X və y ədədləri daxil edilir və bu ədədlərin yeri dəyişdirilir. Yəni x=10, y=20 isə x=20, y=10 edilir



Yüklə 15,38 Kb.
tarix28.12.2021
ölçüsü15,38 Kb.
#48105
İmtahan 1


  1. x və y ədədləri daxil edilir və bu ədədlərin yeri dəyişdirilir. Yəni x=10, y=20 isə x=20, y=10 edilir.

İnput:

10


20

Output:


20

10


  1. print("123" + "abc")=?




  1. x = int(98.6)=?




  1. print((3 is 4)==0) kodun nəticəsi nə olacaq?




  1. İstifadəçidən çevrənin radiusunu alın və uzunluğunu hesablayın.




  1. Aşağıda verilmişlərdən hansılar Python-da keyword-dür?

list, dict, or, if


  1. Aşağıdakı kodun nəticəsində ekrana nə çıxacaq?

x = 0

if x < 2 :

print('Small')

elif x < 10 :

print('Medium')

else :


print('LARGE')

print('All done')




  1. Aşağıdakı kodun nəticəsində ekrana nə çıxacaq?

tot = 0

for i in [5, 4, 3, 2, 1] :

tot = tot + 1

print(tot)




  1. 5-ə bölünən və 30-dan kiçik ədədləri print etdirin.




  1. Deyək ki, bir string var, məsələn S='Natiq'. Bunun içində tapın ki, hər hərfdən neçə dənədir(dictionary formatında print edin). {N:1, a:1} və s. şəkildə.




  1. İstifadəcinin daxil etdiyi ədədin təkmi cütmü olduğunu print etdirin.




  1. İstifadəçidən bir ədəd alın ve 1-dən bu ədədə qədər olan tək ədədləri bir, cüt ədədləri də bir toplayin. Sonda hər iki nəticənin print etdirin. Print edərkən format() metodundan istifadə edin.




  1. İstifadəçinin daxil etdiyi ədədin sadə yoxsa mürəkkəb olduğunu print etdirin.




  1. Aşağıdakı kodun nəticəsi nə olacaq?

a = [1, 5, 8]

b = [2, 6, 9, 10]

c = [100, 200]

print(max([len(a), len(b), len(c)]))

print(min([len(a), len(b), len(c)]))


  1. İstifadəcinin daxil etdiyi ədədin təkmi cütmü olduğunu print etdirin. Əgər təkdirsə kvadratını, cütdürsə 5-ə bölünməsindən alınan qalığı print etdirin.




  1. İstifadəçinin daxil etdiyi ədədin faktorialını print etdirin.




  1. 1-dən istifadəçinin daxil etdiyi ədədə qədər olan sadə ədədləri bir, mürəkkəb ədədləri bir toplayın və format istifadə edərək print etdirin.




  1. 0-dan 100-ə qədər cüt ədədləri toplayın, amma bunu while ilə edin.




  1. Tək sətirdə n sayda boşluqla ayrılmış ədəd daxil edilir. Hər 2 qonsuşundan böyük olan elementlərin sayını ekrana yazdırın.

İnput: 9 5 -7 -7 5 -9 -4 Output: 1


  1. İkirəqəmli ədəd daxilir edilir və əgər rəqəmləri bərabərdirsə ekrana “=”, əks halda heç nə yazdırılır.

İnput: 33 Output :=


  1. Daxil edilən n ədədinin 5-ə bölünməsindən alınana qalığı ekrana yazdırın.

İnput: 26 Output: 1


  1. Aşağıdakı yazılışlardan doğru və ya yanlış olanları qarşısına qeyd edin.

a=Natiq 1 a=5

b=”5” a1=5



c=’4’ d=’book’s’

b=5 c=’45.2’
Yüklə 15,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə