1-Cİ MÖvzu sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu


MÖVZU II 5. Sosial qanunların mahiyyəti və təsnifatı. Sosiologiyanın kateqoriyaları



Yüklə 206,29 Kb.
səhifə7/41
tarix26.11.2022
ölçüsü206,29 Kb.
#70653
1   2   3   4   5   6   7   8   9   10   ...   41
sosiologiya

MÖVZU II

5. Sosial qanunların mahiyyəti və təsnifatı. Sosiologiyanın kateqoriyaları

Plan: 1. Sosial qanun anlayışı.


2. Sosial qanunların mahiyyəti və təsnifatı.
3. Sosiologiyanın kateqoriyaları.
4. Sosial normalar.

Məlumdur ki, qanun hadisələrin daxili, mühüm və sabit əlaqəsi və ya münasibəti olub, onların nizamlıdəyişilməsini şərtləndirir. Qanunları bilmək əsasında prosesin cərəyanını irəlicədən etibarlı surətdə müəyyənləşdirmək mümkündür. Qanun anlayışı qanunauyğunluq anlayışına çox yaxındır. Qanunauyğunluq qanunun məzmunu baxımından qarşılıqlı əlaqədə olan, sistemdəki dəyişikliklərin sabit meylini və ya istiqamətini təmin edən cəhətlərin məcmusudur. Sosial qanunlar sosial hadisələrin, proseslərin mühüm, zəruri və ümumi əlaqələrini ifadə edir, fərdlərin, qrupların, birliklərin fəaliyyətində təzahür edir, onlar arasındakı rəngarəng münasibətləri müəyyənləşdirir. İnsanlar bu qanunları dərk edərək, öz həyat fəaliyyəti şərtlərini dəyişdirir, yeniləşdirir. Dəyişilmiş, başqalaşmış şərait isə insanlara ən müxtəlif şəkildə təsir göstərir. Hər bir ayrıca şəraitin, hər bir ayrıca tarixi hadisənin spesifik xarakteri, təkrarolunmazlığı, zənginliyi sosial qanunların təzahüründə dərin iz buraxır. Hətta eyni sosial qanun birtipli, yaxud oxşar şəraitdə müxtəlif, fərqli intensivlikdə təzahür edir. Ona görə də sosial qanunların fəaliyyətini hər bir konkret halda müxtəlif ehtimal dərəcəsini aşkara çıxaran meyl kimi nəzərdən keçirmək lazımdır.


Hadisə və proseslərin təbii gedişində təşəkkül tapan sosial qanunlar fərdlərin, qrupların, birliklərin müxtəlif istiqamətli fəaliyyətinin nəticəsidir. Lakin bu fəaliyyyətdə qanunauyğun meyllər də təzahür edir, qarşılıqlı sosial fəaliyyətin məqsədini, məzmununu, xarakterini və istiqamətini müəyyənləşdirir.
Sosial qanunların fəaliyyət mexanizmini aşkara çıxarmaq, onları hərtərəfli tədqiq etmək çox mürəkkəb işdir, lakin vacib vəzifədir. Bu, hər hansı hadisənin, prosesin bütövlükdə ictimai həyatda, ən müxtəlif sosial sistemlərin fəaliyyətində yerini və rolunu, təzahür xüsusiyyətlərini müəyyənləşdirməyi, onun sosial genezisini aşkara çıxarmağı, rəngarəng sosial əlaqələri real faktlar əsasında öyrənməyi nəzərdə tutur.
Sosial qanunları müxtəlif əsasa görə təsnif etmək olar. Fəaliyyət müddətinə görə adətən ümumi və spesifık qanunları fərqləndirirlər. Ümumi qanunlar (məsələn, dəyər qanunu) bütün ictimai sistemlərdə, spesifık qanunlar isə (məsələn, bir cəmiyyətdən digərinə keçidlə bağlı olan qanunlar) bir və ya bir neçə ictimai sistemdə fəaliyyət göstərir. Ümumilik dərəcəsinə görə iki qrup qanunlardan bəhs etmək mümkündür: a) bütövlükdə sosial sferanın inkişafını xarakterizə edən qanunlar; b) sosial sferanın ayrı-ayrı ünsürlərini (sinif, qrup, millət və s.) inkişafını xarakterizə edən qanunlar. Təzahür üsuluna görə qanunların dinamik və statik (stoxastik) növlərini ayırd etmək olar. Dinamik qanunlar sosial dəyişmələrin istiqamətini, amillərini və formalarını müəyyən edir. Statik (stoxastik) qanunlar isə social hadisələri qəti şəkildə determinasiya etmir, məlum sosial bütövün sabitliyini saxlamaqla dəyişmələrin əsas istiqamətlərini, meyllərini əks etdirir. Bu, o deməkdir ki, statik qanunlar sosial gerçəklikdəki hadisə və proseslərin əlaqəsini müəyyən ehtimal dərəcəsində ifadə edir, onlara bütövlükdə xas olan bəzi xassələri və ya əlamətləri səciyyələndirir. Dinamik qanunlar səbəb və funksional qanunlara ayrılır. Səbəb qanunları sosial hadisələrin inkişafında qəti surətdə şərtlənmiş əlaqələri, funksional qanunlar isə sosial hadisələr arasında empirik surətdə müşahidə edilən və ciddi şəkildə təkrar olunan qarşılıqlı asılılıqları əks etdirir.Statik qanunların inkişaf qanunları (məs., tələbatların daha dolğun ödənilməsi, xalqın özünüidarəsinin inkişafı və s.) və fəaliyyət qanunları (kollektivdə formal və qeyri-formal strukturların vəhdəti, ailədə rol funksiyalarının bölüşdürülməsi) kimi növləri vardır.Əlaqələrin formalarına görə sosial qanunların aşağıdakı növlərini ayırd etmək olar:a) Sosial hadisələrin, yaxud onlarla bağlı olan hadisələrin invariant (dəyişməyən) yanaşı yaşamasını əks etdirən qanunlar. Bu qanuna görə A hadisəsi varsa, hökmən B hadisəsi də olmalıdır. Məsələn, cəmiyyətdə totalitar idarəetmə sistemi mövcuddursa, hökmən latent (gizli) müxalifət də mövcud olmalıdır.b) İnkişaf meylini əks etdirən qanunlar. Belə qanunlar qarşılıqlı münasibətlərin bir səviyyəsindən digərinə keçidi şərtləndirir, sosial obyektin strukturuna xas olan dinamikanı ifadə edir. Məsələn, fəhlə sinfində baş verən keyfiyyət irəliləyişləri onun bütün sosial münasibətlərə təsirini gücləndirir, onun bütövlükdə ictimai mövqeyini möhkəmləndirir.c) Sosial hadisələr arasında funksional asılılığı müəyyən edən qanunlar. Bu qanunları fəaliyyət qanunları da adlandırmaq olar. Bunlar inkişaf qanunlarından fərqli olaraq hər hansı sosial sistemin nisbi sabitlik halında qalmasını təmin edir, sistemdəki ayrı-ayrı ünsürlərin mühüm dəyişikliyə səbəb olmayan mütəhərrikliyini səciyyələndirir, başqa sözlə, sosial obyektin yeni keyfiyyət qazanması üçün ilkin şərtlər yaradır. Məsələn, əhalinin idarəetmə işində, siyasi həyatda iştirakı ilə onun siyasi mədəniyyətinin yüksəlməsi arasında, kollektivdə ideyatərbiyə işinin səviyyəsi ilə mənəvi-psixoloji iqlimin vəziyyəti arasında funksional asılılığı görmək o qədər də çətin deyildir.ç) Sosial hadisələr arasında səbəb əlaqəsini əks etdirən qanunlar. Səbəb əlaqəsi və funksional əlaqə birbirinə yaxın anlayışlardır. Lakin onları eyniləşdirmək doğru deyildir. Funksional əlaqə səbəbiyyəti ifadə edə də bilər, etməyə də bilər. Funksional asılılığın olması hələ mahiyyətli səbəb münasibətlərinin mövcudluğunuifadə etmir. Məsələn, şəxsi və ictimai mənafelərin optimal əlaqələndirilməsi sosial inteqrasiyanın çox mühüm,zəruri şərtidir. d) Sosial hadisələr arasında ehtimalı ifadə edən qanunlar. Məsələn, əhalinin müəyyən qruplarının kənddən şəhərlərə axını ilə onlar arasında hüquq pozuntularının artmasını ehtimal etmək olar.Sosial qanunlar insanların fəaliyyətində, cəmiyyətin konkret şəraitində reallaşır. Ona görə də sosiolojitədqiqat prosesində fərdlər bu və ya digər əlamət baxımından qruplaşdırılır. Bu imkan verir ki, sosial qrupu ən müxtəlif aspektlərdə (həyat şəraiti, status, sosial rol və funksiyalar, fərdi xarakteristikalar) öyrənilsin.Sosial qanunlar müxtəlif təsadüflərlə, kənara çıxma halları ilə üzləşir, onları bir növ nizamlayır və özünə yol açır. Hər hansı sosial hadisənin, prosesin məzmununu və spesifikasını aşkara çıxarmaq üçün bu qanunların fəaliyyət mexanizmi tədqiq olunmalıdır. Bu, cəmiyyətin həyat fəaliyyətinin müxtəlif sferalarında sosial qanunların təzahür formalarını aşkara çıxarmağı, sosial mexanizmdə öz funksiyalarını yerinə yetirməyə qadir olmayan ünsürləri müəyyənləşdirməyi və aradan qaldırmağı, bütövlükdə bu mexanizmin maksimum səmərəli olmasını təmin etməyi nəzərdə tutur. Fərdlərin, sosial qrupların həyat fəaliyyəti prosesində daim dəyişikliyə məruz qalan, inkişaf edən və zənginləşən sosial əlaqələr sistemi təhlil olunarkən onların cəmiyyətdə qəbul olunmuş sosial normalar,sərvətlər və sosial nəzarət vasitələri ilə, habelə mənafelər, tələbatlar, yönümlər və s. ilə əlaqəsinə xüsusi diqqət yetirilməlidir.Hər bir elm kimi sosiologiya da müəyyən kateqoriyalardan istifadə edir. Məlum olduğu kimi, kateqoriyalar idrakın tarixi inkişafı gedişində, ictimai praktika prosesində formalaşır. Bunların əsasında insanın predmet fəaliyyəti üsullarının, ünsiyyət vasitələrinin inkişafı dayanır.Sosiologiyanın kateqoriyaları real gerçəkliyin və idrakın mühüm, qanunauyğun sosial əlaqələrini vəmünasibətlərini əks etdirən ən ümumi, fundamental anlayışlardır. Bunlar sosioloji biliyin başlıca «pillələridir»,təfəkkürün sosial gerçəkliyin mahiyyətinə nüfuz məqamlarıdır.Obyektiv gerçəklik inkişaf etdikcə, sosioloji bilik dərinləşdikcə həm yeni kateqoriyalar meydana gəlir, həm mövcud kateqoriyaların zənginləşməsi baş verir, həm də ayrı-ayrı kateqoriyaların yeri və rolu dəyişir.Sosiologiyanın kateqoriyalar sisteminin əsas ünsürlərinin müəyyənləşdirilməsi onun inkişaf məntiqini aşkara çıxarmağa imkan verir. Hər bir sosial kateqoriya sosial kateqoriyalar sisteminin yalnız bir ünsürü kimi dərk oluna bilər.Sosiologiyanın ən mühüm kateqoriyaları sırasına bunları aid etmək olar: «sosial», «sosial struktur», «sosial münasibətlər», «sosial təsisatlar», «sosial qanunlar» və s.Bu kateqoriyalardan hər biri daha az ümumilik dərəcəsində bir-biri ilə qarşılıqlı surətdə bağlı olan kateqoriyalar sistemi kimi təsəvvür olunmalıdır. Məsələn, «sosial struktur» kateqoriyası «sosial-sinfi struktur»,«sosial - demoqrafik struktur», «sosial-etnik struktur», «sosial-ərazi birliyi» kimi kateqoriyaları əhatə edir. Öz növbəsində bunlar da ümumilik səviyyəsi nisbətən az olan kateqoriyaları əhatə edə bilər.Hazırda sosiologiyanın mühüm vəzifələrindən biri əhatə etdiyi kateqoriyaların elə sistemini yaratmaqdan ibarətdir ki, o, sosioloji biliyin formalaşmasını və inkişafını daha adekvat əks etdirsin.


Yüklə 206,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin