Yazı Bu ensiklopedik xarakterli ekspromt-fantaziya tipli



Yüklə 2,06 Mb.
səhifə14/24
tarix09.02.2017
ölçüsü2,06 Mb.
#7977
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

Anarın arxivindən:

Yazıçı Şamo Arif (“Bakı-Xəbər”, 6-8 aprel 2004): “Anara anladardım ki, bütün iqtidarlara yeri gəldi-gəlmədi can verməklə (...) züy tutanların ən məşhuru, barmaqla göstərilən ən seçimlisi Anardır ki, buna da ədəbi aləmdə, ictimaiyyətdə heç bir kəsin şübhəsi yoxdur... şəhidlər verdiyimiz qanlı yanvar günlərində Anarın partiyaya girib-çıxma oyunları yadıma düşür: “...mən heç vaxt partiya biletimi heç kəsə təhvil verməmişəm. Bunu hamı təsdiq edə bilər. O ağır yanvar günlərində doğrudan da partiyadan çıxmaq istəyirdim. Hətta ərizə də yazmışdım... Amma yalan məlumatlarla xalqı qızışdırmaq və xal qazanmaq lazım deyil... Bir vaxtlar partiyadan çıxmaq cəsarət idisə, indi bəlkə əksinədir... Bir vaxtlar partiyaya girməklə karyera eləyirdilər, indi çıxmaqla. Həm də partiyadan çıxmağı o vaxt hünər sayaram ki, partiyanın verdiyi bütün imtiyazlardan da əl çəkəsən...”(“Ədəbiyyat və incəsənət”, 10 avqust 1990). Allah, sən özün saxla bu milləti bu oyunbazlardan...

... düşüncələrim məni altı il geriyə - 1991-ci ilə, yazıçıların o dövrkü qurultayına qaytardı. Zalda ziyalılar arasında heç yanda işləməyən, təqaüdçü Heydər Əlirza oğlu Əliyev də sakitcə əyləşib çıxışları dinləyirdi. Rəyasət Heyətində əyləşənlər Heydər Əliyevin bu gəlişinə biganə qaldılar. Ancaq bu biganəliyi, təpərli şairimiz Məmməd Aslan pozdu, hörmət əlaməti olaraq qonağın da Rəyasət Heyətində oturmasını təklif etdi. Zalda həyəcanlanma baş verdi – Ayaz Mütəllibovun prezidentliyi dövründə Anarın ona qarşı naqislik edib Heydər Əliyevi yuxarı başa çıxarmağa cürəti çatardımı?! ”

Şair Şərif Ağayarla müsahibədən (“Reytinq”, 25 aprel 2004):

-...Tehran Əlişanoğlu “Ədəbiyyat qəzeti”ndən də, AYB-dən də istefa verib. AYB isə həvəsdən düşmür, sıralarını tərk edənlərin yerinə daha “gənc” və daha ümidverici yazarlar qəbul edib...

-...Orda hamı gənc deyildi. Orda var idi, Elçin Hüseynbəyli – Saakaşvilidən yaşlıdı. O günü də səhifələrini sevə-sevə oxuduğum “Sənət qəzeti”ndə bir müsahibəsinə rast gəldim. Ay-dədəm vay! Adam bir-iki ayın içində nə qədər deqradasiyaya uğrayar. Nə danışır bu Elçin!.. Onun da müdriklik ölçüləri bilirsiniz nədir: 60-cıların qarşısında göbək rəqsi oynamaq... Bayaq tanış olduq Səlimlə. Səlim Babullaoğlu! Bu o qədər nəhəng və o qədər fəlsəfi bir şairdir ki, AYB-yə güclə sığışır... Belə adamlar şəxsən mənim üçün maraqlı heç nə deyə bilməz. Sizə bir fakt deyim; AYO əleyhinə 30-cu illəri xatırladan “Düşmən ocaq başında” yazısı çap olunandan dərhal sonra AYB katibliyi Səlim Babullaoğlunun ad gününü təbrik edib, çox sıcaq kəlmələr yazmışdı. Doğrudanmı Səlim məmnun idi bu işdən? Aydın Xan da ki, iyirmi ilin yaltağıdı, istedadsızlığı da öz yerində. Görmürsünüz nə qədər şən və hazırcavabdır... -AYB Gənclər Şurasını yaratdı...

-Gənclər yox, Səhl Smbatlar Şurası. Yəni AYB-nin çürük məntiqinə və üfunətli ideallarına 17 il quyruq bulayan mütilərin yalançı ittifaqı. Dolayırlar bu adamları... Ələ salırlar. Az keçməmiş şahidi olacaqsınız. AYB gənc mütilərə yalnız xırda-xuruş imtiyaz verər, ixtiyar verməz. Çünki mütilərə ixtiyar verilməz, zatən. Bir də ki, divarlarına neçə-neçə istedadın qanı hopmuş bu qədim “məbədin” öz qocaman “kahinləri” var.

Şair, araşdırmaçı Rasim Qaraca (“Ədalət”, 1 may 2004): “Lap bu günlərdə “Şərq” qəzetində rəsmi mənbələrə istinadən dərc edilmiş, Yazıçılar Birliyinin mətbu orqanlarına ayrılan pul vəsaitinin həcmini göstərən bir məlumat ədəbi ictimaiyyəti heyrətlər içərisində buraxmaya bilməzdi... Halbuki istər “Ulduz”, istərsə də AYB-nin digər mətbu orqanlarının bütün parametrlərdə çağdaş ədəbi və estetik tələblərə cavab vermədiyi göz qabağındadır. Dövlətin ədəbiyyat üçün ayırdığı pulların mənasız yerə xərcləndiyini cəsarətlə söyləyə bilərik.” Yazıçı Rafiq Tağı (“Həftə içi”, 11 may 2004): “...Əslində nümayəndələr də o adamlar olacaqlar ki, indiki sədri yenidən sədr seçsinlər.” ***



Akif ƏLİ. Áèçèì ìþâãå: Þнжя – Âятяндир!

Àìàëûìûç - þíæÿ Âÿòÿíäèр. Àòà éóрäóíóí îæàüû ñþíìÿñèí эÿрÿê, дåéèрäèê. Àììà àрõàñûç, éèéÿñèç îëäóã. Éàüû îæàüûìûçû ñþíäöрäö, éóрäóìóçó éàüìàëàäû. Èíäè ýþéíÿéÿí è÷èìèçäÿí, дàüûäûëìûø ìÿçàрëàрûìûçäàí, öëâè øÿùèäëÿрèìèçäÿí, ïàрчàëàíìûø Âÿòÿíèìèçäÿí

áèр ìöãÿääÿñ ñÿñ ýÿëèр: “Юíæÿ - Âÿòÿíäèр!”

***
Äидярэинлик дярди...

Áó íÿ ýöíäöр, éàøàéûрûã... Ãèéàìÿòìè ãîïóá, äöíéàìû äàüûëûá, àíàì, àòàì, áàæûì, ãàрäàøûì!

Äöíéàíûí ýÿрäèøè íÿ ïèñ ýÿòèрäè? Èë íÿ öñòÿ òÿùâèë îëäó î èëè? Яêäèéèìèç, áè÷äèéèìèç, ñåâäèéèìèç òîрïàãëàрà ùÿñрÿò ãàëäûã. Áèр äàìëà ñóéà ùÿñрÿò äîäàãëàр êèìè... Ùÿñрÿò ãàëäûã òîрïàãëàрûìûçà.

Èрÿâàí ýåòäè, Çÿíýÿçóр ýåòäè, Ýþéчÿ ýåòäè...

Ôÿëÿéèí çöëìöíÿ áàõ, è÷èìèçäÿí-è÷èìèçÿ äÿ äèäÿрýèí äöøäöê. Äàü Гàрà-áàüäàí, Õàíêÿíäèíäÿí ïåрèêäèрäèëÿр. Äàü àрàíà êþ÷äö, àрàí äàüà ãàëõàììàäû.

“×îáàí, ãàéòàр ãóçóíó!" - éàéëàüûìûç áàüëû ãàëäû.

Áó íÿ íàìÿрä äöíéàäû, áàáà! Ãîрõàüà, æûëûçà, ìèñêèíÿ ñèëàù âåрèá, èýèäè ìþùòàæ

ãîéóр. Ìÿрäëÿрèí ÿë-ãîëó áàüëû ÷þëëö-áèéàáàíëàрäà äèäÿрýèíëèê þìрö ñöрöр, äÿäÿ-áàáà éóрäëàрûíäàí, Âÿòÿíèíäÿí áàø ýþòöрöá ãà÷ûр, ãà÷ûр...

Áó ãà÷ùà-ãîâóí áèр ñîíó îëàæàãìû? Ùàãñûçëûüûí óæáàòûíäàí ìÿùâÿрèíäÿí ÷ûõìûø äöíéàìûç þç éîëóíà äþíÿæÿêìè? ßêäèéè, áè÷äèéè, ñåâäèéè òîрïàüà èñòÿéÿíëÿр äþíÿæÿêìè?..

...Äöíéà, äöíéà, çàëûì äöíéà! Àõû ùÿãèãÿòäèр êè, áèç áåëÿ äöíéàíûí íÿéèíäÿí

êöñÿê, áàáàì?! Àíàì, àòàì, áàæûì, ãàрäàøûì...

ßçèçèì ãàëà éåрè,

Éóрä éåрè, ãàëà éåрè,

Ãèéàìÿò î ýöí ãîïàр,

Åë êþ÷ÿ, ãàëà éåрè...



(нойабр-декабр 1991)

***
Bəli, AYB-nin qurultayı yaxınlaşırdı.

Bu səbəbdən AYB-nin ətrafında baş verən olaylar gündəmdən düşmürdü. O dövr mətbuatında ən aktual mövzulardan biri Azərbaycan yazıçılarına dövlət qayğısı ilə əlaqədar idi. Müxbirləri maraqlandıran bu suala da digər anoloji sorğular kimi aydınlıq gətirmək Nazirlər Kabinetinin mətbuat katibinin vəzifə səlahiyyətləri daxilində idi. Odur ki, müxbir sorusuna cavab olaraq Akif Əli “Şərq” qəzetinə açıqlamasında bildirdi (“Şərq”, 29.04.2004):
“Azərbaycan Respublikasının 2004-cü il Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2003-cü il tarixli Fərmanı ilə dövlət büdcəsinin əsas xərclərinin bölgüsü aparılmışdır. Bölgüyə görə Azərbaycan yazıçıları üçün də müəyyən büdcə vəsaiti nəzərdə tutulmuşdur.Cənab Prezidentin bu Fərmanı bir daha ümummilli liderimiz, görkəmli dövlət xadimi möhtərəm Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və onun nəhəng qolu olan ədəbiyyata həssas və qayğıkeş münasibətinin bu gün də dövlət idarəçiliyinin strateji xətti kimi davam etdirildiyini göstərir.

Xatırladım ki, Qarabağ məsələsi, qaçqın və məcburi köçkünlər problemi, maaşların, pensiya və müavinətlərin vaxtlı-vaxtında ödənilməsi, yeni iş yerlərinin açılması və digər qayğılarla bağlı ölkə iqtisadiyyatında yaranan gərginliklərə baxmayaraq, ziyalı əməyinin qiymətləndirilməsinə, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına, yaradıcılığın stimullaşdırılmasına kömək məqsədilə Prezidentin Fərmanında cari ildə yazıçıların istifadəsinə ümumilikdə 1 166 600 000 (bir milyard yüz altmış altı milyon altı yüz min) manat, yəni təqribən 236 min ABŞ dolları həcmində birbaşa vəsaitin ayrıldığı göstərilir. Həmin məbləğ büdcə sənədindəki “Xərclərin istiqaməti” bölməsində müvafiq strukturlar üzrə ayrılmaqla qeyd olunub.

Yazıçılar Birliyinin saxlanmasına 338 milyon 600 min manat (təqribən 68 min ABŞ dolları) ayrılmışdır. Bunun da 240 milyon manatı Mərkəzi aparatın, 98 milyon 600 min manatı isə yerli şöbələrin (yəni filialların) xərcləri üçün nəzərdə tutulmuşdur.

Yuxarıda göstərilən ümumi məbləğ daxilində (yəni, bir milyard yüz altmış altı milyon altı yüz min manatdan) “Azərbaycan”, “Qobustan”, “Ulduz”, “Literaturnıy Azerbaydjan” jurnallarının və “Ədəbiyyat” qəzetinin hər birinə ayrı-ayrılıqda vəsait müəyyən edilmişdir. Belə ki, ədəbi orqanlar üçün büdcədə nəzərdə tutulmuş məbləğin bölgüsü bu cürdür:

“Azərbaycan” jurnalına – 250 milyon manat (təqribən 50 min ABŞ $);

“Qobustan” jurnalına – 55 milyon manat (11 min ABŞ $);

“Ulduz” jurnalına - 111 milyon manat (22 min ABŞ $);

“Literaturnıy Azerbaydjan” jurnalına – 122 milyon manat (25 min ABŞ $);

“Ədəbiyyat” qəzetinə – 290 milyon manat (58 min ABŞ $);”

***
...Və yenə bomba partladı. Ədəbi ictimaiyyət bir-birinə dəydi. O gündən Azərbaycan ziyalılarının, şair və yazıçılarının bir nömrəli müzakirə mövzusu bu açıqlama ətrafında oldu.

Sıravi AYB üzvləri kimi AYB rəhbərliyini də şoka salan bu qəfil açıqlama sədrin uzun illər boyu sifətində gəzdirdiyi zahiri münəvvərlik örpəyini dartıb onun mifik “pak əqidəli millət oğlu” obrazına sarsıdıcı zərbə endirdi. İndiyədək “komandadan” olmayan heç bir “kənar” şəxsi yaxına buraxmadan müraciət edən cavanlı-qocalı bütün ədibləri qapıdan qaytararaq “biz kasıb təşkilatıq və heç kimə kömək etməyə imkanımız yoxdur” - deyən, “AYB yalnız Anar müəllimin sayəsində birtəhər qorunub saxlanır” - deyən katiblər şoka düşmüşdülər. Polisin tutub şöbəyə gətirdiyi bir şübhəli “KPZ”-də eynən belə sarsıntı keçirər.

Əvvəlcə Akif Əlinin həqiqətən belə bir açıqlama verib-vermədiyini müəyyənləşdirmək üçün yuxarılardakı dostları vasitəsilə kəşfiyyat apardılar. Ardı-arası kəsilməyən telefon zənglərinə o: “Bəli, demişəm, büdcə gizlin sənəd deyil...” - cavabını verəndən sonra AYB yetgililəri kontr-hücuma qalxdılar. AYB MX-nin əməkdaşı Ə.Ə.-ni şəstlə qabağa verib onun dili ilə guya Akif Əlinin dediklərinin “yalan, böhtan”-filan olduğunu adətlərinə uyğun tərzdə qara-qışqırıqla bəyan etdilər. Sonrakı mərhələdə çar-naçar dövlət büdcəsindən maliyyələşdiklərini boyunlarına alsalar da, bu dəfə “rəqəmlərin təhrif olunduğunu” dedilər. Amma bu da inandırıcı görünmədiyindən vərdiş etdikləri primitiv provokasiya üsuluna əl atdılar. Guya AYB katibliyinə Akif Əli haqqında çox ilginc məlumatlar daxil olub və Akif Əlini susdurmaq üçün onu mətbuata verə bilərlər. Zavallılar, nə əlaqəsi? Həqiqətən, yarımçıqlıq kompleksinə düçar olan nakamların kef içində yaşayan kişilərə həsəd apardığı düz imiş...

Ancaq Akif Əli onların təsəvvür etməyəcəkləri dərəcədə dürüst danışdığından onun dediyi həqiqətləri heç bir bəhanə ilə ört-basdır etmək, yayındırmaq mümkün olmurdu. Xüsusən, fəlsəfi qanunla əgər söylənilənlər sübuta yetirilmirsə (AYB-nin isə ümumi emosional izharlardan başqa heç bir konkret sübutu yox idi), buna yalnız güman və fərziyyə deyilər. Yəni qeyri-ciddi söz-söhbətlər...

Mübahisələr qızışdıqca Akif Əli dediyini bir daha və bir daha mətbuatda təkrarlamaqla həqiqəti və yalnız həqiqəti söylədiyini bildirirdi. O israr etdikcə isə AYB rəhbərliyi daha çox hiddətlənir, dilini-dodağını gəmirir, demisini sümürürdü...


Akif Əli (“Şərq”, “Ekspress”, 11.05.2004): “...Son günlər Azərbaycan Yazışılar Birliyinin və onun ədəbi orqanlarının dövlət büdcəsindən maliyyələşməsi barədə informasiyanın (“Şərq” qəzeti, 29 aprel 2004) belə gur reaksiyalara səbəb olması maraq doğurur. Əslində həmin informasiyada heç bir şok-açıqlama nüvəsi yox idi. Çünki, bütün azad, demokratik ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da dövlət büdcəsi şəffafdır və büdcə haqqında sənəd məxfi deyil, ictimaiyyət üçün açıqdır. Onun kütləviləşməsinə nəinki yasaq qoyulur, əksinə dərci zəruridir. Bundan başqa dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsi də gizlin əməliyyat deyil, müvafiq maliyyə strukturlarının və ümumən hökumətin nəzarətində olan prosesdir. Bu prosesə ictimai nəzarətin olması da tamamilə mümkündür.

Lakin sözügedən bu adi məlumat AYB rəhbərliyini deyəsən bir qədər həyəcanlandırıb. Çünki AYB katibliyinin səviyyəsini təmsil edən Ədalət Əsgəroğlu adlı birisi müxtəliv KİV-lərdə kulturoloqlar üçün ekzotik etiket nümunəsi nümayiş etdirərək guya bu məlumatın “yanlış olduğunu” iddia etməkdədir. Adam “nkvd”-çi ədiblərlə reket-jurnalistikanın simbiozunu xatırladan qırmızı bir əzmkarlıqla qatığın qara olduğunu sübut etməyə girişib. O gah bu məlumatı müxbirin özünün yazdığını, gah tamam yalan olduğunu, gah onu deyənin naşılığını “qabartmaqla” ədəbi ictimaiyyətə dezinformasiya yayır, AYB-nin “problemsizlik” imitasiyasını yaratmağa çalışır.

Mən bir daha təkrar etmək məcburiyyətindəyəm ki, AYB-nin büdcəsi haqda 29 aprel tarixli “Şərq”ə dediklərim tamamilə rəsmi sənədlərə əsaslanan dəqiq faktların konstatasiyasıdır. Həqiqətən də “Azərbaycan Respublikasının 2004-cü il Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2003-cü il tarixli Fərmanı ilə dövlət büdcəsinin əsas xərclərinin bölgüsündə hər il olduğu kimi bu il də Azərbaycan yazıçıları üçün müəyyən büdcə vəsaiti nəzərdə tutulmuşdur. Cənab Prezidentin bu Fərmanı bir daha ümummilli liderimiz, görkəmli dövlət xadimi möhtərəm Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və onun nəhəng qolu olan ədəbiyyata həssas və qayğıkeş münasibətinin davam etdirildiyini göstərir. Qarabağ məsələsi, qaçqın və məcburi köçkünlər problemi, maaşların, pensiya və müavinətlərin vaxtlı-vaxtında ödənilməsi və digər qayğılara baxmayaraq, dövlət ziyalı əməyinin qiymətləndirilməsini, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasını daim diqqətdə saxlayır.

Milli ədəbiyyatımızın inkişafına şərait yaratmaq, yüksək zövqlü müasir ədəbi nümunələrin meydana çıxmasına kömək etmək və yaradıcı əməyin stimullaşdırılması məqsədilə Prezidentin Fərmanında cari ildə Azərbaycan yazıçılarının istifadəsi üçün ümumilikdə 1 166 600 000 (bir milyard yüz altmış altı milyon altı yüz min) manat (yəni təqribən 236 min Amerika dolları) vəsaitin ayrıldığı göstərilir.

Təbii ki, büdcə manatla tərtib olunur və keçən dəfə “Şərq”in müxbiri ilə söhbətdə manatla yanaşı bəzi rəqəmlərin dollarla ifadəsində o qədər də fərqinə varmadan yuvarlaq şəkildə deyilən bəzi rəqəmləri indi tam dəqiqliyi ilə hesabladıqda hətta daha artıq məbləğ olduğu görünür. Manatla ifadəsi isə sənədin əslində olduğu kimidir. Beləliklə, 1 ABŞ dollarını 4950 manatdan götürdükdə, Büdcə sənədində “Xərclərin istiqaməti” bölməsində ayrıca qeyd olunan Yazıçılar Birliyinin saxlanmasına 338 milyon 600 min manat, yəni 68 min 404 dollar ayrıldığını görərik. Bunun 240 milyon manatı (48 min 484 dollar) Mərkəzi aparatın, 98 milyon 600 min manatı isə (19 min 919 dollar) yerli şöbələrin xərcləri üçün nəzərdə tutulmuşdur.

Ümumi məbləğ daxilində jurnalların və “Ədəbiyyat” qəzetinin hər birinə də ayrı-ayrılıqda vəsait müəyyən edilmişdir. Bölgüyə görə:

“Azərbaycan” jurnalına – 250 milyon manat (yəni 50 min 505 dollar );

“Qobustan” jurnalına – 55 milyon manat (11 min 111 dollar );

“Ulduz” jurnalına - 111 milyon manat (22 min 424 dollar );

“Literaturnıy Azerbaydjan” jurnalı – 122 milyon manat (24 min 646 dollar);

“Ədəbiyyat” qəzetinə – 290 milyon manat (58 min 585 dollar) ayrılmışdır.
Bəs görəsən AYB katibliyinin təmsilçisi nəyi təkzib edir? Axı, bu rəqəmlər nə dövlət sirridir, nə hərbi sirrdir, nə kəşfiyyat, nə də əks-kəşfiyyat sirri. Hətta müdafiə, milli təhlükəsizlik, daxili işlər, hüquq-mühafizə orqanları və digər nazirlik, komitə və baş idarələrin büdcəsi belə ictimaiyyətdən gizlin deyilsə, AYB-nin büdcəsi nədən köhnə təfəkkürlə sirrli, sehirli, gizli, mübhəm sayılmalıdır? Bayırda artıq 4 ildir XX1 əsr gedir…

AYB büdcəsinin mətbuata çıxarılması hansı qəbahəti aşkarlayıb ki, kimlərsə bundan narahat olur? Bu sualın cavabı məncə sadə bir məntiqə söykənir. Rəsmi sənədlərdə öz əksini tapmış, “gizlin” qrifi olmayan bu informasiyanın oyatdığı ajiotaj yalnız onunla bağlı ola bilər ki, görünür AYB rəhbərliyi indiyədək dövlətin yazıçılara qayğısını inkar edərək büdcə vəsaitini öz üzvlərindən, ümumən ədəbi ictimaiyyətdən gizlədirmiş. Vəssalam. İndi neçə illərdir yazıçılar qurumunun saxlanmasının kiminsə şücaəti deyil, birbaşa dövlətin iradəsi və qayğısı ilə olduğunu görən yazıçı həmkarlarımızın “AYB-nin xilaskarı” imicinin də puç bir əfsanə olduğunu söyləməsi təbiidir. Və o da təbiidir ki, sifətlərdən zahiri “münəvvərlik pərdəsi” (Məmməd Cəfər) qalxdıqca haray səsləri “ucalaşır”…

Əlbəttə, bütün bu həqiqətlərin daha dərin təhlili və qiymətləndirilməsi AYB-nin bir üzvünün deyil, bütün üzvlərinin iştirakı ilə keçirilməli olan qurultayın səlahiyyətindədir.

O ki qaldı ictimai fikirdə “obyektiv və prinsipial media” imitasiyası ilə məşğul olan “Yeni Müsavat” qəzetinin 11 may tarixli sayında çıxan “təkzib” yazısına, açığı geniş cavab verməyə ehtiyac duymuram. Çünki sadə bir tutuşdurma göstərir ki, bu yazıda mənə aid olan yalnız büdcə vəsaiti ilə bağlı (!) dediyim rəqəmlər tamamilə “Şərq”in 29 aprel sayında dediklərimin təkrarıdır. Ancaq hansısa stimulyator sayəsində bu vaxtacan Ə.Ə.-yə məxsus olan “Akif Əli hesablamalar zamanı yanlışlığa yol verib” ifadəsini təkrarlamağı bu dəfə öhdəsinə götürən “YM” qəzetinin müxbirinə cavab yox, bir ədəd kalkulyator vermək daha səmərəli olardı.”

***

Akif Əlinin tam həqiqətlə yoğrulmuş məntiqinin qarşısında aciz qalan AYB sədri yalnız ona nəsə bir pislik etməklə əvəzini çıxsa qəzəbi, kini, hikkəsi soyuya bilərdi. Edə biləcəyi pislik isə ya büdcə məsələsi ilə heç bir əlaqəsi olmayan şər, böhtan, iftira, ya da AYB üzvü tituluna aid “təşkilati tədbir” ola bilərdi. Başqa pislik imkanlarının rıçaqları artıq onun əlində deyildi...



Ah, ötən əyyam, olasan indilər!...”

Ah, necə kef çəkməli əyyam idi, Onda ki övladi-vətən xam idi!”

Ah, əfsus ki qocaldım, ağacım düşdü əlimdən... Səd heyf cavanlıq!”
***
Qurultay qatarı sürətlə yaxınlaşırdı.

Artıq demək olar ki, ədəbi ictimaiyyətin rəyi indiki rəhbərliyin getməsinin labüdlüyü istiqamətinə yönəldilmişdi. Hətta onun yerinə müxtəlif namizədlər irəli sürülürdü. Anar özü isə həmişəki taktikası üzrə son anacan “hələ qəti qərara gəlməmişəm” deyib susurdu (dəqiqi - pusurdu). Yuxarıların rəyini öyrənmədikcə mövqe bildirməyə adət etməmişdi. Həmişə yuxarıdan əsən küləyə uyğun olaraq mövqeyinə düzəliş verib sonra metranə ədayla “bax, mənim müstəqil qənaətim budur”- deyə öz adından ictimaiyyətə təqdim edərdi (Bir il sonra parlament seçkilərinə də eyni taktika ilə gedəcəkdi, susacaqdı, pusacaqdı, gözləyəcəkdi, qatılacaqdı, amma və lakin...)


***
...Bəli, hamı səbrsizliklə AYB-nin növbəti qurultayını gözləyirdi.

AYB katibliyi arzuolunmaz üzvlərin qurultaya düşməməsi üçün yeni priyoma əl atmışdı. Yarandığı vaxtdan bəri bütün qurultaylarda birlik üzvlərinin hamısının iştirak etməsinə baxmayaraq, məhz 2004-cü ildə AYB rəhbərliyi zərgər dəqiqliyilə hesabladı ki, şəhərdəki heç bir zala 1 min 1 yüz AYB üzvünü yerləşdirmək mümkün olmayacaqdır. Odur ki, Sov.İKP qurultayları sayaq “nümayəndəlik” qaydası üzrə seçim aparmaq lazımdır. Və cəmi 400 adamlıq basmaqəlib bir qurultay qurmaq ən sərfəli variantdır. Bu həm hüququn aliliyi olacaq, həm də demokratizmin təntənəsi! Bəli! Katibliyin tutduğu siyahı əsasında aparılan həmin tarixi “seçim” anında AYB-nin rəhbərlərinə nə vaxtsa gözünü ağartmış, yaxud qurultayın gedişində ağarda biləcəyi ehtimal olunan üzvlər nümayəndə seçilmədilər.

Təbii ki, Akif Əli də “seçilməzlərdən”oldu.

“Ədəbiyyat qəzeti”ndə dərc olunmuş 400 nəfərin siyahısına baxanda dərhal görünürdü ki, yazıçıların qurultayına yazanlardan daha çox yazmayanlar nümayəndədir. Bu nüans təşkilat daxilindəki idarəetmənin deqradasiyasından daha çox yaşanan qorxudan xəbər verirdi.

Ancaq AYB-nin qurultaylarında 1980-ci ildən mütəmadi iştirak edən və təbii ki, öz işlərini AYB rəhbərliyinin arzusu ilə deyil, öz şəxsi mülahizələri ilə quran Akif Əli ölkənin mədəni həyatında yer alan bu qurultayda da iştirak etmək, proseslərin gedişini mətbuatdan yox, özü bilavasitə izləmək istəyirdi. Odur ki, XI qurultaya nümayəndə “seçilmədiyini” görəndə o, AYB-nin rəhbərliyinə rəsmi məktubla müraciət etdi:

Azərbaycan Yazıçılar Birliyinin Katibliyinə

Məlum olduğu kimi, Azərbaycan Yazıçılar Birliyinin qurultayları ölkə həyatında ictimai və mədəni əhəmiyyət kəsb edən mühüm hadisələrdəndir.

Odur ki, Azərbaycan Respublikası Konstitusiyasının “Məlumat azadlığı” haqqında 50-ci maddəsinin və Mətbuat haqqında Qanunun müvafiq bəndlərinin prinsiplərinə əsaslanmaqla,

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat Xidmətinin nümayəndəsinin AYB-nin XI qurultayında iştirakını nəzərə almağınızı xahiş edirik.

hörmətlə, Akif ƏLİ, NK MX rəhbəri.”


Hətta bu kiçik məktub da AYB-də çox böyük ajiotaj yaratdı.

...Məktub AYB sədrinin katibəsinə yetişən kimi qız dərhal onu “podnosa” qoyub içəriyə, Anar müəllimin kabinetinə apardı. “Anar müəllim, Anar müəllim, görün nə gətiriblər?!” Anar müəllim məktubu açan kimi dərhal “Çingiz gəlsin!”- dedi. Qız hövlnak dəhlizə çıxıb tələm-tələsik Çingiz Abdullayevin otağına tərəf qaçdı: “Ay Çingiz müəllim, ay Çingiz müəllim, tez gəlin!” Çingiz Abdullayev əlində yağı daşsa da, yarımçıq qoyub dərhal Anar müəllimin kabinetinə yüyürdü. Fikrət Qoca səsə boylanıb: “Məni də çağırdı?” – deyə-deyə içəri cumdu. Anarın yanında qeylü-qal başladı: “Bülbül gülüstanə gəlsin, gəlməsin?!”

Maraqlı idi, AYB binasında çaxnaşma baş vermişdi, hamı bir-birinə dəymişdi. Adamlar “inoplanetyan” gəlirmiş kimi “Akif Əli” deyə-deyə vahimə içində ora-bura qaçışır, Anarın kabinetinə girib-çıxır, dəhlizdə var-gəl edir, küncə çəkilib pıçıldaşır, o tərəf-bu tərəfə vurnuxurdular. Sədrin otağına vəlvələ düşmüşdü...

Beləcə xeyli çək-çevirdən, saçyoldudan sonra nəhayət, katibliyin son qərarı hazır oldu və katibəni içəri çağırdılar. “Bura gəl!” Katibə sədrin otağına girdi, çıxdı və dəhlizdə gözləyən NK əməkdaşına qərarı elan etdi: deyirlər qurultaya siz özünüz gəlin! Məktubu gətirən NK əməkdaşı güldü: - “Zarafat edirsiniz, xanım? Mən nəinki yazıçı, heç AYB üzvü də deyiləm!” - deyib dəvətnaməni Akif Əlinin adına yazmağı xahiş etdi. Qız yenə içəri qayıtdı, çölə çıxdı və: “Yox, -dedi.- Akif Əlidən başqa kimi istəyirsiniz deyin, adına qurultaya buraxılış vərəqəsi yazaq... Belə dedilər.” Təbii ki, məktubu gətirən NK əməkdaşı AYB qurultayında NK MX əməkdaşlarından yalnız AYB üzvü olan Akif Əlinin iştirak edə biləcəyini xanıma başa salmağa çalışdı. Əməkdaşın israrını görən katibə üç dəfə içəri – Anarın yanına qaçdı və üç dəfə çölə çıxıb eyni təklifi verdi: “Yox, e, Akif Əlidən başqa kimi istəyirsiniz deyin, adına dəvətnamə yazaq, aparın”... Bu get-gəl bazarlığı bir neçə dəfə təkrar olundu və hər dəfə də qız sədrin otağına girib çıxıb əməkdaşa “Akif Əlidən başqa kimin adına istəyirsiniz yazaq...”- deyirdi.

Həm qəribədir, həm gülməlidir, həm də acınacaqlıdır. Düz 15 il qabaq, 1989-da da bu binada, bu kabinetdə və bu sədr Akif Əliyə eyni formullu bazarlıq təklif etmişdi: “Vilayət Quliyevdən başqa kimi istəyirsən de, tapşırım sənin kitabın haqqında yazsın...”

Akif Əlinin məktubunun AYB-də yaratdığı bu həyəcan göstərirdi ki, AYB rəhbərliyi Akif Əlini özü üçün ən qorxulu rəqiblərdən hesab edir. Bu isə təbii ki, Akif Əlinin “adamyeyənliyindən” yox, qələmindən doğan duyğu idi. Onun atdığı oxlar hədəfdən yayınmazdı. Son vaxtların ən sərt, sərrast zərbələri bu müəllifdən gəlmişdi. Və Akif Əlinin qurultaya nümayəndə kimi qatılmasını da sədrin seçilmək şansına ciddi təhlükə hesab etmişdilər. Yoxsa yazısı olmayan, kitabı çıxmayan, yazmayan və yaza bilməyən, birliyə lap son günlərdə hansısa yollarla üzv qəbul edilənlərin hamısı qurultaya nümayəndə “seçildiyi” halda, necə olmuşdu ki, 10 kitabın, 300 məqalənin, yüzlərlə ssenarinin, satirik hekayənin, tərcümə əsərlərinin müəllifi, filologiya elmləri namizədi, NK Mətbuat Xidmətinin rəhbəri, 1988-ci ildən AYB-nin üzvü olan bir yazar qurultaya nümayəndə “seçilməmişdi”? Demək Akif Əli rəhbərliyin “qərəz-ü-qəzəbinə” tuş gəlmişdi. İndi isə onun heç olmasa qonaq qismində qurultayda iştirak etmək istəməsindən vahiməyə düşmüşdülər. Halbuki nümayəndə seçilməyən, mandatı olmayan qonaq nə səsvermədə iştirak edə bilərdi, nə də müzakirələrdə çıxışı mümkün idi...

Açığı, nümayəndə seçilsəydi Akif Əli qurultayda çıxış edəcəkdi. O hətta çıxışının tezisləri üzərində də düşünmüşdü. Ancaq o “seçilmədi” və çıxış etmədi. Anar Musiqili Komediya Teatrının binasında “Ağ qoç, qara qoç” nağılı sayaq primitiv bir fantaziya quraraq köhnə sevimli sovet əyyamlarında olduğu kimi alternativsiz sədr “seçildi”.

Hər halda nə cürə olsa da, parlament seçkiləri ərəfəsindəki bu mərhələdə Anar öz hikkəsini yeridə bildi və istəyinə çatdı. Bu - qələbə idi. Amma Ədəbiyyatın yox, Anarın qələbəsi idi. Hərçənd bu qələbə oyunu xeyli bayağı qurulmuşdu: qatara yeni minən sütül “gənclərin” heyranlıq çıxışı, ağzından həlməşikli sözlər axıdan “ağsaqqalın” guya xəlqi ruhda düşük şən atmacaları, cəlb edilmiş əcnəbi qonaqların “burada nə baş verdiyini anlamayaraq” boğazdanyuxarı nitqləri, təşkil olunmuş “təbrik telefonoqramları”, komanda ilə qaldırılıb-endirilən mandat demokratiyası, sədrin bircə anlıq prosedur “istefası” və ikinci anda dərhal “yekdilliklə sədr seçilərək” yerinə qayıtması, qayıdıb da 1952-ci ildən qalma “müdrikanəliklə” zala çağırış etməsi... və s.

Allah sənə rəhmət eləsin, ay Akif Səməd! De, sənin ürəyin sonradan AYB binasının qarşısında dayansa da, elə AYB qurultayının keçirildiyi o məzhəkə zalındaca partlamamışdımı?!

***


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin