 I bitik. Tarixi qaynaqlar (2014)  II bitik



Yüklə 11,02 Mb.
Pdf görüntüsü
səhifə13/35
tarix31.01.2017
ölçüsü11,02 Mb.
#6897
1   ...   9   10   11   12   13   14   15   16   ...   35
    Bu səhifədəki naviqasiya:
  • Dingir

 
 
Damğa 
 
134 
                                                 

qaz v
ə monqol dillərinə keçdiyi kimi, rus, ərəb və fars dillərinə də keç-
mişdir: 
191
 
 
Y.  T.  Solovyov  Tiflisd
ə keçirilən V Arxeoloji qurultayda (1881) 
«öz
əl mülkiyət işarələri» olan damğaların toplanıb tədqiq olunması əhə-
miy
ətindən  danışmışdır. Onun bu çağırışı cavabsız qalmadı, az sonra ku-
muk,  qaraçay-balkar, noqay,  tatar v
ə qafqazdilli xalqlardan çeçen-inquş, 
abaza, kabarda, meqrel 
damğaları toplanıb tədqiqata cəlb olundu.  
Şamaxıda  daş  və  ağac  üzərindəki  200-ə  yaxın  müxtəlif  işarənin 
r
əsmini çap etdirməklə
 
Az
ərbaycanda bu işi A. P. Fituni gerçəkləşdirdi.
192 
 
Doğrudur,  Beş-Barmaq  ətəyindəki  karvansarayda  yazı  hesab  etdiyi  üç 
dam
ğanı vaxtilə A. Oleari də qeyd etmişdi. Dərbənd qala divarında iki 
işarənin şəklini köçürən D. Kantemir isə bunları «tatar damğası» adlan-
dırmışdır.
193
 
Güney  Az
ərbay-
canda  m.  ö.
 
II  minilin  sonla-
rına aid bu damğa-işarələri isə 
İ. M. Dyakonov qeyd etsə də,  
yaşını  üç-dörd  əsr  cavanlaş-
dırmış və 3-cü sıradakı runuk 
h
ərfləri gözardı  etmişdir:
 
194
 
Ancaq  bir  neç
ə  damğanın etnik  bəlgə  mahiyətini şərh  edən  dilçi 
alim C
əfər Cəfərovun da qeyd etdiyi kimi, epizodik xarakterli qeydlər-
d
ən savayı, Azərbaycan damğaları hələlik sistemli tədqiqata cəlb olun-
ma
yıb, halbuki bəzi türk boylarına aid damğalar üzrə geniş tədqiqatlar 
vardır.
195
 
Başqord soy-boy damğalarını toplayıb sistemləşdirən və bunların 
191 
Липин
, ЫЫ. 1957, 119; Rusca tabor, tabun, tamqa, tamojnya; ərəbcə tamğa, 
d
əmğə,  dəməğat  (damğalar);  farsca  təmğa, damğə, təmğaçi.  (КЭСРЯ
, 435-436, 
444

Защиди,
 1977, 108-109;  
Зяринязадя,
 1962,  224-225). 
192 
Фитуни, 1927, 185.
 
193 
Олеарий, 1906, 456; Cantemir, 1883, 16.
 
194
 Yazar Ziviy
ə qazıntısında üzə çıxan m.ö. XIII-XI əsrlərə aid bu işarələri yanlış ola-
raq, m.ö.VIII 
əsrə aid edir (Дьяконов, 1956, 367). 
195 
«Az
ərbaycanın bir sıra rayonlarından tapılmış rəngarəng işarə və damğaların sirri bu 
gün
ədək  açılmamış,  onların  işarəmi,  damğamı  olduğu  aydınlaşdırılmamışdır.  Şamaxı-
dan, Qobustandan, G
ədəbəydən və başqa yerlərdən aşkar edilmiş silsilə işarə və damğa-
ların  bir qismi  ayrı-ayrı  müəlliflər  tərəfindən  sadəcə  olaraq  səthi  təsvirlə  təqdim  edil-
mişdir»
 (
Ъяфяров,
 
1984, 241).
 
 
135 
                                                 

etnik yozumunu ver
ən Rail Kuzeyev başqord xalqının soykökü haqqında 
d
əyərli bir əsər yazıb ortaya çıxara bilmişdir.
196
 
 
1926-da 
Bakıda keçirilən Türkoloji qurultay üçün Kırımda qırxa 
ya
xın kənddən, o cümlədən azər xalqının soykökünü təşkil edən as, xalac 
(kalaç), 
bağa adlarını daşıyan Böyük-As, Kiçik-As, Baqa-Sadır kəndlərin-
d
ən 400-ə qədər damğa toplayan Osman Akçokraklı təkcə qədim
 
Abuzlar 
k
əndi yanındakı qayada 60-a qədər damğa olması səbəbini aramış, keç-
mişdə buranın ətraf boyların toplantı yeri olduğunu qocaların dilindən 
q
ələmə almış, bəzi qəbir daşlarında yazı və tarix əvəzinə yalnız soy-boy 
damğası olduğunu, bu gələnəyin basırıqda yatan haqqında şəxsi məlumat 
deyil, onun 
hansı soy-boydan olması üzərində kökləndiyini qeyd edərək, 
damğalar haqqında maraqlı fikirlər söyləmiş və bunları çap etdirmişdir.
197 
 
Akçokraklının  Kırımda 
müxt
əlif  boylara  aid  topla-
dığı  bu  damğaların  sırasında 
196 
Кузеев 1974; Anadoluda daş-qaya, xalça-kilim üzərində, nəzərlik və sair əşyalarda 
rast g
əlinən naxış, işarə və damğaları geniş şərh edən və bunların digər türk damğaları 
il
ə müqayisəsini verən prof. Tuncər Gülənsoy da damğalara aid gərəkli bir kitab yazıb 
(Gülensoy, 1989); Türk toplumunda 
yayılmış damğa və runik yazılar haqqında Dos.Dr. 
İsmayıl Doğanın iki fundamental əsəri çap olunmuşdur (Doğan, 2000, 2000 a).
 
197  
Akçokraklı, 1926;  Bu əsərə geniş şərh yazan və damğalarla bağlı əlavə məlumatlar 
ver
ən İsmayıl Otar azər aydını emiqrant Ə.
 
Topçubaşı haqqında bu qeydi də vermişdir: 
«
Əli Əkbər
 
b
əy
 
Topçubaşı
 
1930-da 
Varşavada nəşr etdiyi 10 səhifəlik Herolda (gerb-
damğa)  adlı  məqaləsində  Poloniya  tatarlarının  damğaları  ilə  qırğız-türk  boylarına aid 
dam
ğaları müqayisə etmişdir» (Otar, 1983, 199).
 
 
136 
                                                 

böyük  as,  kiçik  as 
boylarının,  həmçinin  oğuzoğlu  boyunun  damğaları 
diqq
əti  çəkir.  Belə  ki,  bu  damğaların  əksəriyəti  Azərbaycanda  qeyd 
olun
muşdur. L. İ. Lavrov Azərbaycan və Quzey Qafqazda tapılmış 1384 
dam
ğanı  qrafik  tipologiya  üzrə  çeşidləmiş  və  onların  başqa  regionlara 
nisb
ətən daha çox Qara dənizin quzey yaxaları ilə Vol-
qa
yaxası  arası,  Orta  və  Ön  Asiya  damğaları  ilə  ana-
logiya  t
əşkil  etdiyini  yazmışdır.
198
 
Bu 
sıraya
 
Koşay 
xocanın
 
Sivas-
Ərzurum  damğalarını  da
 
əlavə  etmək 
g
ərəkir:
 
199
 
 
Əlbəttə,  prototürk  boylarının  ilkin  Atayurdu  Ön 
Asiya v
ə onların sonrakı miqrasiya marşrutu ilə üst-üstə 
düşən  bu  coğrafi  faktın  əldə  olunmasına  yardım  edən 
damğalar
 
qiym
ətli  tarixi  qaynaqdır.
 
H
əm  etnogenez, 
h
əm  də  tarixi  coğrafiya  baxımından  gərəkli  bəlgə  olan 
damğaların işlənmə texnikası müxtəlif olduğu kimi, isti-
fad
ə olunma sahəsi də fərqlidir. 
Damğalar  5-6  minil  əvvəl  ortaya  çıxmışdır.  Bunun  ilk  örnəklərini 
«b
ərəkət iyələri» adlandırdığımız gil-daş qadın fiqurları üzərindəki işarə-
l
ərdə  görmək  olur.  Günəş,  taxıl,  yağış  simvollarını  bildirən  cizgilərdən 
doğan işarəetmə üsulu tədricən soy qurumu daxilində
 
soya m
əxsus işarə-
nin  yaranma
sına  səbəb olmuş,
 
bu 
işarə-damğalar  soya  məxsus  ərazinin 
sınırlarını bildirən daş-qaya üzərində həkk edilmişdir. Bəzi damğalarda 
ocaq  (ail
ə),  soy  və  boylara  aid  totem-onqon  simvollarını  görmək  olur.
 
Ür
ətilən  məhsulun  hesabını  aparmaq  üçün  gərək  olan  kəmiyət 
göst
əricilərini  bildirən  işarələr  də  damğaların  artımına  təkan  vermişdir. 
Lakin 
damğadan geniş istifadə, əsasən, kollektiv mülkiyətdən fərdi mül-
kiy
ətə  keçiddən  sonra  olmuşdur.  Bu  çağda  gil  və
 
daşdan  hazırlanmış 
möhürl
ərin  artımı  göstərir  ki,
 
artıq
 
f
ərdə
 
v
ə
 
topluma  aid 
damğalar  fərqli 
funksiya 
daşımağa  başlayır;  fərdi  damğa  mülkiyət,  soy-boy  damğası  isə 
mülkiy
ətlə yanaşı həm də etnik atributa çevrilir.  
Yazının yaranmasına təkan verən faktorlardan biri kimi, damğa yazı 
sistemi yaranandan sonra da 
əvvəlki funksiyasını saxlayır. Bəzi damğalar 
is
ə
 
yazı
 
sistemind
ə yeni çalar kəsb edib,
 
liqatur
 
v
ə
 
determinativ kimi
 
işlənir. 
198
 
Лавров
 1978, 107. 
199
 
Koşay,
 
1984,
 
49; A.
 
N.
 
Getman q
ədim Xarəzm (Erk-kala, Toprak-kala, Kaparas, Elxaras) 
qala  k
ərpicləri üzərindəki damğalardan ayrıca məqalə yazmışdır
 (
Гетман
 
1979,
 
70-
73).
 
 
137 
                                                 

M
əsələn, Güney Türkmənistanda bərəkət iyəsi fiqurları üzərində, Elam-
Sumer 
loqoqramları  və  Azərbaycanda  Altıağac  damğaları  sırasında  rast 
g
əldiyimiz səkkizguşəli  işarə sonralar sumer yazısında Dingir (tengri) 
v
ə An (göy, gün, ulduz) kimi oxunmuş, tanrı adlarının əvvəlində işlənən 
determinativ
ə çevrilmişdir. Damğa sözü qədim türk yazılarında geniş işlə-
nir.
200
 
Damğa sözünün ilkin semantikası neolit çağı prototürk toplumunda 
formalaşdığı  üçün  onun  ilkin 
forması  dab~tab  kökündən    -qa 
şəkilçisi  ilə  yaranan  *dabqa  ~ 
tabqa 
şəklində  bərpa  olunur. 
H
əmin  kökdən  davar  (tavar), 
tabor,  tabun,  tavla  (tövl
ə) və sair 
bu  kimi  sözl
ər  yarandığına  görə, 
onun  «mal-heyvan»,  «mülk,  var-
dövl
ət»  anlamlı polisemantik kök 
olduğunu düşünmək olar.
  
Türk 
boylarından bəhs edən 
Mahmud 
Kaşğari, Fəzlullah Rəşi-
d
əddin, Yazıcıoğlu Əli, Əbülqazi 
Bahadır xan
 
24
 
oğuz boyuna məx-
sus  dam
ğanın  şəkilini  vermişlər. 
Bu dam
ğaların əksəri türk xalqla-
rı yaşayan ərazilərdə yayılmışdır. 
Oğuz damğalarından bir qisminin 
Az
ərbaycan  damğaları  ilə  müqa-
yis
əsi  göstərir  ki,  oğuz  dialektli 
boylar  az
ər türklərinin tərkibində 
geniş yayılmışlar.
 
Orxon-Yenisey 
yazısı kimi tanınan türk runikasının ya-
ranma
sında  damğaların  müəyyən  rolu
 
ol
muşdur.
 
Runik
 
ya
zının  şifrəsini 
ilk açan V. Tomsen k, y, b, r, l, t, n, 
ğ, ş hərflərinin ideoqrafik işarələr 
olması fikrini irəli sürmüşdür.
 
Sonralar
 
türkologiyada bu fikr
ə dəfələrlə 
qayıdılsa da, onun sistemli tədqiqi ilə məşğul olmamışlar.
201
 
 
200 
Beg 
tamğası elgiñdə «Bəy damğası əlindədir»; Ötrü etüz küzətgü tamğa tutmış kergək 
tamğası bu «Sonra nəzər damğası edin, bədəni qoruyan damğa budur»; Türgəş kağanda 
makaraç 
tamğaçı oğuz bilgə tamğaçı kelti «Türgəş kağandan Maqaraç damğaçı və Oğuz 
Bilg
ə damğaçı gəldi» (ДТС, 530). 
201 
Sonralar 
damğalarla ilgili runik əlifbanın mənşəyindən bəhs edən Y. Polivanov, A. 
Amanjolov, T. Gül
ənsoy və başqaları bir neçə nümunə ilə kifayətlənmişlər. 
 
138 
                                                 

Dam
ğaların aytamqa,
 
çakmaq,
 
tazıquyruğu,
 
çarpaz,
 
qar
nıyarıq,
 
qur-
d
ağzı, qazayaq kimi adları
 
onlardan bir
 
qisminin loqoqram oldu
ğunu göstə-
rir.
 
Şəkilli  yazıdan  ideoqramların,
 
onlardan  da  h
ərflərin  yaranması  Misir-
Çin heroqlifind
ə,
 
Sumer mixi 
yazılarında da mövcuddur. Ona görə də türk 
runika
sında σ(s)
 
h
ərfinin
 
«süngü» 
damğasından, κ (k, q) hərfinin ↓ «oq» 
(ox) 
damğasından, ψ (y) hərfinin   «ay» damğasından törəməsi
 
şübhə
 
do-
ğurmur.
 
Dig
ər damğaların da
 
sonradan
 
h
ərfə
 
çevrilm
əsi faktını qramato-
loji metodika il
ə araşdırmaq mümkündür.
202
 
 
Göründüyü kimi, 
damğaların öyrənilməsi bir neçə baxımdan gərək-
lidir. 
Ayrıca tədqiqata ehtiyacı olan Azərbaycan damğalarının izahını tam 
verm
ək  hələlik  imkan  xaricindədir.  Əldə  etdiyim  müxtəlif  mənbələrdə 
ayrı-ayrı yazarların (Kantemir, Oleari, Fituni, Lavrov, Cəfərov, Rzayev, 
Koşay, Doğan) topladığı Azərbaycan damğalarını burada verməyi gərəkli 
sayıram, çünki bu örnəyin ayrı-ayrı bölgələrdə işlənmiş damğaların top-
lanma
sına yardım edəcəyinə inanıram. 
 
202 
Türk runik 
yazısında hərflər heca və yarımheca şəklində oxunur; zr [az-ər], blq [balıq], 
onq [on oq], tquz rsn [toquz 
ərsən]. Bu yazılış göstərir ki, hərflərin çoxu damğadan törə-
mişdir. Hərfə çevrilən damğaların bir qismi həm də ayrıca işlənməkdə davam etmişdir 
ki, bunu Orxon-Yenisey 
yazılarında mətndən kənarda yazılan damğalar aydın göstərir. 
 
139 
                                                 

5. YAZI 
 
B
əşəriyət tarixində Yazı kulturu mühüm yer tutduğu üçün dünya 
xalqları yazısı olan və yazısı olmayan xalqlara ayrılır. Bu bölgüdə minil-
lik 
yazılı ədəbiyatı ilə yazılı xalqlar sırasına düşən azər türkləri ərəb is-
tilasından sonra ərəb, XX əsrdən isə Quzey Azərbaycanda kiril və latın 
qrafika
lı  əlifbadan  istifadə  etmişlər.Azərbaycanda  İslamaqədər  işlənən 
aramey, yunan, parth, «alban» v
ə sasani əlifbalarından örnəklər, mixi və 
q
ədim türk runik yazısından isə ayrı-ayrı işarə, qırıq mətnlər tapılmışdır.  
Ortaya bel
ə bir məntiqi sual çıxır; nə üçün regionda fars, gürcü, hay 
əlifbaları geniş yayıldığı halda ayrıca azər dilini əks etdirən özəl əlifba 
olmamışdır? İlk baxışdan haqlı görünən bu suala cavab vermək üçün adı 
ç
əkilən əlifbaların yaranma tarixi, yaranma səbəbi, həmin dövrün siyasi-
ictimai durumu 
haqqında təsəvvür olmalı və azər boylarının kultur tarixi 
ümumtürk  tarixi  kontekstind
ə izah edilməlidir. Elə bu başdan deyək ki, 
xrist
ianlığın yayıldığı çağda hay və gürcü boyları V əsrdə incilin yerli dilə 
uyğun yayılıb oxunması üçün yunan-aramey əlifbaları əsasında hay, gürcü 
əlifbaları yaratmışlar, Azərbaycanda xristian türk-alban boyları isə erməni 
katalikosluğuna tabe olana qədər  runik türk əlifbasından istifadə etmişlər.  
Finikiya, etrusk, yunan-
latın, aramey və bir çox digər əlifbaların ya-
ranma
sına təkan verən, həmçinin türk runik əlifbasının qaynağında duran 
bir 
əlifba m.ö. II minilin ortalarından sonra Aralıqdənizi yaxalarında geniş 
yayılmışdı. Türk runikasını Azərbaycan üzərindən Orta Asiya, Altay isti-
qam
ətində  aparan  türk  boyları  bu  yazıdan  müxtəlif  bölgələrdə  istifadə 
ets
ə  də,  kiçik  fraqmentlər  şəklində  bizə  gəlib  çatan  bu  yazıların  tarixi 

əyyən olunmamışdır. Lakin m.
 
ö.V 
əsrə aid «Issıq» yazısında və m.s.V 
əsrdən isə Talas,  Orxon  və  Yenisey  hövzəsində  ortaya  çıxan  yazıların 
şifrəsi açılmış, yazılma tarixi haqqında bilgi əldə edilmişdir. Bu əlifbanın 
batıya  aparılan  etrusk  variantından  isə  latın  əlifbası  yaranmışdır.  Türk 
yazı gələnəyinin qədimliyinə əmin olmaq üçün qramatologiya elminin ver-
diyi b
əlgələrlə tanış olmaq lazım gəlir. 
  
Piktoqram  v
ə damğalardan yazıya keçmə Sumer, Misir və Çində 
baş vermiş, lakin Misir və Çin yazıları yalnız heroqlif səviyəsinə qədər 
qalxa 
bilmişdir, sumerlər isə yazı sistemini əlifbaya yaxınlaşan mixi yazı-
lara q
ədər inkişaf etdirmişlər. Çində bugün də həmin heroqlif yazı işlənir. 
Bu cür 
protoyazılar bir çox bölgədə də sonralar yaranıb yayılmışdır. Yazını 
icad ed
ən xalqlar sırasında birinci şərəfli yeri sumerlər tutur. Latın-yunan, 
 
140 

kiril v
ə bir çox əlifbaların kökündə duran və finikiya, aramey, türk runi-
kası kimi əlifbalarla eyni mənşəli olan əlifbanı yaradan xalqın kimliyi isə 
h
ələ də cavabını gözləyən suallardandır.
 
Mixi v
ə runik yazıların mənşəyi 
ayrı olduğu kimi, onların inkişaf yolları və yazılma texnikası da fərqlidir. 
Kağız ortaya çıxana qədər yazı materialı kimi ağac,
 
daş, sümük, gil, 
d
əri,  perqament,  papirus və ipəkdən istifadə olunmuşdur.
203
 
Yazılar gil 
lövh
ə  yzərində  basma  üsulu,  ağac,  sümük  üzərində  cızma  üsulu,  daş-
qaya,  metal  üz
ərində  cızma-döymə  üsulu,  perqament,  papirus,  dəri  və 
kağız üzərində isə rəngli boya çəkmə üsulu ilə yazılmışdır. Yazı texnikası 
yazı  formalarının  bir-birindən  fərqlənməsinə  də  səbəb  olmuşdur.  Basma 
üsulu  mixi 
yazıların, cızma-döymə üsulu runik və bəzi düzxətli yazıların, 
ç
əkmə  isə  dairəvi  və  əyilən  xətləri  olan  yazıların  formalaşmasına  yol 
açmışdır.  Kalliqrafik  çeşidlərin  yaranması  sonralar  mümkün  olmuşdur. 
Türk runikas
ı yazı texnikası baxımından qədim yazılar sırasına daxildir. 
Gil,
 
daş və metaldan fərqli olaraq, ağac, dəri, parça, kağız üzərində 
yazılan mətnlər uzunömürlü olmur. Münasib saxlanc yerində saxlanmayan 
bel
ə yazılar aşınmaya uğrayır, rütubətli şəraitdə isə tez xarab olur. Azər 
v
ə digər türk dillərində yazılan minlərlə abidə bu yolla məhv olmuşdur.  
Az
ərbaycanda yazı üçün dəridən geniş istifadə edilməsi qədim mənbələr 
t
ərəfindən qeyd olunmuşdur. Perqamonlu Xaraks (II əsr), Antioxlu İoann 
(VII 
əsr) ayrı-ayrılıqda qeyd etmişlər ki, Kolxidada Yazonla yoldaşlarının 
əldə  etdiyi  «Qızıl  dəri»  deyildi,  üzərində  qızıl  hazırlamağın  kimyəvi 
üsulu 
yazılmış adi dəri idi.  X əsrə aid yunan lüğətində «Δέρας» sözü 
al
tında  arqonavtların  oğurladığı  dəri  üzərində  yazılmış  kitab  haqqında 
m
əlumat verilir.
204
 
 
Rus m
ənbələrinin «Zolotoye runo» kimi verdiyi bu altun dəri əgər 
yunanca dera 
adlanırsa və hələ Homerin dövründə (m.ö. I minilin əvvəli) 
Qafqazda d
əri kitab olması qeyd olunursa və bu yazılı dəri türk sözü ilə 
adlanırsa,
 
dem
əli,  o  çağda  protoazər  boylarının  yazısı  vardı.
 
Herodota 
gör
ə, Mada dövlətində ərizələr Deyoka yazılı şəkildə verilirdi. 
 
203 
Çind
ə I əsrdə kəşf olunan kağız artıq V-VI əsrlərdə türk-uyğur boyları içində geniş 
istifad
ə olunurdu, hətta uyğurlar özləri kağız istehsal etməyə başlamışdı. Ərəblər VIII 
əsrdə Səmərqəndi işğal edəndə oradakı kağız ustalarını əsir götürür və az bir zamanda 
artıq Xilafətin əksər bölgələrində kağız əsas yazı materialına çevrilir və İtaliya vasitəsilə 
Avropa ölk
ələrinə yayılır (Терентьев-Катанский,18-32). 
204
 
Дзидзигури, 42-43; Геродот, I. 100:  Kitaba «dəri» deyilməsi gələnəyinin m.ö.V əs-
r
əcən davam etdiyini Herodot da qeyd etmişdir  (Геродот, I. 58). 
 
141 
                                                 

Ə.
 
Firdovsi 
iranlıların ilk şahı Təhmurəsin də yazı sənətini turanlı 
əsirlərdən öyrəndiyini qeyd edir.
205
 
T
əhmurəs
 
(Avestada - Taxma Urup
dövründ
ə türk əsgərlərinin yazıdan istifadə etməsi göstərir ki, irandilli 
boylar q
ədim türk əlifbası ilə tanış idilər.
206
 
Q
ədim türk yazısı haqqında 
Çin m
ənbələri də məlumat verir və VI əsrin ortalarında iki müxtəlif türk 
boyunun (tuqyu v
ə xu) əlifbasında oxşar hərflər olduğunu qeyd edir.
207
 
 
M. 
Kaşğari yazır ki, şəhərli Çin və Maçin xalqı türkcəni yaxşı bilir. 
«M
əktublarını bizə türk yazısı ilə yazırlar».
208
 
Böyük türkoloq daha sonra 
qeyd edir ki, 
uyğurlar 24 hərfli türk yazısını kullanır. «Kitab-məktublarını 
onunla yazarlar. Bundan 
başqa, uyğurların və çinlilərin bir yazıları daha 
vardır. Dəftər-sənədlərini bununla yazarlar, bu yazını müslüman olmayan 
uyqur v
ə çinlilərdən başqası oxuya bilməz».
209
 
Zaxariya Ritor VI 
əsrin ortalarında yazır ki, «hunların iyirmi il və 
ya daha önc
ə yazısı çıxdı». Halbuki, ondan bir neçə əsr əvvəl Çin elçisi 
Kan Tay (III 
əsr) hun yazısı barədə məlumat vermişdir. Fin alimi Donner 
parth (arsaq) sikk
ələri üzərindəki yazılarla Orxon yazıları arasında oxşarlıq 
oldu
ğunu qeyd etmişdir. Sonralar Cüveyni (XIII əsr), kiril əlifbasını dü-
z
əldən Kiril və başqa müəlliflər də türk yazısından bəhs etmişlər.
210
 
Göründüyü  kimi,  Homerd
ən Mahmud Kaşğariyə qədər keçən iki 
minil 
ərzində türk yazısısının mövcudluğu haqqında xeyli bəlgə vardır. 
Türk 
yazısı haqqında olan bəlgələr mixi yazıdan tutmuş, runik və uyğur 
yazılarına qədər müxtəlif dövrləri, müxtəlif bölgələri və müxtəlif boyları 
əhatə edir. Hətta sumercə ilk mixi yazılı məktubun qasidlə məhz Azər-
bay
canın Aratta bölgəsinə göndərilməsinə dair qeydlər qalmışdır. 
Yazı tarixindən danışarkən bitik, kitab, kniqa sözlərinə də toxun-
maq 
lazım gəlir.  Əvvəllər bitik və bıçaq sözlərini eyni kökə bağlayıb, 
monqolca  biçiq  (kitab),  rusca  pisat,  pismo,  peçat  sözl
ərinin də buradan 
tör
ədiyini yazmışdım, lakin sonralar bitiyin biçmək feilindən deyil, bitmək 
feilind
ən yarandığını aydınlaşdıranda əvvəlki fikrimdən daşındım. Etimo-
205 
Научили владыку письменам, 
 
Осветили его сердьце знанием (Короглы, 1983, 38). 
206
 «
Şahnamə»nin Bombey nüsxəsində «xəte beyğəvi» (yabqu) yazısına gözəl xətt deyilir. 
Əlyazmanın fotokopiyasını mənə verən əlifbaşünas K.Əli bəyə razılığımı bildirirəm. 
207 
Бичурин, I, 231. 
208
 
МК, I, 39. 
209
 Eyni qaynaq. 
210
 
Бекмырадов, 71; Кононов, 1980, 7-8; Дзидзигури, 52. 
 
142 
                                                 

loji 
əsərlərdə qeyd olunur ki, slavyanlar «kniqa» sözünü türkcə bürmə 
kağız mənasında işlənən küiniq sözündən, türklər də bunu çinlilərdən al-
mışlar.
211
 
B
əzi alimlər bitik sözünün də mənşəyini Çinə bağlamaq istəmiş-
l
ər, güya çin dilində fırça bildirən bi (pir < pjet) sözündən türk dilində bi-
tik sözü yara
nıb.
212
  
Əvvəla,
 
türk 
yazı texnikası sırasına fırça sonralar daxil 
olub, ikincisi, türk  ya
zılarının sonunda
  
miditib ( bitidim)  sözünün  bitirdim 
anlamında işlənməsi gələnəyi vardır, üçüncüsü, monqol dilinə biçik şəklin-
d
ə keçən bitik sözü bıçaqla deyil, bitməklə homogendir, yəni bit- feilinin 
kökünd
ən bitirmək, bitər-bitməz, bitik kimi onlarla söz
 
yaran
mışır:  
   
bitik - kitab, 
yazı  
bitigü - mür
əkkəb 
piti(k) - cadu-piti   
bitikçi - 
yazıçı və s. 
Dilimizd
əki cadu-piti ifadəsi göstərir ki, qaya rəsmlərindən, pikto-
qram v
ə damğalardan simvolik işarəli yazıya keçən türk boyları yazı sə-
n
ətinə maqik  vasitə  kimi  baxmışdır.  Bitik  türk  əxlaqına uyğun  qiymət 
almış, onun zəruriliyi haqqında qanadlı sözlər yaranmışdır. Didaktik əsər 
kimi «
Qutadğu bilig» də bu sözə biganə qalmamışdır. Orada deyilir: 
Bitigsiz 
işig bek tutamas kö
ñ
ül.  
 «
Kitabsız (yazısız) iş yadda yaxşı
 
qalmaz».
 
Tarixi, elmi, b
ədii və dini mövzuda yazılmasından asılı olmayaraq, 
kitab yazmaq s
ənətinin ortaya çıxması artıq kitabçılıq kulturundan xəbər 
verir.  Samim
ənşəli olması şübhə doğursa da, kitab sözü bizə ərəblərdən 
keçmişdir.
213
 
 
Əlimizə  orta  əsrlərdə  üzü  köçürülmüş  nüsxəsi  gəlib  çatan 
q
ədim yazılı abidəmiz «Dədəm Qorqudun kitabı» məhz «Kitab» adlanır. 
Ərəb variantının təsiri ilə işlənmə tezliyini itirib ilkin anlamından yayınan 
bitik  sözü  bir  müdd
ət  kitab  ilə  paralel
 
işlənmişdir.
 
«V
ərqa
 
v
ə
 
Gül
şah» 
211
 
КЭСРЯ, 201; Akad dilindəki kunukku (kitab) sözü yorumun cin variantını rədd edir. 
212
 
ДТС,103; Mümkün olmayan bu cür fonetik dəyişmə bir yana qalsın, anlamaq olmur 
ki, çin dilind
ə r səsi olmadığı halda, pjet >pir əvəzlənməsi necə baş verir?     
213
 Sumer  dilind
əki dub (gil lövhə) və dub
š
ar  (kitab,
 
yazıçı)
 
sözl
əri akad dilində duppu
dup
š
arru 
şəklində  işlənir.
 
Türkm
ənşəli  küiniq  (rusca  kniqa)  sözünə  bənzəyən  kunukku 
deyimi akadca möhür
 
v
ə
 
möhürlü s
ənəd
 
anlamında işlənmişdir. Sami mənşəyi quşqu do-
ğuran və btk (bitik) sözünün sağdan oxunuşu
 
il
ə 
(
Yüklə 11,02 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin