Yazı Bu ensiklopedik xarakterli ekspromt-fantaziya tipli



Yüklə 2,06 Mb.
səhifə3/24
tarix09.02.2017
ölçüsü2,06 Mb.
#7977
1   2   3   4   5   6   7   8   9   ...   24

Anarın arxivindən:

Filologiya elmləri doktoru Rəhim Əliyev (“İmpuls, 16.07.1999”): “Sən tənqidi fikir və faktlara təkzib yolu ilə cavab vermirsən – sən şantaj edirsən. Sənin və atanın ünvanına yazılan tənqidləri repressiyaların davamı, kampaniya, yalan və böhtan, atılan daş elan edirsən. Sənin bu cavabların yazılanları yox, ədəbi ictimaiyyəti şantaj etmək mahiyyətindəndir.”

Filologiya elmləri doktoru, prof. Nizaməddin Şəmsizadə (“Etimad”, 31 yanvar 2004): “Yazıçılar İttifaqı Sovet dövründə sovet ideologiyasını ədəbiyyata tətbiq etmək üçün yaradılmış bir təşkiltdır. Ya bu gün həmin təşkilat o funksiyasını yerinə yetirməlidir, ya da özünü buraxmalıdır... Hələlik Birliyin işi nərd səviyyəsindədir.”

Yazıçı Vidadi Babanlı (“Etimad”, 17 yanvar 2004): “YB rəhbərləri ancaq öz mənafelərini güdürlər. Ümumi ədəbiyyat mənafeyi güdülmür, narazılıq da daha çox elə burdan yaranır. Yaranan əsərlərə düzgün qiymət verilmir... başqa yazıçılara böyük qısqanclıq hissi var... ümumi ədəbiyyata lazımi qayğı və nəzarət yoxdur. Əsərlər yazılır, amma saf-çürük olunmur, qiymətini ala bilmir.”

Yazıçı Sabir Əhmədli: “Yazıçılar İttifaqı bir lazımsız obyekt kimi çoxdan özü-özünü yeyib qurtarıb... YB-nin bu rəhbərləri mütləq dəyişdirilməlidirlər. Çünki orada yaradıcılıq söhbəti yoxdur. Hər il yeni yaradıcı gənclər ortaya çıxır. Yeni əsərlər yazılır. Yazıçılar İttifaqının isə yaradıcı insanların qurumu kimi bütün bunlara münasibəti olmur. Yazıçılar Birliyinin rəhbərliyi son on ildə gələn ədəbi gəncliyi inkar edir. Ona görə də mən də dəyişiklik edilməsini tələb edirəm. Bir də deyir, su bir yerdə çox qalanda iylənir... Mənim üçün Yazıçılar Birliyi yoxdur. Yazıçılar Birliyi üçün də mən yoxam. 7 milyonluq bir xalqın min nəfər rəsmi təsdiq olunmuş yazıçısı var. Bu, gülməlidir. Bu qədər yazıçı yoxdur axı. Ona görə də Birlik yazıçılar ocağına bənzəmir. Nə ocağıdır bilmirəm, hər halda mədəniyyət ocağı deyil.”

Yazıçı Əkrəm Əylislinin də arxivdə çox şiddətli tənqidi yazıları vardı. Hələ 1998-ci ildə qəzəbindən “Bu gədələr məndən nə istəyirlər?” rədifli şer yazmağa məcbur olan Əkrəm müəllim müxtəlif vaxtlarda deyib:

“Azərbaycanda düzgün ədəbi siyasət aparılmır, doğmalıq, yadlıq olur. Əlbəttə, mən qəbul etmirəm ki, Yazıçılar Birliyi ətrafına yığışan cavanların hamısı istedadsızdı və kənarda qalanlar hamısı istedadlıdı. İstedad hər iki tərəfdə var. Amma, şübhəsiz ki, kənarda qalanlar və nələrləsə barışmayanlar arasında istedadlı və lazımlı adamlar daha çoxdur. Bu adamların kənarlaşdırılmasına yol vermək olmaz. Təəssüf ki belə olur. Bu çox faciəli bir haldır. Mənə elə gəlir ki, cavanlara təkəbbür göstərmək olmaz... Mən on beş ildi Yazıçılar İttifaqına ayaq qoymamışam. On beş ildi! Və mən Yazıçılar İttifaqından məhz buna görə getmişəm. Gəldim, gördüm ki, bu şəraitdə işləyə bilmərəm. Burada başıma gələnləri danışsam, bir epopeya alınar... Yazıçılar İttifaqından mən 91-ci ildən çıxmışam. Amma xalq yazıçısıyam, üstümdən qələm çəkə bilməzlər. Çünki bu mümkün deyil. Əgər bacarsaydılar çəkərdilər. And olsun Allaha, çəkərdilər. Elə bir qara xətt çəkərdilər ki...

Bilirsiniz, Yazıçılar İttifaqında elə bir ab-hava var ki, orda istedadlı adam nəfəs ala bilməz... Bir vaxtlar biz Fikrət Qoca ilə birlikdə Məmməd Rahimin gənclərə münasibətinə gülərdik. İndi Fikrət Qoca Məmməd Rahimdən on dəfə artıq təkəbbürlüdür. Qətiyyən başa düşə bilmirəm, bir adam bir yerdə nə qədər otura bilər. Özü də bu cür yaradıcı təşkilatda. Yaradıcı təşkilat dəyişməsə, yeniləşməsə heç nə edə bilməz...

Hökumət reallığı nəzərə alıb humanistlik edir və ədəbiyyatın inkişafı üçün müəyyən məbləğdə vəsait ayırır. Amma hara xərclənir bu vəsait? İstedadlılara, yoxsa istedadsızlara?.. Elə əsl ədəbiyyatı da məhz həmin uşaqlar yaradacaqlar ki, acından ölsələr belə vicdansızlığa yol vermirlər, verə bilmirlər.

...Yaradıcı təşkilatlarda eyni adamlar uzun illər sədrlik edəndə hər şey yaddan çıxır. Məncə 17 il sədrlik edən insan nə qədər ümidləri vardısa, bunu yerinə yetirə bilər. Əgər gələcəkdə ümidləri varsa, nə isə edəcəklər, bu da inandırıcı alınmır... Bir şey başa düşə bilmirəm. O hansı dövrün demokratik Nizamnaməsidir ki, bir adama 17 il bir vəzifədə işləməyə imkan verir. Əgər Nizamnaməni vəzifədə qalmaq üçün dəyişdirirlərsə, bu lap biabırçılıqdır. Artıq Yazıçılar Birliyini 50 ilə yaxındır ki, tanıyıram. Bu dərəcədə özündən razılıq, ayrı-seçkilik atmosferi, bizdən deyilsənsə düşmənsən ab-havasını heç vaxt Yazıçılar Birliyində görməmişəm.

...Mən Anara şübhə edirəm. Mən “Yaşasın Əşrəf kişi” hekayəsində nağıl içində həmin əhvalatı danışmışam. Bu götürüb mənim bütün “priyom”larımı özününkü kimi yazıb. Belə şey olmaz axı. Belə şey olmaz ey... Anarın bilavasitə rəhbərlik etdiyi “Ədəbiyyat qəzeti” var, niyə “Ədəbiyyat qəzeti” bu qədər boş, mənasız bir şey olmalıdı və Anar gedib “525-ci qəzet”də çap olunmalıdı?... Mən bir dəfə də bunu demişəm, indi də deyirəm ki, Sabir Əhmədovu Ayaz Vəfalı ilə əvəz edən adam, Anar Yazıçılar Birliyinin mənəviyyatını son həddinəcən axtaladı. Bunu mən demişəm və sözümün üstündə də dururam. Getsin təzədən “intervyü” versin ki, Əkrəm Əylisli bunun yerinə göz dikib. Ə, sənin yerin nə yerdi? Sənin yerin o vaxt yer olardı ki, sən orda kişi kimi oturardın. Kişinin oturduğu yer – yer olar. Nakişi kimi oturulan yerə yer demək olmaz. Kişi kimi oturardın orda deyərdim ki, hə, yerdi... Anar Beriyanın əli ilə təşkil olunmuş bir təşkilatı eyni əxlaqın içərisində bu günə qədər saxlamağa nail olmuş bir adamdır... Bu lotuluğun qarşısı kəsilməlidi, ya yox?.. Bu qalstuklu lotuluqdu. Bu qalstuklu lotuluqdan qurtarmaq lazımdı. Pərdə dalında Azərbaycan intellektinin kökünü kəsmək olmaz... Bu ədəbiyyatı xəlifəçiliyə döndərməyin. Bu xəlifəçilik qurtarmadı bəyəm?

...Anarın öz auditoriyası var. Mənim də ixtiyarım var ki, öz auditoriyam olsun. Fikirlərimə diqqətlə yanaşan, bu fikirləri qəbul edən və ona qoşulan insanlar var... Mən faktı deyirəm. Bunlar isə faktı qoyub keçirlər başqa məsələlərə... Açığı, hər çey göz qabağındadı. Kim vəzifəpərəstdi. Kim nə işlə məşğul olur, hamısı göz qabağındadı... Bu işə başlayada, məni də zorla özünə katib gətirəndə az vaxtda bildim ki, orada işləyə bilməyəcəm. Çünki o, işin şəklini çəkir. Özünü eləmir. Oradan abırlı-ismətli çıxıb getdim... Yazıçılar Birliyinə ayaq basmıram. İşlərinə qarışıb, qıraq-bucaqda danışmıram. Mən o vaxt hiss etdim ki, Anar ciddi şəkildə iş görməyə hazır deyil... Deyir, 15 ildi çıxmaq istəyirəm, məni orda zorla saxlayırlar. İndi hansı zamanadı ki, adamı zorla istəmədiyi yerdə saxlasınlar. İndi də mən deyirəm ki, cavanlar gəlməlidi. Onlar ədəbiyyatı canlandırmalıdırlar... Vallah, əgər o, 15 ildən sonra da sədrlikdən getmək istəmirsə, mənim ona sözüm yoxdur. ”

Əkrəm Əylislinin ANS-in “Meydan” verilişində dediyi ifadələr isə daha sərt idi: “Yazıçılar Birliyinə mindən çox üzv qəbul etmiş rəhbərlik gələcək nəsillər qarşısında cinayət məsuliyyəti daşıyır.”

***
Bir kinostudiya, bir radio, bir televiziya, bir qəzet, bir teatr, bir nəşriyyat idarəsi, bir, bir, bir...

70-80-ci illərdə şəhərin eyni yeknəsək mədəni mühitində dolaşdıqlarından müxtəlif nəsilərin nümayəndələri bir-birini yaxşı tanıyırdı. Anarla Akif Əli də bu yaradıcılıq idarələrində, hansısa tədbirlərdə ara-sıra rastlaşar, görüşər, salamlaşar, ötəri ünsiyyətdə olardılar. Yəni onlar nə dost idilər, nə düşmən, nə əlbir idilər, nə rəqib. Elə-belə adi tanışlar idi. Hərəsinin öz həyat və yaradıcılıq yolu var idi. Orta yaşlı Anar Rəsul Rzanın oğlu kimi, lirik roman, povest və dram əsərlərinin, kinossenarilərin müəllifi kimi tanınırdı; gənc Akif Əli oğlu isə çəkildiyi məşhur kinofilmlərdən, hazırladığı populyar radio və televiziya verilişlərindən, yazdığı satirik, publisistik yazılarından tanınırdı.

SSRİ-nin durğun ictimai-siyasi həyatında isə hələ elə bir çaxnaşma, burulğan, fikir plüralizmi, rəy müxtəlifliyi olmazdı ki, şəxsi mövqelərini bu müstəvidə tutuşdursunlar. Yəni onların bir magistralda kəsişməyən, çarpazlaşmayan, parallel yanaşı gedən ayrı-ayrı yolları var idi və hərəsi öz yolu ilə gedirdi...

Ayrı-ayrı nəsillərin nümayəndəsi olan hər iki ziyalının belə adi tanışlıq fonunda görüşləri intensiv xarakter daşımasa da, müəyyən epizodik rastlaşmalar şəklində davam edirdi. O dövrlər Sovet İttifaqında bəlkə də ən gənc Baş redaktor olan Akif Əlinin inkişafına paxıllıq edən, hətta Y.Andropovadək anonumlər yazan milli miskinlər haqqında “Nəcis dəstgahı” adlı bir pərdəli fantasmaqorik-alleqorik-satirik pyes yazan istedadlı rejissor Vaqif İbrahimoğlu ilə Akif Əli oğlu Anarın xidməti avtomobilində üçü birlikdə harasa yol getməyə qədər “inkişaf” perspektivi olsa da, ümumi tanışlıqları yoldaşlığa çevrilməmişdi. Çünki heç biri bu perspektivi inkişaf etdirmək həvəsində, marağında olmamışdı.

Hələ Azərbaycan Radiosunda “Satira və yumor” şöbəsinin müdiri işləyəndə Akif Əli həmkarı şair-jurnalist Tofiq Xəlillə birgə Anargilin “Passaj”dakı evlərinə gedib böyük mütəfəkkir kimi dəyərləndirdikləri Rəsul Rzadan radio üçün eksklüziv intervü yazmışdılar. Orta otaqdakı kitab rəfinin qarşısında sadə kresloda sanki bir sfinks əzəməti ilə əyləşib başını dik tutan, harasa uzaqlara baxan Şairin o müsahibəsi bəlkə də Azərbaycan Radiosunun “Qızıl fond”unda saxlanılan son intervülərdəndir...

Akif Əlinin şəxsən özünün yaratdığı, yazdığı, montaj etdiyi orijinal “Molla Nəsrəddin” satirik radio jurnalı üçün Rəsul Rza çox müdrikanə sözlər danışdı və Akif Əli həm bir yaradıcı şəxs kimi, həm vətəndaş kimi, həm də bir redaktor kimi onunla tam razılaşdığından (o vaxtlar müəllifin mövqeyi mütləq redaksiyanın mövqeyi ilə üst-üstə düşməli idi, daha doğrusu əsas üstünlük redaksiyanın mövqeyinə verilirdi və redaktorla mübahisə kimsənin marağında deyildi), şairin çıxışını Radionun montaj otağında təmizləyib gözəl, populyar “Molla Nəsrəddin” verilişinə daxil etdi, efirə verdi. “Gülüş iki cür olur. Bir var ağıllı gülüş, bir də var mənasız gülüş. Müdrik adamın gülüşü mənalı gülüşdür, səviyyəsiz adamın gülüşü boş hırıltı...” – deyirdi Rəsul Rza.
***

Akif ƏLİ. Bilməli Xəbərlər

Molla Nяsrяddin: – Vя bir dя qonшu alimlяr yazыb bildirirlяr ki, guya torpaьыmыzdakы

bяzi abidяlər bizim deyil, onlarыndыr. Təsadцf цzцndən gяlib buralara dцшцb.

Mяsяlяn, Qaxdakы bir neчя tarixi bina, kюrpц, Naxчыvandakы Gяmi qaya və s. Gюrяn indi biz neylяyяk? Xяbяr yollayaq gяlib bяyяndiklяri binanы, kюrpцnц, qayanы gюtцrцb aparsыnlar, yoxsa юzцmцz o qяdim abidяlяri yцklяyяk bir arabaya və aparaq чatdыraq onlara? Gюrяn hansыnda hюrmяtimiz artar və adыmыz mяrd, qeyrətli kimi qalar?..

(“Molla Nяsrяddin-82” satirik Radiojurnalı, 1982-ci il.)

***
Rejissor Vaqif İbrahimoğlu, bəstəkar Cavanşir Quliyev, dramaturq Eldəniz Quliyev, məmur “Mişa” (Mikayıl Abdullayev) və artıq Az TV-nin baş redaktoru olan Akif Əli Respublika Sarayında Komsomolun növbəti qurultayı üçün hazırlanan konsert-tamaşanın məşqlərində idilər. Akif Əli və Eldəniz Quliyev konsert-tamaşanın ssenari müəllifləri, Vaqif İbrahimoğlu quruluşçu rejissoru, Cavanşir Quliyev bəstəkarı, “Mişa” isə MK-nın təmsilçisi (nəzarətçisi) idi. Məşqlər zamanı nə üçünsə yazıçı Anar da səhnədə kulislərin arxasında göründü (bəlkə də burdan keçib harasa gedirmiş). Yaradıcı heyətlə görüşdü. Akif Əli ilə salamlaşanda həm də onun “Evləri köndələn yar” tele-tamaşası haqqında təzəcə yazdığı məqaləyə görə (bu, Akif Əlinin Anar haqqında yazdığı iki məqalədən birincisi idi) təşəkkür etdi. Akif Əli isə təvazökarcasına söhbəti genişləndirmədən sadəcə “Dəyməz, Anar müəllim!” – deyib sağollaşdı. Yəni belə ötəri münasibətlər kontekstində əlavə danışığa da ehtiyac yox idi...

Başqa bir “yaradıcılıq kontaktları” Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Bakıda keçirilən kütləvi bayram təntənələrinə hazırlıq ərəfəsində olmuşdu. O zaman Mədəniyyət Nazirliyi İçəri Şəhərdə düzənlənəcək təntənəli konsert-tamaşanın ssenarisini yazmağı Akif Əliyə sifariş vermişdi, quruluşu isə yenə də o illərin məşhur teatral tandeminin digər üzvünə - rejissor Vaqif İbrahimoğluna tapşırılmışdı. Akif Əlinin yazdığı ssenari əvvəcə mədəniyyət nazirinin müavini Teymur Əliyevin yanındakı müzakirədə, sonra isə nazir Zakir Bağırovun iştirakı ilə kollegiyada, yubiley komissiyasının toplantısında bəyənildi. Anar da komissiya üzvü idi. Həmin ssenari əsasında İçəri Şəhərdə möhtəşəm teatrallaşdırılmış qala-konsertin qurulmasına göstəriş verildi. Müəllif fikrinə uyğun olaraq qədim meydan teatrı ənənələri üzrə hazırlanacaq tamaşanın oyun-ifa məkanı ilk dəfə olaraq bütün Içəri Şəhər ərazisi götürülmüşdü. Qoşa qala qapısından içəri girən kimi hər küçədə, hər tində, hər küncdə-bucaqda bir epizod oynanılır, mahnı, ya rəqs ifa edilir, Üzeyir bəyin personajlarının iştirakı ilə səhnəciklər göstərilir, monoloqlar deyilirdi... İdeya bundan ibarət idi ki, sanki bütün İçərişəhərə dahi Üzeyir Hacıbəylinin ruhu hopmuş, əsərlərindən hər tərəfə bayram payı səpələnmişdir... Qoşa qala qapısından başlayaraq bütün İçəri Şəhər ərazisində teatrallaşdırılmış kütləvi bayram şənliklərinin keçirilməsi ənənəsi məhz o zamandan qoyuldu.

Həm vəzifəsi, həm populyarlığı, həm də yaradıcılıq fəaliyyəti baxımından Akif Əli-nin yazıçı Anara heç vaxt xüsusi ehtiyacı olmadığından xüsusi görüşləri də olmur, tanışlıqları yalnız ümumi şəkildə, ara-sıra epizodlarla, teatr, kino, tele-radio tədbirlərində təsadüfdən-təsadüfə salam-sağollarla “dinc yanaşı” gedirdi... Hələ bəlkə Anarın özünün iştirakı və xəbəri olmadan Akif Əli kuluarlarda onu daha çox müdafiə və təbliğ etmişdi, əsərlərini məmnuniyyətlə efirə vermişdi və s. (Təbii ki, Anarın Akif Əli haqqında belə təmənnasız addımları yox idi.) “Molla Nəsrəddin-66” ilə institut illərində tanış olaraq fərqli üslubuna, yeni təfəkkür tərzinə görə bəyənmişdi və elə bu kitabla da Anara yeni düşüncəli nasir kimi rəğbəti formalaşmışdı. 80-ci illərdə isə yazıçı Anar Akif Əlini yalnız çox sevdiyi vətənin, xalqın istedadlı bir nümayəndəsi kimi, imperiya daxilindəki şablon mədəniyyət günlərində respublikamızı təmsil edən ziyalı, sovet ideolojisinin yeknəsək həyat tərzi içərisində yeni nəfəs gətirməyə çalışan yazıçı kimi maraqlandırırdı. Haqqında müsbət yönlü məqalələr yazmaqda da heç bir tərəddüd keçirməyib. Əgər təmənna güdən olsaydı, o zamanlar heç bir cəlbedici vəzifəsi olmayan və hamı ilə bir yerdə populyarlıq yolları ilə daim tənqid oluna-oluna addımlayan cavan yazıçıdansa, artıq məşhurlaşmış, orden-medallar alıb oturuşmuş sanballı vəzifəsi olan qocaman ədiblərdən birinin ətəyindən yapışardı və iki yox, cəmi bir tərifli məqalə ilə istəyinə çatardı. Ancaq o bunu etmədi, çünki Akif Əliyə irad tutulan və çox vaxt da mane olan qüruru onun daxili azadlığını heç bir konyuktura güzəştə getməyə imkan verməzdi. Bir yaradıcı şəxs, ideya adamı kimi həyatda aza qane olaraq həmişə ürəyinin hökm elədiyi sözü deyib. Sovet dövrünün nə marksizm-leninizm, nə kolxoz-sovxoz temaları, nə sosializm yarışının qalibləri, nə kommunizm ilğımları Akif Əlinin yaradıcılıq arealına daxil ola bilməyib. Onun əsasən satira yaradıcılığına üz tutması, Azərbaycan Radiosunun “Satira və yumor” şöbəsinə rəhbərlik edərək məşhur “Molla Nəsrəddin” satirik radio jurnalını yaratması, “Sabahınız xeyir” proqramına sosial-məişət xarakterli kəskin yumoristik səhnələr yazması, “Mozalan” satirik kinojurnalı üçün ssenarilər yazması, Sirusun məşhur “Həftə gülüşü” səhifəsinə mütəmadi satirik miniatürlər təqdim etməsi (yeri gəlmişkən, Sirus onun qələmə aldığı “Çap səhvlərindən” birini çox bəyənirdi: Oxunmalıdır - “nəhayət bəzi nöqsanları aradan götürdülər”, Çapa getmişdir - “nəhayət bəzi insanları aradan götürdülər...” Bəlkə də bu bir cümlənin nüvəsinə sığışdırılmış həqiqətdə Sirus bəy öz taleyinin əksini görmüşdü; axı Yazıçılar İttifaqında ona qarşı da haqsızlıq edilmişdi!), satirik kitablar dərc etdirməsi, “M.Ə.Sabirin satira sənətkarlığı” mövzusunda dissertasiya qələmə alması... bütün bunlar, Mayakovski demişkən, müəllifin mənəvi saflığının göstəriciləriydi.


***
Akif ƏLİ. Satirik inkar – estetik idealın təsdiq üsulu

və forması kimi

Satira - яdяbi janrlarыn яn mцbarizidir.

Satirik яsяrin amalы bilavasitя “inkar etmяklя”, “etiraz etmяklя”, “razыlaшmamaqla” vя s. baьlыdыr. Satirikin mяqsяdi tяnqid obyektini qrotesklяr, hiperbolalar vasitяsi ilя ifшa etmяk, nяticя etibarilя islah prosesinя tяkan vermяkdir.

Hяqiqi satirikin gцlцшц - daha yцksяk, daha iшыqlы arzularыn, gюzяllik uьrunda mцbarizяnin, ideal naminя “fяallыьыn” gюstяricisinя чevrilir.

Satirik inkar niyyяti nяyisя daьыdыb, mяhv edib яvяzindя yenisini, mцasirini (vя mцtlяq daha mцtяrяqqisini) yaratmaq istяyindяn irяli gяlir.

Vяtяndaш cяsarяtinя malik sяnяtkarыn gцlцшц geniш oxucu kцtlяsinin diqqяtini problemя yюnяltmяklя onlarы birgя mцbarizяyя sяslяmiш olur.

Bu gцnkц satirik inkar – hяm dя yenilik arzusunda olan adamlarыn gюzяllik, цlvilik, ucalыq meylinin, iшыqlы ideallarыnыn tяsdiqi demяkdir.

(Azяrb.EA Яdяbiyyat Иnstitutunun materiallar, «Елм» няшриййаты, 1987)
***

...İlk qələm təcrübələrini hələ 70-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında sınaqdan çıxarmışdı. Orada redaktor işləyən müasir zövqlü əsil ziyalı, ədəbiyyat bilicisi olan İntiqam Qasımzadənin öyrətmənliyi ilə. Hörmətli İntiqam müəllimdən ədəbi yaradıcılığa dair bir çox dəyərli fikirlər eşidən (İntiqam müəllim sonralar kinostudiyadan Yazıçılar İttifaqına getdi və “Azərbaycan” jurnalının məsul katibi, redaktor müavini və nəhayət, redaktoru oldu), sonra isə qeyri-adi dərəcədə maraqlı və qayğıkeş insan olan, Azərbaycan Radiosunda “Gənclik” redaksiyasının redaktoru vəzifəsində işləyən, amma təkcə gənclərin yox, bütün yaşıdlarının və o illərin döşünə döyən bir çox yazıçı-jurnalistlərinin ustadı, müəllimi, redaktoru, ideya və süjet verəni, fikir söyləyəni, yol göstərəni Natiq Səfərovun (Allah ona rəhmət eləsin!) xeyir-duası, yardımı, köməkliyi ilə ilk yazıları efirdə səslənən gənc Akif Əli səksəninci illərdə çox məhsuldar çalışırdı .

Kinostudiyanın direktoru Cəmil Əlibəyovun məsləhəti, Natiq Səfərovun çağırışı və digər xeyirxah insanların dəstəyi ilə bir müddət kinoaktyor və rejissor assistenti kimi çalışdığı “Azərbaycanfilm”dən çıxıb Dövlət Teleradio Komitəsinə daimi işə keçəndən sonra, məşhur jurnalist Mailə Muradxanlının rəhbərlik etdiyi Ədəbi-dram verilişləri baş redaksiyasında çalışaraq efir konveyeri üçün hər gün yeni-yeni süjetlər, oçerklər, miniatürlər, ssenarilər yazmaqla yanaşı, Akif Əli “Ədəbiyyat qəzetində”, “Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnallarında da müxtəlif hekayələr, satirik əsərlər, elmi-publisistik məqalələr, tərcümələr çap etdirir, kitabları çıxır, Elmlər Akademiyasında professor Yaşar Qarayevin rəhbərliyi altında elmi araşdırmalar aparırdı.

Onsuz da kinofilmlərdən hamının yaxşı tanıdığı gənc Akif Əli ədəbi intuisiyadan və yazı bacarığından məhrum olmayan bir qələm adamı kimi də getdikcə tanınırdı və yazıları daha geniş dairənin diqqətini cəlb edirdi.

Bir dəfə Azdramanın həyətində məşhur bəstəçi Emin Sabitoğlu Akif Əlini görən kimi dərhal salamdan əvvəl: “Əla yazmısan ha, o komandirovka məsələsini, - dedi.- Rüfət Əhmədzadə oxudu mənimçün.” Akif Əli söhbətin “Kirpi” jurnalında təzəcə çap olunmuş “Həyat çeşməsi” yazısından getdiyini anlayıb gülümsündü və Emin bəyə diqqətinə görə təşəkkürünü bildirdi (çox sonralar Emin Sabitoğlu Türkiyədə yaşadığı dövrlərdə onlar Musiqili Komediya Teatrı üçün birgə əsər üzərində işləyəcəkdilər. Akif Əlinin tərcüməsində Molyerin “Meşşanın zadəganlığı” pyesi əsasında operetta hazırlayacaq, mətni, musiqisi yazılacaq, rollar bölünəcəkdi... Amma təəssüf ki, Emin bəyin rəhmətə getməsi ilə Mədəniyyət nazirliyi tamaşanı “sonraya” saxlayacaqdı... Hələ də saxlayır.)

***
Akif ƏLİ. Щяйат чешмяси (Mцяmma)

Чох адам езамиййятя эетмяйин цстцнлцклярини билмир дейя езамиййятдян гачыр.

Амма мян йахшы-йахшы шящярляря езамиййятляря эетмяйи чох севирям. Мясялян, яввялляр Москвайа, Ленинграда, Кийевя, Таллиня вя с. тез-тез эедярдим. Щяр фцрсят дцшяндя юзцмя езамиййят вяряги йаздырыб бир щяфтялийя, ики щяфтялийя, лап бир айлыьа евдян чыхыб бюйцк щявясля о йахшы шящярляря езамиййятя эедярдим. Она эюря ки, ораларда щям дя динжялирсян.

Эюзял, йарашыглы… мещманханалар, щямин мещманханаларда эюзял, йарашыглы, ращат айрыжа отаглар, отагда эежя-эцндцз, сящяр-ахшам щяйат чешмяси гайнайыр, исти су эялир, сойуг су эялир…Шящяр транспорту, маьазалар, йемякханалар, идаряляр саат кими ишляйир,вахтла-вахтында, дягиг. Сатыжылар адама пулун галыьыны гяпийиняжян гайтарырлар. Щеч кимин сянинля иши олмур, сюз атмыр, кяляк эялмир… Щяря юз ишиндя-эцжцндя, сян дя юз ишиндя-эцжцндя… Исти-сойуг суйу да ки дедим!… Щеч олмаса беш эцн адам кими йашайырсан.

Мян шяхсян, нечя ки, дизляримдя тяпяр вар, йахшы-йахшы шящярляря

езамиййятя эедиб-эяляжяйям.

Щамынызы о ири, йахшы шящярляря езамиййятя чаьырырам, жамаат.

Арабир эедин йашайын…

(1985)
***
Anar haqqında “Ulduz”da dərc etdirdiyi ikinci təqdir məqaləsinə qədər Akif Əli istedadlı teatr rejissoru Vaqif İbrahimoğlunun ilk dəfə Türkiyədə tamaşa hazırlamasına dair maraqlı və orijinal bədii priyomlarla qələmə aldığı “Arşın mal alan”ın Türkiyə səfəri” məqaləsini “Qobustan”ın 1985-ci il 3-cü nömrəsində çap etdirmişdi. M.Ə.Sabirin yaradıcılığına həsr olunan “Hophopnamə”: min illik bir yol” essesi şair Fikrət Qocanın redaktəsi ilə çıxan “Qobustan” jurnalının 1989-cu il 4-cü sayında işıq üzü görmüşdü və Fikrət Qoca bu yazının dəyərini xüsusi heyranlıqla qeyd etmişdi. “Ədəbiyyat və incəsənət” qəzetində isə 1977-dən mütəmadi çap olunurdu.

Dolayısı ilə, indi riyakarcasına Akif Əlinin “yazıçılığını inkar edən”, az qala belə bir adam tanımadığını deyən Anar Rzayev və onun komandası hələ 15-20 il bundan əvvəl Akif Əli-nin yazılarını öz qəzet-jurnallarında həm bəh-bəhlə çap edir, həm də yüksək dəyərləndirirdilər (sözlə də, qonorarla da).

Yeri gəlmişkən, daim istedadlı adamlara qarşı fitnə göyərdən bu komandanın ən çox haray salan üzvü şair Fikrət Qoca özü o vaxtlar (yəni hələ xalq şairi olmamışdan qabaq) tanınmaq üçün Az.TV-də Akif Əlinin başçılıq etdiyi Gənclər üçün proqramlar Baş redaksiyasında hazırlanan “Çinar” ədəbi almanaxına aparıcı dəvət olunmuşdu. Təbii ki, o həm mütəmadi ekranda görünməklə gündəmdə qalır, həm də Akif Əlinin hər ay mütəmadi olaraq səxavətlə yazdığı qonorarları məmnuniyyətlə alırdı. Amma Akif Əli bu verilişə görə həmkarı – Ədəbi-dram verilişləri baş redaksiyasının rəhbəri yazıçı-publisist Nahid Hacızadənin narazılıqlarına dözməli olduğunu heç kəsə bildirməzdi. “Gənclik”dən ədəbiyyat verilişinin efirə getməsi sədr Elşad Quliyevlə sıcaq münasibətlərdə olan Ədəbi-dram verilişləri Baş redaksiyasının Baş redaktorunun təbii ki, xoşuna gəlməyəcəkdi. Həm rəqabət baxımından, həm də prestij məsələsinə görə (amma insafən, Komitədə hərənin öz yerini dəqiq bilən və qiymətini verən Elşad Quliyev heç vaxt Akif Əliyə yaradıcılıqdan kənar bir söz deməzdi, verilişə aid olmayan tapşırıq verməzdi və həmişə də yaradıcılıq məsələlərində Akif Əliyə inanar, onu paxıllardan, qısqanclardan müdafiə edərdi).

Akif Əli xalqını sevən bir ideoloji cəbhə işçisi kimi Fikrət Qocanı da o illərin “yenilər-köhnələr” mübarizəsi kontekstində səmimi-qəlbdən və tam təmənnasız dəstəkləyirdi. İnsafən, mütəmadi təbliğ olunmaqla mövqelərinin bir az daha bərkiməsindən məmnun qalan nə Anar, nə Fikrət Qoca bu gün “tanımadıqları yazar” Akif Əliyə (və onun kimi sonralar məşhurlaşdıqca itirəcəkləri digər xeyirxah dost-tanışlara) heç vaxt yaradıcılığa dair bir irad, qeyd, fikir bildirməzdilər. Əksinə...

Amma harda səmimi olduqlarını kim bilir...
***

Sonra dünya dəyişdi...

Rejim dəyişdi...

Həyat dəyişdi...

Və məmləkətdə ikili yaşam tərzinə son qoyulduqca həqiqətən kimin kim olduğu üzə çıxırdı. Ölkəmizdə dönüş ili kimi yadda qalan 1988-89 olaylarından sonra, yəni SSRİ dövləti laxlayandan, Qarabağ hadisələri başlayandan, imperiya ilə müstəqillik mücadiləsinə qalxan xalqın meydana axınından sonra məlum oldu ki, bir çox akademiklər, elmlər doktorları, deputatlar, ictimai-siyasi xadimlər, xalq şairləri, xalq yazıçıları, vəzifəlilər, titullular bu xalqın ən ağır, ən mürəkkəb məqamlarında ona həyan durmaq qabiliyyətində, qayğılarına çiyin vermək cəsarətində deyillərmiş. Əksinə, qaçırdılar, gizlənirdilər, susurdular... AYB sədri də eləcə. Xalqın uzun illər bəsləyib böyütdüyü, ümidini bağladığı bu “seçilmişlərin” respublika üçün heç bir ictimai əhəmiyyət kəsb etmədikləri bəlli olurdu. Sovetlər dönəminin asudəliyində və əmin-amanlığında hamının rəğbətlə baxdığı məşhurlar elə sovet propaqandasının özünün şişirtdiyi mifik personajlardan başqa bir şey deyillərmiş. Cəmiyyətdə gərginlik artdıqca nazik “miflər” dağılırdı.

Bütün bu acı həqiqətləri görmək xalqımız üçün əlbəttə ağır idi. Məhz o illərdə “millətimizin istedadlı ziyalısı” sayılan Anarın ictimai fəaliyyətdə dalbadal bir neçə kobud səhvi, vətənə və xalqa yaxın durmaması da bütün qeyrətli vətənpərvərlər kimi, təbii ki, Akif Əlinin də ona inamının, hörmətinin azalmasına, rəğbətinin itməsinə səbəb oldu. Başqa səbəb yox...



***
1985-ci ildə SSRİ-də “perestroykanın” başlanmasından sonrakı üç-dörd il ərzində Azərbaycanda rəsmi səviyyədə heç bir dəyişikliyin, hətta adicə titrəyişin, qımıldanmanın belə baş vermədiyini görən bir qrup demokratik ruhlu yenilikçi gənc, nəhayət, 1988-də bir araya gələrək yeni demokratik qurum yaratmağa qərar verdilər. Onlar işdən sonrakı saatlarda, gizlin şəkildə, məhdud tərkibdə toplaşaraq ölkədə və respublikada gedən prosesləri müzakirə edir, imperiya daxilində sıxılan xalqımızın asudə nəfəs alması, azadlığa çıxması üçün nələri etməyin vacib olduğu barədə düşünürdülər. Nə etməli, nədən başlamalı ki, İttifaqın müxtəlif regionlarında, hətta paytaxt Moskvada belə əsən yeniləşmə küləyinin heç olmasa xəfif mehi Qafqaz dağlarından aşıb bizim tərəflərə də gəlsin? 70 il repressiv aparatın idarəçiliyi altında yaşamış bir respublikada təbii ki, bütün bu toplantılar, gizli görüşlər, “azad ölkədə” azadlıq axtarışları risqli işlər idi və hər şeyin, hər kəsin kompartiyanın, rus kəşfiyyatının, KQB-nin ayıq-sayıq nəzərləri altında olduğu bir vaxtda xəlvəti iş görən gəncləri hansı aqibətin gözlədiyini proqnozlaşdırmaq çətin deyildi. Onların bütün danışıqlarının, müzakirələrinin strateji amalı Azərbaycanın tam müstəqilliyi ideyasına alternativin olmadığı qənaəti ilə nəticələnirdi. Ancaq hələlik reallığı nəzərə alaraq, insanlarda xof yaradan qəddar bir rejimin hökm sürdüyü imperiya sərhədləri daxilində gələcək irimiqyaslı mübarizələrə rəvac vermək üçün taktiki addım olaraq öncə ideoloji, ədəbi-mədəni, humanitar sahələrdə sıxılmış boltların açılmasına, gərginliyin azaldılmasına çalışmaq lazım idi. Geniş xalq kütlələrinə daha cəsarətli sözlər, yeni fikirlər deyə bilmək üçün bəzi lokal sərbəstliyin (xüsusən mətbuatda) tələb edilməsi, qanında-canında-şüurunda güclü repressiya qorxusu yaşadan adamlara tam müstəqillik ideyalarının aşılanması üçün bəzi “sınaq” addımlarının atılması zəruri idi. Odur ki, həmin gizli görüşlər zamanı inqilabçı-demokrat gənclərin yaratdıqları “Yeni Söz” Birliyi və onun (heç bir təcrübə olmadan ilk dəfə) böyük səriştə, fədakarlıq, sevgi ilə yazılmış Nizamnaməsi sonralar geniş xalq kütlələrini ayağa qaldıracaq Xalq Cəbhəsi üçün ilkin yazılı örnəklərdən sayıla bilərdi. “Yeni Söz” Birliyinin Nizamnaməsində əksini tapan əksər konseptual müddəalarla silahlanaraq zaman keçdikcə xalq hərəkatının təşkilatçısı olan AXC-nin daxilinə transfer edən gənclər öz fəaliyyətlərini orada davam etdirəcəkdilər. Son nəticədə bir qrup vətənpərvərin “Yeni Söz” Birliyinin gizli yığıncaqlarında hazırladığı və yazdığı ideyalar, ideallar bir neçə il sonra özünün tam müstəqilliyini və imperiya caynaqlarından qoparaq azadlığını, özgürlüyünü əldə edəcək Azərbaycan xalqının arzu-istəkləri ilə üst-üstə düşəcəkdi! Azərbaycanın azadlığı, müstəqilliyi və suverenliyi bir neçə nəfərin, bir-neçə qrupun, təşkilatın yox, həqiqətən bütün Azərbaycan xalqının nailiyyəti, bütün toplumun əldə etdiyi uğuru və bütün vətənpərvər, qeyrətli insanların şücaəti olacaqdı...
...1988-in sonlarına doğru “Yeni Söz” Birliyinin Nizamnaməsi üzərində gizli iş başa çatmışdı və təşkilatın artıq üzə çıxmaq vaxtı idi. İctimaiyyət arasında açıq fəaliyyət göstərməsi üçün onun rəsmi qeydiyyatı lazım idi. Rus-sovet kəşfiyyatında və yerli xüsusi xidmət orqanlarında şübhə doğurmamaq üçün hələlik onun yaradıcı gənclər birliyi kimi təqdim olunması nəzərdə tutulmuşdu. Çünki burada təmsil olunanların əksəriyyəti gənc yazarlar idi. “Yeni Söz” Ədəbi Birliyinin Nizamnaməsi o dövrün prosedurlarına görə yalnız “Ədəbiyyat nazirliyində”, yəni AYB-də rəsmiləşdirilə bilərdi. Bu artıq o zamanlar idi ki, Azərbaycandan başqa SSRİ-nin hər yerində mübarizə qığılcımları alova çevrilir, Qazaxıstanda, Pribaltikada, Gürcüstanda milli demokratik hərəkatlar get-gedə güclənirdi.

Məhz o sınaq anlarından başlayaraq AYB sədrinin o zamanadək imitasiya edilən “milli təəssübkeş ziyalı” obrazına inamsızlıq artmağa başladı. “Yeni Söz” Birliyinin Nizamnaməsi üzərində iş başa çatandan sonra, Birlik üzvlərindən kiminsə (kimin?) təklifi ilə mətn AYB-də təsdiqlənmək üçün Anarla sıcaq münasibətlərdə olan şair Vaqif Cəbrayılzadəyə (Bayatlı Önərə) təqdim olundu. Hhalbuki Vaqif Cəbrayılzadə (Bayatlı Önər) gizli dərnəyin üzvü deyildi və qapalı toplantılarda heç vaxt iştirak etməmişdi...

Nə isə, əsas yazılanı kimin AYB-yə aparması önəmli deyildi, önəmli olan o idi ki, məsələ həll olunsun. Nəhayət AYB-dən gözlənilən cavab gəldi: Vaqif Cəbrayılzadə (Bayatlı Önər) deyir ki, Anar belə bir təşkilatın AYB tərkibində olmasına razılıq vermədi və qeydiyyatından imtina etdi...

Bu, “Yeni Söz” Ədəbi Birliyinin xalqa açıq, rəsmi və geniş xidmət göstərə bilməyəcəyi demək idi. AYB sədri yalnız özünə məlum səbəblər üzündən azadlığımız, müstəqilliyimiz üçün faydalı olan məsuliyyətli bir işə dəstək vermək istəmədi. Nəticədə Azərbaycanda ilk demokratik qurumlardan biri (bəlkə də birincisi) olan “Yeni Söz” Birliyi elə məxfi olaraq qaldı. İnandıqları, demokratik ruhlu ziyalı, millət cəfakeşi kimi tanıdıqları Anarın bu gözlənilməz “vəfasızlığından” pərt olan yeni düşüncəli yaradıcı gənclər kükrəyən enerjiləri ilə birbaşa Azadlıq Meydanına - imperiyaya meydan oxumağa getdilər. Onlar Azərbaycana demokratiya gətirəcək ilk fanatlar cərgəsinə qatıldılar: hüquqşünas Aydın Kərimov, yazıçı Səfər Alışarlı, tərcüməçi Tehran Vəliyev, şair Ağamalı Sadiq Əfəndi, ədəbiyyatşünas Muxtar, şair Lətif... və filologiya elmləri namizədi Akif Əli (əgər kiminsə adını unudub çəkmədiksə, üzrlü hesab etsin, amma o gizli təşkilatın üzvləri o qədər də çox deyildi).


***
Sonra “Ermənistan”dan qovulmuş yüz minlərlə soydaşımızın Azərbaycana böyük axını başlandı.

Onların ilk pənah apardıqları yer də AYB oldu. Çünki “Qarabağ problemini” şişirdən, soydaşlarımızın öz doğma yurdlarından qovulmasına, türk torpaqlarının işğalına rəvac verən, bizə qarşı bir çox əməllərin ilhamvericisi məhz Ermənistanın Yazıçılar İttifaqı olmuşdu. Odur ki, “ermənistanlı” soydaşlarımızın nəzərində anoloji olaraq Azərbaycanın Yazıçılar Birliyi də ən mübariz təşkilat olmalı idi.

Ancaq şöhrəti İttifaq miqyasında yayılmış “milli təəssübkeş ziyalı” obrazı bu məqamda da çox ciddi çat verdi. Əgər “Yeni Söz” Ədəbi Birliyinin məsələsində “etiraz” informasiyası qapalı çərçivədə qalmışdısa, “ermənistanlı” qaçqınların qapıdan qovulması barədə xəbər dərhal yüz minlərlə dərdli adamın müzakirə dairəsinə düşdü. AYB sədri ona ümidlə baxan bu didərgin soydaşlarımızı özünəməxsus kobudluq və acıdilliklə qarşılayıb: “Bura сизин цчцн нядир, эедин Мяркязи Комитяйя» - demişdi. Və AYB-nin qapılarını yenilikçi gəncliyin nümayəndələri kimi, “ermənistanlı” qaçqınların üzünə də qapatdı.

Bu dəfəki hərəkətinin səbəbini isə yalnız o özü bilirdi: qorxudanmı, acizlikdənmi, sədaqətdənmi... Ancaq hansı səbəbdən olur-olsun, nəticəsi bir idi: Anar heç də dar macalda güvəniləsi “milli təəsübkeş ziyalı” deyilmiş! Artıq onun bu mahiyyəti haqqında cücərən şübhə toxumları boy verməkdə idi. Onun illərlə yapılmış “millət dərdi çəkən, xalqı düşünən cəfakeş ziyalı” obrazı puça çıxır, əsil Moskvapərəst karyeristin və cəsarətsiz sovet intelligentinin birisi olduğu görünürdü.

Sonradan 20 Yanvar hadisələrindəki mövqesizlik, partbiletini aşkarda atıb – xəlvətdə geri götürməsi kimi rüsvayçılıq, Türkiyə konsulluğunun açılmasına dirənişləri, “cəbhəçilərin” hakimiyyəti dövründə ölkədən qaçıb getməsi, Heydər Əliyevin hakimiyyətə qayıdışında heç bir formada iştirak etməsə də, sonralar üzə çıxıb “mən də varam” deməsi və s. bu kimi hadisələr dalbadal bir-birini əvəz etdikcə, daha geniş dairədə ictimaiyyət Anarın əsil simasını görüb onun əvvəlki parlaq obrazını yaddaşından siləcək, kitablarını daha oxumayacaq, özünü isə az qala unudacaqdı...

Ancaq bütün bunlar hələ irəlidədir və biz mövzunu qapatmadan söhbətimizə davam edək.


***
Akif ƏLİ. Òяминат лазымдыр

«Ôàæèÿëè Йàíâàр ýöíëÿрèíäÿ Áàêûíûí ãàí ÷èëÿíìèø êö÷ÿëÿрèíÿ ãûрìûçû ãÿрÿíôèëëÿрäÿí ãàáàã ãûрìûçû ïàрòáèëåòëÿр ñÿïÿëÿíäè. Ìèíëÿрëÿ àäàì ïàрòèéà ñûррàëàрûíäàí ÷ûõìàã ö÷öí ÿрèçÿ âåрäè. Áó êöòëÿâè åòèìàäñûçëûã ùÿрÿêàòûíûí èêè èçàùû âàр. Áèрèíæèñè îäóр êè, íàìÿрдëèêëÿ öçëÿøÿí àäàìëàрûí ùàìûñûíûí ñÿáрè, äþçöìö, èрàäÿñè áèр äåéèë. Êèìè ùèрñèíè-ùèêêÿñèíè òàíêûí öñòöíÿ òþêöр, êèìè ïàрòáèëåòèí. Áèр ùàëäà êè, æèáèíäÿ ïàрòèéà áèëåòè ýÿçäèрÿí áèр ìÿñëÿêäàø î áèрè ìÿñëÿêäàøûí ïàрòáèëåò ãîéóëàí êþêñöíö íèøàíýàùà ÷åâèрÿ áèëèр, îíäà áó áèëåòè êèìèí ïàрчàëàìàñûíûí íÿ ôÿрãè? Èíäèêè øÿрàèòäÿ ìÿùç ìÿíÿâè ìåéàрëàр èòäèéèíÿ ýþрÿ, àäàìëàр áèр âàõòëàр ñåéôäÿ, ñàíäûãäà, áîõ÷àäà ñàõëàäûãëàрû, ìöãÿääÿñ áèëèá ãûрàã ýþçëÿрäÿí ãîрóäóãëàрû áèëåòäÿí èìòèíà åòìÿéÿ áàøëàìûøëàр... Càìààò ùÿр øåéè ýþрöр. Ýþрöр êè, ïàрòèéà ñûрàëàрû éàëòàã, ñèìàñûç, рöøâÿòõîр, ãàáèëèééÿòñèç êàäрëàрëà äîëóá. Ýþрöр êè, ùÿéàòûí áöòöí "ùÿëëåäèæè" íþãòÿëÿрèíè ñàòûí àëûá þç ÿëëÿрèíäÿ ñàõëàéàí, àäàìñûçû éàõûíà áóрàõìàéàí ùÿìÿí áàæàрûãñûç, ñèìàñûç, éàëòàã âÿçèôÿ ñàùèáëÿрè реñïóáëèêàíû 90-æû èëèí ãàíëû éàíâàр ýöíëÿрèíÿ ýÿòèрèá ÷ûõàрòäûëàр.


...Æèáèíäÿ ïàрòèéà áèëåòè ýÿçäèрÿí íàìÿрäëÿр ìÿрäëÿрÿ ãàрøû òåррîрà êå÷äèëÿр. Ìÿрäëÿр ýöëëÿ, ñöрýöí, äàр àüàæû, òöрìÿ, øàíòàú, áþùòàí, éàëàíëà öñòÿëÿíäè. Æÿìèééÿòè òÿìèç àäàìëàрäàí òÿìèçëÿäèëÿр. Þëÿí-þëäö, ãûрûëàí-ãûрûëäû, ãà÷àí-ãà÷äû, ñóñàí-ñóñäó âÿ áåëÿëèêëÿ бюйцк, эениш Þëêÿ “динжлик” атмосферинин сцкунятли гатларына гярг олду...

...Õöñóñÿí, òöрêäèëëè õàëãëàрà âÿ èñëàìà ñèòàéèø åäÿíëÿрÿ ãàрøû äàùà ÷îõ äþçöìñöçëöê âàрäûр. Áàêû ôàæèÿëÿри çàìàíû áèç öрÿê àüрûñû èëÿ ýþрäöê êè, ùÿòòà "àøàüû êàòåãîрèéàëû" àçÿрáàéæàíëûëàрûí éàрàñûíà ñöрòìÿéÿ äÿрìàíû áåëÿ Мÿрêÿçäÿí ýåрè ãàéòàрûрëàр. Äàùà Мÿрêÿçè ìÿòáóàò, êöòëÿâè èíôîрìàñèéà âàñèòÿëÿрè äÿ þç ìàòåрèàëëàрûíà ÿíÿíÿâè "ñîâåò õàëãëàрû áèрëèéè", "áåéíÿëìèëÿë÷èëèê", "ãàрäàøëûã" êèìè ìàñêàëàр ýåéäèрìÿéè, àëàáÿçÿê øèрìàëàр òàõìàüû ëàçûì áèëìèрëÿр âÿ äöç äÿ åëÿéèрëÿр. Èíäè îíëàр äàùà ñÿìèìèäèрëÿр.

Äàüëûã Ãàрàáàü ùàäèñÿëÿрèíäÿ èñÿ ãÿôëÿòÿí "ÑÑÐÈ-íèí äàõèëèíäÿ ýèçëè äöøìÿíëÿр" êÿøô îëóíäó.

Áó "äöøìÿí", ñÿí äåìÿ, "àäàìéåéÿí" àçÿрáàéæàíëûëàр èìèø, éÿíè, ìÿíÿì, ñÿíñÿí, ÿçèç îõóæó, ñÿíèí ãîùóìóí, ãîíøóí, ìÿíèì äîñòóì, òàíûøûìäûр... Áó ñàõòà "äöøìÿí" îáрàçû ïëàíëû øÿêèëäÿ ýåæÿëè-ýöíäöçëö äöíéà âÿ þëêÿ èæòèìàèééÿòèíèí ãóëàüûíà éåрèäèëäè, øèøèрäèëäè, ùåéáÿòëè øÿêëÿ ñàëûíäû. Áó

æöр ìÿäÿíèééÿòñèçëèê øÿрàèòèíäÿ áèç àçÿрáàéæàíëûëàр äöíéàéà àäàì éåéèá-йеìÿäèéèìèçè ñöáóò åëÿìÿçäÿí ãàáàã, áèр ìöùöì ìÿãàìû à÷ûá ýþñòÿрìÿëèéèê: áó ýöí éóõàрûäàí "äöøìÿí" îáрàçû êèìè òÿгäèì îëóíàí àçÿрáàéæàíëûëàрû äöíÿíÿ ãÿäÿр Éåрåâàíäàí òÿêæÿ åрìÿíèëÿрèí "äöøìÿíè" êèìè

ãÿëÿìÿ âåрèрäèëÿр. Äåìÿê, íþêÿрëÿр ìöõòÿëèô îëñà äà, àüà áèp àüàäûр. Ãàçàí áèр îæàãäà

ãàéíàäûëûр. Èíôîрìàñèéàëàр ùàрàëàрäàí éàéûëìàñûíà áàõìàéàрàã, áèр éóâàäàí ùàçûрëàíûá ÷ûõàрûëûр.

…Íÿ ãÿäÿр êè, íèýàрàí ñóàëëàрûí æàâàáëàрû âåрèëìÿéèá, íÿ ãÿäÿр êè, òÿìèíàòëû "ùöãóãè äþâëÿò" ìåõàíèçìèíèí îëìàìàñû óæáàòûíäàí ñàáàù áàøûìûçà íÿëÿр ýÿëÿ áèëÿæÿéèíè ãàáàãæàäàí äåéÿ áèëìèрèê, þëêÿäÿ éåýàíÿ ùàêèì ïàрòèéàíûí íöôóçóíó ýåрè ãàéòàрìàã äà ÷ÿòèí îëàæàãäûр. Ïàрòèéàíûí ùÿãèãè íöôóçó ãàéûòìàéûíæà èñÿ, îíóí ñèìâîëó îëàí ïàрòèéà áèëåòëÿрèíèí çîрëà

ñàùèáëÿрèíÿ ãàéòàрûëìàñûíûí ùå÷ áèр ìÿíàñû éîõäóр.»


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin