Yazı Bu ensiklopedik xarakterli ekspromt-fantaziya tipli



Yüklə 2,06 Mb.
səhifə4/24
tarix09.02.2017
ölçüsü2,06 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   24

(май 1990)
***
Qəribə idi ki, hələ üzünü görmədən və özünü tanımadan yalnız kitablarını oxumaqla hörmət bəslədiyi Anarla hər görüş və yaxından müşahidə anları Akif Əlidə bu adamın nəsə cod bir auraya malik olması təəssüratını yaradırdı. Müasir dəblə geyinib çiynindən qara çanta asan, ağıllı ədayla başını aşağı salıb, belini bükərək düşüncələr içində üç qrasioz gözəlin çimişdiyi hovuzlu “Molokan” bağının yanından keçib işə və evə gedən yazıçı Anarın uzaqdan cəlbedici, hətta maraqlı, bir qədər “mübhəm ziyalı” görkəminin əslində “suyun lal axanı, adamın yerə baxanı” zərb-məsəlinə uyğunluğu, beləsinin necə deyərlər, şəxsiyyət kimi pərəstişə layiq olmadığı barədə qənaət Akif Əlidə ilk dəfə 1983-cü ildə formalaşmağa başladı.

Tələbəlik illərinin “xoş xaş iyili” xatirələri altında “Molla Nəsrəddin-66” kitabının müəllifini “millət dərdi çəkən ziyalı” bilib fəxr etdiyi o uzaq sovet dönəmlərində gənc Akif Əli V.Mayakovskinin “Taxtabiti” pyesinin tərcüməsi üzərində işləyirdi. Bolşeviklərə inanıb “Agitbriqada”lara qoşulan və sonra “bolşeviklərin” içərisinə necə dəhşətli qaniçənlərin doluşduğunu görüb xəyal qırıqlığına uğrayan, həqiqəti anlayan kimi də dərhla günahını yumaq üçün gicgahına güllə sıxan Vladimir Mayakovskinin qeyri-adi dərəcədə istedadla yazdığı bu pyes Akif Əliyə güclü təsir etmişdi. O, mütləq əsəri dilimizə çevirməyi qərara almışdı. Ancaq tərcümə prosesində bir delikat məsələni dəqiqləşdirməyi özünün ədəbi vicdanı üçün borc bilən Akif Əli fürsət tapıb Anardan soruşdu: “Anar müəllim, mən Vladimir Mayakovskinin “Taxtabiti” pyesini tərcümə etmək istəyirəm. Bilirəm ki, hörmətli xalq şairi Rəsul Rzanın da Mayakovskidən çoxlu tərcümələri var. Deməzsiniz, o “Taxtabiti” əsərini tərcümə edibmi?”

Rəsul Rzanın Mayakovskidən tərcümələr etdiyini və onun yaradıcılığından kifayət qədər bəhrələndiyini hamı bilirdi. Akif Əli təhsil aldığı Rus dili və Ədəbiyyatı institutunda da müəllimlərindən bunu eşitmişdi, özü də hardasa oxumuşdu və ona görə də tərcümədən öncə məşhur şairin “Taxtabiti” kimi gözəl bir əsəri tərcümə edib-etmədiyini dəqiqləşdirmək istəyirdi. O, Rəsul Rzanın artıq gördüyü bir işi nahaqdan təkrar etməmək üçün bunu öyrənmək istəyirdi. Dissertasiya yazdığı vaxtlar tez-tez böyük filosof Asif Ata ilə rastlaşdığı M.F.Axundov adına Kitabxananın kataloqlarında “Taxtabiti”nin tərcüməsini axtarıb tapa bilməmişdi. Amma hər ehtimala qarşı arxayınlıq üçün Anara da müraciət etdi ki, sonradan anlaşılmazlıq olmasın. Haqqında danışdığımız epizodik rastlaşmaların birində ehtiramla soruşdu: “Anar müəllim, sevimli xalq şairimiz Rəsul Rza Mayakovskinin “Taxtabiti” pyesini Azərbaycan dilinə tərcümə edibmi?” Anarın cavabı isə öz qəribəliyi ilə gözlənilməz oldu. Hətta o dərəcədə qəribə və gözlənilməz oldu ki, aradan uzun illər keçsə də yaddan çıxmır. Anar belə dedi: “Bilmirəm, bəlkə də tərcümə edib...”

Həqiqətən qəribəydi deyilmi?

Həmişə əsərlərini diqqətlə oxuduğu və dövrün cansıxıcı rusbabı saldafon ideologiyası mühitində azacıq bir milli nəfəslik kimi dəyərləndirdiyi yazıçını Akif Əli öz təsəvvüründə həm də bütöv şəxsiyyət kimi yaratmışdı. Amma atası ilə bağlı suala belə laqeyd cavabı heç gözləmirdi. Necə yəni “Bəlkə də edib...”? Bütün aləm bilir ki, valideynləri üçün yanıqlı və sızıltılı göz yaşları içərisində yazılmış ən sentimental ithafın müəllifi Anar Rəsul oğludur. O, Rəsul Rzanın həyat və yaradıcılığına dair hər xırda detalı, ən kiçik nüansı belə tam təfərrüatı ilə bildiyi, hamı kimi öz atası ilə nəfəs aldığı və düz də elədiyi halda, necə ola bilərdi ki, belə məşhur və iri həcmli pyesə atasının müraciət edib-etmədiyini bilməsin? İnanmaq olmur! Və Akif Əli də Anara olan bütün hörmətinə baxmayaraq, inanmadı. Onun qeyri-müəyyən biganə cavabının səbəbi üzərində çox düşündü. Anardan fərli bir cavab almadığı üçün öz işini davam etdirdi. “Taxtabiti” pyesinin tərcüməsini başa vurub onu Şəki Teatrının bədii rəhbəri və baş rejissoru, dostu Hüseynağa Atakişiyevə təqdim edəndə də, bu tərcümə əsasında Azərbaycan Radiosunun Ədəbi-dram verilişləri baş redaksiyasında tamaşa hazırlanıb efirə veriləndə də və günü elə bu gün də Akif Əli bu barədə düşünür: axı o necə cavab idi?! “Bəlkə də edib...” nə deməkdir?

Anarın bu cavabı, əlbəttə, biganəlikdən doğmurdu, o atasını sevirdi və onunla bağlı hər sözə həssasdır, diqqətlidir. Deməli bu qeyri-müəyyən cavab nəsə başqa məqsəd güdürdü. Nə?

Çox götür-qoydan sonra belə qərara gəldi ki, bu cavab qısqanclıqdan doğub. Görünür Anar qarşısındakı cavan yaradıcının “Rəsul Rza temasına” müdaxilə etmək niyyətindən xoşlanmamışdı. Ancaq salam-sağolları olduğundan qəzəbini açıq büruzə vermək istəməmiş, elə-belə laqeyd bir tonla gənci “monopoliyaya” müdaxilədən çəkindirmək istəmişdi. Bir halda ki Rəsul Rza həqiqətən çox məşhur olan bu pyesi tərcümə etməyib, ya edə bilməyib, ya unudub, ya hər nə isə, onda qoy məsələ konkretləşmədən elə qeyri-müəyyən qalsın və yaddaşlara “yox” informasiyası yazılmasın. Gənc “konkurent” isə elə güman etsin ki, bəlkə də Rəsul Rza əsəri tərcümə edib və “papanın mövzusundan” əl çəksin...

Bu düşüncə axarına alternativ variantda təmiz adam niyə atasının adı olan yerdə belə pinti cavab versin ki?! Hər halda Anar özü bunu başqa cür izah edə bilər, öz təfsirində yoza bilər. Bu onun öz işidir. Güman ki, belə xırda, bəlkə də Anarın nəzərində “əhəmiyyətsiz” epizodlar çox adamla olub, amma o nəzərə almayıb ki, məhz həmin xırda-xırda “qeq”lərdən hər bir adamın qəlbində iri bir Anar obrazı yaranır... Biz artıq uzun illərin müşahidələri nəticəsində onun daxili konstitusiyasına, təfəkkür tərzinə və düşüncə mexanizminə kifayət qədər bələd olduğumuzdan ona da qəti əminik ki, bütün hallarda Anarın bu sayaq qınaqlara verəcəyi cavablar özündən müştəbeh bir adamın hikkəli bəraət cəhdlərindən başqa bir şey olmayacaqdır...

Qoy nə deyir desin!

***


...Mayakovski əhvalatından xeyli keçmişdi. Akif Əli istedaddan məhrum olmayan bir jurnalist, yazıçı-publisist, satirik, ssenarist, filoloq alim kimi ilk uğurlu addımlarını atır, yaradıcı ziyalı kimi kifayət qədər tanınırdı. Kitabları, məqalələri, satirik yazıları, radio, televiziya verilişləri mədəni ictimaiyyətin diqqətini cəlb edirdi, yazıları oxucu marağına səbəb olurdu.

Bir dəfə şair Nəriman Həsənzadə ona dedi: “-Atamın goru haqqı, sən lap Mirzə Cəlil kimi yazmısan o “Cibsiz xalat”ı... Ayə nə qədər güldüm! Necə ustalıqla vermisən... Halal olsun!”


***
Akif ƏLİ. Ağ xalat (Məzhəkə)

Bu aь xalatы geyяn yox idi.

Tяrtяmiz, ağappaq, niшastalы-цtцlц haldaca xяstяxana anbarыndan asыlыb qalmышdı.

Yыrtыьı-yamaьы da yox idi ki, deyяsяn ayыbdыr deyя geymirlяr.

Bu xalatы tяsяrrцfat mцdiri xяstяxanaya tяzя iшя girяn cavanlы-qocalы чox hяkimя tяklif elяmiшdi. Yaxыn duran yox idi. Nə təcrцbяli, nя tяcrцbяsiz bir hяkim ona sahib olmaq istяmirdi. Юzlяri evdяn başqasыnы tikib gяtirirdilяr, amma bu hazыr mala yiyя durmurdular.

Allahu-Əkbяr!

Təkcя baьbanыn o xalatda gюzц vardы. Чцнки o da bu fani dцnyada bir dяфя aь xalat geyib hяkimlяrя qoшulmaq istяyirdi.

Tяsяrrцfat mцdiri bir dяfя xalatы bir yaшlı hяkimя gюstяrdi. Hяkim alыb o цz-bu цzцnя baxdы vя baшыnы bulayыb geri qaytardы.

Bir ortayaшлы hяkim isя bir az fikirlяшяndяn sonra xalatы geyinib sяhяr-sяhяr palatalarы gяzdi vя sonra da xяstяxanada bir dюvrə vurub gяtirdi dinmяz-sюylяmяz asdы yerinя.

Sяhяrisi юzцnя evdяn baшqa xalat gяtirdi.

Bir gцn institutu tяzя qurtarыb gяlmiş bir gяnc hяkim tapыldı ki, bu xalatы alыb dinmяzcя geydi, getdi iшinin dalыnca. Tяsяrrцfat mцdiri rahatca nяfяs aldы ki, şцkr, bu da belя getdi. Baьbana da dedi

ki, odur, axыrыncыsы qalmышdı, onu da verdim getdi. Baьban bikeflяdi ki, bяs mяnim tяmiz aь xalat geymяk arzum, filan-beшmяkan... Tяsяrrцfat mцdiri qayыtdы cavabыnda dцşdц bunun цstцnə ki, a kişi, sяn aь xalatы neynirsяn? Sяn hara, tяmiz xalat hara? Kюhnə plaшdan-zaddan tap keчirt яyninя. Aь xalat hяkimlяrчцndцr. Hяkimin niшanяsidir, adыdыr, шanыdır, шяrяfidir aь xalat...

Sяn iki dяqiqяnin iчində onu lяkяlяyяrsяn, bihюrmət elяyяrsяn...

Amma цч gцndяn sonra, cяmi цчжя gцndяn sonra gяnc hяkim dя gяtirib dinmяz-sюylяmяz xalatы tяhvil verdi tяsяrrцfat mцdirinя vя gцlцmsяyя-gцlцmsяyя чяkilib getdi.

Əшшяdцn-Allah!

-A kişi, gяl, gяl apar geyin bu xalatы, heч kim istяmir. Deyяsяn sяnin gюzцn arxasыnca qalыb deyя baxtы aчыlmыr. Apar istяyirsяn lяkяlя, istяyirsяn чirklяndir, istяyirsяn lap...

Baьban sevinя-sevinя tяptяzя, aьappaq, niшastalы-цtцlц xalatы яyninя keчirib yaxasыnы bяrk-bяrk dцymяlяdi və birdяn-birя mяnsяbя чatmыш gюrmяmiш adamlar kimi vцqarlы gюrkяm alыb шяst ilя baьчada atыb gяldiyi qara шlanqa tяrяf addыmladı. Kiшi hяyяcandan яllяrini dя qoymaьa yer tapmыrdı. Чцnki xalatыn cibi yox idi.

Cibsiz idi bu xalat, ay sяni yaradana qurban olum...

Bu da belя!

(1985)
***
Yeri gəlmişkən, sonralar bu “cibsiz ağ xalat” motivi üzrə Akif Əli ssenari yazdı və kinostudiyanın direktoru, naturaca çox xeyirxah insan olan Ziyafət Abbasovun xeyir-duası ilə kinorejissor Vaqif Mustafayev bu ssenari əsasında “Mozalan” satirik kinojurnalının klassik nümunələrindən birinə çevriləcək həkimin xalatının cibləri mövzusunda çox mənalı bir süjet çəkdi...

Ümumiyyətlə, yaşıdları arasında kifayət qədər məhsuldar ədəbi-bədii yaradıcılıqla məşğul olan Akif Əli 1987-cu ildə növbəti sanballı tərcümə işini ortaya qoydu. Dahi rus yazıçı-publisisti, filosofu, inqilabçı-demokratı, çar Rusiyasının çürük mahiyyətini güclü bədii-fəlsəfi-publisistik qələminin qüdrəti ilə ifşa edən A.Hertsenin “Olmuşlar, düşüncələr” kitabını ilk dəfə Azərbaycan dilinə tərcümə etdi. Həqiqətən çox böyük əziyyətlər, yaradıcılıq axtarışları, sözün əsil mənasında yuxusuz gecələr hesabına başa gələn bu qalın tərcümə kitabı “Gənclik” nəşriyyatında “Dünya uşaq ədəbiyyatı kitabxanası” seriyasının 30-cu cildində, xalq yazıçısı Mirzə İbrahimovun tərcümə etdiyi V.Çernışevskinin məşhur “Nə etməli?” romanı ilə bir topluda qoşa nəşr edildi.

Azərbaycanda Hertsenin bu əsəri ilk dəfə idi tərcümə olunurdu (yeri gəlmişkən, sonralar başqa bir böyük rus ədibi, bu dəfə sovet imperiyasının iç üzünü açıb ifşa edən Aleksandr Soljenitsının əsərini də ilk dəfə “Xəzər” jurnalı üçün Akif Əli dilimizə tərcümə edəcəkdi). Açığı, Az.TV-də Baş redaktor vəzifəsində çalışan Akif Əlidən A.Hertsenin romanını tərcümə etməyi şair Çingiz Əlioğlu xahiş etmişdi: “Çox ağır əsərdir, bəy (bu “bəy” kəlməsi hələ çox sonralar, 1990-cı illərdə demokratiya dalğasında dəbə minsə də, Çingiz Əlioğlu sovetin ən gur vaxtılarından bu müraciət formasını işlədirdi), neçə yazıçıya təklif etmişik, orijinalı vərəqlədikdən, əsərlə tanış olduqdan sonra tərcümədən boyun qaçırıb ki mənlik deyil... Amma kitab nəşriyyatın planındadı... Bəlkə razı olasan?...”

Akif Əli A.Hertsenin bu məşhur əsərilə də hələ institut illərindən tanış idi və onun dilinin mürəkkəb ifadələrlə, ibarəli priyomlarla zəngin olduğunu, bütün əsər boyu dərin fəlsəfi-publisistik təhkiyyənin hökm sürdüyünü bilirdi. Gözəl insan və gözəl pedaqoq Məmməd Qocayevin valehedici mühazirələrində bu orijinal üslublu əsərin ədəbi məziyyətləri haqqında çox maraqlı mühazirələr dinləmişdi. Odur ki, əziz dostu Çingiz Əlioğlunun təklifinə etiraz etmədi və özünün televiziyada işlərinin çox olmasına baxmayaraq, tərcüməni öhdəsinə götürdü, işlədi, yüksək səviyyədə başa çatdırıb nəşriyyata təhvil verdi. Bu sanballı əsər gənc nəslin dünyagörüşünün inkişaf etdirilməsi, təsəvvür və təxəyyülünün genişlənməsi, xüsusən filoloqlar, tarixçi alimlər üçün 19-cu əsr çar Rusiyasının ictimai-siyasi mühitini öyrənmək baxımından, həm də mədhiyyələr üstündə yox, ciddi bir inqilabçı-demokratın kəskin tənqidi fikirləri prizmasından öyrənmək üçün çox qiymətli mənbədir.


Akif Əli adətən öz kitablarını dosta-tanışa hədiyyə edir. Bu da ailə tərbiyəsindən irəli gələn bir vərdişdir. İlk dəfə 10 yaşı tamam olanda Lənkəran rayon prokurorluğunda müstəntiq işləyən atası Əli Məhərrəmov ona Bakıdan nəfis tərtibatla EA-nın nəşri olan 5-cildlik “Azərbaycan nağılları” kitabını hədiyyə gətirmişdi. Və üstündə də nəzmlə öz diləyini yazmışdı: “Əziz oğlum, 10 yaşının tamamında sənin üçün kitabdan yaxşı hədiyyə tapa bilmədim, çünki mən səni həmişə məğrur, başı uca görmək istəyirəm, həyatda ucalıq, üstünlük üçünsə ən yaxşı yol - kitabdır, çünki kitabda bilik də, məna da boldur; xahiş edirəm bu hədiyyəmi qəbul edəsən.” Bəli, o vaxtdan Akif Əli kitabı həyatda ən dəyərli hədiyyə sayırdı.
O, Hertsenin “Olmuşlar, düşüncələr” kitabından bir nüsxə götürüb böyük fəxrlə, fərəhlə, həyəcanla sıralarına yenicə qəbul olunduğu AYB-yə getdi. Yəqin ki Birliyə yeni qəbul olunan bütün gənc yazıçılar kimi, o da güman etmişdi ki, burada Azərbaycan ədəbiyyatına xidmət edənlərin hamısını səbrsizliklə gözləyir, həyəcanla qəbul edir, fərəhlə yola salırlar...

Dediyimiz kimi, Vaqif İbrahimoğlu, Ramiz Həsənoğlu və başqa ümumi dostların sayəsində Anarla normal münasibətləri vardı.

AYB-də qəbul komissiyasının məsul katibi işləyən mərd insan, dəyərli ziyalı, gözəl yazıçı-publisist Elmira xanım Axundovanın əlinin səliqəsi, niyyətinin xoş məramı ilə üzvlüyə qəbul olunduğu AYB-də üçüncü mərtəbəyə qalxıb sədrin kabinetinə tərəf getdi. Dəhlizdə kimsə yox idi. Tam sakitlik idi. O, astaca qapını döyüb içəri girəndə “metr” heç qımıldanmadı da. Fikri eyni vaxtda həm dağda - həm aranda olan adamlar kimi dümdüz baxsa da, sanki heç nə görmürdü.

AYB sədrinin qəbula gələnləri belə saymazyana (daha doğrusu etinasızlıqla, dərinə varsaq – mədəniyyətsizcəsinə) qarşılaması çoxlarını, yumşaq desək, heyrətə gətirmişdi. Uzun illər sonra, 2004-2005-ci illərdəki “Anar-Akif Əli debatlarında” Akif Əli-yə telefon açaraq onu dəstəklədiklərini bildirən yaradıcı adamlardan neçəsi “metrin” məhz bu saymazyanalıq xüsusiyyətini vurğulamışdı. Hətta bir neçə kitabın müəllifi, tanınmış ziyalı, elmlər doktoru, professor Abbas Axundbəyli bu mövzuda xüsusi məqalə də yazmışdı. Professor həmin məqalənin dərc olunduğu qəzeti oxumaq üçün Akif Əliyə göndərdi...


Bəli, 1989-da AYB sədrinin kabinetində ötəri salam-kəlamdan sonra Akif Əli yeni kitabını sədrin stolunun üstünə qoyub etika naminə “imkan taparsa vərəqləməyi” xahiş etdi. Ancaq Anar kitaba baxıb dərhal imkan tapdı və elə oradaca vərəqləməyə başladı. Hətta belə hallar üçün nəzərdə tutulan bir-iki ümumi xoş söz də dedi. Sonra dost münasibətini göstərmək üçün kitaba resenziyanı kimin yazacağı ilə maraqlandı. Amma Akif Əli bu qəfil soruya hazır olmadığından cavab verə bilmədi. Duruxdu. Çünki o bu barədə heç düşünməmişdi. Sadəlövhcəsinə onu düşünmüşdü ki, bəlkə heç resenziya yazılmalı iş alınmayıb?! Bəlkə əksinə, kimsə tənqid edəcək tərcüməni? Əvvəlcə oxuyub tanış olmaq lazımdır... və s. Gənc yazıçının duruxduğunu görən təcrübəli yazıçı xeyirxahlıq missiyasını sonadək davam etdirdi: “Əgər hələ yoxdursa, özün kimi istəyirsən de, mən tapşırım yazsın.” Akif Əli avtomatik olaraq belə lütfkarlığa görə təşəkkür edib bir az da düşündü, fikirləşdi və istedadlı ədəbiyyatşünasları bir-bir göz önünə gətirdi. Təbii ki, bu çözələmə bir-neçə saniyənin içində baş verirdi. Nəhayət, o, ad çəkdi: “Vilayət Quliyev”. Akif Əli Vilayət Quliyevi çoxdan və çox yaxşı tanıyırdı, yəni hələ Vilayətin aspirant vaxtlarından onunla dostluq edirdi, radionun şöbə müdiri kimi əlində olan imkan daxilində bu istedadlı ədəbiyyatşünas dostuna mütəmadi kömək göstərirdi (qeyd: otuz illik tarixə malik bu “konfidensial sirrin” üstündən artıq vaxt qadağası keçdiyi üçün yəqin ki açıqlamadan Vilayət Quliyev də inciməz).

Akif Əli Vilayətin adını çəkəndə bu dəfə, nədənsə Anar fikrə getdi. Sonra qəti şəkildə dedi: yox, Vilayətdən başqa kimi istəyirsən de, tapşırım yazsın... Ona yox!

Akif Əli məqamın özəlliyini Anarın mimikasından və danışıq tonundan anladı (tele-radio işçiləri belə nüanslarda həssas olur), öz “səhvini” dərhal başa düşdü.

“Səhvi” nədə idi? Söhbət o dövrlərdən gedir ki, o zamanlar istedadlı gəncliyi və sürətlə inkişaf edən yazıçı Elçin Əfəndiyevi sevməyənlər gənc tənqidçi-ədəbiyyatşünas, filologiya elmləri namizədi Vilayət Quliyevi də sevmirdilər. Hətta qeybət söhbətlərində ona “Elçinin şəxsi tənqidçisi” ayaması taxıb istehza edirdilər... Ancaq obyektivliyinə şübhə etmədiyi Anarın da gəncliyi və Elçini sevmədiyini Akif Əli bu məqamadək bilmirdi, heç təsəvvürünə də gətirmirdi və kim desəydi inanmazdı, - çünki Anarın obrazı hələ cəmiyyətdə “super-ziyalı” kimi dövriyyədə idi.

Anarın başqa ad təklifinə bu dəfə Akif Əli susdu, heç nə demədi, heç bir başqa ad çəkmədi. Çünki Akif Əli xaraktercə sabit və stabil adam idi. Dostluğa da, əqidəsinə də sədaqətli idi. Heç vaxt öz şəxsi mənafeyinə görə kimisə güdaza verməzdi. Heç vaxt təmənna güdüb ədaləti pozmazdı...

Odur ki, qalxıb AYB sədri ilə sağollaşdı və otaqdan çıxdı.

Həmin hadisədən sonra o bir də nə Anarın otağına getdi, nə ona söz dedi, nə kitab bağışladı, nə onun kitabını alıb oxudu, nə də görüşmək arzusunda oldu... Ümumiyyətlə, bir daha AYB-nin həndəvərinə yaxın getmədi...

Çünki o, dənizin suyunun şor olduğunu bilmək üçün onu vedrə-vedrə içənlərdən deyildi.


***
“Bu insan niyə belədir?

Axı istedadlı adamı görməmək, görüb etiraf etməmək olmaz.

Sadəcə olmaz.

Əgər o həqiqətən istedadlıdırsa, demək istedadı ilə bu xalqın inkişafına xidmət edir.

Onun istedadından bu xalqa fayda gəlirsə və əgər sən də bu xalqı sevirsənsə, onda necə ola bilər ki onun istedadlı nümayəndəsini sevməyəsən?!

Axı heç bir olay xalqa xidmət edən fitrən istedadlı adamı rədd etməyə səbəb ola bilməz.

Yox əgər sənin hikkən istedadlı adama paxıllıqdan irəli gəlirsə, demək sən artıq “super” deyilsən...”

***


Kiminsə yaşam və düşüncə tərzini, kiminsə daxili məntiqini, fəaliyyətini anlamaq və inanmaq istəyirsənsə, onun keçdiyi həyat yoluna bələd olman gərəkdir. Amma təəssüf ki hər kəsin ömür yolunu öyrənməyə adamlarda vaxt, həvəs, hövsələ, maraq olmur...

***


Əli Məhərrəmov tanınmış hüquqşünas idi. II Dünya Müharibəsində Polşada yaralanıb qayıtdıqdan sonra hüquq təhsili alıb, uzun illər respublikanın prokurorluq və məhkəmə orqanlarında işləmişdi. Prokuror, mühüm işlər müstəntiqi, Ali Məhkəmənin üzvü kimi məsul vəzifələrdə çalışaraq ağır cinayətlərin açılmasında, respublikada kriminogen durumun sağlamlaşdırılmasında, qanunçuluğun təmin edilməsində öz xidmətlərini göstərmişdi. Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları arasında böyük hörmətə, nüfuza malik idi. Əli Məhərrəmov 1977-ci ildə 54 yaşında qəflətən vəfat etdi. Dedilər ürəyindəndi...Təəssüf ki, o vaxt bu sirri nə açan, nə araşdıran oldu. Rəhmətliyin uşaqlarının yaşı az, böyüklərinin isə hüznü çox idi... Aradan uzun illər keçsə də, hüquqşünas Əli Məhərrəmovun xatirəsi sistem işçiləri arasında yenə də hörmətlə yad edilir. Əli Məhərrəmovun ölkə qarşısında xüsusi xidmətlərindən biri də vətən üçün layiqli övladlar yetirməsi olub. Və fizik, rəssam, filoloq, pedaqoq olan bu övladlar həyatda həmişə vətənin şərəfini atalarının şərəfi kimi uca tutublar...

1952-ci il fevralın 22-də Azərbaycanın mədəniyyət beşiyi olan füsunkar Şuşada prokuror Əli Məhərrəmovun kiçik oğlu dünyaya gəldi. Bakıdakı 16 nömrəli orta məktəbi bitirəndə Akif Əliyə təklif olundu ki, atasının yolu ilə getsin, sənədlərini Dövlət Universitetinin hüquq fakultəsinə versin. İnstituta qəbul olunmaq üçün yəqin ki problemi olmayacaqdı, həm özü məktəbdə on il yalnız əla qiymətlərlə oxumuşdu, həm də atası hüquqşünas idi hər halda (bu zaman Əli Məhərrəmov Respublika Prokurorluğunda çalışırdı)... Akif Əli məktəbin sonuncu sinfində oxuyanda bu təklifi çox götür-qoy etdi, çox fikirləşdi, düşünüb-daşındı və nəhayət, öz qəti seçimini etdi: o, hüquqa getməyəcəkdir!

Orta məktəbi öz gücünə inamla bitirmiş qürurlu bir gəncin beynində dolaşan mürəkkəb fikirlər qoynunda o, baş götürüb əks istiqamətə getdi, - ədəbiyyat, incəsənət, mədəniyyət sahəsinə. Fikirləşd ki, əgər burada nəsə qazansa, bu – onun öz qazancı olacaq və heç kim deməyəcək ki: “Atasına görədir!..” Əksinə, uğurlar qazana bilsə, atası da onunla fəxr edəcək, sevinəcək. Yox, əgər uğursuzluğa düçar olsa, onda yenə bu – yalnız onun öz şəxsi uğursuzluğu olacaq və heç kim atanı günahlandırmayacaq, atanın adı hallanmayacaq, nüfuzuna xətər toxunmayacaq, şöhrəti istismar olunmayacaq və çevrədə oğulla birgə onun da nahaqdan məzəmmətlənməsinə bəhanə olmayacaq. Oğul rahatca öz “cəzasını” çəkəcəkdi... Bu mülahizələrlə gənc Akif Əli Azərbaycanda tarixən ən çox dəbdə olan “hüquqa” yox, ən çox dərddə olan “filologiyaya” üz tutdu.

Doğru idimi, səhv idimi seçimi, o – artıq bu yolda idi.

...1977-də qəflətən ömrü nakam qırılmış və oğlunun keçdiyi uzun əzablı yollarda onu müşaiyət edə bilməmiş atası Əli Məhərrəmovun yaşına çatan Akif Əli (“Məni niyə tərk etdin, Ata?!”) bu gün artıq filologiya elmləri namizədidir, ali məktəbdə kulturologiyadan (Dünya mədəniyyətnin nəzəriyyəsi və tarixi kursundan, Azərbaycan mədəniyyətinin tarixindən) mühazirələr oxuyub, cəmiyyətimizin müxtəlif sahələrində çalışan çoxlu sayda tələbələri var, kinoda, radioda, televiziyada, qəzetdə kifayət qədər zəngin yaradıcılıq yolu keçib. On kitabın, üç yüzdən artıq elmi, bədii-publisistik məqalənin, çoxlu sayda miniatür hekayə, kino-tele-radio ssenari və tərcümə əsərlərinin müəllifidir. Elmi-pedaqoji fəaliyyətinə görə “Dosent” adına, ədəbi yaradıcılığına görə “Qızıl qələm” mükafatına, dövlətə səmərəli xidmətinə görə “Dövlət qulluğunun baş müşaviri” dərəcəsinə layiq görülüb. Və bütün bunları o öz zəhmətilə qazanıb!

Ən əsası – bütün ömrü boyu atasının adına xələl gətirəcək heç bir əmələ səbəb olmadan, onun şərəfini qoruyub saxlayaraq, adının el-oba içində mənfi hallanmasına rəvac vermədən, müqəddəs ruhu qarşısında mənəvi borcunu ləyaqətlə yerinə yetirməyə çalışaraq namusla, vicdanla, halal zəhmətilə yaşayıb!

Belə ləyaqətlə yaşanan ömürə görə hər bir İnsan fəxr edib, qürur duya bilər!
***
...Milleniumun birinci ili idi. Bakıda şair Nazım Hikmətə pərəstiş edənlər çoxdan səbrsizliklə gözlədikləri vaxtın çatdığını düşünürdülər. Günlərin bir günü onlar AYB-də bir toplantı keçirib çıxışlar yapdılar, Nazim Hikmətə şanlı yubiley düzənləmək istədiklərini açıqladılar...

Amma və lakin...

Bəli, AYB-dəki toplantıda çıxış edənlər yəqin düşünmüşdülər: bir halda ki bu işə AYB sədri özü qol qoyur, demək Nazım Hikmətin 100 illik yubileyi mütləq dövlət səviyyəsində keçiriləcək və mütləq hökumət komissiyası yaradılacaq və mütləq Respublika Sarayında təntənəli yığıncaq olacaq və o yığıncaqda mütləq AYB sədri özü geniş məruzə ilə çıxış edəcək və bu arada mütləq şairin cildləri basılacaq, haqqında filmlər çəkiləcək, məqalələr yazılacaq, radio-televizionda sızıltılı xatirələr çözələnəcək, şairin şərəfinə bölgələrdə toplantılar keçiriləcək, müsamirələr düzənlənəcək, bol yemək-içmək olacaq... Mütləq bütün bunlar olacaq, ona görə ki, bütün bunların olmasını AYB sədri şəxsən özü istəmişdir... O istəmişsə, demək hər şey əlli il qabaqkı kimi olacaqdı...

Sanki təbi coşanların bayırda artıq 2001-ci ilin getdiyindən xəbrləri yox idi.


Böyük ruh yüksəkliyi şəraitində keçən toplantıdan sonra köhnə hava ilə nəfəs alan AYB rəhbərliyi isti-isti bir məktub yazıb hökumətə göndərdi. Elə bir məktub ki, dahi Zəki Müren demişkən, “bir dilək çeşməsi, dilək çeşməsi”!...

Amma deyir, sən yazdığını yaz, gör Yaradan nə yazır...

Görəlim, xanım hey!
***
AYB-nin Nazim Hikmətə yubiley keçirmək istəməsi barədə xəbəri oxuyanda AYB-nin bir üzvü olaraq Akif Əlinin yadına on il əvvəl İstanbulda milliyyətçi türk arxadaşlarla etdiyi söhbətlər düşdü. Və oradan gətirdiyi bəzi materialları xatırladı.

Bütün gələcək polemikaların başlanğıcını qoyan və sonucda Akif Əlinin AYB (Elnur Astanbəylinin açmasında: “Anarın Yazıçılar Birliyi”) üzvlüyündən çıxarılması ilə nəticələnəcək həmin mövzuya dair ilk məqalə sürətlə yarandı, yazıldı və dərhal çap olundu (“Yeni Azərbaycan” qəzeti, 2 may 2001-ci il): Назим Щикмят: олдуьу кими”.


“...Мятбуатда хябяр верилмишдир ки, Азярбайжан Йазычылар Бирлийиндя Тцркийяли шаир Назим Щикмятин 100 иллик йубилейини гейд етмяк цчцн хцсуси комиссийа йарадылыб. Комиссийанын илк ижласында юлкямизин танынмыш йазычы, шаир вя публисистляр чыхыш едяряк Назим Щикмятля баьлы фикир вя дцшцнжялярини сюйлямиш, онун “Азярбайжанла олан ялагясинин дцнйайа таныдылмасынын важиблийини”, “адынын ябядиляшдирилмяси щаггында Республика Назирляр Кабинети гаршысында мясяля галдырмаьын вахты чатдыьыны”, “шаири эениш халг кцтлясиня танытмаьын” зярурилийини гейд етмишляр. Ядибляр Назим Щикмятин сечилмиш ясярляринин няшри, онун щаггында хатирялярин топланыб чап едилмяси, театрларда тамашаларынын щазырланмасы, елми сессийа вя сярэилярин кечирилмяси, фото-албом вя хцсуси гязет нюмряляринин бурахылмасы, тящсил ожагларында Назим Щикмят эцнляринин кечирилмяси вя башга тяклифлярля дя чыхыш етмишляр. Нящайят, “ужгар районларымызда Назим Щикмятин йубилей шянликляринин кечирилмяси” иля йанашы, Истанбулдакы “Эцлщаня паркында абидясинин ужалдылмасы” да эцндялийя эятирилиб.

Бир гядяр сонра мятбуатда йайылан башга бир мялуматда ися хябяр верилирди ки, бу эцнлярдя Азярбайжан Йазычылар Бирлийинин вя АЙБ йубилей комиссийасынын сядри йухары дювлят вя щюкумят инстансийаларына мяктуб эюндяряряк, Назим Щикмятин 100 иллик йубилейинин Азярбайжанда дювлят сявиййясиндя гейд олунмасыны вя бунунла ялагядар бир сыра тяшкилати тядбирлярин эюрцлмясини хащиш едиб.”


Belə bir ümumi girişdən sonra Akif Əli çox böyük iradə və cəsarət göstərərək, gələcəkdə böyük-böyük qalmaqallara səbəb olacaq və üzərinə dalğa-dalğa hücumlara rəvac verəcək (necə ki, indi bir erməni dığasına öz yerini göstərməyə məcbur olmuş zabitimizi müdafiə edən qeyrətli həmvətənlərin də üzərinə yer-yerdən hücuma keçirlər! Yəni bir vaxtlar Qafqaz dağlarını aşa bilməyən “demokratiya” küləyi indi o dərəcədə şiddətlənib ki, daha cəmiyyət arasında millətin düşmənlərinə də açıq-açığına qahmar çıxan “qrantoyed” kosmopolitlər cövlan edə bilir) riskli bir addım atdı. Öz həqiqətinə tam əminliklə inanan müəllif son yüz ildə Azərbaycanda ilk dəfə “əfsanəvi” Nazim Hikmət mifi haqqında həqiqətləri açıqladı, ifşaedici məqalələr silsiləsinin başlanğıcını qoydu. Bu vaxtadək Nazim Hikmət Azərbaycan xalqına tam bir qəhrəman, böyük türk oğlu, azadlıq aşiqi kimi tanıdılmışdı.

Akif Əli isə yazdı:

“...Eтираф етмяк лазымдыр ки, няинки Азярбайжанда, еля Тцркийянин юзцндя дя Назим Щикмятя мцнасибят щеч дя бирмяналы дейил вя щятта кифайят гядяр мцбащисяли мягамлар мювжуддур.



Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə