Xulio kortasar


Юз гардашымы да, шаири дя ешидяъяйям. (фран.)



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə14/45
tarix27.06.2017
ölçüsü2,53 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   45

 

 Юз гардашымы да, шаири дя ешидяъяйям. (фран.) 

2

 



 Бу  кирли  метис  йувасында  щяля  мяни  тящгир  дя едирляр. Анъаг  бура Франсадыр,  унутмайын. Зибилляр. 

Сизин щамынызы  бурадан говуб чыхармаг лазымдыр, юлкяни биабыр етмякдян башга ишиниз йохдур. Бу щюкумят 

щара бахыр, эюрясян. Щяр тяряф яряблярля, оьру-гулдурларла, гатиллярля долудур. (фран.) 

3

 



 Эедин евинизя, мцсйю, даща сизя мане олмайаъаьыг. (фран.) 

4

 



 Сиз щамыныз оьрулар, ъинайяикарларсыныз. (фран.) 

1

 



 Яэяр беля демяк мцмкцндцрся. (ит.) 

 

11



Yaşla, nəsillə, rütbəylə,  vəzifəylə  və  müxtəlif təbəqələrlə  bağlı  bütün  söz-söhbətlər  boş şeydir. 

Mənə elə gəlir ki, biz ona görə özümüzə əziyyət verib pıçıldayırıq ki, Rokamadurun yuxusu şirin 

olsun. 

–  Hə,  o,  biz  musiqi  dinləməyə  başlamazdan  qabaq  yatıb.  Sən  tamamilə  islanmısan, 



Horasio. 

– Fortepiano konsertinə getmişdim, – Oliveyra izahat verdi. 

– Həə, – Sibilla dedi. – Yaxşı, gödəkçəni soyun, indi sənə isti mate dəmləyərəm. 

– Bir stəkan da kanya ver, məncə, orada yarım şüşə qalmalıdır. 

– Kanya nədir? – Qreqorovius soruşdu. – Qrapa kimi bir şeydir? 

–  Yox,  daha  çox  macar  baraskına  oxşayır.  Konsertdən  sonra  yaxşı  gedir,  xüsusilə  də,  

əgər  təsvirolunmaz nəticələri olan ilk təqdimatdırsa. Bəlkə, Rokamaduru oyatmamaq üçün zəif 

işıq yandıraq? 

Sibilla  lampa  yandırdı  və  döşəməyə  qoydu,  Rembrandt  üslubunda  Oliveyraya  uyğun 

işıqlandırma  təşkil  etdi.  Fərsiz  oğul  yenə  evdədir,  hər  şey  öz  yerinə  qayıtdı,  bir  anlıq  olsa  da, 

möhkəm olmasa da,  niyə geri qayıtdığını, pilləkənlə addım-addım  niyə qalxdığını özü bilməsə 

də. Sonra qapının ağzına çökdü və otaqdan gələn kvartetin finalını, Sibillayla Osipin pıçıltısını 

dinlədi. 

«

Yəqin



,

 pişiklər kimi sevişiblər», – onlara baxaraq düşündü. Yox, ola bilməz, onlar onun 

qayıtmasını gözləmirdilər, həm də geyimlidirlər, Rokamadur da yerində yatıb. Əgər Rokamadur 

stulların  üstündə  yatsaydı  və  Qreqorovius  ayaqqabısız  və  pencəksiz  olsaydı…  Lənət  şeytana, 

onun  nəyinə  lazım,  burada  artıq  olan  biri  varsa,  o  da  onun  özüdür,  öz  üfunət  qoxuyan  yaş 

gödəkçəsiylə. 

– Akustika, – Qreqorovius dedi. – Əla şeydir – səs materiyaya daxil olur və mərtəbələri 

sürünür,  divardan  yatağın  başına  gedir,  ağlasığmazdır.  Siz  nə  vaxtsa  başınızı  ağzınadək  dolu 

vannaya soxmusunuz? 

– Olub, – Oliveyra gödəkçəsini küncə tullayıb kətilə oturaraq dedi. 

–  Başını  suya  soxub  aşağıdakı  qonşuların  bütün  danışdıqlarını  eşitmək  mümkündür, 

məncə, səslər borularla gəlir. Bir dəfə Qlazqoda qonşularımın trotskiçi olduqlarını öyrəndim.  

–  Qlazqodan  danışanda  adamın  yadına  pis  hava  və  limanda  gəzişən  kədərli  insanlar 

düşür, – Sibilla dedi.  

–  Kinoya  daha  çox  oxşayır,  –  Oliveyra  dedi.  –  Mate  isə,  elə  bil,  bütün  günahların 

yuyulmasıdır, bilirsən,  yaman  sakitləşdirir. İlahi, çəkmələrimə  nə qədər su dolmuşdu. Mate isə 

abzas kimidir. İçdinsə, qırmızı sətirdən başlaya bilərsən. 

– Argentinasayağı şeylər mənlik deyil, – Qreqorovius dedi. – Siz, deyəsən, başqa bir içki 

haqqında da danışırdınız. 

– Kanyanı gətir, – Oliveyra əmr verdi. – Orada yarım şüşə, bəlkə də, daha çox qalıb. 



 

11



 

Siz onu  buradan alırsınız? – Qreqorovius soruşdu. 



«O  niyə  həmişə  cəm  halda  danışır?  –  Oliveyra  düşündü.  –  Yəqin,  bütün  gecəni  kef 

ediblər  burada, bu dəqiqdir. Belə dee». 

– Yox, mənə qardaşım göndərir. Mənim qardaşım var, o, Rosarioda yaşayır, əla oğlandır. 

Kanyanı və danlaqları mənə artıqlamasıyla göndərir. 

O, boş qabı Sibillaya uzatdı; qız Oliveyranın ayaqlarının uc tərəfində çöməlib oturmuşdu, 

əlində  qaynar  su  dolu  bardaq  vardı.  Sibillanın  barmaqlarını  öncə  topuqlarında,  sonra  isə 

ayaqqabılarının  bağından  yapışdığını  hiss  edəndə  xeyli  rahatladı  və  dərindən  köks  ötürərək 

çəkmələrini  çıxarmağa  izin  verdi.  Sibilla  onun  yaş  corablarını  çıxardı  və  ayaqlarını 

«Figaro 

Litterature»

1

nin ikiqat səhifəsinə bükdü. Mate çox tünd və acı idi.  



Kanya Qreqoroviusun  xoşuna gəldi,  bu,  baraskın eynisi deyildi,  amma oxşayırdı. Onda 

macar və çex içkilərinin böyük bir kataloqu vardı – özünəməxsus nostalji kolleksiyası. Bayırda 

aramla yağış yağırdı, hamı, xüsusən də bir saatdan bəri ağlamayan Rokamadur özünü yaxşı hiss 

edirdi.  Qreqorovius  Transilvaniya  haqqında  və  Salonikidə  başına  gələn  əhvalatları  danışırdı. 

Oliveyranın yadına düşdü ki, tumbanın üzərində bir qutu «Qoluaz», içində isə şap-şaplar var. Əli 

ilə  yoxlaya-yoxlaya  yatağa  yaxınlaşdı.  «Vyanadan  uzaqda  olan  hər  yer  Parisdən  mücərrəd 

görünür»,  –  Qreqorovius  elə  danışırdı  ki,  sanki,  üzr  istəyirdi.  Horasio  tumbanın  üzərindəki 

siqareti tapıb, şap-şapları axtarmağa başladı. Qaranlıqda o, üzüyuxarı yatan Rokamadurun başını 

güclə  sezirdi.  Özü  də  anlamadan  barmağıyla  onun  alnına  toxundu.  «Anam  Transilvaniya 

haqqında danışmaqdan qorxurdu, qorxurdu ki, onu xortdanlar və başqa bunabənzər məxluqlarla 

bağlı  hadisələrlə  əlaqələndirsinlər…  Tokayın  nə  olduğunu  bilirsiniz?»  Horasio  çarpayının 

yanında dizi üstündə dayanaraq diqqətlə ətrafa baxdı.  «Təsəvvür edin ki, siz Montevideodasınız, 

–  Sibilla  deyirdi.  –  Bəziləri  elə  bilir  ki,  bəşəriyyət  –  bütöv  bir  şeydir,  ancaq  Təpənin  yanında 

yaşayanda… Bəs tokay quşdur?» – «Bəlkə də, müəyyən mənada». (Necə yəni müəyyən mənada? 

Quşdur,  yoxsa  quş  deyil?)  Barmaqları  dodağa  toxundurmaq  yetərdi  ki,  bütün  suallar  təxirə 

salınsın. «Mən özümə, Lusia, çox da orijinal olmayan obrazlara müraciət  etməyi rəva görürəm. 

Hər cür yaxşı şərabda quş mürgüləyir». Süni tənəffüs? Səfehlikdir.  Onun əllərinin belə titrəməsi 

daha böyük axmaqlıqdır və o, təpədən-dırnağadək islanmış paltarda həm də corabsızdır (spirtlə 

ovmaq  lazımdır,  yaxşı-yaxşı). 

«Un  soir,  l’ame  du  vin  chantait  dans  les  bouteilles»

1

–  Osip 


deklamasiya etdi. –  Məncə, artıq  Anakreont…» Ona elə gəldi ki, Sibillanın incik susqunluğunu 

və fikirlərini demək olar ki, hiss edə bilir: Anakreont yunan yazıçısıdır, oxumamışam. Hamı onu 

tanıyır, mənsə yox. Bəs bu misra kimindir:  “Un soir, l’ame du vin”? Horasionun əli mələfənin 

altıyla  sürüşdü;  o,  böyük  çətinliklə  Rokamadurun  balaca  qarnına,  soyuq  ayaqlarına  toxundu  – 

                                                

1

 



 «Фигаро» гязетинин ядябиййат ялавяси 

1

 



 Эеъдян кечмиш бутылкада шярабын рущу охуду. (фран.) 

 

11



yuxarıları,  yəqin,  hələ soyumayıb,  yox, tamam soyuyub.  «Necə  lazımdırsa, elə  hərəkət eləmək 

lazımdır,  –  Oliveyra  düşündü.  –  Qışqırmaq,  işığı  yandırmaq,  necə  lazımdırsa  və  təbii  olaraq 

oxşayıb-ağlamaq. Niyə? Bəlkə,   hələlik… Onda belə çıxır ki, bu instinkt mənimçün mənasızdır, 

mənim qanımda olan bir şey mənimçün mənasızdır. Əgər indi qışqırsam,  Bert Trepa ilə başıma 

gələn  təkrar  olunacaq,  yenə  də  səfeh  cəhd,  yenə  təəssüf.  Necə  lazımdırsa,  elə  də  etmək,  belə 

hallarda nə etmək lazımdırsa, onu etmək. Yox, bəsdir. Əgər bütün bunların boş bir şey olduğunu 

bilirəmsə, işığı yandırmağın, qışqırmağın nə mənası var? Riyakar, yaramaz, insafsız riyakar. Ən 

yaxşı halda onu etmək olar ki…» Qreqoroviusun stəkanı kanya şüşəsinə dəyib cingildədi. «Hə, 

baraska çox oxşayır». Siqareti dodaqları arasında sıxaraq kibriti çəkdi və ətrafa  baxdı. «Bax ha, 

oyadarsan»,  –  Sibilla  təzə  mate  dəmləyə-dəmləyə  dedi.  Horasio  cəld  kibriti  üfürdü.  Məlumdur 

ki, əgər bəbəklərə gün işığı düşərsə, onda… 

Quod erat demostrandum. 

1

 «Barask kimidir, ancaq 



ətirli deyil», – Osip deyirdi. 

– Qoca yenə döyür, – Sibilla dedi.  

– Yəqin, dəhlizin qapısı çırpıldı, – Qreqorovius dedi. 

– Bu evlərdə dəhliz yoxdur. O, sadəcə, ağlını itirib, vəssalam. 

Oliveyra şap-şapları geyinib kresloya qayıtdı. Mate əlaydı, qaynar və acı. Yuxarıdan iki 

dəfə də taqqıldatdılar, ancaq yavaşdan. 

– O, taxtabitiləri öldürür, – Qreqorovius təxmin etdi. 

– Yox, o, qəzəbini uddu, ona görə də bizi yatmağa qoymayacaq. Horasio, get ona bir-iki 

kəlmə de. 

–  Özün  get,  –  Oliveyra  dedi.  –  Bilmirəm  niyə,  amma  səndən  daha  çox  qorxur,  nəinki 

məndən.  Hər  halda,  səni  ksenofobiya  ilə  qorxutmur,  aparteidi  və  başqa  diskriminasiyaları 

xatırlatmır.  

– Mən getsəm, ona elə sözlər deyəcəyəm ki, polis dalınca qaçmalı olacaq. 

– Bu yağışda? İstəyirsən, onunla bir az yumşaq danış, qapısındakı bər-bəzəyi təriflə. De 

ki, sən özün anasan, nə bilim, bunabənzər şeylər. Qulaq as, get.  

– Həvəsim yoxdur, – Sibilla dedi. 

– Getsənə, – Oliveyra astadan dedi. 

– Niyə mənim getməyimi bu qədər istəyirsən? 

 

Sözümü yerə salma, görərsən, o sakitləşəcək. 



Daha iki dəfə döydülər, sonra yenə bir dəfə. Sibilla qalxıb otaqdan çıxdı. Horasio qapıya 

qədər  onunla  getdi,  onun  pilləkənlə  yuxarı  qalxdığına  əmin  olduqdan  sonra  işığı  yandırıb 

Qreqoroviusa  baxdı.  Barmağıyla  çarpayını  göstərdi.  Bir  dəqiqədən  sonra  Qreqorovius  yenidən 

kresloya oturanda işığı söndürdü. 

                                                

1

 



 Еля буну исбат етмяк лазым иди. (лат.) 

 

11



– İnanılmazdır, – Osip qaranlıqda kanya şüşəsindən yapışaraq dedi. 

–  Şübhəsiz.  İnanılmazdır,  həm  də  danılmazdır.  Ancaq  matəm  nitqi  söyləməyə  gərək 

yoxdur, dostum. Bircə gün gəlməməyimlə gör nə baş verdi. Ancaq hər şeydə bir xeyir var. 

– Başa düşmürəm, – Qreqorovius dedi.  

– Sən məni çox gözəl başa düşürsən. 

Ça va, ça va

1

. Hətta təsəvvür də edə bilməzsən ki, 



bu məni çox az məyus edir. 

Qreqorovius  diqqət  etdi  ki,  Oliveyra  ona  «sən»  deyə  müraciət  edir,  bu  da  məsələnin 

mahiyyətini  dəyişir,  yəni  hələ  də  mümkündür  ki…  O,  Qırmızı  Xaç,  növbətçi  aptek  haqqında 

nəsə dedi. 

–  Nə  istəyirsən  elə,  mənə  dəxli  yoxdur,  –  Oliveyra  dedi.  –  Bu  gün  məndə  bir-birinin 

dalınca… Əcəb gündür. 

Kaş  ki  yatağa  girib  iki  il  yata  biləydi.  «Miskin  qorxaq»,  –  o  düşündü.  Onun 

hərəkətsizliyini  görən  Qreqorovius  da  qəlyanını  yandırdı.  Uzaqdan  danışıq  səsləri  eşidilirdi, 

Sibillanın səsi yağışın şırıltısına qarışmışdı, qoca isə cır-cır səsiylə çığırırdı. Başqa bir mərtəbədə 

qapı çırpıldı, səs-küydən rahatsız olan qonşular çıxdılar. 

–  Əslində,  sən  haqlısan,  –  Qreqorovius  etiraf  etdi.  –  Ancaq  mənə  elə  gəlir  ki,  belə 

hallarda qanun qarşısında hesabat vermək lazımdır. 

– Demək, indi biz əməlli-başlı cəncələ düşmüşük, – Oliveyra dedi. – Əsasən də siz ikiniz, 

mən hər şey bitdikdən sonra gəldiyimi hər zaman sübut elə bilərəm. Ana öz körpəsinin ölməsinə 

göz yumur, görürsünüz, o məşğuldur, xalçanın üzərində sevgilisini qəbul edir. 

– Əgər sən demək istəyirsənsə… 

– Bilirsən, bunun heç bir əhəmiyyəti yoxdur. 

– Bu yalandır, Horasio. 

– Şəxsən mənimçün bunun olub-olmamasının fərqi yoxdur, bu ikinci dərəcəli məsələdir. 

Bunun mənə qətiyyən dəxli yoxdur, mən evə ona görə qalxdım ki, islanmışdım və mate içmək 

istəyirdim. Yaxşı, gələn var. 

– Yəqin ki, şahidləri çağırmaq lazımdır, – Qreqorovius dedi.  

– Hə, çağır. Sənə elə gəlmir ki, bu, Ronaldın səsdir. 

–  Mən    burada  qala  bilmərəm,  –  Qreqorovius  ayağa  qalxaraq  dedi.  –  Nəsə  etmək 

lazımdır, sənə deyirəm ki, nəsə etmək lazımdır. 

– Mən səninlə razıyam, dostum, tamamilə və büsbütün. Hərəkət, hərəkət etmək lazımdır. 

Die Tatigkeit

1

, dostum. Əcəb işə düşdük, bircə bu çatmırdı. Sakit danışın, çe, uşağı oyadarsınız. 



– Salam, – Ronald dedi. 

                                                

1

 

 Щяр шей гайдасындадыр. (фран.) 

1

 



 Фяалиййят (алм.) 

 

11



– Salam, – Bəps açıq çətirlə içəri dürtülərək dedi. 

–  Yavaş  danışın,  –  onların  arxasınca  daxil  olan  Sibilla  dedi.  –  Bəlkə,      çətirini 

bağlayasan? 

– Haqlısan, – Bəps dedi. – Həmişə belə olur, hər dəfə onu yığmaq yadımdan çıxır. Səs 

salma, Ronald. Biz bircə dəqiqəliyə, Gi haqqında danışmağa gəlmişik, inana bilməzsiniz. Sizdə 

nə olub, probkalar yanıb?  

– Yox, Rokamadura görədir. 

– Yavaş danış, – Ronald dedi. – Bu cındır çətirini də bir yerə sox. 

– Zəhrimar elə çətin bağlanır ki, – Bəps dedi. – Asan açılır, amma çətin bağlanır. 

–  Qoca  polislə  hədələdi,  –  Sibilla  qapını  örtərək  dedi.  –  Az  qala  məni  döymüşdü,  dəli 

kimi  bağırırdı.  Osip,  kaş  onun  otağında  nə  baş  verdiyini  görəydiniz,  hətta  pilləkəndən  də 

görünür. Masanın üstü boş şüşələrlə doludur, ortada isə yel dəyirmanı var, elə yekədir ki, sanki

,

 

həqiqidir,  belələrini  Uruqvayda  çöllərdə  quraşdırırlar.  Dəyirman  yelçəkəndə  fır-fır  fırlanır, 



özümü saxlaya bilməyib qapının arasından baxdım, qoca hirsindən az qalır partlasın.  

– Bağlaya bilmirəm, – Bəps dedi. – Elə belə də küncə qoyaca

ğa

m. 


– Lap yarasaya oxşayır, – Sibilla dedi. – Ver mən bağlayım. Gördün necə asandır?  

– O, iki milini sındırdı, – Bəps Ronalda dedi. 

–  Bəsdir deyindin, – Ronald dedi. – Biz onsuz da gedirik, bir dəqiqəliyə gəldik deyək ki, 

Gi bir tübik qardenal atıb. 

– Bədbəxt mələk, – Giyə heç bir rəğbəti olmayan Oliveyra dedi.   

–  Etyen  onu  demək  olar  ki  ölümcül  vəziyyətdə  tapıb,  Bəpslə  mən  vernisaja  getmişdik 

(sonra danışaram, əla idi), Gi gəlib, yatağa uzanıb və özünü zəhərləyib, təsəvvür edirsiz? 

– 

He has no manners at all



, – Oliveyra dedi. – 

C’est regrettable

1

.

  



– Etyen bizdən sonra gəlib; xoşbəxtlikdən hamıda bizim mənzilin açarı var, – Bəps dedi. 

– Eşidib ki, kimsə öyüyür, içəri girib, görüb ki, Gidir. Əməlli-başlı ölürmüş. Etyen qaçıb kömək 

çağırıb. Onu ağır vəziyyətdə xəstəxanaya aparıblar. Bir yandan da bu yağış, – Bəps sonsuz kədər 

içində əlavə etdi. 

–  Oturun,  –  Sibilla  dedi.  –  Yox,  stulda  oturma,  Ronald,  onun  ayağı  yoxdur.  İlahi,  lap 

zülmətdir, Rokmadura görədir. Sakit danışın. 

– Bizə qəhvə dəmlə, – Oliveyra dedi. – Belə də hava olar?! 

– Mən getməliyəm, – Qreqorovius dedi. – Plaşımı bilmirəm hara qoymuşam. Yox, orada 

yoxdur. Lusia… 

– Qalın qəhvə için, – Sibilla dedi. – Onsuz da metro bağlanıb, bizsə bir yerdəyik, necə də 

yaxşıdır. Horasio, sən qəhvə üyüdərsən? 

                                                

1

 

 Юзцнц гятиййян апара билмир. (инэ.) Чох кядярлидир. (фран.) 


 

12



– Hava ağırdır, – Bəps dedi. 

–  Küçədə  də  ozona  təəccüblənir,  –  Ronald  hirslənərək  dedi.  –  At  kimidir,  hər  şeyin 

sadəsini xoşlayır, qatışıqsız. Əsas rəngləri, yeddi səsdən ibarət qammanı. Adam deyil ki, inanın. 

– İnsanlıq – idealdır, – Oliveyra qaranlıqda qəhvəüyüdəni axtararaq dedi. – Bilirsinizmi, 

ruhun  da  öz  tarixçəsi  var.  Ozonun  bol  olduğu  küçədən  yaş  vəziyyətdə  gəlib  əlli  əsr  ərzində 

hərarətin saxlanması baxımından təkmilləşən mühitə düşürsən… Bəps bizdə duyğu və hissiyyat 

məsələlərinə baxan Rip Van Vinkldir. 

– Oho, Rip Van Vinkl, – Bəps lovğalandı. – Nənəm mənə danışmışdı.  

– Aydahoda, bilirik, – Ronald dedi. – Hə, Etyen düz yarım saatdır bizə, bara zəng vurur, 

desin ki,  axşam evə gəlməsək  yaxşı olar, hər ehtimala qarşı, Ginin ölməyini,  ya da qardenalın 

hamısını qaytarmağını öyrənənə qədər. Fliklər birdən tökülüşüb gəlsələr və bizi orada tapsalar, 

əllərinə yaxşı bəhanə düşəcək, onsuz da son zamanlar Klubu görməyə gözləri yoxdur. 

– Klubun nəyi pisdir ki? – Sibilla fincanları dəsmalla silərək dedi. 

– Heç nəyi, elə ona görə də adam özünü  müdafiəsiz  hiss edir. Qonşular durmadan səs-

küydən,  gecələr  musiqi  səsindən,  kefimiz  istəyəndə  gəlib-getməyimizdən  şikayət  edir…  Hələ 

üstəlik  Bəps  də  qapıçı  qadınla,  ümumiyyətlə,  binanın  bütün  qadınlarıyla  dalaşıb,  onlarınsa 

hamısı əlli-yetmiş yaşlarındadır. 

– They are acful, – Bəps çantasından çıxardığı konfeti ağzında çeynəyərək dedi. – Daim 

elə bilirlər ki, marixuana iyi gəlir, lap qovurma bişirsən də.  

Oliveyra  qəhvə  üyütməkdən  təngə  gəlib  dəyirmanı  Ronalda  verdi.  Bəpslə  Sibilla  lap 

astaca  Ginin  intihar  etməsinin  səbəbini  müzakirə  edirdilər.  Plaşını  tapa  bilməyən  Qreqorovius 

kresloya  qayıdıb  sönmüş  qəlyanını  dişləriylə  sıxaraq  sakitləşdi.  Yağış  pəncərənin  şüşəsini 

döyəcləyirdi. «Şenberq və Brams, – Oliveyra siqaret çıxararaq düşündü. – O qədər də pis deyil, 

belə  hallarda,  bir  qayda  olaraq,  köməyə  Şopen,  ya  da  Ziqfridin 

«Todesmusik»

1

i



  gəlir.  Dünən 

Yaponiyada  tornado  iki-üç  min  insanın  həyatına  son  qoyub.  Statistika  dilinə  keçsək…»  Lakin 

statistika  siqaretin  yağlı  dadını  azaltmadı.  Kibriti  çəkib  siqaretin  hər  tərəfinə  baxdı.  «Qoluaz» 

əladır, qar kimi ağappaq, incə hərflər və nəmlənmiş uc tərəfdə bir-birinə yapışmış pırtlaşıq kağız 

tellər. «Əsəbiləşəndə  həmişə siqareti  yaşlayıram,  – o düşündü.  – Məsələn,  Roz Bob haqqında 

düşünəndə… Hə, əcəb gündür, hələ zırıltı qabaqdadır». Yaxşısı budur, Ronalda deyim, Ronaldsa 

öz  üsuluyla,  demək  olar  ki,  Periko  Romeronu  valeh  edən  telepatik  yolla  Bəpsə  desin. 

Kommunikasiya  nəzəriyyəsi  –  ədəbiyyatın  hələlik  öz  qarmağına  keçirə  bilmədiyi  ən  maraqlı 

mövzulardan  biri,  yeni Hakslilər  və Borxeslər ortaya çıxmayanadək  heç keçirə  bilməyəcək də. 

Ancaq Ronald Bəps və Sibillayla pıçıldaşmağa elə aludə olmuşdu ki, dəyirmanı güclə fırladırdı, 

görünən oydu ki, belə getsə, qəhvəni heç qiyamət gününədək də üyüdə bilməyəcək. Oliveyra son 

                                                

1

 

 Матям маршы, юлцм мусигиси (алм.) 


 

12



dərəcə müasir olan stuldan sürüşüb döşəməyə düşdü və başını qəzet qalağına söykəyərək yerini 

rahatladı. Tavan qəribə şəkildə işıqlanmışdı, ancaq, deyəsən, ona elə gəlirdi. O, gözlərini yumdu 

və işıqlanma bir an da uzandı, sonra isə nəhəng bənövşəyi şarlar bir-birinin ardınca partlamağa 

başladı,  puf,  puf,  puf,  görünür  şarlar  sistola,  yaxud  diastola  üzrə  sıxılırdı,  kim  bilir.  Haradasa 

binanın üçüncü mərtəbəsində telefon zəng çaldı. Parisdə gecə yarısı telefon zəngi – görünməmiş 

işdir. «Başqa ölən də var, – Oliveyra düşündü. – Yuxuya bu qədər hörmət bəslənilən bu şəhərdə 

başqa  cür  ola  bilməzdi».  Bir  dəfə  argentinalı  dostlarından  birinin  okeanın  o  tayından  qonaq 

gəlməsi yadına düşdü: çatan kimi ona zəng vurmuşdu, təxminən gecə saat on birin yarısı olardı. 

«Bottin» telefon  məlumat bürosundan Oliveyranın  yaşadığı  binadan  birinin ev telefonunu necə 

öyrəndiyini demək çətindir, amma, hər  halda, zəng vurmuşdu. Beşinci mərtəbədə yaşayan 

robe 

de  shambre



1

  geyinmiş  tərbiyəli  adam  onun  qapısını  döyür,  sifəti  bumbuzdur, 

quelqu’unvous 

demande  au  telephone,

2

  və  Oliveyra  çaşqın  halda  trikotaj  pijamasını  əyninə  çəkib  qaça-qaça 



beşinci mərtəbəyə qalxır, oradakı sinyora açıq-aşkar qəzəblənib, zəng vuransa dostu Ermidadır, 

o, Parisdədir, nə vaxt görüşə bilərik, çe, məndə çoxlu xəbərlər var, Treveler də salam göndərib, 

Bidu qardaşları da və sair və ilaxır, sinyora isə Oliveyranın yaxın adamının öldüyünü eşidib nə 

zaman  ağlayacağını  gözləyə-gözləyə  qəzəbini  boğmağa  çalışır,  Oliveyra  nə  edəcəyini  bilmir, 

vraiment  je  suis  tellement  confus,  madame,  monsieur,  c’etait  un  ami  qui  vient  d’arriver,  vous 

comprenez,  il  n’est  pas  du  tout  au  courant  des  habitudes…

3

  Ah,  Argentina,  evlərin  qapıları 



taybatay açıqdır, nə vaxt istəyirsən gəl, lap gecə, gecə yarısı, vaxt nə qədər istəyirsən. Hər şey 

irəlidədir, qarşıda hələ puf, puf, puf, səndən üç metr aralı olanın gözlərində isə yəqin ki – heç bir 

şey, heç bir şey, puf, puf, onunçün bütün kommunikasiya nəzəriyyəsi bitmişdir, başlamadan, pa-

pa-pa demədən, ma-ma-ma, pi-pi, ka-ka demədən – heç bir şey, yalnız meyit soyuqluğu, ətrafda 

da yad adamlar, hətta musiqini necə dinləməyi və günahsız körpənin qayğısını çəkməyi bacaran 

uruqvaylılar və meksikalılar da deyil, göydən düşmüş kimi birdən-birə ortaya çıxan adamlardır, 

ona xatirə  yumağının  bircə  ipini uzatmaq  yetər, o qədər də primitiv  adamlar deyillər ki,  bütün 

ədəb qaydalarını pozan bu qalmaqalı özlərininki hesab etsinlər və  bu cür qalmaqallı durumları 

inkar  edərək  onu 

little  casuaulity

1

  elan  edəcək  qədər  (məsələn,    «Veronika»  qasırğası  üç  min 



insanı  yer  üzündən  silib)  mötəbər  də  deyillər.  «Ancaq  bunlar  hamısı  ucuz  antropologiyadır,  – 

Oliveyra soyuq titrətmənin mədəsini qıc etdiyini hiss edərək düşündü. Həmişə sinir spazmasıyla 

qurtarır. – Budur onlar, əsl kommunikasiyalar, informasiyanın dərialtı dillə ötürülməsi, heç lüğət 

də  lazım  deyil,  çe».  Rembrandtın  lampasını  kim  söndürdü?  O  görmədi;  elə  indicə  döşəmənin 

                                                

1

 



 Ев палтары (фран.) 

2

 



 Сизи кимся телефона чаьырыр. (фран.) 

3

 



 Дцзц, щеч билмирям ня едим, мадам, мцсйю, достум еля индиъя эялиб, баша дцшцрсцнцз дя, о

,

 

бурадакы гайдалары билмир… (фран.) 

1

 



 Хырда тясадцфляр (инэ.) 

 

12



üzərində köhnə qızıl tozcuqlar göründü, Ronaldla Bəps gələndən sonra nə baş verdiyini yadına 

salmağa  nə  qədər  çalışsa  da,  bir  şey  alınmadı,  işin  nəhs  gətirməyi  bax  budur,  bəlkə,      Sibilla 

(yəqin ki, Sibilla), bəlkə də, Qreqorovius, axı kim söndürdü lampanı? 

 



Qəhvəni qaranlıqda necə hazırlayacaqsan? 

– Bilmirəm, – Sibilla fincanları itələyərək dedi. – Əvvəl yenə bir az işıq vardı. 

– Yandır, Ronald,  – Oliveyra dedi.  – Sənin stulunun altındadır. Sadə sistemdir, sadəcə, 

bur.  


–  Bunların  hamısı  ən  səfeh  şeylərdir,  –  Ronald  dedi  və  heç  kəs  onun  lampanın 

yandırılmasını, yoxsa başqa bir şeyi nəzərdə tutduğunu anlamadı. İşıq bənövşəyi halqaları apardı 

və  Oliveyra  siqaretinin  dadını  daha  kəskin  hiss  etdi.  İndi  o,  özünü,  doğrudan  da,  yaxşı  hiss 

edirdi: otaq istiydi və indi onlar qəhvə içəcəkdilər. 

– Bura gəl, – Oliveyra Ronalda dedi. – Bura sənin stulundan yaxşıdır, onun üstündə iti 

nəsə var, adamın yanına batır. Əminəm ki, Vonq onu özünün Pekin kolleksiyasına daxil edəcək.  

– Burada mən çox rahatam, – Ronald dedi, – sən nəyisə səhv salırsan.  

– Sənin yerin rahat deyil, gəl bura. Bilmək istəyirəm, bu gün qəhvə olacaq, yoxsa yox. 

– Əmr verməyinə bir bax, – Bəps dedi. – O, sənə qarşı həmişə belədir? 

– Demək olar ki, həmişə, – Sibilla ona baxmadan cavab verdi. – Mənə kömək elə, sinini 

sil.  

Oliveyra  Bəpsin  qəhvə  hazırlama  üsulunu  müzakirə  edəcəyini  gözləyirdi,  bu  zaman 



Ronald  stuldan  qalxaraq  onun  yanında  çöməldi  və  Oliveyra  onun  qulağına  bir  neçə  söz  dedi. 

Onları  eşidən  Qreqorovius  qadınlarla  söhbətə  qoşuldu  və  mokko  tərifləri,  onun  hazırlanma 

sirlərinin  itirilməsiylə  bağlı  gileylər  Ronaldın  replikasını  boğdu.  Ronaldsa  yenidən  öz  stuluna 

qayıtdı  və  qəhvə  fincanını  Sibilladan  aldı.  Tavanı  yenidən  o  qədər  bərk  olmayan  zərbələrlə 

döydülər, bir dəfə, iki, üç. Qreqorovius diksindi və qəhvəni birnəfəsə uddu. Oliveyra qaqqıldayıb 

gülməkdən özünü güclə saxladı,  yeri gəlmişkən, gülsəydi,  mədəsindəki  qıcolma keçib gedərdi. 

Sibilla,  sanki,  təəccüblənərək  növbəylə  hamını  nəzərdən  keçirdi  və  masanın  üzərindəki 

siqaretləri  elə  eşələdi  ki,  sanki,  anlamadığı  bir  şeydən  çıxış  yolu  axtarırdı  –  məsələn,    qəribə 

yuxudan. 

–  Addım  səsləri  gəlir,  –  Bəps  Blavatskayanın  intonasiyasını  yamsılayaraq  dedi.  – 

Qocanın,  yəqin,  başı  çatmır,  onunla  ehtiyatlı  olmaq  lazımdır.  Bir  dəfə  Kanzas-Sitidə…  Yox, 

deyəsən, kimsə pilləkənlə qalxır. 

– Bu pilləkən, elə bil, mənim qulağımın içindədir,  – Sibilla dedi. – Karlara lap yazığım 

gəlir. İndi, məsələn,  mənə elə gəlir ki, əlim pilləkənin üstündədir və mən pillələri tumarlayıram. 

Məktəbdə oxuyanda bir dəfə inşadan on almışdım, kiçik bir səsi təsvir etdiyimə görə. Çox gözəl 

səs idi, gedib-gəlirdi, başına cürbəcür işlər gəlirdi… 



 

12



– Mənsə, əksinə… – Bəps başladı. O’key, bəsdir məni çimdiklədin. 

– Əzizim, – Ronald dedi, – bir az sussana, qoy görək nə səsdir. Hə, bu gopçular padşahı, 

böyük apokalipsis möcüzəsi Etyendir. 

«Sakit qəbul etdi, – Oliveyra düşündü. – Dərmanı ona saat ikidə verib. İki saat vaxtımız 

qalıb». Bu möhlətin nəyinə lazım olduğunu anlamır, anlamaq istəmirdi, artıq məlum olan bir şeyi 

inkar  etməyə  nə  lüzum  vardı.  İnkar,  mənfi,  neqativ…  «Hə,  bu,  gerçəkliyin  neqativiydi,  necə 

olmalıydısa, elə, başqa sözlə… Qulaq as, Horasio, bu qədər metafizika yetər. 

Alas, poor Yorick, 

ça suffit

1

. Mən bundan qaça bilmərəm, bir halda ki, belədir – ən yaxşısı işığı yandırıb bu həqiqəti 



göyərçin kimi azadlığa buraxmaqdır. Neqativ. Tam inversiya, hər şey tərsinə… Əgər belədirsə, 

onun  sağ  olması  tamamilə  mümkündür,  bizsə  hamımız  ölüyük.  Ən  sadə  ehtimal:  o  bizi  öz 

ölümündə günahkar bildiyinə görə öldürüb. Başqa sözlə, ən adi şeylərdə günahkar olduğumuza 

görə. Hə, əzizim, gözünün qabağına  yerkökü asılmış uzunqulaq kimi  hara gəlib çıxdın. Hə, bu 

Etyendir, şəkildəki əcinnənin özüdür ki var» . 

–  Kəfəni  yırtdı,  –  Etyen  dedi.  –  Bu  köpəyoğlunun  ömrü  Sezar  Borciadan  da  uzundur. 

Qusmağı bacarmaq bax bu imiş… 

– Hə, danış, danış, – Bəps xahiş etdi. 

–  Mədəsini  yudular,  xüsusi  imalələr,  hər  yerini  iynələdilər,  yaylı  yataqda  ayaqları 

başından yuxarı uzandırdılar. «Orest» restoranının bütün menyusunu qoydu yerə, görünür, orada 

nahar edibmiş. Dəhşət, nə qədər qusdu, hətta içi doldurulmuş üzüm yarpağından belə. Təsəvvür 

edirsiz, necə islanmışam? 

– İsti qəhvə var, – Ronald dedi, – və kanya adlı içki, iyrəncdir. 

Etyen fınxırdı, plaşını soyunub sobaya söykəndi. 

– Balaca necədir, Lusia? 

– Yatıb, – Sibilla dedi. – Xoşbəxtlikdən çox yatır. 

– Gəlin yavaş danışaq, – Bəps dedi. 

– Axşam saat on birdə özünə gəldi, – Etyen az qala kövrələrək danışırdı. – Doğrudan da, 

onu  yaman  günə  qoymuşdular.  Həkim  ona  yaxınlaşmağa  icazə  verdi  və  Gi  məni  tanıdı. 

«Gicbəsərin biri», – ona dedim. «Cəhənnəm ol», – o cavab verdi. Həkim qulağıma pıçıldadı ki, 

bu  yaxşı  əlamətdir.  Palatada  başqaları  da  vardı,  mən  özümü  tox  tutdum,  bununla  belə, 

xəstəxanalar mənimçün…   

– Sən evdə olmusan? – Bəps soruşdu. – Axı sən polis şöbəsinə getməliydin? 

– Yox, hər şey qaydasındadır. Hər  halda,   burada qalsaq  yaxşıdır,  Kaş ki Gini  xərəkdə 

aparanda qapıçı qadının sir-sifətini görəydiniz… 

                                                

1


Kataloq: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır

Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə