1. Fəlsəfənin predmeti və funksiyaları


Sufilik və Hürufilik fəlsəfəsi



Yüklə 69,24 Kb.
səhifə15/33
tarix08.01.2023
ölçüsü69,24 Kb.
#78719
1   ...   11   12   13   14   15   16   17   18   ...   33
Fəlsəfə 1-25

14.Sufilik və Hürufilik fəlsəfəsi
Əbdülkərim oğlu Şəbüstəri Təbrizi (1287-1320) Sufi–panteist mütəfəkkiridir. Özünün xəbər verdiyi kimi o, Misir, Şam və Hicaz ölkələrinə səfər etmiş, kəndbəkənd, şəhərbəşəhər gəzmiş, hər yerdə adamlar və şeyxlərlə görüşmüş, elmi axtarışlarda olmuşdur.
Mütəfəkkir Sufizmə və onun fəlsəfəsinə aid “Dünyaların ağasını dərk etməyə dair yəqinliyin həqiqəti”, “Həqiqət axtaranların güzgüsü”, “Sirlər gülşəni” və “Səadət kitabı” əsərlərini yazmışdır. Şəbüstəri olduqca məşhur şair və filosof olmuşdur. Mahmud Şəbüstərinin 1317-ci ildə qələmə aldığı “Sirlərin gülşəni” kitabında başlıca ideya varlığın vəhdətinin poetikcəsinə əsaslandırılmasıdır. M.F.Axundov bu fəlsəfi poemadakı mütərəqqi fikirləri yüksək qiymətləndirmişdir. Dünya şöhrəti tapmış “Sirlər gülşəni” fəlsəfi poeması tanınmış mütəfəkkirlər tərəfindən şərh edilmiş, fars, eləcə də rus, ingilis, alman, fransız və türk dillərində çapdan çıxmışdır.
«Sirr gülşəni» əsərində şair və filosofun dünyagörü¬şünün sufi–panteist tendensiyası öz əksini tapmışdır. M.Şəbüstə¬rinin fikrincə, insan təkcə allah ilə deyil, bütün aləm onun müxtəlif təzahürü ilə eynidir, vəhdətdədir. Filosof panteizmi inkişaf etdirmiş, allah, insan və təbiəti eyni təzahürlər saymışdır. Qədim yunan fəlsəfəsi ilə dərindən tanış olmuşdur. Əslində antik fəlsəfə Şərq fəlsəfəsi ilə birlikdə onun yaradıcılığının ideya mənbəyi olmuşdur. Qeyd etmək lazımdır ki, dini qəbul edən Şəbüstəri çox vaxt ona əsaslanmışdır. Eyni zamanda o, bir sıra hallarda ortodoksal ehkamlarla razılaşmamış və tez– tez onları kəskin surətdə tənqid etmişdir. Dünyanın daxili və xarici hissədən ibarət olduğunu irəli sürən Şəbüstəri xarici hissəni planet və elementlərlə, minerallar, bitkilər və heyvanlarla əlaqələndirmişdir. Daxili hissəni isə ruhlar və əqllər aləmindən ibarət hesab etmişdir. İnsanlarda həm daxili, həm də xarici hissələr vardır. İnsan dünyanın mövcudluğu nümunələrindən biridir. Ümumiyyətlə, Mahmud Şəbüstəri Azərbaycan ictimai fikrində olduqca əhəmiyyətli mövqeyə malik olmuşdur.
XIV əsrdə Azərbayçanda hürufilik cərəyanı meydana gəlir. Banisi Fəzlullah Nəimi (1330-1394) idi. Əsəri “Cavidannamə” adlanır. Hürufilik ərəbcə hüruf sözündən əmələ gəlmişdir, mənası hərflər deməkdir. Hərflərə mistik ilahi məna verilməsi bu təlimin başlıca fərqləndirici cəhətidir. Əsas ideya isə Allaha məxsus keyfiyyətin təcəssümü, insanın allahlaşdırılması, kainatın əbədiliyinin qəbul edilməsidir. Nəticədə Nəimi həbs edilərək, sonralar edam olunmuşdur. Fəzullah həbsxanada məşhur «cavidannamə» əsərini yazmışdır. Sözlərin müqəddəsliyini irəli sürən həmin əsərdə hürufiliyin başlıca prinsipləri öz əksini tapmışdır. Bəzi filosoflar bu cərayanı idealist, bəziləri isə materialist istiqamətə aid edirlər. Əslində isə təlim mistik dini cərəyan hesab olunmalıdır. Ayrı–ayrı materialist müddəalar bu cərayanı materialist cərəyan hesab etmək üçün kifayət deyildir. «Allah mənəm», «Allah mənim özümdədir» fikri də allahın tam inkarı deyil, onun insanda təcəlla tapmasının təsdiqidir. Hürufizm tərəfdarları müsəlmançılığın müqəddəs kitabı olan Quranın bütün şeylərin məcmusu olduğunu göstərirlər. Allah isə ilkin əsas olmaq funkisiyasını itirmir.
Hürufiliyin ən böyük nümayəndəsi İmaddəddin Nəsimi (1369-1417) olmuşdur (Əsl adı Seyid Əli). Azərbaycanın filosofu Şamaxı şəhərində dünyaya göz açıb. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. X əsrdə Bağdadda dara çəkilmiş həllac Mənsur Hüseynin Sufi görüşlərini təbliğ edən Nəsimi ilk şe’rini Hüseyn təxəllüsü ilə yazmışdır. XIV əsrin sonlarında Azərbayçanda keniş yayılmış hürufi (hürufi ərəbçə hərflər sözündəndir) təşkilatları ilə əlaqə saxlamışdır. Fəzlullah Nəiminin görüşlərini mənimsəyərək təriqətin fikirlərini təbliğ edən şe’rləri yazmağa başlamış və bu vaxtdan e’tibarən Nəiminin təxəllüsü ilə həmahəng deyilən Nəsimi təxəllüsü qəbul etmişdir. 1394-cü ildə Nəimi e’dam edildikdən sonra onun “Vəsiyyətnamə”sinə əsasən Nəsimi Təbrizə, oradan da Anadoluya (Türkiyəyə) getmiş hürufilik ideyalarını yaydığı üçün dəfələrlə zindana salınmışdır. Ömrünün son illərini Hələbdə yaşamış, orada həbs olunmuş, “kafir”, “dinsiz” e’lan edilərək, Misir Sultanının əmri və ruhanilərin fitvası ilə diri-diri dərisi soyulmuşdur.
Nəsiminin görüşlərində insana məhəbbət, insan şəxsiyətinin azadlığı mövzusu başlıca yer tutur. Şair insanı alçaldan, azadlığını buxovlayan feodal dini-əsarət əleyhinə alovlu e’tiraz səsini qaldırdı. Nəsimi insanı bir yaradıçı varlıq kimi ucaldır, hətta “məndə sığar iki cahan, mən bu cahana sığmazam” deyərək insanın qüdrətini tərənnüm edirdi, lakin insanı ilahiləşdirən mütəfəkir onu göylərə qaldırmır, konkret insan obrazını nəzərdə tuturdu. Şairin lirik “məni” elə bir aləmdir ki, bütün kainatın sirləri burada gizlənmişdir. O əzəli və əbədidir, dünyada müxtəlif şəkillərdə təzahür edir. İnsan zəkasının, varlığın sirlərini açmağa qadir olduğuna dərin inam bəsləyən Nəsimi ideyalarında insanın özünü, beləliklə də həqiqəti dərk etməyə çağırırdı.

Yüklə 69,24 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin