Xülasə Tədqiqatın məqsədi məqsədimiz dövlətin fiskal siyasət alətlərinin xidmət sek



Yüklə 438,82 Kb.
Pdf görüntüsü
tarix09.05.2017
ölçüsü438,82 Kb.
növüXülasə

UOT 336:338:330.43 (479.24) 

Dövlətin fiskal siyasətinin biznes şəraitinə

təsir edən alətləri və onlar arasında

asılılığın ekonometrik qiymətləndirilməsi

Xülasə

Tədqiqatın məqsədi

məqsədimiz dövlətin fiskal siyasət alətlərinin xidmət sek-

torunda biznes şəraitinə təsirinin ədədi xarakteristikasını vermək və bu yolla aparılan

fiskal siyasətin xidmət sektorunda biznes mühitinin yaxşılaşdırılması istiqamətində

əhəmiyyətliliyini müəyyənləşdirməkdir.

Tədqiqatın metodologiyası

tədqiqat işində istifadə olunan Biznes Şəraiti İndeksi

Mərkəzi Bankın  Statistika Departamenti tərəfindən Avropa Komissiyasının tövsiyə

etdiyi metodologiya əsasında hesablanır [1]. Burada reqressiya modelinin forması

ən kiçik kvadratlar üsulu ilə müəyyənləşdirilmişdir.

Tədqiqatın nəticələri

təhlil nəticəsində müəyyənləşdirilmişdir ki, büdcə xərc -

lərinin 1 faiz artması biznes şəraiti indeksini 0,07 faiz artırır. Eyni zamanda mənfəət

vergisinin dərəcəsinin bir faiz artması biznes şəraiti indeksini 2 faiz azaldır.



Tədqiqatın məhdudiyyətləri

alınmış nəticələr ilə bərabər bir sıra problemlər də

ortaya çıxmışdır ki, bu da gələcək tədqiqat işləri üçün yeni mövzu mənbəyi kimi

çıxış edə bilər. Belə ki, gələcəkdə bu cür tədqiqatlar bütün sektorlar üzrə ümumilikdə

də  aparıla  bilər.  Lakin  hər  sektor  üzrə  mövcud  olan  uyğun  indekslərin  ümu-

miləşdirilməsində bəzi çətinliklər vardır.



Tədqiqatın praktiki əhəmiyyəti

asılılığın tapılmış formulu vasitəsi ilə izahedici

faktorları dəyişməklə asılı faktorun dəyişmələrini görmək olar.

Tədqiqatın orijinallığı və elmi yeniliyi: mənfəət vergisi dərəcəsinin 2005-ci ildən

etibarən  mərhələlərlə  24%-dən  20%-ə  endirilməsi  biznes  şəraitini  8%  (4*2,0)

yaxşılaşdırmışdır.

Açar sözlər: biznes şəraiti indeksi, mənfəət vergisi, normal paylanma, büdcə

xərc ləri, ekonometrik qiymətləndirmə.

Abbasov Ceyhun Abbas oğlu*

* Azərbaycan Respublikası Mərkəzi Bankı. Bakı şəhəri, R.Behbudov küçəsi, 32. 

ceyhun_abbasov@cbar.az

147


AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.

FİSKAL SİYASƏT

Səh.147-158

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com



1. Giriş

Təbiidir ki, makroiqtisadi siyasət, o cümlədən fiskal siyasət biznes şəraitinə təsir

göstərir.  Bu  təsirlərin  modelləşdirilərək  ədədi  xarakteristikalarının  qiymətlən -

dirilməsi effektiv iqtisadi siyasətin həyata keçirilməsi üçün zəruridir. Beynəlxalq

təcrübəyə  nəzər  salsaq  görərik  ki,  dövlətlərin  müxtəlif  qurumları,  o  cümlədən

mərkəzi bank iqtisadi konyukturun öyrənilməsini həyata keçirir və bu da qeyd et-

diyimiz kimi iqtisadi siyasətin həyata keçirilməsi üçün çox vacibdir. Nümunə kimi

Avropanın qabaqcıl ölkələrindən biri olan Fransanın təcrübəsini qeyd etmək olar.

Belə ki, Fransanın mərkəzi bankı iki milyondan artıq şirkəti əhatə edən mütamadi

konyuktur sorğuları həyata keçirir və alınmış nəticələr dövlətin iqtisadi inkişafa

yönəlik  fiskal  siyasətinin  yürüdülməsi  baxımından  xüsusi  əhəmiyyət  kəsb  et-

məkdədir. Məlum məsələdir ki, biznes şəraitində mövcud olan müsbət və mənfi təza-

hürlər dolayısı ilə öz əksini iqtisadiyyatın və cəmiyyətin digər sahələrində büruzə

verir. Şərhə ehtiyac yoxdur ki, əgər dövlətin fiskal siyasətinin əsas məqsədlərindən

biri kimi  ümumi rifah halının yaxşılaşdırılmasına xidmət edən biznes mühitinin

münbitləşdirilməsi götürülə bilərsə, onda, deməli, biznes şəraitini, ümumiyyətlə,

iqtisadi konyukturu xarakterizə edən indekslərin hesablanmasının, hesablanmış bu

indekslər üzərində qurulan və fiskal siyasət alətlərinin nə dərəcədə effektivliyini

xarakterizə edən tədqiqat işlərinin aktuallığı önə çəkilməlidir. 

Azərbaycanın fiskal siyasəti də biznes şəraitinin yaxşılaşdırılması yönündə aparıl-

malıdır. Azərbaycan Respublikasının fiskal siyasəti bu istiqamətdə önəmli rola ma-

likdir.  Mərkəzi  Bankın  Statistika  Departamenti  tərəfindən  aparılan  keyfiyyət

sorğuları vasitəsi ilə iqtisadi konyukturun bir neçə istiqaməti öyrənilməkdədir. Bu

sorğular iqtisadiyyatın sənaye, ticarət, tikinti və xidmət sektorlarında həyata keçirilir.

Azərbaycan Respublikası Mərkəzi Bankının Statistika Departamentinin Real sek-

torun monitorinqi şöbəsi tərəfindən aparılan konyuktur  sorğuları Avropa Komis-

siyasının tövsiyə etdiyi metodologiya əsasında aparılır [1]. 

Modelə  daxil  edilən  izahedici  faktorların  göstəriciləri  Azərbaycan  Respub-

likasının Vergi Məcəlləsindən, Azərbaycan Respublikası Mərkəzi Bankının Statistik

Bülletenindən və Dövlət Statistika Komitəsinin “Sosial-iqtisadi inkişaf” aylıq məc-

muələrindən götürülmüşdür.

Məqalənin  2-ci  bölməsi  xidmət  sektorunda  biznes  şəraitini  xarakterizə  edən

Biznes Şəraiti İndeksi (BŞİ) və izahedici faktorlar - büdcə xərcləri, nominal effektiv

məzənnə və mənfəət vergisi dərəcəsi haqqında şərhlər verilmişdir. 3-cü bölmədə

asılı faktorun, yəni xidmət sektorunda biznes şəraitini xarakterizə edən BŞİ-nin izah -

edici faktorlardan asılılığının şəkli müəyyənləşdirilmiş və bu asılılığın ədədi xarak-

teristikaları verilmişdir. Nəticə bölməsində asılılığın şəkli qısa verilməklə dövlətin

fiskal  və  monetar  siyasətinin  biznes  şəraitinə  təsirinin  ölçüsü  ədədi  ifadə  ilə

göstərilmişdir ki, bu da müəyyən mənada təkliflər kimi xarakterizə oluna bilər.

C.Abbasov. Dövlətin fiskal siyasətinin biznes şəraitinə təsir edən alətləri və onlar arasında asılılığın... 

148


Müzakirələr bölməsində mövcud çətinliklər və əlavə tədqiqat obyekti ola biləcək

problemlər barədə müəyyən fikirlər qeyd olunmuşdur.



2. Biznes şəraitini xarakterizə edən Biznes Şəraiti İndeksi və

izahedici faktorlar

Qeyd edildiyi kimi, Mərkəzi Bankın Statistika Departamenti tərəfindən iqtisadi

konyukturun təhlil edilməsi üçün sorğular həyata keçirilir. Aparılan sorğular bir neçə

fərqli suallardan ibarətdir ki, bu suallar vasitəsi ilə müxtəlif indekslər hesablanır.

Biznes Şəraiti İndeksi (BŞİ) də bu indekslərdən biridir. Qeyd etdiyimiz kimi, bu

sorğular vasitəsi ilə iqtisadiyyatın bir neçə sektorunda iqtisadi konyuktur izlənilir.

Burada isə təhlil xidmət sektoru üzrə hesablanmış BŞİ-si əsasında aparılmışdır.

Nəzəri baxımdan məlumdur ki, büdcə xərcləri, mənfəət vergisi dərəcəsi kimi fiskal

siyasətin alətləri biznes şəraitini bu və ya digər istiqamətdə dəyişə bilən amillərdir. 

Cədvəl 1. Modelin asılı və izahedici faktorlarının adlandırmaları

Təsadüfi deyildir ki, məhşur iqtisadçı alim C.M.Keyns XX əsrin əvvəllərində baş

vermiş dünya iqtisadi böhranından çıxış yolu kimi hökumətin dövlət xərcləri vasitəsi

ilə səmərəli tələbi stimullaşdırmasını çıxış yolu kimi göstərmiş və bunun biznes

mühitinin aktivləşməsinə təsirini əsaslandırmışdır [2, 3]. Modelə daxil edilən asılı

və izahedici faktorlar Cədvəl 1-də göstərildiyi kimi adlandırılıb.

2009-cu ilin may ayından etibarən aylıq olaraq xidmət sektorunun BŞİ-si (BSİ)

hesablanmışdır və bu indeks vasitəsi ilə biznes şəraitinə yuxarıda göstərilən faktor-

ların    bir  neçəsindən,  konkret  olaraq  mənfəət  vergisi  (MVD)  [3,  4],  büdcə  xər-

clərindən (BX) [5] asılı bir faktor kimi baxılmışdır. Biznes şəraiti dedikdə biznes

subyektlərinin fəaliyyətlərini daha səmərəli qurmaları üçün istər qanunvericilik

baxımından, istər dövlətin dolayı iqtisadi təsirləri baxımından, istərsə də onların

bazara çıxardıqları məhsulların reallaşa bilmə qabiliyyəti baxımından formalaşmış

bir mühit başa düşülməlidir.

Deməli, dövlət makroiqtisadi siyasət vasitəsi ilə biznes şəraitini bu və ya digər

istiqamətdə dəyişməklə ümumi iqtisadi inkişafa nail ola bilər. Biznes şəraitinin şəf-

faflaşması və münbitləşməsi təbii ki, biznes subyektlərinin mənfəətini artırmaqla

dolayısı ilə dövlət gəlirlərinin də artmasına səbəb olur ki, bu da təkrar bölgü vasitəsi

ilə yenə də biznes mühitinə qayıdır.

BŞİ


Biznes Şəraiti İndeksi

BX

Büdcə xərcləri



MVD

Mənfəət vergisinin dərəcəsi

AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.

149


Şəkil 1. Dövlət siyasəti və biznes mühiti

Bu baxımdan mənfəət vergisi dərəcəsinin 2010-cu ilin yanvar ayının birindən

etibarən 22%-dən 20%-ə, 2000 manatdan yuxarı aylıq gəlirdən tutulan gəlir ver-

gisinin dərəcəsinin isə 35%-dən 30%-ə endirilməsi, büdcə xərclərində dəyişmələr

və nominal effektiv məzənnənin dəyişməsi biznes şəraitinə hər hansı formada təsir

göstərir. Əsas məqsəd ondan ibarətdir ki, bu təsirlərin forması müəyyən edilsin.



3. Modelin ekonometrik qiymətləndirilməsi və nəticələrin

iqtisadi interpretasiyası

Biznes Şəraiti İndeksinin ona təsir edən amillərdən asılılığının qiymətləndirilməsi

Ekonometriya kursundan məlum olduğu kimi bu asılılığın şəklini ən kiçik kvadratlar

üsulu ilə müəyyən etmək mümkündür. Bu üsul 1806-cı ildə Fransız riyaziyyatçısı

Lejandr  tərəfindən  təklif  edilmişdir  [7,  s.  39].  ƏKKÜ-na  görə,  kənarlaşmaları

kvadrata yüksəldib onların cəminin ən kiçik qiymətinin tapılması, həqiqətdə, BŞİ-

si ilə izahedici faktorlar arasında mövcud olan asılılığın nöqtələr çoxluğunun yaxın-

lığından keçən ən yaxşı xəttin tapılmasına imkan yaradır. Lakin nəticə göstəricisinin

və ya izah edilən dəyişənin (bizim misalda Biznes Şəraiti İndeksinin) ekonometrik

modeldən alınan qiymətinin faktiki qiymətə yaxın olması (Determinasiya əmsalının



vahidə yaxın qiymət alması) heç də modelin adekvatlığını göstərmir. Ekonometrik

modelin adekvatlığı qalıqların Qauss-Markov şərtlərinin (əsas fərziyyələrin) hansı

dərəcədə ödəməsi ilə müəyyən edilir.

Tutaq ki, bu faktorlar arasındakı əlaqə (1) şəklindədir yəni xəttidir

(1)

burada, c



0

c



1

c



2

müvafiq əmsallar, BŞİ – biznes şəraiti indeksi, BX – büdcə xərc -

ləri, MVD – mənfəət vergisinin dərəcəsidir.

150


C.Abbasov. Dövlətin fiskal siyasətinin biznes şəraitinə təsir edən alətləri və onlar arasında asılılığın... 

Onda, 

olar [7, s. 39]. Kənarlaşmaları kvadrata yüksəldib onların cəminin minimumunu

tapıb müəyyən hesablamalar aparmaqla asılılığın parametrlərini müəyyənləşdirmək

olar. Lakin bu cür hesablamalar həddindən çox vaxt tələb etdiyinə və eyni zamanda

təhlilin mahiyyətinə daxil olmadığına görə hesablamaları və etibarlılıq testlərini

“EViews”  proqram  paketi  vasitəsi  ilə  həyata  keçirəcəyik.  (1)  şəkilli  asılılığın

qiymətləndirilməsi  üçün  izahedici  dəyişənlərin  müşahidələrdən  məlum  olan

qiymətlərindən istifadə edilməlidir. İzahedici dəyişənlərin qiymətləri ilə cədvəl 2-

də tanış olmaq olar.

Cədvəl 2. Modelin asılı və izahedici faktorları

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən 05.2009-01.2012-ci tarixləri aralığı üçün təqdim

olunan “Sosial iqtisadi inkişaf” aylıq məcmuələri.

Aylar

Biznes

Şəraiti

İndeksi

Büdcə

xərcləri

Mənfəət

ver-

gisinin

dərəcəsi

Aylar

Biznes

Şəraiti

İndeksi

Büdcə

xərcləri

Mənfəət

ver-

gisinin

dərəcəsi

BŞİ

BX

MVD

BŞİ

BX

MVD

2009:05:00

71.6

657.4


22

2010:10:00

109.6

807.2


20

2009:06:00

103.9

742.6


22

2010:11:00

113.8

777.2


20

2009:07:00

88.6

900


22

2010:12:00

118

3344.9


20

2009:08:00

91.9

561.4


22

2011:01:00

116.5

382.9


20

2009:09:00

86.1

638.6


22

2011:02:00

126.8

803.5


20

2009:10:00

104.8

700


22

2011:03:00

127

940.1


20

2009:11:00

94.5

700


22

2011:04:00

114

2823.7


20

2009:12:00

137

2603.9


22

2011:05:00

125.7

859.3


20

2010:01:00

123.3

320.4


20

2011:06:00

123.8

1199.1


20

2010:02:00

109.8

761.2


20

2011:07:00

105.6

1319.1


20

2010:03:00

109.1

897.5


20

2011:08:00

130.9

1336.8


20

2010:04:00

108.6

800.8


20

2011:09:00

123.5

1196.8


20

2010:05:00

112.9

3559.1


20

2011:10:00

125.2

1162.7


20

2010:06:00

107.8

717.6


20

2011:11:00

85.8

1489.7


20

2010:07:00

107

967.4


20

2011:12:00

158.5

4007.5


20

2010:08:00

112.4

800.4


20

2012:01:00

157.5

460.8


20

2010:09:00

101.8

792.1


20

151


AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.

Cədvəl 2-də verilmiş məlumatlardan istifadə etməklə BŞİ-nin mənfəət vergisi

dərəcəsindən və büdcə xərclərindən hansı formada asılı olduğunu görmək olar. Qeyd

edək ki, biznes şəraiti indeksi və izah edici faktorlar loqorofmik götürülmüş və on-

ların nəticələrinin izahı faizlə aparılacaqdır. Cədvəl 2-də verilən məlumatlara nəzər

yetirsək, biznes şəraiti indekslərinin bəzilərinin mənfi ədədlərə bərabər olduğunun

şahidi olarıq. Məlumdur ki, mənfi ədədlərə malik sıranın loqorofmik götürülməsinin

heç bir mənası yoxdur, ona görə də biz adı çəkilən sıranı bu sıranın hər bir elemen-

tinin üzərinə 100 ədədini əlavə etməklə modelə daxil etmişik.



LBŞİ = 10.23 + 0.07*LBX - 2.0*LMVD   

(2)


Burada, BŞİ – biznes şəraiti indeksi, BX – büdcə xərcləri, MVD – mənfəət ver-

gisinin dərəcəsidir.

Asılılığın şəklinə (2) nəzər salsaq görmək olar ki, büdcə xərclərinin bir faiz art-

ması biznes şəraiti indeksini 0,07 faiz artırır. Digər tərəfdən mənfəət vergisinin

dərəcəsinin bir faiz artması biznes şəraiti indeksini 2,0 faiz azaldır.

Lakin aldığımız bu nəticələr nə dərəcədə reallığı əks etdirir, alınmış bu rəqəmlər

nə dərəcədə etibarlıdır. Bütün bu və ya digər məsələlər qalıqların stasionarlığının,

normal  paylanmanın,  hetroskedastikliyin,  styudentin  t  paylanmasının  və  digər

testlərin həyata keçirilməsi ilə aydınlaşdırılmalıdır.

Cədvəl 3. Etibarlılıq testlərinin parametrləri

Mənbə: “EViews” proqram paketi vasitəsi ilə aparılmış hesablamaların nəticələri.

Variable

Coefficient

Std. Error

t-Statistic

Prob.

LMVD


-1,991

0,5464


-3,644

0,0011


LBX

0,0703


0,0323

2,1761


0,0385

C

10,237



1,7003

6,0211


0

MA(1)


0,2728

0,0923


2,9563

0,0064


MA(2)

-0,246


0,1087

-2,264


0,0318

MA(3)


-0,874

0,0785


-11,13

0

R-squared



0,4867

Mean dependent var

4,7153

Adjusted R-squared



0.3916

S.D. dependent var

0,1662

S,E, of regression



0,1296

Akaike info criterion

-1,085

Sum squared resid



0,4538

Schwarz criterion

-0,813

Log likelihood



23,905

Hannan-Quinn criter,

-0,994

F-statistic



5,1201

Durbin-Watson stat

1,9343

Prob (F-statistic)



0,002

152


C.Abbasov. Dövlətin fiskal siyasətinin biznes şəraitinə təsir edən alətləri və onlar arasında asılılığın... 

Bildiyimiz kimi, ekonometrik təhlilin əsasını Qaus-Markov şərtləri təşkil edir.

Bu baxımdan qalıqların avtokorelyasiyası mühüm əhəmiyyət kəsb edir. Bu meyarı

biz Durbin-Watson statistikası vasitəsi ilə analiz edə bilərik. Metodoloji baxımdan

qalıqların avtokorrelyasiyası, daha doğrusu avtokorrelyasiyanı xarakterizə edən

Durbin-Watson əmsalı aşağıdakı düstur vasitəsi ilə hesablanır [8].

(3)


burada, DW – Durbin-Watson əmsalı, – qalıqlardır.

Cədvəl 3-də Durbin-Watson əmsalı verilmişdir. Məlumdur ki, bu əmsal 2 ədədinə

yaxın qiymət aldıqda daha etibarlı hesab edilir. Əmsalın alınmış qiyməti kifayət

qədər etibarlıdır və qalıqların avtokorrelyasiyası mövcud deyil. Digər bir əhəmiyyətli

kriterya determinasiya əmsalı (R

2

) ilə müəyyən edilir. Determinasiya əmsalı göstərir

ki,  Biznes Şəraiti İndeksində mövcud olan dəyişikliyi 48% izahedici faktorların

dəyişmələri ilə izah etmək olar. Büdcə xərcləri (LBX), mənfəət vergisi (MVD) və

nominal  effektiv  məzənnənin  (NEM)  əmsallarına  gəldikdə  isə  onların  95%-dən

yuxarı bir inamlı intervalda etibarlı olduqlarını müşahidə etmək olar.

Ekonometrik təhlildə normal paylanma böyük əhəmiyyətə malikdir. Qeyd etmək

lazımdır ki, qalıqların normal paylanması Qaus-Markov şərtlərinə daxildir. Ədəbiy -

yatlarda normal paylanmanın müəyyənləşdirilməsi üçün bir neçə test və ya üsul

göstərilir. Bu testlərə histoqram of residuals, normal probability plot və Jarque-Bera

testlərini nümunə göstərmək olar [9, s. 152].

Biz təhlildə normal paylanmanı Jarque-Bera testi vasitəsi ilə yoxlayacağıq. 



Şəkil 2. Normal paylanmanın testi

Mənbə: “EViews” proqram paketi vasitəsi ilə aparılmış hesablamaların nəticələri.

153


AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.

Şəkil 2-də normal paylanma haqqında məlumatlar verilir. Jarque-Bera əmsalına

diqqət yetirsək onun kifayət qədər etibarlı olduğu qənaətinə gəlmək olar [9, s. 153].

Jarque-Bera paylanmasında əmsal sıfra yaxınlaşdıqca, onun ehtimalı (probability)

isə sıfırdan uzaqlaşdıqca paylanma normal şəkil alır [9, s. 154].

Şəkil 2-ə nəzər yetirsək görmək olar ki, təhlil etdiyimiz asılılıqda qalıqların pay-

lanması normal paylanmadır.

Ekonometrik asılılıqlar təhlil olunarkən əsas məsələlərdən biri qalıqların stasio -

narlığıdır. Şəkil 3-də modelin stasionarlığını göstərən qrafik verilmişdir. Ümumi

olaraq asılılığı stasionar qəbul etmək olar, lakin qrafikə nəzər yetirsək görərik ki,

şkalanın  2009-cu  ilin  sonunu  göstərən  hissəsində  o,  sərhəd  xəttindən  kənara

çıxmışdır.

Şəkil 3. Stasionarlığın qrafiki

Mənbə: “EViews” proqram paketi vasitəsi ilə aparılmış hesablamaların nəticələri

Aparılan təhlilin dolğunluğu baxımından qrafikin qeyd olunan dövrdə dəhlizdən

kənarlaşması izah olunmalıdır. Cədvəl 2-də verilmiş sıralara diqqət yetirməklə gör-

mək  olar  ki,  büdcə  xərcləri  2009-cu  ilin  dekabrında  fərqlənmişlər.  Araşdırma

nəticəsində  məlum  olmuşdur  ki,  2009-cu  ilin  dekabrında  büdcə  xərclərində  in-

vestisiya xərcləri 78% artmışdır. İnvestisiya xərclərindəki bu tendensiyanı hökumətin

ilin sonunda investisya xərcləri baxımından davranışı ilə izah etmək olar.

Cədvəl 4. Heteroskedastikliyin yoxlanması

Mənbə: “EViews” proqram paketi vasitəsi ilə aparılmış hesablamaların nəticələri.

t-Statistic

Prob.*

Augmented Dickey-Fuller test statistic

-5,502

0,0001


Test critical values:

1% level


-3,662

5% level


-2,96

10% level

-2,619

White Heteroskedasticity Test:



F-statistic

0,3847


Probability

0,684


Obs*R-squared

0,8252


Probability

0,6619


C.Abbasov. Dövlətin fiskal siyasətinin biznes şəraitinə təsir edən alətləri və onlar arasında asılılığın... 

154


Böyük əhəmiyyətə malik olan stasionarlığın yoxlanılması üçün “EViews” pro-

qram paketinin köməyi ilə Unit Root testi (Dickey-Fuller testi) yoxlanılır. Dickey-

Fuller testinin nəticələri cədvəl 4-də verilmişdir. Belə ki, Dickey-Fuller əmsalının

alınmış  qiyməti  99%  inamlı  intervalda  kritik  qiymətdən  böyükdür  (5,5>3,66).

Deməli 99% inamlı intervalda qalıqlar stasionardır.

Ekonometrik təhlil aparılarkən “White“ testin yoxlanılması önəmlidir. Bu test va-

sitəsi ilə hetroskedastiklik yoxlanılır. Cədvəl 4-də verilmiş White testin nəticələrinə

diqqət yetirsək ehtimalın (probability) 0,05-dən böyük olduğunu görərik və bu da

testin nəticələrinin etibarlı olduğu qənaətinə gəlməyə imkan verir.

İzahedici faktorların əmsalları Wald testi vasitəsi ilə yoxlanılmışdır və bu test

nəticəsində büdcə xərclərinin əmsalının 0.07 olmasını, mənfəət vergisi dərəcəsinin

əmsalının -2,0 olmasını çox böyük ehtimalla söyləmək olar.



4. Nəticə

İqtisadi konyukturun təhlil edilməsi biznes şəraiti ilə sıx bağlıdır. Qeyd edildiyi

kimi Azərbaycan Respublikası Mərkəzi Bankının Statistika Departamenti tərəfindən

aparılan keyfiyyət sorğuları vasitəsi ilə iqtisadi konyukturun bir neçə istiqaməti

öyrənilməkdədir. 

Bu sorğular iqtisadiyyatın sənaye, ticarət, tikinti və xidmət sektorlarında həyata

keçirilir. Təhlildə xidmət sektoru üzrə hesablanan biznes şəraiti indeksi ilə izahedici

faktorlar - büdcə xərcləri, mənfəət vergisi dərəcəsi və nominal effektiv məzənnə

arasındakı asılılığın ekonometrik qiymətləndirilməsi aparılmışdır. Qiymətləndirmə

nəticəsində asılılığın şəkli (2) aşağıdakı kimi alınmışdır.



-LBŞİ = 10.23 + 0.07*LBX - 2.0*LMVD

(4)


burada,  BŞİ- biznes şəraiti indeksi, BX-büdcə xərcləri, MVD-mənfəət vergisinin

dərəcəsidir.

Asılılığın şəklinə (2) nəzər salsaq görmək olar ki, büdcə xərclərinin bir faiz art-

ması biznes şəraiti indeksini 0,07 faiz artırır. 

Digər tərəfdən mənfəət vergisinin dərəcəsinin bir faiz artması biznes şəraiti in-

deksini 2,0 faiz azaldır. Mətnin 2-ci hissəsində göstərilmiş və eyni zamanda təhlilin

mətninə daxil etmədiyimiz digər testlər vasitəsi ilə bu nəticələrin etibarlı olduğu qə-

naətinə gəlinmişdir.

Mənfəət vergisi dərəcəsinin 2005-ci ildən etibarən mərhələlərlə 24%-dən 20%-ə

endirilməsi biznes şəraitini 8% (4*2,0) yaxşılaşdırmışdır. Deməli, dövlətin vergi

yükünün azaldılması yönündə apardığı iqtisadi siyasət biznes şəraitinin yaxşılaşdırıl-

ması baxımından müsbət nəticələr verə bilər.

AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.

155


156

C.Abbasov. Dövlətin fiskal siyasətinin biznes şəraitinə təsir edən alətləri və onlar arasında asılılığın... 



Ədəbiyyat siyahısı:

1. “The Joint Harmonised EU Programme of Business and Consumer Surveys.”

Special Report N5 Brussels 2006, 128 s. (“Avropa İttifaqının biznes və istehlak

sorğuları üzrə harmonizasiya proqramı.” Xüsusi məruzə N5, Brüssel 2006,

128 s.)

2. J.M.Keynes “The General Theory of Employment, Interest and Money” 1936,

Cambridge University. (C.M.Keynis “Məşğulluğun, faizin və pulun ümumi

nəzəriyyəsi” Kembric Universiteti, 1936)

3. “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”  Bakı: 2009.

4. “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”  Bakı: 2010.

5. Dövlət Statistika Komitəsinin “Sosial iqtisadi inkişaf” məcmuələri.

6. Azərbaycan Respublikası Mərkəzi Bankının “Statistik Bülleteni”.

7. Y.Həsənli, R.Həsənov. “İqtisadi tədqiqatlarda riyazi üsulların tətbiqi” Bakı:

2002, 301 s.

8.  C.Dougherty  “Introduction  to  econometrics”  third  edition  Oxford,  336  s.

(K.Douqerti “Ekonometrikaya giriş” üçüncü nəşr, Oksford, 336 s.)

9.  Gujarati  “Basic  Econometrics”  4th  edition,  2004,  1003s  (Cujarati



“Ekonometrikanın əsasları” 4-cü nəşr, 2004, 1003 s.).

157

AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.



Аббасов Джейхун Аббас оглы

Центральный Банк Азербайджанской Республики



Инструменты фискальной политики государства, влияющие 

на бизнес-среду и оценка эконометрической зависимости между ними

Аннотация

Цель исследования - дать характеристику влияния государственных фис-

кальных инструментов на бизнес-среду, таким образом определить степень

важности фискальной политики в улучшении бизнес-среды в сфере обслужи-

вания. 


Методология исследования - используемый в данном исследовании Индекс

бизнес-среды вычислен Центральным банком на основе рекомендаций Евро-

пейской Комиссии [1]. Мы определили форму регрессионной модели  с помо-

щью метода наименьших квадратов.



Результаты исследования - в результате анализа установлено, что увеличе-

ние бюджетных расходов 1 процент в свою очередь увеличивает Индекс биз-

нес-среды  на  0,07  процента.  В  то  же  время,  увеличение  ставки  налога  на

прибыль на 1 процент уменьшает рост Индекса бизнес-среды на 2 процента.



Ограничения исследования - автор столкнулся с некоторыми проблемами,

которые в будущем могут стать источником для новых исследований. Иссле-

дования такого рода также можно проводить во всех сферах экономики. Тем

не менее, существуют некоторые трудности для обобщения индексов в каждом

отдельном секторе.

Практическая значимость исследования - с помощью составленной фор-

мулы можно увидеть взаимосвязь между зависимыми и объясняющими фак-

торами.

Оригинальность и научная новизна исследования - поэтапное уменьшение

ставки налога на прибыль с 2005 года с 24% до 20% привело к улучшению биз-

нес-среды на 8% (4х2,0).

Ключевые слова: индекс бизнес-среды, ставка налога на прибыль, нормаль-

ное распределение, бюджетные средства, эконометрическая оценка.


158

C.Abbasov. Dövlətin fiskal siyasətinin biznes şəraitinə təsir edən alətləri və onlar arasında asılılığın... 



Abbasov Jeyhun  Abbas oglu

The Central bank of Azerbaijan Republic



The tools of fiscal policy of government which influence

the business condition and estimate of the their econometric correlation

Abstract

Purpose - our main aim is to explain the influence of implements of government’s

fiscal policy to business environment in Service sector and to define the materiality

of this fiscal policy in order to improve the business environment in Service sector.

Design/methodology - Business Condition Index used in research work is calcu-

lated by Statistic department of Central Bank on the basis of metodology recom-

mended by European Commission. We defined the form of regression model by last

square method. 



Findings - as a result of research, it has been defined that one percent increase of

budget expenses raises Business Condition Index in 0.07%. At the same time, one

percent increase of profit tax rate reduces Business Condition Index in 2%.

Research limitations - in spite of achieved results, some problems have appeared

that these can be new subject for future research works. This kind of research works

can be implemented on all the sectors in the future. But, there is some difficulties in

generalizing of appropriate indexes on each sector.



Practical implications - we can see change of dependent factor on the change of

independent factor by the form of regression model which we will define it.



Originality/value - reducing of profit tax rate from 24% to 20% by stages since

2005 has improved Business Condition Index 8% (4*2,0).



Keywords: Business Condition Index, the profit tax rate, normal distribution,

budget expenditure, econometric estimation.

JEL Classification Codes: С13, E21, G27

Məqalə redaksiyaya daxil olmuşdur: 07.06.2012.

Təkrar işlənməyə göndərilmişdir: 17.06.2012.

Çapa qəbul olunmuşdur: 29.08.2012.




Yüklə 438,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə