a) gərginliyi 1000 voltadək olan elektrik şəbəkəsinin mühafizəsi üçün — hava elektrik ötürücü xətləri boyunca (binalarda ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətdə) yer səthinə proyeksiyasının hər tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri arasında olan torpaq sahəsi;
b) kabel xətləri şəhərlərdə səkilərin altından keçdikdə bina və qurğulara doğru 0,6 m aralı və küçənin işlək hissəsinə doğru 1 m aralı paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi;
c) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə: