1-ci mövzu Turizm haqqında ümumi anlayışlar Turizm və mehmanxana təsərrüfatının tarixi


-cü mövzu Qida məhsullarının markalanması



Yüklə 39,02 Kb.
səhifə15/17
tarix02.01.2022
ölçüsü39,02 Kb.
#46352
1   ...   9   10   11   12   13   14   15   16   17
muhazire.-mehmanxana-ve-turizm-komplekslerinde-qidalanmanin-teshkili

14-cü mövzu

Qida məhsullarının markalanması

Yeyinti məhsullarının qablaşdırılması, etiketləşdirilməsi, onların keyfiyyətinin və qidalılıq dəyərinin yararlılıq müddətində təhlükəsiz saxlanmasını və istifadəsini təmin etməlidir. Müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan, yeyinti məhsuluna «müalicəvi», «pəhriz», «ekoloji təmiz» və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsinə yol verilmir. Yeyinti məhsullarının istehsalçıları istehsal etdikləri məhsulları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq normativ sənədlərə və ticarət qaydalarına uyğun olaraq qablaşdırmalı və etiketləşdirməlidirlər. Qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, etiketdə Azərbaycan dilində və (və ya) xarici dildə məhsulun adı, növü və tərkibi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı və normativ sənədlərdə tələb olunan digər məlumatlar olmalıdır. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması qaydası müvafiq qanunvericiliklə tənzimlənir.

Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən yeyinti məhsullarının üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. Kimyəvi və bioloji preparatlarla işlənmiş kənd təsərrüfatı məhsullarının taraları üzərində müvafiq xəbərdarlıq yazıları və nişanları olmalıdır. Müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş yeyinti məhsullarına əmtəə nişanları və ştrixli kodlar vurula bilər. Əmtəə nişanlarının və ştrixli kodların istifadəsi qaydaları Azərbaycan Respublikasının müvafiq dövlət standartları ilə müəyyən olunur.

Azərbaycan Respublikasının qida təhlükəsizliyinin təmin edilməsi sistemi beynəlxalq tələblərdən və qabaqcıl təcrübələrdən əhəmiyyətli dərəcədə fərqlənir və qida məhsullarının təhlükəsizliyini tam şəkildə təmin edə bilmir. Qida təhlükəsizliyinin təminatı sisteminin Avropa İttifaqının və müvafiq beynəlxalq təşkilatların tələblərinə uyğunlaşdırılması və məhsulların təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, qida təhlükəsizliyinə nəzarət sahəsində müxtəlif orqanların fəaliyyətindəki paralelliyin aradan qaldırılmasını zəruri etməkdədir. Belə ki, hazırda sertifikatlaşdırılmış məhsul istehsalının standartların tələblərinə uyğunluğuna nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, bazarda məhsulların standartların tələblərinə uyğunluğuna nəzarəti isə İqtisadiyyat Nazirliyi həyata keçirir. Eyni zamanda, yeyinti məhsullarına istehsal səviyyəsində də bir çox dövlət orqanı nəzarət etməkdədir. Bitki və bitki məhsullarına Dövlət Fitosanitar Nəzarəti Xidməti, diri heyvanlara və heyvan məhsullarına Dövlət Baytarlıq Nəzarəti Xidməti nəzarət edir. Həmçinin, istehsala girən xammala və istehsal prosesinə nəzarət Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilməkdədir. Məhsul bazara daxil olandan sonra isə ona nəzarət prosesini əsasən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının qorunması üzrə Dövlət xidməti təmin edir. Eyni zamanda, Səhiyyə Nazirliyi də yeyinti məhsullarına bazarda nəzarəti həyata keçirir. Buradan da aydın olur ki, Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi sistemi müasir tələblərə tam cavab vermir və bu sahədə təkrarlanmalar mövcudddur. Xüsusən də qida təhlükəsizliyinə dair standartlar, sanitar və fitosanitar norma və qaydaların əksəriyyəti Sovet İttifaqı dövründə hazırlanmışdır və beynəlxalq tələblərə uyğun olaraq təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.


Yüklə 39,02 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin