Vüqar ƏHMƏd elmi-filoloji qaynaqlar, ədəbi simalar haqqında düşüncələr baki-2010


Ənvər Nəzərli: “Çəkə bilsəydim əgər mən bütün aləm qəmini...”



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix23.12.2016
ölçüsü2,28 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   21

Ənvər Nəzərli: “Çəkə bilsəydim əgər mən bütün aləm qəmini...”

93
Füzulinin  məhəbbəti  məhdud  çərçivədə  anlaşılmayan  ülvi,  müqəddəs
məhəbbətdir.  Füzuli  eşqi,  nəcib,  ali  duyğu  kimi  şairi  həqiqət  yolunun  yolçusu  edərək
əbədi və ədəbi həqiqət timsalında yaşadır və müəllifini də yaşadır. Dünyaya məhəbbətlə
baxan  şairə  görə  cahanın,  kainatın  məhəbbətdən  yarandıgını  zənn  edirlir. Şair  bütün
təbiət hadisələrində, gözəlliklərində, özəlliklərində məhəbbət görür.
Onun  sələfi  Ə.Vahid  məhəbbətdən,  sevgidən  uzaq  olanları  insanlıqdan  kənar
sayır:
Sevgilim, eşq olmasa varlıq bütün əfsanədir,
Eşqidən məhrum olan insanlıga biganədir.
Çagdaş poeziyamızda Füzuli,Vahid yolunu davam etdirən, dünyaya  məhəbbətlə
baxan  və  məhəbbətlə  yazan şairlərdən  biri  də  Ənvər  Nəzərlidir.  Məhz  buna  görə  də
ustad qəzəlxan “Divan”ına  “Məhəbbət təranələri” adını verib.
Ustad  şair  klassik ənənələrə  uyğun  olaraq  tərtibat,əlifba  sıralanması,  bütün
səslərdə poetik nümunələr və s.məsələlərə “Divan”da riayət edib. “Divan” poetik, tərtib
tələbləri baxımından mükəmməl bir nəşrdir, mükəmməl qəzəllər divanıdır.
Akademik  V.Məmmədəliyevin  sözləri  ilə  desək  “ustad  sənətkar  qəzəlin  mövzu
dairəsini genişləndirir, təbiətdə, cəmiyyətdə baş verən hadisələrdən yan keçmir, onlara
öz  münasibətini  poetik  dillə ifqadə  edir, oxucunu düşündürən  nəticələr  çıxarır. Ənvər
müəllim  də    qəzəl  yaradıcılığında  məhz  bu  yolu  tutmuş,  eşq  və  məhəbbət,  insanın
həyatda  yeri  və  qayəsi,  təbiətin  gözəllikləri  və  onların  qorunub  saxlanması,  Vətənə,
Xalqa məhəbbət, azadlıq və haqq-ədalət uğrunda mübarizə, bir sözlə özünü düşündürən
məsələlər barədə bir-birindən gözəl qəzəllər yaratmışdır. Maraqlı budur ki, şair nədən
yazır-yazsın,  yenə  də  hər şeyi  eşqilə  əlaqələndirir,  çox  sadə  dillə  fəlsəfi  nəticələr
çıxarır”.
Eşqi bəxş etmiş  bizə ən ülvi bir nemət kimi,
Bir sözüylə heç nədən aləmləri var eyləyən...

94
Poeziyasında  ilahi  eşq  xüsusi  yer  tutan  şair,  ustad  qəzəlxan  kimi  didaktik
fikirlərlə geniş təfəkkür sahibi olduğunu yaradıcılıq nümunələri ilə sübut edir.
Ənvər  Nəzərlinin  vəsf  etdiyi  gözəllər İslami  dəyərlərə  önəm  verən,  abır, həya,
ismət təcəssüm etdirən sevgililərdir.
Klassik irsə, türk və farsdilli poeziyaya dərindən bələd olan şair bunun nəticəsidir
ki,  el  deyimləri, folklordan  bəhrələnməklə  qəzəlin  bədii-poetik  cəhətdən  yüksək
nümunələrini yaratmışdır.
Dildən nəva tükənməz,başdan həva, ey afət,
Sən könlümün rübabın çalsan da, çalmasan da...
Professor  Q.Kazımov “Ə.Nəzərlinin  “Divan”  yaradıcılıgı”  adlı  məqaləsində
şairin  qəzəllərini  təhlil  süzgəcindən  keçirərkən  ustadın poeziyasının  ideya-bədii
xüsusiyyətlərini,  poetik  məziyyətlərini  ətraflı  şəkildə  qeyd  edir:  “Mühüm  və  çox
mühüm bir cəhət budur ki, Ənvər müəllim yalnız klassik mövzularla məhdudlaşmayıb,
o,  qəzəl janrına  aşiqin  bütün  cari  dərdlərini  gətirməklə  yanaşı,  bugünkü  insanın,
Azərbaycan vətəndaşının həqiqi dərdlərini də gətirmiş, həm də çox ustalıqla, çox sərrast
şəkildə  gətirmiş  və  Azərbaycan  xalqının  zurna-balaban  altında  zorla  aralanan
dodaqlarını  deyil, yetim  köynəyi  altında  parçalanan  qəlbini  göstərmişdir... Qəzəl  belə
bir şirin janrdır ki, adətən güldən, bülbüldən təbii və ilahi məhəbətdən danışır. Ictimai
motivlər də olub. Amma Ənvər müəllim müasir sözü, bu saat insanı düşündürən sözü bu
formada – qəzəl formasında çox sərrast şəkildə deyə bilmişdir”.
Beləliklə, Cavanşirlə daha bəsdir öyündük,
Hər söz başı çəkmək bu qədər adı nə lazım.
Ənvər  Nəzərlinin  qəzəlləri  məzmun  struktur nöqteyi-nəzərindən  qeyd  etdiyimiz
kimi  milli janrın klassik ənənəsilə səsləşir, uzlaşır və qovuşur. Amma onu qeyd etmək
lazımdır  ki,  şair  bu  poetik janrda  orijinal  üslubunu,  məkanını  mühafizə  edir.  Müasir
Azərbaycan  qəzəlində  Ənvər  Nəzərlinin    öz  ədəbi  yeri-məkanı,  öz  üslubu  var.  Onun
poetik yaradıcılığı, mövzu dairəsi əhatə imkanlarına görə genişdir. Şairin yaradıcılığının

95
özünəməxsus  xüsusiyəti  kimi  qiymətləndirməliyik  ki,  lirikasında  həyatın  ayrı-ayrı
sahələri  öz  poetik  əksini  tapıb:  Məhəbbət    lirikası,  dini  mövzulu  şeirlər, təbiət
tərənnümü və ictimai-motivli qəzəllər.
Ə.Nəzərli vətənpərvər bir şairdir.Vətən məhəbəti sənətinin leytmotivini təşkil edir
desək, səhv etmərik. Onun yaradıcılığında vətənpərvərlik, milli qürur və iftixar hissi göz
önündədir. “Ənvər Nəzərlinin şeirlə-rində Vətən məhəbbəti də ilahi məhəbbət kimi uca
tutulur, Vətəni,xalqı sevmək,onlara təmənnasız xidmət etmək, sədaqətli, etibarlı övlad
olmaq  insanın  müqəddəs  borcu  sayılır. Vətən şairin  ilham  mənbəyidir”
(V.Məmmədəliyev).
Dünya dönə döndərmərəm üz öz Vətənimdən,
Döndərsəm əgər, naxələfəm, üz Vətənimdən.
Ənvər Nəzərli poeziyasında ilahi şeirlər xüsusi yer tutuyr. Məhz bunun nəticəsidir
ki, 1994-cü ildə Türkiyədə Beynəlxalq müsabiqədə dini mövzulu şeiri mükafata layiq
görülüb. Islam tarixi, fəlsəfəsi, ümumiyyətlə, İslam dininə, Qurani-Kərimə mükəmməl
bələd  olması  bu  mövzulu  şeirlərində  heyrətamiz,  məharətli,  ruha  təsir  edən  misralar
müəllifi  kimi  əsərlərində  bədii-poetik  səviyyə  daha  da  yüksəlir  və  özü  eşitməsə  də
oxucalarından  hər  beytdən  sonra  “əhsən”,  “təşəkkür”  və  “halal  olsun”  xeyir-dua  və
mükafatlarını alır:
Bəlakeş  ümmətinçün iltimas et dərgahi-Həqdən,
Xilas olsun müsəlmanlar bəladan, ya Rəsulallah.
“Biz Ənvər Nəzərlini sevirik. Sual olunur:niyə  sevirik? Hansı səbəbdən Ənvər
Nəzərli  özünə  sonsuz  hörmət  və  ehtiram  qazanıb?  Nə  üçün  onun  daxil  olduğu,  valid
olduğu məclisdə hər kəs özünü yığışdırmalı olub? Çünki hər kəs hiss edir ki, özündən
böyük  gəlib,  çoxlarından  hörətli  glib  və  ən  başlıcası,  elmi-mənəvi  zənginliyi  ilə
şəxsiyyət ucalığı gətirən bir sima gəlib (Ə.Xələfli).
Ənvər  müəllimi  hamı  sevir,  ehtiram  göstərir:həm  yaradıcılığına,  həm  də
şəxsiyyətinə. Amma  ona ən  çox  qayğı  göstərən, onu  qəlbən  sevən, əzizləyən, təbliğ
edən  bizim  sevimli  qardaşımız    şair-publisist Əlirza  Xələflidir.  Ə.Xələfli  onun

96
yaradıcılığına silsilə məqalələr həsr edib. Onun yüksək tarixi, bədii dəyərə malik “Bu
dünyanı belə gördüm” xatirə povestini nəşr etdirib.
Son  vaxtlar Ə.Nəzərli  yaradıcılığını  tədqiq  süzgəcindən  keçirərək  poeziyası
haqqında  dəyərli  sözlər  söyləmişlər;  dünya şöhrətli şərqşünas  alimimiz,  akademik
V.Məmmədəliyev, görkəmli  dilçi,  professor  Q.Kazımov,  şairə-publisist  Şirin  xanım
Şadiman, “Kredo” qəzetinin baş  redaktoru Ə.Xələfli, şair Eldar Səfa, Fariz Çobanoğlu,
Şakir Abdullayev...
Xüsusilə də Vasim müəllim  və xanımı Qumru xanım çox zəhmət çəkiblər. şairin
haqqında danışdığımız “Divan”ini redaktə ediblər. Vasim müəllim də kitaba  çox tutarlı,
yüksək səviyyəli, əhatəli  təhlilə malik “Müqəddimə” yazıb.
Qələm adamı üçün əsas şərt orijinal istedaddır. Şairlər üçün poetik istedad Ənvər
Nəzərlidə bu poetik-orijinal istedad o, dünyaya gələndə onunla əkiz yaranıb. Bu irsiliyin
təzahürüdür. Ə.Nəzərli bu irsi istedadın daşıyıcısıdır.
Əruz  və  onun  bəhrlərində  bədii-poetik  baxımdqan  yüksək  səviyyəli  nümunələr
yaradan Ənvər  Nəzərli  xələflərindən  bəhrələnərək  söhbət  açdığımız  “Divan”ı  ilə
Azərbaycan poeziyasını zənginləşdirmişdir. Poeziyamıza şirin, təravətli və gözəl əsərlər
bəxş  etmişdir.  Onun  qəzəllərlə  yanaşı, xeyli  məsnəvisi, müxəmməsi, mürəbbeləri,
mərsiyələri, növhələri  və  s.  əsərləri  də  vardır.  Qəzəlləri  toy  məclislərində,  el
şənliklərində, televiziya ekranlarında sevə-sevə, sevilə-sevilə oxunur, radio dalğalarında
səslənir. Dini mövzulu şeirlərinə dərvişlər və növhəxanlar tərəfindən müraciət olunur.
Əruzla bərabər hecada da peşəkarlıqla, ilhmla yaza bilən ustad  bu gün də hər iki janrda
yazıb yaratmaqdadır. Allah ona can sağlığı versin, ilhamı sönməsin, ömrü uzun olsun.
Kredo” qəzetinin baş redaktoru, tənqidçi-ədəbiyyatşünas,
yazıçı-publisist, mühərrir Əli Xələfliyə
Ədəbi məktub

97
Əli Rza müəllim! Iki kitabınızı birnəfəsə oxudum: “Meyar” və “Həsrət körpüsü”.
Milli bədii təfəkkür  tariximizin  kökü qədimdir.  Yaşı minillikləri
keçən  bədii
təfəkkürümüz əsrlər  boyu  müxtəlif    təmayüllərə xidmət  eləmiş,  müxtəlif  cərəyanlar
çərçivəsində formalaşıb  və inkişaf  etmişdir.  Bədii təfəkkürümüzü zənginləşdirən  və
təkamülünə təkan verən qələm adamlarımız, söz ustadlarımızın ruhu qarşısında baş əyir,
tarixi mərhələlər boyu ədəbi bədii araşdırmalarda onlara yazılı şükranlarımızı bildiririk.
Tibb  elmində olduğu  kimi ədəbiyyatımızda da həyati və estetik  mövqelərini
gücləndirməklə ixtisaslaşma olub və olur. Taleyini yalnız bədii yaradıcılığa, ya nəsr, ya
poeziya,  yaxud ədəbiyyatşünaslığa  və ya  tənqidə həsr  edənlərlə yanaşı,  bu  sahələrin
ikisini, üçünü və ya dördünü də birləşdirən  və bu  “bu yollarda da  böyük  nailiyyətlər
əldə edən  nadir simalar olmuşdur;  A.A.Bakıxanov, M.F.Axundzadə, M.Ə.  Rəsulzadə,
S.Vurğun, M.İbrahimov, X.Rza, Anar və b.
Mübaliğədən uzaq cəsarətlə deyərdim ki, Əli Rza müəllim, mən sizin də adınızı
bu siyahıya əlavə etmək istərdim. Düzdür, bunu tarix göstərir və göstərəjək, ancaq bir
oxucu,  bir  qələm  adamı,  bir ədəbiyyatşünas kimi ədəbi zəmanətimi ürəyimdə pünhan
saxlamayıb özünüzə və oxuculara bəyan edirəm. Əli Rza, qardaşım, inanın bu sözlərim
səmimidir.  Bizim  münasibətimiz  göründüyü kimi bitəmənnadır  və mən  heç vaxt
“Kredo”da çap  olunmamışam  və gələcəkdə də silsilə yazılarla  “zəhlənizi”  tökmək
niyyətində deyiləm.
Görkəmli ədəbiyatşünas,  professor  Nizaməddin Şəmsizadənin  redaktorluğu ilə
768 səhifəlik,  qalın  cilddə,  yüksək  poliqrafik  bədii tərtibatla  nəşr  olunmuş “Meyar”
kitabını iki günün içərisində oxudum. Annotasiyada şair-publisist kimi qeyd olunan Əli
Rza  Xələflinin ədəbi titullarına bundan  sonra  “tənqidçi-ədəbiyyatşünas”  kəlmələrinin
artırılması məqsədəuyğun və vacibdir.
Və yazıçı... Əli Rza  müəllim.    Sizin şirin    təhkiyəniz  ancaq  bədii nəsr
nümunələrində olur.  Publisistikanız  bədii publisistikadır.  Amma  “Meyar” ədəbi
leytmotivi olan ədəbi-tənqidi bir əsərdir.  Akademik  Bəkir  Nəbiyevdən,  xalq şairi
Bəxtiyar Vahabzadədən 130 yaşlı “Əkinçi”dən, dahi Üzeyir bəydən, xalq yazıçısı İlyas

98
Əfəndiyevdən,  akademik  Yusif  Məmmədəliyevdən,  məhəbbət şairi Nüsrət
Kəsəmənlidən, böyük Hüseyn Caviddən, ulu Şəhriyardan, xalq şairi Cabir Novruzdan,
əruzşünas  professor Əkrəm  Cəfərdən,  xalq şairi Söhrab  Tahirdən, əfsanəvi yazıçı
Əlibala  Hacızadədən, görkəmli dilçi-professor  Qəzənfər  Kazımovdan,  dahi Səməd
Vurğundan, müəllimlər iftixarı S.M.Qənizadədən, ”nəhəng” S.Rüstəmdən, böyük dilçi
Tofiq  Hacıyevdən,əziz  müəllimimiz,  xalq  yazıçısı İsmayıl Şıxlıdan,  profesor  Teymur
əmidən  (Əhmədov), üzeyirşünas  Mirabbas Aslanovdan,  Aşıq Ələsgərdən,  böyük  türk
yazarı Çingiz Aytmatovdan, qəzəlxan Ənvər Nəzərlidən, xalq şairi Zəlimxan Yaqubdan
tutmuş xalq  artisti Arif    Babayevəcən,  cənubşünas  Sabir  Nəbioğluya  qədər Əli Rza
Xələfli qələmi “ədəbi məktub”larla  onlarla  məktublaşıb,  yaradıcılıqları barədə “ədəbi
qeyd”lərini eləyib, portret esselərlə onların bədii dünyasına “ekskursiya”lar edib.
Hələ neçə-neçə söz adamı haqqında “Meyar”da dəyərli yazılar var. Qeyd etdiyim
kimi ayrı-ayrı ədəbi şəxsiyyətlər  haqqında  olan  bu  yazıları bir  leytmotiv  birləşdirir:
onların    sənətdəki xidmətlərini qiymətləndirmək, ədəbi portretlərini,  obrazlarını
yaratmaqla müəllifin orijinal üslubu, bədii təfəkkürünün təzahürü olan tədqiqatçılığının
ümumiləşməsindən doğan ədəbiyyata, sənətə, Vətənə olan məhəbbət.
Əli Rza  müəllim,  siz əsl  vətəndaşsız.  Türk  dünyasının əsarətdə olan  gözünüzü
açdığınız  Qarabağdan  tutmuş iç dünyamız,  Bakının  heykəli “İçərişəhər”    sizin üçün
müqəddəsdir.  “Meyar”da  tədqiqat  obyektiniz  olan ədəbi şəxsiyyət  və onların
yaradıcılığına münasibət göstərdiyiniz, belə bir samballı toplunu ərsəyə gətirmək asan
deyildir.
Bu 768 səhifəlik əsəri yazmaqdan ötrü elə deyərdim ki, ömrünüzün bu qədər ili
gedib.  “Meyar”  yaşana-yaşana,  duyula-duyula,  yana-yana  yazılıb,  bir ədəbi-bədii
meyarla yazılıb. Sözə həssas münasibət və sözə məhəbbətlə qələmə alınıb.
“Ədəbiyyatşünaslığa  aid  mənbələrdə epik  növün janrları sırasında  memuar
ədəbiyyatının  müəyyən  yer  tutduğu qeyd olunur. Memuar ədəbiyyatı müəyyən şəxsin
gördüyü, yazdığı, şahidi olduğu faktik hadisələrlə, tərcümeyi halla sıx bağlı əsərlərdir”
(Mir Cəlal).

99
Memuar ədəbiyyatının gündəlikləri, yol qeydləri, səyahətnamələr kimi növlərinin
özünəməxsus cəhətləri var: ”Gündəliklərdə hər gün görünən, yaşanan fakt və hadisələr
qələmə alınır. Çox  zaman  bu  qeydlərə aid  heç bir şərh  verilmir.  Yol  qeydləri və
səyahətnamələrdə isə yerlər, insanlar, hadisələr haqqında  qeydlər verilir,  onlar  barədə
mülahizələr qələmə alınır”(Əziz Mirəhmədov).
Gündəliklər,  yol  qeydlıəri ,  məktublar şəklində olan  memuar ədəbiyyatının ən
maraqlı nümunələri sırasında M,Qutqaşınlının “Səfərnamə”si, “Səyahətnamə” poeması
kimi Zeynalabdin Marağalının “İbrahim bəyin səyahətnaməsi”, İsmayıl Şıxlının “Cəbhə
gündəliyi” və s. diqqəti cəlb edir.
Əli Rza Xələfli “Meyar”a daxil olan əsərlərin janrlarını bölgülər əsasnda “portret-
esse”, “ədəbi qeydlər” və “ədəbi məktublar” kimi uyğunlaşdırıb. Sadaladığımız siyahıya
Əli Rza bəy, sizin də adınızı əlavə etmək istərdim. Sizin bu “Meyar”ınız uzun illərdir
(40 il -V.Ə) ədəbiyyata gəldiyiniz yolda , fiololoji təhsil almağınızdan üzü bu yana bədii
yaddaşınıza,  səs  yaddaşınıza  hopan  ,  gördüyünüz,  mütaliə etdiyiniz ədəbi hadisələrin,
bədii prosesin “beyin” adlı bilgisayara daxil olan bədii təəssüratınızın təzahürüdür. Ona
görə də “Meyar”dakı şirin  təhkiyəli, ədəbi-bədii,  tənqid-ədəbiyyatşünaslıq  yuklü
məqalələr, ədəbi qeyd  və məktublar.  Eyni zamanda  memuarlar  xüsusilə epistolyar
ədəbiyyat nümumələridir.
Həmçinin çox təəssüfləndim. Niyə Əli Rza Xələfli bu günə qədər qələmini bədii
nəsrdə sınamayıb. İnanın nəsrimizin sizə ehtiyacı var.
Azərbaycan  romançılığını yeni bir  adla  zənginləşdirə bilərsiniz.    Daniel  Defo
“Robinzon Kruzo”nu səhv etmirəmsə 55 yaşında yazmışdır, əsər dünya şöhrəti qazanıb
və bu gün də dünya ədəbiyyatının nadir incilərindəndir.
Mənə belə gəlir ki, Əli Rza qardaşım, mənim bu ədəbi məktubumda yer alan bu
arzum  sonra  mövzu  seçməkdə tələsmədən  proza  sahəsində qələminizi sınayacaqsınız.
Indi Əli Rza müəllim, istərdim şeirlər kitabınız barədə qısaca təəssüratlarımı bildirim.
Öncə kitabı əlimə götürüb ilk  səhifələrini vərəqləyəndə çox  sevindim.  Bildim  ki,
istedadlı şair Ə.R.Xələflinin bu əsəri dəyərlidir.Çünki görkəmli tənqidçimiz, sevdiyimiz

100
alim Vaqif Yusifli şeirlərinizi təhlil süzgəcindən keçirərək kitaba “Ön söz” yazıb. “Əli
Rza Xələfli bu dünyanın nə birinci, nə də axırıncı dərdçəkən şairidir... Əli Rza Xələfli
dərddən yazan, Dərdin də sevimli şairidir”. (səh7)
Əli Rza bəy, sizin dərdinizin mayası Vətən dərdidir,Qarabağ dərdidir, bu hamının
dərdidir. Bir də ki,  dərdi şair çəkər də, Şairi ən yüksək, ən mötəbər vəzifə kürsüsünə
əyləşdirsən  də o,  dərdçəkəndir. Şübhəsiz,  məddah şairləri nəzərdə tutmuram. Əli Rza
qələmində “düz düzdür, əyri əyridir”. Şeirləri mövzu baxım-dan rəngarəngdir, ənənəyə
sadiq olaraq poeziyamızın əbədi,əzəli mövzularına müraciət edirsiniz. Bu dərdin, qəmin
içində Vətənin  dərdləri ilə bərabər  Vətənə böyük  məhəbbət  var  poeziyanızda.  Anaya
məhəbbət  var şeirlərinizdə.  Ana  mövzusunda  orijinal şeir  yazmaq çox çətindir.
Təvazökarlıqdan uzaq olsa da mənim də “Anam mənim” şeirim və eyni adlı nəğməm
şöhrət  qazanıb.  Hər şair  Anasına  poetik  sözlə məhəbbətini bildirə bilir.  Amma  sizin
“Anama məktub” şeiriniz orijinaldır, təsirlidir, yüksək bədii-poetik dəyərə malikdir:
Özgə qızlarına oğul böyütdün,
Hərəsi birini çalıb apardı.
Yollarda qəlbini yağın əritdin,
Ömür  gəncliyini alıb apardı.
Bir  qədər  də poemalar üzərində dayanmaq istərdim.”Həsrət  körpüsü”  adlı
kitabınıza üç poema daxil edilib. “Bir Xələfli var imiş”, “İçərişəhər: Daşlar və insanlar”
və “İnsan, tarix və zaman”.
Azərbaycan ədəbiyyatında  poemanın  təşəkkülü çox  qədimdir.  XII əsrdə
Əfzələddin  Xəqaninin  “Töhfətül-İraqeyn”  mənzuməsi ilə ədəbiyyatımızda  poema
janrının əsası qoyulub. Sonra çoxəsirlik ədəbiyyatımızda yaranan poemalar istər mövzu,
istərsə də ideyaca bir-birindən fərqlənir.
Müasir şairlərimiz də poemalar yaradırlar. Əli Rza Xələflinin poemalarından biri
doğmaca  kəndləri,əsir  düşmüş Xələfliyə həsr  olunub. Ürəkağrıdan  odur  ki,  müəlliuf
poemanın adında da artıq keçmiş zamanda danışır: “Bir Xələfli var imiş”. Nağıl dilinə

101
məxsus  “var imiş”  kəlməsi Xələflinin  “yoxluğu”  haqqında  artıq öncədən  təəssürat
yaradır.
Şəhriyarın  “Heydərbaba”sı ruhunda  yazılan əsər  mövzu, ideya,  deyim, üslub,
poetika  baxımdan  elə deyərdik  ki,  “Heydərbaba”ya  nəzirədir. Əsərin  epiqrafında
“Şəhriyara salam” deyən müəllif ədəbi təsiri halallıqla poetik sətirlərdə çözələyir:
Şəhriyarın məktəbində oxudum,
Ondan əvvəl elə bil ki, yoxudum.
Ürəyimi ürəyinə toxudum,
Aydınlığa doğan aya bələndim,
Bulud idim, yağış olub ələndim.
Məlum  olduğu  kimi Heydərbaba  dağ adıdır.  Ulu Şəhriyar üzünü Heydərbaba
dağına tutaraq bütün arzu və istəklərini türkdilli oxucularla bölüşməklə bu dağdan bir
ədəbi üsul,ədəbi kürsü kimi istifadə etməklə özü də bir  dağ “dəryada  duran  bir  dağ
“(Sabir) yaratmışdır. Ə.R.Xələfli də ustadın yolu ilə gedərək üzünü “balaca kənd”inə
(M.Araz) tutaraq dərd-sərini dayısı oğlu ilə bölüşür, işğalda olan bölgələrin, Qarabağın
dərdinə yanır, şəhidlər üçün göz yaşı tökür, dərdli Arazla “həmsöhbət” olur və sonda
yenə də Şəhriyardan bəhrələndiyini bir daha oxuculara bildirir:
Şəhriyarı işıq bildim yazımda,
Qəm pərdəsi sızıldayır sazımda.
Həsrət, hicran payızımda, yazımda,
Deyən olar bir Xələfli var imiş,
Onun yolu boran imiş, qar imiş.
Göründüyü kimi, sadə formada  yazılan  poema  mövzu, ideya,məna  tutumu,
qloballığı, dəyəri baxımından nə qədər mürəkkəb zəmində olan müəllifin böyük poetik
qədəmlərini xəbər verir.
Ə.R.Xələflinin poemalarında diqqəti çəkən xüsusiyyətlərdən biri də toponimlərin,
şəxsiyyətlərin,  eləcə də digər  məlumatların izahatıdır.  “Xələfli”  və “İçərişəhər”
poemalarının hər ikisində adı çəkilən insanların, tarixi şəxsiyyətlərin, toponimlərin izahı

102
dəqiq  verilərək  oxucunun əsər  boyu  heç bir çətinlik  yaranmasın  deyə
məlumatlandırılması çox yaxşı haldır.
Xələflinin poemaları, o cümlədən İçərişəhərə həsr etdiyi mənzuməsi istər ideya-
məzmun, istərsə də sənətkarlıq cəhətdən diqqəti cəlb edir. Bu poema bədii əsərlər kimi
müəllifin intim  duyğularının  tərənnümüdən  yox,  bəşəri hisslər,  Vətən  məhəbbəti,
vətəndaş qeyrətini təcəssüm etdirən duyğuların ifadəsidir:
Bura gələnləri tarix salamlar,
Hər hücrə özü də dönər sirdaşa.
Içərişəhərdə bir möcüzə var,-
“Daş gül olmuş, yoxsa dönmüş gül daşa”.
Ə.R.Xələfli, əziz  qardaşım!  Siz əsl  azərbaycanlı,həqiqi azərbaycançı, əsl  Vətən
oğlusunuz. Əvvəldə qeyd  etdiyim  kimi sizin üçün  türk  ellərinin,  möhtəşəm  türk
dünyasının  hər  daşı, hər  obası, hər  güşəsi,  hər  yazarı doğmadır.  Adətən  yerlipərəstlik
kimi cılız hisslərlə cuğlanmış Azərbaycanın bir çox “alim” və “yazar”ları ancaq öz oba
və kəndlərini cənnət  sayır, öz  yerlilərini dahi hesab  edirlər.  Sizin üçün  bunların  fərqi
yoxdur. Coğrafi fərq milli sevgiyə, Vətən namusuna xələl gətirə bilər.
Şübhəsiz, insan  göz  açdığı bölgəni,  guşəni sevməlidir.  Sevməsə böyük  Vətənə
məhəbbəti də ola bilməz. Özünü sevməyən, hörmət qoymayan şəxs nə Anasını, nə də
Vətənini sevə bilər, ay mənim, “Müşfiq bənizli” qələmdaşım.
Çox  sevinirəm  ki,  yaradıcılığınızla  “qiyabi”  tanışlığım əyaniyə,  burada  rusca
deməsəm, anlaşılmaz olar, əyaniyə “perevod” aldı.
Şübhəsiz,  Vaqif  Yusiflinin  təbirincə desək,  “şəxsən  məni bu  poema  da  razı
salmayan  bəzi məqamlar  var,  ancaq ümumilikdə Ə.Xələfli ustad şairlərin
(B.Vahabzadənin, M.Arazın, Ə.Kürçaylının) fəlsəfi lirikasından çox şey öyrənmişdir”.
Əli Rza bəy! O məqamlar siz özünüzdən bilirsiniz ki, hansılardır. Əsərin ikinci
hissəsində yəqin  belə gileylər  nəzərə alınacaq.  Gələcəkdə poema üzərində müstəqil
şəkildə işlərkən  birinci hissəyə əl  gəzdirmək  olar. İç dünyamız,  daş yaddaşımız
haqqında olan bu poemada müasir texniki terminlər, muzey işçilərinin adları qətiyyən

103
yerinə düşmür. Bir qədər də süjeti təkminləşdirmək lazımdır. Epik-lirik poemada şairin
romantikası səyahət etsə də kompazisiya, süjet unudulmamalıdır.
Əli Rza bəy, iradlarımı səmimi qəbul edin. Sizi çox istəməsəydim bunları qeyd
eləməzdim. Heç bir baş redaktor öz qəzetində özünə ünvanlanan iradları çapa verməz.
Amma  bayaqdan  sizin şəxsiyyətiniz  və yaradıcılığınız  haqqında  dediyim  sözlərdən
məlumdur ki, belə cılız hisslər sizdən uzaqdır.
Onu  da  qeyd  edim  ki,  qan,  gen,  yaddaş ilə gələn,  gözünüzü açıb  dərin  nəfəs
alanda Güney havası udmusunuz. O taya yaradıcılığınızda böyük məhəbbət var, nisgil
var,  həsrət  var.  Güney  həsrəti,  Qarabağ həsrəti ilə bərabər  sizin  qəlbinizdəki dərdin
“banilərindəndir”.
Əziz, hörmətli, sevimli Əli Rza Xələfli. Məktubumu sona yetirirəm. Mən sağ və
salamatam,  hələlik.  Sizin  də sağ və salamat  olmağınızı o  uca  Allahdan  arzu  edirəm.
Şöhrətiniz uca olsun, qələminiz kütlənməsin, təbiniz, ilhamınız coşsun, çağlasın. Əbədi
olmayan bu dünyada “Kredo”nuz tarix səhifələrində əbədiləşsin. Siz heç vaxt ədəbiyyat
tariximizdə “və b.”, “və s.” olmayasınız və inşaallah olmayacaqsınız da. O gün olsun
“Həsrət  körpüsü”  yox,  “Vüsal  körpüsü” yaransın.  Xudafərinin üstü ilə addımlaya-
addımlaya  Təbrizə,  oradan  da İçərişəhərə,  oradan  da Şuşaya  gedəsiniz  və nəhayət,
doğma Xələflini ziyarət edəsiniz.
Çayoğlunun yaradıcılığı
Mən el aşığıyam, el şairiyəm,
Adım «Çayoğludur», əlimdə sazım.
Yurdum Azərbaycan odlar diyarı,
Odur ki, odludur mənim avazım.

104
«Əlimdə» sazım ifadəsi ötən əsrin poeziyasında, bir çox şairlərin yradıcılığında
«mənim şerim»,  «mənim sözüm» frazeloci birləşmələrinə sinomin olaraq işlənmişdir.
Çayoğlunun 90-cı illərdə qələmə aldığı bu, şerdə «əlimdə sazım» həm də həqiqi
mənasında işlənmişdir. Çayoğlu (Bəhruz Dövlətabadi) şair olmaqla yanaşı həm də
musiqiçidir. Buna görə də onun şeirləri musiqilidir, ahənglidir və nəğmə üstündə
köhlənib. Qabəyahətən qələmə aldığı hiss olunaraqbizdə belə qənaət hissi olur ki,
Çayoğlunun şeirləri sanki öz çaldığı tirın ümumiyyətlə ilə xanəndələrin ifası üçün,
bəstəçilərin nəğmə mətni üçün yazmışdır.
Ağzımı tutsalar, incə sazımla,
Elimin dərdini söylərəm sənə.
Zəhmətlə xalqımın istəklərini
Ağlayıban bəyan eylərəm sənə.
Çayoğlu ötən illərdə çap etdirdiyi «Bayatı bayat olmaz» şeirlər kitabında ən çox
poetin növ kimi bayatıdan istifadə edib və …… kimi kitabın adını da «bayatı» ilə
əlaqədar rəsmiləşdirib.
Ağzımı tutsalar, incə sazımla,
Elimin dərdini söylərəm sənə.
Zəhmətlə xalqımın istəklərini
Ağlayıban bəyan eylərəm sənə.
Çayoğlu ötən illərdə çap etdirdiyi «Bayatı bayat olmaz» şerlər kitabında ən çox
poetik növ kimi bayatıdan istifadəedib və göründüyü kimi kitabın adını da «»bayatı ilə
əlaqədar rəsmilləşdirib.
Türkdilli xalqlarda bayatı şer növü kimi mürəkkəbdir. Azərbaycan ədəbiyyatında,
folklorunda bayatının misilsiz nümunələri yaranmışdır. Türk xalqlarının müştərək şer
növü olan bayatının yaranma tarixi qədim dvörlərdən gedib çıxır. Bayatı bu xalqların
tayfa, ulus. Və halında yaşadıqları dövrlərdə ağız ədəbiyyatı nümunəsi olduğu üçün
dilimizin bütün şirinliyi, poetik imkanları, məna şiirnliyi, poetik imkanları, məna
çalarlığı, bədii təfəkkürü, xüsusiyyətlərini özündə əks etdirir.

105
Dörd misra, hər misrası yeddi bənddən ibarət olması bu şer növünün asanlıqla
əzbərləşməsinə zəmin yaradır. Bayatıların da bir çox fonlklor nümunələri kimi müəllifi
məlum deyil.
Sevindirici haldır ki, müasir şairlərimiz də bayatılar yaradır. Cənub və Şimal
şerlərinin yaradıcılıqlarında bayatının gözəl nümunələrinə rast gəlirlər, xüsusilə də
Çayoğlunun poeziyasında. Çayoğlunun bayatıları mövzu etibarı ilə müxtəlif məzmunlu,
rəngarəngdir. Ümumiyyətlə, şairin öz kitabına verdiyi ad («Bayatı bayat olmaz») özünü
doğruldur. Bəli, bayatı bizə ədəbi növ kimi əbədidir, populyardır, müasirdir. Bayatı
bayat (Cənub növlərində «Bayat» V.Ə.) olma bilməz. Bayatı bizim tariximiz,
keçmişimiz, bu günümüzdür və inşaallah, sabahımızdır.
Xalqımız tarixən dərdini də bayatı ilə söyləyib, məhəbbəti də, sevinci də.
Çayoğlu da öz sözünü, elinin dərdini bayatı ilə deyir:
Bayatı qaynar çeşmə,
Yel çalar, oynar çeşmə.
Zülümkarlar əlindən,
Ürəyi deşmə-deşmə.
Bayatı el qəmidir,
Sazların dilqəmidir,
Hər kəlməsi bir ümman
Dərindir, sevməlidir.
Bayatı şikəstədə,
Dərman olar xəstədə.
Dolanır dildən dilə
Oxur (oxuyur V.Ə.) işçi işdə də.
Bayatı şirin baldı,

106
Ormandı, uca dağdı.
Babalardan tükənməz
Qiymətli yadigardı.
Bayatı gül sözüdür,
Zəmanənin gözüdür
Hər nə demiş babalar
Həqiqətin özüdür.
Bayatı bayat omlaz,
Deməginən qurtulmaz.
Ana məhəbbətidir
Heç zaman unudulmaz.
Bayatılarda olduğu kimi, Çayoğlunun da bu poetik növdə yaratdığı nümunələrdə
də çağdaş həyatın nəzəri, sevinci, enişi-yoxuşu, sosial-siyasi, mədəni-əxlaqi hadisələrini
özündə təcəssüm etdirir.
Çayoğlunun bayatıları ilə yanaşı bir çox lirik şerləri də vardır və bu nümunələr
bədii-poetik cəhətdən diqqəti cəlb edir. Eləcə də 52 bənddən ibarət olan «Xatirələr
dünyası» poeması şairin yaradılığında xüsusi yer tutur. Onun bu poeması ustad
şəhriyyarın «Hüdd nabaya salam» ruhunda yazılmışdır. Ümumiyyətlə, Şəhriyar
poeziyası nümunələri xalqımızın, eləcə də söz adamlarının ruhuna elə hopub ki, hər kim
uşaqlıq xatirələrini, epistlyar yönümlü bədii nümunələr yer verirsə istər-istəməz
«Heydərbaba» təsiri atlına düşür. Yaranan əsərlərdə hecanın II-lik ölçüsü ilə qələmə
alınır, deyim, mövzu, ifadələrdə Şəhriyar ədəbi təsiri hiss olunur. Deyərdin ki, Çayoğlu
da Şəhriyar ədəbi məktəbinin nümuyəndəsidir.
Əzəl gündən qəmi dərdə çatmışam,
Həsrət ilən, qucaqlaşıb yatmışam,

107
Yuxu içrə hər nə desən tapmışam,
Səhər durub axtarmışam yerimi,
Görmüşəm ki, yel aparıb berimi.
Mən dəm qarpızı tək susuz boy atdım,
Sıldırım daşların qoynunda yatdım,
Böyüdükcə ağır dərdlərə batdım,
Dağlar bir ana tək məni bəslədi
Duyğum itkin diləkləri səslədi.
«Bu misralar şairin uşaqlıq günlərinin çox da şənliklər və qayğısızlıqlar içində
keçməzdiyini göstərir, eyni halda xoş günlərin şirin xatirənsini canlandırmağı, doğma
yurdunun təbii mənzərələrini göz önünə gətirdiyi də unutmur» (prof H.Məmmədzadə).
Çayoğlunun doğma Vətəni, onun təbiəti, ilə qırılmaz, möhkəm bir ünsiyyət var.
«Quru göl» şerində orijinal, ürəkaçan, gözəl peyzaclar yaratmağa nail olmuşdur.
Səba mizrab olub düşüb canıma,
Nə qəşəng nəğmələr dağıdır sinən.
Bağrında öpüşür buludla günəş
Səsindən qanıram dağlıdır sinən.
Çayoğlunun poeziyasında xalqımıza qarşı olan haqsızlığa, zülmə qarşı dərin nifrət,
etiraz hiss olunur.
Yeniyetmələrin, məktəbyaşlı uşaqların əziyyət qəddarcasına istifadə edən
sahibkarların cəmiyyətlərini ifşa etmək üçün müasir xalçanı dilləndirir, onun dili ilə bir
çox kədərli, ürəkağrıdan məktəbləri oxuculara söyləyir.
Niyə səf bağlayıb baxırsız mənə?
Qanların rəngidir boyuyub səni
İncə barmaqlarla məzlum balalar,
Gecələr yatmayıb toxuyub səni.
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə