə sədr seçilir və bununla da I iclas 
işini bitirir. Sədrin seçilməsi üçün onun 63 deputatın səsini alması tələb olunur.
 
Daxili  nizamnaməyə  görə  Milli  Məclisin  iclasları  ayda  2  dəfədən  az 
olmayaraq keçirilir. İclasların günü və saatını Milli Məclisin sədri təyin edir. Əgər 
83  deputat  iclasda  iştirak  edirsə,  iclas  səlahiyyətli  hesab  olunur.  Milli  Məclisin 
iclasları  açıq,  aşkarlıq  şəraitində  keçirilir  və  kütləvi  informasiya  vasitələri  ilə 
işıqlandırılır.  İclaslar  qapalı  keçirilə  bilər.  Bu  haqda  qərar  qəbul  olunmalıdır. 
Bunun üçün deputatların sadə səs çoxluğu tələb olunur. Milli Məclisin iclaslarında 
Respublika  Prezidenti,  kütləvi  informasiya  vasitələrinin  nümayəndələri  və  sədrin 
dəvətilə başqa şəxslər iştirak edə bilər. Milli Məclisin iclasları protokollaşdırılır və 
stenoqrama alınır. İclasın protokolunu sədr imzalayır. Açıq iclasların stenoqramları 
dərc  olunur.  Amma  qapalı  iclas  stenoqramı  dərc  oluna  bilməz.  Stenoqram  dərc 
KitabYurdu.az 
60
 

olunanadək  deputat  öz  çıxışının  mətni  ilə  tanış  ola  bilər.  Bununla  əlaqədar 
mübahisə  yaranarsa,  məsələni  intizam  komissiyası  həll  edir.  Milli  Məclisin 
iclaslarında  çıxışların  vaxtı  və  ardıcıllığı  onun  daxili  nizamnaməsi  ilə  müəyyən 
olunur.  İclaslarda  deputatların  iştirakı  məcburidir.  Əgər  deputat  üzrlü  səbəbdən 
iclasda iştirak etmirsə, əvvəlcədən Milli Məclisin katibliyinə məlumat verməlidir. 
Daxili nizamnaməyə görə Milli Məclisin iclaslarını sədr aparır.
 
Daxili  Nizamnamədə  Milli  Məclisin  orqanları  kimi  Milli  Məclisin  daimi 
komissiyalarının,  hesablama  palatası,  hesablayıcı  komissiya  və  intizam 
komissiyasını adı çəkilir.
 
Hesablama  palatası  -  Milli  Məclisə hesabat verən,  daimi  fəaliyyət göstərən 
dövlət  büdcə  nəzarəti  orqanıdır.  Bu  orqan  sədr,  sədr  müavini  və  7  auditordan 
ibarətdir. Onlar Milli Məclis tərəfindən təyin olunurlar.
 
Hesablayıcı komissiya - elektron sistemindən istifadə etmədən açıq və gizli 
səsvermələri  keçirmək  və  onların  nəticələrini  müəyyən  etmək  məqsədilə  yalnız 
Milli Məclisin iclaslarında fəaliyyət göstərir. Bu orqan bir il müddətinə 7 üzvdən 
ibarət  tərkibdə  seçilir.  Hesablayıcı  komissiyanın  iclası  onun  azı  4  üzvü  iştirak 
etdikdə  səlahiyyətli  hesab  olunur.  Hesablayıcı  komissiyanın  bütün  qərarları  onun 
üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
 
İntizam  komissiyası  -  deputatların  parlamentdaxili  məsuliyyətə  cəlbetmə 
işlərinə,  deputat  toxunulmazlığına  xitam  verilməsi  və  səlahiyyətlərinin  itirilməsi 
işlərinə baxır və həll edir. Bu komissiya 7 üzvdən ibarət tərkibdə bir il müddətinə 
seçilir.
 
Parlament  Konstitusiya  və  Azərbaycan  Respublikası  Milli  Məclisinin  Daxili 
Nizamnaməsi  əsasında  fəaliyyət  göstərir.  Milli  Məclisin  Daxili  Nizamnaməsi  17 
may  1996-cı  il  tarixli  Azərbaycan  Respublikası  qanunu  ilə  təsdiq  edilib.  Bu 
nizamnamə 4 fəsil və 53 maddədən ibarətdir:
 
I  fəsil  -  Azərbaycan  Respublikası  Milli  Məclisinin  fəaliyyətinin  ümumi 
qaydaları.
 
II fəsil - Milli Məclisin orqanları.
 
III fəsil - Milli Məclis deputatının parlamentdaxili məsuliyyəti. 
IV fəsil - Keçid və yekun müddəaları.  
Nizamnamənin 50-ci maddəsində göstərilir: 
Milli  Məclisin  Daxili  Nizamnaməsi Milli Məclis tərəfindən qanunla təsdiq 
edildikdən  və  Prezident  tərəfindən  imzalandıqdan  sonra  dərc  olunduğu  gündən 
qüvvəyə  minir.  Nizamnamədə  dəyişikliklər  Azərbaycan  Respublikası  qanunları 
üçün  nəzərdə  tutulmuş  qaydada  edilir.  Milli  Məclisin  deputatları  Daxili 
Nizamnaməyə riayət etməlidir. Bu işə Milli Məclisin rəhbərliyi nəzarət edir.
 
Milli  Məclis  öz  səlahiyyət  müddətində  daimi  və  başqa  komissiyalarını 
yaradır.
 
Milli  Məclisin  hər  cağırışının  I  sessiyasında  daimi  komissiyaları  yaradılır. 
Daimi  komissiyalar  «Daimi  komissiyalar  haqqında»  Qanun  əsasında  fəaliyyət 
göstərirlər.
 
Onların fəaliyyəti aşağıdakı prinsiplərə əsaslanır:
 
-  siyasi plüralizm; 
-  fikir plüralizmi; 
KitabYurdu.az 
61
 

-  aşkarlıq; 
-  məsələlərin sərbəst müzakirəsi. 
Daimi Komissiyaların say tərkibi Milli Məclis tərəfindən müəyyən olunur, 
azı  5,  çoxu  20  deputatdan  ibarət  olmalıdır.  15  üzvdən  çox  tərkibə  malik  daimi 
komissiya köməkçi komissiya yarada bilər. Hər bir deputat daimi komissiyalardan 
birinin  üzvü  olmalıdır.  Daimi  komissiyanın  sədri,  müavini  və  üzvləri  azı  63 
deputatın  səs  çoxluğu  ilə  seçilirlər.  Daxili  Nizamnaməyə  görə  deputat  heç  bir 
daimi  komissiyanın  üzvlüyünə  daxil  olmursa,  Milli  Məclisin  sədri  sərəncamla 
həmin deputatı daimi komissiyaların birinə daxil edir.
 
Daimi  komissiyalar  iclaslar  keçirir.  Əgər  komissiyanın  üzvlərinin  yarısı 
iştirak  edirsə,  iclas  səlahiyyətli  hesab  olunur.  İclası  daimi  komissiyanın  sədri,  o, 
olmadıqda və ya onun tapşırığı ilə müavin aparır. Milli Məclisin sədrinin tələbi ilə 
Milli Məclisin daimi komissiyasının növbədənkənar iclası çağırılır. İclas haqqında 
komissiya  üzvü,  iclas  gününə  azı  2  gün  qalmış  xəbərdar  edilməlidir.  Komissiya 
üzvlərinin daimi komissiyanın iclasında iştirakı məcburidir. Amma üzrlü səbəbdən 
icazə almaq şərtilə iştirak etməmək olar.
 
Nizamnaməyə  görə  2  və  ya  daha  çox  komissiya  birgə  iclas  keçirə  bilər. 
Daimi  komissiyaların  fəaliyyət  forması  qərar  və  rəydir.  Azərbaycan 
Respublikasının Milli Məclisi aşağıdakı daimi komissiyaları yaradır:
 
1)  Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası; 
2)  Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası; 
3)  İqtisadi siyasət daimi komissiyası; 
4)  Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası; 
5)  Aqrar siyasəti daimi komissiyası; 
6)  Sosial siyasət daimi komissiyası; 
7)  Regional məsələlər daimi komissiyası; 
8)  Elm və təhsil məsələləri daimi komissiyası; 
9)  Mədəniyyət məsələləri daimi komissiyası; 
10)  İnsan hüquqları daimi komissiyası; 
11)  Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi 
komissiyası. 
Daxili  nizamnaməyə  görə  Milli  Məclisin  deputatlarından  müvəqqəti 
komissiyalar  yaradıla  bilər.  Müvəqqəti  komissiyaların  fəaliyyəti  Milli  Məclisin 
qəbul etdiyi qərarlarla müəyyənləşdirilir.
 
4. Milli Məclis deputatının hüquqi statusu
 
Məlum olduğu kimi, hakimiyyətin bölgüsünə əsasən, qanunverici hakimiyyət 
parlamentin  əlində  cəmləşir.  Parlament  üzvləri  müxtəlif  dövlətlərdə  müxtəlif  cür 
adlandırılır.  Məsələn,  Böyük  Britaniyada,  ABŞ-da  yalnız  aşağı  palatanın  üzvləri 
parlament  üzvü  hesab  olunur.  Onlar  ABŞ-da  konqresmen  adlandırılır. 
Bolqarıstanda  parlament  üzvləri  xalq  nümayəndəsi,  Türkiyədə  isə  millət  vəkili 
adlanır.  Azərbaycanda  isə parlamenti (Milli Məclisi)  Azərbaycan  Respublikasının 
deputatları  təşkil  edir.  «Deputat»  termini  serb  sözü  olub  hərfi  mənası  «elçi 
göndərilmiş»  deməkdir.  Deputatların  əsas  vəzifəsi  qanunvericilik  prosesində 
iştirak etmək və qanunda göstərilmiş funksiyaları həyata keçirməkdir. Sual yaranır: 
KitabYurdu.az 
62
 

bu fünksiyanı həyata keçirən zaman deputat kimin mənafelərini ifadə edir, xalqın, 
yoxsa  yalnız  onu  seçənlərin,  öz  elektoratının?  Bu  barədə  ikili  fikir  mövcuddur. 
Belə  ki,  Russo  deyirdi:  «Deputat  xalqın  nümayəndəsi  hesab  olunmalıdır.  O, 
seçicilərin  müvəkkil  olunmuş,  səlahiyyətli  nümayəndəsidir».  Yəni  xalq  deputatı 
seçir və o, xalqın ümumi iradəsinə uyğun hərəkət etməlidir. Bu fikirdən «imperativ 
mandat»  prinsipi  meydana  gəlir  ki,  bu,  deputatın  hüquqi  statusunu  müəyyən  edir. 
Bu  prinsipə  görə,  deputat  onu  seçən  şəxslərin  -  seçicilərin  qarşısında  məsuliyyət 
daşıyır. Əgər deputat onların mənafeyinə uyğun hərəkət etməzsə, seçicilər onu geri 
çağıra  bilər.  Əslində  imperativ  mandat  məqsədəuyğun  deyil.  Çünki  parlamentdə 
qanun qəbul olunarkən deputat heç də bütün seçicilərin ayrı-ayrılıqda mənafeyini 
nəzərə ala bilməz.
 
Başqa  bir  prinsip  «azad  mandat»  prinsipidir.  Bu  prinsip  alman 
hüquqşünasları  tərəfindən  irəli  sürülüb.  Mahiyyəti  ondan  ibarətdir  ki,  hansı 
dairədən  seçilməsindən  asılı  olmayaraq  deputat  bütün  xalqın  nümayəndəsidir. 
Yəni,  deputat  konkret  seçicilərin  deyil,  xalqın  mənafeyini  təmsil  edir.  Prelo  azad 
mandatın məzmununu aşağıdakı qaydada ümumiləşdirib:
 
1)  bu  mandat  ümumi  hesab  olunur.  Yəni  deputatlar  ayrı-ayrı  dairələrdən 
seçilməsinə baxmayaraq, onlar bütün xalqı təmsil edir; 
2)  bu mandat imperativ deyil, konsultativdir. Yəni deputat məcburiyyətdən 
uzaqdır,  onu  konkret  olaraq  nəyisə  etməyə  məcbur  etmək  qadağan 
olunur, deputat seçicilər qarşısında məsuliyyət daşımır; 
3)  bu mandat geri çağırıla bilməz; 
4)  bu mandat, həyata keçirən deputat üzərinə öhdəlik qoymur
 
Bu  dörd  xüsusiyyət  azad  mandatın  əsas  əlamətləridir  və  müxtəlif 
Konstitusiya  normalarında  öz  əksini  tapır.  Əksər  dövlətlərdə,  o  cümlədən 
Azərbaycanda da bu mandat tətbiq olunur.
 
Bəzi  müəlliflərə  görə  imperativ  mandat  deputatı  verdiyi  vədlərə  əməl 
etməyə  sövq  edir.  Çünki  deputat  vədlərə  əməl  etməzsə;  bir  sözlə,  onun  üzərinə 
qoyulan öhdəlikləri yerinə yetirməzsə, seçicilər onu geri çağıra bilər. Ona görə bir 
qrup müəlliflər imperativ mandatı, daha üstün tuturlar. Amma təcrübədə isə əksər 
hallarda hakim qüvvələr öz mənafeyinə uyğun gəlməyən şəxsləri bu üsulla «xalqın 
mənafeyi» adı altında mandatdan məhrum edirlər.
 
Bəzi  müəlliflər  deyirlər  ki,  azad  mandat  prinsipi  deputata  öz  səlahiyyəti 
dövründə  istədiyi  kimi  hərəkət  etmək  imkanı  verir.  Burada  deputatın  üzərinə 
öhdəlik  qoyulmadığı  və  onun  geri  çağırılması  mümkün  olmadığı  üçün  o,  verdiyi 
vədləri yerinə yetirmir. Amma bu fikir səhvdir. Çünki deputat öz vədlərini yerinə 
yetirməzsə, ikinci dəfə seçilmə ehtimalı azalır. Ona görə də o, öz fəaliyyətini elə 
qurmalıdır ki, xalq onu yenidən seçsin. Bütün bunlar majoritar qaydaya aiddir.
 
Proporsional  qaydaya  gəldikdə  isə,  burada  bir  fikir  var:  proporsional 
qaydada  seçilmiş  deputat  partiyadan  çıxarsa,  partiya  rəhbərliyinin  göstərişlərinə 
riayət etməzsə, onun mandatı əlindən alınır. Yəni bu zaman deputat mandatı özü 
qazanmır, partiya qazanır.
 
Hazırda  dünya  praktikasında  parlamentarizmlə  bağlı  lobbi  anlayışı  da 
mövcuddur. Əsas etibarilə lobbiçilik funksiyasını iri maqnatlar əldə edirlər. 
 
Deputatın səlahiyyət müddəti, adətən seçkilərdən sonra başlanır. Azərbaycan 
KitabYurdu.az 
63
 

Respublikası  Konstitusiyanın  84-cü  maddəsinə  görə,  deputatın səlahiyyət  müddəti 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  çağırışının  səlahiyyət  müddəti  ilə 
məhdudlaşır.  Milli  Məclisin  hər  çağırışının  səlahiyyət  müddəti  5  ildir. 
Deputatlıqdan  çıxanların  yerinə  yeni  seçkilər  keçirilərsə,  yeni  seçilən  deputatın 
səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır. 
87-ci maddəyə görə, deputatların səlahiyyətləri Milli Məclisin yeni çağırışının ilk 
iclas  günü  bitir.  Milli  Məclisin deputatlıqdan çıxanların yerinə  yeni  seçkilər Milli 
Məclisin  səlahiyyət  müddətinin  bitməsinə  120  gündən  az  müddət  qalarsa, 
keçirilmir.  Milli  Məclis  83  deputatın  səlahiyyətləri  təsdiq  olunduqda  səlahiyyətli 
hesab olunur.
 
«Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» 1996-
cı  il  17  may  tarixli  qanunun  4  və  5-ci  maddələrində  deputatın  səlahiyyətləri  və 
fəaliyyət formaları göstərilir. Qanuna görə deputatın aşağıdakı səlahiyyətləri var:
 
-  Milli Məclisin iclaslarında iştirak etmək; 
-  Milli Məclisin orqanlarına seçmək və seçilmək; 
-  qanunvericilik təşəbbüsünü həyata keçirmək; 
-  deputat sorğusu vermək; 
-  məlumat almaq və yaymaq; 
-  toxunulmaz olmaq; 
-  Konstitusiya  ilə  müəyyən  edilmiş  hallarda  şahid  qismində  ifadə 
verməkdən imtina etmək; 
-  vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək. 
Qanuna görə deputat aşağıdakı formalarda fəaliyyət göstərir:
 
1)  Milli Məclisin iclaslarında iştirak edir; 
2)  komissiyaların işində iştirak edir; 
3)  Milli Məclisin sədrinin, komissiyaların tapşırıqlarını yerinə yetirir; 
4)  deputat sorğuları verir; 
5)  seçicilərlə iş aparır. 
Konstitusiyanın  89-cu  maddəsinə  görə,  Milli  Məclisin  deputatı  aşağıdakı 
hallarda mandatdan məhrum edilir:
 
-  seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda; 
-  Azərbaycan  Respublikası  vətəndaşlığından  çıxdıqda  və  ya  başqa 
dövlətin vətəndaşlığını qəbul etdikdə; 
-  cinayət  törətdikdə  və  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmü 
olduqda; 
-  dövlət  orqanlarında  vəzifə  tutduqda,  din  xadimi  olduqda,  sahibkarlıq, 
kommersiya  və  başqa  ödənişli  fəaliyyətlə  məşğul  olduqda  (elmi, 
pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla); 
-  özü imtina etdikdə. 
Deputat  öz  səlahiyyətlərini  daimi  icra  edə  bilmədikdə  və  qanunda  nəzərdə 
tutulmuş  digər  hallarda  onların  səlahiyyətləri  itirilir.  Bu  haqda  qərarın  qəbul 
olunma qaydası qanunla müəyyən olunur. Belə ki, 1996-cı il 17 may tarixli qanuna 
görə bu barədə intizam komissiyası rəy verir. Rəyə Milli Məclis növbəti iclasında 
baxır.  Milli  Məclis  bu  məsələyə  bir  qayda  olaraq  səlahiyyətlərinin  itirilməsi 
Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin