Yanacaq enerji resurslarının ehtiyatları və onlardan istifadə olunması



Yüklə 193,64 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix02.01.2022
ölçüsü193,64 Kb.
#38928
  1   2
BEM Muhazire 1 Yanacaq en-2020



Yanacaq enerji resurslarının ehtiyatları və onlardan istifadə olunması 

 

      Bütün  dünyada  diletant  (həvəskar)  mübahisə  və  nəşrlərdə  olduğu  kimi,  ciddi 



elmi  konfranslarda  da  ―enerjinin  istehsalı  —  istehlakı‖  nisbətinə  dair  müxtəlif 

çoxlu  fikirlər  söylənib  və  söylənməkdədir.  Problem  haqqında  geoloq  və 

energetiklər,  iqtisadçı  və  ekoloqlar,  jurnalistlər,  ictimai  nümayəndələr  və  siyasi 

xadimlər  öz  fikirlərini  söyləyirlər.  Təəccüblü  deyil  ki,  onların  bu  məsələyə 

baxışlarında  fikir  ayrılığı  vardır.  Hətta  alimlərin  də  baxışlarında  çox  vaxt  fikir 

ayrılığı olur.  

      Yuxarıda  göstərilən  nisbətin  qiymətləndirilməsində  əsas  faktorlardan  biri 

əhalinin  ilkin  enerjidən  istifadə  dinamikası  haqqında  məlumatın  olmasıdır. 

Enerjidən  istifadə  Yer  üzərindəki  əhalinin  sayından,  həmçinin  onların  həyat 

səviyyəsindən  asılıdır.  Bu  verilənlərin  1950—2010-cu  illər  dövrü  üçün  analizi 

göstərir  ki,  enerjidən  istifadənin  cəmi  hər  20  ildə  iki  dəfə  artmışdır.  1950-ci  ildə 

əhalinin  adam  başına  düşən  enerjidən  istifadəsi  təxminən  1  ton  şərti  yanacaq 

olmuşdur  (XX  əsrin  əvvəlləri  ilə  müqayisədə  2  dəfə  artmışdır).  Növbəti  2  dəfə 

artım  artıq  1975-ci  ildə  olmuşdur:  təxminən  2  t    ş.y./adam,  2000-ci  illərin 

əvvəlində bu göstərici 4,75—5 t  ş.y./adam səviyyəsinə çatmışdır, yəni 2,3 dəfədən 

çox  artmışdır  (1  t  ş.y.  ≈  2,93∙10

10

  C.)  Hesablamalara  görə,  bu  templə  100  ildən 



sonra enerjidən istifadə 150 dəfə artacaq.     

      Enerji  tələbatının  əsas  hissəsi  keçmişdə  ənənəvi  mənbələr  hesabına  təmin 

edilirdi  və  indi  də  təmin  edilməkdədir.  Ənənəvi  mənbələrə  mədən  yanacaqları 

aiddir (kömürün müxtəlif növləri, neft və təbii qaz).  

      1990-cı  illərin  ortalarında  mədən  yanacaqlarının  payı  dünyada  ilkin  enerjidən 

istifadənin  təxminən  90

  -ni  təşkil  edirdi,  2000-ci  illərin  əvvəllərində  isə  o 



azalmışdır, lakin bu azalma cüzidir (

85,5



  -ə  qədər).  Buna  görə  də  ciddi  qorxu 

vardır,  əgər  yanacaqdan  istifadənin  mövcud  artım  sürəti  belə  saxlanarsa,  onda 

növbəti  (XXII)  yüzillikdə  nəinki  mədən  yanacaqlarının  öyrənilmiş  ehtiyatları 

istifadə  olunacaq,  müəyyən  dərəcədə  onların  proqnoz  resursları  da  istifadə 

olunacaq.  

      Qeyd etmək maraqlıdır ki, bəşəriyyət özünün mövcudluğu bütün dövr ərzində 

(XX əsrin ortalarına) 6∙10

21

 C ilkin enerji (



200 mlrd t ş.y.) istifadə etmişdir. 2000-

ci ilə qədər isə əlavə 13∙10

21

 C (



400 mlrd t ş.y.), yəni əvvəlki tarix ərzində istifadə 

olunandan  iki dəfə çox  istifadə etmişdir.       

      Mədən  yanacaqlarının  müasir  ehtiyatları  (40

400)∙10


21

  C  diapazonunda 

qiymətləndirilir. Minimal qiymətləndirilmədə bu o deməkdir ki, istifadənin müasir 

tempində mədən yanacaqlarının bütün ehtiyatları artıq XXII əsrdə tükənəcək, əgər 

maksimal qiymətləndirilmə qəbul edilərsə, bu 200 ildən sonra olacaq.  

      Müasir  dünya  iqtisadiyyatı  üçün  vacib  məsələ  odur  ki,  birinci  növbədə  asan 

əldə olunan enerji mənbələri tükənəcək və enerjinin qiyməti daim artacaq.  

      Enerjinin  bu  günə  olan  vəziyyətini  düzgün  qiymətləndirmək  üçün, 

energetikanın  gələcək  inkişaf  yollarına  dair  ağıllı  qərarlar  qəbul  etmək  üçün 

bəşəriyyətin bu gün malik olduğu əsas enerji resursları (yəni neft, təbii qaz, kömür, 

həmçinin nüvə yanacağı) haqqında kifayət qədər düzgün məlumat olmalıdır.  



      Qeyd  etmək  lazımdır  ki,  1990-cı  illərin  sonunda  dünyada  ilkin  enerjinin 

istifadəsinə görə ayrı-ayrı enerji daşıyıcılarının payı aşağıdakı kimi bölünmüşdür: 

kömür—24,6

;  neft—42,4



;  təbii  qaz—20,3

;  hidroresurslar—6



;  atom 


enerjisi—6,7

.  Rusiyada  isə  yanacaq-enerji  balansı  belə  olmuşdur:  təbii  qaz—



49,8

; neft və qaz kondensatı—31,6



; kömür—10,7

; hidroenerji—4,0



; atom 


enerjisi—2,5

.  



      Müxtəlif faydalı qazıntıların ehtiyatı və onlardan istifadə olunmasına baxaq.  

      Kömür.  Kömürün  geniş  sənaye  hasilatı  dəmirin  əridilməsi  ilə  əlaqəlidir  və 

hələ XVIII əsrin əvvəllərində başlanmışdır.  

      Kömürün  əsas  istifadə  istiqaməti  uzun  müddət  fərdi  və  kommunal  qızdırma 

sistemlərində, parovoz və elektrovozların odluğunda, elektrik stansiyalarının buxar 

qazanlarında,  sənaye  sobalarında  bir  başa  yandırılması  olmuşdur.  Yüksək 

keyfiyyətli kömürün kokslaşan adlanan əsas hissəsini metallurji koksa çevirirdilər 

və ondan da domna sobalarında çuqunun istehsalında istifadə olunurdu.  

      Kömürdən  enerji  yanacağı  kimi  istifadə  olunduqda  onun  yanmasından  alınan 

maddələrin ətraf mühitə təsir edici bir sıra problemləri meydana çıxır.  

      Kömürü yandırmaq olduqca mürəkkəbdir. Alçaq növlü yüksək küllü kömürləri 

yalnız  xüsusi  güclü  odluqlarda  yandırmaq  olar,  buna  görə  də  belə  kömürlərdən 

əsasən  böyük  elektrik  stansiyalarında  istifadə  olunur.  Məsələn,  1000  MVt  güclü 

istilik elektrik stansiyası sutka ərzində təxminən 20 000 t kömür yandırır. Kömürün 

küllülüyü  30

  olduqda  bu  o  deməkdir  ki,  stansiyaya  sutkada  20 000  t  kömür 



gətirmək,  sonra  isə  elektrik  stansiyasının  ərazisindən  6 000  t  şlakı  götürüb  və 

haradasa  yerləşdirmək  lazımdır.  Filtrlərin  olmasına  baxmayaraq  mineral 

təşkiledicilərin bir hissəsi uçan kül şəklində atmosferə düşür. Atmosferə həmçinin 

müəyyən miqdarda kükürd qazı da daxil olur, belə ki kömürün tərkibində həmişə 

kükürd  aşqarı  olur.  Müxtəlif  mənbələrə  görə  kömür  ehtiyatlarının 

qiymətləndirilməsi müxtəlifdir (bu müxtəlif hasil etmə əmsalı, yanma istiliyi və s. 

əmsalların  qəbul  edilməsi  ilə  əlaqədardır).  Buna  baxmayaraq  planetdə  tədqiq 

olunmuş kömür ehtiyatları 1 trln tondan çoxdur. Əgər onun hasilatı 

4,5 mlrd t/il 



səviyyəsində stabilləşdirilərsə, bu resurslar 200 ildən çox zamana çatar.  

      Rusiyada 

tədqiq  olunmuş  kömür  ehtiyatları  150—170  mlrd  ton 

qiymətləndirilir.  Kömürün  dünya  ehtiyatlarının  çox  hissəsi  həmçinin  MDB 

ölkələrində,  ABŞ  və  Çində  yerləşir.  Bərk  yanacaq  ehtiyatlarının  10

  –ə  qədəri 



Avropa ölkələrində, Kanada, Hindistan, Cənubi Afrika, Avstraliya və Yaponiyada 

cəmlənir.  Kömürü  əsas  ixrac  edən  ölkələr  Avstraliya,  Cənubi  Afrika  və 

İndoneziyadır.  

      Bütün  dünya  ehtiyatları  və  resurslarının  35

  –ə  qədəri  yüksək  keyfiyyətli 



kateqoriyaya aiddir, qalanları isə yanacağın alçaq kalorili növləridir.                      

      Müasir  dünya  hasilatının  2/3  hissəsindən  çoxunu  bitumlu  kömürlər,  1/4 

hissəsinə qədərini boz kömür və liqnit, 6

 —antrasit, qalanı isə—torf təşkil edir.  



      Kömür  hasilatı  tempinin  artırılması  böyük  çətinliklərlə  bağlıdır.  Kömürü 

əsasən  şaxta  üsulu  ilə  çıxarırlar.  Bu  çox  bahalı  üsuldur,  müəyyən  qədər  kapital 

qoyuluşu tələb edir, şaxtada əmək şəraiti ağırdır.  



      Bir  sıra  ölkələrdə  (o  cümlədən  Rusiyada)  kömür  yataqları,  əsasən  çox  da 

dərində  yerləşməyən  boz  kömür  yataqları  tapılmışdır,  bu  isə  açıq  üsulla  onu 

çıxarmağa imkan verir. Hasilat qurtardıqdan sonra karxanaları torpaqla doldururlar 

və landşaftı bərpa edirlər.  

      Ucuz kömür yataqları bir qayda olaraq enerji istifadə olunan əsas mərkəzlərdən 

uzaqda çətin gedilə bilən rayonlarda olurlar (məsələn Şərqi Sibirdə). Bu kömürlər 

yüksək  nəmli  və  küllü  olurlar.  Onları  dəmir  yolu  nəqliyyatı  vasitəsilə  uzaq 

məsafələrə daşımaq əlverişli deyil, belə ki bu halda yarıya qədər faydasız maddələr 

daşınır  (kül,  su  və  s.).  Kömür  yataqlarının  yaxınlığında  güclü  elektrik 

stansiyalarının tikilməsi həmişə münasib olmur.  

      Kömürün  çıxarıldığı  yerdə  kompleks  enerji-texnoloji  emalı  ilə  yarımkoksun 

(onu  dəmir  yolu  ilə  daşımaq  səmərəlidir),  həmçinin  maye  və  qaz  halında  olan 

sintetik  yanacaq  və  elektrik  enerjisinin  alınması  daha  əlverişlidir.  Belə  enerji-

texnoloji  komplekslər  indi  yarımsənaye  sınaq  mərhələsindədirlər.  Onların  növü 

tədqiq edilən kömür yataqlarının konkret xarakteristikalarından asılıdır.  

      Neft  XX  əsrdə  enerji  xammalı  kimi  ölkələrin  və  xalqların  iqtisadi  və  sosial 

inkişafına əsaslı təsir etdi. Onun hasilatı və istifadəsi hər il artırdı. Əgər 1900-cü 

illərin  əvvəllərində  neft  ilkin  enerji  mənbələrinin  balansında  bir  neçə  faiz  təşkil 

edirdisə  (onda  kömür  hakim  mövqe  tuturdu—70

),  artıq  1950-ci  ildə onun payı 



37

 –ə çatdı. Bazarın neft ilə alınması avtomobilləşdirmənin sürətli artımı və hava 



nəqliyyatının  inkişafı  ilə  müəyyən  olunurdu,  bunlar  üçün  yalnız  neft 

yanacaqlarından istifadə olunur.  

      Yaxın  Şərq,  Şimali  Afrika  və  bir  sıra  regionlarda  böyük  neft  yataqlarının 

tapılması  və  onların  işlənib  hazırlanması  ona  gətirib  çıxardı  ki,  neft  (uzaq 

məsafələrə  daşınmanı  nəzərə  almaqla)  elektrik  stansiyaları  üçün  yanacaq  kimi 

kömür  ilə  rəqabətə  başladı.  Bir  neft  quyusu  sutkada  500—1000  t  neft  vermək 

qabiliyyətinə malik idi, buna görə də onun qiyməti çox aşağı idi.  

      Neftdən  elektrik  stansiyalarında  istifadə  olunması  yanacaq  təchizatını 

sadələşdirməyə  və  ucuzlaşdırmağa  imkan  verdi  (yanacağın  hazırlanması,  tüstü 

qazlarının təmizlənməsi və s.).  

      Neft  və  neft  məhsullarının  çıxarılması,  daşınması  (həm  tanker,  həm  də  boru 

vasitəsilə)  və  istifadə  olunması  əmək  şəraiti  və  ətraf  mühitə  təsiri  nöqteyi-

nəzərindən kömürlə müqayisədə daha səmərəli oldu.  

      Yer  üzərində  neft  sənayesi  yaranan  andan  (XIX  əsrin  ortaları)  1990-cı  illərin 

sonuna qədər təxminən 50 mlrd t neft çıxarılmışdır. Bununla belə XX əsrdə hər on 

illikdə neft çıxarılması iki dəfə artırdı və 1990-cı illərin sonunda 3 mlrd t/il –dən 

çox oldu.  

      Lakin  yanacaq-enerji  balansında neftin  böyük  payı  ciddi  qorxu  yaradır, indiki 

istifadə tempi ilə neft ehtiyatları olduqca tez işlənir.  

      Planetdə neft resursları yalnız təxmini hesablana bilər. Yaddan çıxarmaq lazım 

deyil  ki,  neft  —  strateji  xammaldır  və  onun  dəqiq  ehtiyatları  müxtəlif  ölkələrdə 

göstərilməyə də bilər. Buna görə də müxtəlif mənbələrdə göstərilən rəqəmlər bir-

birindən  kəskin  fərqlənirlər.  Əsas  qeyri-müəyyənlik  neftin  çıxarılma  əmsalı  ilə 

əlaqədardır,  bu  isə  tətbiq  olunan  texnologiyanın  mükəmməlliyindən  asılıdır.  XX 

əsrdə  bu  əmsal  cəmi  25—30

  idi.  Yeni  texnologiyalar  isə  bu  əmsalı  45



  –ə 



çatdırdı.  Belə  hesab  olunur  ki,  neft  layına  aktiv  təsir  nəticəsində  çıxarma  əmsalı 

50



  –ə  çata  bilər  (yəni  bütün  neft  ehtiyatlarının  yarısını  çıxarmaq  mümkün 

olmayacaq).  

      Bizim  planetdə  hasil  olunan  neft  resursları  140—150  mlrd  t  təşkil  edir  (

200 



mlrd t ş.y.). Əgər şelfin dərin qatlarında və polyar sahələrdəki, həmçinin bitumlu 

süxurlar  və  neftli qumlaqlardakı  ehtiyatlar  da  nəzərə  alınarsa, onda  resurslar  360 

mlrd  t  ş.y.  (

260  mlrd  t  neft)  qiymətləndirilir.  Bu  rəqəmlər  neftin  çıxarılma 



əmsalının 40

 olduğu təxmin edildikdə alınmışdır.  



      Ekspertlərin hesablamalarına görə dünyada neftdən istifadə olunması 3,5 mlrd 

t/il təşkil edir. Beləliklə, istehlakın müasir həcmində adi neftin dünya resursları bir 

neçə on illərə çatar.  

      Fars körfəzi və Şimali Afrika rayonları neftlə çox zəngindirlər. Çox böyük neft 

ehtiyatları Rusiyanın Asiya hissəsinin şimal rayonlarında, Alyaskada və Kanadada 

cəmlənmişdir. Böyük ehtiyatların Cənubi Amerika və Qərbi Afrikanın Nigeriyadan 

Anqolaya qədər olan sahilboyu sularında olması ehtimal olunur.  

      Hal-hazırda energetikada yaranan və neft ilə əlaqədar problemlər ona əsaslanır 

ki, son illər neft hasilatının səviyyəsi elə sürətlə artır ki, ehtiyatların artımı tempini 

(yəni yeni resursların kəşfiyyatı və onların ehtiyat kateqoriyasına çevrilmə tempi) 

ötməyə  başlamışdır.  Köhnə  yataqların  tükənməsi  ilə  yeni  yataqların  kəşfi  və 

onların mənimsənilməsi baha başa gəlir.  

      Neft  çıxarma  əmsalını  artırmaq  məqsədilə  laya  aktiv  təsir  üsullarının 

tətbiqindən  istifadə  edilir  ki,  buna  da  böyük  kapital  qoyuluşları  tələb  olunur 

(məsələn, termik üsulda 

200 



C temperaturlu su buxarı laya vurulur. Bu təzyiqi, 

temperaturu artırır və neftin özlülüyünü aşağı salır və onu daha hərəkətli edir).   

      Əldə  olan  amillərin  analizi  və  ekspertlərin  qiymətləndirməsi  onu  göstərir  ki, 

illik  neft  hasilatı  maksimum  4—5  mlrd  t  çata  bilər,  bundan  sonra  azalmağa 

başlayacaq, neftin qiyməti isə artacaq. Son onillikdə neftin qiyməti kəskin dəyişir, 

30 –dan 100 dollar/barel –ə qədər və daha çox (1 barel = 143 kq).    



      Rusiyada  kəşf  olunan  neft  ehtiyatları  dünya  ehtiyatlarının  12—13

  –ni  təşkil 



edir.  Neft  hasilatını 

300  mln  t/il  səviyyəsində  stabilləşdirdikdə  bu  ehtiyatlar 



təxminən 50—60 ilə çatar.  

      Təbii qaz. Təbii qazdan energetikada, kimya sənayesində və ev təsərrüfatında 

geniş  istifadə  olunması  onun  nisbətən  ucuz  olması,  boru  vasitəsilə  nəqlinin 

sadəliyi,  onda  atmosferə  tullanan  zərərli  aşqarların  az olması  ilə  əlaqədardır.  XX 

əsrin əvvəllərində inkişaf etmiş ölkələrin yanacaq-energetika balansında qazın payı 

25—30


 –ə çatmışdır.  

      Quruda qazı böyük diametrli borularla minlərlə kilometr məsafəyə nəql etmək 

sərfəlidir.  Belə  boru  kəmərləri  SSRİ  –də  çəkilmişdi.  Onlar  qazı  Qərbi  Sibirin 

böyük  yataqlarından  Rusiyanın  Avropa  hissəsinə  və  sonra  da  Avropa  ölkələrinə 

verirlər.  

      Qazı  dəniz  vasitəsilə  də  (tanker-refrijeratorda  sıxılmış  halda)  nəql  etmək  olar, 

lakin bu çox bahadır (neftin dənizlə nəqlindən baha başa gəlir).  

      ―Adi‖  təbii  qazın  dünya  resursları  (çıxarma  əmsalı  80

  olduqda)  160—180 



trln m

3

 həcmində qiymətləndirilir.  




      Lakin qazın dünyada paylanması, neft kimi qeyri-bərabərdir, buna görə də bir 

çox  ölkələr  (o  cümlədən  Qərbi  Avropa  ölkələri)  artıq  bu  gün  kəskin  qaz 

çatışmazlığını  hiss  edirlər.  Qazın  bütün  doğru  dünya  ehtiyatlarının  1/3  hissəsinə 

qədəri  Rusiyada  və  MDB  respublikalarında  yerləşir.  Rusiya  təbii  qaz  hasilatına 

görə  (700  mlrd  m

3

/il  səviyyəsində) dünyada  ən  böyük  ölkə  sayılır.  Qaz  yataqları 



Asiyada,  Yaxın  Şərqdə,  Okean  bölgəsində,  Kanadada,  Norveçdə  və  bir  sıra 

ölkələrdə vardır.  

      Təbii  qazın dünya  hasilatı  müasir  səviyyədə  (

2,4  trln  m



3

/il) saxlanılarsa, qaz 

resursları 2050-ci illərin ikinci yarısında tükənə bilər.   

      Nüvə  yanacağı.  Müasir  atom  elektrik  stansiyaları  üçün  yanacaq  uran  və 

plutoniumdur.  

      Uran  filizləri  yer  kürəsinin  bir  çox  rayonlarında  təsadüf  olunur:  Cənubi 

Amerikada, Afrikada, ABŞ-da, Avropada. Təbii uran — atom kütləsi 238 və 235 

olan  izotopların 

t

/

kq



14

,

7



U

235


  konsentrasiyasında  qarışığıdır.  Nəzərə  almaq 

lazımdır  ki, 

U

235



  izotopu  təbiətdə  yeganə  rast  gələn  bölünən  izotopdur  və  bərpa 

olunmayan  resurslara  aiddir.  O  təbiətdə  yaranmır  və  əgər  onu  nüvə  (istilik) 

reaktorlarında  tam  istifadə  edərlərsə,  o həmişəlik  yox  olar.  Təbiətdə 

U

238



izotopu 

daha  tez-tez  təsadüf  olunur.  O  neytronların  təsiri  altında  zəncirvari  reaksiyanı 

dəstəkləmir,  lakin  plutonium  izotopuna  çevrilə  bilər,  hansı  ki  belə  reaksiyanı 

dəstəkləyir:  

                                      

.

Pu



;

Np

;



U

n

U



239

239


239

238










          

 

      



U

239


  izotopunun  dərəcəsi 

U

235



  izotopunun  dərəcəsindən  yüksəkdir,  istilik 

neytron  reaksiyası  bölünməsinə  məruz  qalır,  və  onda  yaranan  neytronların  sayı  

orta hesabla bir bölgü çox olur. Sürətli neytronlar əsasındakı reaktorlar uranın yeni 

bölünən  maddəyə  çevrilməsi  sayəsində    nüvə  energetikasının  yanacaq  bazasını 

30—40 dəfə genişləndirməyə imkan verir.  

      Nüvə  yanacağı  öz  təbii  formasında  nüvə  reaktorlarında  yanacaq  kimi  istifadə 

oluna bilməz, o mürəkkəb və bahalı emal prosesindən, yəni zənginləşmə və istilik 

ayıran  elementlərin hazırlanması  prosesindən  keçməlidir.  Qiymətləndirməyə  görə 

təbii  uranın  hasilatına  sərf  olunan  xərclər  AES  –lərin  ümumi  xərcinin  11

  –ni 



təşkil edir.   

      Təbiətdə  uran  ehtiyatlarının  qiymətləndirilməsi  neftə  nəzərən  daha  da 

ziddiyyətlidir. 1970-ci illərin ortalarında dünya bazarında uran oksidi 17 dollar/kq 

ucuz  sayılırdı,  lakin  1980-ci  illərdə  isə  artıq  66  dollar/kq  oldu  və  sonralar  bu 

göstərici durmadan artır.  

      Əldə  olan  məlumatlar  sübut  edir  ki,  bahalı  uranın  dünya  ehtiyatları  çox 

böyükdür.  Belə  ki,  1  kq  uranın  çıxarılmasına  200  dollar  xərclənərsə,  uran 

ehtiyatları 

10

7



—10

8

 t olar, əgər 500 dollar/kq xərclənərsə — təxminən 10



9

 t olar.    




      Əgər  nəzərə  alınsa  ki,  1  t  təbii  uranın  yüksək  neytronlu  reaktorlarda  istifadə 

edilməsi  

10

6



  t   ş.y.  –a  ekvivalentdir, onda  yuxarıda göstərilən təbii uran  (10

7



10

8

 t)  isə  10



13

—10


14

 t  ş.y. –a ekvivalent olacaq.  

      Müxtəlif  regionlarda  ucuz  uran  resursları  haqqında  məlumatlar  vardır,  lakin 

onlara  ehtiyatla  yanaşmaq  lazımdır  (digər  regionlar  lazımi  dərəcədə  kəşf 

olunmamışlar).  Buna  baxmayaraq,  uran  hasilatı  33  dollar/kq  dəyərində  olarsa,  

uran ehtiyatları (min ton U

3

O

8



 uran külçəsi) təşkil edir: ABŞ –da — 430 min ton, 

Avstraliyada — 430 min ton, Cənubi Afrikada — 242 min ton, Kanadada — 189 

min  ton,  Fransada  —  48  min  ton  və  s.  Uran  hasilatının  qiyməti  130  dollar/kq  –a 

qədər olduqda ümumi uran resursları 4,17  mln ton təşkil edir. Bu miqdarda uran 

adi  (istilik)  reaktorlarında  istifadə  edildikdə  4∙10

10

  t  ş.y.  –a,  sürətli  neytron 



reaktorlarında istifadə edildikdə isə təxminən  10

12

 t  ş.y. –a  uyğundur.   



      Ağır  (istilik) neytronlu  reaktorlara  malik  olan 1  mln  kVt güclü  AES  –də  təbii 

uranın  illik  sərfi  təxminən  500  t  bərabərdir,  bu  maksimal  yüklənmə  7000  s/il  və 

FİƏ  



25



 olduqda mümkündür.  

      Qeyd  edək  ki,  Rusiya  atom  enerjisinin  istehsalına  görə  ABŞ,  Fransa  və 

Yaponiyadan sonra dünyada dördüncüdür.  

      Rusiyada  10  AES  fəaliyyət  göstərir.  AES  –lərin  gücünün  təxminən  2  —  2,5 

dəfə artırılması planlaşdırılmışdır (2008-ci  ildəki 23,8  QVt  –dan 2030-cu ildə 52 

— 62 QVt –a qədər).   

      Bütövlükdə, atom energetikasının prioritetliyi saxlanılır, AES –in təhlükəsizliyi 

və etibarlılığının təmini sahəsində işlər aparılır. Lakin AES –də enerji istehsalı hər 

hansı  səbəbdən  azaldığı  halda  kəsir  hissəsi  İES  –də  enerji  istehsalının  artımı  ilə 

kompensə  olunmalıdır,  bunun  üçün  isə  əlavə  üzvi  yanacaq  çıxarılması  tələb 

olunacaq.  

 

 


Yüklə 193,64 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə