Xəbər bülleteni №21


Bizə küçə ticarəti lazımdırmı?



Yüklə 3,34 Mb.
səhifə4/28
tarix07.06.2017
ölçüsü3,34 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   28

Bizə küçə ticarəti lazımdırmı?


21.01.2016

qalib togrul 1
                 Qalib Toğrul

Azərbaycanda küçə ticarəti 2014-cü ilin yanvarından ləğv olunub. O vaxt həmin qərar daha çox siyasi xarakter daşıyırdı, məqsəd qəzetlərin səyyar satışının qarşısını almaq idi.

Əslində, Azərbaycanın heç bir qanunvericiliyində “küçə ticarəti” anlayışı olmayıb, amma hüquqi aktlarda “səyyar ticarət”, “xüsusi icazə verilən yerlərdə ticarət” ifadələri məhz küçə ticarətini nəzərdə tutub. Həmin ticarəti isə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tənzimləyib. 2014-cü ildə küçə ticarətini də elə bu qurum qadağan edib.

2016-cı ilin mayından yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minəcək. Məcəlləyə “küçə ticarəti” anlayışı salınıb, hətta ona ayrıca maddə – “Qanunsuz küçə ticarəti” – ayrılıb. 453-cü maddəyə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etmədiyi yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat cərimə tətbiq olunacaq. Mətbuat bu cəriməni yenilik kimi təqdim edir, ancaq belə bir cərimə hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsində də var.

Bir halda ki, yeni məcəllədə “qanunsuz küçə ticarəti”ndən söhbət gedir, deməli, qanuna uyğun küçə ticarəti də mümkündür.

İnkişaf etmiş ölkələrdə küçə ticarəti şəhər mədəniyyətinin ayrılmaz hissəsidir. Küçə ticarətinə təkcə gəlir yeri kimi yox, həm də turistləri cəlb edən, onların səyahətinin rəngarəngliyini təmin edən bir vasitə kimi baxılır. Ona görə də belə ölkələrdə küçələrdə ucuz pal-paltar, limon yox, suvenir, gül, antik əşyalar, xalq sənətkarlığı nümunələri satılır. Özü də bu satış gözəl şəkildə, göz oxşayan dizaynla, gigiyenik normalara riayət olunmaqla həyata keçirilir. Düzdür, inkişaf etmiş ölkələrdə küçələrdə ərzaq da təqdim olunur. Məsələn, Yaponiyada bu yolla hər gün 3 ton təzə balıq satılır. Yaponiyada küçə ticarətini fərqləndirən daha bir amil avtomatlaşdırmadır. Bu ölkə küçələrdəki avtomatlardan olan satışa görə dünyada birinci yeri tutur (23 adama bir avtomat düşür). Özü də bu avtomatlardan təkcə su, içki yox, yumurta, çətir, gül dəstəsi, hətta buz da almaq olur.

Beynəlxalq təcrübə göstərir ki, küçə ticarəti əlavə məşğulluq və qazanc imkanları yaradır. Bu ticarətlə məhsulların satışı daha kompakt, asan təşkil olunur, eyni zamanda sahibkarların və istehlakçıların xərci az çıxır, sənətkarlığın və xalq yaradıcılığının inkişafına stimul yaranır.

Bizdə küçə ticarəti qeyri-formal iqtisadiyyatdır, korrupsiyadır, vergidən yayınmadır, keyfiyyətsiz mal satışıdır, nəqliyyata və piyadalara çətinlik yaratmaqdır, zibillikdir, şəhərin görkəminə xələl gətirməkdir. İndiki halda küçə ticarətini qadağan etmək yox, onun qanunverici əsaslarını yaradıb tənzimləmək lazımdır. İş yerlərinin ixtisarı, qiymətlərin yüksəlməsi, əhalinin gəlirlərinin azalması, alıcılıq qabiliyyətinin günbəgün aşağı düşməsi nəticəsində artan yoxsulluğun, sosial gərginliyin qarşısını almaq üçün mütləq küçə ticarətinə icazə verilməlidir. Çünki küçə ticarəti hər şeydən əvvəl əhalinin gəlir mənbəyidir, iş yeridir.

Uzağa getmək lazım deyil. Bu məsələdə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin gözəl təcrübəsindən faydalanmaq kifayətdir. Həm bayramlarda, həm də adi günlərdə hamımız qədim İçərişəhərin küçələrində ticarətin necə gözəl qurulduğunu görə bilərik. Rəhbərlik vergi və ödənişlərin vaxtında və qaydasında həyata keçirilməsini də uğurla gerçəkləşdirir. Daha paytaxt küçələrindəki kimi 8-10 qurumun nümayəndələrinə “bəxşiş” paylanmır.

Öncə küçə ticarətini tənzimləyən qanunverici və normativ baza yaradılmalı, bu anlayış və onun sərhədləri müəyyənləşməlidir. Sonra küçə ticarətinin vergi tənzimlənməsi sahəsində islahatlar aparılmalıdır. Bu fəaliyyət növü ilə məşğul olanlara “pulunu ver, patentini al, ticarətinlə məşğul ol” qaydasında vahid sabit vergi – patent vergi tətbiq olunmalıdır. Küçə ticarəti ilə məşğul olan işçiləri əhatə edən ayrıca sosial sığorta növü də tətbiq oluna bilər. Tənzimlənməni, vergi toplanmasını (patentin verilməsini) bələdiyyələrə həvalə etməklə bu məsələni gözəl şəkildə yekunlaşdırmaq olar.


Prezident Davosda görüşləri davam etdirir


21.01.2016

Prezident İlham Əliyev yanvarın 21-i Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşüb. Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun önəmi qeyd olunub, bu baxımdan “Cənub qaz dəhlizi” layihəsinin əhəmiyyəti vurğulanıb. “Cənub qaz dəhlizi” layihəsinin uğurla reallaşdırıldığı, layihənin həyata keçirilməsinə Avropa Komissiyasında tam dəstəyin göstərildiyi bildirilib.

AZƏRTAC xəbər verir ki, İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə də bir araya gəlib. Görüşdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə fikir mübadiləsi aparılıb, Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, bu baxımdan yeni imkanlar müzakirə edilib.

davos 2

Çarə dərdə dərman olacaqmı?


21.01.2016

natiq ceferli“Ölkənin böhrandan çıxması üçün vergi və gömrük yığımları minimuma endirilməli, dövlət iqtisadiyyatdan mümkün qədər çəkilməli, uzunmüddətli və ucuz kreditlərlə xalqa dəstək verməlidir”. İqtisadçı ekspert Natiq Cəfərli bu qənaətdədir.

Transparency.az-ın məlumatına görə, Natiq Cəfərli böyük gəlir gətirəcəyinə ümid bəslənən tranzit yükdaşımaları, idxalın qarşısını almaq üçün bəzi sahələr üzrə istehsalı ölkəni dərin böhrandan çıxarmağa çarə saymır: “Ümid edilir ki, Azərbaycan tranzit mərkəzinə çevrilərək Şərqdən Qərbə, Şimaldan Cənuba yükdaşıma ilə çoxlu gəlir əldə edəcək. Bakı-Tiflis-Qars və nəzərdə tutulan Rusiya-İran dəmir yolu xətti doğru qərarlardır, amma ölkənin xilas mənbəyi deyil. Dünyada tranzitdən xeyli pul qazanan 2 ölkə var: Panama və Misir. Hər ikisi də buna böyük su kanalları hesabına nail olur.

Dəmir yolu tranzitindən pul qazanıb dolanan ölkə yoxdur. Azərbaycan iki dəmiryolu layihəsi hesabına ən yaxşı halda ildə 50-60 milyon dollar qazana biləcək. Pis deyil, amma bu, bir körpünün tikintisinə xərclənən vəsaitdən də azdır.

Neft tranziti gəlirli sahə sayılır, amma 2016-cı ildə Qazaxıstan neftinin və öz neftimizin tranzitindən cəmi 12,6 milyon manat gəlirimiz olacaq. Xəzərdəki yeni gəmi limanına gəlincə, okeana çıxış yoxdur deyə limandan gələn gəlir onun işlədilmə və əməliyyat xərclərini ancaq ödəyəcək”.

Ekspert yerli istehsal təşəbbüsünü də çox gecikmiş addım hesab edir: “Ölkə yaxın zamanda heç vaxt elektrotexnika, məişət avadanlığı, avtomobil kimi mallar istehsal edə bilməyəcək. Geyim, dərman istehsalına gəlincə, xammalı haradan alacaqsan? Ölkədə pambıqçılıq məhv edildi. Pambığı, parçanı xaricdən alacaqsan, yenə ölkədən valyuta çıxacaq. Təkcə yerli bazar üçün istehsal isə manatı daha da dəyərdən salacaq, yerli istehsalın maya dəyəri artacaq, qiymətlər yüksələcək. Digər tərəfdən bu gün işə başlansa, Çin, Vyetnam, Laos, digər Asiya ölkələri ilə necə rəqabət aparılacaq? Həmin malın analoqunu Vyetnamdan gətirmək iki dəfə ucuz olacaqsa, vətəndaş niyə yerli mal almalıdır?

Dərman bazarı da eyni qaydada. Zavod, avadanlıq var, bəs xammal, molekul haradan gələcək? Təbii ki, xaricdən. Bu, yenə manatın dəyərdən düşməsinə xidmət edəcək”.




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə