1. Fəal təlim formaları. Fəal təlim üsulları


Qruplara bölmənin üsulları



Yüklə 34,6 Kb.
səhifə3/9
tarix02.01.2022
ölçüsü34,6 Kb.
#38877
1   2   3   4   5   6   7   8   9
Mövzu 8

Qruplara bölmənin üsulları.

  1. Rəqəmləri saymaqla (4-dən 6-ya qədər saymaqla)

  2. Meyvə adları saymaqla (alma, armud, nar, heyva, banan)

  3. Həndəsi fiqurları paylamaqla( kvadrat, düzbucaqlı, üçbucaq, dairə, romb və s)

  4. Rəngli fiqurları paylamaqla (qırmızı, sarı, göy, yaşıl və s)

  5. Fərqli konfetlər paylmaqla (ibtidai siniflərdə)

  6. Şəklin hissələrinin yığılması, hər iş iştirakçı şəklin bir hissəsini alır və iştirakçılar şəklin hissələrini bir yerə yığıb, tam pazlı almalıdırlar və s)


Fəal təlimin üsulları:

Təqdimat
Fəal (interaktiv) təlim metodları ilə aparılan dərslərin mühüm elementləeindən biri olan təqdimat şagirdin tədqiqat fəaliyyətinin göstəricisi sayılmalıdır. Bu metod şagirdlərə imkan verir ki, o, tədqiqatın nəticəsini müxtəlif yollarla təqdim edə bilsin, öz fikirlərinidəqiq ifadə etmək, mükəmməl nəticə çıxarmaq bacarığına yiyələnsin. Təqdimata hazırlaşan şagird qrup halında işləyəndə ünsiyyət mədəniyyətinə yiyələnir, fikir bölüşməyi bacarır. Belə olduqda isə onun (onların) hazırladıqları təqdimat dəqiq olur, ya xşı tərtibatı ilə diqqəti cəlb edir.
Təqdimata hazırlaşan şagirdlər təqdimatın hansı formada keçirmək barədə qaydalara yiyələnirlər. Müəllim təqdimatın növü və onun keçirilməsi qaydaları barədə şagirdləri təlimatlandırmalıdır. Bu təlimatlara əməl edən şagird vaxtdan səmərəli istifadə etməyə, fikrini daha dəqiq və yığcam şəkildə ifadə etməyə əvvəlcədən hazır olur. Təqdimatı keçirərkən ona şərh verməyi bacarır. Təqdimat müzakirə olunur və meyar cədvəli əsasında qiymətləndirilir.
Təqdimat fərdi və ya qrup şəklində həyata keçirilə bilər.

Yüklə 34,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin