Xəbər bülleteni №6


-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə



Yüklə 1,26 Mb.
səhifə2/11
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#42490
1   2   3   4   5   6   7   8   9   10   11
X b r b lleteni №6
mama, 2013-05-13 09-54-10, 32 Hamilelik zamani hipertenziv veziyyetler W, 2013-05-13 09-54-10, Klinik tap r q 1, 2021-03-03 15-24-30 (1), Klinik tap r q 1, Klinik tap r q 1, 2021-03-04 14-10-19, 2016-02-24 12-29-58, 2016-02-24 12-29-58
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Rzayev Vüsal Sabir oğlu — general-mayor



3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Yüsifov Akif İsaxan oğlu — general-mayor

Vətən uğrunda” medalı ilə

Hacıyev Niyazi Xanbaba oğlu — general-leytenant

Bayramov Sabir Cümşüd oğlu — polkovnik

Məmmədov Müşviq Camal oğlu — polkovnik

Qənbərov Tofiq Həzrət oğlu — polkovnik

Suleymanov Gülü İmdat oğlu — polkovnik-leytenant

Ələddinov Əli Xeyrəddin oğlu — polkovnik-leytenant

Bityayev Mixail Mixayloviç — polkovnik-leytenant

Heydərov Elçin Yolçu oğlu — polkovnik-leytenant

İgidliyə görə” medalı ilə

Məmmədov Elçin Surəddin oğlu — polkovnik

Ağayev Hikmət Səttar oğlu — polkovnik

Hüseynov İlqar Ramiz oğlu — polkovnik-leytenant

Əlmərdanov Vüqar Ələddin oğlu — polkovnik-leytenant

Zeynalov Elsevər Elçin oğlu — mayor

Bəxtiyarov Rəşad Tapdıq oğlu — mayor

Ələkbərov Tofiq İsgəndər oğlu — mayor

Bunyatov Zabulla Hənnan oğlu — mayor

Hərbi xidmətlərə görə” medalı ilə

Mirzəyev Vüqar Böyükbəy oğlu — polkovnik

Qəmərli Ceyhun Rafiq oğlu — polkovnik

İbrahimov Elşad Qulaməli oğlu — polkovnik-leytenant

Qədirov Vasif Vahid oğlu — polkovnik-leytenant

Salahov Rauf Balaqardaş oğlu — polkovnik-leytenant

Osmanov Sahib Əlikram oğlu — mayor

Alpaşayev Elman Hacıəhməd oğlu — mayor

Hüseynov Vüsal Elşad oğlu — mayor

Dadaşov Nail Nadir oğlu — mayor

Paşayev Şahin Ağadayı oğlu — mayor

Hüseynov Polad Cəmil oğlu — mayor

Quliyev Sabit Bəkir oğlu — mayor

Fətəliyev Səxavət İskəndər oğlu — mayor

Əsədov Həmid Arif oğlu — tibb xidməti mayoru

İsmayılov Cabir Hüseyn oğlu — kapitan

Əliyev Yalçın Gülhüseyn oğlu — gizir

Hüseynov Azər Aydın oğlu — gizir

Heydərov Tərlan Əbdülxalıq oğlu — gizir

Əliyev Elvir Tofiq oğlu — gizir

Zeynalov Samir Sahib oğlu — baş çavuş

Qafarov Zəki Arif oğlu — baş çavuş

Vəliyev Səbuhi Məmmədağa oğlu — baş çavuş.

İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin Tibb İdarəsi – Müalicə-Diaqnostika Mərkəzinin rəisi Elşad Belal oğlu Həmidova tibb xidməti general mayoru ali hərbi rütbəsi verilməsi barədə də sərəncam imzalayıb.

Transparency.az qeyd edir ki, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması, prezident rabitəsinin, xüsusi dövlət rabitəsinin, dövlət orqanlarının xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin təşkilinin, istismarının, təhlükəsizliyinin və inkişafının təmin edilməsi sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

İki nazirlik razılaşma imzalayıb: dərman vasitələri bazarına nəzarət güclənir

21.08.2015

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi arasında razılaşma imzalanıb. Avqustun 21-də İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı rəsmi məlumata görə, razılaşma dərman vasitələri apteklərə daxil olmazdan əvvəl qiymətlərin müəyyən olunmuş qaydada qablaşdırmanın üzərində göstərilməsinə (Dərman vasitələrinin qiymətlərinin göstərilməsi üsulları) və bu qiymətlərin Tarif (qiymət) Şurasında təsdiq edilmiş qiymətlərə (Ucuzlaşdırma qərarı: 250-dən çox dərman vasitəsinin qiyməti təsdiqlənib) uyğunluğuna birgə nəzarəti nəzərdə tutur.

51 siyasi partiyanın MSK-ya illik maliyyə hesabatı

21.08.2015



Mərkəzi Seçki Komissiyasının saytında 51 siyasi partiyanın illik maliyyə hesabatı yerləşdirilib. Transparency.az bildirir ki, dövlət qeydiyyatında olan 55 partiyadan 4-ü hesabat təqdim etməyib. İllik maliyyə hesabatını MSK-ya təqdim etməyən partiyalar bunlardır: Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Naminə Alyans Partiyası.

2014-cü il oktyabrın 1-də Milli Məclis “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edib. Dəyişikliyə əsasən, siyasi partiyalar bu ildən başlayaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

Ədliyyə Nazirliyinin maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların dövlət qeydiyyatını ləğv etmək səlahiyyəti var.

Siyasi partiyaların 2014-cü il üzrə maliyyə hesabatları

Mərkəzi Bank banklara dollar kursu qoydu: 1,055 manat

21.08.2015



Mərkəzi Bank valyuta bazarında ajiotajı aradan qaldırmaq üçün banklara şifahi xəbərdarlıq göndərib. APA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına dolların satış məzənnəsinin maksimal həddini 1,055 səviyyəsində götürülməsini tövsiyə edib: “Qonşu ölkələrin iqtisadiyyatında baş verən proseslərdən sonra Azərbaycanda əhali arasında ajiotaj yaranıb. Hətta bəzi valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 1,07 manat məzənnəsi ilə satılırdı. Bu ajiotajı aradan qaldırmaq üçün Mərkəzi Bank rəhbərliyi kommersiya banklarına xəbərdarlıq edib. Banklara tövsiyə olunub ki, dolların satış məzənnəsinin maksimal həddi 1,055 səviyyəsində götürülsün“.

Mərkəzi Bankın bu tələbinə əməl etməyən banklarla bağlı qanunvericiliyə uyğun ölçü götürüləcəyi bildirilir.

Transparency.az qeyd edir ki, Qazaxıstan pulu təngə avqustun 20-də dollar qarşısında 35%-dən çox dəyər itirib. Buna hökumətin milli valyutanın kursunu sərbəst buraxmaq qərarı səbəb olub.

Həftə ərzində Rusiya rublu da dollar qarşısında geriləyib. Avqustun 17-də 64,94 rubla satılan 1 dollar avqustun 21-də 66,96 rubla təklif olunub.

7 ayda Azərbaycanda idxal əməliyyatları 2014-cü ilə nisbətən 8,61 faiz artıb

24.08.2015



Bu ilin yanvar-iyul aylarında Azərbaycanda gömrük orqanları xətti ilə büdcə daxilolmaları 906 927,68 min manat olub. Büdcəyə gömrük rüsumları üzrə 246 932,40 min manat, əlavə dəyər vergisi üzrə 599 090,62 min manat, aksizlər üzrə 49 905,49 min manat, yol vergisi üzrə isə 10 999,17 min manat məbləğində vəsait ödənilib.

7 ayda ölkədə ticarət əməliyyatlarının həcmi 12 777 904,17 min ABŞ dolları məbləğində olub. Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bunun 5 305 379,62 min dolları idxal əməliyyatları, 7 472 524,55 min dolları isə ixrac əməliyyatları üzrə həyata keçirilib.

Yanvar-iyul aylarında Azərbaycanda idxal əməliyyatları 2014-cü ilin müvafiq dövrünə nisbətən 8,61 faiz artıb. İdxal əməliyyatlarının 1 026 278,54 min dolları dövlət sektorunun, 4 086 703,77 min dolları özəl sektorun payına düşür.

Azərbaycan nefti 47 dollardan aşağı düşüb

24.08.2015

“AzəriLayt” markalı neftin bir barreli London birjasında 1,86 dollar ucuzlaşaraq 46,23 dollar olub. Xəbəri avqustun 24-də AZƏRTAC yayıb.

Digər markalara gəlincə, Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 39,21 dollara, Londonun İCE birjasında “Brent” markalı neftin bir barreli 44,32 dollara satılır.

Transparency.az xatırladır ki, Azərbaycan Respublikasının 2015-ci il büdcəsində neftin bir barrelinin qiyməti 90 dollardan hesablanır. Gələn ilin dövlət büdcəsində qiymətin 50 dollardan götürüləcəyi bəyan edilib.

Sabiq polis zabiti Şahlar Şahlarzadə həbs edilib

24.08.2015

Mingəçevir Şəhər Polis Şöbəsində baş vermiş ölüm hadisəsinə görə daxili işlər orqanlarında xidmətdən xaric olunmuş Şahlar Şahlarzadə həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov avqustun 24-də APA-ya açıqlamasında belə deyib. Onun sözlərinə görə, Mingəçevir Şəhər Polis Şöbəsinin sabiq əməliyyat müvəkkili Şahlar Şahlarzadə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə — ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilir. Məhkəmənin qərarı ilə Şahlar Şahlarzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rəsmi açıqlamaya görə, avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinən Mingəçevir şəhər sakini Bəhruz Hacıyev polis şöbəsinə gətirilib, inzibati binadakı xidməti otaqlardan birində dindirilərkən özünü pəncərədən aşağı atıb.

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu mətbuat xidmətlərinin birgə məlumatında deyilir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahlar Şahlarzadənin cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə təlimatının tələblərini pozaraq Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etməməsi və sayıqlığını itirməsi ağır nəticəyə səbəb olub: “Daxili təhqiqatın yekununa əsasən, daxili işlər nazirinin əmri ilə polis baş leytenantı Şahlar Şahlarzadə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Tabelikdəkilərin xidməti fəaliyyətinə nəzarəti zəiflətdiyinə, cinayət törətməkdə şübhəli olduğuna görə gətirilən şəxslərin saxlanılması işini düzgün təşkil etmədiyinə görə Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Ələsgər Bədəlova şiddətli töhmət elan olunub”.

Bəhruz Hacıyevin yaxınları onun intihar etməsi versiyasına inanmır, işgəncə ilə öldürüldüyünü iddia edir.

Manatın keçmiş sovet respublikalarının milli valyutalarına rəsmi kursu

24.08.2015

Transparency.az Mərkəzi Banka istinadla manatın keçmiş SSRİ məkanı ölkələrinin milli valyutalarına rəsmi kursunu təqdim edir:

100 Belarus rublu — 0.0062 manat

1 gürcü larisi — 0.4457 manat

1 Qazaxıstan təngəsi — 0.0043 manat

1 qırğız somu — 0.0167 manat

1 Moldova leyi — 0.0552 manat

100 özbək somu — 0.0404 manat

1 Rusiya rublu — 0.0152 manat

1 tacik somonisi — 0.1664 manat

1 yeni türkmən manatı — 0.2993 manat

1 Ukrayna qrivnası — 0.0464 manat.

Avqustun 24-də Mərkəzi Bank manatın 1 ABŞ dollarına kursunu 1.047 manat, 1 avroya məzənnəsini 1.1994 manat müəyyən edib.

1 ingilis funt sterlinqi 1.6421 manata, 1 İsveçrə frankı 1.1109 manata satılır.

1 türk lirəsinin kursu 0.3529 manat, 100 İran rialının məzənnəsi 0.0035 manatdır.

Ədliyyə Nazirliyi Müsavatdan şikayət üzrə araşdırmaları davam etdirir

24.08.2015

“Müsavat Partiyasının 8-ci qurultayının nəticələrinin ləğvi ilə bağlı müraciət əsasında Ədliyyə Nazirliyində araşdırmalar davam edir”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası üzvlüyündən xaric olunmuş Əlövsət Əhədoğlu deyib. O bildirib ki, avqustun 24-də Ədliyyə Nazirliyi ilə əlaqə saxlayıb: “Mənə bildirdilər ki, müraciətlə bağlı araşdırmalar davam edir və nəticə açıqlanacaq. Araşdırma tələb olunan müraciətlərə cavab verilmə müddəti bir aydır. Biz avqustun 7-də müraciət etdiyimizdən sentyabrın 7-dək bizə cavab veriləcəyi bildirilib. Ehtiyac olsa, məni də dəvət edəcəklər”.

Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilmiş 8-ci qurultayında başqan seçkisi olub. Həmin seçkidə Arif Hacılı qalib gəlib. Bəzi müsavatçılar seçkidə pozuntular olduğunu iddia edib, nəticələri tanımayıb, növbədənkənar qurultay keçirmək istiqamətində çalışıb. Bundan sonra narazıların bir qismi partiyadan çıxarılıb.

Müsavat başqanının müavini Elman Fəttahın açıqlamasına görə, Ədliyyə Nazirliyinə Müsavatın 8-ci qurultayının nəticələrinin ləğvinə çağıran müraciəti sabiq müsavatçılar Ellada Məmmədli, Rövşən Dəmirli, Əlövsət Əhədoğlu, Rüfət Əliyev, Kamil Xəlilbəyli və başqaları, ümumilikdə 15 nəfərə yaxın şəxs imzalayıb.

Avqustun 19-da Ədliyyə Nazirliyinə dəvət olunan Elman Fəttah Müsavatın 8-ci qurultayı ilə bağlı sorğu-suala tutulub. O, Ədliyyə Nazirliyi rəsmisinə sualları yazılı şəkildə Müsavat Partiyasına göndərməyi məsləhət görüb.

Azərbaycanın ixracı ötən ilə nisbətən 43,60 faiz azalıb

18.08.2015



Bu ilin 7 ayında Azərbaycanın ixracı ötən ilin müvafiq dövrünə nisbətən 43,60 faiz azalıb. Transparency.az saytı Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixracda dövlət sektorunun payı çoxdur: 6 milyard 666 milyon dollar.

Yanvar-iyul aylarında ixracda özəl sektorun payı 697 milyon 603 min dollar, fiziki şəxslərin payı isə 108 milyon 795 min manat olub.

Müstəqil Dövlətlər Birliyi ölkələri içində Belarusa ixrac 51,43 faiz, Qazaxıstana 63,05 faiz, Qırğızıstana 83,94 faiz, Özbəkistana 70,3 faiz, Rusiyaya 40,32 faiz, Ukraynaya 64,8 faiz azalıb.

7 ayda Türkmənistan ixrac 10,46 faiz, Moldova 79,37 dəfə, Tacikistana 204,43 faiz artıb.

Avropa İttifaqı ölkələrinə ixracda 31,78 faiz azalma var. Almaniyaya ixrac 15,81 faiz, Avstriyaya 14,78 faiz, Böyük Britaniyaya 96,53 faiz, Fransaya 39,34 faiz azalıb.

Belçikaya ixrac 25,48 dəfə, Çexiyaya 86,79 faiz, Finlandiyaya 205,45 faiz artıb.



Nazirlik istehlak bazarına nəzarəti gücləndirdi, cəza xəbərdarlığı etdi

20.08.2015




Avqustun 20-də İqtisadiyyat və Sənaye Nazirliyi rəsmi açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədi ilə nəzarət tədbirlərini davam etdirir: “Son günlər bir sıra istehlak mallarının qiymətinin artması barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar üzrə də araşdırmalara başlanıb. Nəzarət tədbirləri və araşdırmalar zamanı qanun pozuntusu, o cümlədən süni qiymət artımına yol verdiyi aşkar olunan təsərrüfat subyektləri barəsində qanuna müvafiq tədbirlər görüləcək”.

Dövlət Sosial Müdafiə Fondu əcnəbilərlə bağlı hesabat yayıb

21.08.2015


2015-ci il avqustun 1-nə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 13,73 faiz artıb. İyul ayı ərzində əlavə olaraq 584 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 25 603 nəfərə yüksəlib.

Transparency.az Dövlət Sosial Müdafiə Fondunun rəsmi portalına istinadla bildirir ki, ümumilikdə 109 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə vətəndaşları (13 091 nəfər) çoxluq təşkil edir. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 814 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 512 nəfərə çatıb.

İlk beşliyi İran İslam Respublikası (944) və Çin Xalq Respublikası (835) tamamlayır.

Bakıda yeni tikililər ucuzlaşıb

21.08.2015

“MBA Consulting Group” şirkətinin iyul ayı üzrə hesabatına görə, Bakının ilkin mənzil bazarında təklif olunan təmirsiz evlərin qiyməti düşüb. Transparency.az xəbər verir ki, orta təklif qiyməti kvadratmetri 1116 dollardan 7,17 faiz azalaraq 1036 dollara (1170 manatdan 1087 manata) düşüb.

İlkin mənzil bazarında təklif edilən evlərin əksər hissəsi kvadratmetri 1000 dollara qədər olan ucuz mənzillərdir (ümumi portfelin 53,6 faizi).

Qiyməti 1000-1500 dollar aralığında olan orta mənzillərə düşən pay isə 38 faizdir.

Qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq kvadratmetr üçün 765 və 1195 dollardır.

Ümumi təklif portfelinin qalan 8,4 faizi isə kvadratmetri 1500 dollardan yuxarı olan bahalı mənzillərdir. Burada qeydə alınan orta qiymət kvadratmetr üçün 2145 dollardır.

İlkin mənzil bazarında kvadratmetrin qiymətinə görə ən bahalı mənzil 2 otaqlı təmirsiz mənzil olub. Metronun “Sahil” stansiyasının yaxınlığında yerləşən 99 kvadratmetrlik mənzilin kvadratmetri 2800 dollara təklif edilib.

Ən ucuz mənzil isə Sabunçu rayonunda, Zabrat qəsəbəsində qeydə alınıb. Bu, ümumi sahəsi 80 kvadratmetr olan yeni 2 otaqlı mənzildir. Mənzilin bir kvadratmetri 450 dollardır.

Vergilər Nazirliyi gördüyü işlərə dair 6 hesabat yayıb

24.08.2015

Vergilər Nazirliyi 2014-cü ildə gördüyü işlərə dair 6 hesabat yayıb. Transparency.az bildirir ki, www.taxes.gov.az-da dərc olunan rəsmi hesabatlar regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı proqramının icrasını; açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün milli fəaliyyət planının icrası ilə bağlı görülmüş işləri; insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində milli fəaliyyət proqramında Vergilər Nazirliyinə həvalə olunmuş tədbirlərin icrasını; korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün milli fəaliyyət planının icrası ilə bağlı görülmüş işləri; məşğulluq strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün dövlət proqramının icrası yönündə həyata keçirilmiş tədbirləri; 2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf dövlət proqramının icrası ilə əlaqədar görülmüş işləri əhatə edir.

2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2014-cü il üzrə icrası barədə məlumat

Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının icrası ilə bağlı 2014-cü ildə görülmüş işlər

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında Vergilər Nazirliyinə həvalə olunmuş tədbirlərin icrası üzrə 2014-cü il ərzində görülmüş işlər barədə məlumat

Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının icrası ilə bağlı Vergilər Nazirliyi tərəfindən 2014-cü ildə görülmüş işlər

Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı üzrə 2014-cü il üzrə Vergilər Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat

2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında (2011-2015-ci illər) nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar Vergilər Nazirliyi tərəfindən 2014-cü il ərzində görülmüş işlər barədə məlumat

Dövlət Əmək Müfəttişliyi Xidməti “Təhlükəsiz iş aylığı”na hazırlaşır

25.08.2015



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) sentyabr ayını “Təhlükəsiz iş aylığı” elan edib. Xidmətin rəisi Fuad Əlizadə bildirib ki, həyata keçirilən dövlət nəzarətinin nəticələrinə əsasən, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi normalarının daha çox pozulduğu iş sahələri sırasında avtomobillərə texniki xidmət və avtoyuma məntəqələri də var: “Gələn ay sosial partnyorların və əlaqədar dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə belə müəssisələrdə və istehsalat qəzası riski yüksək olan digər sahələrdə əmək qanunvericiliyinə əməl olunması vəziyyəti yerindəcə araşdırılacaq. Həmin iş yerlərində əməyin mühafizəsi və ümumən əmək münasibətləri sahəsində aşkar edilən nöqsanların, həmçinin işçilərin əmək müqaviləsi bağlanmadan və elektron informasiya sistemində qeydiyyatdan keçirilmədən, qeyri-leqal formada əmək fəaliyyətinə cəlb olunması hallarının aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək”.

Fuad Əlizadə əlavə edib ki, cari ilin birinci yarısında əmək qanunvericiliyinin pozulması faktlarının sayı 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 12,8 faiz, həmçinin istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 42,1 faiz, bu hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 2 dəfə, xəsarət alanların sayı isə 48,8 faiz azalıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilib


26.08.2015

Tarif (qiymət) Şurasının (www.tariff.gov.az) 25 avqust iclasında daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilib. Xəbəri İqtisadiyyat və Sənaye Nazirliyi yayıb. Nazirlik xatırladır ki, Tarif Şurasının 30 iyul iclasında 256 dərman vasitəsi üzrə qiymətlər təsdiq edilib: “Ümumilikdə elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib, bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox enib, bütövlükdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb. Bununla da dövlət qeydiyyatına alınmış dərman vasitələrinin təqribən 15%-nin hazırkı qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olan satış qiymətləri təsdiqlənib. Bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq.

Əvvəllər də elan edildiyi kimi, 25 təsiredici maddə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) üzrə 1057 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri 2015-ci il sentyabrın 15-dən qüvvəyə minəcək. Şuranın qərarına əsasən, həmin tarixdən qeyd olunan tərkibli dərman vasitələrinin satışı yalnız qiymətlər təsdiq edildikdən sonra həyata keçirilə bilər.

25 avqust iclasında daha 55 yeni təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunub və bunun üçün son müddət sentyabr ayının 10-dək müəyyən edilib”.

Dərman vasitələrinin mövcud və Tarif (qiymət) Şurasında təsdiq edilmiş qiymətlərinin müqayisəli cədvəli


Nikah qaydasındakı yeniliklə bağlı hesabat açıqlanıb

27.08.2015




Səhiyyə Nazirliyinin mətbuat xidməti avqustun 26-da bəyan edib ki, 1 iyun 2015-ci ildən bu günə kimi nikaha daxil olmaq istəyən 33412 nəfər tibbi müayinədən keçib. Müayinədən keçən şəxslərin əksəriyyətinin sağlıq durumu qənaətbəxş olub.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyinin müəyyən etdiyi dövlət tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Ötən il oktyabrın 17-də Milli Məclis Ailə Məcəlləsinə dəyişikliklər edib. Yeniliyə əsasən, nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizəyə tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da əlavə etməlidir. Bu arayışın təqdim olunmaması nikahın bağlanmasına mane olan hallar sırasına daxil edilib.

Digər dəyişikliyə görə, nikaha daxil olan şəxslərdən biri özündə zöhrəvi xəstəliyin və immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o biri tərəfdən gizlətdikdə digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

Tibbi müayinə zamanı yoxlanışdan keçirilən xəstəliklər bunlardır: hemoqlobinopatiyalar (böyük beta-talassemiya, aralıq beta-talassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya); İİV/QİÇS; sifilis.

Avropada daşınmaz əmlak bahalaşır. Rusiya və Azərbaycanda vəziyyət fərqlidir

31.08.2015

Daşınmaz əmlak sahəsində aparıcı beynəlxalq konsaltinq şirkəti CBRE-nin Avropa daşınmaz əmlakı bazarında apardığı monitorinqin son nəticələrinə görə, 2015-ci ilin ikinci rübündə qitədə bütün səviyyəli kommersiya daşınmaz əmlakın qiyməti 1,9 faiz artıb. Əsas rolu gəlirlərin dəyişməsi faktoru oynayıb.

AZƏRTAC “AS GROUP İnvestment” şirkətinə istinadla xəbər verir ki, rübün yekunlarına əsasən, ən yaxşı nəticələr Fransa və Böyük Britaniyada qeydə alınıb. Bu ölkələrdə bütün səviyyəli kommersiya daşınmaz əmlakının qiyməti müvafiq olaraq 3 faiz və 2,4 faiz artıb. Cənubi Avropada da kommersiya daşınmaz əmlakının qiyməti nəzərəçarpacaq dərəcədə (1,6 faiz) artıb.

Mərkəzi və Şərqi Avropada, Niderlanda bir neçə rüb davam edən enişdən sonra bütün səviyyəli daşınmaz əmlakın qiymətində 0,8 faiz artım müşahidə olunub. Ofislər sahəsində eniş qeydə alınsa da, sənaye və ticarət üzrə daşınmaz əmlakda müsbət dinamika nəzərə çarpır. Mərkəzi və Şərqi Avropada sənaye üzrə daşınmaz əmlakda canlanma müşahidə olunması ilə əlaqədar daşınmaz əmlakın qiyməti ötən rübə nisbətən 3 faiz artıb.

CBRE-nin Avropada, Yaxın Şərqdə və Afrikada konsaltinq qiymətləndirməsi üzrə şöbəsinin baş analitiki Metyu Edmonds vəziyyəti belə şərh edib: “Gəlirliliyin azalması yenə də Avropada bütün səviyyəli daşınmaz əmlakın aktivlərinin dəyərinin artmasına səbəb olub. Premium səviyyəli daşınmaz əmlaka yenə də ən böyük tələb var, amma investorlar daha çox riskə meyllənir, ikinci və üçüncü bazarlarda investisiya imkanları axtarır. Maliyyə resurslarının əhəmiyyətli hissəsinin məhz daşınmaz əmlak bazarına yönəldiyini nəzərə alsaq, biz mülayim artımın davam edəcəyini gözləyirik”.

Avropa bazarlarından fərqli olaraq Rusiyada investisiya fəallığında azalma, aktivlərin qiymətində eniş müşahidə olunur. 2015-ci ilin birinci yarısında kommersiya daşınmaz əmlakına yönələn investisiyalarının həcmi keçən ilin analoji müddətinə nisbətən 30 faiz azalıb. İnvestisiya qoyuluşunda əsas diqqət ən az riskli seqmentə — ofislərə yönəlib.

Mütəxəssislərin fikrincə, Azərbaycanın daşınmaz əmlak bazarında ötən ilin martından başlayan aktivliyin aşağı düşməsi davam edir. Təkrar mənzil bazarında aparılan araşdırmalar göstərir ki, ilin əvvəlindən başlayaraq bu vaxtadək dollarla ifadədə qiymətlərdə 23 faiz enmə müşahidə olunub. İyunda ümumi təkliflərin sayı 1590 olduğu halda bu rəqəm iyulda 1397 təşkil edib.

Təkrar mənzil bazarında qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 35 faiz azalıb.

Rabitə müəssisələrinin xidmət göstərdiyi fiziki və hüquqi şəxslər haqqında vahid məlumat bazası yaradılır

25.08.2015

Nazirlər Kabineti “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” qərarında (7 iyul 2005-ci il) dəyişikliklər edib. Avqustun 22-dən qüvvəyə minən yeni qərara (22 may 2015-ci il) əsasən, telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsi, ərizəçiyə dair məlumatlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) üzərindən aparılmalı, fiziki şəxslər üçün “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi”, hüquqi şəxslər üçün isə “Elektron hökumət” portalına qoşulmuş informasiya sistemləri vasitəsilə identifikasiya edilərək operatorların və MHM-in vahid məlumat bazasına salındıqdan sonra 24 saat müddətində təmin olunmalıdır.

Yenililik Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırmaqla rabitə müəssisələrinin (operatorların) xidmət göstərdiyi fiziki və hüquqi şəxslər haqqında vahid məlumat bazasını formalaşdırmasını nəzərdə tutur.

Rabitə müəssisələri (operatorlar) öz şəbəkələrinin, əlaqədar sistem və texniki vasitələrinin yeni qərara uyğunlaşdırılmasını 3 ay müddətində tam başa çatdırıb telefon nömrələrinin satışını yalnız həmin qərara uyğun həyata keçirməlidir.

MSK seçki dairələrini yenidən yaratmağa ehtiyac görmür

25.08.2015

Seçki Məcəlləsinin 29-cu maddəsinə görə, MSK ərazi vahidlərində daimi yaşayan və qeydə alınmış seçicilərin sayı haqqında müvafiq icra hakimiyyəti orqanlarının bələdiyyə qurumları ilə birgə təqdim etdiyi məlumatlar əsasında hər 5 ildən bir 125 seçki dairəsi yaramalıdır. Seçki dairələri seçicilərin orta təmsilçilik norması əsasında qurulur. Orta təmsilçilik norması qeydə alınmış seçicilərin ümumi sayının 125-ə bölünməsi yolu ilə müəyyənləşdirilir.

Bu il noyabrın 1-də Milli Məclisə seçki keçiriləcək. Transparency.az-a danışan Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov deyib ki, seçki dairələrini yenidən yaratmağa (Mövcud seçki dairələri) ehtiyac yoxdur: “Bu və ya digər dairədə seçki məntəqələrinin sayının dəyişməsi, seçicilərin sayının təmsilçilik normalarına uyğunlaşdırılması kimi dəyişikliklər həmişə olur. Bunun üçün 5 il gözləmirik, hər il seçici siyahıları yenidən təsdiqləndikdə Mərkəzi Seçki Komissiyası bu məsələləri həll edir. Dairələrin 5 ildən bir yaradılması öhdəliyi yoxdur. Zərurət yarananda hüdudlarda dəyişiklik ola bilər”.

Transparency.az bildirir ki, Mərkəzi Seçki Komissiyası son dəfə 13 oktyabr 2014-cü il iclasında 6 seçki dairəsinin hüdudlarında dəyişiklik edib (Qərar). O zaman əsas yenilik 2 seçki dairəsi ilə bağlı olub. 44 saylı dairə Sumqayıt-Xızı seçki dairəsi, 50 saylı dairə isə Abşeron-Qobustan seçki dairəsi adlandırılıb.

Bu il avqustun 19-da isə Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələrinin seçki məntəqələri üzrə seçicilərin sayının təmsilçilik normalarına uyğunlaşdırılması barədə qərar çıxarıb. Qərar əsasən, 8 saylı Binəqədi birinci, 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 13 saylı Xəzər-Pirallahı, 14 saylı Xəzər, 46 saylı Şirvan, 55 saylı Xaçmaz şəhər, 58 saylı Hacıqabul-Kürdəmir, 60 saylı Salyan-Neftçala, 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 75 saylı Lənkəran-Masallı, 84 saylı Füzuli, 86 saylı İsmayıllı, 91 saylı Ucar, 104 saylı Gədəbəy-Tovuz, 117 saylı Oğuz-Qəbələ, 121 saylı Laçın, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin dislokasiyaları daxilində əlavə seçki məntəqələrinin yaradılması müvafiq dairə seçki komissiyalarına həvalə edilib.



Təhlil

Vüqar Bayramov: “Azərbaycanda mənzil problemini yaxın 10 ilə həll etmək mümkündür”

19.08.2015

Parlament bu ilin payız sessiyasında sosial mənzil fondunun yaradılması ilə bağlı müzakirələrə başlayacaq. Milli Məclisin sosial siyasət komitəsinin üzvü Musa Quliyev belə açıqlama verib.

Açıqlamanı müsbət qiymətləndirən iqtisadçı ekspert Vüqar Bayramov Transparency.az-a deyib ki, dövlət başçısının ipoteka proqramına əlavə 200 milyon manat vəsait ayırmaq göstərişindən sonra sosial mənzil fondunun formalaşdırılması daha da aktuallaşıb: “Vətəndaşlara yüngül şərtlərlə ev sahibi olmaq imkanı verən sosial mənzil fondu formalaşdırmaqla Azərbaycanda mənzil problemini yaxın 10 ilə həll etmək mümkündür. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq ölkənin buna vəsaiti var. Sosial mənzil fondlarının formalaşdırılması Mənzil Məcəlləsində də nəzərdə tutulub. Məcəlləyə əsasən, sosial kirayə və sosial mənzil fondlarının yaradılması planlaşdırılır. Qanun sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını, bələdiyyə mənzil fonduna məxsus yaşayış sahələrinin sosial kirayə müqaviləsi üzrə aztəminatlı vətəndaşlara verilməsi formalarını müəyyən edir. Məcəllədə qeyd olunur ki, sosial təyinatlı mənzil fondu dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusudur.

Qanunun 108-ci maddəsində o da yazılır ki, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinin əvəzsiz istifadə müqavilələri əsasında verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə həyata keçirilir. Deməli, aztəminatlı ailələrə yaşayış sahələrinin əvəzsiz verilməsi üçün hüquqi baza da mövcuddur.

Mənzillərin qiymətlərinin aşağı salınması üçün ən münasib yollardan biri sosial mənzil fondudur. Bu zaman dövlət artıq bazarda təklif edən tərəf olur, tələbin bir hissəsini sosial mənzil fondu qarşılayır və nəticədə qiymətlərin tənzimlənməsi imkanı yaranır.

Əhalinin sosial vəziyyətinə, mənzil probleminin həllinə müsbət təsir edəcək və eləcə də əmlak bazarında qiymətləri aşağı salacaq layihənin hüquqi bazası hazırdır. İndi sadəcə tətbiq mexanizmlərini formalaşdırmaq və fondun yaradılmasına başlamaq lazımdır”.

Necə ipotekaya ehtiyac var?

Vəzifəli şəxslər nə qədər maaş alır?

26.08.2015



Transparency.az ali vəzifəli şəxslərin, deputatların, hakimlərin və dövlət orqanlarının rəhbər işçilərinin maaşı haqqında arayışı təqdim edir.

Seçki Məcəlləsinin 209-cu maddəsinə (Prezidentin öz vəzifəsinə başlaması) görə, and içdiyi gündən Azərbaycan Respublikasının prezidenti 15000 manat məbləğində aylıq vəzifə maaşı alır.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə (Deputatın maddi təminatı) görə, Milli Məclisin sədrinin aylıq əməkhaqqı 2250 manatdır.

Milli Məclis sədrinin birinci müavininə sədrin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavininə — 85 faizi, Milli Məclisin komitə və komissiya sədrinə — 80 faizi, Milli Məclisin komissiya sədrinin müavininə — 75 faizi, Milli Məclisin deputatına isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq əməkhaqqı verilir.

“Məhkəmələr və hakimlər haqqında” qanunun 106-cı maddəsində (Hakimlərin maddi təminatı) hakimlərin vəzifə maaşları belə müəyyən edilib:

- Ali Məhkəmənin sədrinə 2070 manat həcmində;

- Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində;

- ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində;

- digər məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində;

- bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində;

- Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində;

- bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir.

Dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları isə prezident sərəncamı ilə bu məbləğlərdə müəyyən edilib:

- baş nazir — 2230 manat

- baş nazirin birinci müavini — 1960 manat

- baş nazirin müavini — 1870 manat

- nazir, dövlət komitəsinin sədri, Dövlət Sosial Müdafiə Fondunun sədri, Dövlət Sərhəd Xidmətinin rəisi, Dövlət Neft Fondunun icraçı direktoru — 1750 manat

- mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbəri — 1450 manat

- nazirin, dövlət komitəsi sədrinin, Dövlət Sosial Müdafiə Fondu sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — 1250 manat

- nazirin, dövlət komitəsi sədrinin, Dövlət Sosial Müdafiə Fondu sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin, Dövlət Neft Fondunun İcraçı direktorunun müavini, mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini — 1160 manat

- mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan, icra hakimiyyəti orqanının rəhbərinin müavini — 1050 manat.

Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları isə belədir:

-  Bakı şəhəri — 1750 manat

- Gəncə və Sumqayıt şəhərləri — 1160 manat

şəhər, rayon və şəhər rayonu üzrə:

- əhalisinin sayı 100 min nəfərdən çox olduqda — 950 manat

- əhalisinin sayı 50-100 min nəfər olduqda — 900 manat

- əhalisinin sayı 50 min nəfərədək olduqda — 800 manat.

Transparency.az qeyd edir ki, “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” konstitusiya qanununun 2-ci maddəsinə (Keçmiş prezidentin pensiyası) əsasən, keçmiş prezident Azərbaycan Respublikasının fəaliyyətdə olan prezidentinin aylıq vəzifə maaşının 50 faizi məbləğində aylıq pensiya alır.

Milli Məclisin deputatının, hakimlərin və dövlət orqanlarının rəhbər işçilərinin pensiya təminatı isə “Əmək pensiyaları haqqında” qanuna (Qanun) uyğun olaraq həyata keçirilir.

Son il yarımda Azərbaycan nefti 70 dollardan çox ucuzlaşıb

27.08.2015



2014-cü ilin fevral-mart-aprel aylarından Rusiya Ukraynanın Krım bölgəsini və Donbas vilayətinin bir hissəsini işğal altında saxlayır. O vaxtdan bəri dünya çapında yaranan yeni qarşıdurma iqtisadi basqılarla da müşayiət olunur. Neftin dünya bazarında qiymətinin enişi Qərblə Rusiyanın iqtisadi müharibəsinin əsas elementidir. Transparency.az 2014-cü ilin martından – Krımın ilhaqından bəri dünya bazarında neftin qiymətinin necə dəyişdiyini araşdırıb.


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə