Yekun hesabat



Yüklə 239,5 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix14.01.2017
ölçüsü239,5 Kb.
#5616
  1   2   3

 

 

 

 

 

MƏHKUMLARIN  İSLAH EDİLMƏSİNDƏ  VƏ PENİTENSİAR MÜƏSSİSƏLƏRİN 

FƏALİYYƏTİNƏ İCTİMAİ NƏZARƏTİN  HƏYATA KEÇİRİLMƏSİNDƏ 

İCTİMAİYYƏTİN İŞTİRAKINI TƏMİN EDƏN İCTİMAİ KOMİTƏNİN 

 

 



 

 

 



2011-

ci  İL  ƏRZİNDƏKİ FƏALİYYƏTİNƏ DAİR 

  

  



  

  

  



                                                 YEKUN  HESABAT  

  

  



  

Hesabat İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev tərəfindən 

hazırlanmışdır 

  

  



  

 

 



BAKI-2012 

  

 

 



MÜNDƏRİCAT  

 

XÜLASƏ 


 

1. 

MƏHKUMLARIN ISLAH OLUNMASINDA IŞTIRAK  

1.1.  M


əhkumların hüquqi maarifləndirilməsi 

1.2. F


ərdi tərbiyəvi işin aparılması 

1.3. Əcnəbi məhkumlara yardım edilməsi 

1.4.  M

əhkumlara və onların yaxın qohumlarına mənəvi dəstək 



1.5. M

əhkumların azadlığa hazırlanması  



 

2. 

İCTIMAİ NƏZARƏTDƏ İŞTİRAK 

 

             2.1. 

İK üzvlərinin CÇM-lərdə həyata keçirdikləri başçəkmə-monitorinqlər  

             2.2. 

Saxlanma şəraiti ilə tanışlıq 

a.

 

Yaşayış şəraiti 



b.

 

Məşğulluq və iş yerlərində şəraiti 



c.

 

Asudə vaxtın təşkili  



d.

 

Xarici aləmlə əlaqə  



e.

 

Görü


şlər üçün şərait   

f.

 

Cəza kameralarında vəziyyət   



g.

 

Məhkumların təqaüdlə bağlı olan problemləri  



h.

 

Konfedensial görü

şlər  

i.

 

Tibbi Hissədə vəziyyət və tibbi yardıma çıxışın vəziyyəti  



j.

 

Personalın davranışı və ya pis rəftarın olub- olmaması  



k.

 

Qüvvə tətbiqi hallarının olub olmaması  



l.

 

İşçi  heyət  üçün  yaradılmış  əmək  şəraiti  və  işçilərin  əmək  və  sosial  hüquqlarının 

təmin olunma vəziyyəti  

2.2. Kütl

əvi tədbirlərdə iştirak, işçi heyət və məhkumlarla görüşlər keçirilməsi 

2.3. M


əhkumların qəbulunun aparılması 

2.4. Normativ-hüquqi aktlarla v

ə məhkəmə qərarları ilə tanış olma 

2.5. Hüquq v

ə azadlıqların təmin olunması ilə bağlı rəhbərliyə müraciət 

2.6. Qanunvericiliy

ə dəyişiklik edilməsi üzrə təklifin verilməsi 

              2.7. 

Hüquq v

ə  azadlıqların  təmin  olunması  üzrə  Komitənin  hesabatının  tərtib         



olunması 

 

           3.  

  

İK-NİN DİGƏR FƏALİYYƏTLƏRİ  

               3.

1. 

İK-nin fəaliyyətinin KİV-də işıqlandırırlması 

               3.

2. İK-nin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi 

                

3.3. İK-nin veb-saytının təkmilləşdirilməsi 



 

4

NƏTİCƏLƏR  



5

TÖVSİYYƏLƏR  

            6. 

ƏLAVƏLƏR 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

XÜLASƏ  

  

      M



əhkumların    islah  edilməsində  və  penitensiar müəssisələrin  fəaliyyətinə  ictimai 

n

əzarətin  həyata keçirilməsində   ictimaiyyətin iştirakını  təmin edən  İctimai Komitə ( bundan 



sonra:  Ədliyyə  Naziri  yanında  Penitensiar  Xidmət üzrə  İctimai  Komitə)  Azərbaycan 

Respublikası Ədliyyə Nazirinin 25 aprel 2006-cı il tarixli 4-T saylı əmri ilə təsdiq olunmuş və 

27 aprel 2006-

cı  il  tarixində  Dövlət  qeydiyyatına  alınmış  “Məhkumların  islah  edilməsində 

ictimaiyy

ətin  iştirakı  və  cəzanı  icra  edən müəssisələrin fəaliyyətinə  ictimai nəzarətin həyata 

keçirilm

əsi  Qaydaları”  əsasında  fəaliyyət göstərir.  İctimai  Komitənin fəaliyyətinin  əsas 

istiqam

əti məhkumların  islah  edilməsində  ictimaiyyətin  iştirakını  təmin etməkdir. 



«M

əhkumların    islah    edilməsində  ictimaiyyətin  iştirakı  və  cəzanı  icra  edən müəssisələrin 

f

əaliyyətinə  ictimai nəzarətin həyata keçirilməsi  Qaydaları»na  uyğun  olaraq  Komitə  müvafiq 



dövl

ət və  qeyri-hökumət təşkilatları  ilə  məsləhətləşmələr  aparılaraq  yaradılmış  geniş  tərkibli 

Seçki Komissiyası tərəfindən formalaşdırılır.  

      Qaydalara 

əsasən İctimai Komitənin səlahiyyət müddəti bir ildir. İctimai Komitənin 

hazırda  səlahiyyətli olan 5-ci tərkibi  ilk  iclasını  18  fevral  2011-cu il tarixində  keçirmiş  və 

koordinatoru seçmişdir.  Komitənin ilk iclasında Əliməmməd Nuriyev səsvermə yolu ilə İctimai 

Komit


ənin Koordinatoru seçilmişdir.  Ədliyyə Naziri tərəfindən Qaydaların 3.10-cu maddəsinə 

uyğun  olaraq  Əliməmməd Nuriyevin komitənin koordinatoru seçilməsini təstiq  edilmişdir. 

Qaydaların 3.4. maddəsinə görə Komitə üzvünün səlahiyyət müddəti bir ildir. İctimai Komitənin 

dördüncü  t

ərkibi 10 nəfərdən ibarət  aşağıdakı  tərkibdə  seçlmişdir:     Zəlihə  Tahirova, Elmira 

Ələkbərova,  Səidə  Qocamanlı,  Zaur  Seyidzadə, Çingiz Qənizadə, Sahib Məmmədov, Elmari 

M

əmişov, Nazir Quliyev, Şahin Camalov və Əliməmməd Nuriyev. 



İctimai  Komitənin 5-ci tərkibi  səlahiyyət müddətində  təsdiq etdiyi fəaliyyət  planına 

uyğun  olaraq    Ədliyyə  Nazirliyinin Penitensiar Xidmətinin bütün cəzaçəkmə  müəssisələrinə 

başçəkmələr-  monitorinqlər  etmiş  və  İK-nın    yığıncaqları  mütamadi    keçirilmişdir.  İctimai 

Komit


ənin veb səhifəsi təkmilləşdirilmişdir.  İctimai  Komitənin fəaliyyəti ölkə  və  beynəlxalq  

ictimaiyy

ətin və  kütləvi  informasiya vasitələrinin diqqətində  olmuşdur.  Bütün  başçəkmələr-

monitorinql

ərlə  bağlı  press-relizlər  hazırlanmış  və  ölkənin  bütün  aparıcı  informasiya 

agentlikl

əri, qəzet və  saytlarında  yayılmışdır.  Ümumiyyətlə,  İK-nin fəaliyətinin  KİV-də 

işıqlandırılması kooridinatorin və Komitə üzvlərinin diqqət mərkəzində olmuşdir. KİV-in İK-nin 

f

əaliyyətinə  böyük diqqət göstərmiş  və  onun fəaliyyəti barədə  ictimaiyyətin 



m

əlumatlandırılması təşəbbüslərinə hərtərəfli dəstək vermişdir.  

Bu hesbata 2011-

ci  ilin  yanvarında  Məhkumların  islah  olunmasında  ictimaiyyətin 

iştirakının  təmin  olunması  və  penitensiar müəssisələrin fəaliyyəti üzərində  ictimai nəzarətin 

h

əyata keçirilməsi üzrə İctimai Komitənin 5-ci tərkibi formalaşdırdan sonra Komitənin fəaliyyəti 



il

ə bağlı məlumatlar  daxil edilib.  

 

 

 



 

 

 



 

 

1.

 

MƏHKUMLARIN İSLAH OLUNMASINDA İŞTİRAK 

 M

əhkumların hüquqi maarifləndirilməsi  

Az

ərbaycan  Respublikası  Ədliyyə  Naziri cənab Fikrət Məmmədov  Ədliyyə  Nazirliyi 



yanında  İctimai  Komitənin yeni tərkibi ilə  görüşərkən  İctimai  Komitənin  (İK)  əsas 

prioritetl

ərindən biri kimi məhkumlara hüquqi yardımın göstərilməsinin vacibliyini xüsusi qeyd 

etmişdir.  Məhkumlara hüquqi yardım göstərilməsi  İctimai Komitənin  əsas vəzifələrindən biri 

kimi daim diqq

ət mərkəzində saxlanılmışdır.. İK üzvlərinin hesabat dövrü ərzində  ümumilikdə 

291 m

əhkuma  hüquqi  yardım  göstərib.  Hüquqi  yardım  göstərilərməsi prosesində  İK  üzvləri 



Çingiz  Q

ənizadə,    Şahin  Camalov,  Nazir  Quliyev,  Sahib  Məmmədov,  Əliməmməd Nuriyev 

i

ştirak etmişlər. 



C

əzaçəkmə  müəssisələrində  hüquqi  yardım  həyata keçirilərkən bütün məhkumlar 

əvvəlcədən bu barədə məlumatlandırılmışdır. Hüquqi yardımın həyata keçirilməsində hər hansı 

m

əhdudiyyətlərə yol verilməmiş və bütövlükdə bu proses bütün məhkumlar üçün açıq və  əlçatan 



olmuşdur.  Müraciət edən məhkumlar tərəfimizdən fərdi qaydada –  təkbətək qəbul edilməklə 

prosesin konfidensiallığı təmin edilmişdir. Qəbul prosesində cəzaçəkmə müəssisəsinin personalı 

v

ə ya hər hansı digər şəxslər tərəfindən maneəçilik və ya müdaxilə halları baş verməmişdir.  



 

Hüquqi  yardım  zamanı    əsasən məhkumların  hüquq  və  qanuni mənafeləri ilə  bağlı  verilən 

suallar  cavablandırılmış,  onları  narahat  edən məsələlərlə  bağlı  qanunvericiliyin  tələbləri  geniş 

izah edilmiş, habelə müraciətləri ilə bağlı hansı prosedurları necə və hansı qaydada etməklə bağlı 

onlara müvafiq tövsiyy

ələr  verilmişdir.    Qeyd  etmək  lazımdır  ki,  məhkumların  müraciətləri  

əsasən ünvanlı sosial yardım, müavinətlər, təqaüdlər, nigah münasibətlərinə daxilolma qaydaları, 

mülkiyy


ət hüququ, amnistiya aktının tətbiqi qaydaları, əfv edilməsi ilə bağlı müraciət qaydaları, 

c

əzadan vaxtindan əvvəl azad etmək və yaxud da rejim növünün dəyişdirilməsi barəsində, eyni 



zamanda bar

ələrində  çıxarılan  məhkəmə  hökmlərinin “qeyri-obyektiv və  ədalətsiz” olması  ilə 

bağlı olmuşdur.  Hüquqi yardım göstərilərkən cəzaçəkmə müəssisələrində cəzaçəkən xarici ölkə 

v

ətəndaşlarına  da  hüquqi  yardım  göstərilmişdir.  Onların  müraciətləri daha çox cəzanın 



davamının  öz  ölkələrində  çəkməsi, nigah münasibətlərinə  daxil olmaq,  əfv olunmaq, əlilliklə 

bağlı pensiyaların verilməsi qaydaları ilə bağlı olub.  Məhkumlara hüquqi yardım göstərilməsi 

prosesi t

əkcə  onlara    şifahi  məsləhət verilməklə  deyil, həmçinin daha keyfiyyətli və  hərtərəfli 

hüquqi  yardımın  davam  etdirilməsi üçün onların  müvafiq  yazılı  müraciətlərin  hazırlanması 

qaydaları və  yaxud həmin məhkumların yaxın qohumlarının müvafiq instansiyalara və vəzifəli  

şəxslərə necə və hansı qaydada müraciət etmələri izah edilmişdir. Belə müraciətlər zamanı hər 

hansı  problemlə  üzləşərlərsə  bizə  müraciət etmək üçün əlaqə  telefonlarımız  və  ünvanlarımız 

onlara  verilmişdir.    Məhkumların  qaldırdığı  bir  sıra  məsələlər yerində  həll edilməsi üçün 

c

əzaçəkmə müəssisəsinin rəhbərliyinə çatdırılmışdır (bu daha çox nigaha daxil olmaq,  əfv ilə 



bağlı müraciət, habelə cazadan vaxtından əvvəl azad edilməsi ilə bağlı müraciətlər və s.) . Hər 

d

əfə  penitensiar müəssisələrə  baş  çəkərkən məhbuslara və  kitabxanalara milli və  beynəlxalq 



hüquqa dair onlarca çap m

əhsulu paylanırdı. 22.04.2011-ci il tarixində 2 saylı CÇM-in kitabxana 

fonduna 97 

ədəd kitab verilmişdir. Həmçinin 03.05.2011-ci il Tarixdə Komitə üzvləri tərəfindən 

11  saylı  CÇM-in kitabxana fonduna 60 bədii kitab, 63 məlumat  kitabları  və  13 hüquqi kitab 

olmaqla ümumilikd

ə 136 kitab verilmişdir. Bu fəaliyyət  İK-nın illik olaraq ənənə halını almış 


CÇM-l

ərin kitabxana fondunun zənginləşdirilməsi  kampaniyası  çərçivəsində  həyata 

keçirilmişdir. 

Komit


ənin üzvü Nazir Quliyev 10 Cəzaçəkmə Müəssisəsində Azadlıqdan Məhrumetmə 

Yerl


ərinin Müşahidəsi təşkilatının Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət 

D

əstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Cəzadan şərti azadetmə ilə bağlı maarifləndirmə 



işinin təşkili” layihəsinin eksperti kimi iştirak edərək məhkumların maarifləndirilməsini həyata 

keçirm


işdir.  

Qeyd etm


ək  lazımdır  ki,  məhkumlara  hüquqi  yardımın  həyata keçirilməsi  onların 

hüquqlarının daha dolğun  şəkildə müdafiə etməsinə imkan yaratmaqla yanaşı, onlar tərəfindən 

müvafiq orqanlara müraci

ət etmələrini təşviqinə səbəb olur. Bu isə həmçinin onların hüquq və 

azadlıqları  ilə  bağlı  biliklərlə  maariflənməsinə  və  dolayısı  ilə  islah prosesinə  və  personal ilə 

münasib


ətlərin keyfiyyətinə  də  müsbət təsir göstərə  bilər.  Düşünürəm ki, məhkumlara hüquqi 

yardımın davam etdirilməsi Penitensiar sistemdə aparılan islahatların təbiətində doğan bir vəsilə 

kimi qeyd edilm

əlidir.  



F

ərdi tərbiyəvi işin aparılması  

B

əzi məhbuslarla, xüsusilə, ömürlük azadlıqdan məhrum fərdi tərbiyəvi işlər aparılmışdır. 



Onlarla  görüş  zamanı  normativ-hüquqi  aktların  mövqeyi  və  həbsxana müdiriyyəti ilə 

münaqi


şələrin həlli  yolları izah edilmiş, saxlanma rejiminin tələblərini gözləməyin vacibliyinə 

diqq


ət yetirilmişdir.  Bir  sıra  hallarda  müdiriyyətin köməyilə  məhbusları  narahat  edən bəzi 

m

əsələlər yerində həll olunurdu. 



Əcnəbi məhkumlara yardımın edilməsi   

 

Penitensiar mü



əssisələrə baş çəkmə zamanı əcnəbi məhbusların vəziyyətinə xüsusi diqqət 

yetirilir. M

əhbusların  xahişi  ilə  onların  bəzilərilə  fərdi  görüşlər keçirilir, əsasən məhkəmə 

q

ərarlarının  appelyasiyası  və  ya vətəndaşı  olduqları  ölkəyə  köçürülmə  barədə  məsləhətlər 



verilirdi.  

Bu f


əaliyyətin nəticəsi olaraq Gürcüstan vətəndaşı  Giorgi  Geladzenin  cəzasını  çəkmək 

üçün Gürcüstana köçürülm

əsi məsələsi həll  olunmuşdur.  Qeyd  edim  ki,  ömürlük  azadlıqdan 

m

əhrum edilmiş əcnəbi məhbuslar vətəndaşı olduqları ölkəyə 2 dəfə (dekabr 2006 və iyun 2011-



ci ild

ə) göndərilib və hər iki halda bu Komitə üzvü qeyri-hökumət təşkilatının köməyi ilə həyata 

keçirilib. H

əmçinin, Koitəyə müraciət etmiş 4 İran, 1 Belorusiya vətəndaşlarının müraciətləri də 

baxılması və tədbirlər görülməsi üçün Penitensiar Xidmətin rəhbərliyinə göndərilmişdir. 

M

əhkumlara və onların yaxın qohumlarına mənəvi dəstək 

2011-ci il 

ərzində Komitə üzvləri tərəfindən intihara, aclığa və saxlanma rejimini pozmağa 

meylli m


əhbuslar və  onların  yaxın  qohumları  ilə  görüşlər  keçirilib.  Görüşlər  zamanı  hökmün 

çıxarılması və həbsxanalara yerləşdirildikdən sonra yaranan stresi aradan qaldırmaq üçün  onlara 

m

ənəvi dəstək göstərilirdi. Onların diqqəti zəruri problemlərin və hökmə yenidən baxılmasının 



daha sivil yollarına yönəldilirdi.  

Eyni zamanda m

əhkumların ailə üzvləri tərəfindən Komitəyə müraciətlər olunmuşdur ki, 

bunlar 


əsasən məhkumların  ailəsinə  daha  yaxın  cəzaçəkmə  müəssisəsinə  köçürülməsi, sosial 

müavin

ətlər, pis rəftar və işgəncə halları, tibbi xidmətlə təm olunması və digər məsələlərlə bağlı 

olmuşdur.  Məhkumların  qohumlarına  məsləhətlər  verilmiş,  müraciətləri  aidiyyatı  orqanlara 

gönd


ərilmiş,  həmçinin  Ədliyyə  Nazirliyi, Penitensiar Xidmət nümayəndələri və  cəzaçəkmə 

əssisələrinin rəhbərliyi ilə danışıqlar aparılaraq məhkumların qohumlarının müraciətləri təmin 



olunmuşdur. 

Bununla bel

ə, məhbusların  bu  və  ya digər psixoloji problemlərini ünvanlamaq üçün  

h

əbsxana psixoloqlarının yoxluğu daim hiss olunurdu.  



 

M

əhkumların azadlığa hazırlanması  

Başçəkmələr-monitorinqlər  zamanı  İK  üzvləri  azadlığa  çıxmağa  hazırlaşan  şəxslərlə 

görüşərək  onların  problemləri ilə  maraqlanmış,  hüquqi məsləhətlər  verilmiş,  onların 

probleml


ərinin həll olumasında köməklik göstərilmişdir.  

2011-ci ilin aprel-

oktyabr  ayları  ərzində  İK-nın  üzvü  olan  “Hüquq  Dünyası”  Hüquqi 

T

əbliğat İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət 



D

əstəyi Şurasının maliyyə dəstəyi ilə “Penitensiar müəssisələrdən azad olunan şəxslərin sosial 

adaptasiyası  işinin  təşkilinə  yardım”  layihəsi həyata  keçirilmişdir.  Penitensiar müəssisələrdən 

azad olunan şəxslərə  hüquqi məsləhətlər verilmiş, hüquqları dövlət orqanlarında, məhkəmələrdə 

v

ə digər qurumlarda müdafiə edilmiş və hüquqi sənədləri hazırlanmışdır (İddia ərizəsi, şikayət 



ərizələri,  sorğular).  Qeyd  olunan  problemlərin həll  olunması  keçmiş  məhkumların  cəmiyyətə 

adaptasiyasına kömək edir və onların yenidən cinayət törətməsinin qarşısını alır.  

 

2. İCTİMAİ NƏZARƏTDƏ İŞTİRAK  

 

Penitensiar mü

əssisələrə səfərlərin həyata keçirilməsi  

S

əlahiyyət müddəti  ərzində  Komitə  üzvlərinin  Penitensiar Xidmətin cəzaçəkmə 



əssisələrinə  başçəkmə-monitorinqləri  Qaydaların  6.1.4.  bəndinə  uyğun  olaraq  həyata 

keçirilmişdir  cəzaçəkmə  müəssisələrinə  başçəkmələr həyata keçirilmişdir.  Bütün  CÇM-lərdə 

başçəkmə-monitorinqlər  həyata  keçirilmişdir.  Səlahiyyət dövründə  başçəkmələrin  sayı  və 

başçəkmələrdə iştirak edənlərin tərkibinə dair məlumatlar aşağıda verilir.  

 

Başçəkmələr aşağıdakı qaydada keçirilmişdir:   

 



Kollektiv ba

ş çəkmələr (Komitə üzvlərinin tam tərkibi və ya əksəriyyəti iştirak etməklə);  

 

Bir neç



ə Komitə üzvünün iştirakı ilə həyata keçirilən baş çəkmələr.  

F

əaliyyət Planında baş çəkmələrin məqsədləri aşağıdakı şəkildə müəyyən olunmuşdur:  



 

Planlı baş çəkmələr (əvvəlcədən planlaşdırılmış);  



 

Tematik  başçəkmələr (məsələn, tibbi xidmətin vəziyyəti,  yaşayış  şəraiti, qidalanma və 



s.);  

 

T



əcili və ya şikyətlə bağlı başçəkmələr (və ya konkret hadisə, siqnal əsasında).   

S

əlahiyyət dövrü ərzində  konkret  şikayət  əsasında  2  cəzaçəkmə  müəssisəsində  3 



ba

şçəkmə-monitorinq həyata keçirilmişdir.   

İctimai Komitə üzvləri başçəkmə-monitorinqlər  zamanı  hesabatlar hazırlayaraq Ədliyyə 

Nazirliyn

ə təqdim etmişdir. Hesabatlarda cəzaçəkmə müəssisələrində mövcud olan problem və 

çatışmamazlıqlarla  yanaşı,  həmçinin müsbət və  digər müəssisələr üçün nümunə  ola biləcək 

hallara da yer verilmişdir.  

Saxlanma şəraiti ilə tanışlıq  

•  


Yaşayış  şəraiti  -  Bura məhkumların  yaşadıqları  yataqxanaların  ümumi  vəziyyəti, 

istilik v

ə  ventelyasiya sisteminin vəziyyəti, yataq dəstinin vəziyyəti və  təmizliyi,  şəxsi 

(gigiyenik) 

əşyaların  saxlanması  üçün  şərait,  otaqların  sanitar-gigiyenik vəziyyəti, hamam və 

sanitar  qovşaqların  vəziyyəti, hər məhkuma  düşən  yaşayış  sahəsinin  minimal  normaya  uyğun 

olub-

olmaması daxildir.  



Son ill

ər, məhkumların  yaşayış  şəraitinin  yaxşılaşdırılması  istiqamətində  mühüm 

addımlar atılmışdır. Əksər CÇM-lərdə məhkumların  yaşadığı  yataqxanalar əsaslı surətdə təmir 

edilmiş, yataqxanalrın qızıdırılması üçün tədbirlər görülmüş, yataqxanların daş döşəmələri taxta 

döşəmələrlə  əvəz  edilmişdir,  çarpayılar  təzələnmişdir,  camaşırxana  sistemi  yaradılmışdır. 

Bununla bel

ə, bəzi CÇM-lərdə sıxlıq müşahidə edilmişdir ki, bu da funksional yox  konstruksiya 

problemidir. Bu onunla bağlıdır ki, CÇM-lərin əksəriyyəri 19-ci əsrin axırlarında və  yaxud 20 

əsrin ortalarında tikilmiş,  yaxud başqa təyinatlı binaların təyinatının dəyişdirilməsi nəticəsində 

yaradılmışdır. Lakin nəzərə alsaq ki, artıq ölkəmizdə ədliyyə orqanlarının inkişafı ilə bağlı yeni 

Dövl

ət  Proqramı  qəbul  edilmiş,  bir  çox  yeni  CÇM-lərin tikintisinə  başlanmışdır  ki,  bu  da 



probleml

ərin aradan qaldırılması ilə nəticələnəcəkdir.  

Lakin bu müdd

ət  ərzində  bəzi  CÇM-lərdə  mərkəzləşdirilmiş  istilik  və  ventilyasiya 

sisteminin  yaradılması  məqsədəuyğun  olardı.  Eyni  zamnda  CÇM-lərdə  faktiki məhkumların 

sayını  nəzərə  alaraq, həmin  CÇM-lərin tutumu limitini azaldaraq, müvəqqəti də  olsa 

yataqxanalarda konstrukt

iv  sıxlığı  aradan  qaldırmaq  mümkündür  (məsələn, yataqxanalarda 

çarpayıların sayının azaldılması).   

•  M



əşğulluq  və  iş  yerlərində  şərait  -  Cəza çəkmə  müəssisələrində  məhkumların 

m

əşğulluğunun təmin olunması aktual problem olaraq qalmaqdadır.  Təəssüf ki, əvvəlki illərlə 



müqais

ədə  cəzaçəkmə  müəssisələrində  iş  yerlərinin  sayının  artımında  ciddi  dəyişikliklər 

olmamışdır.  Məşğulluqla  bağlı  nisbi  yüksək göstərici  15  saylı  və  4  saylı  cəzaçəkmə 

əssisəsində qeydə alınmışdır (məhkumların ümumi sayına nisbətdə).   



     C

əzaçəkmə  müəssisələrində  məhkumların  məşğulluğunun  təmin  olunması  islah  

prosesind

ə ən mühüm amillərdəndir. Cəzaların icrası Məcəlləsinə edilən dəyişikliklər nəticəsində 

işləyən məhkumlar  əlavə  tutmalardan (saxlanma xərcləri)  azad  edilmişdir.  Bununla  belə 

əssisələrdə yeni iş yerlərinin yaradılması prosesi ləngdir. Müəssisələrin dövlət satınlmalarında 



iştirak etmək imkanı geniş deyildir.  Baxış zamanı məhkumların əmək şəraiti, istehsalat prosesi 

zamanı  əməyin mühafizəsi və  təhlükəsizlik  texnikası  qaydalarına  əməl olunma vəziyyəti,  iş 

rejimi v

ə istirahət rejiminə əməl olunub olunması diqqətdə saxlanılmış, çatışmamazlıqlarla bağlı 

müdiriyy

ətə  iradlar  bildirilmiş  və  hesabatlar  hazırlanmışdır.  Cəzaçəkmə  müəssisələrində 



m

əhkumların  məşğulluğu  sahəsində  problemlərin  aradan  qaldırılması  məqsədilə  aşağıdakı 

t

ədbirlərin görülməsi tövsiyyə olunur: 



1.

 

Nazirl



ər Kabineti tərəfindən  “Pentiensiar sistemin  cəzaçəkmə  müəssisələrində 

m

əşğuluğunun artırılması və məhkumların əməyə cəlb edilməsi haqqında” qərar qəbul edilməsi.  



Bu q

ərarda CÇM-lərdə məşğuluğunun artırılması və məhkumların əməyə cəlb edilməsi sahəsində 

öz

əl sektorun cəlb edilməsi və iştirakı ilə bağlı məsələlər də əksini tapması məqsədəuyğun olardı.  



2.

 

CÇM-l



ərdə məşğuluğunun artırılması və məhkumların əməyə cəlb edilməsi 

sah


əsində  məhkumların  özlərinin    iştirakına  şərait  yaradılması.  İK  üzvləri ilə  görüşlərdə 

m

əhkumların özləri bu barədə təkliflərlə çıxış ediblər. 



3.

 

 Xususil



ə  ömürlük  azadlıqdan  məhrum  edilmiş  məhkumların    məşğulluq 

m

əsələlərinə xüsisi diqqət yetirilməlidir.  



4.

 

Bakı  şəhərində  məhkumların  əl  əməyi məhsullarının  satışa  çıxarıldığı  xüsusi  bir 



mağazanın  açılması.  Məhkumların  əl  əməyi ilə  bağlı  təşkil  olunmuş  sərgidə  maraqlı  əl  işləri 

nümayiş etdirilirdi və düşünürük ki, bu əl işlərinin satışı reallaşdırıla bilər. 

5.

 

M



əhkumların əl əməyi məhsullarının, yaradıcılıq işlərinin internet vasitəsilə satışına 

imkan ver

əcək xüsusi veb saytın yaradılması və ictimaiyyətin bu barədə məlumatlandırılması bu 

istiqam


ətdə əhəmiyyətli təşəbbüs olardı. 


Yüklə 239,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə