Xidmət personalına olan tələblər



Yüklə 15,18 Kb.
tarix04.03.2020
ölçüsü15,18 Kb.
Xidmət personalına olan tələblər
Elektrotexniki personal aşağıdakı qismlərə bölünür:

- rəhbər-texnik personal: onlar operativ açıb-bağlamaları, təmir quraşdırma və sazlama işlərini təşkil edir və bilavasitə bu işlərin icrasında iştirak edir;

- əməliyyat heyəti: müəssisənin elektrik təsərrüfatına aid əməliyyatın aparılmasını yerinə yetirir (baxış, cari istismar zamanı, açıb-bağlama əməliyyatları, iş yerinin hazırlanması, işə buraxılış və işə nəzarət);

- təmirçi personal: onlara bütün növ təmiri, rekonstruksiya, quraşdırmanı yerinə yetirənlər aiddir. Bu kateqoriyaya xüsusi xidmət personalları da aiddir (sınaq laboratoriyası, avtomatika və nəzarət ölçü cihazları və s.)

- əməliyyat-təmir personalı: onlara xüsusi hazırlığı olan və onların səlahiyyətində olan elektrik avadanlıqlarına xidmət edənlər aiddir.

Sexlərin elektrotexnoloji personalı elektrik təhlükəsizliyinə görə II və yüksək qrupu olan işçilər texniki nöqteyi nəzərdən elektrotexniki xidmətlərə tabedir.

Elektrik təhlükəsizliyi texnikasına görə II-V qrupu olan elektrotexniki personala aşağıdakı tələblər var:

-18 yaşına çatmamış işçilər elektrik qurğularında sərbəst işə buraxılmamalıdır;

-Elektrotexniki personalda onun işinə mane olan xəstəliklər olmamalıdır (ürəkgetmə, baş gicəllənmə, vestibulyar aparatın xəstəliyi və s.)

-Elektrotexniki personal nəzəri və praktiki hazırlıq keçdikdən sonra imtahan verərək vəsiqə almalıdır və onun əsasında elektrik avadanlığında işə buraxılmalıdırlar.

-Işçinin sağlamlığı həkim müayinəsinin nəticəsi ilə təyin edilərək işə qəbul edilir, işləmə periodunda isə sistematik (qaydaya uyğun) yoxlamadan keçirilməlidir.

Elektrik qurğularına xidmət edən personalların təhlükəsizlik texnikasına aid qruplar üzrə bilik səviyyəsi aşağıdakı kimi olmalıdır:



I qrup - elektrik cərəyanının qorxulu olduğunu bilməlidir, elektrik cərəyanına düşmüş şəxslərə ilkin yardım etməklə tanış olmalıdır.

II qrup - elektrik qurğuları ilə elementar texniki tanışlığı olmalı, elektrik cərəyanının insan həyatı üçün qorxulu olduğu haqqında tam təsəvvürü olmalıdır, cərəyandaşıyan hissələrə yaxınlaşmanın qorxulu olduğunu anlamalıdır, elektrik qurğularında işləyərkən ehtiyatlı olmağı dərk etməlidir, elektrik cərəyanına düşmüş şəxsə ilkin yardım göstərməyi praktiki olaraq bacarmalıdır.

III qrup - elektrik qurğularına xidmət etməklə tanış olmalı, elektrik qurğularında işin qorxulu olduğu haqda dəqiq təsəvvürü olmalıdır, 1000 V-a qədər elektrik qurğularında işə buraxma qaydalarını bilməlidir; işləyən elektrik qurğularına nəzarət etməyi bacarmalıdır; gərginliyə düşmüş şəxsə ilkin yardımı bilməli və praktiki yerinə yetirməyi (süni nəfəs, ürəyin masajı və s.) bacarmalıdır.

Bu qrupa aid olan elektrotexnoloji personal əvvəlki qrupları aldıqdan 10 ay sonra,



orta təhsil almayan və xüsusi təlim keçməyən - əvvəlki qruplardan sonra 4 ay iş stajı olan,

orta təhsili olmayan xüsusi təlim keçən - əvvəlki qruplardan sonra 3 ay keçmiş;

orta təhsili olan, xüsusi təlim keçən- əvvəlki qrup almağından 2 ay keçdikdən sonra;

ali texniki təhsili olan- əvvəlki qruplardan 1 ay keçdikdən sonra ala bilər.
IV qrup: Elektrotexnikanı xüsusi texniki məktəb səviyyəsində bilməli,

elektrik qurğularında işləməyin qorxulu olması barədə tam təsəvvürü olmalı, tutduğu vəzifəyə uyğun TTQ-ni tam həcmdə bilməli, xidmət etdiyi qurğunu elə bilməlidir ki, heç bir köməklik olmadan lazımi açılmanı və təhlükəsizliyi təmin etməklə qurğunun bütün elementlərinin yoxlamanı yerinə yetirməyi bacarmalı, işin təhlükəsiz yerinə yetirilməsini təşkil etməyi və nəzarəti bacarmalı, ilkin yardımı bilməli və icra etməyi bacarmalı, öz məşğul olduğu sahədəki avadanlıqların sxemini bilməlid, gərginlik altına düşmüş adamlara ilkin yardımın necə yerinə yetirilməsini aşağı qruppası olanlara öyrətməyi bacarmalıdır.


Bu qruppaya aid olanlar: elektrotexnoloji personal-əvvəlki qruplardan 6 ay sonra ;

Orta təhsil almayan, xüsusi təlim keçməyən - əvvəlki qruplardan 12 ay sonra;

Orta təhsil almayan, xüsusi təlim keçən- - əvvəlki qruplardan 8 ay sonra;

Orta təhsilli, xüsusi təlim keçən - əvvəlki qruplardan 3 ay sonra;

Ali və xüsusi texniki təhsil alan - əvvəlki qruplardan 2 ay sonra.
V qrup: öz sahəsinin sxemini və avadanlıqlarını bilməli; TTQ-ni və onun xüsusi bölmələrini bilməli, TTQ-də bəzi bəndlərinin tələblərini səbəblərini aydın təsəvvür etməlidir: istənilən gərginlikli elektrik qurğularında işin təhlükəsiz görülməyini təkil etməyi və nəzarəti bacarmalıdır; gərginliyə düşən şəxsə ilkin yardım göstərməyi bacarmalıdır və digər işçilərə bunu öyrətməlidir.

Bu qrupa aid olanlar: Orta təhsil almayan, xüsusi təlim keçməyən - əvvəlki qruplardan 42 ay sonra;

Orta təhsil almayan, xüsusi təlim keçən- - əvvəlki qruplardan 24 ay sonra;

Orta təhsilli, xüsusi təlim keçən - əvvəlki qruplardan 12 ay sonra;



Ali və xüsusi texniki təhsil alan - əvvəlki qruplardan 3 ay sonra.
Qeyd: Elektrotexniki II-V qruplu personaldan vəsiqəsinin vaxtı keçibsə və ya biliyinin yoxlanılması keçirilməyibsə o, I qrup ilə bərabər hesab olunur.
Yüklə 15,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə