Xəbər bülleteni №6



Yüklə 1,26 Mb.
səhifə11/11
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#42490
1   2   3   4   5   6   7   8   9   10   11
X b r b lleteni №6
mama, 2013-05-13 09-54-10, 32 Hamilelik zamani hipertenziv veziyyetler W, 2013-05-13 09-54-10, Klinik tap r q 1, 2021-03-03 15-24-30 (1), Klinik tap r q 1, Klinik tap r q 1, 2021-03-04 14-10-19, 2016-02-24 12-29-58, 2016-02-24 12-29-58
Çənlərin ümumi həcmi m3

Bir çənin maksimum həcmi m3

Çənlərin yerləşməsi (metrlə)

yerüstü

yeraltı

50-dən 200-ə qədər

25

80

40

50

150

75

100

200

100

200-dən 500-ə qədər

50

150

75

100

200

100

100-dən artıq, lakin 200-dən artıq olmayan

300

150

500-dən 2000-ə qədər

100

200

100

100-dən artıq, lakin 600-dən artıq olmayan

300

150

2000-dən 8000-ə qədər

həmçinin

300

150

Qeyd:

1.müxtəlif həcmlərdə çənləri olan saxlama bazasına qədər ən böyük məsafə həcmli çən üzrə təyin edilməlidir.

2.QDS-ın yerüstü çənlərindən, eyni vaxtda 800-dən artıq adam ola bilən yerlərə (stadion, bazar, park və s) qədər məsafə bu cədvəldə verilmiş göstəricilərdən iki dəfə artıq götürülməlidir.

Mayeləşdirilmiş qazlar saxlanılan çənlərdən avtomobil və dəmir yollarına qədər olan minimum məsafə (metrlə):

QDS-ın ərazisindən kənarda olan yollar

QDS-də çənlərin ümumi həcmi m3

200 m3-a qədər

200 m3-dən artıq

yerüstü (m-lə)

yeraltı(m-lə)

yerüstü (m-lə)

yeraltı (m-lə)

Ümumi şəbəkəli dəmir yolları (çənlər tərəfdən bəndin aşağı hissəsinə, yaxud xəndəyin qırağına qədər)

75

50

100

75

Sənaye müəssisələrinin giriş dəmir yolları, tramvay yolları (yolun oxuna qədər), avtomobil yolları (hərəkət hissəsinin qırağına qədər)

30

20

40

25

 

Pensiyaya nə vaxt çıxırlar?

25.08.2015

“Əmək pensiyaları haqqında” qanuna görə, Azərbaycanda kişilər əmək pensiyasına 63, qadınlar 60 yaşda çıxır. Transparency.az qeyd edir ki, qanun güzəştli şərtlərlə  əmək pensiyası hüququnu da tənzimləyir.

Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların pensiya yaşı hər uşağa görə 1 il azaldılır. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların isə 55 yaşda pensiyaya çıxmaq hüququ var.

5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalar, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən atalar, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilər azı 10 il sığorta stajı olduqda 58 yaşında pensiyaya çıxa bilər.

Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunanların əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var (kişilər — 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar — 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışıblarsa).

Hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboyların — kişilər 47, qadınlar 42 yaşına çatdıqda və azı 5 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.

Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ tanınır.

Prokurorluq orqanlarında azı 25 il qulluq etmiş, eləcə də yaşa görə (60 yaş) prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri əmək pensiyasına çıxa bilər.

Bu hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ var:

- hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;

- hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;

- hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;

- hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.

Ədliyyə orqanlarında qulluq keçmiş şəxslərin də yaşa görə əmək pensiyası hüququ qanunda yer alır:

- ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçiləri;

- cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər (kişilər — 55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmamaqla, bu stajın azı 15 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə; qadınlar — 50 yaşına çatdıqda və ümumi əmək stajı 20 ildən az olmamaqla, bu stajın azı 10 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə).

Miqrasiya və fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan işçilərin də yaşa görə əmək pensiyası hüququ var.

Hüquq müdafiəçisi Bəhruz Hacıyevin ölümü ilə bağlı araşdırma aparır

27.08.2015

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov müavini Elçin Şirinov və köməkçisi Nizaməddin Rüstəmovla birgə Mingəçevir Şəhər Polis Şöbəsində monitorinq keçirib. APA-ya danışan hüquq müdafiəçisi bildirib ki, monitorinqin əsas məqsədi polis şöbəsində həlak olmuş Bəhruz Hacıyevin məsələsini araşdırmaq olub: “Mingəçevirdə Bəhruz Hacıyevin atası Dilsuz Hacıyev, əmiləri Gündüz Hacıyev və Səməd Səmədovla görüşdük. Qeyd etdilər ki, əməliyyatçı Şahlar Şahlarzadə Bəhruzu otaqda tək qoymamalı idi. Soruşdum ki, meyitin üzərində hər hansı qançır izi vardımı, dedilər yox. Bəhruzun boynu qırılıbmış və başı yaralanıbmış, bu da onun üçüncü mərtəbədən özünü atması nəticəsində yaranıb. Bundan başqa bildirdilər ki, dalağının üzərində nöqtə formasında izlər olub. Bunun nədən yarandığını bilmək istəyirlər.

Hadisə ilə bağlı saxlanılan əməliyyatçı Şahlar Şahlarzadə ilə görüşmək istədik. Lakin o, Gəncədəki 2 saylı İstintaq Təcridxanasına köçürüldüyü üçün görüşümüz alınmadı” .

Elçin Behbudov şöbənin rəisi Ələsgər Bədəlovla da görüşdüklərini deyib: “Ələsgər Bədəlov bildirdi ki, Bəhruz Hacıyevin şöbəyə gəlişi kameralara düşüb. O, sakit şəkildə şöbəyə daxil olur, 6-7 dəqiqədən sonra isə özünü pəncərədən atır. Rəis bildirdi ki, şöbədə elektroşok cihazları var, lakin onlar möhürlü şəkildə bağlı yerdə saxlanır. Həmin məsələni prokurorluq əməkdaşları da yoxlayıblar” .

Hüquq müdafiəçisi iş üzrə istintaqı aparan Respublika Prokurorluğunun müstəntiqi Qurban Səfərovla telefon əlaqəsi yaratdıqlarını qeyd edib: “Qurban Səfərov bildirdi ki, Şahlar Bəhruzu otaqda tək qoyub, hal şahidi dəvət edib şübhəli şəxsin üzərinə baxış keçirməyib və vəkil dəvət etməyib. Dalağın üzərində nöqtə kimi izlərin olması isə ekspertiza qarşısında sual kimi qoyulub. Ekspertizanın rəyindən sonra onun nədən yarandığı məlum olacaq” .

Elçin Behbudov polis şöbəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirdiklərini söyləyib: “Orada 21 nəfər saxlanılır. Onlardan 16-sı məlum hadisə ilə bağlı saxlanılan şəxslərdir. 10 sutkadan 20 sutkaya qədər inzibati qaydada azadlıqdan məhrum ediliblər. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən qətiyyən şikayətləri yoxdur”.

Hüquq müdafiəçisi monitorinqlə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini bildirib: “Xahiş edəcəyəm ki, bu cür halların qarşısını almaq üçün polis şöbələrində olan dindirmə otaqlarının pəncərələrinə dəmir barmaqlıqlar vurulsun” .

Rəsmi açıqlamaya görə, avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinən Mingəçevir şəhər sakini Bəhruz Hacıyev polis şöbəsinə gətirilib, inzibati binadakı xidməti otaqlardan birində dindirilərkən özünü pəncərədən aşağı atıb.

Bu olaya görə Mingəçevir Şəhər Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahlar Şahlarzadə daxili işlər orqanlarında xidmətdən xaric edilib, polis şöbəsinin rəisi polis polkovniki Ələsgər Bədəlova şiddətli töhmət elan olunub.



Avqustun 22-də Bəhruz Hacıyevin dəfn mərasimindən sonra bir qrup Mingəçevir sakini şəhərin mərkəzi hissəsində yürüş keçirməyə cəhd göstərib. Polis aksiyanı dağıdıb. Bu aksiyaya görə tutulanlar var.

Avqustun 24-də Baş Prokurorluq bəyan edib ki, Mingəçevir Şəhər Polis Şöbəsinin sabiq əməliyyat müvəkkili Şahlar Şahlarzadə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə — ağır nəticələrə səbəb olduqda) maddələri ilə 4 ay müddətinə həbs olunub.
Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə