Vüqar ƏHMƏd elmi-filoloji qaynaqlar, ədəbi simalar haqqında düşüncələr baki-2010


«Səyavuş» faciəsinin dil-üslub xüsusiyyətləri və tamaşa tarixi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix23.12.2016
ölçüsü2,28 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

«Səyavuş» faciəsinin dil-üslub xüsusiyyətləri və tamaşa tarixi
XX əsrin ilk illərindən başlayaraq ədəbi dilimiz iki yolla: osmanlı ədəbi
dilinin təsirilə və türk (azəri) xalq dili hesabına zənginləşmə yolu ilə inkişaf

244
edirdi. «Sənət sənət üçündür» nəzəriyyəsinin carçıları bu fikirdə idilər ki, ədəbi
dil heç də bir zaman kütləvi ola bilməz. O, savadlılar üçündür. Ədəbi dilimizi
süni yolla, əcnəbi dillər hesabına «zənginləşdirməyə» cəhd göstərən bu millət
qəhrəmanlarından fərqli olaraq,  «Sənət xalq üçündür» nəzəriyyəsini əsas
gjötürən ziyalılarımız ədəbi dilin də xalq dili, geniş kütlənin dili olduğunu sübut
edirdilər. Başda böyük demokrat C.Məmmədquluzadə olmaqla bu amal uğrunda
mübarizə aparan «Molla Nəsrəddin» jurnalının ədəbi dilimizin xəlqiləşdirilməsi
yoldunda böyük xidmətləri olmuşdur. Jurnal bu amal uğrunda mübarizə
bayrağını ucada tutarkən, milli mədəniyyətimizin bir sıra böyük ənənələrinə
istinad edirdi. Təsadüfi deyildir ki, dramaturgiyamızın banisi, böyük mütəfəkkir-
filosof M.F.Axundov da hamı başa düşsün deyə öz məşhur komediyalarını canlı
xalq dilində yazmışdır.
«Yazıçının dili»,  «bədii əsərin dili» dedikdə ilk növbədə bədii söz
ustasının mənsub olduğu xalqın dili fikrə gəlir; bu dilin ayrı-ayrı qol və
üslublarına məxsus söz və ifadələrdən onun məqsədəuyğun şəkildə istifadə
bacarığı təsəvvür olunur, vahid, anlaşıqlı bədii bir abidə yaratmaq məharəti
düşünülür; mövzuya, hadisə və əhvalata, zaman və məkana, şəraitə, tipə və
tərbiyəsinə, dünyagörüş və əqidəsinə, habelə müəllimin təbliğ etmək istədiyi
ideyaya uyğun söz və formaları, ifadə və nitq vahidlərini xalq dilinin zəngin
xəzinəsindən seçib-ayırıb ümumiləşdirmək – ümumi anlaşma vasitəsinə çevirə
bilmək sənətkarlığı başa düşülür» (M.Cahangirov. M.F.Axundov dram əsərlərinin
dili üzərində necə işləmişdir. EA nəşriyyatı, 1962, səh.3).
Ədəbiyyatın başqa növlərinə nisbətən dramaturgiya daha çox konkretlik
sevir. Məhz buna görə də səhnə əsərinin dili təbii, rəvan, dinamik olmalıdır.
Şübhəsiz, hər bir yazıçının dili onun fərdi bədii üslubu və yaradıcılıq metodu ilə
üzvi şəkildə bağlıdır. Romantik sənətkar öz ideya aləmi və obrazlar sistemi ilə
üslub və metodu ilə realist sənətkardan ayrıldığı kimi, rəhbər tutduğu ədəbi-bədii
dil normaları və qanunları baxımından da öz spesifik cəhətləri ilə seçilir.

245
Romantizmin milli problemlərdən daha çox bəşəri problemlərə aludə olması,
onun vahid bir Bəşər və İnsan idealları, həmçinin romantik dram və faciə
janrının dil və poetik xüsusiyyətləri Cavid şeirinin dilinə qiymət verərkən bir
sıra cəhətləri nəzərə almağı da zəruri edir. bədii dildə tipikləşdirmə və
fərdiləşdirmə prinsipinin realist sənətə, yaxud xalis məzhəkəyə, komediya
janrına məxsus səviyyəsini biz romantik sənətkardan və faciə əsərindən tələb
etsək, bu, hər şeydən əvvəl, metodoloji cəhətdən yanlışlıq demək olardı. Bu
təkcə Cavidi yox, həmçinin Bayron, Şekspir, Marlo kimi bir sıra böyük
romantiklərin qanadlı, pafoslu dilinə məxsus misilsizpoeziya gö.zəlliyini başa
düşməməyə, haqsız ittiham etməyə də bizə «əsas» verərdi.
Azərbaycan dramaturgiyası tarixində mənzum dram dilinin,  «poetik
teatrın» yaradıcısı və ilk böyük nümayəndəsi Caviddir. Sonralar Vurğunun
romantik və poetik dramaturgiyası da məhz belə zəngin ədəbi ənənə və milli
zəmin üzərində yüksəlmişdir. Cavidin mənzum dram ənənəsi bu və ya digər
dərəcədə, bir sıra müasir dramaturqlarımız tərəfindən də davam etdirilir.
Dilçi alimlərimizin təsdiq etdiyi kimi, ilk dəfə Füzuli poeziyasında klassik
səviyyədə büllurlaşan və normalaşan türk (azəri) ədəbi dilini realist
dramaturgiyanın
materialında
sabitləşdirmək
böyük
M.F.Axundovun
xidmətidirsə, mənzum və romantik dramaturgiya sahəsində bu işi Cavid icra
etmişdir. Cavidin dili son dərəcə poetik, obrazlı, fəlsəfi, lakonik, musiqili və
rəvandır. Poeziya və musiqi burada təkcə mənada və mətləbdə yox, həm də bu
şeirin ritmində və vəznindədir. Cavid dil üzərində zərgər işi görən, fərdi bədii
üsluba son dərəcə həssas olan bir dramaturqdur. Xüsusən, «İblis», «Şeyx Sənan»,
«Xəyyam» monoloqları bizim mənzum dramaturgiyamızda dil kamilliyinin,
üslub sənətkarlığının klassik nümunələridir. Bizim ənənəvi şəkildə, Cavid dilinin
qüsurları kimi qeyd etdiyimiz cəhətlər şairin bir bədii dil ustası kimi bilavasitə
sənətkarlığı ilə bağlı olmaqdan çox, onun nəzəri görüşləri, ideya-siyasi və estetik
qənaətləri ilə şüurlu surətdə bağlı olan «qüsurlardır». Xüsusən yaradıcılığının

246
məfkurəvi-tərəddüd illərində yazdığı pyeslərində Cavidin dili türk (azəri) ədəbi
dilinə qətiyyən uyğun olmayan «nerdə»,  «nasıl»,  «əvət»,  «həp»,  «iştə»,
«ğoğıyor» və sairə bu kimi o zaman romantik şairlər arasında dəb düşən osmanlı
ifadələri ilə dolu idi ki, bu da uzun illər boyu «Füyuzat» jurnalının ardıcıl
şəkildə apardığı ədəbi dil siyasətinin təsiri və sənətkarın istanbul təhsili ilə bağlı
idi.
Dramaturqun yaradıcılığında dönüş kimi qiymətləndirilən «Səyavuş»
faciəsi onun dilini də bu mənada nisbətən sadələşdirmişdi. Əvvəlki əsərlərinə
nisbətən Cavidin bu faciəsində dil, üslub cəhətdən bir çox yeniliklər var idi.
«Səyavuş» dilinin sadəliyi, təmizliyi və personajların danışıq tərzinin
müxtəlifliyi etibarilə dramaturqun əvvəlki əsərlərindən daha zəngindir. Əsərə
baxarkən biz özümüzü tamamilə başqa bir aləmdə hiss edirik. Əsərdəki
monoloqlar konkret, dialoqlar mənalı və məzmunludur. Səyavuşla Südabə,
Rüstəmlə Keykavus, Altayla Vali arasındakı dialoqlar təsirli və mənalıdır.
Əsərin dördüncü pərdəsində Altayla Vali arasında verilmiş dialoqa nəzər salaq:
ALTAY
(önünə keçər qızğın)
Yetər çıldırdınız hökumət! – deyə,
Evləri yıxdınız ədalət! – deyə.
Məzlumlar qanından badə sondunuz,
Qarğa-quzğun kimi leşə qondunuz.
Qanun deyə doğruluqdan çaydınız,
Xalqın namusunu heçə saydınız.
Aldıqları nəfəs zəhərli ahlar,
Qidasız cocuqlar ot yeyib yaşar.
Söylə, öyündüyün ədalət bumu?
Hökumət dediyin rəzalət bumu?!
VALİ

247
Kimsə böylə təhqir etməmiş məni,
Sən nəçisin, kimsin? Aşma həddini!
ALTAY
Zülmətləri yaran bir şimşəyim mən,
Doğdum məzlumların diləklərindən.
VALİ
(qafasını salar, acı gülüşlə)
Bildim ki, Altaysın bəlli şöhrətin,
Şübhəsiz böyükdür gücün, qüdrətin.
(camaatı göstərir)
Əfsus, güvəndiyin bu sərsəmlərin
Cümləsi üsyançı, cümləsi xain.
Əsərdəki bu dramatik səhnə mübarizə, döyüş, təkbətək vuruş səhnəsidir.
Hər bir replika, dialoq vasitəsilə icra olunan bu vuruş səhnəsində bir zərbə və ya
əks-zərbə kimi səslənir. «Qarğa-quzğun kimi leşə qondunuz», «Xalqın namusunu
heç sadınız»,  «Qidasız cocuqlar ot yeyib yaşar» deyən Altayın replikaları
qaniçən xaqanların iç üzünü açıb göstərirsə, əməkçi kütlələrə xor baxan hakim
sinfin nümaəndəsi Valinin replikaları xalqa qarşı amansızlığı əks elətdirir.
«Səyavuş» faciəsində sözlər yerli-yerində işlədilmişdir. Cavid bu əsərində
sözləri qənaətlə işlədərək, ritorikadan qaçdığına görədir ki, hər personajın, tipin
fikrini və xasiyyətini daha təsirli təsirli yaradabilmişdir. Məsələn, müəllif
Keykavus hərəmi Südabənin alovlanan ehtiraslarını daha qabarıq vermək üçün
atəş səhnəsindən istifadə etmiş və obrazın öz dilindən:  «Təsir edərmi heç atəş-
atəşə, yanaraq vuruldum mən Səyavuşə» ifadəsini işlədərək onun xarakterini
aydın göstərməyə nail olmuşdur. Xaqanların kəndlilərə etdiyi zülmü göstərmək
üçün verilmiş əmək səhnələri də təsirlidir. İkinci pərdə 1-ci və 2-ci Bənnanın
söylədiyi türkü çox təbiidir:

248
BİRİNCİ BƏNNA
Gəl quzum, tez ol da gəl!
Gözüm qaldı yolda, gəl!
Çamur gətir, daş gətir!
Durma, arkadaş, gətir!
BİRİNCİ BƏNNA
Haydı quzum, kərpic at,
Kərpic gətir, az su qat!
Gecikmə, gəl, durma, gəl,
İşə zərbə vurma, gəl!
və ya:  «Qəlbim çırpınıyor dodaqlarımda, gəl öpəyim səni…»,  «Gözəlliyə qarşı
kordur gözlərin, bax, eyi bax…» misraları Südabənin çılğın ehtiraslarını,
«Ölümdən qorxmayır Keykavus oğlu, xəyanət ləkəsi daha qorxulu!..»,  «Çəkil,
ehtirasın qara yelkəni!»,  «Ləkəm varsa, təmizlərim qanımla» misraları
Səyavuşun təmiz qəlbini, təmizliyini, «Unutma ki, hər gün nazlı bir sona, yavru
bir göyərçin qismətdir mana» misraları isə qan qoxuyan azğın saray şəhvətlərini
qabarıq əks etdirir.
Cavid demək olar ki, ilk qələm təcrübəsi «Ana» istisna olmaqla, bütün
mənzum pyeslərini əruz vəznində yazmışdır.  «Səyavuş» faciəsində də əruzun
həzəc, rəməl, xəfif, kamil, mütəqarib və s. bəhrələrindən məharətlə istifadə
etdiyindəndir ki, dramaturq, yüksək şeiriyyətli bir əsər yarada bilmişdir.
«Səyavuş»u tamaşaya hazırlayan Hidayətzadə əsərə quruluş verməzdən
əvvəl tamaşa ilə əlaqədar demək olar ki, böyük tədqiqat işi aparmış, qədim İran
və Turanın tarixini, məişətini, folklorunu və s. müfəssəl öyrənmiş, buna
əsaslanaraq Cavidi əsər üzərində əlavə iş görməyə razı sala bilmişdir. İkinci
qiymətli cəhəti ondan ibarətdir ki, gözəl aktyor olan Hidayətzadə rejissorun
başlıca vəzifəsini obrazların mükəmməl işlənməsində, dolğun səhnə xarakterləri
yaradılmasında görür və aktyorldarı bu istiqamətdə axtarışlara sövq edə bilirdi.

249
Nəhayət Hidayətzadənin bir rejissor kimi üçüncü qiymətli sifəti ondan ibarət idi
ki, o, tamaşanı küll halında düşünə bilir, onun təşkilatca möhkəmliyinə çalışırdı.
Səliqəli, zinətli, maraqlı, parlaq və temperamentli, atəşli, həqiqi mənada bəzəkli,
əlvan tamaşalar yaratmağı sevirdi. Bütün bu keyfiyyətlər «Səyavuş»da öz əksini
tapmış və nəticədə çox parlaq və əzəmətli tamaşa yaratmışdı ki, öz janrı və
üslubu etibarilə romantik vüsətli xalq-qəhrəmanlıq dramını xatırladır və bu
mənada teatrın yaradıcılığında onun gələcək inkişafı üçün səciyyəvi olan bir yol
açırdı» (C.Cəfərov. Cavid teatrı. Əsərləri I c., Azərnəşr, 1968, səh.251-252).
Əsərdə əsas rolları teatrın görkəmli aktyorları Mərziyə xanım Davudova,
Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Sona xanım, Sidqi Ruhulla, Ağasadıq
Gəraybəyli, Rza Əfqanlı ifa edirdilər. İstər A.M.Şərifzadə, istərsə də
Ü.Rəcəbəzilən kütlələrin müdafiəçisi, təmiz qəlbli, üsyankar ruhlu səyavuşu
məharətlə yaratmışlar. Səyavuş A.M.Şərifzadənin ifasındaböyük insan səadəti,
işıqlı gələcək yolunda əzmlə mübarizə aparan və bu yolda həlak olan bir
qəhərəman idi. Ülvi Rəcəb də dramaturq tərəfindən məharətlə yaradılmış bu
obrazın mübarizəsini öz məzmunlu oyununda qabarıq göstərirdi.  «Ülvi Rəcəbin
Səyavuşu iradəli, romantik bir gənc idi. Saray adamlarının etdikləri
ədalətsizlikləri, zülmü görən Səyavuş – Ülvi hiddətlənirdi, onda daxili etiraz
hissi baş qaldırırdı. Analığının onu sevməsi Səyavuş – Ülvi üçün qəribə idi.
Hökmdar arvadının – Südabənin etirafını eşidəndə, Səyavuş diksinir və başını
aşağı salıb, onun üzünə baxmamağa çalışır. Bu etiraf ona nə qədər dəhşətli
görünür!» (Ə.Əliyeva. «Ülvi Rəcəb». Azərnəşr, 1962, səh.50)
Böyük səhnə ustası Mərziyə xanım Davudova mürəkkəb xarakterli
Keykavus hərəminin obrazını öz gözəl oyunu ilə daha da yüksəklərə
qaldırmışdır. O, xüsusilə Südabənin Səyavuşla ilk görüş səhnəsində çox təbii idi.
Professor Mehdi Məmmədov Mərziyə xanımın Südabə rbrazı haqqındja
yazır:  «Mərziyə xanım müəllifin fikrini olduğu kimi qəbul və tətbiq edirdi. O,
zahirən son dərəcə gözəl və cazibədar idi. İlk görüşdə, ilk baxışda ona rəğbət

250
bəsləməmək, valeh olmamaq çətin idi. Tamaşaçı bugözəlin qəlbində müşeül sirr,
əlacsız dərd olduğunu duyunca ona acıyırdı da.
Aktrisa hadisədən mahiyyətə, şəkildən mündəricəyə doğru yolu tədriclə
keçir, öz obrazını ifşa etməyə tələsmirdi. Yəni əslində, o, belə bir məqsədi heç
güdmürdü də. Əksinə, o, Südabəni müəyyən mənada «doğrultmaq» yolu ilə gedir
və beləliklə obrazı sünilikdən, çılpaq tendensiyadan qoruyurdu» (M.Məmmədov.
Teatrlar, aktyorlar, tamaşalar. Azərnəşr, 1966, səh.135).
«Səyavuş» faciəsi 1936-cıil aprel ayının 17-nə kimi görünməmiş bir
müvəffəqiyyətlə - 100 dəfə göstərilmişdir. Əsərin quruluşçu rejissoru İsmayıl
Hidayətzadə yüzüncü tamaşa münasibətilə «Yeni yol» (İ.Hidayətzadə.  100-cü
tamaşa.  «Kommunist» qəzeti,  17 aprel 1936,  №  90  (4710) və «Kommunist»
(İ.Hidayətzadə. «Səyavuş»un yüzüncü tamaşası. «Yeni yol» qəzeti, 17 aprel 1936, № 89
(3496)
qəzetlərində
dərc
etdirdiyi
məqalələrində
«Səyavuş»un
belə
müvəffəqiyyət qazanmasının əsas səbəblərini izah edərək yazırdı: «Quruluşda ilk
təşəbbüs olsa da, istifadə etdiyim İran xalq folklorunun elementləri, quruluşun
bədii dəyərinin yüksəldilməsinə və tamaşaçılar arasında böyük müvəffəqiyyət
qazanmasına səbəb olmuşdur» (İ.Hidayətzadə.  «Səyavuş»un yüzüncü tamaşası.
«Yeni yol» qəzeti, 17 aprel 1936, № 89 (3496).
Tənqidçi roqivskiy «Rasçvet Tyurkskoqo teatra» məqaləsində o zaman
teatrın repertuarından uzun müddət düşməyən ən yaxşı əsərlər sırasında
«Səyavuş» faciəsinin də adını çəkirdi:  «Etapnımi spektaklyami teatra bıli:
«Nevesta oqnya», «Sevil» - Djabarlı, «Namus» - Şirvanzade, «Qamlet» - Şekspira,
«Çelovek kotorıy smyotsya» - Qyuqo, «Otello» - Şekspira, «Siyavuş» - Djavida»
(V.Roqavskiy. Rassvet Tyurkskoqo teatra. «Zarya Vostoka» qəzeti, 7 noyabr 1935, №
259 (3672).
«Səyavuş» ikinci dəfə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik
Dram Teatrının (indiki Milli Dram Teatrı – V.Ə., Ə.N.) səhnəsində 1963-cü ildə,
Cavidin anadan olmasının 80 illiyi münasibətilə mərhum rejissor Ələsgər Şərifov

251
tərəfindən tamaşaya hazırlanmışdır. Həmin ildə mərkəzi mətbuat səhifələrində
«Səyavuş»un yeni müvəffəqiyyətli quruluşu haqqında resenziyalar dərc
edilmişdir. Filologiya elmləri doktoru M.Əlioğlunun «Səyavuşun faciəsi»
(M.Əlioğlu. Səyavuşun faciəsi.  «Ədəbiyyat və incəsənət» qəzeti, 6 aprel 1963,  №  14
(1215), xalq yazıçısı Mirzə İbrahimovun «Mənalı və gözəl səhnə sənəti uğrunda»
(M.İbrahimov. Mənalı və gözəl səhnə sənəti uğrunda. «Kommunist» qəzeti, 7 aprel
1963,  №  66856) məqalələrində teatrın yaradıcı truppasının böyük əməyi qeyd
edilir.
M.İbrahimov
rejissor
Ə.Şərifovun
quruluşundakı
üstün
cəhətləri
göstərməklə yanaşı, çatışmayan bəzi cəhətləri də qeyd edirdi:  «Tamaşada
gözümüzə dəyən qüsurlu cəhətləri də qeyd etmək istərdik. Bizcə, rejissor ədəbi
mətnin əsarətindən tamamilə qurtara bilmədiindən, arabir aktyor oyununda
şairanəlik ritorika ilə əvəz olunur. Cavid şeirini təbii danışıq dilinə yaxın
səsləndirmək aktyordan xeyli güc və səy tələb edir. kollektiv buna meyl
göstərmişdir, lakin hər zaman nail ola bilməmişdir. Bir də ki, qulağımıza yabançı
dəyən, fikrin anlayışını çətinləşdirən arı-ayrı misraları və sözləri rahatca
sadələşdirmək olardı» (Mirzə İbrahimov).
«Səyavuş»un yeni quruluşunda əsas rolları Hökumə Qurbanova – Südabə,
Ağadadaş Qurbanov – Səyavuş, Ələskər Ələkbərov – Rüstəm, Nəcibə Məlikova –
Firəngiz, Fateh Fətullayev – Altay, Məcid Şamxalov – Piran, Bürcəli Əskərov –
Bəhram, Leyla Bədirbəyli – Dürdanə, Eldəniz Zeynalov – Yalçın, Sofya Bəşirzadə
– Rübabə ifa edirdilər. Hökumə Qurbanovanın Südabəsinə yüksək qiymət verən
Məsud Əlioğlu yazır: «Hökumə Qurbanova duyğuları ağlına, ehtirasları fikrinə və
istəkləri mühakimələrinə qələbə çalan məkrli afətin surətini böütün mürəkkəbliyi
və incəliyi ilə tamaşaçının nəzərində canlandıra bilir. Südabə fitnə-fəsad
təcəssümü, qansız və qəddar bir hərəm, kinli, azğın və çılğın qadın kimi də
H.Qurbanovanın ifasındaözünün real, dolğun ifadəsini tapmışdır. H.Qurbanova
oynadığı bu surətin üzərində hərtərəfli yaradıcılıq işi aparmış, bu surətin psixoloji

252
xüsusiyyətlərini, xarakterinin bütün incəliklərini dərindən duymuş və tamaşada
xüsusi bir qabarıqlıqla nəzərə çarpan, uzun müddət yaddan çıxmayan, qüvvətli bir
surət yaratmışdır».
1
Faciə elə həmin il Milli Teatrımızın mühüm bir qolu sayılan Cəlil
Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının da səhnəsində
canlandırıldı. Quruluşun təbii çıxması üçün mərhum xalq artisti, rejissor İbrahim
Həmzəyev incə ştrixlərdən və maraqlı səhnə mizanlarından istifadə etmişdi. Baş
rollarda xalq artistləri İsa Musayev – Səyavuş, Zəroş Həmzəyeva – Südabə,
Məmməd Quliyev – Rüstəm, İbrahim Bənəniyarlı – Altay və başqaları onlara
tapşırılan surətləri məharətlə ifa etmişlər. Teatrın istedadlı kollektivinin ifasında
«Səyavuş» Culfa, Ordubad, şərur, Şahbuz rayonlarının zəhmətkeşlərinə də
göstərilmişdi.
«Səyavuş» bir qiymətli səhnə əsəri kimi bundan sonra da Azərbaycan
teatrlarının repertüarlarını bəzəyəcək və öz müəllifinin şöhrətini daha da
artıracaqdır. Cavid ədəbi irsi xalqımız üçün qiymətli və əzizdir.  «Şeyx sənan»,
«İblis»,  «Azər»,  «Səyavuş»,  «Xəyyam» kimi dəyərli əsərləri hələ sağlığında
müəllifinə qəlblərdə heykəl ucaltmışdır. Bu isə tək-tək sənətkarlara nəsib olan
xoşbəxtlikdir. Cavid – ədəbi deməkdir! Cavid - ölməz deməkdir! Sənətkarı isə
əbədiyyətə onun yaratdığı ölməz əsərlər qovuşdurur:
Səyavuş ürəkli, Rüstəm cüssəli,
Neçəsi qarşında gəlib əydi baş.
Sənantək neçəsi oldu qüssəli,
Kimi Keykavustək durub qaldı çaş.
Neçə surətin var, neçə sözün var,
Onları saymaqla qurtaran deyil.
Sənət dünyasından getməz izin var.
1
М.Ялиоьлу. Тянгидчинин дцшцнъяляри. Азярняшр, 1968, сящ.173.

253
Ötsə də min fəsil,
Ötsə də min il.
Ə D Ə B İ Y Y A T
1. Cavid H. Səyavuş. Bakı, Azərnəşr, 1934.
2. Cavid H. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1958.
3. Cavid H. Pyeslər. Bakı, Azərnəşr, 1963.
4. Cavid H. Seçilmiş əsərləri. II c., Bakı, Azərnəşr,1968.
5. Cavid H. Seçilmiş əsərləri. II c., Bakı, Azərnəşr, 1969.
6. Cavid H. Seçilmiş əsərləri. III c., Bakı, Azərnəşr, 1971.
7. Cavid H. Seçilmiş əsərləri, I c., Bakı, «Yazıçı», 1982.
8. Azərbaycan ədəbiyyatı tarixi. Azərbaycan EA nəşriyyatı, Bakı, 1965.
9. Azərbaycan sovet yazıçıları. Bakı, Azərnəşr, 1958.
10. Azərbaycan sovet ədəbiyyatı tarixi, I c.,
11. Arif M. Seçilmiş əsərləri, I c., Azərbaycan EA nəşriyyatı, Bakı, 1967.
12. Qarayev Y. Faciə və qəhrəman. Azərbaycan EA nəşriyyatı, Bakı, 1965.
13. Ədəbiyyatşünaslığın əsasları. Azərbaycan Dövlət tədris-pedaqoji ədəbiyyat
nəşriyyatı, Bakı, 1963.
14. Əlioğlu M. Məslək qardaşları. Bakı, Azərnəşr, 1966.
15. Əlioğlu M. Tənqidçinin düşüncələri. Bakı, Azərnəşr, 1968.
16. Əlioğlu M. Səyavuşun faciəsi.  «Ədəbiyyat və incəsənət» qəzeti,  6 aprel
1963, № 14 (1215).
17. Əliyeva Ə. Ülvi Rəcəb. Bakı, Azərnəşr, 1962.
18. İbrahimov M. Mənalı və gözəl səhnə sənəti uğrunda. «Kommunist» qəzeti,
7 aprel 1963, № 66856.
19. Mehdi H. Ədəbiyyat və sənət məsələləri. Bakı, Azərnəşr, 1958.

254
20. Məmmədov M. Teatrlar, aktyorlar, tamaşalar. Bakı, Azərnəşr, 1966.
21. Məmmədov M. Azəri dramaturgiyasının estetik problemləri. Bakı,
Azərnəşr, 1968.
22. Nizaminin hikmət və nəsihətləri. Azərbaycan EA nəşriyyatı, 1966.
23. Osmanlı V. Azərbaycan romantikləri. Bakı, «Yazıçı», 1985.
24. Oruclu H. Ədəbiyyat və zaman. Bakı, Azərnəşr, 1971.
25. Roqavskiy V. Rasçvet Tyurkskoqo teatra.  «Zarya Vostoka» qəzeti,  7
noyabr 1935, № 259 (3672).
26. Sultanlı Ə. Azərbaycan dramaturgiyasının inkişaf tarixindən. Bakı, 1964.
27. Sultanlı Ə. Məqalələr. Bakı, Azərnəşr, 1971.
28. Xəndan C. Böyük sənətkar.  «Ədəbiyyat və incəsənət» qəzeti,  26 oktyabr
1957, № 42 (933).
29. Hidayətzadə İ. 100-cü tamaşa. «Kommunist» qəzeti, 17 aprel 1936, № 89
(3496).
30. Cəlil Məmmədquluzadəninnaxçıvanlı müasirləri. Bakı, Azərnəşr, 1967.
31. Cəfərov M.C. Hüseyn Cavid. Bakı, Azərnəşr, 1960.
32. Cəfərov M.C. Ədəbi düşüncələr. Bakı, Azərnəşr, 1958.
33. Cəfərov M.C. Azərbaycan ədəbiyyatında romantizm. Azərbaycan EA
nəşriyyatı, Bakı, 1963.
34. Cəfərov M.C. Azərbaycan dram teatrı. Bakı, Azərnəşr, 1959.
35. Cəfərov M.C. Əsərləri. I c., Bakı, Azərnəşr, 1968.
36. Cəfərov M.C. Əsərləri. II c., Bakı, Azərnəşr, 1968.
37. Cəfərov M.C. Cavid və teatr.  «Ədəbiyyat və incəsənət» qəzeti,  2 mart
1963, № 9 (1210).
38. Cahangirov. M.F.Axundov dram əsərlərinin dili üzərində necə işləmişdir.
Azərbaycan EA nəşriyyatı, Bakı, 1962.
39. Mahmudov Ə. Böyük snətkara.  «Şərq qapısı» qəzeti,  5 mart 1963,  №  54
(7344).

255
Öz taleyinin «son zəngi»ni vuracağını duyan şair
Şairlik insanın Tanrı qismətidir, deyənlər səhv etmirlər. Çünki bu Tanrı
qisməti yalnız Tanrıya yaxın olan bəndələrə nəsib olur. əgər elə olmasaydı,
qələmə alınan şeirlər ürəkdən-ürəyə, könüldən-könülə yol tapmazdı, sevilməzdi,
seçilməzdi. Belə olmasaydı, seçilməzliyində sevimliyi, sevimliyində seçimi olan
söz aşiqlərimizdən biri şair Adil Əsgər bu qədər şeir həvəskarını öz şeir
dünyasının sakini edə bilməzdi. Əsgər belə olmasaydı, Adil Əsgər bu gün
ədəbiyyat dünyasında olsa da şeiriyyətimizin əbədiyyət zirvəsində əbədi
dayanmazdı, əbədi məşəl kimi yanmazdı…
Şairin poeziyasında şeirin əbədi, əzəli mövzuları – Ana, Vətən başlığı yer
tutur. İşğalolunmuş torpaqlarımız Qubadlı, Laçın, Kəlbəcər, Şuşa, bir sözlə,
Qarabağ dərdi, ağrısı onun qələmində daha təsirli, yanğılı səslənir. Şairin «Son
zəng» şeirindəki «Son zəngi vurmayın» harayı daha təsirli alınıb. Sanki öz
taleyinin «son zəngi»ni vuracağını duyurmuş kimi, həmin zəngi vurmağa qarşı
qəlbinin fəryadını, ah-naləsini bildirib.
Şairin dili olduqca səlis, rəvan və xalqın ruhuna uyğun bir formadadır.
Ədəbi-bədii dil noralarına riayət edən şair həm də şeirlərində dialekt və şivə
sözlərindən də istifadə edir. Onun dilinin sintaksisində ləhcədən irəli gələn orta
və yaxın yüzilliklərin şeir dilimizə uyğun olan leksik ifadələrdən istifadə olunur.
Bəzi şeirlərdə isə şeir sətrinin sonu Nəsimi, Füzuli dilinə uyğun olan feli
bağlama ilə tamamlanır. Söz seçimi, sözə tələbkarlıq, sözdən dəyərincə və
qədərincə istifadə Adil Əsgər şeirlərini daha yaddaqalan, oxunaqlı edir.
A.Əsgərin şeirlərində təbiətin özü bütün əlvanlığı ilə dil açıb danışır:
Sərdərli bulağı, Qozlu dərəsi,
Murğuzlu yaylası, Babıtürbəsi,

256
İslamın, Mayısın həsrət nəğməsi,
Dönüb qəm selinə sinəmə alır.
Ruhən zəngin, mənəviyyatca həmişə yüksək olan şair öz qəlbinin səsini
dinləməyi bacarıb.
Qanad məndən, mənzil sizdən,
Uçun, uçun, nəğmələrim!
İlim-ilim itin gözdən,
Uçun, uçun, nəğmələrim!
Qanadlı bir quşa çox bənzəyir insan ömrü. Bəzən elə hey qanad çalır…
Bəzənsə həyat öz qəddarlığını, ayrılıq qılıncını çox erkən çapır, ayrılıq hər şeyə
son qoyur. Ürək döyünmür, ancaq qəlb çırpıntıları olan ürəkdən deyilən şair
sözü, şeirlər, nəğmələri o susan ürəyi həmişə dinləndirir. Elə olmasaydı, şair
Adil Əsgərin də ilk şeirlər kitabı əbədiyyət dünyasına qovuşduqdan sonra həyata
vəsiqə almazdı. Deməli, susan ürəkləri dindirməyi bacaran söz hər şeyə qadirdir.
Həmin sözədayaq olanlar isə kitabın təəssübçüsü – mərhum şairin qardaşı Kərim
Əsgərov, sponsoru isə mərhumun böyük qardaşının oğlu Əli Əsgərov oldu. Allah
ürəyinizcə versin.
Ruhun şad olsun, Adil sgər! Üzünü görmədiyin «Uçun, nəğmələrim» adlı
ilk şeirlər kitabın mübarək!

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə