Xocalı–qan yaddaşımız



Yüklə 29,65 Kb.
tarix06.09.2017
ölçüsü29,65 Kb.
#29016
Xocalı–qan yaddaşımız

Ötən əsrin 1992-ci ilinin fevralında tarixdə görülməmiş qətliam baş verdi. Türkləri özlərinin əbədi düşməni hesab edən ermənilər məskunlaşdıqları türk torpaqlarında insanlığa xas olmayan vəhşiliklər törətməklə,Xocalı adlı bir yurd yerini yer üzündən sildilər-insanlar amansızlıqla  qətlə yetirildilər,əsir götürüidülər,şəhər isə oda qalandı. Bu Qarabağ müharibəsinin ən qəddar səhifəsi idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutdu,ən dəhşətli soyqırım törədildi. Buna qədər isə Xocalı erməni-daşnaklar tərəfindən tam mühasirəyə alınmışdır.Yollar tamam kəsilmiş , Xocalı taleyin ümidinə buraxılmışdı.Halbuki Xocalılar erməni-daşnak hərbi qüvvələrinə mərdliklə müqavimət göstərir,şəhəri çətinliklə də olsa qoruyub saxlayırdılar. Düşmən elə buna görə də Xocalı sakinlərini vəhşiliklə,qəddarlıqla və kütləvi surətdə qətlə yetirdi.Bu faciə zamanı böyük bir yaşayış məntəqəsi yer üzündən silinb, Azərbaycanlılara qarşı amansız soyqırımı törədilib: 613 nəfər qətlə yetirilib,1275 nəfər əsr götürülüb .Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda,keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər. Habelə azğınlaşmış erməni hərbçiləri əsir və girov götürdükləri azərbaycanlıları xüsusi amansızlıqla.işgəncə verərək qətlə yetiriblər. Mühasirədən çıxıb qaçmağa müvəffəq olan sakinlər təqib edilərək Kətik meşəsində, Naxçıvanik yolunda , Qaraqaya ətrafında,Dəhraz kəndi yaxınlığında,Şelli istiqamətində ,Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə amansızlıqla qətlə yetiriliblər. Əsir götürülənlərdən 18 nəfəri Əsgəran rayon Daxili işlər şöbəsində isgəncə verilməklə öldürülüb. Hücum zamanı dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədilib,dözülməz işgəncələr verilib,insanların başlarının dərisi soyulub. Müxtəlif əzaları kəsilib,gözləri çıxarılıb. Xocalıya hücum edən erməni dəstələri ölkə iqtisadiyyatına 170 milyon dollardan artıq ziyan vurub. Şəhərin toxuculuq fabriki, onlarla ictimai iaşə obyekti dağıdılıb.200 nəfərdən çox insan müxtəlif dərəcəli əlilə çevrilib.Azərbaycan Respublikasının Milli  Məclisi 24 fevral 1994-cü ildə 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər ilfevralın 26-da “Xocalı soyqırımı günü “elan olunması barədə qərar vermiş və Xocalı hadisələri barəsində həqiqətin dünya xalqlarına çatdırılması və”Xocalı soyqırımı günü “nün beynəlxalq miqyasda keçirilməsi üçün dünya azərbaycanlılarına müracət etmişdir.   

 

 Keçiriləcək tədbirlər.



 Bu il fevral ayının 19-da Xocalı Soyqırımının Ermənilər tərəfindən işğal edilməsinin 22-ci ildönümü tamam olur. Bunula əlaqədar respublikamızın hər yerində,xüsusilə mədəni-maarif müəssisələrində, o cümlədən kitabxanalarda geniş tədbirlər planı hazırlanmışdır. Bu məqsədlə kitabxanalar Xocalı facəsinin tarixinə aid əsərləri təbliğ etmək üçün əyani və şifahi təbliğatın: kitab sərdqləri,ucadan oxu,oxucularla söhbət,oxucu kohfransı,anım gecəsi və s. formalardan istifadə edə bilərlər.İlk növbədə kitabxanada sərqi təşkil olunmalıdir. Sərqidə Azərbaycanın tarixinə,Dağlıq Qarabağın tarixinə və bu gününə, Xocalı Soyrimina,işğalına aid müxtəlif çap olunmuş kitabları,dövrü mətbuatda dərc olunmuş məqalələr,şəkillər nümayiş oluna bilər.Kitabxanada keçirilən tədbirlər arasında anım gecəsi xüsusi yer tutur.“Xocalı əsrin faciəsidir” başlıqlı anım gecəsi təşkil etmək olar. Gecə iki hissədə nəzərdə tutulur. Gecədə tarix müəllimlərinin, məktəblilərin iştirakı gecəni daha maraqlı edər.Birinci hissədə  Azərbaycanın faciəsi olan Xocalı soyqırım  tarixi haqqında, erməni qəsibkarlarının işğalçılıq siyasəti haqqında danışılmalı, qonaqların çıxışları dinlənilməlidir.Gecədə Xocalıdan olan didərgin düşmüş soydaşlarımızın da iştirakı və çıxışı vacibdir. Gecədə foto-şəkillərin də nümayiş etdirilməsi, gənc nəsillərdə vətənə, torpağa məhəbbəti, düşmənə nifrəti  artırır.İkinci hissədə Xocalı soyqırımına aid bayatılar, şeirlər, poemalardan parçalar dinlənilə  bilər.Kitabxanalarda oxucularla aparılan  söhbətlərin və kitab sərgilərinin də əhəmiyyəti  az deyil.Aşağıda “XocalıSoyqırımının 22-ci ildönümü ilə əlaqədar sərginin sxemini veririk.                                    

1.Başlıq:”Xocalı-qan yaddaşı

2. Xocalı Soyqırımı əsrin faciəsidir. 

3. Xocalı göyərçinləri.

4.Qarabağda talan var.  

5.”Qarabağım qəm ocağım.

6.”Soyqırım analardan başlanır.

7.Torpağa tökülən qan.                                                                                  

                                                     Ədəbiyyat siyahısı: 



1.İnqilab xan Rəvan Vəlizadə, Hacı Cəfərli .”Xocalı faciəsi”. / B.:”Çıraq” nəşriyyatı. 2003.-348 s.

2.Fəridə,Hicran.Qarabağda talan var. / H.Fəridə.-B.:Gənclik,1992.- 160 s.

 3.Sultanov, Z.Qarabağ gündəliyi ./ B.: Yazıçı,1991.-119 s.

 4.Əhəmdov,Y.Torpağa tökülən qan. / B.: Azərnəşr, 2004.-456 s.

5.Şirinov,T. “Qarabağda qan izlər”. / B.: Nərgiz nəşriyyatş”,2007.-252 s.

6.Kəngərli,Q. Erməni lobbisi Azərbaycan faciəsi / B.:Yazıçı ,1992.-280 s.

7.Ordubadi M.S. Qanlı illər. / B.:1991.-140 s.

8.Xuraman. “Qarabağın qəm ocağım”. Poema və şerlər. / B.:” Nağil evi”, 2004.-112 s.

9.Didərginlər./ B.:Gənclik , 1990.- 384 s.                                                                                                                                

10.Əzizinəm Qarabağ.Bayatılar./ B.: Gənclik ,1993.-191 s.                                  

11.Dağlıq Qarabağ.Zəka qalib gələcək. / B.: Azərnəşr, 1989.-464 s.                        

12.”Soyqırım analardan başlanır”. / B.:Vətən nəşriyyatı, 2003,-224 s.                                

13.Qarabağ-İrsimizin ədəbi yaddaşı. / B.:2008.-379 s.                                                           

14.Erməni terroru (azərbaycan,ingilis,rus dillərində). / B.: Vətən ,2005.-166 s.     

15.Alıyev,Vaqif. Xocalı göyərçinləri (faciə haqqında yarımçıq kitab). / V.Alıyev.-B.:2011,96 s.

                                                   Dövrü mətbuatda.

 1.Kamailqızı R. Xosalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifəsidir.// Səs qəzeti.18 fevral  2011.- s.8-9.                                            

  2. Bayramov R.Xocalı soyqırımına gedən yol.// Azərbaycan qəzeti 22 fevral 2011.-s.9.

 3. Zeynalov M.Heç vaxt unudulmayacaq faciə. // Respublika qəzeti 20 fevral 2011.-s.6.

 4. Tağıyev B. Xocalı soyqırımı bəşəriyyətə insanlığa qarşı yönəlmiş cinayətdir.//Azərbaycan qəzeti 25 fevral 2011.-s.8.

 5. Rəsulov R. Xocalı soyqırımı-20 // Səs qəzeti.-2012.- ci il.s.7.

 6. Seyidov Ə.Xocalı soyqırımı-insanlığa,bəşəriyyətə,hümanizmə qəsd.// Xalq qəzeti.7 fevral 2012.-s.5                                                      

  7. Xəlilzadə F.XX əsrin faciəsi-Xocalı soyqirımı,Şəhid yurdum-Xocalım .//Azərbaycan qəzeti 14 fevral  2012.- s.14.

 8.Vahidoğlu O.Xocalı soyqırımı-insanlığa və bəşəriyyətə qarşı cinayət.//İKİ sahil ,9 fevral 2012.-s.14.



 9.İnsanlığa qarşı cinayət,Faciəyə gedən yolu başlanğıcı.//Azərbaycan qəzeti.12 fevral 2013.- s.7.                          

10.Sadayoğlu Pərviz.Xocalı soyqırımı bəşər tarixinin ən dəhşətli faciələrindən biridir. //Yeni Azərbaycan qəzeti .16 fevral 2013.-s.6.

11.Bədəlov Əliqismət. Xosalı fasiəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması istiqamətində apalan işlər artıq öz nəticələrini verir // Xalq qəzeti. 20fevral 2013.-s.3.                                                                                                     
Yüklə 29,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin