Vvəl VIII əsrin ik inci yarısında Yerusəlimdə yaşamış Yeşaya adlı böyük



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix19.06.2017
ölçüsü0,58 Mb.
  1   2   3   4   5   6   7   8

1
YEŞAYA
PEYĞƏMBƏRİN KİTABI
GİRİŞ
«Yeşaya» Kitabının adı miladdan
ə
vvəl VIII əsrin ik-
inci yarısında Yerusəlimdə yaşamış Yeşaya adlı böyük
peyğəmbərin adı ilə bağlıdır. Yeşaya ibrani dilində
«Rəbb xilas edir» mənasını verir. Kitabın belə adlanması
müəyyən mənada kitaba bir mahiyyət verir.
Kitabı üç
ə
sas hissəyə bölmək olar:
(1) 1-39-cu f
ə
sillər cənub padşahlığı olan Yəhudanın
qüvvətli qonşusu Aşşur ölkəsi tərəfindən təhdid edildiyi
dövrə aiddir. Peyğəmbər alovlu nitqləri ilə xalqı və onun
başçılarını salehliyə və doğru həyata çağırır. Yeşaya
dönə-dönə xəbərdarlıq edirdi ki, Allaha itaətsizlik ölkənin
dağılmasına və xalqın məhv olmasına səbəb olacaq. O
həm də bütün dünyaya sülh və Davud nəslindən kamil
padşah gələcəyini qabaqcadan xəbər verirdi.
(2) 40-55-ci f
ə
sillər tarixi vəziyyətin dəyişməsini
özündə əks etdirir. Bu fəsillər Yəhuda xalqının Babil
ə
sarətində olduğu dövrə aiddir. Aşşurlulardan sonra Orta
Şərqdə hakimiyyəti ələ keçirən Babillilər miladdan əvvəl
586-cı ildə Yerusəlimi zəbt edib əhalisini Babilə sürgün
etdilər. Babil əsirliyi zamanı Yəhuda xalqı ümidini
itirmiş və miskin hala düşmüşdü.
Belə vəziyyətdə
Yeşaya peyğəmbərlik edir ki, Allah Öz xalqını azad
edəcək və onlar Yerusəlimdə yeni həyata başlayacaq. Bu
fəsillər göstərir ki, tarixi idarə edən Allahdır və Onun
Öz xalqına olan amalını başqa millətlər üçün də tətbiq
etmək istəyir. Burada bütün millətlərin İsrail vasitəsilə
xeyir-dua alacağından bəhs edilir.

YEŞAYA 1:1
2
YEŞAYA 1:4
(3) 56-66-cı f
ə
sillərdə sürgündə olan yəhudilərin
Yerusəlimdə yenidən yaşayacağı və Allahın Öz vədlərinə
sadiq qalmasına əmin ola biləcəkləri bəyan edilir. Burada
salehliyə və ədalətə əməl etməyə, Şənbə gününə düzgün
riayət edilməsinə, qurban təqdiminə, duaya və oruca
xüsusi diqqət yetirilir.
Kitabın m
ə
zmunu:
1:1–12:6 X
ə
bərdarlıq və vədlər
13:1–23:18 Mill
ə
tlərin cəzalandırılması
24:1–27:13 Allahın dünyanı mühakim
ə
etməsi
28:1–35:10 Sonrakı x
ə
bərdarlıq və vədlər
36:1–39:8 Y
ə
huda padşahı Xizqiya və Aşşurlular
40:1–55:13 T
ə
səlli və ümid sözləri
56:1–66:24 X
ə
bərdarlıq və vədlər
1
* * * * Yəhuda padşahları Uzziya, Yotam, Axaz,
Xizqiyanın dövründə Yəhuda və Yerusəlim barəsində
Amots oğlu Yeşayaya görünən görüntü.
R
ə
bb xalqına xəbərdarlıq edir
2
Ey göylər, eşidin,
Ey yer üzü, dinləyin!
Çünki Rəbb belə söylədi:
«Övladlar yetişdirib böyütdüm,
Amma onlar Mənə qarşı üsyankar oldular.
3
Öküz yiyəsini,
Eşşək də sahibinin təknəsini tanıyır,
Lakin İsrail xalqı Məni tanımır,
Xalqım anlamır».
4
Günah edən millətin,
*
1:1 2Pad. 15:1-7; 2Saln. 26:1-23
*
1:1 2Pad. 15:32-38; 2Saln. 27:1-9
*
1:1 2Pad. 16:1-20; 2Saln. 28:1-27
*
1:1 2Pad. 18:1–20:21; 2Saln.
29:1–32:33

YEŞAYA 1:5
3
YEŞAYA 1:10
Şər işlər görən xalqın,
Yolunu azmış nəslin,
Pozulmuş övladların vay halına!
Onlar Rəbbi tərk etdilər,
İsrailin Müqəddəsinə xor baxdılar,
Ondan üz döndərdilər.
5
Siz nə üçün yenə döyüləsiniz,
Niyə üsyan etməkdə davam edirsiniz?
Xoralar başınızı tamamilə bürüyüb,
Ürəyiniz azara düşüb.
6
Təpədən dırnağacan bədəniniz xəstədir,
Bir sağlam yeriniz yoxdur:
Yaralarınız, zədələriniz,
Yenə də vurulmuş yaralarınız
Təmizlənməmiş, sarılmamış,
Məlhəmlə yumşaldılmamışdır.
7
Ölkəniz viran qaldı,
Şəhərləriniz alışıb-yandı,
Yadellilər gözünüzün önündəcə torpağınızı yeyib-dağıtdı.
Torpağınız kimsəsiz qalıb,
Sanki yad adamlar oranı talayıb.
8
Sion qızı bağdakı çardaq, bostandakı koma,
Mühasirəyə alınmış şəhər kimi tək qalıb.
9
* Əgər Ordular Rəbbi
Bizim üçün bir neçə adamı sağ qoymasaydı,
Biz Sodom kimi olardıq,
Homorraya bənzəyərdik.
10
Ey Sodom başçıları,
Rəbbin sözünü eşidin!
Siz, ey Homorra xalqı,
*
1:9 Yar. 19:24; Rom. 9:29

YEŞAYA 1:11
4
YEŞAYA 1:17
Allahımızın təlimini dinləyin!
11
* Rəbb deyir:
«Qurbanlarınız çoxalıb, Mənə nə?
Yandırma qoç qurbanlarından,
Bəslənmiş heyvanların piyindən doymuşam.
Buğa, quzu, təkə qanını istəmirəm.
12
Hüzuruma gələrkən
Əlinizdə bunları gətirməyinizi kim istədi?
Məbədimin həyətlərinə boş yerə ayaq basırsınız.
13
Mənə artıq batil təqdimlər gətirməyin,
Buxur Məndə ikrah yaradır.
Pisliklə dolu
Təzə Ay mərasimlərinizə,
Şənbə günlərinizə,
Müqəddəs toplantılarınıza
Dözə bilmirəm!
14
Təzə Ay mərasimlərinizə,
Bayram günlərinizə
Ürəkdən nifrət edirəm.
Bunlar Mənə yük oldu,
Onları daşımaqdan yoruldum.
15
Siz əl açıb Mənə yalvaranda
Göz yumacağam.
Nə qədər çox dua etsəniz də,
Yenə qulaq asmayacağam.
Əlləriniz qanla doludur,
16
Yuyunub təmizlənin,
Gözümün önündə işlərinizi şərdən uzaqlaşdırın,
Pislik etməkdən vaz keçin.
17
Yaxşılıq etməyi öyrənin,
Ədaləti axtarın,
Məzlumları qurtarın,
*
1:11 Amos 5:21-22

YEŞAYA 1:18
5
YEŞAYA 1:25
Yetimin haqqını qoruyun,
Dul qadını müdafiə edin».
18
Rəbb deyir:
«Gəlin indi birgə düşünək bu an,
Günahlarınız qıpqırmızı parça kimi görünsə də,
Onlar qar kimi ağ olacaq,
Tünd qırmızı rəngə çalsa da,
Onlar ağ yun kimi bəyaz olacaq.
19
İtaətkar olub sözə baxsanız,
Torpağın ən gözəl bəhrələrindən yeyərsiniz.
20
Əgər üsyankar olub Məni rədd etsəniz,
Qılınc sizi yeyəcək».
Bu sözlər Rəbbin ağzından çıxıb.
Günahlı ş
ə
hər
21
Rəbbə sadiq şəhər
Necə də fahişəyə bənzər oldu!
Axı o, ədalətlə dolu idi,
Orada salehlik məskunlaşmışdı,
İndi isə qatillərlə doludur!
22
Gümüşünüz tullantıya çevrildi,
Şərabınıza su qatıldı.
23
Başçılarınız üsyankar olub oğrularla əlbirdir.
Hər kəs rüşvəti sevir, bəxşiş dalınca düşür.
Yetimin haqqını qorumur,
Dul qadını müdafiə etmək haqqında düşünmür.
24
Buna görə də Sahibimiz, Ordular Rəbbi,
İsrailin Qadir Allahı
Belə bəyan edir:
«Yağılarımı cəzalandırıb rahatlanacağam,
Düşmənlərimdən qisas alacağam.
25
Ey İsrail xalqı, sənə əlimi uzadacağam,

YEŞAYA 1:26
6
YEŞAYA 2:3
Paxırını gilabı ilə təmizləyəcəyəm,
Bütün çirkini yuyacağam.
26
Hakimlərini, məsləhətçilərini
Əvvəlki kimi geri qaytaracağam.
Sənə yenidən:
“Salehlik şəhəri, sadiq şəhər” deyiləcək».
27
Sion ədalətlə,
Tövbə edən sakinləri salehliklə qurtulacaq.
28
Lakin üsyankarlarla günahkarlar
Birgə həlak olacaq,
Rəbbi tərk edənlər yox olacaq.
29
Palıd ağaclarına səcdə etməkdən xəcalət çəkəcəksiniz,
Seçdiyiniz bağlarda ibadət etməkdən utanacaqsınız.
30
Yarpaqları solmuş palıd ağacına,
Susuz bağa dönəcəksiniz.
31
Güclü adam kətan qırıntısına oxşayacaq,
Gördüyü iş qığılcım kimi olacaq,
İkisi birlikdə yanacaq,
Onları söndürən olmayacaq.
2
R
ə
bbin dağı
(Mik. 4:1-3)
1
Amots oğlu Yeşayanın Yəhuda və Yerusəlim barəsində
gördükləri:
2
Axır zamanda Rəbbin evi olan dağ
Dağların zirvəsində möhkəm duracaq,
Təpələrdən yuxarı ucalacaq.
Bütün millətlər ona sarı gələcək.
3
Çox xalqlar gəlib deyəcək:
«Gəlin Rəbbin dağına,
Yaqubun Allahının evinə qalxaq,

YEŞAYA 2:4
7
YEŞAYA 2:10
Qoy Rəbb bizə Öz yollarını öyrətsin,
Biz Onun rizləri ilə gedək».
Siondan Rəbbin təlimi,
Yerusəlimdən Onun kəlamı yayılacaq.
4
* Millətlər arasında Rəbb hakim olacaq,
Çox xalqlar haqqında qərar çıxaracaq.
Onlar qılınclarından kotan,
Nizələrindən isə dəryaz düzəldəcək.
Millət millətə qarşı qılınc qaldırmayacaq,
Artıq dava etməyi öyrənməyəcək.
5
Ey Yaqub nəsli, gəlin Rəbbin nurunda gəzək.
R
ə
bbin günü
6
Ya Rəbb, xalqını – Yaqub nəslini atdın,
Çünki onlar
Şərqdən gələn mövhumatlara uymuşdular,
Filiştlilər kimi falçılıq edirlər,
Əcnəbilərin adət-ənənələrinə əməl edirlər.
7
Ölkələri qızıl-gümüşlə dolu,
Xəzinələrinin sonu yoxdur.
Ölkələrində çoxlu atlar var,
Döyüş arabaları külli miqdardadır.
8
Ölkələri bütlərlə doludur,
Əlləri ilə düzəltdikləri,
Barmaqları ilə işlədikləri
Bütlərin qarşısında səcdə qılırlar.
9
Buna görə də hamı yerə səriləcək,
Hər kəs diz üstə çökdürüləcək.
Ya Rəbb, onları bağışlama!
10
* * Rəbbin zəhmli üzündən,
Ehtişamının əzəmətindən
*
2:4 Yoel 3:10
*
2:10 2Sal. 1:9
*
2:10 V
ə
hy 6:15

YEŞAYA 2:11
8
YEŞAYA 2:21
Qayalıqlara gedin,
Yerin altında gizlənin.
11
Adamların təkəbbürlü baxışları alçaldılacaq,
İnsanların qüruru qırılacaq,
O gün yalnız Rəbb yüksəldiləcək.
12
Çünki o gün Ordular Rəbbi
Bütün qürurluları, lovğaları, məğrurları alçaldacaq.
13
Livanın bütün hündür və vüqarlı sidr ağaclarını məhv
edəcək,
Bütün Başan palıdlarını yox edəcək.
14
Bütün ulu dağları, hündür təpələri,
15
Bütün yüksək qüllələri,
Qala divarlarını yerlə yeksan edəcək,
16
Bütün Tarşiş gəmilərini,*
Bütün gözəl gəmiləri yox edəcək.
17
Adamların təkəbbürü qırılacaq,
İnsanların qüruru alçaldılacaq,
O gün yalnız Rəbb ucaldılacaq.
18
Bütlər tamamilə aradan götürüləcək.
19
* Rəbb yeri sarsıtmağa qalxanda
Onun zəhmli üzündən, ehtişamının əzəmətindən
Hər bir insan qayalıqdakı mağaralara,
Yerin altındakı xəndəklərə qaçıb girəcək.
20
O gün insanlar
Səcdə etmək üçün düzəltdikləri
Qızıl və gümüş bütlərini götürüb
Köstəbək və yarasaların
Qabağına atacaqlar ki,
21
Rəbb yeri sarsıtmağa qalxarkən
*
2:16 Tarşiş g
ə
miləri – yaxud ticarət gəmiləri. *
2:19 V
ə
hy
6:15

YEŞAYA 2:22
9
YEŞAYA 3:8
Onun zəhmli üzündən, ehtişamının əzəmətindən
Qaçmaq üçün qayalıqdakı çatlaqlara,
Uçurumlardakı yarıqlara girsinlər.
22
Nəfəsi burunda olan insandan əl çəkin,
Onun nə dəyəri var ki?
3
Yerus
ə
limdə qarmaqarışıqlıq
1
Budur, Sahibimiz, Ordular Rəbbi
Yerusəlimdən və Yəhudadan hər bir yardımı, köməyi,
Bütün çörək, su yardımını kəsəcək.
2
İgidlərlə cəngavərləri,
Hakimlərlə peyğəmbərləri,
Falçılarla ağsaqqalları,
3
Əllibaşılarla adlı-sanlı adamları, məsləhətçiləri,
Mahir sehrbazlarla cadugərləri aradan qaldıracaq.
4
Uşaqları onların üzərinə başçı qoyacağam,
Qoy körpələr onlara hökm etsin.
5
İnsan insanla, qonşu qonşusu ilə,
Cavan yaşlı ilə, adi adam nüfuzlu insanla
Həyasızcasına rəftar edəcək.
6
Ailədə qardaş qardaşa sarılıb deyəcək:
«Sənin heç olmasa əyninə geyməyə paltarın var.
Sən başçımız ol,
Qoy bu xarabalıqlar sənin əlinin altında olsun!»
7
O vaxt bu adam uca səslə söyləyəcək:
«Mən yaralarınızı sarımağı bacarmaram,
Çünki evimdə nə yemək, nə də paltar var,
Məni xalqın başçısı qoymayın».
8
Yerusəlim sarsıldı, Yəhuda dağıldı,

YEŞAYA 3:9
10
YEŞAYA 3:16
Çünki sözləri və əməlləri
Rəbbə qarşı oldu,
Onun əzəmətli hüzuru kimsə tərəfindən sayılmadı.
9
Sifətlərinin ifadəsi onlara qarşı şəhadət edir,
Günahları haqda Sodomdakı kimi açıq danışırlar,
Bunu gizlətmirlər.
Vay onların halına!
Axı bu bəlanı başlarına özləri gətirdi.
10
Saleh adamlara söyləyin ki,
Onlara yaxşılıq ediləcək,
Çünki onlar xeyirxahlıqlarının bəhrəsini yeyəcək.
11
Pis adamların vay halına!
Çünki onlara pislik olunacaq,
Elədikləri əməlləri qarşılarına çıxacaq.
12
Uşaqlar xalqıma zülm edir,
Qadınlar üzərimizdə hökm sürür!
Ey xalqım, sənə yol göstərənlər
Səni azdırır, yolunu dolaşdırırlar!
13
Rəbb məhkəməsini qurmaq üçün qalxır,
Xalqları mühakimə etmək üçün durur.
14
Rəbb xalqının rəhbərlərini,
Başçılarını məhkəməyə gətirir:
«Sizsiniz üzüm bağını yeyib-dağıdan,
Kasıbların malı ilə evlərinizi dolduran.
15
Nə haqla xalqıma zülm edib
Yoxsullara əzab verirsiniz?»
Bunu Ordular Rəbbi Xudavənd bəyan edir.
Yerus
ə
lim qadınlarına xəbərdarlıq
16
Rəbb deyir: Madam ki
Sion qızları çox təkəbbürlüdür,
Boylana-boylana gəzir, göz-qaş oynadır,

YEŞAYA 3:17
11
YEŞAYA 4:1
Addımlarını asta-asta atırlar,
Ayaqlarındakı xalxalları cingildədib yeriyirlər,
17
Buna görə də Xudavənd
Sion qızlarının başlarına qotur salacaq.
Ayıb yerlərini açıb göstərəcək.
18
O gün Xudavənd onların bəzəklərini –
Topuqlara taxılan bilərziklərini,
Araqçınlarını, aypara şəkilli boyunbağılarını,
19
Sırğalarını, qolbaqlarını, örpəklərini,
20
Tac şəkilli başlıqlarını,
Bazubəndlərini, qurşaqlarını,
Ətirlə dolu mücrülərini,
Tilsimlənmiş bəzək əşyalarını,
21
Üzüklərini, burun halqalarını,
22
Bayram libaslarını, paltarlarını,
Örtüklərini, əl çantalarını,
23
Güzgülərini, nəfis toxunmuş kətan libaslarını,
Çalmalarını, duvaqlarını əllərindən alacaq;
24
O vaxt gözəl ətir yerinə üfunət,
Kəmər əvəzinə ip,
Lülə-lülə saç əvəzinə keçəl baş,
Bəzəkli paltar əvəzinə çul bürüncək,
Gözəllik əvəzinə dağlanma olacaq.
25
Kişiləriniz qılıncla,
İgidləriniz döyüşdə məhv olacaq.
26
Yerusəlimin darvazaları
Nalə çəkib yas tutacaq,
Bu şəhərsə kimsəsiz qadın tək
Quru yerdə oturacaq.
4
1
O gün yeddi qadın
Bir kişinin yaxasından tutub belə deyəcək:

YEŞAYA 4:2
12
YEŞAYA 5:2
«Öz çörəyimizi yeyib öz paltarımızı geyinərik,
Təki adın üstümüzdə olsun,
Bizi xəcalətdən qurtar».
Yerus
ə
limin gələcəyi
2
O gün Rəbbin Pöhrəsi gözəl və əzəmətli olacaq, İs-
rail xalqından xilas olub sağ qalanlar torpağın verdiyi
bəhrə ilə fəxr edib şərəflənəcəklər.
3
Sionda, yəni
Yerusəlimdə sağ qalanlara, orada qeyd olunub yaşayan-
lara «müqəddəs» deyiləcək.
4
Xudavənd Sion qızlarının
murdarlığını yuyan zaman ədalət və alov ruhu ilə
Yerusəlimi günahlı qandan təmizləyəcək.
5
* Sonra Rəbb
Sion dağının hər yanını, orada toplananların üzərini
gündüz bulud və tüstü, gecə isə parlaq alovla örtəcək.
Həqiqətən, əzəmətli şəhərin üzərinə örtük olacaq.
6
Bu bir
çardaq olub gündüz qızmar istidə kölgə olacaq, fırtına ilə
yağışa qarşı sığınacaq və daldalanma yeri olacaq.
5
Üzüm bağı haqqında n
ə
ğmə
1
* Sevgilimin üzüm bağı barəsində
Məhəbbət nəğməsini oxuyuram:
Torpağın məhsuldar bir təpəsində
Sevgilimin bir üzüm bağı var idi.
2
O, torpağı belləyib daşlardan təmizlədi,
Seçmə meynələr əkdi,
Ortada gözətçi qülləsi tikdi,
Üzümsıxan düzəltdi,
Üzümlüyün barını gözlədi,
Amma bağ cır üzüm gətirdi.
*
4:5 Çıx. 13:21; 24:16
*
5:1 Mat. 21:33; Mark 12:1; Luka 20:9

YEŞAYA 5:3
13
YEŞAYA 5:10
3
«İndi isə xahiş edirəm, ey Yerusəlimdə yaşayanlar,
Ey Yəhuda adamları,
Mənimlə üzüm bağımın arasında hakim olun!
4
Bağım üçün daha nə etməliyəm?
Üzümlüyün barını gözləyərkən
Axı nə üçün bağım cır üzüm gətirsin?
5
İndi qoy mən sizə bağımla nə edəcəyimi bildirim:
Çəpərini sökəcəyəm və onu yeyib-dağıdacaqlar,
Hasarını yıxacağam və onlar tapdalanacaq.
6
Oranı viranəliyə çevirəcəyəm,
Oranı nə budayacaqlar, nə də belləyəcəklər.
Orada tikan və qanqal bitəcək,
Buludlara əmr edəcəyəm ki,
Üzərinə yağış yağmasın».
7
İsrail nəsli Ordular Rəbbinin üzüm bağıdır,
Yəhuda adamları isə Onun sevimli meynələridir!
O, ədalət gözləyirdi,
Budur, zorakılıq gördü,
O, salehlik gözləyirdi,
Budur, fəryadlar gördü!
İnsanların pis
ə
məlləri
8
Yer qalmayana qədər evi evə,
Tarlanı tarlaya birləşdirənlərin vay halına!
Yaşamağa yer qoymamısınız,
Məgər bu ölkədə tək siz yaşayırsınız?
9
Ordular Rəbbi mənə belə eşitdirdi:
«Böyük və yaraşıqlı çoxlu evlər xaraba qalacaq,
İçində yaşayan olmayacaq.
10
Üzümlüyün on sahəsindən * bir bat şərab əldə ediləcək,
*
5:10 On sah
ə
– ibrani dilində on cüt öküzün bir gündə
şumladığı torpaq sahəsi, təqribən 16 000 kvadrat metr.

YEŞAYA 5:11
14
YEŞAYA 5:19
Bir xomer toxumdan bir efa taxıl əmələ gələcək».
11
Vay halına səhər erkən qalxıb içki ardınca düşənlərin,
Gecə yarısınadək şərab içib keflənənlərin!
12
Onların ziyafətlərində
Lira, çəng, dəf və ney çalınar,
Şərab içilər,
Lakin onlar Rəbbin gördüyü işlərə
Diqqət etməzlər, əməllərinə baxmazlar!
13
Buna görə xalqım ağılsızlığından sürgünə gedəcək,
Onun adlı-sanlı adamları acından öləcək,
Adi adamlar isə susuzluqdan yanacaq!
14
Ölülər diyarı həddindən artıq ağzını açıb
Doymaq bilmir.
Yerusəlimin adlı-sanlıları,
Adi adamları, səs-küylə əylənən insanları bu diyara
enəcək.
15
Buna görə də hamı yerə səriləcək,
Hər kəs diz üstə çökdürüləcək,
Təkəbbürlü baxışlar alçaldılacaq.
16
Amma Ordular Rəbbi
Ədaləti ilə ucaldılacaq,
Müqəddəs Allah salehliyi ilə
Müqəddəsliyini göstərəcək.
17
Quzular öz otlaqlarındakı kimi otlayacaq,
Varlıların viranə qalan evlərini yadellilər alacaq.
18
Pisliyi yalanla hörülmüş iplərlə,
Günahı araba kəndirləri ilə çəkənlərin vay halına!
19
Onlar deyir: «Qoy Allah tələssin,
Öz əməlini tez həyata keçirsin, biz də görək.
Qoy İsrailin Müqəddəsinin niyyəti gerçək olsun ki, bunu
bilək!»

YEŞAYA 5:20
15
YEŞAYA 5:28
20
Vay halına pisə yaxşı, yaxşıya pis söyləyənlərin,
Qaranlığı işıq, işığı qaranlıq sayanların,
Acıya şirin, şirinə acı deyənlərin!
21
Vay halına özlərini müdrik zənn edənlərin, ağıllı sayan-
ların!
22
Vay halına şərab içməkdə qəhrəman,
İçkiləri qarışdırıb içməkdə pərgar olanların!
23
Vay halına rüşvət alıb təqsirkara bəraət qazandıran-
ların,
Haqlıların haqqını əlindən alanların!
24
Beləliklə, alovun dili samanı necə yeyib-qurtarırsa,
Küləş od içində necə əriyib-gedirsə,
Onlar da köklərindən elə çürüyəcək,
Tumurcuqları toz kimi havaya sovrulacaq,
Çünki Ordular Rəbbinin qanununu rədd etdilər,
İsrailin Müqəddəsinin sözünə xor baxdılar.
25
Buna görə də Rəbbin qəzəbi Öz xalqına qarşı alovlandı,
Əlini onlara qarşı uzadaraq onları vurdu.
Dağlar titrədi, küçələrdə meyitləri zibil kimi qaldı,
Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,
Əli hələ də cəzalandırmağa hazır idi.
26
Rəbb uzaqda yaşayan millətləri
Bayraq işarəsi ilə,
Onları yer üzünün ucqarlarından
Fit səsi ilə səsləyəcək.
Tezliklə bu millətlər gələcək.
27
Aralarında yorulan, büdrəyən olmayacaq.
Onlar mürgüləməyəcək və yuxuya getməyəcək,
Belindəki kəmər açılmayacaq, ayaqqabı bağı qırılmaya-
caq.
28
Onların oxları iti, yayları da dartılmışdır.

YEŞAYA 5:29
16
YEŞAYA 6:5
Atların dırnaqları çaxmaq daşına bənzər,
Döyüş arabalarının təkərləri qasırğa kimidir.
29
Onların nərəsi bağıran şikarlarını qapıb aparan,
Kimsə onu əlindən ala bilməyən
Şirin, gənc aslanın nərəsinə bənzər.
30
O gün İsrailə qarşı onlar dənizin uğultusu kimi gurlay-
acaqlar.
Kim yerə baxarsa, budur, zülmət, dərd görəcək.
Axı işıq qara buludlarla örtülüb.
6
Yeşayanın görüntüsü
1
* Padşah Uzziya ölən il mən Xudavəndi gördüm. O,
uca və əzəmətli taxtda oturmuş və geyimlərinin ətəyi
məbədin döşəməsini örtmüşdü.
2
Onun ətrafında seraflar
* dayanmışdı. Hər birinin altı qanadı var idi. Qanadının
ikisi ilə üzlərini, ikisi ilə ayaqlarını örtmüş, ikisi ilə uçur-
dular.
3
* Biri o birini səsləyib deyirdi:
«Ordular
Rəbbi
müqəddəsdir,
müqəddəsdir,
müqəddəsdir!
Bütün yer üzü Onun əzəməti ilə doludur».
4
* Serafların səsindən qapı çərçivələri ilə kandarları
sarsıldı, məbəd tüstü ilə doldu.
5
Mən dedim:
«Vay halıma, həlak oldum!
Çünki ağzı murdar bir adamam,
Həm də murdar ağızlı adamlar arasında yaşayıram.
Buna baxmayaraq, qarşımda Padşahı –
Ordular Rəbbini gözlərimlə gördüm».
*
6:1 2Pad. 15:7; 2Saln. 26:23
*
6:2 Seraf – bir m
ə
lək növü. *
6:3
V
ə
hy 4:8 *
6:4 V
ə
hy 15:8

YEŞAYA 6:6
17
YEŞAYA 6:13
6
Seraflardan biri mənə tərəf uçdu, əlində də maşa
ilə qurbangahdan götürdüyü yanar kömür var idi.
7
O,
kömürlə dodaqlarıma toxunaraq dedi:
«Budur, bu kömür dodaqlarına dəydi,
Pisliyin silindi, günahın bağışlandı».
8
Sonra Xudavəndin səsini eşitdim: «Kimi göndərim?
Bizim üçün kim gedəcək?» Mən dedim: «Mən buradayam.
Məni göndər».
9
* O dedi: «Get bu xalqa bunu çatdır:
“Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız,
Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız.
10
Bu xalqın ürəyini kütləşdir, qulaqlarını ağır eşidən elə,
gözlərini yum ki,
Gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər,
Ürəkləri ilə anlamasınlar
Və Mənə sarı dönüb şəfa tapmasınlar”».
11
«Nə vaxtadək, ya Xudavənd?» deyə soruşdum. Rəbb
cavab verdi:
«Şəhərlər xarabalıqlara dönüb kimsəsiz,
Evlər adamsız, bu torpaq büsbütün viranə qalanadək.
12
Rəbb adamları çox uzaqlara sürgün edəcək,
Ölkənin çox yerləri viran qalacaq.
13
Xalqın onda biri qalsa belə,
Ölkə yenə dağılacaq;
Lakin kəsiləndə kötüyü qalan
Yabanı püstə və palıd ağacı kimi
Müqəddəs nəsil onun kötüyüdür».
7


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə