Yanvarın 28-də Bö yük Elmi Şuranın



Yüklə 8,83 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix21.01.2017
ölçüsü8,83 Mb.
1   2   3   4

Arif MƏMMƏDLİ

BÖYÜK ELMİ ŞURADA

U

lu öndərin siyasi 

kursunun layiqli 

davamçısı Prezident İlham 

Əliyevin diqqət və qayğısının 

nəticəsində ölkə səhiyyəsində 

uğurla aparılan islahatları, tibb 

müəssisələrinin maddi-texniki 

bazasının təkmilləşdirilməsini, 

təchizat və kadr hazırlığı 

ilə bağlı görülmüş işləri hər 

bir Azərbaycan vətəndaşı öz 

həyatında hiss edir.

  

Bütün  bu  görülmüş  işlərin 

məntiqi  nəticəsidir  ki,  son  10  ildə 

Azərbaycanın tibb müəssisələrində 

böyrəkköçürmə əməliyyatları uğur-

la aparılır. Bu səbəbdən ölkəmizdə 

böyrəkköçürmə  əməliyyatlarının 

sayı  artırmışdır.  Təkcə  2013-cü 

ildə  respublikada  60,  o  cümlədən 

dövlət  xəstəxanalarında  57  belə 

əməliyyat icra olunmuşdur.

Mərkəzi Neftçilər Xəstəxana sının 

(MNX) cərrahiyyə və orqan trans-

plantasiyası  şöbəsinin  həkimləri 

bu  günlərdə  daha  bir  uğurlu 

böyrəkköçürmə əməliyyatına imza 

atmışlar.  Xroniki  böyrək  çatış-

mazlığından  uzun  müddət  əziyyət 

çəkən 6 yaşlı Gəncə sakini Cavid 

Axundova  öz  babasının  böyrəyi 

köçürülmüşdür.  Həkimlər  dializ 

proqramına  girmədən  xəstənin 

üzərində əməliyyat aparmışlar. Bu, 

xəstəxana  tərəfindən  indiyədək 

dializə  girmədən  aparılan  31-ci 

əməliyyatdır. Donor əməliyyatı mü-

asir laparoskopik üsulla icra olun-

muşdur.


Qeyd  edək  ki,  xroniki  böyrək 

çatışmazlığından  əziyyət  çəkən 

insanların  hemodializ  müalicəsi 

ilə  təmin  olunması  da  son  illər 

səhiyyənin  qarşısında  duran  ən 

çətin  problemlərdən  biri  idi.  Bu 

problem  də  ölkə  başçısının  qayğı 

və  diqqəti  nəticəsində  öz  həllini 

tapmışdır.  Hər  il  bölgələrdə  yeni 

mərkəzlər  açılır.  Hazırda  respub-

likanın  şəhər  və  rayonlarında 

fəaliyyət  göstərən  30  mərkəzdə 

2300-dən  artıq  xəstə  hemodia-

liz  seansları  və  müvafiq  dərman 

vasitələri  ilə  tam  həcmdə  pulsuz 

təmin  olunur.  Təkcə  ötən  ildə  9 

yeni hemodializ mərkəzi açılmış və 

bu  müəssisələrdə  102  dializ  apa-

ratı  quraşdırılmışdır.  Beləliklə,  bu 

müalicəni almaq üçün pasiyentlərin 

növbə  gözləmək  problemi  aradan 

qaldırılmışdır.



Azərbaycanda tibb 

müəssisələrinin maddi-

texniki bazasının 

təkmilləşdirilməsi 

böyrəkköçürmə 

əməliyyatlarının uğurla 

aparılmasını təmin 

etmişdir

http://www.amu.edu.az

31 yanvar 2014-ъц ил

4



Artıq 



5-ci 

semestrdir 

ki, 

Azərbaycan 

Tibb 

Universitetində 

kredit 

sistemi  ilə  təhsil  alan 

tələbələrin  test  imtahan-

ları  kompüter  vasitəsilə 

aparılır. 

İmtahanları  yüksək  sə viy-

yədə  təşkil  etmək  məqsədilə 

universitetin  5  saylı    korpu-

sunda  iki  kompüter  zalı  təşkil 

olunub.  Bu  zallar  son  model, 

güclü  proqram  təminatı  olan 

avadanlıqlarla  təchiz  edilib. 

Zalları  daimi  nəzarət  altında 

saxlamaq üçün kameralar qu-

raşdırılıb.

İmtahanların  gedişini  iz lə-

mək  məqsədi  ilə  ATU-nun 

rektoru,  millət  vəkili,  akade-

mik  Əhliman  Əmiraslanov 

dəfələrlə  virtual  test  mər-

kəzində olub, tələbələrlə görü-

şüb.  Yanvarın  22-də  bir  daha 

virtual  mərkəzə  gələn  rektor 

foyedə  yenicə  imtahandan 

çıxmış bir qrup tələbə ilə aya-

qüstü  söhbət  etdi.  O,  bildir-

di  ki,  əvvəlki  illərdə  tələbələr 

imtahanlardan  qiymət  almaq 

üçün  müxtəlif  cür  vasitələrə 

əl atırdılar.  “Bu da universite-

timizin  qazandığı  nailiyyətlərə 

kölğə  salır,  nüfuzuna    xələl 

gətirirdi.  İndi  neçə  ildir  ki,  im-

tahanların  aparıldığı  yerlər 

vahid  şəbəkədə  birləşib  və 

hamı  sərbəst  şəkildə  kompü-

ter arxasında əyləşib öz biliyini 

nümayiş etdirir. Əgər imtahan 

zamanı  hər hansı bir neqativ 

hal  baş  verərsə,  dərhal  infor-

masiyalar  ötürülür  və  bunun 

qarşısı  tezliklə  alınır.  Artıq  bir 

şeyi  anlamaq  lazımdır  ki,  bu 

sistemdə  tələbəyə  heç  cür 

kömək  etmək  mümkün  deyil. 

Tək  variant  odur  ki,  hər  bir 

tələbə yaxşı oxumalı, gündəlik 

dərslərinə  mükəmməl  ha-

zırlaşmalı 

və 


imtahanlar-

da  yüksək  bal  toplamalıdir”.    

Sözünə  dabam  edən  rektor 

dedi  ki,  elektron  imtahanların 

keçirilməsi  təhsildə  elektron 

vasitələrin, müasir informasiya 

texnologiyalırının tətbiqi, elekt-

ron təhsilin həyata keçirilməsi, 

dünya təhsil sisteminə inteqra-

siya,  Boloniya  prosesinin  tam 

tətbiqinə  nail  olmaq  baxımın-

dan  böyük  əhəmiyyfət  kəsb 

edir. 

Sonra  Ə.Əmiraslanov  im-



tahanların  gedişini  izləmək 

məqsədi  ilə  virtual  mərkəzdə 

oldu.

Tələbələrlə qısa söhbət apa-



ran  rektor  yeni  sistemi  necə 

qarşıladıqlarını 

soruşduqda 

onlar birmənalı olaraq bu sis-

temin  daha  əlverişli  olduğunu 

söylədilər.  Tələbələr  imtaha-

nın  kompüter-test  üsulu  ilə 

aparılmasını biliklərinin obyek-

tiv qiymətləndirilməsi baxımın-

dan  ən  optimal  vasitə  hesab 

etdilər,  heç  bir  subyektin  im-

tahana müdaxilə etmək imka-

nının  olmamasını  müsbət  hal 

kimi dəyərləndirdilər.

İmtahanların  yüksək  sə viy-

yədə  təşkilindən,  həmçinin 

ge dişindən  razı  qaldığını  dilə 

gətirən  universitetin  rəhbəri 

tələbələrə təhsillərində müvəf-

fəqiyyətlər arzuladı.



İmtahanların gedişatı ilə bağ-

lı  virtual  test  mərkəzinin  rəh-

bəri,  dosent  Şahin  Bay  ramov 

qəzetimizə 

məlumat 

verdi: 

Hörmətli  rek to   ru  muz, akade-

mik Əhliman Əmiraslanovun 

universitetdə 

qış 

imta-

han  sessiyasının  müvafiq 

təlimatlara  və  əsasnaməyə 

uyğun  keçirilməsini  təmin 

etmək  məqsədi  ilə  imzaladı-

ğı  əmr  əsasında 

2013-2014-

cü  tədris  ilinin  qış  imtahan 

sessiyası    dekabrın  28-dən 

başlamışdır.    Kredit  sistemi 

ilə  4500-ə  yaxın    tələbə  qış 

imtahan  sessiyasında  işti-

rak  edəcəkdir  ki,  onlar  da 

müxtəlif  fənnlər  üzrə  imtahan 

verəcəklər.  Artıq  tələbələr  bu 

sistemə alışıb. Keçən illər qar-

şılaşdığımız  problemlər  ara-

dan qaldırılıb. Zalların qurulu-

şu və proqramları imkan verir 

ki,  biz  eyni  vaxtda  eyni  zalda 

müxtəlif  fakültələr  üçün  para-

lel  imtahanlar  keçirək.  Yəni, 

eyni  fakültə  tələbələri  yanaşı 

əyləşməyəcək. Və üstəlik, on-

lar müxtəlif fənlərdən imtahan 

verəcəklər. Lap eyni fakültənin 

eyni kursunun eyni fəndən im-

tahan verən iki tələbəsi yanaşı 

düşsə belə, onların bir-birindən 

köçürməsi alın mayacaq. Çün-

ki,  test  sualları  fərqli  variant-

larda olacaq. Kompüterləri də 

elə düzmüşük ki, prosessorlar 

yanda  oturanın  monitorunun 

qarşısını tutsun.

Ş.Bayramov imtahanın şəffaf 

və  müdaxiləsiz  keçməsi  üçün 

görülən  digər  tədbirlərdən  də 

danışdı:  “İmtahanda  iştirak 

edəcək kompüterlərin informa-

siya çıxışı yoxdur, yəni onların 

fleş  və  disk  yerləri  qapalıdır. 

Həmçinin,  bu  kompüterlərin 

şəbəkəyə çıxışı yoxdur. Hələlik 

hansı mümkün variantlar ağlı-

mıza gəlibsə, onların qarşısını 

almışıq”.

Mərkəz  rəhbərinin  söz lərinə 

görə,  ümumilikdə imtahan su-

alları çoxdur və hamısının ca-

vab  variantlarını  əzbərləmək 

qeyri-mümkündür. Tələbə test 

bankında tanış olduğu suallar-

dan  yalnız  25-nə  imtahanda 

cavab  verəcək.  Yəni,  tələbə 

imtahana  yaxşı  hazırlaşsa, 

bal toplaya biləcək: “Biz digər  

universitetlərdə işlədilən proq-

ramlarla tanış olmuşuq. Onlar-

da  tətbiq  edilən  proqramlara 

dəyişikliklər  edib  keyfiyyətini 

artırmışıq.  Odur  ki,  imtahanın 

yüksək səviyyədə və problem-

siz keçəcəyini düşünürük”.

  Hər  il  olduğu  kimi  bu  il  də 

proqramda  yaxşılığa  doğru 

dəyişikliklər  olub.  Şəffaflığı 

qoruyub  saxlamaq  üçün  bir 

sıra  əlavə  tədbirlər  görülüb. 

Xeyli  fənnlər  üzrə  test  bankı 

yaradılıb.  İndiyə kimi ayrı-ayrı 

fənlərdən  bütövlükdə  23  min 

tələbə  imtahan  sessiyasında 

iştirak edib. 

I,  II  müalicə  profilaktika 

və  hərbi  tibb  fakültələrini 

bir  fakültə  kimi  qəbul  etsək 

bu  fakültələrdə  təhsil  alan 

tələbələr  üç  bölmədə  (azər-

baycan,  rus  və  ingilis)  425 

fənn  üzrə  imtahan  veriblər. 

Lakin  bölmələri  nəzərə  alma-

saq həmin fakültələrin  hər biri 

ayrı-ayrılıqda    31  adda  eyni 

fəndən imtahan veriblər. Pedi-

atriya 8, tibbi- profilaktika  40, 

tibbi  biologiya  15,  stomatolo-

giya  41,  əczaçılıq  fakültəsinin 

tələbələri isə 30 adda fəndən 

imtahan vermişlər. 

Hazırda  I  və  II  müalicə-

profilaktika  fakültələrinin  V 

və  IV  o  cümlədən,  Pediatriya 

fakültəsinin  sonuncu  kursları 

klassik üsulla imtahan veririlər. 

Yerdə  qalan  bütün  fakültələr 

kredit sisteminin əsasında fev-

ralın  3-dək  biliklərini  elektron 

test imtahanında sınayacaqlar



.

MƏNSUR

Tələbələr fevralın 3-dək biliklərini elektron test imtahanında sınayacaqlar



ATU-da qış imtahan sessiyası başa çatmaqdadır

Fotolar Cənnətalı Çingizindir

Hazırda dünyada sağalmaz ciddi xəstəlikdən əziyyət çəkən hər 



on nəfərdən yalnız birinə palliativ kömək göstərilir. 

 

Palliativ 

kömək 

əzabların, 



ağrıların, 

xəstəliyin 

simptomlarının 

yüngülləşdirilməsinə,  stressin  aradan  qaldırılmasına,  eləcə  də  ailənin 

dəstəklənməsinə  yönələn  köməkdir.  Bu  barədə  Dünya  Səhiyyə  Təşkilatı 

(DST) məlumat vermişdir. Təşkilat ilk dəfə “Ömrün sonunda palliativ köməyin 

qlobal  atlası”nı  təqdim  etmişdir.  Hərtərəfli  peşəkar  kömək  palliativ  kömək 

adlandırılır. Bu cür kömək müalicəsi məhdud və ya mümkünsüz olan insanın 

həyatını yaxşılaşdırmağa çağırışdır.

Yeni tədqiqatda qeyd olunur ki, palliativ kömək ağrıların yüngülləşdirilməsi 

ilə məhdudlaşmır. O həm də xəstənin özünə və yaxınlarına psixoloji, sosial və 

mənəvi dəstək göstərilməsinə istiqamətlənmişdir.

DST bildirir ki, palliativ köməyə ehtiyacı olanların üçdə biri sağalmaz onkoloji 

xəstəliklərdən əziyyət çəkir. Söhbət həm də şiddətlənən xəstəliyi olan, ürəyi, 

ciyərləri, qaraciyəri, böyrəkləri və ya beyni zədələnmiş insanlardan gedir.

DST-in məlumatlarına görə, sağalmaz xəstələrin hər il iyirmi milyondan çoxu 

palliativ köməyə ehtiyac hiss edir. Onların təxminən altı faizini uşaqlar təşkil 

edir. Ağır xəstəliyin ilkin mərhələsində olan adamlar da buraya daxil edilsələr, 

onda bu cür köməyə ehtiyacı olanların sayı 40 milyona çata bilər.

DST-in  mütəxəssisləri  diqqəti  bu  fakta  cəlb  edirlər  ki,  hazırda  dünyanın 

yalnız iyirmi ölkəsində pallaiativ köməyin lazımi sistemi inkişaf etmişdir.

İtaliyanın “AGC Communication” xəbər portalında Azərbaycanda səhiyyə sahəsində 



tətbiq olunan yeniliklərlə bağlı məqalə yerləşdirilmişdir.  

Məqalədə  bildirilir  ki,  Azərbaycan  ilə  İtaliya,  Polşa  və  Litva  arasında  əsasən 

elektrokardiaqramma  və  elektroensefaloqramma  sahələrində  yeniliklərin  tətbiqinə  dair 

razılaşmalar  əldə  edilmişdir.  Azərbaycanda  bu  istiqamətdə  qazanılan  nailiyyətlər  Avropa 

ölkələri tərəfindən yüksək qiymətləndirilir.

Məqalədə  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Kibernetika  İnstitutunun  direktoru, 

akademik Telman Əliyevin fikirlərinə də yer verilmişdir. T.Əliyev demişdir ki, azərbaycanlı 

alimlər tərəfindən ürək-damar sistemi xəstəliklərinin yaranmasında gizli dövrün monitorinqi 

üzrə texnologiya hazırlanmışdır. Bu yenilik səhiyyə sahəsində müsbət nəticələr əldə etməyə 

şərait yaradacaqdır.

Yazıda  AMEA-nın  Kibernetika  İnstitutunda  artıq  müvafiq  texnologiya  əsasında  ürək-

damar  sisteminin  monitorinqinin  eksperimental  formasının  tətbiq  olunduğu  bildirilir.  Qeyd 

edilir ki, institutun alimləri mobil telefonlar vasitəsilə bu xəstəliklərin gizli dövrünün, yaxud 

dinamikasının monitorinqini həyata keçirmək üçün proqram hazırlamışlar. “Noise-monitorinq” 

texnologiyası  əsasında  işləyəcək  proqram  avropalı  ekspertlərlə  birgə  reallaşdırılacaqdır. 

Hazırda yeddi Avropa ölkəsi səhiyyə sahəsində müvafiq texnologiyanı tətbiq etməyə maraq 

göstərir.

Sağalmaz xəstələrin yalnız onda birinə palliativ kömək göstərilir

İtaliyanın “AGC Communication” xəbər portalında Azərbaycanda səhiyyə 

sahəsində tətbiq olunan yeniliklərlə bağlı məqalə yerləşdirilmişdir


31 yanvar 2014-ъц ил

http://www.amu.edu.az

5

Hazırda  bir sıra ali mək təblərdə im-

tahan  sessiyaları  müasir  informasiya 

texnologiyalarının  tətbiqi  nəticəsində 

həyata keçirilir. Təbii  ki, Azərbaycanın 

təhsil  sahəsinin  inkişafı    informasiya-

kommunikasiya  texnologiyalarından 

kənarda  mümkünsüzdür.  Yeni  sistem 

şəffaflığa  nə  dərəcədə  təkan  verəcək?  

Ümumiyyətlə,  bu  sistemin  üstünlüyü 

nədədir?  Bu suallara cavab axtardıq. İlk 

müraciət etdiyimiz məkan Azərbaycan 

Tibb Universiteti oldu.

Azərbaycan  Tibb  Uni ver si te tin də  bu 

yeniliklərin tətbiqi  özünü  nə dərəcədə  

doğruldur? - sualını universitetin Virtu-

al    Test  Mərkəzinin  direktoru    Şahin 

Bayramov belə cavablandırır:

  -  Yeni  sistemin  tətbiqi  ən  döğru 

vasitədir. Bu sistemə keçid Azərbaycan 

Tibb Universitetində artıq bir neçə ildir 

tətbiq  olunmaqdadır.  Mən  deyərdim  

bu  uğurlu  iş  metodologiyası    ildən-ilə 

təkmilləşir,  tələbələrin bu sistemi daha 

yaxşı  formada qəbul edib imtahanı uğur-

la verməsi üçün  bütün şərait yaradılıb. 

Çünki  burada  heç  bir  kənar  müdaxilə 

yoxdur.  Bu  imhahan  prosesində  tələbə 

qarşısındakı    kompüterlə  ona  verilən 

müddətdə baş-başa qalır.  Ona heç kim 

müdaxilə edə bilməz. Tələbə yalnız öz 

biliyinə arxalanmalıdır.

Şahin Bayramov qeyd etdi ki,  müa-

sir inkişaf istər təhsildə, istərsə də digər  

sahələrdə  daha çox müasir informasi-

ya-kommunikasiya  texnologiyaların-

dan  yüksək  sə viyyədə  faydalanmaqla 

müm  kün  olur.  Bu  artıq  özünü  doğrul-

dan təcrübədir. Bu da informasiya tex-

nologiyaları  sahəsinin  bütün  dünyada 

olduğu  kimi  Azərbaycanda  da  kifayət 

qədər  strateji sahə kimi qəbul edildiyi-

nin əyani sübutudur. Artıq iqtisadiyyat-

da  bu sahə ən önəmli sahələrdən biridir. 

Bizim  universitetdə  bu  yeniliklər  son 

illər sürətlə tət biq olunmaqdadır.

  Universitetin    maddi  texniki  ba-

zası  getdikcə  zənginləşən  və  müasir 

standartlara  cavab  verən  klinikala-

rı  fəaliyyət  göstərir.  Burada  yalnız 

müalicə aparılmır, həm də  müasir in-

formasiya-kommunikasiya  texnologi-

yalarının köməyi ilə elmi araşdırmalar 

aparılır.  Xaricdəki  elmi  mərkəzlərlə 

virtual  şəkildə  əlaqələr  yaratmaq  im-

kanları,  fikir mübadiləsi aparmaq üçün 

şərait  yaranır.  Bundan  əlavə    həmin 

klinikalarda    tədris  prosesi  həyata  ke-

çirilir.  Mənim qənaətimcə, müasir in-

formasiya-kommunikasiya  texnologi-

yalarından yararlanmaq  tibb təhsilinin, 

ümumilikdə,  Azərbaycanın  təhsil  sis-

teminin    inkişafına,  elmi  yeniliklərin 

bölüşdürülməsinə  şərait yaradır. Mənim 

fikrimcə, bizim tələbələrdə də bu müsbət  

tendensiya davam edir. Onu qeyd edim 

ki,  Azərbaycan  Tibb  Universitetində 

bu yeniliklərin  tətbiqi uğurlu ad-

dımdır. Bu proses müsbət nəticələr 

verməkdədir.  İmtahanlarda  sub-

yektiv müdaxilələri aradan qaldır-

mağın  ən  yaxşı  yolu  müsair  tex-

nologiyaların köməyindən istifadə 

edib  kompüterlər  vasitəsilə  im-

tahanları 

keçirməkdir. 

Yəni 


imtahanların  gedişində  insan 

faktoru  olanda  istər-istəməz  ob-

yektiv qiymətləndirmə çətin olur. 

Hətta  bu  amillər  bir  sıra  neqativ 

məsələlərin  ortalığa  çıxmasına 

səbəb  olur.  Deməli,  ən  optimal  vari-

ant  kompüterlər  vasitəsilə  imtahanın 

təşkilidir  və  biz  bu  uğurlu  təcrübəni  

Tibb Universitetində təşkil edə bildik. 

Tibb  Universitetində    İmta han lara 

Nəzarət  Qrupunun  üzvü    Hafiz  Osma-

novun  isə  həyata  keçirilən  yeniliklər 

barəsində fikirləri belədir:

  

-  Bizim    işimiz    bu  prosesləri  yal-



nız  müşahidə  etməkdir.  Tələbələrdən 

hər  kəs  öz    zamanında  yaxınla-

şır  və    kompüter  arxasında  sərbəst 

şəkildə  testdə  tətbiq  olunan  suallara 

cavab  yazır.  Onlara  hər  hansı  kənar 

müdaxilələr  qeyri-münkündür.    Gör-

düyünüz  kimi,  hər  bir  tələbə  yeni  sis-

temin  bu  üstünlüklərindən  istifadə 

edir.  2005-ci  ilin  may  ayında  ölkəmiz  

Boloniya  bəyannaməsini  imzalamış-

dır.  Azərbaycan  Tibb  Universitetində 

bu  sistemə  keçid  tədricən  gerçəkləşir.  

Həmin  sistemin  tələblərinə  uyğun  ola-

raq  kompüterlərlə  test  imtahan  prose-

si    bu  gün  təkmilləşərək  aparılır.  Vir-

tual  şəkildə  həyata  keçirilən  imtahan 

prosesində  tələbə  yalnız  öz    biliyinə 

etibar  edir.  Burada  heç  kimə  güzəşt 

olunmur. Yalnız bilik  qiymətləndirilir. 

Kompüter arxasında oturan tələbə yal-

nız öz gücünə arxalanaraq  biliyini nü-

mayiş etdirir.



-  Virtual  test  imtahanları  hər  han-

sı  xoşagəlməzlikləri  aradan  qaldırıb  

şəffaflığı təmin edə bilirmi?

- Təbii ki, bu mexanizm elədir ki, tam 

şəffaflığı    təmin  etmək  mümkündür. 

Virtual  test  imtahanlarının    ən  böyük 

üstünlüyü    ondan  ibarətdir  ki,  burada 

qeyri  şəffaflıq  mümkün  deyil.    Biz də 

də  bu  proses  çox  uğurla  davam  edir, 

imhahan  sistemi  bütün  xoşagəlməz 

halları  aradan qaldırmaqla tam forma-

da  şəffaflığın  təmin  edilməsinə  şərait 

yaradır.    Ümumiyyətlə,  informasiya-

kommunikasiya  texnologiyalarından 

səmərəli şəkildə istifadə, həm imtahan-

da, həm tədris prosesində, həm də elmi 

nailiyyətlərin mübadiləsində  ən doğru 

yoldur, optimal variantdır.



İndi  isə  söhbət  etdiyimiz  tələbələrin 

bəzilərinin fikirlərini təqdim edirik:

Ələsgərli  Çingiz:

  Mən imtahanın bu  

sistemlə  keçirilməsinin  tərəfdarıyam. 

Bu  bizim  istəyimizə  tam  cavab  verir. 

Mən  IV kursda oxuyuram. Artıq neçə 

ildir  ki,    bu  yeniliklər  tətbiq  olunur.  

Oxuyan tələbə üçün bu yaxşı sistemdir.  

Onu  deyə  bilərəm  ki,  burada  heç  bir 

kənar müdaxilə etmək mümkün deyil. 

Nəcəfova  Sənubər:

  Mən bu imtahan 

sistemindən çox razı qaldım. Şübhəsiz  

ki,  il  boyu  hazırlaşan,  oxuyan  tələbə 

üçün bu ən yaxşı  vasitədir. Çünki bu-

rada  insan  faktoru,  kənar  müdaxilələr 

sıfıra endirilib. Bu baxımdan mən yeni 

bu  sistemin  müsbət  tərəflərini    hiss 

edirəm.  Ümid  edirəm  ki,  subyektiv 

müdaxilələrin  aradan  qaldırılması  öz 

müsbət nəticələrini verəcək.

  

Digər  tələbə    X.Zahidova    isə  bun-



ları  dedi: 

  Bütün  dərs  ili  ərzində    ça-

lışan,  oxuyan  tələbə  üçün  heç  bir  

problemi  yoxdur.    Çünki  bu  imtahan 

il  boyu  oxuduqlarımızın,  qazanılan 

biliklərin  nəticəsidir. Ən əsası odur ki, 

kənar  müdaxilə  yoxdur.  Mən  də  belə 

yeniliklərin tərəfdarıyam.  Bu imtahan-

dan normal bal topladım. Bir sözlə, yeni 

imtahan mexanizmindən razıyam.  



Fact-info.az

İnsanlıq qarşısında yaranan ən kəskin 



problemlərdən biri - aclıqdır. İnsanlar üçün 

əsas qida mənbəyi isə kənd təsərrüfatıdır. 

Əkinçiliyin  əsas  istehsal  qüvvəsi  isə 

məhsuldar  torpaqlardır.  Dünyada  ümumi 

əkin  sahəsi  1  mlrd.  356  mln.  hektardır. 

Bütün insanları tam qida ilə təmin etmək 

üçün  isə  6  mlrd.  600  mln.  ha  yüksək 

məhsuldar  əkin  sahəsi  tələb  olunduğu 

iddia edilir.

Bundan əlavə, bəşəriyyətin bütün tarixi 

ərzində yeni-yeni ərazilərdə məskunlaşması 

müşahidə olunmuşdur. Bu zaman kənd 

təsərrüfatı üçün daha əlverişli və münbit 

torpaqlar mənimsənilmişdir.

Müasir dövürdə insanların məhsuldarlığa 

yararlı torpaq ərazilərdə məskunlaşması, 

ehtiyat üçün saxlanılan torpaqların qeyri-

əlvirişli torpaqlar olmasına zəmin yaratmışdır.

Dünyada əkinə yararlı torpaqların 50%-ə 

qədəri dağılmaya və aşınmaya məruz qalır. 

Böyük torpaq sahələrini yağışlar və daşqınlar 

«yeyir», bu səbəbdən də münbit qatlar 

yuyulur və sovrulur. Kənd təsərrüfatına yararlı 

torpaqların böyük hissəsini şəhərlər zəbt edir. 

Münbit torpaqlar tikintilərin, yolların, sənaye 

obyektlərinin altında qalır. Beləliklə, əkinə 

yararlı torpaqların sahəsinin mütləq azalması 

baş verir.

Kənd təsərrüfatına yararlı torpaqlara 

səhralaşma prosesi də böyük  zərbə vurur. Bu 

proses ən çox quraqlıq iqlimə malik əraziləri 

təhlükə altına salır: bitki örtüyü məhv olur, 

yüksək sürətlə torpağın  erroziyasına və 

yararsız hala gəlməsina zəmin yaranır. Son 

nəticədə torpaqlar özünün ekoloji potensialını 

tamamilə itirir. Səhralaşma prosesi ildə 6,7 

mln. ha ərazini zəbt edərək, sürətlə gedir. 

Hazırda 30 mln. km sahə (qurunun 19%-

i) səhralaşma təhlükəsi altındadır. Kənd 

təsərrüfatına yararlı torpaqlarin sahəsinin 

mütləq azalması ilə bərabər, əhali artımı ilə 

bağlı nisbi azalması da baş verir.

Butün bunları nəzərə alaraq, Dünya birliyi və 

BMT Təhlükəsizlik Şurası hərəkətə keçmişdir. 

Və 1974-cü ildə «yaşıl inqilab» başlatmışdır. 

Lakin bunun heç bir faydası olmamış, torpaq 

sahələri sürətlə yararsız hala düşməkdə 

davam emişdir. Bunun nəticəsindədə dünya 

əhalisinin sayına uyğun təlabat ödənilməməyə 

başladı. Bu isə 3 qrup insanın meydana 

çıxmasına səbəb oldu. Bunlar: toxlar, yarıaclar 

və aclardır. Belə ki, torpaqdan şuürsuz 

istifadə dünya əhalisinin aclıq sayını gündən-

günə artırdı. Toxların sayını isə kəskin azaltdı. 

Belə ki, dünya əhalisinin acları və yarımacları 

minimum kaloriyə olan təlabatlarını belə, 

ödəyə bilmirlər. Və buna görə də dünyada hər 

il aclıq səbəbindən Yer kürəsində milyonlarla 

insan tələf olur.  Müasir dünya xəritəsində 

ekvatordan hər iki tərəfə, Saxaradan cənuba, 

demək olar bütün Afrikanı, cənub-şərqi 

Asiyanı, Karib hövzəsi və cənubi Amerika 

ölkələrini aclıq bürümüşdür. Dünyada hər 

il 1mlrd. insan yarıac və ya aclıq həddində 

yaşayır.

Bundan çıxış yolu isə ekoloqlara görə, 

münbit torpaq sahələrinin tez bir zamanda 

boşaldılmasıdır. Bununla əlaqədar olaraq 

ABŞ-da insanlara torpaq satarkən, yalnız 

qeyri-məhsuldar torpaq satmağa üstünlük və 

diqqət ayrılır. Bu qayda bir çox ölkələrdədə 

tətbiq edilir. Misal üçün: Çin, Afrika, İngiltərə, 

Yaponiya və s. ölkələrdə belə yanaşma tətbiq 

edilir. Çində isə, bundan əlavə torpaqdan 

istifadə etmədən əhalinin aclarının və 

yarımaclarının qidaya olan təlabatını ödəmək 

üçün torpaqsız texnologiyalara üstünlük 

verirlər.



(BMT-nin əhalinin qidaya olan 

təlabatına istinad edilmişdir)

Yeni sistem şəffaflığa nə dərəcədə təkan verəcək?

Kataloq: uploads -> xeberler -> tebib q
tebib q -> Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində
tebib q -> Beş günlük rezident ol
tebib q -> Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin
tebib q -> Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb
tebib q -> Uşaqların göz sağlamlığı Ötən il oxuculara nümunəvi xidmət göstərilmişdir
tebib q -> Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub
tebib q -> İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ
tebib q -> Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin
tebib q -> Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib

Yüklə 8,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə