Y e k u n h e s a b a t bakı 2003 I. Xülasə



Yüklə 151,67 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix10.06.2017
ölçüsü151,67 Kb.
  1   2   3

Seçki Monitorinq Mərkəzi 

Azərbaycan Respublikası Prezident seçkiləri

15 oktyabr 2003-cü il

Y E K U N 

 

   H E S A B A T 

 

 

Bakı - 2003



I. Xülasə

Seçki Monitorinq Mərkəzi (SMM) 2003-cü ildə prezident seçkiləri ilə bağlı uzunmüddətli 

monitorinq fəaliyyətini həyata keçirib və seçki öncəsi ictimai-siyasi vəziyyətə dair 8 dəfə aylıq 

hesabat yayıb. Bu hesabatlar SMM-in həyata keçirdiyi seçki proqramı çərçivəsində ayda 1 

dəfə hazırlanaraq Azərbaycan və ingilis dillərində yayılıb. 

Qeyd edək ki, bu hesabatların hazırlanmasında müşahidə, müsahibə, sorğu və test 

metodlarından istifadə olunub. Bununla bağlı ölkədə dərc olunan 9 mətbu orqanın (gündəlik 

və həftəlik nəşrlər) və 2 televiziyanın (Qəzetlər - «Azərbaycan», «Xalq», «Bizim əsr», «525-ci 

qəzet», «Zerkalo», «Exo», «Yeni Müsavat», «Azadlıq»; Тeleviziyalar – ANS və Space.) 

monitorinqi aparılıb, beynəlxalq təşkilatlar, siyasi partiyalar və QHT-lərin nümayəndələri ilə 

görüşlər keçirilib. 

SMM prezident seçkiləri ilə bağlı seçki qanunvericiliyinin demokratikləşməsi, yerli 

müşahidəçilərin monitorinq fəaliyyətinə olan məhdudiyyətlərin aradan qaldırılması yönündə 

səylər aparıb və vətəndaşlara seçki hüququnun təlimi, yerli müşahidəçilərin, seçki 

komissiyalarının, seçicilərin seçkiyə hazırlanması istiqamətində proqramlar həyata keçirib. 

Sentyabr-oktyabr aylarında SMM Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) dəstəyi ilə 

ölkənin 10 regionunda, ABŞ Beynəlxalq Əlaqələr üzrə Milli Demokratiya İnstitutunun dəstəyi 

ilə Bakı şəhərində yerli müşahidəçilərin hazırlanması və onların qeydiyyatı ilə bağlı 58 treninq 

keçirib. 

15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkiləri günü SMM-in müşahidəçi korpusu 37 

seçki dairəsi üzrə total müşahidə və 28 seçki dairəsi üzrə ümumi müşahidə aparıb. 

Ümumilikdə SMM-in 1487 nəfər müşahidəçisi ölkənin 56 rayonu üzrə 65 seçki dairəsində 

seçkilərin monitorinqində iştirak edib. 

II. Seçkiyə hazırlıq. 

A. Yeni seçki qanunvericiliyinin hazırlanması. 

2002-ci ilin oktyabrında Azərbaycan Respublikası Prezident Aparatının Qanunvericilik və 

Hüquq ekspertizası məsələləri şöbəsi tərəfindən yeni seçki qanunvericiliyi – Seçki Məcəlləsi 

layihəsinin hazırlanıb beynəlxalq təşkilatlara (Avropa Şurası Venetsiya Komissiyası, ATƏT-in 

Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Seçki Sistemləri üzrə Beynəlxalq Fond) 

göndərilməsi barədə məlumat yayılıb. Qeyd edək ki, Seçki Məcəlləsi layihəsinin ölkə 

ictimaiyyətinin, siyasi partiyalar və Qeyri-Hökumət Təşkilatlarının (QHT) ümumi razılığı 

əsasında müzakirə olunması gözlənilirdi. Çünki, yeni seçki qanunun qəbulu ölkədə azad və 

müstəqil seçki komissiyalarının formalaşması, seçkidə şəffaflığın təmin olunması və 

vətəndaşların seçki hüququna geniş təminatlar baxımından ciddi müzakirə mövzusuna 

çevrilmişdi. Müxalifət partiyaları və seçki ilə məşğul olan QHT-lər bu qanunda Avropa Şurası 

qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsinə ümid edərək, qanunun demokratik 

prinsiplərə söykənəcəyinə inanırdılar. 

  Seçki Monitorinq Mərkəzi, 15 oktyabr 2003-cü il Yekun Hesabat  

                                                 

2

 



2002-ci ilin oktyabrında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) 

və Seçki Sistemləri üzrə Beynəlxalq Fond (SSBF) və Avropa Şurası Venesiya Komissiyası (AŞ 

VK) Seçki Məcəlləsi layihəsinin ictimai müzakirəsini təşkil etmək məqsədilə MSK, prezident və 

parlament hakimiyyətinin təmsilçiləri, eyni zamanda siyasi partiyalar və QHT-lərin 

nümayəndələri ilə məsləhətləşmələr apardılar, lakin bununla nəticə əldə olunmadı. Hətta 

Seçki Məcəlləsi layihəsinin ilk müzakirəsi (Dəyirmi Masa, 16-17 dekabr 2002-ci il) müxalifət 

partiyaları və seçki ilə məşğul olan QHT-lərin iştirakı olmadan keçirildi. Bunun səbəbi 

müzakirədə hakimiyyət orqanlarının daha çox təmsil olunması, tədbirin dialoq xarakteri 

daşımaması və nəticə etibarilə bu cür müzakirənin səmərəsizliyi ilə izah edildi.

ATƏT DTİHB, SSBF və AŞ VK 2003-cü il fevralın 26-27-də Azərbaycan hökuməti ilə birgə 

Seçki Məcəlləsi layihəsinin ictimaiyyətə təqdimatıyla bağlı elmi-praktik konfrans keçirdi. Ancaq 

konfransda Müxalifətin Koordinasiya Mərkəzinə (MKM) daxil olan partiyaların iştirak 

etməməsindən ATƏT-in Bakı ofisi iqtidar-müxalifət dialoqunun keçirilməsi yönündə səylərini 

davam etdirdi. Bununla bağlı ATƏT-in Bakı ofisinin rəhbəri Piter Burxhard MKM-i təmsil edən 

hüquqşünas Fuad Ağayevlə iqtidarı təmsil edən hüquqşünas, Prezident Aparatının şöbə müdiri 

Şahin Əliyevin görüşünü keçirməyi təklif etdi.

F.Ağayevlə Ş.Əliyevin ilk görüşü martın 6-da SSBF və ATƏT nümayəndələrinin iştirakı ilə 

keçirilib. Mətbuata açıqlamasında F.Ağayev bildirib ki, bu görüşdə əsasən seçki 

komissiyalarının formalaşdırılması məsələsi müzakirə olunub. Müxalifət tərəfi Mərkəzi Seçki 

Komissiyasının son parlament seçkilərində vahid çoxmandatlı seçki dairələri üzrə seçicilərin ən 

azı 1 faizinin səsini toplamış 8 partiyadan ibarət olmasını, iqtidar tərəfi isə Seçki Məcəlləsində 

olduğu kimi – 6 nəfər parlamentdə çoxluq təşkil edən partiyadan, 6 nəfər parlamentdə azlıq 

təşkil edən partiyadan, 6 nəfər parlamentdə təmsil olunan bitərəf deputatların nümayəndələri 

və 3 nəfər hakim olmaqla 21 nəfərdən ibarət formalaşmasını zəruri sayıb. Tərəflər arasında 

martın 10-da keçirilən ikinci görüşdə isə Seçki Məcəlləsi layihəsi müzakirə olunmayıb və dialoq 

dayandırılıb. Bu barədə məlumat verən F.Ağayev «iqtidar seçki komissiyaları ilə bağlı 

müzakirələr aparılmasını məqbul saymır və dialoqun davam etdirilməsinə ehtiyac görmür»- 

deyib. Ancaq Ş.Əliyev iqtidarın dialoqun əleyhinə olmadığını bildirsə də, bundan sonrakı dövr 

ərzində iqtidar-müxalifət dialoqu keçirilmədi.

Martın 7–də Milli Məclisdə Seçki Məcəlləsi layihəsi ilə bağlı birinci oxunuşda müzakirələr 

başlandı. Layihənin birinci oxunuşda müzakirəsi Milli Məclisin 3 iclasında davam etdirildi. 

Müzakirələrdə Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan deputatlar, digər iqtidaryönlü 

partiyaların nümayəndələri və bitərəf deputatların əksəriyyəti qanunun demokratik olduğunu 

və bu sənəddə dəyişikliklərə ehtyac olmadığını bildiriblər. YAP-ın nümayəndələri layihənin 

beynəlxalq standartlara cavab verdiyini və müxalifətin seçki komissiyalarının təşkili ilə bağlı 

təkliflərinin qənaətbəxş olmadığını bildiriblər. Ancaq Azərbaycan Xalq Cəbhəsi Partiyasından 

olan millət vəkilləri MKM-ə daxil olan partiyaların Seçki Məcəlləsinə dair təklifləri barədə 

məlumat veriblər. Onlar seçki komissiyalarının parlamentdəki bitərəflərin iştirakı olmadan, 

iqtidar və müxalifət partiyalarından ibarət paritet formada formalaşdırılmasını təklif ediblər. 

Müxalifətdən olan deputatlar bu təkliflərini bitərəflərin indiyədək iqtidarın mövqeyindən çıxış 

etməsi ilə izah ediblər.

Seçki Məcəlləsi martın 18-də birinci oxunuşda 93 səs lehinə, 13 səs əleyhinə qəbul edilib və 

ikinci oxunuşadək verilmiş təkliflərin nəzərə alınması üçün daimi komissiyalara qaytarılıb.

Martın 31-də Milli Məclisdə Seçki Məcəlləsi layihəsinin ikinci oxunuşda müzakirəsi başlandı.

Layihənin parlamentdə ikinci oxunuşda müzakirələri zamanı yenə əsas fikir ayrılığı və 

  Seçki Monitorinq Mərkəzi, 15 oktyabr 2003-cü il Yekun Hesabat  

                                                 

3

 



mübahisələr seçki komissiyalarının formalaşmasıyla bağlı yarandı. Bununla bağlı AXCP sədri 

Əli Kərimli bildirib ki, ölkədə sabitliyin müdafiəsi və demokratik seçkilərin keçirilməsi seçki 

komissiyalarının formalaşmasından asılıdır.

Layihə parlamentdə ikinci oxunuşda sonuncu dəfə aprelin 9-da müzakirə olunsa da, ikinci 

oxunuşda qəbulu qeyri-müəyyən müddətə təxirə salındı. Bu barədə aprelin 11-də verilən 

məlumata görə, Seçki Məcəlləsi layihəsinə dair parlamentdə irəli sürülən təklifləri Prezident 

Aparatı AŞ VK və ATƏT DTİHB ilə birgə müzakirə edəcək. Sonra razılaşdırılmış yeni layihə 

ölkə prezidentinə təqdim olunacaq və onun rəyi əsasında Milli Məclisdə səsverməyə təqdim 

olunacaq. Beləliklə, Seçki Məcəlləsi layihəsi mayın 6–da AŞ VK və ATƏT DTİHB-nin 

tövsiyyələri ilə birlikdə Milli Məclisdə ikinci oxunuşda yenidən müzakirəyə çıxarıldı. Milli Məclis 

aparatının rəhbəri Səfa Mirzəyev beynəlxalq təşkilatların tövsiyyələri barədə bildirib ki, bu 

təkliflər Mərkəzi Seçki Komissiyasının (MSK) 16 nəfərdən, Dairə Seçki Komissiyalarının (DSK) 

9 nəfərdən, Məntəqə Seçki Komissiyalarının (MnSK) isə 8 nəfərdən ibarət formalaşmasını 

nəzərdə tutur.

Qeyd edək ki, bu tövsiyyələrə görə, MSK-nın 16 üzvündən 6 nəfərini parlament çoxluğu – 

Yeni Azərbaycan Partiyası, 3 nəfəri parlament azlığı – Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş 

Həmrəyliyi və Kommunist partiyaları, 3 nəfəri parlamentdəki bitərəf deputatlar və mojaritar 

qaydada parlamentdə təmsil olunan partiyalar – Ana Vətən, Sosial Rifah, Yurddaş və 

Azərbaycan Naminə Alyans partiyaları, qalan 4 yer isə parlamentdə təmsil olunmayan, ancaq 

son parlament seçkilərində 1 faizdən çox səs toplamış partiyalara – Müsavat, Milli İstiqlal, 

Demokrat və Liberal partiyalarına ayrılacaq.

DSK-larda isə YAP-ı 3 nəfər, parlament azlığını 3 nəfər, bitərəfləri 1 nəfər və parlamentdən 

kənarda qalan partiyaları 2 nəfər təmsil etməklə formalaşır.

MnSK-lar isə 3 nəfər parlament çoxluğunu, 3 nəfər parlamentin digər partiyalarını və 2 nəfər 

parlamentdən kənar partiyaları təmsil edir. Bu təkliflərə görə, seçki komissiyalarının 

iclaslarında qərarlar 2/3 səs çoxluğu ilə qəbul olunmalıdır.

Bu təkliflər Milli Məclisin mayın 6-7-də keçirilən iclasında müzakirə olundu. Hər iki müzakirədə 

təklifləri YAP-dan olan və iqtidarüyönlü millət vəkilləri kəskin tənqid etdilər. Səsvermə 

nəticəsində bu təkliflər qəbul edilməyərək, parlamentin insan hüquqları, hüquq siyasəti və 

dövlət quruculuğu komissiyalarına yenidən işlənmək üçün geri qaytarıldı.

Mayın 21-də Milli Məclisin insan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu, beynəlxalq 

əlaqələr və parlamentlərarası münasibətlər komissiyalarının birgə iclası keçirilib. İclasda Seçki 

Məcəlləsi və seçki komissiyaları ilə bağlı beynəlxalq təşkilatların təklifləri əsasında «Seçki 

komissiyalarının tərkibinə dair təkliflər paketi» müzakirə olunub və qəbul edilib. Bu təkliflər 

paketi Mərkəzi Seçki Komissiyasının 15 nəfərdən ibarət formalaşdırılmasını nəzərdə tutur. 

Təkliflərə görə, MSK-nın 15 üzvündən 6 yer parlament çoxluğu – YAP, 3 yer parlament azlığı 

– AXCP, VHP və Kommunist partiyaları, 3 yer isə parlamentdəki bitərəf deputatlar və 

mojaritar qaydada parlamentdə təmsil olunan partiyalar – Ana Vətən, Sosial Rifah, Yurddaş 

və Azərbaycan Naminə Alyans, qalan 3 yer isə parlamentdə təmsil olunmayan, ancaq son 

parlament seçkilərində 1 faizdən çox səs toplamış partiyalara – Müsavat, Milli İstiqlal, 

Demokrat və Liberal partiyalarına ayrılacaq.

9 nəfərdən ibarət olacaq DSK-larda isə 3 yer YAP-a, 2 yer parlament azlığına, 2 yer bitərəflər 

və parlamentdə mojaritar qaydada təmsil olunan partiyalara, 2 yer isə parlamentdən kənarda 

qalan partiyalara nəzərdə tutulur.

MnSK-lar isə 6 nəfərdən ibarət olmaqla 3 yer parlament çoxluğuna, 1 yer parlament azlığına, 

1 yer bitərəflər və parlamentdə mocaritar qaydada təmsil olunan partiyalara, 1 yer isə 



  Seçki Monitorinq Mərkəzi, 15 oktyabr 2003-cü il Yekun Hesabat  

                                                 

4

 



parlamentdən kənar partiyalara ayrılır. Bu təkliflər də daxil olmaqla Seçki Məcəlləsi layihəsi 

Milli Məclisin mayın 23-27-də keçirilmiş 6 iclasında müzakirə edildi və müxalifət deputatlarının 

iştirakı olmadan üçüncü oxunuşda qəbul edildi. Parlamentdəki müxalif deputatların bu iclası 

boykot etməsinə səbəb isə ATƏT DTİHB və AŞ VK-nın təkliflərinin hakimiyyətin maraqlarına 

uyğun dəyişdirilməsi oldu.

İyunun 2-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Milli Məclisdə qəbul 

olunmuş Seçki Məcəlləsini imzaladı. Dövlət başçısının imzaladığı sərəncama əsasən, növbəti 

prezident seçkilərinə iyunun 17-dən start verilir.

Qeyd edək ki, Seçki Məcəlləsində YAP və iqtidaryönlü partiyaların çoxluq təşkil etməsi, habelə 

yerli müşahidəçiliyə məhdudiyyətlər və digər prosedur qaydalarına dair etirazlara baxmayaraq 

bu seçki qanununa sonradan əlavə və dəyişikliklər olunmadı.

B. QHT-lərin seçki qanunvericiliyi təşəbbüsləri.

Yanvarın 24-də Seçki Sistemləri üzrə Beynəlxalq Fond (SSBF) ilə birgə QHT-lər və QHT 

koalisiyaları Seçki Məccəlləsi layihəsini müzakirə ediblər. Müzakirələrdə QHT-lərin 

müşahidəzilik fəaliyyətinə əngəllər yaradan «QHT-lər (ictimai birliklər və fondlar) haqqında» 

qanunun müddəaları, Seçki Məcəlləsinin ictimai müzakirəsinin kezirilməsi, QHT-lərin seçki 

prosesində iştirakının təmin olunması barədə qətnamə qəbul edilib və QHT 

nümayəndələrindən ibarət İşçi Qrupun yaradılması qərara alınıb. Fevralın 28-də İşçi Qrupun 

hazırladığı təkliflər (QHT-lərin seçkilərdə məhdudiyyətsiz monitorinq fəaliyyəti, seçki 

komissiyalarının formalaşmasında iştirakı və s.) Prezident Aparatına və Milli Məclisə 

gündərilib.

Fevralın 10-da Seçki Monitorinq Mərkəzinin Seçkilər Məcəlləsi ilə bağlı ilkin təklifləri 

ictimaiyyətə açıqlanıb və bu barədə mətbuat konfransı keçirilib. Seçki Məcəlləsinin 14 

istiqaməti üzrə islahatları nəzərdə tutan təkliflərdən yalnız biri – QHT-lərin seçki 

komissiyalarında təmsilziliyi bəzi siyasi partiyalar və QHT-lər arasında tərəddüdlə qarşılanıb.

Mayın 16-da Seçki Monitorinq Mərkəzi seçki prosesində QHT və KİV-in müşahidəçilik 

fəaliyyətinə məhdudiyyətlər yaradan amillərlə bağlı bəyanat yayıb. Bəyanatda Seçki 

Məcəlləsinin 40.6, 40.7, 74.5 və 88.8-ci maddələrinin və «QHT-lər (ictimai birliklər və fondlar) 

haqqında» qanunun 2.4-cü maddəsinin dəyişdirilməsi tələb olunub. SMM bu tələblərlə bağlı 

mayın 29-da «QHT-lərin seçkilərdə məhdudiyyətsiz monitorinq fəaliyyəti təmin edilsin!» tələbi 

ilə etiraz kampaniyasına başlayıb. Xatırladaq ki, adıçəkilən qanunun 2.4-cü maddəsi xaricdən 

maliyyə yardımı alan QHT-lərin seçkilərdə iştirakına məhdudiyyət qoyur.

İyunun 19-da Seçki Monitorinq Mərkəzi Konstitusiya Məhkəməsinə (KM) müraciət edərək, 

QHT-lərin seçkilərdə müşahidəçiliyini əngəlləyən hüquqi normaların Konstitusiyaya uyğun 

olmaması səbəbindən ləğv olunmasını xahiş edib. Ancaq Konstitusiya Məhkəməsinin iyunun 

27-də gündərdiyi cavab məktubunda qanunsuz olaraq Mərkəzi Seçki Komissiyasına müraciət 

etmək tövsiyə olunub. Qeyd edək ki, SMM KM-yə bundan sonra 2 dəfə müraciət etmiş, ancaq 

hər dəfə bu müraciətlər müzakirə olunmamışdır.

Bundan sonra isə təkliflər Prezident Aparatına göndərilmiş və ekspertlərin iştirakı ilə seçki 

qanunvericiliyi ilə bağlı dialoqun keçirilməsi təklif olunmuşdur.

  Seçki Monitorinq Mərkəzi, 15 oktyabr 2003-cü il Yekun Hesabat  

                                                 

5

 



C. Beynəlxalq səylər.

2002-ci ilin sonundan başlayaraq, müxtəlif beynəlxalq təşkilatlar Azərbaycanda yeni, 

demokratik seçki qanunvericiliyinin hazırlanması, seçkiqabağı ictimai-siyasi durumun 

demokratikləşməsi və ölkədə azad seçkilərin keçirilməsi yönündə təşəbbüslər nümayiş 

etdiriblər.

Seçki qanunvericiliyinin demokratikləşməsi yönündə ATƏT DTİHB, AŞ VK və İFES-in 

təşəbbüsü ilə 2002-ci ilin oktyabrından başlayan səylər diqqət çəkir. Hər 3 qurumun 

təşkilatçılığı ilə 2002-ci ilin dekabr və 2003-cü ilin fevralında Seçki Məcəlləsi layihəsinin ictimai 

müzakirəsini və hakimiyyət-müxalifət dialoqunu təşkil etməyə cəhdlər olunmuşdur. Ancaq bu 

səylərə baxmyaraq, Seçki Məcəlləsinin narazılıq yaradan müddəaları, xüsusən də seçki 

komissyialarının tərkibi və formalaşdırılması proseduru ictimai etimad qazanmadan 

parlamentdə qəbul olunmuşdur. Hətta seçki komissiyalarının formalaşdırılması ilə bağlı ATƏT-

in rəsmi mövqeyini açıqlayarkən ATƏT-in Bakı ofisinin rəhbəri Piter Burxhard qeyd edib ki, 

layihədə seçki komissiyalarının yaradılması mexanizmi beynəlxalq təşkilatları qane etmir. 

Buna baxmayaraq ATƏT və AŞ sonradan bu yöndə səylərini gücləndirməyib.

Seçki prosesində müşahidəçilik fəaliyyəti ilə bağlı ABŞ Beynəlxalq Əlaqələr üzrə Milli 

Demokratiya İnstitutu (MDİ) səylər nümayiş etdirib. Ìayın 8-də MDİ Azərbaycanda seçki 

prosesində müşahidəçilik fəaliyyətinə yaranmış məhdudiyyətlər ilə bağlı bəyanat yayıb. 

Bəyanatda bildirilir ki, Azərbaycanda əsassız məhdudiyyətlər qoyulmadan QHT-lərə seçki 

prosesini müşahidə etməyə icazə verilməlidir. «Hakimiyyət nə akkreditasiya, nə də hər hansı 

qanun vasitəsilə yerli QHT-lərə seçkini müşahidə etmək üzün məhdudiyyət yaratmamalıdır»-

deyə MDİ-nin bəyanatında bildirilir.

Prezident seçkiləri ərəfəsində ATƏT-in Bakı ofisi və ATƏT DTİHB seçkiqabağı mühitin 

demokratikləşməsi istiqamətində də səylər göstərib. Məsələn, iyulun 8-də Bakıda səfərdə olan 

ATƏT DTİHB-in təmsilçiləri Nikolay Vulçanov, qurumun Azərbaycan üzrə müşahidəçilər 

missiyasının rəhbəri Piter Ayker və Nikolas Kazarovski dövlət orqanları, siyasi partiyalar və 

QHT-lərin nümayəndələri ilə görğülər keçirərək, mövcud ictimai-siyasi durumu öyrəniblər. 

Eyni zamanda həm ATƏT-in Bakı ofisinin, həm də ATƏT DTİHB-nin rəsmi nümayəndələri bir 

neçə dəfə seçki prosesinə hazırlıq, MSK-nın fəaliyyətindəki qüsurlar və ölkədə demokratik 

prezident seçkilərinin keçirilməsinə yaranmış təhlükələrlə bağlı fikirlərini bildiriblər.

Sentyabrın 15-də AŞ Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andreas 

Qrossun rəhbərliyi ilə ölkədə səfərdə olan müşahidəçilər dövlət orqanları, siyasi partiyalar, 

qeyri-hökumət təşkilatları və KİV nümayəndələri ilə görüşüblər. Görüşlərdə seçkiqabağı 

ictimai-siyasi durum, insan haqlarının vəziyyəti və seçkiyə hazırlıq məsələləri müzakirə 

olunub.

Senyabrın 30-da ATƏT-in Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə Müşahidəçilik 



Missiyasının ATƏT DTİHB üzün hazırladığı rezüme və dörd bölmədən ibarət məlumatı yayılıb. 

Missiya seçkiqabağı dönəmdə müxalifətin hakimiyyətin böyük təzyiqləri ilə üzləşdiyini təsdiq 

edərək, müxalifət liderləri və fəallarına qarşı təqiblər, zorakılıq və onların həbs edilmələrinə 

dair informasiyaların dəqiqləşdirildiyi, bir hissəsinin isə araşdırıldığı bildirilib.



  Seçki Monitorinq Mərkəzi, 15 oktyabr 2003-cü il Yekun Hesabat  

                                                 

6

 



Prezident seçkiləri ərəfəsində seçkiqabağı siyasi mühitin demokratikləşməsi yönündə ABŞ, 

Böyük Britaniya və Almaniya dövlətlərinin diplomatik nümayəndəliklərinin səyləri müşahidə 

olunub. Məsələn, iyulun 21-də ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər vəkili Nensi Makeldauni 

müxalifət liderlərinə qarşı təzyiqlərdən narahatlığını bildirib. İyulun 23-də isə ABŞ Dövlət 

Departamentinin təmsilçisi Coanna Prokopoviç də müxalifət liderlərina qarşı basqılardan 

narahatlığını ifadə edib. Eyni zamanda ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Nensi 

Makeldauni avqustun 15-də verdiyi bəyanatında Azərbaycan hakimiyyətini prezident 

seçkilərini demokratik keçirməyə çağırıb.

Almaniyanın Azərbaycandakı səfirliyinin müşaviri Karsten Meyer-Vyefhauzen sentyabrın 9-də 

təmsil etdiyi ölkənin MSK-ya 5 min ədəd şəffaf seçki qutusu hədiyyə etdiyini bildirib.

Seçkiyə hazırlıq dövründə Azərbaycanda fəaliyyət göstərən donor təşkilatlar, müxtəlif 

diplomatik nümayəndəliklər və digər beynəlxalq təşkilatlar seçki komissiyaları üzvlərinin, 

vətəndaş qruplarının, seçicilər və müşahidəçilərin hazırlanması istiqamətində müxtəlif 

proqramlar həyata keçiriblər. Qeyd edək ki, bu cür proqramlar ABŞ Beynəlxalq İnkişaf 

Agentliyi, Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, ABŞ Milli Demokratiya İnstitutu, ABŞ 

səfirliyinin Demokratiya Komissyiası, ABŞ Beynəlxalq Respublikaçılar İnstitutu və Seçki 

Sistemləri üzrə Beynəlxalq Fond tərəfindən həyata keçirilib və dəstəklənib.

D. Seçki komissiyalarının formalaşdırılması

İyunun 10-da MSK-nın formalaşdırılmasına başlanıldı. Bu məqsədlə MSK-ya nümayəndə 

göndərmək səlahiyyəti olan partiyalar öz namizədlərini müəyyən ediblər.

İyunun 11-də dörd müxalifət partiyasının MSK-ya öz nümayəndəni müəyyənləşdirmək 

məqsədi ilə keçirdikləri püşkatma nəticəsində həmin yerləri Milli İstiqlal, Müsavat və 

Demokrat Partiyaları qazanıb. Milli Məclisin iyunun 13–də keçirilən iclasında isə MSK-nın 15 

nəfərdən ibarət tərkibi təsdiq olunub. İclasda həmçinin MSK-nın hazırladığı təqvim planına 

əsasən, prezidentliyə namizədlərin imza toplama kampaniyası və onların qeydiyyatının 

müddəti, yerli və beynəlxalq müşahidəçilərin qeydiyyatının müddəti, dairə seçki komissyiaları 

və məntəqə seçki komissiyalarının yaradılması, seçkiqabağı təşviqatın müddəti və prezident 

seçkilərinin tarixi ilə bağlı məsələlər təsdiq olunub.

Dairə Seçki Komissiyaları (DSK) və Məntəqə Seçki Komissiyaları (MnSK) formalaşdırılması 

zamanı kobud qanun pozuntuları müşahidə olunub. Məsələn, Seçki Məcəlləsinə uyğun olaraq, 

DSK-larda bir katib yeri parlament azlığına aid olan Azərbaycan Xalq Cəbhəsi Partiyası 

(AXCP), Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və Azərbaycan Kommunist Partiyasına (AKP) 

ayrılıb. Bu partiyalar arasında razılaşmaya görə, DSK-larda 41 katib yeri AXCP-yə, 41-i VHP-

yə, 42-si isə AKP-yə ayrılıb. Lakin DSK-larda katib seçkisi zamanı Seçki Məcəlləsinin bu tələbi 

pozulub və AXCP-yə 24, VHP-yə isə 40 yer düşüb. Qalan yerlər isə AKP-yə verilib. Digər bir 

hal isə həm DSK-lar, həm də MnSK-lar formalaşarkən yerli icra hakimiyyətləri tərəfindən YAP 

üzvləri və digər iqtidara yaxın şəxslərin VHP və AKP üzvü kimi seçki komissiyalarının tərkibinə 

daxil edilməsi olub.

III. Prezidentliyə namizədlərin irəli sürülməsi və qeydə alınması

MSK-ya iyulun 9-dək prezidentliyə namizədliyi irəli sürülmüş 17 nəfərin – YAP sədri Heydər 

Əliyev, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Ədalət Partiyasının 

  Seçki Monitorinq Mərkəzi, 15 oktyabr 2003-cü il Yekun Hesabat  

                                                 

7

 



sədri İlyas İsmayılov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Milli Vəhdət 

Partiyasının (MVP) sədri Yunus Əliyev, bitərəf Qüdrət Həsənquliyev, Azərbaycan Milli İstiqlal 

Partiyasının (AMİP) sədri Etibar Məmmədov, müstəqil namizəd Lalə Şövkət Hacıyeva, Dövlət 

Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyev, Milli Konqres Partiyasının sədri İxtiyar 

Şirin, Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) sədri Abutalıb Səmədov, millət vəkili 

Şadman Hüseyn, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə, 

Namus Partiyasının sədri Toğrul İbrahimli, Tərəqqi Partiyasının sədri Çingiz Sadıxov və Müasir 

Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin prezidentliyə namizədliklərini təsdiq edib.

Eyni zamanda, MSK sənədlərinin qaydasında olmamasını iddia edərək, Demokrat Partiyasının 

sədri Rəsul Quliyev, müstəqil namizədlər - Eldar Namazov, Zakir Tağıyev, Nemət Pənahlı, 

İsgəndər Həmidov, Elşad Musayev və Ayaz Mütəllibovun prezidentliyə namizədliklərini təsdiq 

etməyib.


Qeyd edək ki, adıçəkilən şəxslərdən yalnız E.Musayevin MSK-nın qərarı ilə bağlı Apellyasiya 

Məhkəməsinə irəli sürülən şikayəti təmin olunub və o prezidentliyə namizəd kimi təsdiq 

olunub.

Ancaq müstəqil hüquqşünaslar tərəfindən sənədləri qaydasında olduğu bildirilən digər 



namizədlərdən – R.Quliyevlə E.Namazovun anoloji şikayətlərini Apellyasiya Məhkəməsi təmin 

etməyib. Xatırladaq ki, R.Quliyev 1993-1996-cı illərdə Azərbaycan parlamentinin rəhbəri olub 

və hazırda Azərbaycan Demokrat Partiyasının sədridir. O, 1996-cı ildən ABŞ-da siyasi mühacir 

həyatı yaşayır.

E.Namazov isə 1999-cu ilədək Prezident Aparatı Katibliyinin rəhbəri olub və sonradan öz 

vəzifəsindən istefa verib.

Prezidentliyə namizədliyi qeydə alınmayan sabiq prezident Ayaz Mütəllibov isə hazırda Sosial-

Demokrat Partiyasının həmsədridir və Rusiya Federasiyasında siyasi mühacir həyatı yaşayır.

Qeyd edək ki. həm R.Quliyev, həm də A.Mütəllibov barəsində cinayət işi qaldırılıb və onların 

barəsində İnterpol tərəfindən beynəlxalq cinayət axtarışı elan olunub.

Avqustun 6-da prezidentliyə namizədlərin MSK-ya namizədlərin müdafiəsi üçün seçici imza 

vərəqələri və digər sənədləri təqdim etmələri üzün mğəyyənləşdirilmiş vaxt başa çatıb.

MSK-dan verilən məlumata görə, avqustun 15-dək prezidentliyə namizəd kimi sənədləri 

qaydasında olan 12 nəfər - dövlət başçısı Heydər Əliyev, baş nazir İlham Əliyev, Müsavat 

başqanı İsa Qəmbər, ANAP sədri Abutalıb Səmədov, bitərəf Qüdrət Həsənquliyev, Ədalət 

Partiyasının sədri İlyas İsmayılov, Milli Vəhdət Partiyasının sədri Yunis Əliyev, Milli İstiqlal 

Partiyasının sədri Etibar Məmmədov, müstəqil namizəd Lalə ŞÖvkət Hacıyeva, Xalq Cəbhəsi 

Partiyasının sədri Əli Kərimli, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin prezidentliyə namizədliyi qeydə alınıb. 

Təəssüf ki, prezidentliyə namizədlərin seçici imzalarının toplanması prosesində yerli icra 

hakimiyyətlərinin YAP sədri Heydər Əliyev, baş nazir İlham Əliyev, Azərbaycan Naminə Alyans 

Partiyasının sədri Abutalıb Səmədov, bitərəf Qüdrət Həsənquliyev, MVP sədri Yunis Əliyev və 

MMP sədri Hafiz Hacıyevin xeyrinə seçici imzalarının toplanmasında iştirak etdiyi müşahidə 

olunub.


Qeyd edək ki, MSK sentyabrın 29-da MVP sədri Yunis Əliyev və oktyabrın 1-də ANAP sədri 

Abutalıb Səmədov, oktyabrın 3–də AXCP sədri Əli Kərimli və YAP sədri Heydər Əliyevin 




Yüklə 151,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə